1 00:00:00,330 --> 00:00:03,060 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:03,660 --> 00:00:13,000 الحمدللّه‌ ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين 3 00:00:22,460 --> 00:00:30,660 و آله الطّاهرين و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّة ‌اللّه في الارضين 4 00:00:31,660 --> 00:00:44,000 Çox xoş gəlmisiniz; bugünkü görüşümüz, həqiqətən də, çox faydalı və öyrədici bir görüş idi. 5 00:00:44,460 --> 00:01:01,860 Bu görüş göstərdi ki, İslam İnqilabı sayəsində və İmam Xomeyninin təşəbbüsü ilə ərsəyə gəlmiş misilsiz bir təzahür olan bəsic 6 00:01:02,460 --> 00:01:24,000 ölkədə ehtiyac duyulan ən müxtəlif sferalarda fəal iştirak etmək potensialına malikdir; bəsic bir çox çətin açılan düyünləri açmağa qadirdir. 7 00:01:24,460 --> 00:01:39,330 Bu gün çıxış edən insanlar öz söhbətlərində əslində ölkədə ehtiyac duyulan əksər sferaları işıqlandırdılar; 8 00:01:41,800 --> 00:01:53,130 faydalı və bir çoxunun icrası real olan təkliflər irəli sürüldü. 9 00:01:53,730 --> 00:02:01,460 Əlbəttə ki, inşallah, dostlarımızın bu fikirləri, bu təklifləri ilə bağlı 10 00:02:03,060 --> 00:02:17,600 bir işçi qrup təyin etmək lazımdır; qoy bu təklifləri hərtərəfli araşdırsınlar, nəzərdən keçirsinlər və reallaşması üçün zəmin yaratsınlar. 11 00:02:19,000 --> 00:02:29,730 Çıxış edən qardaşlarımızın hamısına və o möhtərəm bacımıza səmimi təşəkkürümü bildirirəm. 12 00:02:31,330 --> 00:02:40,730 Qeyd olunduğu kimi, bəsic çox önəmli, çox dərin bir məsələdir. 13 00:02:52,800 --> 00:03:10,400 Bəsic – səfərbərlik, hansısa bir işdə nəzərdə tutulan məqsədə çatmaq uğrunda bütün imkanları bir araya gətirmək, bütün potensialını səfərbər etmək deməkdir; 14 00:03:10,800 --> 00:03:22,260 bəsicin mənası budur. Əgər İslam İnqilabında bu gün bizim sahib olduğumuz hər şeyin olmasına rəğmən, 15 00:03:23,060 --> 00:03:34,800 bəsic – ümumxalq səfərbərliyi olmasaydı, heç şübhəsiz, işlərdə önəmli bir dərəcədə axsama olardı. 16 00:03:36,800 --> 00:03:46,400 Əlhəmdulillah, bu gün effektiv bir qurum olan Bəsic Müqavimət Təşkilatı 17 00:03:46,860 --> 00:03:52,330 ümumxalq səfərbərliyinin bir simvolu, 18 00:03:53,400 --> 00:04:07,060 təşkilatlanmış bir göstəricisidir. Bu təşkilat bir sıra önəmli vəzifələr daşıyır. 19 00:04:07,600 --> 00:04:16,000 Bu böyük, həssas və mühüm vəzifələr bütün sferaları əhatə edir. 20 00:04:16,800 --> 00:04:26,060 Bu hərəkat, bu təşəbbüs təkcə gənclərə, təkcə kişilərə aid deyil; 21 00:04:26,260 --> 00:04:41,930 Bəsic Müqavimət Təşkilatı adı verilmiş bu strateji təşkilatlanmaya gənc, yeniyetmə, ortayaşlı, qoca, kişi, yaxud qadın olmağından asılı olmayaraq, hər kəs daxil ola bilir. 22 00:04:44,330 --> 00:04:55,660 İstənilən ölkədə, istənilən dövlətdə son sözü insan sərmayəsi deyir. 23 00:04:58,060 --> 00:05:09,260 Dünyanın maddi cəhətdən inkişaf etmiş ölkələri özlərinin zəhmətkeş, aktiv, 24 00:05:10,330 --> 00:05:22,930 tənbəlliyi bir kənara qoyub işləmək yolunu tutmuş insan potensialı (hərçənd dünyəvi həyat üçün, pul və dünyəvi nemətlər uğrunda olsa belə), 25 00:05:23,860 --> 00:05:36,730 bu insan potensialının ardıcıl əməyi və bacarığı sayəsində maddi baxımdan yüksək bir status əldə etmişlər; 26 00:05:39,330 --> 00:05:49,930 bu, eynilə Allah-taalanın verdiyi vəddə də öz əksini tapır. İlahi vəddə deyilir ki, hər hansı bir toplum, hər hansı bir cəmiyyət 27 00:05:50,330 --> 00:05:56,930 dünya nemətlərini arzulasa və bunun üçün çalışsa, istədiyinə çatar; 28 00:05:58,400 --> 00:06:08,200 mənəvi dəyərlər və həqiqi yüksəliş arzulayıb bunlar üçün çalışanlar da bu istədiklərini əldə edər: 29 00:06:09,060 --> 00:06:15,260 “Onların və bunların hər birinə Rəbbinin nemətindən verərik”. (“İsra” surəsi, 20-ci ayə) 30 00:06:16,660 --> 00:06:28,730 Allah-taala həm dünya nemətlərinin arzusunda olanlara kömək edir, həm də dəyərlərin, mənəvi yüksəlişin arzusunda olanlara; 31 00:06:29,530 --> 00:06:39,530 intəhası, əzmi, təpəri yalnız maddi həyatın məhsulları üçün çatanlar yalnız bu şeyləri əldə edə bilir, 32 00:06:40,000 --> 00:06:49,200 həqiqi həyatın mənasını anlamır, mənəviyyatı dada bilmir; əlbəttə ki, belədir. 33 00:06:51,000 --> 00:07:05,200 İslam İnqilabı bəşəriyyətin yaşamı üçün yeni bir təklif, yeni bir söz idi. 34 00:07:06,800 --> 00:07:16,000 İmperializmin əsiri, öz iqtidarını qoruyub saxlamaq üçün 35 00:07:17,200 --> 00:07:30,260 insanları əxlaqi və ideoloji cəhətdən məhvə sürükləyən imperialistlərin güc sınama oyununun qurbanı olan dünyanın 36 00:07:31,000 --> 00:07:41,930 yeni bir sözə ehtiyacı var idi. Bu yeni sözü düşünüb ortaya qoyan isə İslam İnqilabı oldu. 37 00:07:43,530 --> 00:07:55,130 Bu yeni söz, yeni fikir ondan ibarətdir ki, bəşəriyyət Allahın razılığını qazanıb ilahi dəyərləri qoruyub saxlamaqla da maddi tərəqqiyə, elmi irəliləyişlərə, 38 00:07:55,730 --> 00:08:04,730 insanın dəyər və məqamına uyğun inkişafa nail ola, 39 00:08:05,530 --> 00:08:15,000 dünyanı imperialistlərin, mənəviyyatdan uzaq olan 40 00:08:16,800 --> 00:08:29,730 siyasətçilərin yaratdığı cəhənnəmdən xilas edib bəşəriyyət üçün cənnətə çevirə bilər; 41 00:08:30,400 --> 00:08:39,060 arxayınlıq, təhlükəsizlik və asayişin hökm sürdüyü, hər kəsin öz öhdəsinə düşən vəzifəni 42 00:08:39,530 --> 00:08:49,330 hiss etdiyi, Allah-taala ilə rabitədə olduğu bir cənnətə. İslam İnqilabının dünyaya çatdırmaq istədiyi mesaj budur. 43 00:08:52,130 --> 00:08:59,260 Əlbəttə ki, bu mesajı reallaşdırmaq mərhələsi gəldiyi zaman ortaya bir sıra “vaciblər” və “olmazlar” çıxır. 44 00:09:00,400 --> 00:09:08,060 Belə bir dünya yaratmaq üçün ədalətsizlik, 45 00:09:08,260 --> 00:09:16,260 istibdad, təbəqələşmə, 46 00:09:17,800 --> 00:09:30,730 fiziki həvəslərə aludəçilik, əməli və ideoloji cəhətdən çürüklük olmamalıdır; 47 00:09:30,730 --> 00:09:36,930 belə bir cəmiyyətin formalaşdırılması üçün zəruri olan “olmazlar” bunlardır. 48 00:09:37,660 --> 00:09:43,600 Bu işin “vaciblər”i də var: ixlas olmalıdır, öhdəsinə düşən vəzifəni hiss etmək olmalıdır, 49 00:09:44,260 --> 00:10:00,800 çalışqanlıq olmalıdır, əzmkar mübarizə, gərgin əmək olmalıdır, Allah-taalanın razılığını əldə etmək əsas hədəf olmalıdır. Bunlar da “vaciblər”dir. 50 00:10:02,330 --> 00:10:15,000 Bütün bu “olmaz”ları, “vacib”ləri, dəyərləri, arzuları, hədəfləri özündə cəmləşdirə bilən konstruksiya isə “İslam Respublikası” ifadəsi idi; 51 00:10:15,800 --> 00:10:22,260 İmam Xomeyni (r.ə) də elə buna görə belə buyurmuşdu: “İslam Respublikası! Nə bir kəlmə artıq, nə bir kəlmə əskik!” 52 00:10:23,460 --> 00:10:34,800 Respublika – yəni xalqın gücünə, xalqın iradəsinə, xalqın imanına, xalqın təşəbbüsünə arxalanmaq; 53 00:10:35,060 --> 00:10:42,600 yəni insan sərmayəsinə – inkişafın ən önəmli amilinə söykənmək; 54 00:10:42,860 --> 00:10:57,800 və İslam – yəni Allah naminə, Allah yolunda, Allahın razılığını əsas götürərək, ilahi, islami dəyərlər çərçivəsində hərəkət etmək. 55 00:10:58,400 --> 00:11:03,200 İslam Respublikasının mənası budur; bu, dünyada yeni bir söz idi. 56 00:11:04,930 --> 00:11:15,330 İslamdan dəm vuranlar dünyada o vaxt da var idi, indi də var; sayları da çox idi, kifayət qədər də müxtəlif idilər; 57 00:11:16,460 --> 00:11:31,130 amma konkret olaraq hansısa ölkədə siyasi quruluş formasında reallaşan İslamla 58 00:11:31,860 --> 00:11:39,330 cahil və tağut mahiyyətli bir rejim daxilində, real həyatın günah və azğınlıq şəraitində davam etməsi fonunda 59 00:11:39,660 --> 00:11:48,060 cürbəcür yazılar, məqalələr, çıxışlar formasında yayılıb təbliğ edilən İslam arasında fərq var; 60 00:11:48,600 --> 00:11:56,530 bu ikisi bir-birindən xeyli dərəcədə fərqlənir. 61 00:11:57,660 --> 00:12:07,000 İslam Respublikası İslamı – müsəlmanların arzuladığı İslamı 62 00:12:07,330 --> 00:12:20,200 müəyyən coğrafi hüdudlar daxilində, yəni İran adlı bir ölkədə siyasi quruluş formasında reallaşdırıb. 63 00:12:21,930 --> 00:12:35,060 Bu, Allahın yardımı və istiqamətləndirməsi, dahi liderimiz İmam Xomeyninin ayıq-sayıqlığı və xalqımızın fədakarlığı sayəsində mümkün olub; 64 00:12:35,460 --> 00:12:40,460 məhz bu amillər sayəsində İslam dövlətinin əsası qoyulub, ilkin layihəsi qurulub. 65 00:12:41,260 --> 00:12:53,660 Əlbəttə, o əsas və başlıca məqsədə çatmağımız üçün o zaman da, elə indinin özündə də kilometrlərcə yol var; eybi yoxdur; 66 00:12:53,930 --> 00:13:04,460 biz irəli gedib bu məsafəni qət etməliyik. İslam dininin yer üzünə gəlişinin özü də bu cür olub. 67 00:13:04,460 --> 00:13:12,930 Peyğəmbəri-Əkrəm (s) Mədinədə İslam hökumətini qurduğu gün də 68 00:13:13,460 --> 00:13:23,860 o mərhələdə və o coğrafiyada İslamın bütün hədəfləri reallaşmamışdı, Peyğəmbərin mübarək ömrünün sonlarına qədər də elə bu cür oldu. 69 00:13:24,260 --> 00:13:28,860 Bunlar tədricən gerçəkləşməli idi və gerçəkləşirdi; 70 00:13:29,200 --> 00:13:38,600 bu, lazım olan iradəli, əzmkar insan potensialının olub-olmamağından asılıdır. 71 00:13:39,000 --> 00:13:44,600 Bəsic məhz bu çatışmazlığı təmin edir. 72 00:13:46,000 --> 00:14:00,260 Bəsic bir ölkənin insan potensialını təşkil edən ayrı-ayrı fərdlərin ali hədəfləri gerçəkləşdirməyi öz vəzifələri hesab etməsi deməkdir; 73 00:14:01,000 --> 00:14:08,530 müxtəlif sferalarda çalışan hər kəs: hərbçi olanı, olmayanı, 74 00:14:09,330 --> 00:14:17,000 Ordusu, Keşikçi Korpusu, Polis Qüvvələri, ölkənin müxtəlif sferalarında, 75 00:14:17,260 --> 00:14:21,260 müxtəlif meydanlarda cürbəcür işlərdə çalışan cürbəcür zəhmətkeş insanlar 76 00:14:21,600 --> 00:14:29,800 özlərində məsuliyyət hiss edib bu hərəkatı, bu hədəfi, 77 00:14:30,460 --> 00:14:33,930 bu prinsipi rəhbər tuturlarsa, deməli bəsicidirlər. 78 00:14:34,730 --> 00:14:40,730 Əlbəttə, qeyd etdiyim kimi, Bəsic Təşkilatı başqa bir məsələdir. Bu, bir simvoldur, 79 00:14:41,730 --> 00:14:48,400 konkret işlər görən bir qurumdur, “bəsic” sözü, “bəsici” adı isə 80 00:14:49,000 --> 00:14:54,800 xalqın çalışan, fəal olan hər bir üzvünə aiddir. 81 00:14:56,400 --> 00:15:06,400 İslam İnqilabı Keşikçiləri Korpusunun daşıyıcı sütunlarından biri olan Bəsic Müqavimət Təşkilatına gəlincə, 82 00:15:08,000 --> 00:15:13,730 bu, çox lazımlı, önəmli və effektiv bir qurumdur. 83 00:15:15,730 --> 00:15:39,730 Bu gün burada iştirak edən sizlərdən hər biriniz düşünən bir beyinin, bir iradənin, bir istəyin, bir əqidənin, bir təşəbbüs ruhunun daşıyıcılarısınız. 84 00:15:40,600 --> 00:15:48,200 Hələ xalq arasında da bu gün bura təşrif gətirənlərdən yüz, bəlkə min dəfə çox insan var ki, 85 00:15:48,600 --> 00:15:57,930 eyni xüsusiyyətlərə malikdir və əksəriyyətini də gənclər təşkil edir; yəni hər biri bir təfəkkür, bir əzm, 86 00:15:58,400 --> 00:16:06,730 bir iman, bir iradə, bir qurub-yaratmaq, hərəkət etmək gücüdür. 87 00:16:07,260 --> 00:16:15,660 Mühüm olan odur ki, bütün bu qüvvələr, bütün bu əzmlər 88 00:16:16,200 --> 00:16:20,600 bir-birinə yardıma tələsərək səmərəli əməkdaşlıq etsin. 89 00:16:22,060 --> 00:16:28,600 Keşikçi Korpusa daxil olan Bəsic Müqavimət Təşkilatı məhz bunun üçündür, 90 00:16:29,460 --> 00:16:44,260 bu güclərin, bu əzmlərin, bu bacarıqların koordinasiyasını təmin etmək və onları lazımi fəaliyyət sahələrinə yönəltmək vəzifəsini daşıyır; 91 00:16:45,330 --> 00:16:48,260 Bəsic Təşkilatının vəzifəsi budur. 92 00:16:48,530 --> 00:16:55,930 Gördüyünüz kimi, bizim sənaye, kənd təsərrüfatı, incəsənət, 93 00:16:56,330 --> 00:17:03,200 quruculuq və sair müxtəlif sferalarda həm deməyə sözümüz 94 00:17:03,600 --> 00:17:15,330 (deyiləsi sözlərdən bir hissəsini bayaq dostlarımız burada qeyd etdilər), həm də ehtiyaclarımız var. Özümüzü, ölkəmizi 95 00:17:15,930 --> 00:17:26,660 İslam Respublikasının o gerçək və ülvi məqsədlərinə çatdıra bilmək üçün bizə hərəkət etmək, yeni-yeni ideyalar ortaya qoyub qərarlar qəbul etmək, 96 00:17:26,660 --> 00:17:40,400 qırılmaz əzm lazımdır; o hədəflərin hamısına yetişmək üçün hərəkət etməyə, dinamizmə ehtiyac var. Bu dinamizm bəsici qüvvələrin təşkilatlandırılması 97 00:17:40,860 --> 00:17:47,800 və hərtərəfli yanaşması ilə gerçəkləşir. 98 00:17:48,330 --> 00:17:58,330 Birdən-birə baxırsan ki, ölkənin müxtəlif sferalarında bir neçə milyon 99 00:17:58,860 --> 00:18:09,530 imanlı, gözüaçıq, ixlaslı insan tərəfindən genişmiqyaslı bir quruculuq, istehsal, inkişaf hərəkatına başlanıb. 100 00:18:10,800 --> 00:18:20,400 Bu, çox önəmli və bərəkətli bir şeydir! Bəsici müqavimət qüvvələri budur və onların öhdəsinə düşən ağır vəzifə bundan ibarətdir. 101 00:18:20,930 --> 00:18:33,600 Əzizlərim! Allahın, haqqın düşmənlərinin düşmənçiliyi heç vaxt bitməyəcək; bu düşmənçilik var. 102 00:18:34,200 --> 00:18:51,860 Allahın düşmənlərinin öz bədxah əməllərinə keçib-keçməməyi ədavət və düşmənçilik üçün nə dərəcədə imkanları olub-olmadığı barədə götür-qoy edib gəldikləri nəticədən asılıdır. 103 00:18:52,200 --> 00:19:01,130 Qarşı tərəfdə zəiflik sezsələr, düşmənçilik etmələri üçün imkan olduğunu hiss etsələr, 104 00:19:01,530 --> 00:19:05,600 heç kimi və heç nəyi nəzərə almadan hərəkətə keçəcəklər. 105 00:19:06,060 --> 00:19:17,530 “Düşmən” sözünün dilə gətirilməsindən narahat olanlar, “Bu qədər “düşmən, düşmən” demək nəyə lazımdır?” – deyənlər 106 00:19:17,930 --> 00:19:26,930 bu məsələdən bixəbərdirlər! Düşmənin macal tapan kimi 107 00:19:26,930 --> 00:19:30,730 heç düşünmədən zərbə endirəcəyini bilmirlər. 108 00:19:31,600 --> 00:19:46,460 Bu imkanı ona yaratmaq olmaz; düşmənin önündə bizim heç bir hərəkətimiz, sözümüz, vəziyyətimiz 109 00:19:46,860 --> 00:19:55,660 onu bizə qarşı ədavətə keçib zərbə vurmağa təşviq etməməlidir. 110 00:19:56,600 --> 00:20:06,130 Bu, bir prinsipdir; daimi və məntiqi bir prinsip. 111 00:20:06,860 --> 00:20:12,730 Görüşümüzün başlanğıcında Qurani-Kərimin bu şərif ayələri oxundu: 112 00:20:13,530 --> 00:20:30,660 “Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddimizi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir (düşmən ilə vuruşda dizimizə qüvvət ver) və kafirlərə qələbə çalmaqda bizə kömək et”. (“Ali-İmran” surəsi, 147-ci ayədən) 113 00:20:32,330 --> 00:20:41,660 Allah-taala ayağa qalxıb müqavimət göstərənləri, müqavimət meydanında peyğəmbərlərlə çiyin-çiyinə döyüşən, 114 00:20:42,130 --> 00:20:52,460 Allah-taaladan yardım istəyərək hərəkət edən qəhrəman savaşçıları mübariz olduqlarına görə hər zaman mükafatlandırmışdır. 115 00:20:52,860 --> 00:20:56,930 “Nəhayət, Allah onlara həm dünya nemətlərini, həm də ən gözəl axirət nemətini (Cənnəti) verdi”. (“Ali-İmran” surəsi, 148-ci ayədən) 116 00:20:57,260 --> 00:21:06,200 Allah-taala Onun yolunda çalışıb-vuruşanlara təkcə Behişti vermir! 117 00:21:06,600 --> 00:21:10,930 Bu işin savabı yalnız axirətə aid deyil, bu dünyada da savabı var! 118 00:21:11,130 --> 00:21:18,530 Bəs bu dünyadakı savabı nədir? Xalqın, ölkənin hörməti, 119 00:21:20,800 --> 00:21:30,200 nüfuzu, iqtidarı, başıucalığı. Dünyadakı savab odur ki, İslam Respublikası 120 00:21:30,460 --> 00:21:38,600 bu 38 il ərzində hər gün düşmənin məkrli planları ilə qarşı-qarşıya olub 121 00:21:39,600 --> 00:21:47,200 (biz inqilabın qələbə çaldığı ilk gündən bu günə qədər daim düşmənlərin, 122 00:21:47,460 --> 00:21:56,660 yəni dünya imperializminin, sionizmin, irticanın və sairin cürbəcür bədxah əməlləri ilə üz-üzə qalmışıq), 123 00:21:57,000 --> 00:22:12,060 buna baxmayaraq, bu gün inqilabın əvvəlindəki ilə müqayisədə müxtəlif sferalarda yüz, hətta demək olar ki, min dəfələrlə daha irəli gedib, 124 00:22:12,060 --> 00:22:17,730 daha güclü və bacarıqlı olub. 125 00:22:19,400 --> 00:22:27,660 Mən istərdim ki, ölkədəki məsələlər düzgün analiz edilsin! Bəziləri hər şeyi baş-ayaq təhlil edirlər. 126 00:22:29,330 --> 00:22:46,530 Tutalım, hansısa sahədə kimdəsə imansızlıq, əqidəsizlik, etinasızlıq müşahidə edən kimi, 127 00:22:47,000 --> 00:22:58,400 bunu ölkədə inqilabın və İslam Respublikasının zəiflədiyinə sübut kimi götürürlər; amma belə deyil; 128 00:22:58,400 --> 00:23:03,260 düşmənlər, müxaliflər inqilabın əvvəlindən bəri olub. 129 00:23:05,460 --> 00:23:16,200 Bu gün isə düşmən hər tərəfdən hücumlarını daha da gücləndirib, daha da kəskinləşdirib, amma buna baxmayaraq, özünüzün də gördüyünüz kimi, 130 00:23:16,860 --> 00:23:25,600 bu gün ölkəmizdə mömin gənclər çox gözəl, mübarək və effektiv bir hərəkat həyata keçirirlər! 131 00:23:26,200 --> 00:23:38,000 Aradan 38 il ötəndən sonra heç vaxt İmam Xomeynini görməmiş, inqilabın və Müqəddəs Müdafiə dövrünü 132 00:23:38,530 --> 00:23:45,730 öz gözləri ilə şahidi olmamış gənclərin ölkədə gedən ictimai-siyasi proseslərdə bu cür yaxından, fəal iştirak etməyi, 133 00:23:48,460 --> 00:23:55,930 regiona belə, təsir göstərə bilməyi, həqiqətən də, İslam İnqilabının möcüzələrindən biridir. 134 00:23:56,400 --> 00:24:04,330 İslam Respublikası – yəni elə siz gənclər regionda 135 00:24:04,530 --> 00:24:10,530 imperialist Amerikanı diz çökdürə, məğlub edə bildiniz. 136 00:24:32,260 --> 00:24:49,530 Onların hazırladığı bütün planlar, bütün səyləri bu regionu islami, inqilabi təfəkkürdən uzaqlaşdırmaq üçün idi. 137 00:24:52,130 --> 00:25:01,060 Bütün bunların hədəfi əslində regionda genişlənməkdə olan bu inqilabi təfəkkürü, 138 00:25:01,800 --> 00:25:10,130 müqavimət ideologiyasını yox etmək, məhv etmək idi, lakin əksinə oldu! 139 00:25:12,460 --> 00:25:26,800 Siz Suriya və İraqda gedən prosesləri, düşmənlərin bu regionda 140 00:25:27,060 --> 00:25:35,260 müqavimətin əleyhinə işlədə bilmək üçün əmələ gətirdiyi “bədxassəli törəməni” 141 00:25:35,530 --> 00:25:45,000 dəf etməyə, neytrallaşdırmağa müvəffəq oldunuz; gənclər bunu bacardı; məhz mömin gənclər. 142 00:25:48,330 --> 00:25:59,060 Böyük şövq və emosionallıqla bu mücahidə meydanına qoşulub 143 00:25:59,460 --> 00:26:11,000 düşməni diz çökdürənlər əslində elə bəsici ruhiyyəsindən, bəsicin gücündən bəhrələnənlər idi. 144 00:26:11,460 --> 00:26:24,200 Bütün sferalarda bu cürdür. Bizdə elm, texnologiya, sənaye, kənd təsərrüfatı, xidmət, 145 00:26:25,000 --> 00:26:33,400 quruculuq, mədəniyyət, mənəviyyat, incəsənət kimi sferalarda iş görmək üçün 146 00:26:34,860 --> 00:26:43,930 həddən artıq genişmiqyaslı meydan var. Bu işləri həyata keçirmək bu meydanın avanqardları olaraq 147 00:26:44,460 --> 00:26:54,460 məhz siz bəsici qardaş və bacılarımızın öhdəsinə düşür. Ölkədə Bəsic Təşkilatının üzvü olmayan 148 00:26:54,730 --> 00:27:00,000 milyonlarla insan var ki, potensial olaraq bəsicidirlər; 149 00:27:00,460 --> 00:27:10,600 bəsic sıralarında hesab olunmasalar da, bu meydanlarda iştirak etmək potensialı o insanlarda da var. 150 00:27:11,060 --> 00:27:15,800 Bu, hazırda ölkəmizin sahib olduğu fövqəladə bir potensialdır. 151 00:27:16,400 --> 00:27:26,600 Bu potensialı, bu sərmayəni bizə bəxş etdiyi üçün Allah-taalaya şükürlər edirik. 152 00:27:26,860 --> 00:27:34,260 Bəsici qoruyun. Hər bir bəsici üçün zəruri olan, təqdirəlayiq 153 00:27:34,660 --> 00:27:45,130 və şükürlər olsun ki, bu günə qədər bəsicilərimizdə özünü göstərmiş xüsusiyyətləri qoruyun. Həmin xüsusiyyətlərdən biri gözüaçıqlıqdır; düşməni tanımaq, 154 00:27:46,260 --> 00:27:54,600 onunla mübarizənin yollarını bilməkdir; düşmənin məkrli planlarını anlamaqdır. 155 00:27:55,260 --> 00:28:10,330 Mömin gənclərimiz bilməlidir ki, düşmənin metodlarından biri də onlarda şəxsi həyat, ailə və sairlə bağlı məsələlərdə 156 00:28:11,860 --> 00:28:20,600 İslam dininin əməli dəyərlərinə qarşı etinasızlıq yaratmaqdır. 157 00:28:22,060 --> 00:28:30,800 Düşmənin metodlarından biri də gənclərimizdə pessimizm yaratmaq, onlara “biz bacarmayacağıq”, 158 00:28:31,200 --> 00:28:39,800 “bunların qarşısında durmaq mümkün deyil” və sair bu kimi fikirlər təlqin etməkdir. Gördüyünüz kimi, təəssüf ki, bir qrup adam da düşmənə ruporluq edərək 159 00:28:40,200 --> 00:28:48,600 cəmiyyətdə bu fikirləri yaymağa çalışır. “Bunların qarşısında durmaq olmaz”; niyə olmur? 160 00:28:48,600 --> 00:29:00,060 İslam Respublikası düşmənlərin hegemonluğu və haqsız tələbləri qarşısında duraraq bütün hallarda onlara qalib gəlib! 161 00:29:00,460 --> 00:29:08,200 Necə olur ki, siz: “Mümkün deyil” – deyirsiniz? İran xalqı bu ölkədə dərin köklər atmış 162 00:29:08,730 --> 00:29:17,930 çirkin bir ağac olan monarxiya rejimini kökündən qopararaq bir kənara atmağa müvəffəq olub; 163 00:29:18,400 --> 00:29:23,060 halbuki o rejimin arxasında Amerika, Avropa, 164 00:29:24,660 --> 00:29:28,930 regiondakı mürtəce dövlətlər dururdu. 165 00:29:30,330 --> 00:29:40,800 İran xalqı küfr, dinsizlik və əqidəsizlik içində çalxalanan bir dünyada 166 00:29:41,060 --> 00:29:45,930 mənəvi dəyərlər əsasında bir hökumət qura 167 00:29:48,200 --> 00:29:56,130 və onu bu günə qədər qoruya bilib. Bu ölkədə İslam Respublikasını bütün aspektləri ilə 168 00:29:56,600 --> 00:30:03,400 qoruyub saxlamağı və günbəgün daha da inkişaf etdirməyi bacarıb. 169 00:30:04,000 --> 00:30:11,730 Bu dövlətə güc və iqtidar qazandıracaq amilləri 170 00:30:11,730 --> 00:30:21,330 ərsəyə gətirməyə müvəffəq olub. İqtidarın amilləri elmdir, hərbi-müdafiə imkanlarıdır, 171 00:30:21,330 --> 00:30:30,730 başqa xalqların düşüncəsinə nüfuz edə bilmə bacarığıdır. İslam Respublikası özündə bütün bu amilləri təmin edə bilib, 172 00:30:31,260 --> 00:30:41,460 sizin necə diliniz gəlir ki, “bacarmayacağıq” deyirsiniz? Bundan sonra da elə bu cür olacaq; Allahın köməyi ilə, bundan sonra da İslam Respublikası 173 00:30:41,800 --> 00:30:46,730 qarşıya qoyduğu bütün ali hədəflərə yetişməyə müvəffəq olacaq. 174 00:30:47,130 --> 00:30:56,660 Siz gənclərin, bu gün, əlhəmdulillah, ölkəmizdə var olan və geniş yayılmış mömin nəslin sayəsində. 175 00:30:57,660 --> 00:31:12,060 Biz bacaracağıq; dəfələrlə bunun təcrübədə də şahidi olmuşuq. Bu, sırf bir ideal, bu günə qədər olmayan bir şeyə inam deyil, 176 00:31:12,260 --> 00:31:16,730 biz öz gözlərimizlə şahid olmuşuq ki, bacarırıq. 177 00:31:17,600 --> 00:31:29,530 Bəziləri super-dövlətlərdən çəkinərək pessimistcəsinə deyirlər ki, böyük dövlətləri nəzərə almaq lazımdır. Xeyr; 178 00:31:30,530 --> 00:31:39,130 Amerika, sionizm, ərəb irticası və digərlərinin 179 00:31:39,460 --> 00:31:50,400 regionumuzda ard-arda həyata keçirdiyi məkrli planları özünüz gördünüz; hamısı İslam Respublikasının güc və iqtidarı sayəsində aradan götürüldü. 180 00:31:51,200 --> 00:32:09,260 Həmin planlardan biri də insanlığa zidd təkfirçi İŞİD qruplaşması məsələsi idi ki, Allaha şükür, əzmkar gənclər, möminlər, 181 00:32:10,400 --> 00:32:20,930 müqavimətin gücünü qəbul edən insanlar tərəfindən məhv edildi. 182 00:32:21,130 --> 00:32:30,730 Bu, xırda bir məsələ deyil, çox böyük bir işdir! Hətta ətrafımızdakı ölkələrin özündə də 183 00:32:31,200 --> 00:32:40,460 bəzən bunu etməyin, belə bir hərəkatı reallaşdırmağın mümkünlüyünə inanmırdılar, amma məcbur qaldılar, 184 00:32:42,660 --> 00:32:58,930 meydana girdilər, uğur qazandılar, inandılar. İslam Respublikasının, İslam İnqilabının mesajı xalqlara bu cür əməli surətdə çatdırılır! 185 00:32:59,330 --> 00:33:09,400 Gözüaçıq olmaq lazımdır – bu, vacib şərtlərdən biridir – çalışıb-vuruşmaq lazımdır, möhkəm və sabitqədəm olmaq lazımdır. 186 00:33:09,730 --> 00:33:21,860 Mənim əzizlərim! Bu yolda möhkəmlik, sabitqədəmlik irəliləyişin ən mühüm və vacib şərtlərindəndir. 187 00:33:23,400 --> 00:33:34,800 Çalışın ki, olduğunuz mühiti, ətrafınızı, sizinlə əlaqədə olan insanları və ən başlıcası, özünüzü, öz qəlbinizi 188 00:33:35,400 --> 00:33:43,260 bu yola, bu ideallara, bu ali hədəflərə qarşı vəfalı və sabitqədəm vəziyyətdə qoruyub saxlayasınız. 189 00:33:43,530 --> 00:33:48,000 Siz, mütləq, qalib gələcəksiniz; qələbə, mütləq, sizin olacaq! 190 00:33:49,730 --> 00:34:00,130 Və mənim gözümün önündə o gün canlanır ki, indi bizim “görmək lazımdır”, “görüləcək” dediyimiz işlər barədə, 191 00:34:00,600 --> 00:34:06,600 inşallah, siz əziz gənclər: “Bu işlər həyata keçirildi”, “Bu işlər görüldü” – deyə danşacaqsınız. 192 00:34:07,730 --> 00:34:13,400 Bu gün bizim iqtisadi sahədə görüləsi işlərimiz çoxdur; 193 00:34:13,660 --> 00:34:20,130 bizim zəif cəhətlərimiz olan istehsal, məşğulluq 194 00:34:21,060 --> 00:34:29,660 və sair bu kimi sahələrdə görüləsi işlər çoxdur; mədəniyyət sahəsində görüləsi xeyli iş var. 195 00:34:30,130 --> 00:34:41,530 Bu gün bu işlər planlama, start vermə, ilk addımların atılması mərhələsindədir, 196 00:34:41,530 --> 00:34:46,130 amma gün gələcək, inşallah, bütün bu işlər ən yüksək səviyyədə həyata keçiriləcək. 197 00:34:48,330 --> 00:34:57,530 İnşallah, çox da uzaq olmayan o gündə gənc və mömin kadrlarımız 198 00:34:57,860 --> 00:35:03,860 ölkədəki iqtisadi problemləri həll etməyə, elmi nailiyyətləri daha da artırmağa, 199 00:35:04,600 --> 00:35:13,800 mədəniyyət baxımından İslam İnqilabının qabaqcıl mədəni məzmununun, 200 00:35:14,400 --> 00:35:25,460 Quran məfhumlarının və İslam təlimlərinin dominantlığını ölkənin dörd bir yanında genişləndirməyə müvəffəq olacaq; 201 00:35:25,460 --> 00:35:33,730 düşmənlərimizə göz dağı olaraq, inşallah, bütün bu işlər həyata keçiriləcək, reallaşdırılacaq. 202 00:35:33,930 --> 00:35:43,260 Əlbəttə ki, düşmənlər hər gün ortaya yeni bir hiylə, yeni bir məkrli plan atacaq; 203 00:35:43,260 --> 00:35:50,660 bizim təşəbbüskar, mömin, iş görməyə hazır qüvvələrimiz 204 00:35:51,000 --> 00:36:02,060 düşmən yeni bir hiyləgər planın icrasına başlamazdan əvvəl hazırlıqlı olmalıdırlar; 205 00:36:02,400 --> 00:36:10,400 həm düşmənin cavabını verməli, həm də edə biləcəklərinin qarşısını almalıdırlar. 206 00:36:10,730 --> 00:36:21,730 İnşallah, Allah sizi qorusun, sizə böyük qalibiyyətlər göstərsin. 207 00:36:22,060 --> 00:36:32,460 Allah-taala əziz şəhidlərimizin – istər Suriya və İraqda gedən müharibələrdə 208 00:36:32,800 --> 00:36:39,800 o ölkələrin öz əhalisindən və ya başqa ölkələrdən döyüşlərə qatılaraq 209 00:36:40,260 --> 00:36:47,800 şəhid olmuş mömin gənclər olsun, istərsə də ölkəmizin öz daxilində çalışıb-vuruşaraq şəhid olmuş insanlar – 210 00:36:48,200 --> 00:36:54,400 hamısının ruhlarını Qiyamət günü məhşərə övliyaları ilə birgə gətirsin, 211 00:36:55,860 --> 00:37:04,530 İran xalqının hörmətini, nüfuzunu, uğurlarını, yüksəlişini, vüqarını və başıucalığını günbəgün daha da artırsın, inşallah. 212 00:37:05,800 --> 00:37:19,730 Və bu yolu bizə açmış dahi liderimiz İmam Xomeyninin (r.ə) məqamını axirət aləminin ən ali dərəcələrində günbəgün daha da yüksəltsin, 213 00:37:20,860 --> 00:37:28,530 bizə də o bəxtəvər şəhidlər karvanına yaxınlaşmaq üçün mənəvi güc versin, inşallah. 214 00:37:29,460 --> 00:37:30,530 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.