1 00:00:00,280 --> 00:00:02,910 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:03,310 --> 00:00:11,940 الحمدلله ‌ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد 3 00:00:19,600 --> 00:00:26,050 و علي آله الطّيّبين الطّاهرين سيّما بقيّة‌الله في الارضين 4 00:00:27,480 --> 00:00:42,850 Çox şadam, Allaha şükürlər edirəm ki, bu olduqca həssas və önəmli mərkəzdə bu nurlu və ümidverici kollektivlə 5 00:00:44,400 --> 00:00:49,080 bir daha birlikdə olmaq mənə nəsib oldu. 6 00:00:50,050 --> 00:01:04,280 Bu meydan, bu yeni nəsil, bu gənclər əziz ölkəmizin varlığının və yüksəlişinin təzahürlərindən biridir. 7 00:01:05,250 --> 00:01:20,740 Bir xalqın var olması və yüksəlişi, əsasən, onun güc və iqtidarın amillərini özündə gücləndirməsindən, 8 00:01:20,740 --> 00:01:30,510 onlardan yerində və vaxtında istifadə edə bilməsindən asılıdır. 9 00:01:31,140 --> 00:01:41,020 Bu gün bu meydanda gördüklərimiz həmin bu əsas prinsipi özündə əks etdirən nümunələrdəndir. 10 00:01:42,510 --> 00:02:00,110 Bu barədə izah verəcəyəm, lakin əvvəlcə siz gənclər üçün Qurandan bir ayəni qeyd etmək istəyirəm. 11 00:02:01,080 --> 00:02:18,170 Həmin şərif ayə “Ali-İmran” surəsindədir, İslamın və müsəlman toplumunun qatı düşmənlərindən söz açan ayələrdən sonra gəlir. 12 00:02:19,080 --> 00:02:35,540 Ondan əvvəlki bir neçə ayədə İslama, müsəlmanlara, Peyğəmbərə (s) sonsuz kin və nifrət bəsləyən inadkar düşmənlərdən söz açılır: 13 00:02:35,710 --> 00:02:41,420 “Onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olar. Ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür”. (“Ali-İmran” surəsi, 118-ci ayə) 14 00:02:42,510 --> 00:02:49,200 Həmin düşmənlər bu xüsusiyyətlərlə tanıtdırılır; 15 00:02:50,110 --> 00:02:58,340 yeri gəlmişkən, onların xüsusiyyətləri eynilə bu gün sizə – 16 00:02:58,620 --> 00:03:04,340 müsəlman İran xalqına və İran İslam dövlətinə ədavət bəsləyən düşmənlərinki ilə eynidir; həqiqətən də, – 17 00:03:04,340 --> 00:03:10,110 düşmənçilikləri danışdıqları sözlərdən bəlli olur, qəlblərində gizlətdikləri ədavət isə daha böyükdür; 18 00:03:11,020 --> 00:03:14,340 və ya “Sənə bir yaxşılıq (zəfər, qənimət) nəsib olsa, onların halı pis olar”. (Tövbə” surəsi, 50-ci ayədən); – 19 00:03:14,680 --> 00:03:23,250 siz bir uğur qazananda, qürurverici bir nailiyyət əldə edəndə onlar bərk narahat olurlar. 20 00:03:23,940 --> 00:03:33,080 “Ali-İmran” surəsində bu düşmənçilik haqda qeyd olunduqdan sonra isə sonda belə buyurulur: 21 00:03:33,600 --> 00:03:41,310 “Əgər səbir edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir zərər yetirməz”. (“Ali-İmran” surəsi, 120-ci ayədən) 22 00:03:41,940 --> 00:03:52,400 Bu bir qanundur; yaradılışın qanunlarından biridir. Səbir və təqva buna səbəb olur ki, o inadkar düşmən, 23 00:03:53,310 --> 00:04:07,310 o çirkin kin və nifrət dağarcığı öz ixtiyarında olan, özünü təmin etdiyi bütün imkanlara rəğmən, sizin qarşınızda heç bir qələt edə bilmir; 24 00:04:08,910 --> 00:04:12,110 لَا يَضُرُّکُم کَيدُهُم شَيْئًا – 25 00:04:12,110 --> 00:04:22,110 yəni sizə heç bir ziyan yetirə bilmir. Hansı şərtlə? Səbir edib təqvalı olmaq şərti ilə. 26 00:04:22,620 --> 00:04:37,020 Bu gün mən dərin məna yükü daşıyan bu meydanda, həqiqətən də, bu xalqın gözünün nuru olan siz əziz gənclərə bunu demək istəyirəm. 27 00:04:38,110 --> 00:04:48,510 Qurandan çəkdiyim bu ibrətverici misal təkcə sizə yox, bütövlükdə xalqımıza, Keşikçi Korpusa, Silahlı Qüvvələrə, 28 00:04:49,710 --> 00:05:00,680 cəmiyyətimizin hər bir üzvünə, xüsusilə də müsəlman cəmiyyətini idarə edən vəzifəli şəxslərə, rəsmilərə aiddir; səbir və təqva oluqca önəmlidir. 29 00:05:00,680 --> 00:05:11,250 Səbir nədir? Səbir meydanda qalmaq, meydandan kənara çıxmamaq deməkdir. 30 00:05:12,740 --> 00:05:25,650 Bəziləri meydandan qaçırlar; bəziləri qaçmırlar, amma tədricən kənarlaşırlar; bu, səbirə ziddir. 31 00:05:26,280 --> 00:05:34,970 Səbir duruş gətirmək, meydanda qalmaq, mətin olmaqdır. 32 00:05:35,770 --> 00:05:46,850 Səbir etmək gözünü uzaq hədəflərə, uzaq üfüqlərə dikməkdir; uzaq hədəfləri nəzərdə tutmaqdır. 33 00:05:47,140 --> 00:05:57,200 Bəzən insan artıq qazanılmış, nağd olan hansısa uğuruna sevinir, xoşhallanır, qürrələnir 34 00:05:58,000 --> 00:06:06,800 və təhlükəlisi isə odur ki, bununla qane olur. Bu, təhlükəlidir və artıq onun meydanda qalmamasına səbəb olur. 35 00:06:07,020 --> 00:06:20,570 Uzaq hədəfləri, zirvələri nəzərdə tutmaq lazımdır. Sizlər İslam İnqilabı və İslam dövlətinin sizə çatdırdığı əsl mesajın nədən ibarət olduğuna, 36 00:06:22,000 --> 00:06:34,740 İran xalqını, İslam ümmətini və ən nəhayət, bəşər cəmiyyətini hansı hədəfə doğru çəkib aparmaq istədiyinə diqqət yetirməli və o hədəfi əsas götürməlisiniz. 37 00:06:35,480 --> 00:06:45,200 İslam İnqilabının irəliləməsi üçün bax belə bir səbir lazımdır. Baxın: İslam dininin yer üzünə gəldiyi ilkin dövrdə, 38 00:06:45,650 --> 00:06:53,650 çətinliklərin çox olduğu ilk onilliklərdə – xüsusilə də Peyğəmbəri-Əkrəmin (s) dövründə – 39 00:06:53,940 --> 00:07:05,080 müsəlmanlar səbir etmiş, mətin olmuş, müqavimət göstərmişlər. Nəticədə İslamın həqiqi göstərişinə zidd olaraq 40 00:07:05,420 --> 00:07:13,880 baş vermiş müəyyən sapmalara baxmayaraq, 41 00:07:14,400 --> 00:07:26,620 hicri tarixinin 3-4-cü əsrlərində bəşər sivilizasiyasının zirvəsi məhz müsəlmanların və müsəlman ölkələrinin adı ilə bağlı olmuşdur. 42 00:07:27,370 --> 00:07:33,480 Məsələ bu cürdür; səbir etsək, uzaq üfüqlər bizim olacaq. 43 00:07:34,170 --> 00:07:43,480 Bu gün siz möhkəm dursanız, gələcək nəsillər o zirvələrə yol tapacaq. 44 00:07:44,450 --> 00:07:50,340 Onlar zirvələri fəth edəcəklər, amma bu sizin hünəriniz, sizin əməyinizin məhsulu olacaq. 45 00:07:51,140 --> 00:08:02,800 Əlbəttə, ümidvaram, Allahın köməyi ilə, bugünün gəncləri, yeni nəsli olan sizlər də o günü görəcəksiniz; Allah qoysa, elə belə də olacaq. 46 00:08:03,140 --> 00:08:10,850 İslam İnqilabı dərinə kök salıb, bu inqilabın gələcəyi var, onu davam etdirmək lazımdır. Səbir barədə bu qədər. 47 00:08:10,850 --> 00:08:23,310 Təqvaya gəlincə; bu ayədə təqvaya geniş anlamda toxunulur; 48 00:08:23,770 --> 00:08:37,710 yəni təqva həm ümumi mənada – İslam şəriətinin müəyyən etdiyi düzgün yoldan sapmamaq üçün özündən muğayat olmaq mənasında işlənir 49 00:08:38,220 --> 00:08:50,400 (belə ki Quranın əksər yerlərində də məhz bu anlamdadır), həm də əvvəlki ayələrdə İslamın düşmənlərindən söhbət açılmasına əsasən belə demək olar ki, 50 00:08:50,800 --> 00:09:00,740 burada “təqva”dan danışılarkən eyni zamanda düşmən qarşısında özündən muğayat olmaq, özünə qarşı tələbkar və ehtiyatlı yanaşmaq nəzərdə tutulur. “Ehtiyatlı olun, qarşınızda düşmən var!” – deyilir. 51 00:09:01,250 --> 00:09:11,940 İnsan müharibə vəziyyətində, döyüş meydanında həyatını bir cür yaşayır, müharibə olmadığı zaman isə bir başqa cür. 52 00:09:12,110 --> 00:09:20,220 İnsan səngərdə bir cür oturur, bir cür istirahət edir, bir cür yatır, 53 00:09:20,740 --> 00:09:27,370 öz evində, rahat otağında isə bütün bunları bir başqa cür edir, bir başqa cür yaşayır. 54 00:09:27,370 --> 00:09:40,050 Quran deyir ki, düşmənlə üz-üzə olduğunuzu bilin; biz hamımız bunu bilməliyik. Təqvanın mənası budur: düşmənlə qarşıdurmada özündən ehtiyatlı olmaq, 55 00:09:40,740 --> 00:09:49,880 düşmənə inanmaqdan çəkinmək. Düşmənə etimad etməyin; təqva bu deməkdir. 56 00:09:50,680 --> 00:10:06,570 Burada təqva düşmənin hiylə və məkrindən ehtiyatlı olmaq mənasındadır; düşmənə təkcə etimad etməməyi yox, həm də onun məkrli planlarını sezməyi, 57 00:10:07,140 --> 00:10:17,370 nə iş gördüyünü, nə hiylə işlətdiyini anlamağı, ehtiyatlı olmağı, hazırlıqlı olmağı tapşırır. Düşmənin hiylələri təkcə hərbi sferaya aid deyil ki! 58 00:10:17,940 --> 00:10:28,170 Təqva həm də tədbirli olmaq, ağılla hərəkət etmək deməkdir; qaydalara, ağıla zidd olan hərəkətlərdən, 59 00:10:28,680 --> 00:10:36,110 səhlənkarlıqdan, tənbəllikdən çəkinmək mənasındadır. Beləliklə, sözügedən şərif ayənin mənasını bu şəkildə açıqlamaq olar. 60 00:10:36,110 --> 00:10:42,280 Siz əziz gənclər, həmçinin ilk növbədə 61 00:10:43,080 --> 00:10:53,770 hərbi, təhlükəsizlik, iqtisadiyyat və digər sferalara cavabdeh olan rəsmilər, 62 00:10:54,680 --> 00:11:01,650 daha sonra isə bütövlükdə xalqımız, hər bir İran vətəndaşı bu təqva və səbrə riayət etsəniz, 63 00:11:02,450 --> 00:11:05,480 لا ‌يَضُرُّکُم کَيدُهُم شَيئًا – 64 00:11:05,770 --> 00:11:14,280 düşmənlər sizə heç bir zərbə vura bilməzlər, heç bir şəkildə incidə bilməzlər. Allahın köməyi ilə, elə belə də olacaq. 65 00:11:14,510 --> 00:11:19,940 Yaxşı, indi gəlin qayıdaq söhbətimizin əvvəlində qeyd etdiyim o güc və qüdrət amillərinə. 66 00:11:20,400 --> 00:11:32,110 Əzizlərim, baxın, Pəhləvi hakimiyyəti dövründə təqribən 57 il ingilislər, daha sonra isə amerikanlar 67 00:11:32,400 --> 00:11:43,370 bu ölkədə sözün həqiqi mənasında ağalıq ediblər. Necə? Belə ki şahı hakimiyyətə onlar gətirmişdilər, onlar da devirdilər, 68 00:11:43,820 --> 00:11:54,170 təzədən başqa bir şahı taxta oturtdular. Bu ölkədə hökumət kabinetləri onların rəyi əsasında formalaşırdı. 69 00:11:54,510 --> 00:12:05,820 Ölkənin ən mühüm və əsas siyasətləri ingilislərin və amerikanların fikrinə əsasən tənzimlənirdi. 70 00:12:06,110 --> 00:12:14,510 Bu ölkə 57 il bu şəkildə idarə olunub, ondan əvvəl Qacar hakimiyyətinin sonlarında da 71 00:12:14,970 --> 00:12:24,910 ölkə və xalq üçün bədbəxtlik mənbəyi olan digər ünsürlərin təsiri nəticəsində vəziyyət bir başqa formada üzücü və təəssüfləndirici olub. 72 00:12:25,480 --> 00:12:35,370 Bütün bu müddət ərzində xalq heç kim olub, seyrçi olub. 73 00:12:35,820 --> 00:12:43,480 Bəzən hətta heç seyrçi də olmayıb! Yəni camaat arasından kimdənsə: 74 00:12:43,770 --> 00:12:48,850 “Şəhərinizin nümayəndəsi kimdir?” – deyə soruşsaydınız, bilməzdi, çünki həmin nümayəndəni o seçməmişdi. 75 00:12:49,650 --> 00:12:54,740 Əksər hallarda sadə insanlardan: “Filan nazirliyin başında kim durur?” – deyə soruşsaydınız, bilməyəcəkdilər. 76 00:12:54,740 --> 00:13:01,020 Çox vaxt heç baş naziri də tanımırdılar. Xalq heç kim idi, bir kənarda idi. 77 00:13:02,000 --> 00:13:20,050 İslam İnqilabı baş verəndən sonra (bu inqilabı meydana gətirmiş amillər, proseslərin xırdalıqları barədə uzun-uzadı danışmaq olar) xalqın əl-ayağına vurulmuş o buxovlar qırıldı. 78 00:13:20,620 --> 00:13:31,480 O vaxta qədər xalq əsir idi, heç bir ixtiyarı yox idi, yadlar onun üzərində ağalıq edirdi; İran xalqının başı üzərindən o ağalıq götürüldü, 79 00:13:31,770 --> 00:13:37,420 İran xalqı azadlıq və müstəqilliyin dadını bildi. 80 00:13:38,510 --> 00:13:51,480 Xalqımızın inqilab meydanlarındakı iştirakı və bu inqilabın qələbəsi ilə milli özünəinam yarandı; 81 00:13:52,510 --> 00:14:03,310 İran xalqı müstəqil iradə sahibi olduğunu, ölkəsində gedən proseslərə təsir göstərmək, özü də bu cür təsir göstərmək iqtidarında olduğunu, ölkədə, onların dediyi kimi, 82 00:14:04,740 --> 00:14:15,020 2500 il hökm sürmüş monarxiyanın dərin köklərini qazıb çıxararaq onu tarixin zibilliyinə atmağa qadir olduğunu dərk etdi. 83 00:14:15,480 --> 00:14:26,280 Camaat bunu hiss etdi və bu, İran xalqına özünəinam bəxş etdi. Bu milli özünəinam xalqın dini imanı ilə yanaşı idi. 84 00:14:26,570 --> 00:14:34,680 Biz inqilab etmiş bəzi digər ölkələr kimi allahsız, təvəkkülsüz, mənəviyyatsız deyildik ki, 85 00:14:34,850 --> 00:14:43,770 yolun ortasında qalaq. İmanımız bizi qorudu, düzgün istiqamətləndirdi, irəli apardı. 86 00:14:44,110 --> 00:14:52,620 Bu iman qiymətli bir gövhər idi və bu ümummilli hərəkatın ruhunu təşkil edirdi. 87 00:14:52,850 --> 00:15:01,420 Bizdə ümid, fədakarlıq ruhiyyəsi oyadan imanımız oldu. 88 00:15:01,770 --> 00:15:12,570 Bir ana çiçək kimi əlinin içində böyütdüyü 3 övladını müharibə meydanına göndərib 89 00:15:13,820 --> 00:15:25,600 öz əli ilə təhlükəyə ata, sonra da bu hərəkəti etməyi ilə fəxr edə – bu yalnız və yalnız imanın nəticəsi ola bilərdi. 90 00:15:26,620 --> 00:15:36,800 Bir gəncin öz rahat və asudə həyatından vaz keçib, döyüşə getmək üçün komandirlərin qarşısında israrla göz yaşı tökərək yalvar-yaxar etməsi 91 00:15:37,080 --> 00:15:47,880 yalnız iman sayəsində mümkün idi. İman xalqda ümid, fədakarlıq, addım atmaq əzmi oyatdı, 92 00:15:48,110 --> 00:15:56,400 gənclər hərəkətə gəldi, Keşikçi Korpus yarandı, Cihad Komitəsi yarandı, Bəsic Komitəsi yarandı, müxtəlif sferalarda ümummilli hərəkatlara başlandı, 93 00:15:56,850 --> 00:16:06,450 Silahlı Qüvvələrə yeni nəfəs gəldi, hərbçilərimiz həqiqi varlıqlarını meydanda nümayiş etdirə bildilər, 94 00:16:06,740 --> 00:16:12,220 xalqa xidmət, quruculuq qurumları yaradıldı, 95 00:16:12,850 --> 00:16:22,170 elmi müəssisələr açıldı, ölkədə azad elmi hərəkata start verildi, camaat, ziyalılar, 96 00:16:22,620 --> 00:16:33,370 fəal və çalışqan kadrlar müstəqillik, başıucalıq və vüqarın şirinliyini daddılar. 97 00:16:33,600 --> 00:16:41,140 Bütün bunlar milli iqtidarın komponentləridir; milli iqtidar budur. 98 00:16:42,400 --> 00:16:50,740 Milli iqtidar o demək deyil ki, ölkənin pullarını yad bir ölkəyə verib, 99 00:16:51,200 --> 00:17:01,370 ondan ən müasir silahlarını alıb anbara yığasan, özün də həmin silahlardan doğru-dürüst istifadə də edə bilməyəsən. 100 00:17:01,370 --> 00:17:04,400 Bu, iqtidar deyil, axmaqlıqdır. 101 00:17:06,050 --> 00:17:15,600 Milli iqtidar o da deyil ki, dünyanın o biri başından hansısa ölkə hansısa hökuməti və ya dövləti dəstəkləmək üçün 102 00:17:15,600 --> 00:17:23,420 gəlib sənin ölkəndə hərbi baza yarada, təmsil oluna, xalqın qanını sora, 103 00:17:23,820 --> 00:17:34,800 hakimiyyətdə olan o uğursuz xanədanı dəstəkləmək üçün istədiyi qələti edə. Bunlar iqtidar deyil, zillətdir. 104 00:17:35,940 --> 00:17:48,000 İqtidar odur ki, xalq özü öz daxilindən hərəkətə gələ. Özünü həm elm, həm müdafiə, həm quruculuq, 105 00:17:48,400 --> 00:18:01,820 həm də beynəlxalq nüfuz baxımından inkişaf etdirə. İran xalqını qüdrətli edən amillər bunlardır. Bu gün bunlar sizdə var, özü də Allaha şükürlər olsun ki, 106 00:18:02,450 --> 00:18:12,050 kifayət qədər yüksək səviyyədədir. Güc və iqtidarın bu amillərindən yerində və vaxtında istifadə olunmalıdır. 107 00:18:12,510 --> 00:18:20,510 Milli iqtidarımızın komponentlərindən biri Keşikçi Korpusdur; Keşikçi Korpusu günbəgün inkişaf etdirmək lazımdır. 108 00:18:20,850 --> 00:18:27,600 Mən qardaşlarımızın təqdim etdiyi hesabatları görürəm, görülən işlər barədə məlumat alıram. Yaxşı işlər həyata keçirilir, 109 00:18:27,820 --> 00:18:39,140 lakin korpusun hələ bundan sonra irəli getmək üçün qabiliyyət və imkanları xeyli genişdir. Bu işi kim görməlidir? Siz gənclər; 110 00:18:39,600 --> 00:18:54,280 bu sizin öhdənizə düşür. Özünüzü Keşikçi Korpusu – xalqımızın qüdrətinin vacib komponentlərindən biri olan bu strukturu daha da inkişaf etdirə bilmək üçün hazırlayın. 111 00:18:54,280 --> 00:19:06,570 Bəziləri deyirlər ki, mən İran xalqının güc və iqtidarından danışarkən mübaliğəyə yol verirəm. Mən isə onların cavabında deyirəm ki, xeyr, əsla! Mən mübaliğəyə yol vermirəm, 112 00:19:06,850 --> 00:19:18,340 reallığı dilə gətirirəm. İran xalqının iqtidarını, güc-qüdrətini sübuta yetirən ən böyük dəlil budur ki, 113 00:19:18,620 --> 00:19:28,680 dünyanın ən qantökən, ən amansız, ən rəzil dövləti – yəni Amerika 114 00:19:28,910 --> 00:19:38,570 40 ildir xalqımızın işinə pəl vurub şər əməllər törətməklə məşğuldur, lakin heç bir qələt edə bilməyib, 115 00:19:38,800 --> 00:19:46,800 bu xalqa heç bir ziyan vura bilməyib, İran xalqı öz yolunu tutaraq irəli gedib, daha da güclənib. 116 00:19:47,080 --> 00:19:58,910 Bu, xalqımızın nə qədər güclü olduğunu göstərir. Əgər İran xalqı və İslam Respublikası güclü və qüdrətli olmasaydı, 117 00:19:59,710 --> 00:20:08,280 düşmənlərin bütün bu səylərinin onda biri də bəs idi ki, bu xalqı məğlub edərək, 118 00:20:08,280 --> 00:20:16,110 seçib bəyəndiyi hökumət quruluşunu onun əlindən alsınlar. Dövlətimiz onların qarşısında durub, günbəgün də qüvvətlənib. 119 00:20:16,400 --> 00:20:25,540 Özü də təkcə xarici düşmənlər olmayıb; eyni düşmənçilik ölkə daxilində də olub. Sizə deyim ki, İslam İnqilabının ilk günündən 120 00:20:26,050 --> 00:20:35,650 inqilaba və İmam Xomeyninin hərəkatına qarşı ölkədə 3 əks cərəyan ortaya çıxıb: 121 00:20:35,880 --> 00:20:47,880 birincisi, Qərb və Amerika meyilli, onlardan ötrü əldən-ayaqdan gedən, məşhur ifadə ilə “liberal” adlanan cərəyan idi; 122 00:20:48,280 --> 00:20:56,450 ikinci cərəyan heç bir şeydən qorxub-çəkinməyən, əlisilahlı kommunistlər idi; 123 00:20:56,910 --> 00:21:04,050 digər bir cərəyan isə zahirdə özünü inanclı müsəlman kimi göstərən, batində isə xəbis, kafir, 124 00:21:04,340 --> 00:21:15,480 simasız, hətta gedib bədnam Səddamın bayrağı altında belə durmağa, ondan istifadə edib İslam dövlətinə qarşı mübarizə aparmağa hazır olan münafiqlər idi. 125 00:21:15,480 --> 00:21:25,540 Bu ölkədə İslam dövlətinə və inqilaba zidd olan 3 əsas cərəyan bunlar idi; hər üçü də inqilabın əli ilə əzildi, məğlub edildi, 126 00:21:25,540 --> 00:21:42,970 indi də böyük dövlətlərə yaltaqlanmaqla, Fransa, İngiltərə, Amerika və sair bu kimi dövlətlərə xəbər ötürüb casus xidmətləri göstərməklə 127 00:21:43,140 --> 00:21:51,770 onların kölgəsinin altında gün keçirirlər. Əlbəttə ki, inqilaba və inqilabi hərəkata 128 00:21:52,220 --> 00:22:03,770 bir başqa cür qarşı çıxıb problem yaradan digər bir cərəyan da daxildəki gerilikçi və mürtəce cərəyan idi. 129 00:22:03,770 --> 00:22:14,800 Düzdür, onlar diqqətəlayiq dərəcədə önəmli deyildilər və xalq da onlara əhəmiyyət vermədi; dini yanlış formada təqdim etməklə İslam dövləti üçün çətinlik yaradan mürtəce bir cərəyan idi. 130 00:22:15,310 --> 00:22:23,420 İslam Respublikası xalqın köməyi ilə, bu xalqın gənclərinin güc və təşəbbüsü sayəsində 131 00:22:23,600 --> 00:22:31,310 bütün bu xarici və daxili düşmənləri geri oturda bildi, 132 00:22:31,770 --> 00:22:44,970 onlar nəinki İslam Respublikasına heç bir xətər yetirə bilmədilər, hətta onun inkişafına əngəl olmağı belə bacarmadılar. 133 00:22:45,420 --> 00:22:57,370 Mənim əzizlərim, əziz gənclər! Bu gün sizin qarşınızda siz doğulduğunuz zaman olduğundan 134 00:22:57,650 --> 00:23:09,250 yerlə-göy qədər fərqli bir İslam Respublikası var; bu gün dövlətimizin imkanları, təcrübəsi, qazandığı uğurlar dəfələrlə inkişaf edib, artıb. 135 00:23:09,250 --> 00:23:15,710 İnşallah, gənclərimizin arasında mənəviyyat da eynilə bu cür artacaq 136 00:23:15,710 --> 00:23:22,110 və şübhəsiz ki, onlardan diqqətəlayiq dərəcədə böyük bir qismində bu elə var da. 137 00:23:22,570 --> 00:23:30,680 İslam Respublikasının gücünü sübuta yetirən dəlillərdən biri də elə Amerikanın regionda özünə müttəfiqlər axtarmasıdır. 138 00:23:31,600 --> 00:23:38,850 Əgər Amerika İslam Respublikasının qarşısında istədiyini edə bilsəydi, 139 00:23:39,200 --> 00:23:47,710 regionda bu bədnam və üzüqara mürtəce dövlətlərlə koalisiya qurmağa, 140 00:23:48,000 --> 00:23:56,220 onlardan yardım istəməyə, iğtişaşlar yaratmaq, asayiş və təhlükəsizliyi pozmaq üçün onlardan kömək almağa ehtiyacı olmazdı. 141 00:23:56,510 --> 00:24:03,020 Bu, dövlətimizin gücünü göstərir. Əlbəttə ki, onların, Amerikanın düşmənçiliyi günbəgün artdığı kimi, 142 00:24:03,250 --> 00:24:08,800 İran xalqının Amerikaya olan nifrəti də hər keçən gün daha da artıb. 143 00:24:09,370 --> 00:24:18,570 Sizə onu da deyim ki, əli hər işdən üzüləndən sonra bu gün düşmənin planı 144 00:24:18,910 --> 00:24:25,370 İslam dövləti ilə əziz xalqımız arasında uçurum yaratmaqdır. 145 00:24:25,710 --> 00:24:34,340 Bu onların axmaqlığıdır; onlar bilmirlər ki, İslam Respublikası elə İran xalqının özüdür, 146 00:24:35,250 --> 00:24:51,020 bu ikisi bir-birindən ayrılmazdır. İslam dövləti xalqdan uzaq saraylarda oturan, bürökratik bir dövlət deyil. 147 00:24:51,370 --> 00:25:02,570 İslam dövləti xalqın özündən təşkil olunmuş, hər bir vətəndaşına, xalqının imanına, sevgisinə və emosiyalarına arxalanan bir dövlətdir; 148 00:25:03,020 --> 00:25:12,620 İslam dövləti budur; bunu xalqdan necə ayırmaq istəyirlər? Əlbəttə ki, ABŞ-ın hazırkı prezidentindən əvvəl digər 6 prezidenti də 149 00:25:13,140 --> 00:25:24,800 bu kimi cəhdlər göstərmişdilər, hamısı da bu şeytani məqsədlərinə nail olmadan meydandan uzaqlaşdılar. 150 00:25:25,020 --> 00:25:35,370 Onların əsasən xalqa təzyiq göstərən bu iqtisadi sanksiyaları da xalqı yormaq, usandırmaq məqsədi daşıyır. 151 00:25:35,420 --> 00:25:44,340 Allahın köməyi ilə, biz xalqla olan bağlılığımızı gün-gündən daha da artıracaq, daha da möhkəmləndirəcəyik. 152 00:26:03,420 --> 00:26:08,400 Biz düşmənin belini qıran birlik və bölünməzliyimizi qoruyacağıq; 153 00:26:09,140 --> 00:26:20,970 mömin, stimullu, çalışqan gənclərimizi, Allahın köməyi ilə, hər gün daha da gücləndirəcəyik. 154 00:26:21,420 --> 00:26:31,770 Qoy ölkəmizin qeyrətli və əzmkar gənc nəsli bilsin ki, düşmənin onun müstəqilliyini, 155 00:26:32,450 --> 00:26:44,340 nüfuzunu, inkişafını, elm və siyasət meydanlarındakı iştirakını görməyə gözü yoxdur. 156 00:26:44,570 --> 00:26:55,020 İran xalqının düşmənləri bu xalqın müstəqilliyinə, nüfuzuna, inkişaf və yüksəlişinə düşmən olanlardır. 157 00:26:55,310 --> 00:27:06,680 Düşmən öz hiyləgərliyindən bacardığı qədər əl çəkməyəcək, lakin yəqin bilmək lazımdır ki, bu hiyləgərlikdən heç bir nəticə də əldə etməyəcək; 158 00:27:07,420 --> 00:27:18,000 bir şərtlə ki, İran xalqı, Allahın köməyi və hidayəti ilə, bu günə qədər hansı yolu tutmaq lazım olduğunu bildiyi kimi, 159 00:27:18,510 --> 00:27:28,570 bundan sonra da həmin yolu qüdrətlə davam etdirsin. O yol isə sayıqlılıq, tədbirlilik 160 00:27:28,850 --> 00:27:34,050 və milli birliklə qət olunan mübarizə, səbir və təqva yoludur. 161 00:27:34,450 --> 00:27:42,850 Elə insanlar da var ki, başqa variantları məqbul hesab edir, düşmən bizə qarşı hiyləgərlik etməsin deyə bizim təslim olmalı olduğumuzu deyirlər. 162 00:27:43,080 --> 00:27:54,050 Belələri bilmirlər ki, təslim olmaq insana müqavimət göstərib mübarizə aparmaqdan qat-qat ağır başa gəlir. 163 00:27:54,620 --> 00:28:01,310 Bəli, ola bilsin, müqavimət göstərmək çətindir, amma xalqlara onlar üçün 164 00:28:01,480 --> 00:28:12,170 həmin əziyyətdən yüz dəfələrlə dəyərli olan, böyük nailiyyətlər qazandırır. İnadkar və xəbis düşmənin qarşısında təslim olmaq isə 165 00:28:12,570 --> 00:28:22,450 zəlil olub ayaqlar altında tapdanmaqdan, kimliyini itirməkdən başqa heç bir şey gətirmir. Bunu hamı bilməlidir. 166 00:28:22,680 --> 00:28:29,370 Bu, Allah-taalanın dəyişməz qanunudur. Belə ki Quranda buyurulur: 167 00:28:29,540 --> 00:28:40,570 “Buna görə də cihadda zəiflik göstərməyin və (kafirlərə) üstün (qalib) gəldiyiniz zaman (onları) sülhə dəvət etməyin. Allah sizinlədir. O sizin əməllərinizi boş (mükafatsız) buraxmaz”. (“Muhəmməd” surəsi, 35-ci ayə) 168 00:28:40,800 --> 00:28:47,200 İradəniz zəifləməsin, düşməni sazişə dəvət etməyin, 169 00:28:47,770 --> 00:28:53,820 Allah-taala sizi daha üstün edib, siz daha üstünsünüz. 170 00:28:54,000 --> 00:29:00,050 وَ لَن يَتِرَکُم yəni لَن يَنقُصَکُم 171 00:29:00,280 --> 00:29:13,080 – Allah-taala etdiyiniz cihad və mübarizənin qarşılığında sizi əliboş qoymayacaq, bu mücahidənin mükafatını sizə artıqlaması ilə verəcək. 172 00:29:13,310 --> 00:29:19,480 Sonda bir məqama da toxunmaq istərdim. Düşmən haqqında bilməli olduqlarımızı 173 00:29:19,710 --> 00:29:26,620 qeyd etdik, amma biz özümüzə, öz hərəkətlərimizə qarşı da diqqətli olmalıyıq. Hamımız! 174 00:29:26,970 --> 00:29:37,370 Kiçikdən böyüyə, cavandan qocaya, adi insandan vəzifəli şəxsə qədər. Xüsusilə də rəsmilər diqqətli olmalıdırlar ki, 175 00:29:37,650 --> 00:29:43,880 səhlənkarlığa, qəflətə, tənbəlliyə yol verməsinlər, dəbdəbəli həyat tərzinə meyillənməsinlər, 176 00:29:44,510 --> 00:29:54,800 xalqa qarşı təkəbbürdən, üç-beş günlük vəzifə kürsüsünə arxalanmaqdan çəkinsinlər. 177 00:29:54,800 --> 00:30:02,510 Belə olsa, Allah-taala bu günə qədər olduğu kimi, 178 00:30:03,250 --> 00:30:08,050 bundan sonra da daim siz İran xalqına öz mənəvi dəstəyini əta edəcək. 179 00:30:08,220 --> 00:30:25,880 Gün gələcək, İran xalqı elə bir məqama yetişəcək ki, düşmənlər ona hərbi, iqtisadi, siyasi 180 00:30:26,220 --> 00:30:37,310 və təhlükəsizlik hücumları etməyi xəyallarına belə gətirməyə cürət etməyəcəklər. İnşallah, o gün uzaq deyil və Allahın köməyi ilə, siz əziz gənclər, o günün şahidi olacaqsınız. 181 00:30:37,480 --> 00:30:40,800 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.