Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
      • Namaz paltarının şərtləri
        • 1) Namaz paltarı pak olmalıdır
          • Namazda bədənin və ya paltarın pak olmasının vacib olmadığı hallar
            Çap versiyası  ;  PDF
             
            Namazda bədənin və ya paltarın pak olmasının vacib olmadığı hallar

             

            Məsələ 64. Dörd halda insanın bədəni və ya paltarı namazda napak olsa belə, onun namazı düzgündür.

             

            Birinci hal: Yara, kəsik və çiban qanı
            Məsələ 65. Əgər namazda insanın bədənində və ya paltarında yara, kəsik və ya çiban qanı olsa və bədəni və ya paltarı suya çəkib paklamaq, yaxud paltarı dəyişmək insanların əksəriyyəti üçün və ya onun özü üçün olduqca çətin və əziyyətli bir iş olsa, həmin yara, kəsik və ya çiban sağalanadək bu şəxs bu qana bulaşan bədən və ya paltar ilə namaz qıla bilər. Həmçinin yaradan axan qanlı irin, yaxud yaranın üstünə qoyulan və napak olan dərman eyni hökmü daşıyır.
            Məsələ 66. Tez bir zamanda sağalan və yuyulması asan olan yara və ya kəsiklərin qanı yuxarıdakı məsələdəki hökmü daşımır. Bu qana bulaşan bədən və ya paltarla namaz qılmaq düzgün deyildir.
            Məsələ 67. Əgər bədənin və ya paltarın adətən yaranın yaşlığına bulaşan hissəsi yaranın yaşlığı ilə napak olsa, onunla namaz qılmağın maneəsi yoxdur. Amma əgər bədənin və ya paltarın yara ilə məsafəsi olan hissəsi yaranın yaşlığı ilə napak olsa və şəxs bu bədən və ya paltarla namaz qılsa, onun namazı düzgün deyildir.
            Məsələ 68. Əgər bədəndə olan bir neçə yara bir-birinə çox yaxın olduğuna görə bir yara hesab olunarsa, onların hamısı sağalmayanadək onların qanı ilə namaz qılmağın maneəsi yoxdur. Amma əgər yaralar bir-birindən uzaq olsalar və hər biri ayrı yara hesab olunsa, onların hər biri sağaldığı zaman bədənin və paltarın həmin hissəsi namaz üçün paklanmalıdır.
            Məsələ 69. Əgər bir şəxs bədənindəki və ya paltarındakı qan ilə namaz qılmağın düzgün olduğunu yəqin etsə, məsələn, bu qanın yara, kəsik və ya çiban qanı olduğunu yəqin etsə, amma namazdan sonra bu qanın sadalanan qanlardan olmadığını və onunla namaz qılmağın düzgün olmadığını başa düşsə, onun namazı düzgündür.
             
            İkinci hal: İşarə barmağının bir bəndi ölçüsündən kiçik olan qan
            Məsələ 70. Əgər bir şəxsin bədəni və ya paltarı “birinci hal”da qeyd edilən qanlardan[1] qeyri bir qana bulaşsa, onun ölçüsü işarə barmağının bir bəndi ölçüsündən kiçik olduğu təqdirdə, (irəlidə qeyd ediləcək şərtlər daxilində) bu qanla namaz qılmağın maneəsi yoxdur. Amma əgər bu qan işarə barmağının bir bəndi ölçüsündə olsa və ya bundan daha böyük olsa, bu qanla namaz qılmağın maneəsi vardır.
            Məsələ 71. İşarə barmağının bir bəndi ölçüsündən kiçik olan qanla namaz qılmaq bir neçə şərt daxilində düzgündür:
            1- Bu qan heyz qanı olmamalıdır. Əgər bədəndə və ya paltarda heyz qanı olsa, bu qan çox az olsa belə, namaz düzgün deyildir. Ehtiyat-vacibə görə, nifas qanı və istihazə qanı da eyni hökmü daşıyır.
            2- Bu qan “nəcasət”lərdən olan heyvanın, yəni it və donuzun qanı, əti haram olan heyvanın qanı, “murdar”ın qanı və kafir insanın qanı olmamalıdır.
            3- Bu qana kənar bir yaşlıq dəyməməlidir. Amma əgər kənar yaşlıq bu qana tamamilə qarışsa və yaranan ölçü işarə barmağının bir bəndi ölçüsündən böyük olmasa, bu halda onunla namaz qılmaq düzgündür. Əks halda, onunla namaz qılmaq ehtiyat-vacibə görə, düzgün deyildir.
            Məsələ 72. Əgər bədən və ya paltar qana bulaşmasa, amma qanla təmasda olmaq nəticəsində napak olsa, məsələn, bir şəxsin yaş əli və ya paltarı quruyan qana dəysə və bunun nəticəsində əl və ya paltar napak olsa, amma ələ və ya paltara qan keçməsə, bu halda napak olan hissə işarə barmağının bir bəndi ölçüsündən kiçik olsa belə, onunla namaz qılmaq olmaz.
            Məsələ 73. Əgər qanın özü bədəndən və ya paltardan təmizlənsə, amma onun yeri paklanmasa, bu yerin ölçüsü işarə barmağının bir bəndi ölçüsündən böyük olmadığı təqdirdə, bu bədən və ya paltarla namaz qılmaq olar.
            Məsələ 74. Əgər qan astarlı bir paltarın üstünə tökülüb astara da keçsə, yaxud qan astara tökülüb paltarın üst qatına keçsə, paltarın üstündəki və astardakı qanın ümumi ölçüsü işarə barmağının bir bəndi ölçüsündən kiçik olduğu təqdirdə, onunla namaz qılmaq düzgündür. Amma əgər böyük olsa, namaz düzgün deyildir.
             
            Üçüncü hal: Kiçik geyimlərin napak olması
            Məsələ 75. Əgər corab, əlcək, araqçın və bu kimi kiçik geyimlər – belə ki, bu geyimlərlə övrəti örtmək mümkün deyildir – həmçinin üzük, qolbaq və bu kimi əşyalar “nəcasət” ilə təmas nəticəsində napak olsa, onunla namaz qılmaq düzgündür.
            Məsələ 76. Əgər namaz qılanda insanın üstündə napak cib dəsmalı, açar, bıçaq və s. olsa, onunla namaz qılmağın maneəsi yoxdur.
             
            Dördüncü hal: Napak paltarı geyinmək məcburiyyətində olmaq
            Məsələ 77. Əgər bir şəxs havanın soyuq olması və ya suyun olmaması səbəbilə, yaxud da bu kimi başqa səbəblərlə napak bədən və ya paltarla namaz qılmaq məcburiyyətində qalsa, onun namazı düzgündür.
             

            [1] Yəni təmizlənib paklanması olduqca çətin və əziyyətli olan yara, kəsik və ya çiban qanı
        • 2) Namaz paltarı mübah olmalıdır
        • 3) “Murdar”ın[1] hissələrindən olmamalıdır
        • 4) Namaz paltarı əti haram heyvanın hissələrindən olmamalıdır
        • 5) Kişinin paltarı qızıldan olmamalıdır
        • 6) Kişinin paltarı xalis ipəkdən olmamalıdır
      • Namaz paltarına aid müstəhəb və məkruh işlər
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /