1 00:00:00,570 --> 00:00:03,420 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:04,680 --> 00:00:12,620 و الحمدلله ‌ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين 3 00:00:16,910 --> 00:00:19,880 سيّما بقيّةالله في الارضين 4 00:00:20,450 --> 00:00:34,510 Əziz qardaşlar, əziz bacılar, xoş gəlmisiniz. Ədliyyə günü, yaxud həftəsi münasibətilə 5 00:00:35,600 --> 00:00:49,080 sizin hamınızı – bu mühüm və həyat əhəmiyyətli işi həyata keçirən bütün ədliyyə işçilərini təbrik edir, Allah-taaladan hər birinizə mənəvi dəstək olmasını, 6 00:00:49,370 --> 00:01:02,400 yardım etməsini, sizi daim doğru yola istiqamətləndirməsini, 7 00:01:02,680 --> 00:01:11,020 həmçinin gördüyünüz işə görə bu dünyada və axirətdə, inşallah ki, sizə böyük əcr və savab nəsib etməsini diləyirəm. 8 00:01:11,370 --> 00:01:26,400 Məhkəmə hakimiyyətinin möhtərəm sədri cənab Amoliyə geniş və müfəssəl məruzəsinə görə təşəkkürümü bildirirəm. Çox mükəmməl və hərtərəfli bir məruzə idi. Məhkəmə hakimiyyətinin möhtərəm sədri cənab Amoliyə geniş və müfəssəl məruzəsinə görə təşəkkürümü bildirirəm. Çox mükəmməl və hərtərəfli bir məruzə idi. 9 00:01:27,540 --> 00:01:40,220 Arzu edərdim ki, həmin məruzədə qeyd olunan məqamlar barədə geniş ictimaiyyətə də münasib bir üsulla məlumat verilsin. 10 00:01:40,680 --> 00:01:53,020 Düzdür, görülən işlər haqda bizə məruzə olunur, hesabatlar verilir və mən bu görüşdən əvvəl də ədliyyə sahəsindəki fəaliyyətlərlə bağlı geniş və müfəssəl bir hesabatla tanış olmuşdum, 11 00:01:53,370 --> 00:02:03,540 lakin buna baxmayaraq, cənab Amolinin toxunduğu bəzi məsələlər mənim üçün də yeni idi, 12 00:02:03,820 --> 00:02:09,080 onlardan xəbərim yox idi. Hələ biz ölkədə həyata keçirilən işlər barədə mütəmadi olaraq məlumat alırıq, 13 00:02:09,600 --> 00:02:16,450 xalqın isə bunlardan heç xəbəri olmur; inşallah, bu gün mən təbliğat məsələsi barədə də danışacağam. 14 00:02:18,110 --> 00:02:29,080 Hər halda, cənab Amolinin məruzəsi çox yaxşı, müfəssəl və hərtərəfli bir məruzə idi və mən bu çıxışına görə ona təşəkkürümü bildirirəm. 15 00:02:30,050 --> 00:02:45,820 İslami təqvimimizin digər əlamətdar günləri kimi, Ədliyyə günü və Ədliyyə həftəsi də şəhidliklə bağlıdır, 16 00:02:46,450 --> 00:02:57,420 bu gün də Allah yolunda fədakarlıq, bu yolda qətlə yetirilmək əsasında müəyyən olunmuşdur; 17 00:02:57,420 --> 00:03:10,450 eynilə Müəllimlər günü, 15 xordad və Allah yolunda şəhadət əsasında təsis edilmiş digər günlər kimi. 18 00:03:12,910 --> 00:03:23,650 Bu fakt ölkəmizin ədliyyə sistemini xüsusi bir tərzdə tanıdır, ona xüsusi bir mahiyyət qazandırır. 19 00:03:24,850 --> 00:03:35,310 Məhkəmə hakimiyyəti sırf müəyyən vəzifələri həyata keçirib, bu barədə hesabat verməli olan bir hakimiyyət strukturu deyil. 20 00:03:35,880 --> 00:03:45,020 Bu, böyük bir insan kollektividir və burada cihad – hərtərəfli cihad həyata keçirilməlidir. 21 00:03:45,480 --> 00:03:53,820 Məhkəmə hakimiyyətində fədakarlıq olmalıdır – fədakarlığınsa zirvəsi şəhadətdir – 22 00:03:56,110 --> 00:04:04,570 öz mənafeyindən, şəxsi istəklərindən keçmək, 23 00:04:05,770 --> 00:04:15,250 ali, ülvi hədəflərə xidmət etmək olmalıdır. Məhkəmə hakimiyyəti bu deməkdir. Bu prinsip çox önəmlidir 24 00:04:15,250 --> 00:04:29,480 və məhkəmə sistemində çalışan insanların çiyinlərinə kağız üzərindəki rəsmi, idarəçilik işlərindən daha yüksək vəzifə və məsuliyyət qoyur. 25 00:04:31,080 --> 00:04:37,600 Mən məhkəmə hakimiyyəti sahəsində həyata keçirilmiş işlərə görə, həqiqətən də, təşəkkürümü bildirmək istəyirəm; 26 00:04:38,620 --> 00:04:55,310 istər Ali Məhkəmənin sədrinə – hansı ki, Allaha şükür, yüksək bacarıq və peşəkarlıqla, iş və inkişaf əzmi ilə bu meydana daxil olub, 27 00:04:56,400 --> 00:05:06,170 çalışır, səy göstərir – istər kollegiyaların rəsmilərinə, istərsə də hakimlər, müxtəlif əməliyyat idarələrinin əməkdaşları da daxil olmaqla 28 00:05:06,570 --> 00:05:20,400 ölkənin dörd bir yanında məhkəmə sistemində çalışan bütün insanlara. Mən onların hamısına, həqiqətən də, təşəkkür edirəm; doğrudan da, çox çalışırlar. 29 00:05:22,110 --> 00:05:37,420 Az öncə cənab Amolinin qeyd etdiyi işləri də yalnız ümumi, kollektiv fəaliyyət sayəsində həyata keçirmək mümkündür. 30 00:05:37,420 --> 00:05:46,400 Kollektivin iştirakı və köməyi olmadan, bir qrup adamın başda oturmağı ilə bu işləri görmək mümkün olmazdı. 31 00:05:46,970 --> 00:05:52,170 Aydındır ki, bütövlükdə məhkəmə hakimiyyətinin bütün kollektivi, Allaha şükür, işləyəndir, çalışqandır. 32 00:05:53,310 --> 00:06:01,770 Mühüm olan bir məqam var və o da bundan ibarətdir ki, məhkəmə hakimiyyəti ölkədə hökumətin öhdəsinə düşən bir vəzifəni həyata keçirir; 33 00:06:02,050 --> 00:06:12,970 bu, sözsüzdür; məhkəmə hakimiyyətinin gördüyü işi ölkədə hökumət görməlidir. 34 00:06:12,970 --> 00:06:23,310 Dünyanın hər yerində də belədir. Məhkəmə hakimiyyətinin vəzifəsi ədaləti bərqərar edib hökm çıxarmaqdan, çəkişmələri araşdırmaqdan, 35 00:06:23,650 --> 00:06:31,370 qanunu pozanları cəzalandırmaqdan ibarətdir, bu isə hökumətin öhdəsinə düşən bir işdir. 36 00:06:32,110 --> 00:06:43,020 Məhkəmə orqanları öz vəzifələrini yaxşı həyata keçirəndə xalq hökumətdən razı qalır. 37 00:06:44,740 --> 00:06:53,250 Əksinə, pis bir şəkildə həyata keçirəndə, işində nöqsan və çatışmazlıqlar olanda isə 38 00:06:54,280 --> 00:07:01,600 xalq hökumətdən qayğılı və narazı olur. 39 00:07:02,280 --> 00:07:12,570 Misal üçün, heç kim: “Məhkəmə sistemində problem var”, – demir; yox, bu, hökumətin öhdəsinə düşən bir vəzifədir 40 00:07:13,540 --> 00:07:20,400 və bu sahədə yol verilən nöqsanlara görə bütövlükdə ölkəni idarə edən hakimiyyət məsuliyyət daşıyır. 41 00:07:21,140 --> 00:07:35,370 Bu isə sizin işinizin həssaslığını daha da artırır. Özü də məhkəmə orqanlarının öhdəsinə düşən vəzifələr lazımınca yerinə yetiriləndə xalq təkcə razı qalmır, 42 00:07:35,370 --> 00:07:44,450 bunun təsir və bərəkəti xalqın həyatının reallığında da, həqiqətən, hiss olunur. Yəni əgər qanun pozuntularına qarşı, 43 00:07:44,970 --> 00:07:52,050 həqiqətən də, ciddi, düzgün, məntiqli və ardıcıl şəkildə tədbir görülsə, 44 00:07:52,280 --> 00:07:59,600 görün bu, ölkəyə nə qədər təsir edər! Birgə yaşayışın əsasında qanuna riayət edilməsi durur. 45 00:08:00,680 --> 00:08:08,970 Elə məhkəmə sisteminin vəzifələrindən biri də qanun pozuntuları ilə mübarizə aparmaq, qanunu pozanlara: “Dur!” – deməkdir. 46 00:08:09,940 --> 00:08:19,080 Və ya müxtəlif ədavət və çəkişmələrin həll edilməsi; məhkəmə orqanları vətəndaşlar arasında rast gəlinən ədavət və çəkişmələri uğurla həll edə bilsə, 47 00:08:19,080 --> 00:08:23,820 görün bu, xalqın həyatına nə qədər müsbət təsir edər! 48 00:08:24,510 --> 00:08:30,850 Dava-dalaşlar, şikayətlər, narazılıqlar əhalinin gündəlik həyatına daşınmadan, 49 00:08:31,080 --> 00:08:39,310 sirayət etmədən məhkəmə salonlarında yoluna qoyulub bitsə, bunun bərəkəti həddən artıq çox olar. 50 00:08:40,400 --> 00:08:51,370 Digər bir önəmli məqam odur ki, daşıdığı bu ağır məsuliyyətlə yanaşı, məhkəmə hakimiyyəti həm də özündə ədaləti təzahür etdirməlidir; 51 00:08:51,710 --> 00:09:03,250 yəni məhkəmələrdə ədalətin var olduğunu hamı hiss etməlidir. Mən bunu dostlarımızla əvvəlki görüşlərimizdən birində də söyləmişdim; 52 00:09:03,650 --> 00:09:13,200 məhkəmə sistemi elə bir səviyyəyə çatmalıdır ki, ölkənin istənilən yerində haqsızlıqla üzləşən, 53 00:09:13,820 --> 00:09:23,480 kimdənsə və ya hansısa qurumdan şikayəti olan hər bir vətəndaş: “Gedib məhkəməyə müraciət edərəm”, – deyib özünü sakitləşdirə bilsin. 54 00:09:24,340 --> 00:09:33,310 Yəni vətəndaşlar arxayın olmalıdır ki, məhkəməyə müraciət edən kimi problemləri həll olunacaq. Biz bu səviyyəyə çatmalıyıq; 55 00:09:33,710 --> 00:09:39,200 yəni hədəf budur. Məhkəmələr ədalətin təzahür etdiyi bir məkan olmalıdır. 56 00:09:40,510 --> 00:09:47,480 Haqqı tapdanan, hüquqları pozulan 57 00:09:47,710 --> 00:09:53,420 və ya hər hansı qanun pozuntusu ilə üzləşən istənilən vətəndaş tam arxayın olmalıdır ki, gedib məhkəməyə müraciət edərək haqqını bərpa edəcək. 58 00:09:55,140 --> 00:10:04,280 Məhkəmələrə sığına bilmək şansı vətəndaşlarımıza psixoloji rahatlıq gətirməlidir. 59 00:10:04,910 --> 00:10:13,820 Həmçinin ictimai hüquqların bərpası; cənab Amoli qeyd etdi; bu da məhkəmə hakimiyyətinin öhdəsinə düşən vəzifələrdən biridir. 60 00:10:14,620 --> 00:10:22,570 O, bir neçə misal çəkdi, həmin hadisələrdən mənim də xəbərim var; 61 00:10:22,910 --> 00:10:31,770 ət məsələsi, prospekt məsələsi, təyyarə məsələsi və sair; analoji hallar baş verən kimi 62 00:10:32,000 --> 00:10:41,370 insanlar düşünməlidir ki, lap yaxşı, eybi yox, biz də gedib bu barədə məhkəməyə şikayət edərik. Camaat hara müraciət etməli olduğunu bilməli və arxayın olmalıdır ki, 63 00:10:41,940 --> 00:10:51,020 məhkəməyə müraciət etdikdə həmin ictimai hüquqları bərpa olunacaq. 64 00:10:51,880 --> 00:10:53,880 Məhkəmə hakimiyyəti bu səviyyəyə çatdırılmalıdır; meyarımız bu olmalıdır. 65 00:10:54,970 --> 00:11:04,800 İslahatlar məsələsinə toxunuldu; məhkəmə hakimiyyətinin nümayəndələri ilə – istər hazırkı çağırışda təmsil olunanlarla, 66 00:11:04,800 --> 00:11:10,000 istərsə də bundan öncəki dostlarımızla keçirdiyimiz görüşlərdə mən bu məsələni həmişə dönə-dönə vurğulamışam. 67 00:11:10,400 --> 00:11:17,420 Yaxşı, bəs islahatlar necə həyata keçirilməlidir? Əvvəlcə biz bu islahatların göstəricisini müəyyənləşdirməliyik; 68 00:11:17,820 --> 00:11:27,370 biz bilməliyik ki, nələr baş verərsə, bu artıq məhkəmə sistemində islahatların həyata keçirilməsi demək olacaq. “İslahatlar” deyərkən nəyin nəzərdə tutulduğu çox önəmlidir. 69 00:11:28,110 --> 00:11:38,340 Əvvəlcə islahatların göstəricisi müəyyən olunmalı, daha sonra isə həmin göstəricilərin əldə olunması üçün konkret zaman bölgüsü aparılmalıdır. 70 00:11:38,740 --> 00:11:49,540 Əks təqdirdə və bayaq da qeyd olunduğu kimi – mən bunu məruzədə də oxumuşdum – islahatlara doğru tədricən getsək, 71 00:11:49,540 --> 00:11:57,770 bu, islahat olmayacaq. Çünki bu cür asta hərəkət edəsi olsaq, 72 00:11:58,220 --> 00:12:07,820 problemlər həmişə bizdən öndə gedəcək. İslahatlar, belə demək mümkünsə, birbaşa həyata keçirilməli olan bir işdir. 73 00:12:08,220 --> 00:12:18,450 Diqqət edin, mən “mütləq surətdə” demirəm, “belə demək mümkünsə” deyirəm. Yəni sürətlə, uyğun templə elə bir şey baş verməlidir ki, islahatların həyata keçirildiyi, 74 00:12:18,450 --> 00:12:21,370 o göstəricinin reallaşdırıldığı məlum olsun. 75 00:12:21,770 --> 00:12:30,450 Ali Məhkəmənin sədrləri kifayət qədər münasib bir müddətə seçilir 76 00:12:30,450 --> 00:12:39,770 və bu vaxt ərzində sözün həqiqi mənasında islahatlar həyata keçirilə bilər. Bir neçə onillik ərzində 77 00:12:40,170 --> 00:12:47,770 ölkənin məhkəmə hakimiyyətində bir neçə dəfə islahatlar aparılmasının da heç bir problemi yoxdur; bu, çox adi və təbii bir işdir. 78 00:12:48,340 --> 00:12:58,340 Tutalım, cənab Amoli çalışıb-vuruşub məhkəmə hakimiyyətində hansısa bir islahatı həyata keçirir, 79 00:12:58,620 --> 00:13:06,850 bir yenilik edir, məhkəmə sisteminə təzə nəfəs və dinamik əhval-ruhiyyə gətirir; sanki məhkəmə sistemi yenidən hərəkətə başlayır. 80 00:13:07,080 --> 00:13:15,420 Başqa bir dönəmdə kimsə gəlib həmin işi daha da yaxşı, daha da mükəmməl formada inkişaf etdirir. 81 00:13:16,000 --> 00:13:20,400 Biz məhkəmə hakimiyyətində islahatların aparılmasına bu cür yanaşmalıyıq. 82 00:13:21,710 --> 00:13:33,770 Məhkəmə hakimiyyəti ilə bağlı mühüm məqamlardan biri də xalqın etimadı məsələsidir; görürəm, bu məsələ məhkəmə hakimiyyətinin möhtərəm rəsmilərini 83 00:13:34,850 --> 00:13:41,200 və şəxsən cənab Amolini çox narahat edir. Bu sahədə görülən tədbirlər də bir qayda olaraq istənilən nəticəni vermir; yəni işlər düzgün aparılmır. 84 00:13:42,000 --> 00:13:49,140 Bayaq mən bu məsələyə ötəri toxundum, indi bir qədər daha ətraflı danışmaq istəyirəm. 85 00:13:50,800 --> 00:14:00,220 Bəli, ictimai rəy çox önəmlidir. Biz düşmənlərimizin, bədxahlarımızın, 86 00:14:00,570 --> 00:14:09,820 əleyhimizə yönələn məkrli plan, yalan və böhtanların qarşısında möhkəmlik və qətiyyətlə davranmalıyıq. İnsafla demək lazımdır ki, əlhəmdulillah, cənab Amolinin bu kimi hallar qarşısında mövqeyi 87 00:14:10,050 --> 00:14:20,620 həmişə çox yaxşı olub. Elə onun srağagün etdiyi çıxış da 88 00:14:20,620 --> 00:14:24,910 çox güclü idi və xalq tərəfindən çox yüksək səviyyədə, rəğbətlə qarşılandı. 89 00:14:25,080 --> 00:14:35,940 Yəni böhtan atan, fitnə-fəsad törədən, işlərə pəl vuran adamın qarşısında bu cür qüdrətlə durmaq lazımdır. 90 00:14:36,220 --> 00:14:44,910 Xalqın, ictimaiyyətin qarşısında isə bu cür çıxış etmək olmaz. İctimaiyyətin qarşısına təvazökarlıqla, sevgi ilə, 91 00:14:45,140 --> 00:14:53,820 canıyananlıqla çıxmaq, camaatla qarşılıqlı anlaşma yaratmaq lazımdır. Xalqın, ictimaiyyətin etimadını qazanmaq üçün 92 00:14:55,200 --> 00:14:58,620 bu, çox önəmlidir. İctimaiyyətin etimadını qazanmaq 93 00:14:59,710 --> 00:15:08,400 məhkəmə hakimiyyəti üçün əsas məsələlərdən biridir. 94 00:15:08,740 --> 00:15:14,850 Əlbəttə ki, bu, bütün hakimiyyət strukturları üçün vacib əhəmiyyət kəsb edir, lakin məhkəmə hakimiyyətinin işi əksər hallarda dava və çəkişmələr, 95 00:15:15,600 --> 00:15:24,450 hüquq və qanun pozuntuları ilə əlaqəli olduğundan 96 00:15:24,740 --> 00:15:29,020 digər qurumlarla müqayisədə xalqın etimadını qazanmağa daha çox ehtiyacı var; 97 00:15:30,000 --> 00:15:35,140 həm məhkəmə hakimiyyətinin özünün, həm də onun inzibati strukturlarının; onlar da eynilə. 98 00:15:35,540 --> 00:15:44,340 Misal üçün, məhkəmə hakimiyyətinin inzibati qüvvəsi olan polislərə xalq inanmalıdır ki, 99 00:15:44,570 --> 00:15:49,540 lazım olan yerdə güc tətbiq edəndə, sərt bir tədbir görəndə 100 00:15:49,820 --> 00:15:57,770 camaat onlara etimad edərək:“Yeri idi, lazım idi, etməli idilər, etdilər”, – desin. 101 00:15:59,540 --> 00:16:13,020 Yaxşı, bəs bu etimadın qazanılması üçün nə etməliyik? Mənim fikrimcə, bunun üçün iki əsas işin görülməsi vacibdir. 102 00:16:14,050 --> 00:16:18,910 Bunlardan biri əməli, digəri isə təbliğat xarakterli işdir. 103 00:16:19,820 --> 00:16:31,880 Əvvəlcə təbliğat işi barədə danışaq; baxın, bu gün məhkəmə hakimiyyəti media və təbliğat orqanlarının ən kəskin formada təzyiqlərinə məruz qalır! 104 00:16:33,250 --> 00:16:41,480 Həm xarici düşmənlər, həm də ölkə daxilindəki dünyadan bixəbər müxalif qüvvələr tərəfindən. 105 00:16:41,480 --> 00:16:47,080 Hələ mən onlara nikbin yanaşaraq “dünyadan bixəbər” olduqlarını deyirəm. 106 00:16:48,450 --> 00:17:00,800 Tutalım, hansısa rəhmsiz qatil asayişin keşiyində duran bir neçə polis işçisini öldürür, 107 00:17:02,050 --> 00:17:12,280 məhkəmə hakimiyyəti də bir neçə ay davam edən hüquqi prosedurla onun törətdiyi bu cinayəti araşdıraraq 108 00:17:12,680 --> 00:17:21,710 barəsində hökm çıxarır və o hökm icra olunur; yəni tamamilə ədalətli, insaflı və düzgün bir iş həyata keçirilir. 109 00:17:22,680 --> 00:17:30,620 Düşmənin təbliğatında isə bu məsələ lazım olduğu kimi yox, tam əksinə işıqlandırılır; yəni həmin o amansız qatil 110 00:17:31,020 --> 00:17:43,310 zülmə məruz qalan birisi kimi, məzlumların layiqli hüquqlarını bərpa etmək üçün can yandıran məhkəmə hakimiyyəti isə zalım, 111 00:17:43,310 --> 00:17:49,310 yaxud hüquq pozucusu kimi təqdim olunur; yəni indi təbliğat bu şəkildə gedir. 112 00:17:50,970 --> 00:18:02,680 Əks-təbliğat isə daha çox təsir göstərir; adətən belə olur; yəni bir qayda olaraq böhtan, şayiə və əsassız sözlər 113 00:18:02,970 --> 00:18:10,510 hələ təkzib edilincə, düzəliş olununca, həqiqət açıqlanınca 114 00:18:10,850 --> 00:18:17,820 özünə daha geniş yer açır. Bu problemi necə həll etmək lazımdır? Bunun qarşılığında təbliğat işi aparmaq lazımdır. 115 00:18:18,280 --> 00:18:29,020 Təbliğatın hədəfi isə həqiqəti auditoriyanın qulağına yox, qəlbinə çatdırmaq olmalıdır; 116 00:18:30,340 --> 00:18:37,080 auditoriyanın qəlbinə təsir göstərmək lazımdır. Bəli, bu, peşəkarlıq, bacarıq və ustalıq tələb edən bir işdir. 117 00:18:37,710 --> 00:18:45,310 Bu gün dünyada təbliğatla insanlara qaranın ağ kimi sırınması çox geniş yayılıb. 118 00:18:45,880 --> 00:18:52,220 Baxın, hazırda dünya miqyasında, necə deyərlər, “propoqanda” məhz bu cür aparılır. 119 00:18:52,620 --> 00:19:04,000 Yanlış bir şeyi doğru, başdan-ayağa həqiqətə zidd olan bir şeyi isə həqiqət kimi qələmə verirlər, insanlar da buna inanır. 120 00:19:04,510 --> 00:19:14,050 Bunu necə edirlər? Sırf deməklə, oturub alim, müctəhid kimi söhbət etməklə? Xeyr! 121 00:19:14,450 --> 00:19:19,710 Bunun öz metodları var; bu, bir sənətdir. Sizin öhdənizə düşən ən önəmli işlərdən biri də budur; 122 00:19:20,400 --> 00:19:34,740 yəni güclü və peşəkar bir media komandası qurun, qoy oturub layihə hazırlasınlar, bir-iki günlük və ya bir aylıq yox, ardıcıl olaraq işləsinlər ki, 123 00:19:35,370 --> 00:19:46,170 siz: “Filan qədər hakimi işdən kənarlaşdırdıq”, 124 00:19:46,400 --> 00:19:55,020 yaxud “Filan islahatı həyata keçirdik, qanunda filan dəyişikliyi etdik, filan uzunmüddətli proqnozu verdik”, – deyəndə 125 00:19:55,480 --> 00:20:00,910 dərhal o açıqlamanı xalqa düzgün formada çatdıra bilsinlər, xalq bunu görsün. 126 00:20:01,710 --> 00:20:09,540 Bu, çox vacib bir işdir. İndiyə qədər biz bu işə çox etinasız yanaşmışıq. Təkcə məhkəmə hakimiyyəti də deyil, 127 00:20:09,710 --> 00:20:21,140 dövlət qurumlarımızın əksəriyyətində bu çatışmazlıq var, amma məhkəmə hakimiyyətinin xalqın etimadını, nikbin yanaşmasını qazanmağa daha çox ehtiyacı var. 128 00:20:21,650 --> 00:20:29,310 Xalqın etimadını qazanmaq üçün vacib olan iki əsas işdən biri düzgün və peşəkar formada aparılan təbliğatdır, 129 00:20:29,650 --> 00:20:39,820 bunun üçün isə media təbliğatı işinə yüksək səviyyədə bələd olan, peşəkar bir jurnalist komandası olmalıdır; 130 00:20:40,110 --> 00:20:42,800 bunu həyata keçirmək lazımdır. Biri budur. 131 00:20:43,140 --> 00:20:52,680 İkinci növbədə isə məhkəmə hakimiyyətinin özünün daxilində ciddi formada bir iş aparılmalıdır ki, əlbəttə, buna da artıq start verilib. Mənim xəbərim var, 132 00:20:52,850 --> 00:20:58,740 onlar özləri də bu barədə mənə deyiblər, bir neçə dəfə söhbətlərimiz olub, məsələ qaldırılıb, 133 00:20:59,140 --> 00:21:03,880 tutalım, lazım olan yerdə mən də demişəm ki, 134 00:21:04,400 --> 00:21:15,020 qoy işçiləriniz özlərini tanıtmadan gedib məhkəmələrdə otursunlar, vəziyyətlə, xalqın müraciətləri ilə tanış olsunlar, 135 00:21:15,370 --> 00:21:22,850 sonra həmin hakimə və ya müstəntiqə müraciət edib baxsınlar, görsünlər, məhkəmələr necə işləyir, prokurorluqlar necə işləyir, 136 00:21:22,850 --> 00:21:33,710 necə hökm çıxarır? Bu, çox yaxşı bir şeydir, intəhası bu işləri hazırkından 10 dəfə artıq görmək lazımdır. 137 00:21:34,340 --> 00:21:40,620 10 dəfə! Mən bunu dəqiq hesablama apardığıma görə belə demirəm; eləcə fikrimi deyirəm, mənə belə gəlir. 138 00:21:40,620 --> 00:21:50,220 Lazım gələndə, 10 yox, 100 dəfə deyirəm, indi burda bir qədər ehtiyatlandım. Ən azı 10 dəfə artıq etmək lazımdır, 139 00:21:51,420 --> 00:21:59,020 çünki şikayətlər çoxdur. Bir qayda olaraq sizə də, bizə də müraciətlər gəlir. 140 00:21:59,770 --> 00:22:09,020 Bir dəfə görüşlərimizdən birində – məncə, ötən il, yaxud inişil idi – mən söyləmişdim ki, sizin yaxşı hakimləriniz az deyil, 141 00:22:09,420 --> 00:22:19,770 çox yaxşı hakimləriniz var; gecəsi-gündüzü olmayan, hansısa işin dərinliyinə getmək, həqiqətini, mahiyyətini araşdırıb üzə çıxarmaq üçün 142 00:22:20,050 --> 00:22:29,650 yuxusundan, istirahətindən, ailəsinə sərf etməli olduğu vaxtdan kəsib çalışan hakimlər; 143 00:22:29,650 --> 00:22:36,680 işləyən, çalışqan, təmiz mənəviyyatlı, gözütox. 144 00:22:36,970 --> 00:22:42,170 Lap yaxşı, onlardan bir neçəsini ədliyyənin simasına çevirin, tanıdın. 145 00:22:43,080 --> 00:22:52,910 Misal üçün, nə qədərsə məhkəmə işini tərəfləri, yaxud yuxarı instansiya məhkəməsini qane edəcək 146 00:22:53,370 --> 00:23:02,450 ən yaxşı formada araşdırıb sonlandırmış hakimlərdən birini müəyyən edib, ictimaiyyətə təqdim edin. 147 00:23:03,020 --> 00:23:12,910 Görkəmli müəllimlər, professorlar, tədqiqatçılar, sahibkarlar kimi, görkəmli hakimləri də tanınmış simaya çevirin ki, 148 00:23:14,110 --> 00:23:24,970 başqaları bu tərzdə işləməyə həvəslənsinlər. Axı hörmətli olmaq hər kəsin xoşuna gələn bir şeydir, bu isə həmin insanlara cəmiyyət içərisində hörmət və nüfuz qazandıracaq. 149 00:23:25,140 --> 00:23:32,970 Görülə biləcək işlərdən biri budur. Və eynilə əksinə; indi mən demirəm ki, azacıq nöqsana yol verən hər kəsi o dəqiqə məşhur edin – 150 00:23:32,970 --> 00:23:41,940 ola bilsin, heç buna ehtiyac, yaxud müəyyən hallarda heç icazə də olmaya – amma bəzi hallarda tanıtmaq lazımdır; müəyyənləşdirin, tanıdın. 151 00:23:42,510 --> 00:23:51,940 Ədalət mühakiməsinə xəyanət etmiş hakimləri ictimaiyyət tanımalıdır; istər hakimlər olsun, 152 00:23:52,570 --> 00:23:58,620 istər prokurorlar olsun, fərqi yoxdur. Nə problem var? Qoy belələrini hamı tanısın. 153 00:23:59,250 --> 00:24:01,880 Bəzi hallarda bunu etmək lazımdır. 154 00:24:02,620 --> 00:24:17,820 Və zənnimcə, məhkəmə sistemində daxili islahatlar istiqamətində görülən tədbirlər ardıcıl olmalı, hansısa mərhələdə əsla dayandırılmamalıdır. 155 00:24:18,280 --> 00:24:23,650 Onu da deyim ki, sizin açdığınız hər bir önəmli cinayət işi, 156 00:24:24,340 --> 00:24:32,850 ədalətlə tamamladığınız hər bir məhkəmə çəkişməsi bir sədəqədir, savabdır, 157 00:24:33,310 --> 00:24:36,450 Allah tərəfindən sizə bəxş olunan bir nemətdir. 158 00:24:36,680 --> 00:24:39,420 “Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!” (“Zuha” surəsi, 11-ci ayə) 159 00:24:39,420 --> 00:24:49,480 Bu neməti açıqlayın, deyin ki, hamı bunun baş verdiyindən xəbərdar olsun. Mənim qeyd etmək istədiyim məqamlardan biri də bu idi. 160 00:24:50,280 --> 00:25:02,850 Vurğulanması vacib olan digər bir məqam isə korrupsiya ilə mübarizədir. Zənnimcə, bu, çox önəmli bir məsələdir. 161 00:25:03,420 --> 00:25:10,170 Bu gün ölkədə başlıca problemlərdən biri iqtisadi problemlərdir. 162 00:25:12,000 --> 00:25:23,940 Ölkə iqtisadiyyatının idarə olunmasında isə əsas məsuliyyət icraedici və müəyyən qədər də qanunverici hakimiyyətin öhdəsinə düşür; bu, şübhəsiz, belədir; 163 00:25:25,080 --> 00:25:30,800 lakin iqtisadiyyat məsələsində müxtəlif məqamlarda məhkəmə hakimiyyəti də rol oynaya bilər. 164 00:25:30,800 --> 00:25:38,510 Ölkə iqtisadiyyatında islahatların həyata keçirilməsi baxımından məhkəmə hakimiyyətinin özünəməxsus rol oynaya biləcəyi məqamlardan biri 165 00:25:38,910 --> 00:25:46,620 iqtisadiyyat üçün stabil və təhlükəsiz atmosferin yaradılmasıdır. Bu, məhkəmə hakimiyyətinin işidir. 166 00:25:47,420 --> 00:25:59,310 Məhkəmə hakimiyyəti asayişi pozanlara qarşı elə tədbir görməlidir ki, 167 00:25:59,310 --> 00:26:10,510 insanların həyat, əmək və biznes fəaliyyəti üçün təhlükəsiz bir mühit yaransın. 168 00:26:12,110 --> 00:26:18,050 Məhkəmə hakimiyyətinin iqtisadi problemlərin həlli üçün ata biləcəyi addımlardan, ölkə iqtisadiyyatına verə biləcəyi töhfələrdən digər biri isə, 169 00:26:18,050 --> 00:26:23,250 iqtisadi korrupsiya ilə, iqtisadiyyatda korrupsiyaya yol verən qüvvələrlə mübarizədir. 170 00:26:24,800 --> 00:26:37,650 Məhkəmə orqanlarımız bu sahədə açıq, qətiyyətli, bəzən hətta ölkədə böyük hay-küyə səbəb olacaq addımlar atmalıdırlar. 171 00:26:38,000 --> 00:26:52,850 Mənim fikrimcə, ümumilikdə hökumət iqtisadi problemlərlə mübarizədə ikibaşlı bir səhvə yol verir. 172 00:26:53,200 --> 00:27:02,570 Bir yandan elə danışır, elə hərəkət edirik ki, camaatda ölkədə korrupsiyanın kütləvi hal aldığı barədə rəy formalaşır. 173 00:27:03,540 --> 00:27:10,170 Halbuki ölkəmizdə korrupsiya kütləvi bir təzahür yox, bir qrup azsaylı korrupsionerin əməlidir. 174 00:27:10,340 --> 00:27:20,280 İstər hökumət idarələrində, istər qeyri-hökumət təşkilatlarında, istərsə də biznes mühitində korrupsionerlərin sayı barmaqla sayılacaq qədər azdır. 175 00:27:20,510 --> 00:27:28,910 Biz isə danışanda elə danışırıq ki, camaat korrupsiyanın hər yanı bürüdüyünü düşünür! 176 00:27:29,820 --> 00:27:37,310 Bu, yanlışdır, reallıq bu deyil. Səhvimizin bir başı budur. 177 00:27:37,600 --> 00:27:44,620 Bir yandan da korrupsiyanın həqiqətən olduğu məqamlarda açıq və qətiyyətli tədbirlər görmürük; amma olmalıdır; 178 00:27:44,970 --> 00:27:50,740 harada ki, doğrudan da, iqtisadi korrupsiya halına rast gəlinir, o yerdə birbaşa və açıq surətdə tədbir görülməlidir. 179 00:27:52,340 --> 00:28:03,600 Və əlbəttə ki, görülən tədbirlər də ictimaiyyətə açıqlanmalıdır. Mühüm işlərdən biri də budur. Bu isə yenə də bayaq danışdığım təbliğat məsələsi isə əlaqəlidir. 180 00:28:04,050 --> 00:28:11,770 Yəni iqtisadi korrupsiyaya yol vermiş bir şəxsi mühakimə edib, ona hər hansı bir cəzanı verdikdə 181 00:28:12,400 --> 00:28:20,050 bunu xalqa elə formada açıqlamalısınız ki, 182 00:28:20,680 --> 00:28:24,450 insanlar bunun düzgün bir iş olduğunu və məhz bu şəkildə görülməli olduğunu hiss etsinlər. 183 00:28:24,740 --> 00:28:34,220 Mənim indi yadıma düşdü ki, bizim keçmiş tariximizdə bu olub. İmam Həsənin (ə) həyatında belə bir şey baş verib: 184 00:28:34,680 --> 00:28:44,510 bir səhər oyananda görüblər ki, imamın ordusunun çox mühüm bir hissəsinin komandanı olan Übeydullah ibn Abbas çadırında yoxdur, 185 00:28:44,850 --> 00:28:54,340 qaçıb Müaviyənin ordusuna qoşulub; gəlib rüşvət veriblər, pul-filan veriblər, 186 00:28:54,620 --> 00:29:05,600 Müaviyənin tərəfinə keçib. Bu, İmam Həsənin (ə) ordusu üçün psixoloji cəhətdən çox sarsıdıcı bir hadisə idi. 187 00:29:06,000 --> 00:29:12,340 Orada imamın yaxın səhabələrindən biri (dəqiq kim olduğu yadımda deyil, çoxdan oxumuşam; Hücr ibn Ədi idi, yaxud başqa biri) 188 00:29:12,620 --> 00:29:27,310 gəlib camaatın qarşısında açıqlama verir, çıxış edir. Elə bir nitq söyləyir ki, onun o nitqindən sonra hamı həmin şəxsin ordudan uzaqlaşdığına sevinib, Allaha şükürlər edir. 189 00:29:27,770 --> 00:29:33,600 Baxın, sözün əsl mənasında açıqlama, təbliğat bax budur; 190 00:29:34,280 --> 00:29:39,820 gəlib söhbət edir, danışır və açıqlayır ki, baş vermiş hadisə bizim xeyrimizədir. 191 00:29:39,820 --> 00:29:50,850 Yəni hazırda geniş yayılmış ifadə ilə desək, təhlükəni fürsətə çevirir. Məhkəmə hakimiyyətində də bu olmalıdır. 192 00:29:51,420 --> 00:30:00,620 Biznes fəaliyyəti üçün təhlükəsiz atmosferin yaradılması, iqtisadi korrupsiya ilə qətiyyətli mübarizə, problemlərin həllində hökumətlə əməkdaşlıq; 193 00:30:00,620 --> 00:30:06,450 məhkəmə hakimiyyətinin iqtisadiyyat sahəsində həyata keçirə biləcəyi işlər sırasına bunlar da daxildir. 194 00:30:06,850 --> 00:30:15,250 Beynəlxalq hüquq və insan haqları məsələsinə toxunuldu; insafla demək lazımdır ki, dövlətimizin məhkəmə hakimiyyəti bu sahədə əvvəllər rast gəlinməmiş, çox yaxşı işlər həyata keçirib. 195 00:30:15,710 --> 00:30:23,600 Cənab Amolinin qeyd etdiyi o 120 milyard dollar – indi onu ala biləcəyik, ya bilməyəcəyik, o, sonrakı məsələdir – 196 00:30:23,880 --> 00:30:32,110 amma proses özü tamamilə düzgün bir prosesdir. Yaxud elə insan haqları məsələsi ilə bağlı mövcud olan qarşıdurma, bizə qarşı yönələn ittihamlar; 197 00:30:32,280 --> 00:30:39,600 insan haqları məsələsində biz dünyanın qarşısında cavab verməli deyilik, əksinə, biz dünyadan cavabdehlik tələb edirik! 198 00:30:40,170 --> 00:30:49,710 İnqilabın əvvəllərində mən mütəmadi olaraq universitetlərə gedir, çıxışlar edir, 199 00:30:50,170 --> 00:30:58,170 tələbələrin suallarını cavablandırırdım. Bir dəfə tələbələrdən biri məndən soruşdu ki, qadın hüquqları məsələsində sizin özünüzü müdafiə etmək üçün arqumentləriniz hansıdır? 200 00:30:58,450 --> 00:31:03,480 İslam Respublikası özünü necə müdafiə edə bilər? Mən ona söylədim ki, biz bu məsələdə müdafiə olunmuruq. Biz müdafiə olunan yox, qarşı tərəfin üstünə gedən, 201 00:31:04,340 --> 00:31:11,600 hücuma keçən tərəfik. Müdafiə nədir?! Qadın hüquqları məsələsində biz iddiaçı tərəfik. 202 00:31:11,940 --> 00:31:18,910 Qadın məsələsində biz dünyanın qarşısında, şah diktaturası qarşısında – o vaxt bu söhbətlər aktual idi – iddia qaldırırıq, özümüzü müdafiə etmirik. 203 00:31:19,420 --> 00:31:24,910 İnsan haqları məsələsində də eynilə bu cür; biz müdafiə olunmamalıyıq, hücuma keçməliyik! 204 00:31:25,310 --> 00:31:34,170 Saysız-hesabsız cinayətlərə yol verənlər, fitnə-fəsad törədənlər – təkcə tarix boyu yox, hazırda, müasir dövrdə – 205 00:31:34,340 --> 00:31:46,510 misal üçün, elə fransızlar insan haqlarının təmsilçisi olublar. Fransızların Afrikada törətdiyi o faciə, 206 00:31:46,510 --> 00:31:55,770 Əlcəzairdə və digər yerlərdə gördükləri işlər barədə oxuyanda, doğrudan da, adamın bütün bədəni titrəyir! 207 00:31:56,570 --> 00:32:07,370 Təsəvvür edin, bir gölü, yaxud böyük bir bataqlığı neft və ya bu kimi başqa bir maddə ilə qarışdırırlar, 208 00:32:07,540 --> 00:32:17,710 sonra çoxlu sayda adamı – qadın, kişi, uşaq – yaşadıqları kənddən ora sarı qovurlar, daha sonra bu insanları güllə yağışına tuturlar, 209 00:32:17,940 --> 00:32:22,280 gülləbaran edilən insanlar qorxudan həmin gölə pənah aparırlar və bundan sonra o gölə od vururlar! 210 00:32:23,140 --> 00:32:30,280 Təsəvvür edin ki, belə bir hadisə, həqiqətən də, baş verib! Misal üçün, bunu fransızlar edib. 211 00:32:30,740 --> 00:32:41,820 Və ya ingilislər; Hindistanda bir bağda 6 min nəfər etiraz aksiyası keçirmək üçün toplaşır, ingilislər gəlib həmin bağın qapısının ağzında avtomatlarla dururlar, 212 00:32:42,000 --> 00:32:48,620 bir gündə, daha doğrusu, bir neçə saatın içində 6 min nəfəri ucdantutma qətlə yetirirlər. 213 00:32:49,080 --> 00:32:58,220 İndi bunlar, 50, 100 il bundan əvvəl olan məsələlərdir, amma elə dövrümüzdə də görün bunlar İŞİD məsələsində, 214 00:32:58,220 --> 00:33:04,400 Suriya və Myanmar məsələlərində nələr ediblər?! 215 00:33:05,600 --> 00:33:10,570 Sonra da insan haqlarından dəm vururlar! İnsan haqları barədə bizim dünyaya deyiləsi sözümüz var, 216 00:33:11,310 --> 00:33:19,650 insan haqları iddiası edən yalançı və utanmazlara qarşı iddia qaldırmalı olan bizik! Bunlar çox yaxşı işlərdir 217 00:33:19,650 --> 00:33:27,250 və Allaha şükürlər olsun ki, məhkəmə hakimiyyəti tərəfindən həyata keçirilir. 218 00:33:28,110 --> 00:33:40,800 İnşallah, Allah-taala hamınıza mənəvi dəstək olsun, yardım etsin ki, 219 00:33:41,200 --> 00:33:55,310 qeyd olunduğu kimi, Uca Yaradanın bəyəndiyi, ölkəmizin yaxşı və insaflı insanlarının, 220 00:33:55,600 --> 00:34:01,140 eləcə də İslam dövlətinin arzuladığı bir məhkəmə sistemi qurasınız, ən azından bunun üçün zəmin yarada biləsiniz. 221 00:34:02,450 --> 00:34:08,280 Bu yolda hər kəs bir addım belə atsa, qənimətdir. İnşallah, Allah hamınıza uğurlar nəsib etsin. 222 00:34:08,620 --> 00:34:10,280 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.