İlahinin İmamdan (r) sonrakı ehtiyatı
Həzrət Ayətullah Bəhaəddini (r) rəhbərin bu ağır və məsuliyyətli vəzifəyə seçilməsindən öncə buyurur:
– Həmin vaxtdan etibarən rəhbərliyin cənab Xameneyiyə məxsus olduğunu gördüm, ona görə ki, o, İmamdan (r) sonra ilahinin bizim üçün ehtiyatı idi. Ona öz hədəflərinə çatmaqda kömək etməliyik. Ona da diqqət yetirməliyik ki, rəhbərliyə qarşı müxalifətdə olmaq o qədər də asan iş deyildir. Böyük Mirzə Şirazi İngiltərə hökumətinə qarşı mübarizəyə başlayanda tənbəkiyə yasaq qoyulması ilə başladı. Bir ruhani həmin vaxt ona qarşı çıxdı. Mirzə həmin ruhaninin ona qarşı çıxdığını eşidib qarğış etdi. Bu qarğışdan sonra həmin kişinin nəsli ruhanilik kateqoriyasından məhrum olundu. Sonra onun cavan oğlu vəfat etdi və o, alim övlad üzünə həsrət qaldı.
1 Dini İşlər üzrə Ali Mütəxəssislər Məclisinin üzvü Ayətullah Hacı Şeyx Hüseyn Rasti Kaşani:
Allahın adı ilə!
– Həmd və salavatdan sonra əsrin Böyük İmamına (Canımız ona fəda olsun!) və böyük dini rəhbərə öz başsağlığımı çatdırır və qeyd olunan sualın cavabında bildirirəm: müsəlmanların külli ixtiyar sahibi olan rəhbəri Həzrət Ayətullah Xameneyiyə İslamın ictimai ehkamlarında itaət etmək və onun ardınca getməyin zəruriliyi heç bir kəs üçün sirr deyildir. Şəxsi və fərdi hökmlərə gəldikdə isə (baxmayaraq ki, o cənab özü başsağlığı bəyanatında Qum Elmi Mərkəzində təqlid şərtlərinə malik olan müctəhidlərin varlığını bildirmişdir) indiki şəraitdə daha layiqli müctəhidi müəyyənləşdirməyin, hətta ehtimal səviyyəsində də çox çətin olduğunu nəzərə alaraq bildirirəm ki, İslam və müsəlmanların yeganə qoruyucusu və hamisi, habelə nəyin daha məsləhətli olub-olmamasını bilən Həzrət Ayətullah Xameneyini təqlid etmək nəinki kafi, İslam düşmənlərinin hiylələrini və onların müsəlmanları parçalamağa yönəlik ayrı-seçkilik salmaq niyyətlərini nəzərə alaraq hətta ən yaxşı seçimdir. Dünya müsəlmanları Allah-Təalanın bizə bəxş etdiyi bu hədiyyəni birliyi qorumalı və Tanrının aşağıdakı iki müqəddəs ayəsində:
“Hamılıqla Allahın ipinə əl atın. Parçalanmayın və Allahın sizə olan nemətini də yada salın”
(“Ali-İmran” surəsi, ayə 103);
“Bir-birinizlə çəkişməyin, yoxsa zəifləyib gücdən düşərsiniz”
(“Ənfal” surəsi, ayə 46) buyurulan ifadələrin məzmununu həmişə əsas götürüb, öz əməlləriylə müsəlmanların və İslamın böyüklüyünü, əzəmətini və müstəqilliyini bütün sahələrdə təmin etməlidirlər.
Hüseyn Rasti Kaşani,
10/9-1373; 27 cəmadiolsani 1415
Həzrət İmam Xomeyni (r) və Ayətullah Ərakinin (r) Məsləhətləşmələr Şurasının və Müəllimlər Cəmiyyətinin üzvü Ayətullah Hacı Seyid Cəfər Kərimi:
Allahın adı ilə!
Əsrin böyük İmamına (Canımız ona fəda olsun!) salamlarımı çatdırdıqdan sonra, onun mübarək hüzurunda və böyük dini rəhbər Həzrət Ayətulla Xameneyinin hüzurunda Şeyxülfiqəha Ayətullah Şeyx Məhəmməd Əli Ərakinin vəfatı münasibətilə başsağlığı verirəm. Sonra isə bildirirəm ki, İmami-Zamanın qaib olduğu dövrdə o həzrətin fiqhi, dini, ictimai və siyasi işlər üzrə İslam ümməti arasında naibliyi üçün lazım olan şərtləri nəzərə alaraq İslam ümmətinin fəqihi və İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullah Xameneyinin təqlidi maneəsiz və kafidir. Allahın saleh bəndələrinə salam olsun.
Cəfər Kərimi,
26 cəmadiolsani 1415; 9/9-1373
Dini İşlər üzrə Ali Mütəxəssislər Məclisinin üzvü, Qum Elmi Mərkəzinin müəllimi Ayətullah Hacı Şeyx Mortəza Bəni Fəzl:
Allahın adı ilə!
Böyük İmamın hüzuruna görkəmli ruhani alim Həzrət Ayətullah Qolpayeqaninin vəfatının ildönümü və böyük ruhani alim Həzrət Ayətullah Ərakinin vəfatı münasibətilə başsağlığı verirəm.Həzrət İmamın (r) rəhmətə getdiyi gün İranın hər bir yerindən, xüsusilə Qum Elmi Mərkəzindən 70 nəfərdən çox böyük və tanınmış din alimi gəlmişdilər. Böyük əksəriyyəti sədaqətli və ədalətli olan bu müctəhidlər İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullah Xameneyini fiqhin müxtəlif sahələri üzrə şəriət hökmünü çıxara bilmək səlahiyyətlərinə malik bir şəxs kimi irəli sürmüş və onu bütün dünyaya tanıtmışlar. Ona görə də bu şəxsi təqlid etmək caizdir və onun təqlidi İslam respublikası sisteminin möhkəmlənməsinə, düşmənlərin isə ümidsizliyinə səbəb olacaqdır. Allah-Təala İslama və müsəlmanlara xidmət edən bütün alimlərə kömək olsun.
Mortəza Bəni Fəzl,
26 cəmadiolsani 1415
Nəzarətçilər Şurasının və Qum Elmi Mərkəzinin Müəllimlər Cəmiyyətinin üzvü Ayətullah Hacı Şeyx Məhəmməd Yəzdi:
Allahın adı ilə!
Heç bir tərəddüd etmədən təqlid üçün bütün şərtlərə uyğun olan, çoxsaylı üstünlükləri ilə seçilən böyük dini rəhbər Həzrət Ayətullah Xameneyini bütün məsələlərdə təqlid etmək olar. İnşallah, Allah-Təala İslam cəmiyyətinə rəhbərlik etməkdə və bu sistemi qoruyub saxlamaqda ona uzun ömür, böyüklük və əzəmət bəxş edəcəkdir.
Məhəmməd Yəzdi
Dini İşlər üzrə Ali Mütəxəssislər Məclisi və Nəzarətçilər Şurasının Müəllimlər Cəmiyyətinin üzvü Ayətullah Hacı Şeyx Əhməd Cənnəti:
Allahın adı ilə!
Böyük dini rəhbəri təqlid etməkdə heç bir problem yoxdur və bu, İslamın, habelə inqilabın daha da qüvvətlənməsinə səbəb olacaq və düşmənlərin ümidlərini puç edəcəkdir. Onlar istəyirdilər ki, bu həyati məsələlərə müdaxilə etməklə İslam respublikası sistemini zəiflətsinlər.
Sizə uğurlar arzulayıram.
Əhməd Cənnəti,
15/9-1373
Qum Elmi Mərkəzinin müəllimi Ayətullah Hacı Şeyx Məhəmməd İbrahim Cənnati:
Allahın adı ilə!
Bu gün İslam cəmiyyətində təqlid ediləcək ruhani şəxsin malik olduğu xüsusiyyətləri nəzərə alsaq, mən Həzrət Ayətullah Xameneyini bu məqama layiq bilirəm.
Məhəmməd İbrahim Cənnati,
9/9-1373
Dini İşlər üzrə Ali Mütəxəssislər Məclisinin üzvü və Qum Elmi Mərkəzinin müəllimi Ayətullah Hacı Şeyx Əbulfəzl Xunsari:
Allahın adı ilə!
Mənim əvvəldən də fikrim belə olub ki, Həzrət Ayətullah Xameneyi Elmi Mərkəzin idarəçiliyini öz əlində saxlayıb risalə yazsın. Əgər məsləhət bilsəydi hər həftə üç dəfə Quma gəlib dərs deməyə başlayardı ki, tələbələr onun fikirlərindən bəhrələnsinlər.
Əbulfəzl Xunsari,
30 cəmadiolsani 1415
İraq İslam inqilabı Ali Məclisinin sözçüsü, Qum Elmi Mərkəzinin müəllimi Ayətullah Hacı Seyid Mahmud Haşimi:
Böyük mərcələrdən və yer üzündəki ilahi nişanələrdən biri olan Ayətullahul-uzma Ərakinin matəmində.
Allahın adı ilə!
Allah-Təala bizə və sizə əcr versin. Həqiqətən, o, ləyaqətli elm və əməldə möminliyin nümunəsi, əvvəlki ruhanilərin və alimlərin keçdikləri yolu davam edənlər üçün meyar idi. Allah-Təaladan istəyirik ki, onların hər birinə öz mərhəmətini göstərsin və onları müqəddəs peyğəmbərlər və imamlar ilə məhşur etsin. Bu çətin yolu keşməkdə və onların ləyaqətli yolunu Allah, Onun peyğəmbəri və möminlər istəyən tərzdə davam etdirməkdə bizim hamımıza kömək etsin.
Ancaq sizin bizim böyük rəhbərimiz Ayətullah Seyid Əli Xameneyinin mərcəiyyəti ilə əlaqədar sorğunuza gəldikdə isə, qeyd edim ki, böyük ruhani mərcə Ayətullah Qolpayeqani rəhmətə gedərkən həzrətə göndərdiyim teleqrafda bu məsələyə toxunmuşam və bu işin İslam dünyası və müsəlmanlar üçün zəruri olduğunu qeyd etmişəm. Çünki həm söz birliyi, həm haqq bayrağımızın ucalığı, həm rəhbərlik və həm də düşmənlərin və kafirlərin məğlubiyyəti onunla bağlıdır. Allah-Təaladan istəyirik ki, həzrətin şərəfli ömrünü artırsın və İmam Zamanın (Canımız ona fəda olsun!) zühur etməsinədək onun bu İslam ümmətinə rəhbərliyini səmərəli etsin. Sizlərə və bütün mömin qardaşlarımıza Allah-Təalanın salam və mərhəmətini diləyirəm.
Mahmud Haşimi,
27 cəmadioləvvəl 1415
Qum Elmi Mərkəzi Müəllimlər Cəmiyyətinin üzvü Ayətullah Hacı Şeyx Rza Ostadi:
Allahın adı ilə!
İslam və təşəyyü sisteminin dünyada qorunub saxlanılmasını və İslam aləminin məsləhətini nəzərə alaraq bildirirəm ki, Ayətullah Hacı Seyid Əli Xameneyini (Allah iltifatını artıq eləsin!) bütün şərtlərə cavab verən müctəhidliyini qəbul edirəm.
Rza Ostadi,
1415- ci ilin cəmadiolsani ayı
Dini İşlər üzrə Ali Mütəxəssislər Məclisinin nümayəndəsi və Qum Elmi Mərkəzi Müəllimlər Cəmiyyətinin üzvü Ayətullah Hacı Şeyx Abbas Nəhfuzi:
Allahın adı ilə!
Şəraiti nəzərə alaraq bildirirəm ki, Həzrət Ayətullah Xameneyi təqlid olunmağa layiqdir.
Abbas Məhfuzi
Dini İşlər üzrə Ali Mütəxəssislər Məclisinin üzvü və Babulun İmam cüməsi Ayətulla Hacı Şeyx Hadi Ruhani:
Allahın adı ilə!
Cümə namazında bildirdiyim kimi, indiki zamanda, yəni dünyada İslam respublikasının müqəddəs inqilabı və sistemi düşmənlərin hücumuna məruz qaldığı bir vaxtda (onlar çalışırlar ki, rəhbərliklə mərcəiyyət arasında ayrı-seçkilik salsınlar) vəzifəmiz bunu tələb edir ki, mərcəiyyət və rəhbərlik eyni yerdə cəmləşsin. Əgər biz ilahiyyatçı alim axtarıb tapmaq və mərcəiyyət dedikdə bütün tərəfləri – həm fiqhi, həm siyasəti, həm cəmiyyəti, həm də rəhbərliyi nəzərdə tutmaq istəyiriksə, yəni İmamın dili ilə desək: məkana və zamana hakim bir mərcəyi tanımaq istəyiriksə, bu şəxs “Həzrət Ayətullah Xameeyidir. Biz başqa birisini tapa bilməyəcəyik ki, belə universal olsun. Həzrət Ayətullah Xameneyi öz rəhbərlik etmək qabiliyətini bütün müsəlmanlara sübut edə bilmişdir. Bu baxımdan bütün müsəlmanların, şiələrin Həzrət Ayətuah Xameneyiyə təqlid etmələri gərəkdir. Allah-Təala hamınızı hifz etsin. İnşallah.
Şeyx Hadi Ruhani,
Mazandaran vilayətində dini rəhbərliyin nümayəndəsi
Dini İşlər üzrə Ali Mütəxəssislər Məclisinin üzü, Qəzinin İmam cüməsi Ayətullah Hacı Şeyx Hadi Barikbin:
Allahın adı ilə!
Bir çox mərcə və fəqihlərin rəyini nəzərə alaraq bildiririk ki, Həzrət Ayətullah Xameneyinin rəhbərlik etdiyi ötən müddət ərzində onda müşahidə etdiyimiz xüsusi keyfiyyətlərə əsasən həzrət təqlid olunmağa daha layiqdir.
Hadi Barikbin
Əhli-beyt (ə) Beynəlxalq Cəmiyyətinin baş katibi Həzrət Ayətulla Şeyx Məhəmməd Əli Təsxiri:
Allahın adı ilə!
Əziz qardaşlarım! Salam, sizə bildirməliyəm ki, müctəhid İslamın bütün sistemi haqda mükəmməl məlumata malik olmaqdan əlavə, bütün ictimai, siyasi prosesləri, həyatın bütün sahələrinə aid taleyüklü məsələlərə də bələd olmalı, həmçinin zaman və məkanın tələblərini dərk etməli, onların ehkamların dəyişilməsində qoyduğu təsiri anlamalıdır.
Mən mərcəiyyətin bütün bu sadalanan cəhətləri nəzərə almasına, həmçinin təqlid ediləcək ruhani bir şəxsin İslam ümmətinin və Əhli-beyt (ə) ardıcıllarının ən yüksək mənafeləri istiqamətində daha böyük səylə, daha dəqiq və hərtərəfli çalışmalı olduğuna diqqət yetirərək, Həzrət Ayətullah Xameneyinin barəsində şahidlik edirəm ki, mərcəiyyət məhz bu böyük və bacarıqlı şəxsdə öz təsdiqini tapmışdır.
Məhəmməd Əli Təsxiri,
29 cəmadiolsani; 12/9-1373
Dini İşlər üzrə Ali Mütəxəssislər Məclisinin üzvü, Xorasan vilayətində dini rəhbərliyin nümayəndəsi Ayətullah Hacı Şeyx Abbas Təbəssi:
Allahın adı ilə!
Mənim fikrimcə, İslam cəmiyyəti və müsəlman ümmətinin mənafelərinin təmin olunmasına münasibətdə mərcəiyyətin təyinedici roluna və onun özünəməxsus yerinə diqqət yetirərkən, habelə hökmran dövlətlərin siyasi, iqtisadi və təbliğat xarakterli sərmayə yatırımlarını, onların zərərli görüşlərini nəzərə alarkən, eləcə də bütün meyarları, elmi və texniki metodları gözdən keçirərkən Həzrət Ayətullah Xameneyini təqlid etməyin zəzuriliyini söyləməyi özümə mənəvi borc bilirəm. Bu təqlid həmçinin İslam hökuməti və sisteminin qüvvətləndirilməsinə imkan verəcəkdir.
Abbas Vaiz Təbəssi,
29 cəmadiolsani 1415; 12/9-1373
Dini İşlər üzrə Ali Mütəxəssislər Məclisinin nümayəndəsi, Qum Elmi Mərkəzinin müəllimi, Mərkəzin İslami Təbliğat Dəftərxanasının İdarə Heyətinin müdiri Höccətülislam vəl-Müslimin Hacı Şeyx Muhyiddin Fazil Hərəndi:
Allahın adı ilə!
Görkəmli mərcə Ayətullah Ərakinin vəfatı münasibətilə başsağlığı verdikdən sonra Həzrət Ayətullah Xameneyinin elmi səviyyəsindən xəbərdar olduğumdan ona təqlid olunmasının kafi olduğunu bildirməyi özümə mənəvi borc bilirəm.
Muhyiddin Fazil Hərəndi
Böyük dini rəhbərin mərcəiyyətinin və onun şəxsiyyətinin elmi və əməli tərəfləri barədə fikir söyləyən Həzrət İmamın (r) tərəfdaşlarının, köməkçilərinin, Dini İşlər üzrə Ali Mütəxəssislər Məclisi rəhbərlərinin və s. şəxslərin adlarını aşağıda təqdim edirik:
1. Həzrət Ayətullah Hacı Şeyx Əli Meşkini – 15/5-1369
2. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Fazil Lənkərani – 7 məhərrəm 1411 h.q
3. Həzrət Ayətullah Hacı Şeyx Abdulla Cavadi Amili – 30 zihəccə 1410 h.q
4. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Mömin –12 məhərrəm 1411 h.q
5. Həzrət Ayətullah Hacı Şeyx Yusif Saneyi – 4 səfər 1411
6. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Yəzdi – 27/3-1369
7. Həzrət Ayətullah Hacı Şeyx Hüseyn Rasti Kaşani –10/9–1373
8. Həzrət Ayətullah Hacı Seyid Cəfər Kərimi – 9/9-1373
9. Həzrət Ayətullah Hacı Şeyx Mortəza Bəni Fəzl – 26 cəmadiolcani 1415 h.q
10. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Yəzdi
11. Həzrət Ayətullah Hacı Seyid Abbas Xatəm Yəzdi –27/6-1415 h.q
12. Həzrət Ayətullah Hacı Şeyx Əhməd Cənnəti – 15/9-1373
13. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Cənnati – 9/9-1373
14. Həzrət Ayətullah Şeyx Əbulfəzl Xunsari – 30 cəmadiolsani 1415
15. Həzrət Ayətullah Hacı Seyid Mahmud Haşimi – 27 cəmadiolsani 1415
16. Həzrət Ayətullah Hacı Şeyx Rza Ostadi – 1415-ci ilin cəmadiolsani ayı
17. Həzrət Ayətullah Hacı Şeyx Əhməd Sabiri Həmədani – 10/9-1373
18. Həzrət Ayətullah Hacı Şeyx Abbas Məhfuzi
19. Həzrət Ayətullah Şeyx Əliəsğər Məsumi – 11/9-1373
20. Həzrət Ayətullah Cəlaləddin Tahiri 29 cəmadiolsani 1415
21. Həzrət Ayətullah Musəvi Həmədani – 12/9-1373
22. Həzrət Ayətullah Hacı Şeyx Hadi Ruhani
23. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Hüseyn Zərəndi – 13/9-1373
24. Həzrət Ayətullah Seyid Məhəmməd Bağır Həkim – 27 cəmadiolsani 1415 h.q
25. Həzrət Ayətullah Hacı Seyid İsmayıl Musəvi Zəncani – 12/9-1373
26. Həzrət Ayətullah Hacı Şeyx Əbdülhüseyn Qərəvi – 26 cəmadiolsani 1415 h.q
27. Həzrət Ayətullah Hacı Mirzə Cəfər Əşraqi – 26 cəmadiolsani 1415 h.q
28. Həzrət Ayətullah Hacı Şeyx Mirzə Əli Ğəzəlcəyi – 26 cəmadiolsani 1415 h.q
29. Həzrət Ayətullah Hacı Seyid Əliəkbər Qüreyşi – 10/9-1373
30. Həzrət Ayətullah Hacı Seyid Əli Şəfii – 12/9-1373
31. Həzrət Ayətullah Hacı Seyid İsmayıl Haşimi – 12/9-1373
32. Həzrət Höccətülislam Hacı Şeyx Məhəmməd Vaizzadə – 30 cəmadiolsani 1415 h.q
33. Həzrət Ayətullah Hacı Şeyx Hadi Barikbin
34. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Əli Təsxiri – 1415 h.q
35. Höccətülislam Hacı Şeyx Əhməd Möhseni Qorqani – 10/9-1373
36. Həzrət Ayətullah Hacı Şeyx Abbas Vaiz Təbəssi – 29 cəmadiolsani 1415 h.q
37. Həzrət Ayətullah Hacı Seyid Kamal 29 cəmadiolsani 1415 h.q
38. Höccətülislam vəl-Müslimin Hacı Şeyx Məhyəddin Fazil Hərəndi.
39. Həzrət Ayətullah Qərəvian – 13/9-1373
40. Höccətülislam Seyid Yəhya Cəfəri
41. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Hüseyn
42. Həzrət Ayətullah Malik Hüseyni – 15/9-1373
43. Həzrət Ayətullah Hacı Seyid Məhəmməd Əli Cəzayeri
Siz adları çəkilən bu şəxslərin böyük dini rəhbərlə əlaqədar yazdıqları məlumatların əslini “Həzrət Ayətullah Xameneyinin mərcəiyyəti haqda fəqihlərin və görkəmli şəxslərin fikirləri” kitabından
(Tərtib edənlər: Qum Elmi Mərkəzinin ruhani alimləri. Naşir: Qum Elmi Mərkəzinin İslami Təbliğat Şöbəsi. Çap tarixi – 13 rəcəb 1415 h.q; 26 azər 1373.) əldə edə bilərsiniz.
1