Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
      • 1. Niyyət
      • 2. Qiyam
      • 3. Təkbirətul-ehram
        Çap versiyası  ;  PDF
         
        3. Təkbirətul-ehram

         

        Məsələ 164. “Təkbirətul-ehram” dedikdə, namazın əvvəlində “Əllahu əkbər” demək nəzərdə tutulur. Təkbirətul-ehram namazın vacib əməlidir.
        Məsələ 165. Namazın əvvəlində təkbirətul-ehramı istər bilərəkdən, istərsə də səhvən deməmək, namazın düzgün olmamasına səbəb olur. Həmçinin əgər bir şəxs namazın əvvəlində təkbirətul-ehramı düzgün şəkildə dedikdən sonra müəyyən fasilə ilə (muvalata xələl gətirməyən bir fasilə ilə) və ya fasiləsiz olaraq “təkbirətul-ehram” niyyətilə ikinci dəfə “Əllahu əkbər” desə, onun namazı düzgün deyildir. Bu təkrarın bilərəkdən və ya səhvən olmasının isə bir fərqi yoxdur.
        Məsələ 166. Təkbirətul-ehram “tələffüz edilməli”dir. Belə ki, əgər bir şəxs ağır eşitmirsə və ya ətrafda səs-küy yoxdursa, o, bunu eşidə bilməlidir.
        Məsələ 167. Təkbirətul-ehram ərəbcə düzgün tələffüz edilməlidir. Əgər ərəbcə səhv tələffüz edilərsə və ya onun başqa dildə tərcüməsi deyilərsə, namaz düzgün deyildir.
        Məsələ 168. Təkbirətul-ehramı deyərkən bədən hərəkətsiz olmalıdır. Deməli, əgər bir şəxs bilərəkdən və ixtiyari olaraq bədəni hərəkətdə olduğu halda təkbirətul-ehramı deyərsə, onun namazı düzgün deyildir.
        Məsələ 169. Təkbirətul-ehramı düzgün tələffüz edə bilməyən şəxs onu öyrənməlidir.
        Məsələ 170. Əgər bir şəxs təkbirətul-ehramı deyib-demədiyinə şəkk etsə, zikrlərə və qiraətə başlamadığı təqdirdə təkbirətul-ehramı deməlidir. Amma əgər “Həmd”i oxuduğu və ya hətta “Əuzu billahi minəş-şəytanir-rəcim” zikrini dediyi zaman bu şəkki edərsə, o öz şəkkinə etina etməməli və namazı davam etdirməlidir.
        Məsələ 171. Əgər bir şəxs təkbirətul-ehramı dedikdən sonra onu düzgün deyib-demədiyinə şəkk etsə, o öz şəkkinə etina etməməlidir.

         

      • 4. Qiraət
      • 5. Rüku
      • 6. Sücud
      • 7- Təşəhhüd
      • 8- Salam
      • 9- Tərtib
      • 10- Muvalat
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /