1 00:00:00,400 --> 00:00:02,970 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:03,600 --> 00:00:12,620 الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفيٰ محمّد 3 00:00:22,450 --> 00:00:31,940 و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّةالله في الارضين 4 00:00:32,170 --> 00:00:44,170 Əziz gənclər, mənim əziz balalarım, çox xoş gəlmisiniz. Ölkənin gələcəyi sizin əlinizdədir. 5 00:00:46,000 --> 00:00:58,620 Siz, sözün əsl mənasında, bu ölkənin gələcək başçıları, irəlidə onu idarə edəcək şəxslərsiniz. 6 00:00:59,080 --> 00:01:16,850 Bu gün sizin şəxsiyyətinizin formalaşmasına təsir göstərən hər bir anlayış, hər bir qərar, hər bir addım 7 00:01:17,880 --> 00:01:26,450 birbaşa bu ölkənin gələcəyinə təsir göstərir və bu, çox önəmli bir məqamdır. 8 00:01:27,140 --> 00:01:41,480 “Nur yolçuları” ekskursiyalarına gəlincə, əlhəmdulillah, artıq bir neçə ildir ki, uğurla davam etdirilən 9 00:01:41,480 --> 00:01:54,570 və günbəgün daha da genişləndirilən bu tədbir Müqəddəs Müdafiə dövrünün yaddaşlarda qorunub saxlanmasının təzahürlərindən biridir. 10 00:01:56,910 --> 00:02:06,910 Müqəddəs Müdafiə illərini, həqiqətən də, uca tutmaq, bu dövrə böyük dəyər vermək və onu yaddaşlarda qoruyub saxlamaq lazımdır. 11 00:02:07,420 --> 00:02:22,400 Çünki o 8 il – səkkiz illik Müqəddəs Müdafiə – ölkəmizin heysiyyətini, milli qürurumuzu, 12 00:02:23,020 --> 00:02:28,450 İran xalqının hazırkı təhlükəsiz yaşamını və nüfuzunu qarant altına almışdır. 13 00:02:30,220 --> 00:02:43,650 Bu dövr barədə bacardığınız qədər oxuyub araşdırma aparın, hadisələri diqqətlə izləyin, heç şübhəsiz, sonda bu nəticəyə gələcəksiniz ki, 14 00:02:43,940 --> 00:02:57,310 əgər tariximizin o mərhələsində məhz o xüsusiyyətləri ilə Müqəddəs Müdafiə olmasaydı, 15 00:02:57,820 --> 00:03:03,540 bu gün ölkəmiz və xalqımız, sözsüz ki, nə bu nüfuza, nə bu asayiş və təhlükəsizliyə, 16 00:03:04,220 --> 00:03:10,970 nə də bu azadlıq və suverenliyə sahib olardı. 17 00:03:13,250 --> 00:03:33,020 Zahirən saysız-hesabsız problemlər, təzyiqlər, müharibə, od-alov, qorxu və dəhşətlə dolu olan o 8 il mahiyyəti etibarilə bir ilahi nemət idi; 18 00:03:34,680 --> 00:03:43,020 Allahın bu ölkəyə və bu xalqa əta etdiyi gizli bir lütf idi. 19 00:03:44,170 --> 00:03:53,540 Bunlar elə şeylərdir ki, bu barədə siz özünüz araşdırıb öyrənməlisiniz; və heç şübhəsiz, 20 00:03:54,450 --> 00:03:57,820 bu sahədə tam və düzgün şəkildə araşdırma aparan hər kəs də məhz bu nəticəyə gələcək. 21 00:03:57,820 --> 00:04:04,400 Bəli, biz bu dövrü yaddaşlarda qoruyub saxlamalı, əziz tutmalı, o illərə böyük dəyər verməliyik. 22 00:04:06,110 --> 00:04:18,680 Ölkəmizin və xalqımızın bu gün sahib olduğu bu iqtidar o Müqəddəs Müdafiənin, tariximizin səhifələrinə 23 00:04:19,370 --> 00:04:34,570 və gerçəkləşdikləri o xüsusi mərhələyə qızıl hərflərlə yazılmış həmin o 8 ilin məhsuludur; biz o nurlu mərhələni yaşatmalı, yaddaşlarda qoruyub saxlamalıyıq. 24 00:04:35,710 --> 00:04:48,910 Bu gün xalqımızın düşmənləri Müqəddəs Müdafiə dövrünü ona unutdurmaqda maraqlıdır; 25 00:04:50,000 --> 00:05:00,110 bu dövrü ya unutdurmağa, ya da ləkələyib şübhə altına salmağa çalışırlar. 26 00:05:00,400 --> 00:05:12,570 İrana düşmən olan dövlətlərin başçıları bu işə pullar xərcləyirlər. 27 00:05:13,020 --> 00:05:21,480 Sizin gördüyünüz iş düşmənin bu səyləri qarşısında həyata keçirilən əzəmətli bir xalq mübarizəsidir. 28 00:05:22,110 --> 00:05:32,970 Müqəddəs Müdafiə dövrü, o tarix elə bir dəyərli ehtiyatdır ki, ondan ölkənin inkişafı, millətin tərəqqisi, 29 00:05:33,540 --> 00:05:42,850 hər bir xalqın qarşısında duran çoxsaylı mübarizə meydanlarına hazırlıq üçün istifadə etmək lazımdır. 30 00:05:43,080 --> 00:05:50,050 Müqəddəs Müdafiə barədə danışılası sözlər həddən artıq çoxdur; bunu sizə deyim. 31 00:05:50,280 --> 00:06:00,400 Bu günə qədər kitablar yazılıb, memuarlar qələmə alınıb, filmlər çəkilib, əksəriyyəti də çox yaxşı və həqiqətən də, dəyərlidir, 32 00:06:01,020 --> 00:06:19,370 amma Müqəddəs Müdafiə məsələsinin digər müxtəlif aspektləri də var ki, hələ deyilməyib, araşdırılmayıb, işlənməyib, əl dəyilməmiş qalıb. 33 00:06:19,820 --> 00:06:25,540 Bu gün mən siz əziz gənclər üçün həmin o müxtəlif və çoxsaylı aspektlərdən ikisinə 34 00:06:26,280 --> 00:06:39,820 qısaca olaraq toxunacağam: birincisi, bu savaşın başlamasına, 35 00:06:40,110 --> 00:06:48,450 İranın belə bir hücuma məruz qalmasına hansı amil səbəb olmuşdu; 36 00:06:49,420 --> 00:07:00,170 ikincisi, İslam Respublikası və İran xalqı zorla təhrik olunduğu bu müharibədə özünü necə müdafiə etdi. 37 00:07:01,880 --> 00:07:15,020 Bayaq dedim ki, ümumilikdə nəzər saldıqda bu məcburi savaş, bu müdafiə, düşmənin etdiyi o bədxahlıqlar, o xəbisliklər, 38 00:07:15,600 --> 00:07:26,400 İran xalqının o şücaəti, yaşadığı o zülmlər – bütün bunlar bir ilahi lütf idi, 39 00:07:27,250 --> 00:07:38,620 amma hər halda bunlar təhlil edilməli, öyrənilməlidir. Bu gün mən sizin üçün qısaca olaraq bu iki mövzu ətrafında söhbət edəcəyəm. 40 00:07:39,310 --> 00:07:46,110 Birinci məqam odur ki, bu müharibəni ortaya çıxaran amil nə idi? Necə oldu ki, 41 00:07:46,510 --> 00:07:54,450 İran xalqı heç bir işi olmadığı, heç bir şəkildə təcavüz etmədiyi qərb qonşusu tərəfindən 42 00:07:54,970 --> 00:08:04,000 birdən-birə hücuma məruz qaldı və bu hücum 8 il çəkdi? Səbəb nə idi? Səbəb İslam İnqilabının əzəməti, 43 00:08:04,510 --> 00:08:14,910 inqilabın ehtişamı idi. İslam İnqilabı yarandıqda onun əzəməti, ehtişamı 44 00:08:16,170 --> 00:08:23,250 dünyadakı güclü düşmənlərini qorxuya saldı; bu bir reallıqdır. 45 00:08:23,480 --> 00:08:33,540 Bir yandan bütün dünyaya ağalıq edib hamını təhdid edən 46 00:08:34,740 --> 00:08:42,280 və heç kəsdən qorxmayanları, yəni başda Amerika, 47 00:08:42,970 --> 00:08:48,050 ardınca isə Avropa dövlətləri olmaqla Qərb kapitalistlərini 48 00:08:48,680 --> 00:08:54,620 (Qərb ölkələri, doğrudan da, özlərini güc və hakimiyyətin zirvəsində görürdülər), 49 00:08:55,480 --> 00:09:05,880 o yandan isə, əlbəttə ki, Sovet İttifaqını (onu da deyəcəyəm); ölkəmizdə İslam İnqilabının ortaya çıxması ilə özünü dünyanın ən böyük gücü hesab edən 50 00:09:06,170 --> 00:09:19,310 bu dövlətlərin ağalıq taxtı sarsıldı, onlar üçün dünyada sanki bir zəlzələ baş verdi; 51 00:09:19,820 --> 00:09:32,340 doğrudan da, qorxuya düşdülər; İranda nə baş verdiyini doğru-düzgün analiz edə bilmirdilər. 52 00:09:33,540 --> 00:09:44,680 Fəzilət və mənəviyyata, xüsusilə də İslam dininə etinasız yanaşılan materialist, dinsiz dünyada, 53 00:09:45,770 --> 00:09:54,800 hakimləri Qərbin bütün istəklərini bircə-bircə yerinə yetirən bir ölkədə 54 00:09:55,370 --> 00:10:00,910 qəflətən onların istəyinə, maddiyyatçı hədəflərinə, 55 00:10:01,420 --> 00:10:09,770 doydurulmaq bilməyən dünya həvəslərinə tamamilə zidd olan bir inqilab ortaya çıxır; 56 00:10:10,220 --> 00:10:16,510 İslam dininə, mənəviyyata və fəzilətə əsaslanan bir inqilab. Əliyalın gənclərin – 57 00:10:18,220 --> 00:10:29,820 tələbələrin, şagirdlərin gəlib meydanlarda silahların qarşısında durması onlar üçün qətiyyən anlaşılmaz idi; 58 00:10:31,080 --> 00:10:44,910 özünüz bilirsiniz ki, bu ölkənin qanlı mübarizə meydanlarının mühüm iştirakçılarından biri də şagirdlər idi; şagirdlər meydanlara 13 abanda gəlmişdilər; 59 00:10:45,540 --> 00:10:57,020 o meydanlarda kimin şagird, kimin böyük kişi və sair olmağının heç bir önəmi yox idi; bütün şəhər və kəndlərdə 60 00:10:57,540 --> 00:11:04,220 orta məktəb şagirdlərindən, bəzən ondan da azyaşlılardan tutmuş ahıllara, müxtəlif sosial təbəqələrin nümayəndələrinə qədər hər kəs meydanlara çıxmışdı. 61 00:11:04,850 --> 00:11:13,370 Onları təəccübləndirən də elə bu idi, nə baş verdiyini dərk edə bilmirdilər; ona görə də qorxmuşdular. Getdikcə də 62 00:11:14,910 --> 00:11:26,970 onların bu heyrəti daha da böyük qorxuya çevrildi; yəni vaxt ötdükcə 63 00:11:27,250 --> 00:11:39,250 nəinki arxayınlaşmadılar, əksinə, problemləri, nigarançılıqları daha da artdı. 64 00:11:39,540 --> 00:11:51,310 Nəyə görə? Ona görə ki bu inqilabın dünyadakı bütün müsəlman xalqları tərəfindən alqışlandığını gördülər. 65 00:11:51,710 --> 00:12:03,880 Başçıları Amerikadan asılı olan ölkələrin xalqları İslam İnqilabına dəstək şüarları səsləndirirdilər. 66 00:12:04,740 --> 00:12:17,080 İnqilabın əvvəlində – 1358-59-cu illərdə, demək olar, bütün müsəlman ölkələrində İslam İnqilabının lehinə söhbətlər gedir, 67 00:12:17,080 --> 00:12:22,220 şüarlar səsləndirilir, çıxışlar edilir, məqalələr dərc olunurdu. 68 00:12:22,680 --> 00:12:33,710 Bu onları, həqiqətən də, dəhşətə gətirmişdi. İranın əllərindən çıxdığını görüb (İranda ağalıq edirdilər axı) 69 00:12:34,510 --> 00:12:45,600 qorxuya düşmüşdülər ki, inqilab mədəniyyətinin müsəlman xalqları arasında bu cür geniş yayılaraq onlara belə güclü təsir göstərməsi 70 00:12:46,000 --> 00:12:50,910 digər müsəlman ölkələri və dövlətlərinin də əllərindən çıxmasına səbəb olar. 71 00:12:51,650 --> 00:13:06,680 Elə ona görə də nəyin bahasına olursa-olsun bu inqilabı məhv etmək qərarına gəldilər. Səddam rejiminin İran əleyhinə müharibəsi buradan başladı. 72 00:13:08,570 --> 00:13:19,080 Səddam elə bir insan idi ki, onlar onda belə xudbincəsinə, təkəbbürlü 73 00:13:19,710 --> 00:13:31,310 və zülmkar bir hərəkət etmək potensialının olduğunu bilirdilər; yəni onu tanıyırdılar; onlar siyasi simaları tanıyırlar; Səddam təbiəti etibarilə təcavüzkar biri idi. 74 00:13:32,970 --> 00:13:40,340 İnqilab baş verdiyi zaman Səddam İraqın prezidenti də deyildi, İraqın prezidenti başqa bir şəxs – Əhməd Həsən Əlbəkr idi; 75 00:13:41,080 --> 00:13:48,570 işi elə qurdular ki, o, hakimiyyətdən kənarlaşsın, yerinə Səddam hakimiyyətə gəlsin və onu İrana hərbi hücum etməyə 76 00:13:49,200 --> 00:13:55,420 vadar etsinlər, təşviq etsinlər, təhrik etsinlər. 77 00:13:56,740 --> 00:14:04,510 İrana edilən hücumun bəhanəsi də əvvəldə bu idi ki – yəni belə deyirdilər, belə şüarlar verirdilər ki – 78 00:14:05,200 --> 00:14:12,510 neft çıxan bölgələri İrandan ayırıb, İraqa birləşdirmək istəyirlər; amma bunlar yalnız söz idi; 79 00:14:13,200 --> 00:14:20,970 söhbət neft çıxan bölgələrdən getmirdi; əsas məsələ hökumətin özü idi, inqilabın özü idi; 80 00:14:22,620 --> 00:14:32,280 inqilabı yox etmək istəyirdilər. Amerika və güclü Avropa dövlətləri 81 00:14:32,800 --> 00:14:41,710 (Avropanın 2-ci, 3-cü dərəcəli ölkələri bir o qədər də əhəmiyyət kəsb etmirdi; “əsas Avropa” , yəni İngiltərə, Fransa, 82 00:14:42,170 --> 00:14:50,970 Almaniya, İtaliya kimi Avropada mühüm mövqe və gücə sahib olan dövlətlər) 83 00:14:50,970 --> 00:14:58,450 hamısı bir nəfər kimi Səddamın arxasında durub, ona əllərindən gələn köməyi göstərdilər; əllərindən gəldiyi qədər dəstək oldular! 84 00:14:58,850 --> 00:15:08,620 Müharibənin əvvəlində Səddamın ordusunun sayı məhdud idi, 85 00:15:09,420 --> 00:15:19,940 silah və texnikası da adi idi, amma vaxt ötdükcə – 6 ay, 1 il, 2 il ərzində 86 00:15:20,280 --> 00:15:27,310 günbəgün bütün bu imkanları daha da artdı. Müharibə imkanları tükəndirir; 87 00:15:27,940 --> 00:15:36,050 misal üçün, müharibənin əvvəlində bizim müəyyən qədər tankımız var idi, sonradan bəziləri sıradan çıxdı; tutalım, müəyyən qədər topxanamız var idi, 88 00:15:36,050 --> 00:15:45,420 bəziləri aradan getdi; silah-sursatımız var idi, xeyli hissəsi aradan getdi; müharibədə imkanlar, təbii olaraq, xərclənir, müharibə imkanları azaldır; 89 00:15:46,050 --> 00:15:58,280 amma burada isə müharibə getdikcə Səddam rejiminin imkanları daha da artırdı; bunları ona kim verirdi? Fransa, İngiltərə, Almaniya, Amerika; 90 00:15:59,080 --> 00:16:06,970 Amerikanın əleyhinə olan Sovetlər Birliyi də o məsələdə Amerika ilə birləşdi; 91 00:16:07,370 --> 00:16:14,970 onun da buna öz səbəbi var idi: Sovetlər Birliyinin tərkibində müsəlman respublikalarının sayı nisbətən çox idi 92 00:16:15,710 --> 00:16:21,200 və İrandakı dini hərəkat, İslam İnqilabı həmin respublikaların 93 00:16:21,540 --> 00:16:29,940 öz dini kimlikləri barədə düşünməsinə səbəb olurdu. Elə buna görə də 94 00:16:30,340 --> 00:16:40,740 bunu heç də xoş qarşılamayan Sovetlər Birliyi o məsələdə – bizim əleyhimizə aparılan müharibə və mübarizədə özünün çoxdankı düşməni Amerika ilə eyni cəbhədə yer almışdı. 95 00:16:41,310 --> 00:16:49,650 Bir sözlə, Amerika, Sovet İttifaqı, NATO (NATO anlaşmasının üzvləri də Avropa, Amerika və sair bu kimi dövlətlərdir), 96 00:16:50,280 --> 00:16:55,480 habelə dünyada ağalıq edən digər gücü dövlətlər İslam Respublikasının əleyhinə, 97 00:16:56,340 --> 00:17:02,110 İslam Respublikasını aradan götürmək üçün Səddamın arxasında durdular; hədəf bu idi; 98 00:17:02,570 --> 00:17:14,450 hədəf Xürrəmşəhri, Qəsre-Şirini və sairi fəth etmək deyildi, hədəfləri bura gəlmək idi; necə ki elə əvvəldə Səddam da 99 00:17:14,970 --> 00:17:21,820 KİV-ə müsahibəsində demişdi ki, “biz bu gün burada söhbət edirik, bir həftə sonra Tehranda söhbət edəcəyik”; işini belə planlaşdırmışdı. 100 00:17:22,800 --> 00:17:34,220 Müharibəni doğuran faktor bu idi; yəni Məcburi savaş dünyanın ən güclü dövlətlərinin yeni yaranmış 101 00:17:34,450 --> 00:17:39,600 İslam Respublikası əleyhinə qurduqları beynəlxalq miqyaslı bir məkrli plan idi. 102 00:17:42,000 --> 00:17:56,800 Fərz edin ki, bütün vəhşi heyvanlar yalqız, əliyalın və müdafiəsiz bir insana hücum edə; reallıqda vəziyyət bu idi. 103 00:17:57,200 --> 00:18:05,140 O vaxt İslam Respublikasının nə intizamlı ordusu, nə qaydasında olan bir kəşfiyyat sistemi var idi 104 00:18:05,140 --> 00:18:08,680 (inqilabın əvvəlində belə idi də; hər şey bir-birinə qarışmışdı); 105 00:18:10,970 --> 00:18:19,820 İslam Respublkasının yalnız imanlı xalqı və İmam Xomeyni kimi güclü bir lideri var idi; 106 00:18:20,000 --> 00:18:22,450 xalqın sahib olduğu yalnız bu idi. 107 00:18:47,880 --> 00:19:01,140 Bax elə o Fransa müharibənin ortalarında İraqa ən son təyyarə və vertolyotlarını verdi; 108 00:19:02,340 --> 00:19:11,140 o Almaniya cəbhələrdə istifadə etməsi üçün Səddam rejimini 109 00:19:11,710 --> 00:19:18,450 zəhərli kimyəvi maddələrlə təmin edirdi. 110 00:19:19,370 --> 00:19:30,220 Bu gün hansısa ölkəni, hansısa hakimiyyəti kimyəvi silahdan istifadə etməkdə ittiham edənlər 111 00:19:30,220 --> 00:19:39,710 bir vaxtlar Səddama rəsmən, açıq-aşkar şəkildə kimyəvi maddələr verirdilər ki, 112 00:19:39,940 --> 00:19:50,340 kimyəvi silah istehsal edib cəbhələrdə işlətsin; və elə işlətmişdi də; bu gün müharibənin başa çatdığı gündən 30 il ötməsinə baxmayaraq 113 00:19:50,340 --> 00:19:59,820 (müharibə təqribən 29 ildir ki, sona çatıb) hələ də bizim müharibə veteranlarımız arasında vaxtilə müharibədə 114 00:20:00,110 --> 00:20:08,170 kimyəvi silahın təsirinə məruz qaldıqları üçün əziyyət çəkən, sağlamlığı ilə əlaqədar problemlər yaşayan insanlar var; hələ xeyli adam da bu səbəbdən şəhid olub. 115 00:20:08,570 --> 00:20:14,510 İngilislər kömək etdilər, amerikanlar kömək etdilər, döyüş planları, peyk vasitəsilə əldə edilmiş təsvirlər verdilər, 116 00:20:15,140 --> 00:20:30,400 dünyanın bütün şeytanxislət rejimləri İslam Respubikası əleyhinə mübarizədə o bədbəxt, təkəbbürlü, xudbin şeytana – 117 00:20:30,400 --> 00:20:40,800 yəni Səddama dəstək oldular ki, bu müharibə ortaya çıxsın, davam etsin və onun qələbəsi ilə nəticələnsin. 118 00:20:41,020 --> 00:20:48,220 Əlbəttə ki, bütün bu səylər daşa atılan ox kimi idi; 119 00:20:49,200 --> 00:21:00,450 İslam Respublikasının bir qarış belə olsa torpağını ələ keçirmək üçün 8 il özlərini öldürdülər, amma bütün səylərinə rəğmən, heç nə edə bilmədilər. 120 00:21:00,740 --> 00:21:05,200 8 il müddətində İran xalqı bütün bu dövlətlərə qalib gəldi. 121 00:21:28,970 --> 00:21:33,370 Mənim vurğulamaq istədiyim birinci məqam bu idi; yəni müharibəni ortaya çıxaran faktor bu olmuşdu. 122 00:21:33,540 --> 00:21:42,570 İkinci bir məqam: müharibə necə gedirdi, bizim döyüşçülərimiz döyüş meydanlarında hansı şəkildə müdafiə olunurdular? 123 00:21:43,080 --> 00:21:52,910 Mənim əzizlərim, sizdən heç biriniz müharibə dövrünü xatırlamırsınız (əlbəttə, bir qayda olaraq, bəzi şəxsiyyətlər haqda məlumatınız var, kitablardan oxumusunuz 124 00:21:53,200 --> 00:22:08,800 və mən də bir daha sizə tövsiyə edirəm ki, o əziz, böyük, unudulmaz və əslində müstəsna simalar haqda yazılmış kitabları 125 00:22:10,000 --> 00:22:16,220 oxuyasınız; o kitabları oxuyun); biz fövqəladə bir şəkildə, 126 00:22:16,510 --> 00:22:35,420 güclü əzm və iradə ilə müdafiə olunurduq; döyüş meydanlarımızda böyük əzm, iradə, qətiyyət müşahidə olunurdu; güclü bir inam var idi; 127 00:22:36,000 --> 00:22:44,400 yəni özümüzün haqlı, düşmənin isə haqsız olduğuna inanırdıq; bu, çox önəmlidir. 128 00:22:45,480 --> 00:22:56,570 İstənilən meydanda mübarizə aparan bir insanın ürəyində inamı varsa, yəni özünün haqlı olduğuna, 129 00:22:56,570 --> 00:23:04,280 tutduğu yolun haqq yolu olduğunu inanırsa, bu onun irəliləyişinə kömək edir. 130 00:23:04,280 --> 00:23:10,170 Üstəlik, əgər bu inam Allaha, qeybə olan inamdırsa, bu artıq fövqəladə bir şeydir; 131 00:23:10,740 --> 00:23:16,170 İslamın yer üzünə gəldiyi ilk dövrlərdə o parlaq qələbələri müsəlmanlara nəsib edən amil də məhz bu idi. 132 00:23:16,510 --> 00:23:23,140 Bu bizim dövrümüzdə də baş verdi; inam var idi, əzm var idi, fədakarlıq var idi. 133 00:23:23,420 --> 00:23:31,770 İmandan fədakarlıq doğur; yəni onlar üçün canlarından keçmək önəmli bir məsələ deyildi; 134 00:23:31,770 --> 00:23:41,250 Allah yolunda, cihad uğrunda canlarından keçməyə, həqiqətən də, hazır idilər; fədakarlığa hazır idilər. 135 00:23:42,170 --> 00:23:49,080 Bu gün qələmə alınan o xatirələr başdan-başa fədakarlıq hekayələri ilə doludur 136 00:23:49,310 --> 00:23:56,680 və bütün bunlar bizim hamımız üçün, doğrudan da, ibrətvericidir. Hər dəfə mən o kitabları oxuyanda (tez-tez də oxuyuram) 137 00:23:56,800 --> 00:24:11,650 o işlərin, o fədakarlıqların əzəməti qarşısında özümü, həqiqətən də, cılız hiss edirəm. 138 00:24:12,050 --> 00:24:24,510 Və təşəbbüskarlıq; Müqəddəs Müdafiənin xüsusiyyətlərindən biri də təşəbbüskarlıq əhval-ruhiyyəsi, yeni işlər həyata keçirməyə can atma həvəsi idi; 139 00:24:25,080 --> 00:24:30,570 diqqət yetirsəniz, görərsiniz; 140 00:24:31,140 --> 00:24:45,600 hətta dünyanın sınaqdan keçmiş, təcrübəli ordularından çoxunun geniş yayılmış hərbi ənənələrini aşırdılar, 141 00:24:45,600 --> 00:24:53,310 yeni taktikalar yaradırdılar, yeni yollar axtarıb tapırdılar; 142 00:24:53,710 --> 00:25:04,170 həqiqətən, bu cür idi; bizim döyüşçülərimizin ən önəmli xüsusiyyətlərindən biri onların təşəbbüskarlığı idi. Eyni zamanda mənəvi bağlantılar; 143 00:25:05,480 --> 00:25:12,340 cəbhə elə bir yer idi ki, adi insanlar ora düşəndə mənəvi-psixoloji cəhətdən, 144 00:25:12,340 --> 00:25:19,140 həqiqətən də, Allaha yaxınlaşmadan doğan bir saflıq və nuraniyyət atmosferinə daxil olurdular; təbii ki, özləri də bilmədən. 145 00:25:20,280 --> 00:25:29,710 Bizim döyüşçülərimizin xüsusiyyətləri bu idi. Elə buna görə də bu müharibənin özü, insan formalaşdıran bir müharibə oldu; 146 00:25:30,510 --> 00:25:37,250 yəni Müqəddəs Müdafiə bu sınaqda daha çox hərəkət edən, daha çox irəliləyən 147 00:25:37,540 --> 00:25:48,280 adi, sıravi gənclərimizdən hər birinin (şagird, tələbə, ticarətçi, kəndli, fəhlə, əkinçi,savadlı, 148 00:25:48,570 --> 00:26:03,370 savadsız; fərq etmir) daha yüksək, daha ülvi mənəvi-insani məqamlara ucalmasına səbəb oldu. 149 00:26:05,420 --> 00:26:14,570 Sizcə bu görkəmli və önəmli şəxsiyyətlər, bu Himmətlər, bu Xərrazilər necə yaranıb? 150 00:26:14,800 --> 00:26:25,200 Şəhid Himmət, Şəhid Xərrazi – hansılar ki, həqiqətən, əfsanədir – bunlar adi gənclər olub; 151 00:26:25,480 --> 00:26:38,000 onları bu cür görkəmli, böyük və həqiqətən unudulmaz şəxsiyyətlərə çevirən məhz müharibə olub; 152 00:26:38,740 --> 00:26:49,370 Bakirilər, Borunsilər. Savadsız bənna olan Əbdülhüseyn usta 153 00:26:49,820 --> 00:26:55,880 müharibə meydanında döyüşçülərin arasında durub danışanda 154 00:26:56,110 --> 00:27:06,220 (onu gözü ilə görüb, eşidənlər deyir) müdrik bir filosof kimi danışır, 155 00:27:06,220 --> 00:27:10,110 qarşısında duran əsgərlərin ideoloji tələbatını təmin edirdi; müharibə özü insan formalaşdırırdı. 156 00:27:10,110 --> 00:27:16,000 Sadaladığım bütün bu xüsusiyyətləri ilə Müqəddəs Müdafiə savaşı bu cür şəxsiyyətlər yetişdirmişdir. 157 00:27:16,280 --> 00:27:23,650 Çitsaziyan – 17-18 yaşlı bir oğlan idi, döyüş meydanına girərək 158 00:27:24,850 --> 00:27:33,770 unudulmaz bir şəxsiyyətə, parlaq bir ulduza çevrilmişdi; onun fikirlərindən, 159 00:27:34,220 --> 00:27:39,310 onun danışıqlarından mən də, siz də – hamı istifadə etməlidir və edirik də; 160 00:27:39,940 --> 00:27:44,280 müharibə meydanlarında minlərlə belə gənc yetişmişdir. 161 00:27:44,510 --> 00:27:58,970 Bu insanlar ağıllı və tədbirli insanlar idi; elə düşünmək lazım deyil ki, onlar eləcə başlarını aşağı salıb, heç nəyi düşünmədən düşmən ordusunu atəşə tutublar; 162 00:27:59,250 --> 00:28:09,540 xeyr, onlar ağılla, tədbirlə davranıblar. Bizim gənclərimiz müharibə meydanlarında düşüncəli və tədbirli şəkildə hərəkət edirdilər; 163 00:28:10,450 --> 00:28:16,220 ağıllı idilər, tədbirli idilər, şücaətli idilər, 164 00:28:17,420 --> 00:28:21,940 fədakar idilər, ibadət də edirdilər. 165 00:28:22,340 --> 00:28:31,420 Gündüzlər meydanda sözün əsl mənasında nərə çəkən aslanlar, 166 00:28:31,650 --> 00:28:47,370 gecələr isə sözün əsl mənasında zahid, abid, dua və yalvarış əhli idilər; gündüzün aslanları, gecənin abidləri; bu cür idilər. 167 00:28:48,800 --> 00:28:55,250 Məhz buna görə də o ilk fəthlərdən birindən sonra 168 00:28:55,820 --> 00:29:03,600 (60-cı ildə bir fəth olmuşdu; Bustan fəthi; hansı ki çox önəmli idi; 169 00:29:03,600 --> 00:29:12,400 bir müddət davam etmiş geriləmə və cürbəcür uğursuzluqlardan sonra Bustan fəthi çox böyük bir qələbə hesab olunurdu) 170 00:29:12,850 --> 00:29:23,310 İmam Xomeyni özünün çox dərin məzmunlu çıxışında qeyd etmişdi ki, (əlbəttə, mən ümumi məzmununu deyəcəyəm, dəqiq ifadələr kitablarda var) 171 00:29:23,310 --> 00:29:30,620 fəthlərin fəthi hansısa şəhərin fəth olunması deyil, fəthlərin fəthi bu cür gənclərin yetişdirilib ərsəyə gətirilməsidir; fəthlərin fəthi budur; doğrudan da, elə belədir. 172 00:29:32,800 --> 00:29:43,940 Bir ölkə üçün ən böyük fəth – fəthlərin fəthi odur ki, gəncləri həm ağıllı, tədbirli, imanlı və dindar olsunlar, 173 00:29:44,740 --> 00:29:52,970 Allaha dua, ibadət və yalvarış əhli olsunlar, həm düşmənin qarşısında durub mübarizə aparmaqdan çəkinməsinlər, 174 00:29:53,140 --> 00:30:04,050 həm də gözüaçıq olsunlar, düşmənin və onun əlaltılarının bütün zamanlarda apardığı 175 00:30:04,050 --> 00:30:10,570 və elə bu gün də davam etdirdiyi genişmiqyaslı təbliğata uymasınlar. Hansı ölkənin belə gəncləri olsa, o ölkə toxunulmazlıq qazanar. 176 00:30:10,570 --> 00:30:16,620 Dediyim kimi, ölkənin sabahı sizsiniz, ölkənin gələcəyi sizsiniz; 177 00:30:17,310 --> 00:30:22,910 siz özünüzü bu xüsusiyyətlərlə yetişdirib tərbiyə edə bilsəniz, 178 00:30:23,820 --> 00:30:33,880 ölkəmiz tezliklə – uzaq yox, yaxın gələcəkdə – hər cəhətdən inkişaf və yüksəlişə nail olar; 179 00:30:34,340 --> 00:30:44,220 həm elmi, həm maddi, həm siyasi, həm də iqtisadi cəhətdən zirvəyə yetişər; gənclər belədir. 180 00:30:44,510 --> 00:30:54,400 Müqəddəs Müdafiənin mahiyyəti bundan ibarətdir: bu müharibəni dünyanın güclü dövlətlərinin düşmənçiliyi ortaya çıxardı, 181 00:30:55,140 --> 00:31:02,110 bizim gənclərimizin əzəməti və fədakarlığı isə onu bizim xeyrimizə bitirdi. 182 00:31:02,680 --> 00:31:13,880 Onlar müharibəni o niyyətlə başlatmışdılar ki, İslam İnqilabını bütünlüklə aradan götürəcəklər, 183 00:31:14,220 --> 00:31:22,970 bunlar isə elə bir ruhiyyə ilə meydana atılıb, elə hərəkət etdilər ki, İslam İnqilabı günbəgün daha da gücləndi, köklərini daha da dərinə yeritdi, 184 00:31:23,880 --> 00:31:32,280 İslam Respublikası daha da möhkəmləndi; Müqəddəs Müdafiənin mahiyyəti budur. Bu mahiyyəti qoruyub saxlamaq, 185 00:31:32,680 --> 00:31:41,710 onun keşiyində durmaq lazımdır. Sizin gördüyünüz bu iş, ölkənin dörd bir yanından “Nur yolçuları” adı ilə ekskursiyaların təşkil olunması, 186 00:31:42,170 --> 00:31:47,310 qocalı-cavanlı milyonlarla insanın hər il o yerlərə, o bölgələrə səfər etməsi, 187 00:31:47,710 --> 00:32:00,400 əslində, o nurlu dövrün, o nurlu həqiqətin – yəni Müqəddəs Müdafiənin həqiqətinin keşiyində durmanın təzahürlərindən biridir. 188 00:32:00,850 --> 00:32:11,140 Bu gün inqilabın qələbəsindən 40 il ötür, sizinsə yaşınız 18, 20, 25-dən çox deyil; 189 00:32:11,650 --> 00:32:18,170 onlar bunu istəyir və bunu gözləyirdilər ki, növbə yeni nəslə, yəni sizə çatanda, sizlər iş başına keçəndə 190 00:32:18,170 --> 00:32:21,880 bu ölkədə İslamın, inqilabın izi-tozu qalmayacaq, 191 00:32:22,400 --> 00:32:30,400 bu ölkənin siyasəti, kimliyi – hər şeyi üzərində 192 00:32:30,740 --> 00:32:38,110 amerikalılar, dünyanın güclü dövlətləri, sionist kapitalistlər ağalıq edəcəklər; onların gözləntisi bu idi; 193 00:32:38,340 --> 00:32:43,650 bu niyyətlə mübarizəyə başladılar, bu niyyətlə müharibəyə start verdilər, 194 00:32:43,820 --> 00:32:50,680 bu niyyətlə də müharibədən sonra bu günə qədər sərt və yumşaq hücumlarını davam etdirirlər. 195 00:32:50,850 --> 00:32:57,020 Bəs nəticə necədir? Nəticə belədir ki, bu nəslin içərisində 196 00:32:57,420 --> 00:33:03,370 inkişaf və çiçəklənmə potensialı, xəbis, işğalçı və təcavüzkar düşmən qarşısında 197 00:33:03,540 --> 00:33:13,420 mübarizə aparma gücü əvvəlki nəsildən də dəfələrlə çox olan insanlar var 198 00:33:13,420 --> 00:33:19,770 və əgər bizim gənclərimiz o zaman düşməni geri oturtmağı bacarıblarsa, 199 00:33:20,050 --> 00:33:25,710 heç şübhəsiz, bu gün bunu etmək üçün qat-qat daha hazırlıqlıdırlar. 200 00:33:46,510 --> 00:34:00,620 Onlar plan qurdular, məkr etdilər, İslam dini, İslam Respublikası və Allahın iradəsi isə onların planlarını puç etdi; 201 00:34:00,970 --> 00:34:07,710 inşallah, günü-gündən də daha çox puç edəcək. Gözəl gənclər! Özünüzü hazırlayın. 202 00:34:07,710 --> 00:34:17,370 Mən “Nur yolçuları” ilə bağlı bir neçə tapşırıq vermək istəyirəm: əvvəla, bütün qurumlar, hərə öz növbəsində bu hərəkata dəstək versin; 203 00:34:18,620 --> 00:34:26,110 qoy bu hərəkata yardımçı ola biləcək müxtəlif hökumət qurumları əllərindən gələn köməyi onlardan əsirgəməsinlər; 204 00:34:26,510 --> 00:34:33,140 əlbəttə, bayaqkı hesabatda qeyd olunduğuna görə, bəzi qurumlar çox yaxşı kömək edir, 205 00:34:34,050 --> 00:34:39,650 amma əsas fikir budur ki, ölkənin bütün qurumları bu işə diqqətli yanaşmalıdır. 206 00:34:41,940 --> 00:34:48,220 Bundan əlavə, qoy səlahiyyətli qurumlar və şəxslər “Nur yolçuları” ekskursiyalarının mədəni və sosial aspektlərini bacardıqları qədər gücləndirsinlər; 207 00:34:50,740 --> 00:35:01,600 bu möhtəşəm xalq hərəkatında mədəni mahiyyəti həqiqətən də necə təmin etməyin mümkün olduğunu nəzərdən keçirsinlər 208 00:35:02,050 --> 00:35:10,170 və bu istiqamətdə iş aparsınlar. Mənim digər bir tapşırığım ekskursiya rəhbərləri ilə bağlıdır. 209 00:35:10,400 --> 00:35:22,110 Nur yolçuları”nın səfər etdiyi bölgələrdə olan ekskursiyaçılar və ora gələn qonaqlar üçün vaxtilə oralarda baş vermiş hadisələri rəvayət edən insanlar 210 00:35:22,450 --> 00:35:27,370 reallıq prinsipini dəyərli bir əmanət kimi qorumalıdırlar. 211 00:35:28,450 --> 00:35:35,540 Mən şişirtmə, mübaliğə və bu kimi şeylərin qəti əleyhinəyəm; nəyisə şişirtməyə heç bir lüzum yoxdur, 212 00:35:35,770 --> 00:35:44,740 baş vermiş hadisələrin reallığı kifayət qədər şanlı, cəlbedici və ruhlandırıcıdır, 213 00:35:44,910 --> 00:35:55,600 bunun üzərinə nə isə əlavə etməyə ehtiyac yoxdur. Bəzən eşidirik ki, insanlar qeybdən gələn köməyin rolunu 214 00:35:56,400 --> 00:36:02,740 avamcasına böyüdürlər. Düzdür, qeybdən gələn kömək, sözsüz ki, olub, 215 00:36:03,600 --> 00:36:08,620 biz bunun şahidiyik, döyüşçülərimizə qeybdən yardım edildiyini bilirik, 216 00:36:09,540 --> 00:36:17,020 intəhası bu yardım bəzi insanların avamcasına təsvir etdiyi formalarda olmayıb. 217 00:36:19,540 --> 00:36:30,340 Allah-taala, mütləq, yardım edir; Bədr döyüşündə Allah-taala öz mələklərinə əmr etmişdi ki, 218 00:36:31,250 --> 00:36:39,310 gedib onun yolunda cihad edənlərə dəstək olsunlar, yardım etsinlər; Allah-taala ixlaslı insanlar üçün bunu hər yerdə edir, bu köməyi göstərir, 219 00:36:40,340 --> 00:36:49,940 amma biz belə məsələlər haqda danışarkən mübaliğəyə, şişirtməyə yol verməməliyik. 220 00:36:51,480 --> 00:36:56,450 Müqəddəs Müdafiə dövrünün parlaq hadisələri dərs kitablarına salınmalıdır; 221 00:36:57,710 --> 00:37:05,080 o dövrdə baş vermiş real, diqqətəlayiq hadisələr dərs vəsaitlərinə ötürülməlidir ki, 222 00:37:05,080 --> 00:37:13,480 bizim gənclərimiz onlar barədə xəbər tutsunlar. Doğrudur, bu mövzuda çoxlu kitablar yazılıb; bəzi kitabların həcmi böyük olduğuna, 223 00:37:14,800 --> 00:37:22,280 hadisələr təfsilatı ilə qələmə alındığına görə çoxları onları oxumaya bilər; həmin kitablardan müəyyən hissələri çıxarıb, 224 00:37:22,510 --> 00:37:28,680 yerinə görə dərs vəsaitlərində dərc etmək olar. 225 00:37:29,200 --> 00:37:38,400 “Nur yolçuları” qruplarında səfərlərə çıxan əziz qardaşlarımızın təhlükəsizliyinin təmin olunması da önəmli məsələlərdən biridir; 226 00:37:38,850 --> 00:37:42,620 rəsmilər buna da diqqət yetirsinlər. 227 00:37:42,850 --> 00:37:52,340 Bilin ki, bu “Nur yolçuları” hərəkatı ilə, ölkəmizin gənclərinin 228 00:37:52,620 --> 00:37:58,680 müxtəlif sferalarda nümayiş etdirdiyi bu yüksək stimul və motivasiya sayəsində 229 00:37:59,020 --> 00:38:06,850 düşmən bu 40 ildə heç bir iş görə bilmədiyi kimi, Allahın köməyi ilə, bundan sonra da heç bir qələt edə bilməyəcək. 230 00:38:30,170 --> 00:38:42,170 Düzdür, əziyyət verirlər, incidirlər; sanksiyalar, iqtisadi problemlər, cürbəcür təbliğatlar – 231 00:38:42,340 --> 00:38:49,710 belə işlər var, bunlar xalqa əziyyət verir, amma dayandıra bilmir. 232 00:38:49,710 --> 00:38:55,480 Hərəkət etmək, irəli getmək üçün güclü iradə və qəti qərar varsa, 233 00:38:56,340 --> 00:39:06,570 gənclər lazımi dərəcədə gözüaçıq olub qarşılarındakı düşməni tanıyırlarsa, düşməni tanımaqda qəflət və çaşqınlığa düşmürlərsə, 234 00:39:07,200 --> 00:39:13,770 özlərində düşmənə qarşı mübarizə əzminin zəifləməsinə imkan vermirlərsə, 235 00:39:14,050 --> 00:39:25,080 düşmən hərəkət edə bilməyəcək, zərbə vura bilməyəcək, bu əzəmətli hərəkatı durdura bilməyəcək. 236 00:39:25,310 --> 00:39:31,820 Ümidvaram ki, inşallah, siz gənclər gələcəkdə – 237 00:39:32,570 --> 00:39:40,340 bu ölkənin açarları sizin əlinizdə olanda onu nüfuz və iqtidarın zirvəsinə yüksəldəcəksiniz. 238 00:39:40,910 --> 00:39:43,080 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.