Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
      • 1. Niyyət
      • 2. Qiyam
        Çap versiyası  ;  PDF
         
        2. Qiyam

         

        Məsələ 149. Təkbirətul-ehramı deyərkən ayaq üstə dayanmaq, həmçinin rükuya getməmişdən qabaq ayaq üstə dayanmaq “rükn”dür. Yəni əgər bu əməl səhvən və ya unutqanlıqla belə yerinə yetirilməsə, namaz düzgün deyildir.
        Məsələ 150. “Qiraət” zamanı (yəni “Həmd” və “Surə”ni oxuyarkən), təsbihati-ərbə`əni deyərkən, həmçinin rükudan sonra ayaq üstə dayanmaq “qeyri-rükn”dür. Yəni əgər bu əməl bilərəkdən yerinə yetirilməsə, namaz düzgün deyildir. Amma əgər səhvən yerinə yetirilməsə, namaz düzgün sayılır.
        Məsələ 151. Namazı ayaq üstə qılmağa qadir olan və heç bir üzrü olmayan şəxs namaza başlayandan rükuya gedənədək ayaq üstə dayanmalıdır. Həmçinin rükudan qalxdıqdan sonra və səcdəyə getməmişdən qabaq ayaq üstə dayanması vacibdir.
        Məsələ 152. Əgər bir şəxs rükuya getməyi unutsa və “Həmd” və “Surə”ni dedikdən sonra əyləşsə, bu halda rükunu yerinə yetirmədiyini xatırlasa, o, qalxıb ayaq üstə dayanmalı və sonra rükuya getməlidir. Əgər o, ayaq üstə dayanmadan və elə əyləşən vəziyyətdən birbaşa rüku üçün əyilən vəziyyət alsa, onun namazı düzgün deyildir.
        Məsələ 153. Namaz qılan şəxs “qiyam”da bədənini hərəkət etdirməməli, hansısa bir tərəfə aydın görünən bir həddə əyilməməli və harasa söykənməməlidir. Amma əgər bu deyilənlər çarəsizlik üzündən və ya səhvən və unutqanlıq üzündən olsa, istisna təşkil edir.
        Məsələ 154. “Həmd” və “Surə”ni oxuyarkən, yaxud üçüncü və dördüncü rəkətlərdə təsbihati-ərbə`əni deyərkən namaz qılan şəxsin bədəni hərəkətsiz olmalıdır. Deməli, əgər o, bir qədər irəli və ya geri getmək istəsə, yaxud bədəni sağ və ya sol tərəflərə bir qədər hərəkət etdirmək istəsə, deməkdə olduğu ayə və ya zikrləri hərəkət zamanı dayandırmalıdır.
        Məsələ 155. Qiyamda qaməti düz saxlamaq, çiyinləri aşağı salmaq, əlləri budların üstünə qoymaq, barmaqları bitişdirmək, səcdə yerinə baxmaq, bədənin ağırlığını bərabər olaraq hər iki ayağın üstünə salmaq, xüzu və xüşu halında olmaq, ayaqları bir-birindən qabağa və ya arxaya qoymamaq müstəhəbdir.
        Məsələ 156. Namazı ayaq üstə dayanıb qılmağa qadir olmayan şəxs əyləşən halda namaz qılmalıdır. Amma əgər o, nəyəsə söykənib ayaq üstə dayana bilərsə, ayaq üstə dayanaraq namaz qılmalıdır.
        Məsələ 157. Əgər əyləşən halda namaz qılan bir şəxs əziyyət və zəhmət çəkmədən namazın müəyyən miqdarını ayaq üstə dayanıb qıla bilərsə, bu miqdarı ayaq üstə dayanıb qılmalıdır. Beləliklə, əgər bir şəxs namazın hamısında ayaq üstə dayana bilməsə də, namazın bəzi rəkətlərində və hissələrində ayaq üstə dayana bilərsə, bu hissələri ayaq üstə dayanaraq qılmalıdır. Ayaq üstə dayana bilmədikdə isə, əyləşib namaz qılmalıdır. Sonra əgər yenidən ayaq üstə dayana bilərsə, namazı ayaq üstə dayanaraq davam etdirməlidir.
        Məsələ 158. Əgər ayaq üstə dayanmağa qadir olmayan bir şəxs təkbirətul-ehramı demək miqdarında ayaq üstə dayana bilərsə, o, ayaq üstə dayanıb təkbirətul-ehramı deməli və namazın qalan hissəsini əyləşib qılmalıdır. Həmçinin əgər o, “Həmd” və “Surə”ni oxuduqdan sonra ayağa qalxa bilərsə, ayağa qalxıb, sonra rükuya getməlidir.
        Məsələ 159. Əgər ayaq üstə dayanıb namaz qılmağa qadir olan bir şəxs ayaq üstə dayandığı halda xəstələnəcəyindən və ya ona başqa bir ziyanın dəyəcəyindən qorxsa, o, əyləşən halda namaz qıla bilər. Əgər əyləşən halda da bu qorxu mövcud olarsa, uzanan halda namaz qıla bilər.
        Məsələ 160. Əyləşən halda namaz qılmağa qadir olmayan bir şəxs uzanan halda namaz qılmalıdır. Ehtiyat-vacibə görə, o, imkan daxilində sağ tərəfi üstə uzanmalı və onun üzü və bədəni qibləyə tərəf olmalıdır. Sağ tərəfi üstə uzanmaq mümkün olmadığı halda sol tərəfi üstə uzanmalı və onun üzü və bədəni qibləyə tərəf olmalıdır. Əgər sol tərəfi üstə də uzanmaq imkanı yoxdursa, arxası üstə uzanmalı və ayaqlarının altı qibləyə tərəf olmalıdır.
        Məsələ 161. Əgər uzanan halda namaz qılan bir şəxs namaz əsnasında əziyyət çəkmədən və ya ziyan görmədən əyləşə və ya ayağa qalxa bilsə, namazın hansı miqdarını əyləşən halda və ya ayaq üstə qıla bilərsə, bu miqdarı əyləşən halda və ya ayaq üstə qılmalıdır.
        Məsələ 162. Əgər bir şəxs müəyyən bir üzrə görə ayaq üstə dayana bilmirsə, amma namaz vaxtı başa çatmamış ayaq üstə dayanaraq namaz qıla biləcəyini ehtimal edirsə, ehtiyat-vacibə görə, o vaxtadək gözləməlidir. Amma əgər bir şəxs namaz vaxtının əvvəlində müəyyən bir üzrə görə namazını əyləşən halda qılsa və namaz vaxtı başa çatanadək onun üzrü aradan qalxmasa, qıldığı namaz düzgündür və namazı yenidən qılmaq lazım deyildir.
        Məsələ 163. Əgər bir şəxs namaz vaxtının əvvəlində ayaq üstə dayanıb namaz qılmağa qadir olmasa, eyni zamanda namaz vaxtı başa çatanadək ayaq üstə dayanıb namaz qıla bilməyəcəyini də yəqin bilsə, o, namazını əyləşən halda namaz vaxtının əvvəlində qıla bilər. Amma əgər namaz vaxtı başa çatmamış ayaq üstə dayanıb namaz qılmaq imkanı yaransa, namazı ayaq üstə yenidən qılmalıdır.

         

      • 3. Təkbirətul-ehram
      • 4. Qiraət
      • 5. Rüku
      • 6. Sücud
      • 7- Təşəhhüd
      • 8- Salam
      • 9- Tərtib
      • 10- Muvalat
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /