Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
      • 1) Namaz qılınan məkan mübah olmalıdır
        Çap versiyası  ;  PDF
         
        1) Namaz qılınan məkan mübah olmalıdır

         

        Məsələ 100. Namaz qılınan məkan qəsbi olmamalıdır.
        Məsələ 101. Qəsbi xalçanın və ya taxtın üstündə, hətta bu xalçanın sərildiyi və ya taxtın qoyulduğu yer mübah olsa belə, namaz qılmaq düzgün deyildir. Həmçinin əgər mübah bir xalça qəsbi yerə sərilərsə, bu xalçanın üstündə və bu yerdə namaz qılmaq düzgün deyildir.
        Məsələ 102. Əgər bir şəxs müəyyən bir yerin qəsbi olduğunu bilməsə və ya bunu unutsa, onun bu yerdə qıldığı namaz düzgündür.
        Məsələ 103. Əgər bir şəxs müəyyən bir məkanın qəsbi olduğunu bilsə, amma qəsbi məkanda namaz qılmağın düzgün olmadığını bilməsə və həmin yerdə namaz qılsa, onun namazı düzgün deyildir.
        Məsələ 104. Əgər bir şəxs müəyyən bir mülkdə başqa bir şəxs ilə şərik olsa və onların hər birinin payı müəyyən və bir-birindən ayrı olmasa, şəriklərdən biri digərinin razılığı olmadan orada namaz qıla bilməz.
        Məsələ 105. Əgər bir mülkün mənfəəti başqa bir şəxsə aiddirsə, bu şəxsin icazəsi olmadan orada namaz qılmaq düzgün deyildir. Məsələn, əgər icarəyə verilən bir evdə ev sahibi və ya başqa bir şəxs icarəçi şəxsin icazəsi olmadan namaz qılsa, onun namazı düzgün deyildir.

         

      • 2) Namaz qılınan məkan hərəkətsiz olmalıdır
      • 3) Namaz qılınan məkanda dayanmaq haram olmamalıdır
      • 4) Namaz qılınan məkan Həzrət Peyğəmbərin (s) və Məsum İmamın (ə) qəbirindən qabaqda olmamalıdır
      • 5) Səcdə yeri pak olmalıdır
      • 6) Qadın ilə kişi arasında fasilə olmalıdır
      • 7) Namaz məkanı hamar olmalıdır
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /