1 00:00:08,600 --> 00:00:11,530 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:12,130 --> 00:00:14,660 الحمدلله ربّ العالمين 3 00:00:14,860 --> 00:00:20,530 و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين 4 00:00:27,130 --> 00:00:30,000 سيّما بقيّةالله في الارضين 5 00:00:31,200 --> 00:00:41,460 Əziz gənclər, əziz balalar, əziz qardaş və bacılar, əvvəla, çox xoş gəlmisiniz; 6 00:00:41,730 --> 00:01:04,730 öz ruhiyyənizlə tariximizin həlledici, effektiv və önəmli günlərindən biri olan 13 aban hadisələrinin xatirəsini bir daha canlandırdınız. 7 00:01:05,060 --> 00:01:12,660 Əziz gənclər, sizinlə görüşümüzdən son dərəcə böyük sevinc və məmnunluq duyuram. 8 00:01:14,260 --> 00:01:25,930 İkinci növbədə isə qeyd etmək istəyirəm ki, bizim ölkəmizdə diqqətəlayiq bir məqam müşahidə olunur. 9 00:01:27,400 --> 00:01:40,200 Həmin məqam bundan ibarətdir ki, gənclər bütün ölkələrdə, bütün xalqlar içərisində avanqard bir qüvvə hesab olunur; 10 00:01:41,260 --> 00:01:56,130 gənclər mühərrik kimi öz cəmiyyətlərinin hərəkətverici qüvvəsidir; bu, bütün ölkələrdə belədir; 11 00:01:59,330 --> 00:02:04,860 əlbəttə ki, əgər xarab olmayıblarsa, pozulmayıblarsa, 12 00:02:05,060 --> 00:02:13,860 pis vərdişlərə, narkotiklərə qurşanmış vəziyyətdə deyillərsə; dinamiklik, irəli can atma, avanqardlıq gənclərin təbiətində var, 13 00:02:14,260 --> 00:02:26,260 lakin bizim ölkəmizdə bu ruhiyyə təkcə gənclərlə (gənc sözünün geniş yayılmış mənasında) məhdudlaşmır. 14 00:02:26,800 --> 00:02:34,000 “Gənc” dedikdə adətən, misal üçün, 17-20 yaşlı qız və oğlanlar göz önünə gəlir; gənclər bunlardır. 15 00:02:34,330 --> 00:02:43,400 Bizim ölkəmizdə isə gənclərə xas dinamikliyin, şövq və yüksək ruhun yaşı bir qədər də aşağı enib; 16 00:02:43,730 --> 00:02:50,800 yəni 13, 14, 15 yaşlı yeniyetmələr də 17 00:02:51,660 --> 00:03:04,060 başqa yerlərdə 20, 22, 25 yaşlı gənclərdən gözlənilən işləri həyata keçirir, onların gördüklərini görə bilir, 18 00:03:04,600 --> 00:03:12,860 onların izlədiyi hədəfləri izləyir, eyni güc və ruhiyyəni ortaya qoyur. 19 00:03:13,060 --> 00:03:28,000 Bizim ölkəmizdə dinamikliyin, hərəkatın, həyəcan və ruh yüksəkliyi yaratmanın, avanqardlığın səviyyəsi yeniyetmələrə qədər gedib çatır. Bu, bizim ölkəmizin özünəməxus xüsusiyyətidir. 20 00:03:30,260 --> 00:03:41,000 Mən bunu nəyə əsasən deyirəm? Həm inqilabdan öncə, həm mühüm inqilabi olaylar zamanı, 21 00:03:41,600 --> 00:03:47,660 həm Müqəddəs Müdafiə dövründə, həm də elə bugünkü günün özündə 22 00:03:48,000 --> 00:04:03,000 müşahidə etdiklərimə əsasən. İnqilabdan öncə mən Məşhəddə idim, oradakı vəziyyəti görürdüm, bəzən Tehrana gələndə də Tehranda baş verənlərin şahidi olurdum; 23 00:04:04,000 --> 00:04:21,400 bir çox yerlərdə əsas inqilabi məfhumları öyrənmək üçün müraciət edənlər təkcə az öncə qeyd etdiyim mənada gənclər deyildi. 24 00:04:21,730 --> 00:04:33,930 Mən özüm o sərt təzyiqlər şəraitində Tehranda kiçik bir qrupda toplaşmış 25 00:04:34,600 --> 00:04:44,330 orta məktəb şagirdləri üçün (16, 17, 18 yaşlarında) görüşlər keçirirdim; 26 00:04:45,660 --> 00:04:56,000 sonradan onların hamısı olmasa da, əksəriyyəti mübarizə meydanına qoşuldu; həmin insanlardan, həmin uşaqlardan bəziləri bu gün şanlı şəhidlərimizin sırasındadır, 27 00:04:56,260 --> 00:05:11,130 bəzilərinin isə fəal inqilabi mübarizələr dövründə başına çox mühüm və həssas olaylar gəlib. 28 00:05:12,060 --> 00:05:26,730 Məşhəddə də eynilə bu cür idi; orta məktəbdə oxuyan, hələ adət etdiyimiz mənada 29 00:05:26,730 --> 00:05:33,460 gənclik dövrünə qədəm qoymamış yeniyetmələr mübarizə meydanında idi; bu, inqilabdan öncəsi. 30 00:05:35,000 --> 00:05:43,400 Ümummilli inqilabi hadisələr başladığı zaman isə bizim orta məktəb şagirdi olan gənclərimiz 31 00:05:44,260 --> 00:05:48,600 elə bir addım atdılar ki, 13 aban gününü tarixə öz adları ilə yazdılar. 32 00:05:49,460 --> 00:05:55,660 13 aban – Şagird günüdür, şagirdlərin mücahidə meydanına qədəm qoyduqları və qətlə yetirildikləri gündür. 33 00:05:56,000 --> 00:06:07,400 13 abanda 3 mühüm hadisə baş verib; həmin hadisələrdən birincisi şagirdlərin qətlə yetirilməsi ilə bağlıdır. Deməli, əgər meydanda olmasaydılar, mübarizə aparmasaydılar, 34 00:06:08,130 --> 00:06:21,930 varlıqlarının heç bir təsiri olmasaydı, tağut rejimin məmurlarının o çirkin və yırtıcı rəftarı ilə üzləşib şəhid edilməzdilər. 35 00:06:24,130 --> 00:06:35,860 Məcburi Savaş dövrü isə ayrı mərəkə idi! 14-15 yaşlı yeniyetmələr döyüş meydanlarına gedib, 36 00:06:36,600 --> 00:06:47,200 yetkin savaşçı kişilər kimi vuruşurdular; bəziləri Hüseyn Fəhmide kimi şəhid oldular, 37 00:06:48,200 --> 00:06:58,800 bəziləri əsir düşdülər; əsir düşmüş o bir neçə yeniyetmə haqqında kitablar da çap olunub, 38 00:06:58,800 --> 00:07:08,860 xatirələri yazıya alınıb; həmin yeniyetmələrin o zaman keçirdiyi hissləri oxuyanda insan bu maddi aləmin fövqündə ayrı bir aləmin cərəyan etdiyini hiss edir. 39 00:07:09,130 --> 00:07:16,930 15, 16, 17 yaşlı bir oğlan uşağı 40 00:07:17,200 --> 00:07:27,600 əsirlikdə Səddam rejiminin murdar və qəddar məmurlarının qarşısında dağ kimi durur. 41 00:07:29,600 --> 00:07:40,730 Dünyanın harasında belə bir şey var? Dünyanın hansı gənc nəslində bu cür insanlar var? 42 00:07:41,200 --> 00:07:52,930 Müharibədən sonra – bu günə qədər də eynilə; sizə deyim ki, mənim ölkədə baş verən cürbəcür məsələlər barədə kifayət qədər geniş məlumatım var, 43 00:07:53,660 --> 00:08:03,460 çox yerlərdən xəbərdaram. Bilirəm ki, şagirdlərimiz, yeniyetmələrimiz 44 00:08:04,060 --> 00:08:18,130 müxtəlif sferalarda həm lazımınca iştirak edir, həm də prosesləri kifayət qədər yaxşı dərk edirlər; çox xırda və dərin məsələləri belə, anlayırlar. 45 00:08:19,400 --> 00:08:27,800 Bu gün orta məktəbə gedən 16-17 yaşlı yeniyetmələr bir çox hallarda 46 00:08:28,330 --> 00:08:35,200 məsələləri bizim dövrümüzdəki 25-26 yaşlı, 47 00:08:35,460 --> 00:08:47,000 bəlkə ondan da böyük gənclərdən daha yaxşı dərk və analiz edir. Bu, bizim ölkəmizin özünəməxsus xüsusiyyətidir. 48 00:08:47,000 --> 00:08:54,930 Mənim əzizlərim, əziz gənclər, yeniyetmələr, mənim əziz balalarım! 49 00:08:55,860 --> 00:09:09,330 Bu mövqe və imkanın qədrini bilin. Sizlər, sizin nəsil, inşallah, bu ölkəni zirvələrə çatdıracaq nəsilsiniz. 50 00:09:12,130 --> 00:09:16,400 Bizim çoxlu arzularımız, böyük ideallarımız var. 51 00:09:19,260 --> 00:09:27,000 Düşmənlərin bədxah əməllərinin də bu günə qədər bizə heç bir təsiri olmayıb, heç bir qələt edə bilməyiblər. 52 00:09:50,060 --> 00:10:01,930 O demək deyil ki, düşmənçilik etməyiblər, fəaliyyət göstərməyiblər; yox, ürəyiniz istəyən qədər düşmənçilik də ediblər, fəaliyyət də göstəriblər. 53 00:10:02,330 --> 00:10:11,330 Müxtəlif ölkələrdə gənc nəsli azdırmaq üçün gördükləri işləri bizim ölkəmizdə də görüblər; 54 00:10:11,660 --> 00:10:21,530 narkotik maddələrin yayılmasından tutmuş əxlaqsızlığın təbliğinə, azdırıcı kompüter oyunlarına və sairə qədər; 55 00:10:22,130 --> 00:10:29,000 hər iş görüblər. Müəyyən məqamlarda uğur qazanmış, 56 00:10:29,730 --> 00:10:43,730 haradasa bir qrup gənci doğru yoldan sapdırmış ola bilərlər, amma gənc nəsildə, yeniyetmələrdə inqilabın əvvəlində olan 57 00:10:44,000 --> 00:10:55,600 və onlardan gözlənən gözüaçıqlıq bu gün də vardır. Bunun sübutunu da özünüz görürsünüz; 80-ci illərdə doğulmuş, 58 00:10:56,460 --> 00:11:03,460 nə müharibəni, nə İmam Xomeynini, nə inqilabı görmüş yeniyetmələr bu gün o inqilabi anlayışları, 59 00:11:03,860 --> 00:11:12,330 o prinsipləri eynən o dövrün yetkin gənclərinin sahib olduğu gözüaçıqlıq 60 00:11:12,330 --> 00:11:18,600 və qabiliyyətlə izləyir. Siz bacaracaqsınız; 61 00:11:19,730 --> 00:11:33,930 siz düşmənin məkrli planlarına qalib gələ biləcəksiniz; çətinlik və maneələrdən keçib bu ölkəni 62 00:11:34,860 --> 00:11:41,730 İslam dininin, İslam İnqilabının idealı olan məqama çatdıra biləcəksiniz; siz bunu bacaracaqsınız. 63 00:11:41,930 --> 00:11:47,930 Və inşallah, düşmənə göz dağı olaraq, elə bu cür də olacaq, 64 00:11:48,660 --> 00:11:55,400 bu dediklərim baş verəcək. Əlbəttə ki, bunun müəyyən şərtləri var; şərtlərdən biri budur ki, düşməni tanıyasınız, aldanmayasınız. 65 00:11:55,730 --> 00:12:02,660 Doğrudur, xalqımızın böyüklü-kiçikli çoxlu sayda düşmənləri var, amma mənim daim sözün əsl mənasında 66 00:12:03,400 --> 00:12:11,530 düşmən olduğunu, düşmənçilik etdiyini, xəbislik etdiyini vurğuladığım düşmən Amerikadır. 67 00:12:12,260 --> 00:12:20,330 Mən bunu təəssübkeşlikdən, pessimizm hisslərinin təsiri ilə demirəm; 68 00:12:20,660 --> 00:12:31,730 mən bunu təcrübədən, düzgün və realist dərkdən çıxış edərək, meydanı görərək deyirəm; meydanda nələr baş verdiyini görürük. 69 00:12:32,260 --> 00:12:40,660 Onlar təkcə mənə və ya İslam Respublikasına düşmən deyillər; xeyr, 70 00:12:40,860 --> 00:12:55,800 onlar ayağa qalxıb müqavimət göstərən, düşmənlə qarşı-qarşıya durmaqdan yorulmayan bu xalqın özünə düşməndirlər, bunun əleyhinədirlər, bunu gözləri götürmür. 71 00:12:56,460 --> 00:13:04,660 Özünüz gördünüz; bu yaxınlarda Amerika prezidenti İran xalqını terrorçu adlandırdı. 72 00:13:05,060 --> 00:13:15,530 Bunun necə səfeh bir yanaşma olduğunu görürsünüz! Bütöv bir xalqa terrorçu deyir! Rəhbərə 73 00:13:16,000 --> 00:13:23,200 və ya dövlətə terrorçu demir,bütün İran xalqını terrorçu adlandırır! Bu, düşmənçilik deyil, bəs nədir? 74 00:13:24,200 --> 00:13:35,660 Bundan bir neçə il əvvəl də başqa bir ABŞ rəsmisi demişdi ki, “ biz İran xalqının kökünü kəsməliyik”. Axmaq! 75 00:13:39,260 --> 00:13:53,600 Bütöv bir xalqın, özü də belə bir tarixi keçmişi, dərin mədəniyyəti olan bir xalqın kökünü necə kəsmək olar?! Baxın, 76 00:13:53,860 --> 00:14:01,460 bu, düşmənçilikdir! Düşmənin gözü bağlı olur; kor adam kimi ətrafında baş verənləri 77 00:14:02,260 --> 00:14:05,930 düzgün hesaba ala, dəyərləndirə bilmir; 78 00:14:06,400 --> 00:14:12,800 düşməni məğlubiyyətə aparan da məhz elə onun bu düzgün hesab apara bilməməyi olur. 79 00:14:13,800 --> 00:14:20,530 Düzgün hesaba almadığına, qarşısında kimin, nəyin olduğunu bilmədiyinə görə məğlub olur; necə ki məğlub olub da! 80 00:14:20,730 --> 00:14:31,260 Hazırda inqilabın qələbəsindən 40 il ötür; bu inqilabın hələ körpə fidan olduğu ilk gündən onunla vuruşublar, hücumlar ediblər; 81 00:14:31,260 --> 00:14:36,930 bu gün isə onlara göz dağı olaraq, inqilab qol-budaqlı, köklü-köməcli bir ağaca çevrilib. 82 00:14:38,400 --> 00:14:50,860 Bu, onu göstərir ki, heç nə edə bilmirlər, bilməyiblər; amma düşmənçilik edirlər; özü də bu düşmənçilik bugünkü də deyil. 83 00:14:51,600 --> 00:15:00,600 Baxın, bəziləri deyirlər ki, Amerika ilə birtəhər, bir zərrə belə olsa dil tapıb yola getmək lazımdır, bəlkə, belə olsa, düşmənçiliyi azalar; 84 00:15:00,860 --> 00:15:06,460 xeyr, amerikalılar hətta onlara inanıb ümid bağlayanlara, 85 00:15:07,130 --> 00:15:15,730 kömək üçün onlara üz tutanlara belə, rəhm etməyiblər; misal üçün, Doktor Müsəddiqə. 86 00:15:16,330 --> 00:15:26,060 Doktor Müsəddiq öz aləmində ingilislərlə mübarizə aparıb onların qarşısında dura bilmək üçün 87 00:15:26,400 --> 00:15:34,130 amerikalılara üz tutmuşdu; onlarla görüşüb danışıqlar aparmış, kömək istəmişdi; amerikalılara inanmışdı. 88 00:15:35,060 --> 00:15:44,000 Lakin İranda Müsəddiq əleyhinə baş verən 28 mordad qiyamı ingilislərin yox, amerikalıların əli ilə həyata keçirilmişdi; 89 00:15:45,330 --> 00:15:51,600 yəni bunlar hətta Müsəddiq kimiləri ilə də qane olmurlar; bunlar nökər istəyirlər, 90 00:15:51,860 --> 00:16:00,530 dilsiz-ağızsız qul istəyirlər, qapazaltı istəyirlər; Məhəmmədrza Pəhləvi kimi; onlara beləsi lazımdır. 91 00:16:01,600 --> 00:16:14,000 Onlar istəyirlər ki, strateji coğrafi mövqeyə, cürbəcür strateji resurslara malik bu nemət və bərəkət dolu strateji ölkədə 92 00:16:14,200 --> 00:16:23,130 elə bir şəxs hakimiyyətdə olsun ki, qolubağlı qul kimi onlara təslim olsun, dedikləri ilə oturub-dursun; 93 00:16:23,130 --> 00:16:30,400 amerikalıların istədiyi budur; əks halda düşmənçilik edirlər. Təbəs məsələsində düşmənçilik etdilər, cavablarını aldılar; 94 00:16:30,660 --> 00:16:39,200 bizim sərnişin təyyarəmizi düşməncəsinə vurub yerə saldılar, cavablarını aldılar; sanksiya məsələsində ilk gündən düşmənçilik etdilər, 95 00:16:39,400 --> 00:16:48,460 bu gün də o düşmənçiliyi davam etdirirlər. Nüvə danışıqlarını – diplomatik adı ilə Birgə Kompleks Tədbirlər Planını – 96 00:16:48,460 --> 00:16:54,260 və onların nəticələrini pozmaqda əllərindən gələn hər cür xəbisliyi edirlər; düşməndirlər. 97 00:16:54,530 --> 00:17:07,000 Əziz balalar, əziz gənclər! Yaddan çıxarmayın ki, irəliləməkdə olduğunuz (və çox da uğurla irəlilədiyiniz, irəli getməyi bacardığınız), 98 00:17:07,000 --> 00:17:16,600 ideallara aparan bu olduqca mühüm və xoş sonluqlu yolda sizin əsas düşməniniz Amerikadır; bunu unutmayın. 99 00:18:17,060 --> 00:18:28,260 Lap yaxşı, elə isə, bu dediyimi yaddan çıxarmayın. Bəziləri elə bilir ki, biz Amerikanın qarşısında geri çəkilib güzəştə getməliyik; 100 00:18:28,400 --> 00:18:37,330 halbuki biz nə qədər geri çəkilsək, onlar bir o qədər cürətlənəcək. Bunun yolu müqavimət göstərməkdir, mübarizə aparmaqdır; 101 00:18:37,600 --> 00:18:49,530 bunun yolu inqilabın başlatdığı bu hərəkatı davam etdirməkdir. Odur ki əsas şərt budur. 102 00:18:49,860 --> 00:18:57,860 Siz gənclər üçün digər bir şərti də deyim: yaxşı oxuyun, yaxşı çalışın. 103 00:18:58,260 --> 00:19:05,860 Düşmənçiliklərlə, tufanlarla, çətin dalğalarla üzləşmək üçün 104 00:19:06,330 --> 00:19:16,460 güc qazanmağın ən başlıca vasitəsi elm öyrənmək, elmləri mənimsəməkdir. 105 00:19:16,860 --> 00:19:24,460 Mən istərdim ki, bizim gözəl gəncliyimiz dərs oxusun, elm öyrənsin. Elmdə istedadı olan gənclər 106 00:19:24,800 --> 00:19:35,330 öz ölkəsi üçün işləsin, düşmənə xidmət etməsin; dərs oxumaq ali bir dəyərə çevrilsin. 107 00:19:35,730 --> 00:19:47,660 Əlhəmdulillah, gənclərimizin yaxşı istedadı var, yaxşı oxuyub çalışsalar, heç şübhəsiz, ölkədə elmin səviyyəsi yüksələcək. 108 00:19:48,200 --> 00:20:02,930 Ölkənin elmi səviyyəsinin yüksəlməsi özü İran xalqının daxili müqavimətini möhkəmləndirəcək, xalqımız möhkəm olacaq. 109 00:20:04,060 --> 00:20:14,200 Elmin bərəkəti ilə insan böyük arzulara çata bilər. İnşallah, bu dediyimə də diqqət yetirin. 110 00:20:14,530 --> 00:20:19,730 Və əzizlərim! Allah-taala ilə öz aranızdakı rabitəni də gücləndirin. Sizin qəlbiniz təmizdir, 111 00:20:21,330 --> 00:20:34,600 ruhunuz saf, çirkinliklərdən uzaqdır. Sizlər üçün ilahi lütf, rəhmət və nuraniyyəti özünüzə cəlb etmək 112 00:20:34,860 --> 00:20:48,460 mən yaşda olan insanlarla müqayisədə daha asandır, bunu asanlıqla edə bilərsiniz. Bunu təvəssüllə, dua ilə, gözəl namazlarla, Uca Yaradana qarşı diqqətli olmaqla, Quran oxumaqla, 113 00:20:49,260 --> 00:20:58,530 Allahın bəndələrinə kömək etməklə – belə ki mühüm işlərdən, mühüm ibadətlərdən biri də Allahın bəndələrinə kömək etməkdir – 114 00:20:59,060 --> 00:21:08,260 günahdan çəkinməklə özünüz üçün təmin edə bilərsiniz. Mən əminəm, əsla şübhəm yoxdur ki, 115 00:21:08,600 --> 00:21:21,260 inşallah, sizin hazırkı gənc nəsil inqilabda qarşıya qoyulmuş bütün arzu və hədəfləri gerçəkləşdirməyi bacaracaq. 116 00:21:21,600 --> 00:21:30,330 Ümidvaram, Allah-taala önünüzdəki maneələri aradan qaldırıb yolunuzu asanlaşdıracaq 117 00:21:30,660 --> 00:21:33,600 və uğurlarınız günbəgün daha da artacaq. 118 00:21:33,600 --> 00:21:35,060 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.