Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
      • 1. Niyyət
        Çap versiyası  ;  PDF
         
        1. Niyyət

         

        Məsələ 141. Namazın niyyəti – namazı Allahın əmrinə itaət etmək məqsədilə qılmaqdan ibarətdir.
        Məsələ 142. Niyyəti dilə gətirmək (məsələn, “Allaha yaxınlaşmaq üçün dörd rəkət zöhr namazı qılıram” demək) vacib deyildir. Həmçinin bunu ürəkdən və zehndən keçirmək də vacib deyildir. Ümumiyyətlə, əməli Allahın əmrinə itaət etməkdən ötrü yerinə yetirmək niyyətində olmaq kifayət edir.
        Məsələ 143. Namaz qılan şəxs hansı namazı qıldığını bilməli və bunu müəyyən etməlidir. Odur ki, əgər dörd rəkət namaz niyyəti etsə, amma namazın zöhr, yoxsa əsr namazı olduğunu müəyyən etməsə, onun namazı düzgün deyildir.
        Məsələ 144. İnsan namazı yalnız və yalnız Aləmlərin Rəbbinin əmrinə itaət etmək məqsədilə qılmalıdır. Deməli, əgər bir şəxs namazı riya, yəni özünü dindar kimi göstərmək məqsədilə və ya bu kimi başqa məqsədlərlə qılsa, bu iş haramdır və namaz düzgün deyildir.
        Məsələ 145. Əgər bir şəxs namazın bəzi əməllərini riya məqsədilə yerinə yetirsə, ehtiyat-vacibə görə, namazı yenidən qılmalıdır.
        Məsələ 146. Əgər bir şəxs riya ilə mübarizə məqsədilə namazın müstəhəb bir əməlini yerinə yetirməsə, onun bu əməli riya sayılmır və namazı düzgündür.
        Məsələ 147. Namaz əsnasında niyyəti başqa bir namazın niyyətinə dəyişməyə icazə verilmir. Buna yalnız bəzi hallarda icazə verilir. Belə ki, bəzən namazın niyyətini başqa namazın niyyətinə dəyişmək vacib, bəzən isə icazəlidir.
        Məsələ 148. Namazın niyyətini başqa namazın niyyətinə dəyişmək bu hallarda vacibdir:
        1- Əsr namazının niyyətini zöhr namazının niyyətinə dəyişmək: Əgər bir şəxs əsr namazının xüsusi vaxtından qabaq əsr namazını qıldığı əsnada zöhr namazını qılmadığını başa düşsə, niyyətini zöhr namazına dəyişməlidir.
        2- İşa namazının niyyətini məğrib namazının niyyətinə dəyişmək: Əgər bir şəxs işa namazının xüsusi vaxtından qabaq işa namazını qıldığı əsnada məğrib namazını qılmadığını başa düşsə, eləcə də niyyəti dəyişmək yeri keçməyibsə, yəni dördüncü rəkətin rükusuna hələ getməyibsə, o, niyyətini məğrib namazının niyyətinə dəyişməlidir.
        3- Niyyəti bir qəza namazından digər qəza namazına dəyişmək, belə ki, bu namazlar əda qılındığı zaman ardıcıllığa riayət olunmalı idi. Məsələn, bir günün zöhr və əsr namazlarının qəzası qılınarkən, unutqanlıq üzündən zöhr namazının qəzası qılınmadan əsr namazının qəzası qılındıqda, niyyəti zöhr namazının qəzasına dəyişmək lazımdır.

         

      • 2. Qiyam
      • 3. Təkbirətul-ehram
      • 4. Qiraət
      • 5. Rüku
      • 6. Sücud
      • 7- Təşəhhüd
      • 8- Salam
      • 9- Tərtib
      • 10- Muvalat
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /