1 00:00:00,600 --> 00:00:02,930 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:03,200 --> 00:00:12,260 والحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد 3 00:00:19,660 --> 00:00:29,860 و علي آله الطّيّبين الطّاهرين و صحبه المنتجبين و من تبعهم باحسان الي يوم الدّين 4 00:00:31,460 --> 00:00:46,860 Əziz qardaşlar, əziz bacılar! Çox xoş gəlmisiniz; hamınızı səmimi-qəlbdən salamlayıram. 5 00:00:48,330 --> 00:00:57,530 Siz burada öz evinizdə, öz qardaşlarınızın arasındasınız; 6 00:00:58,530 --> 00:01:08,660 biz dünyanın hər yerindəki müsəlmanlara bu gözlə baxırıq. 7 00:01:09,660 --> 00:01:19,060 Bir-birimizlə qardaşıq, sizi öz qardaşımız hesab edirik və Allahın köməyi ilə, 8 00:01:19,800 --> 00:01:26,330 bu günə qədər əməlimizdə də həmişə qardaş münasibəti nümayiş etdirmişik. 9 00:01:27,600 --> 00:01:36,860 Bu konfransın mövzusu olan Əhli-Beytə (ə) sevgi son dərəcə əhəmiyyətli bir mövzudur. 10 00:01:37,400 --> 00:01:46,330 Əhli-Beyt (ə) sevgisi İslamda xüsusi olaraq hansısa qrupa aid deyil; 11 00:01:46,600 --> 00:01:52,330 Peyğəmbərin Əhli-Beytini bütün müsəlmanlar sevir; 12 00:01:53,260 --> 00:01:59,860 bütün müsəlmanların Əhli-Beytə mənəvi bağlılığı var. 13 00:02:00,660 --> 00:02:11,000 Tarixdə Əhli-Beytə qarşı çıxan yalnız nasibilər adlanan azsaylı bir qrup olub ki, 14 00:02:11,330 --> 00:02:21,860 onların da böyük ehtimalla sözün əsl mənasında dini motivlərlə yox, siyasi motivlərlə hərəkət etdiyi güman edilir. 15 00:02:22,530 --> 00:02:33,060 İslamın yer üzünə gəldiyi ilk vaxtlardan bu günə qədər bütün müsəlmanlar Əhli-Beytsevər hesab olunur. 16 00:02:34,260 --> 00:02:47,660 Bax elə bircə bu cümlə bizim üçün dərsdir, öyrədici məna daşıyır. Bu cümlədən belə başa düşmək olur ki, 17 00:02:47,930 --> 00:03:02,000 Əhli-Beytə sevgi vasitəsilə müsəlmanları bir araya gətirmək mümkündür; bundan müsəlmanların birlik və müttəfiqliyinin mehvəri kimi istifadə etmək olar. 18 00:03:04,000 --> 00:03:14,800 İslam Peyğəmbərinin mübarək vücudu, 19 00:03:15,530 --> 00:03:23,400 habelə Quran və Kəbeyi-Şərif müsəlmanlar arasında vəhdət yaranması üçün vasitə və mehvər rolu oynadığı kimi, 20 00:03:23,800 --> 00:03:33,260 Əhli-Beytə sevgi də müsəlman birliyinin mehvəri ola, qəlbləri bir-birinə yaxınlaşdıra bilər. 21 00:03:34,260 --> 00:03:41,660 Əziz qardaşlar, sizə deyim ki, bu gün İslam dünyasında 22 00:03:42,460 --> 00:03:48,060 bu birlik və həmrəyliyə kəskin ehtiyac duyulur. 23 00:03:48,730 --> 00:03:54,730 Bu gün İslam dünyasının bədəni yaralanıb; 24 00:03:57,660 --> 00:04:17,260 bu gün İslamın düşmənləri müsəlmanların öz arasında müharibə və konflikt yaratmaqla onları zəiflətməyi, 25 00:04:18,600 --> 00:04:27,730 başlarını özlərinə qataraq düşmənlərini axayın bir guşədə unutdurmağı bacarıb. 26 00:04:29,800 --> 00:04:45,130 Qərbi Asiyada qəsbkar İsrail rejimi arxayınca gün keçirir, müsəlmanlar isə bir-birinin canına düşüb! 27 00:04:46,860 --> 00:04:55,800 Bu günün həqiqət və reallığı budur; və bu, İslamın düşmənlərinin işidir; 28 00:04:56,330 --> 00:05:09,600 Amerikanın, beynəlxalq sionizmin, onların bu regiondakı uzantılarının, müttəfiqlərinin işidir. 29 00:05:10,460 --> 00:05:20,930 Son dərəcə böyük təəssüflə etiraf etməliyik ki, İslam ümmətinin, müsəlman ölkələrinin öz içində 30 00:05:21,660 --> 00:05:31,460 Amerikanın, sionistlərin dəyirmanına su tökənlər var; 31 00:05:31,460 --> 00:05:37,060 xərclərini öhdələrinə götürür, onlar üçün lazımi şərait hazırlayır, 32 00:05:38,400 --> 00:05:47,000 alətə çevrilirlər. Bütün bunlar nə üçündür? İslam ümmətini yaralamaq üçün. 33 00:05:48,860 --> 00:05:57,400 Belə bir şəraitdə müsəlman ümmətinin vəhdət və bölünməzliyi ən vacib məsələdir; biz bir araya gəlməliyik. 34 00:06:01,600 --> 00:06:16,800 Əhli-Beytə sevginin kökü, əsasları Quran və hədislərə gedib çıxır; bu, yeni bir mövzu deyil. 35 00:06:18,660 --> 00:06:26,800 İslam təriqətlərinin yekdilliklə qəbul etdiyi “Səqəleyn” hədisində 36 00:06:27,260 --> 00:06:40,000 bizə Əhli-Beytə (ə) tabe olmaq tapşırılır: – “Mən sizə iki ağır əmanəti: Allahın kitabını və Əhli-Beytimi qoyub gedirəm. 37 00:06:41,260 --> 00:06:53,730 Onlar hovuz kənarında mənə qovuşanadək bir-birindən ayrılmayacaqlar!” Lakin birini sevmədən 38 00:06:54,000 --> 00:07:07,260 ona tabe olmağın mənası yoxdur. Bu hədisdən Əhli-Beyti sevmək də lazım olduğu anlaşılır. Quranda buyurulur: 39 00:07:07,460 --> 00:07:14,060 “Ey Əhli-Beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” (“Əhzab” surəsi, 33-cü ayədən) 40 00:07:14,930 --> 00:07:22,400 Allah-taala Əhli-Beyti günah və çirkinliklərdən uzaq, pak, pakizə görmək istəmişdir. Bu saflıq, bu təmizlik isə 41 00:07:23,060 --> 00:07:33,000 müsəlmanların Əhli-Beytə sevgi bəsləməsinə lüzum yaradır. Odur ki bu sevgi müsəlmanlar arasında vəhdət əldə olunması üçün gözəl bir vasitədir. 42 00:07:35,460 --> 00:07:46,730 İslam düşmənləri müharibələri İslam dünyasının daxilinə çəkib gətirməyi qərara alıblar və təəssüflər olsun ki, buna nail olublar. 43 00:07:47,660 --> 00:07:54,200 Biz düşmənin bu məkrli planının qarşısında durmuşuq və duracağıq da! 44 00:07:55,600 --> 00:08:11,130 Və sizə onu da deyim ki, biz, Allahın köməyi, istəyi və izni ilə, 45 00:08:11,600 --> 00:08:15,130 bu qarşıdurmada düşmənlərə qalib gələcəyimizə inanırıq. 46 00:08:35,730 --> 00:08:41,530 Bu gün Fələstin İslam dünyasının bir nömrəli problemidir. 47 00:08:43,460 --> 00:08:52,330 Fələstin məsələsini düzgün dərk və analiz edən hər kəs 48 00:08:53,400 --> 00:09:00,660 onun İslam dünyasının birinci dərəcəli problemi olduğunu etiraf edər. 49 00:09:01,660 --> 00:09:08,060 İslam düşmənlərinə üstün gəlməyin sirri Fələstin məsələsindədir. 50 00:09:09,200 --> 00:09:18,930 Və bu gün İslam dünyasının ən önəmli problemi Fələstin problemidir. Nəyə görə? Ona görə ki Fələstin bir müsəlman ölkəsidir 51 00:09:19,600 --> 00:09:29,400 və bu ölkəni kənardan gəlib işğal ediblər, öz əhalisinin əlindən alıblar. Burada söhbət bir kəndin, yaxud bir şəhərin işğal olunmasından getmir; 52 00:09:29,400 --> 00:09:38,600 düşmən bütöv bir ölkəni işğal edərək onu bu regionun ölkələrində 53 00:09:39,130 --> 00:09:45,600 asayiş və təhlükəsizliyi pozmaq üçün mərkəzə çevirib; 54 00:09:47,400 --> 00:10:00,460 bu bədxassəli şişə qarşı mübarizə aparmaq lazımdır. Özünüz baxın: birisi “müfti” adı ilə 55 00:10:00,660 --> 00:10:04,930 çıxıb sionizmə qarşı mübarizə aparmağın haram olduğu, 56 00:10:05,400 --> 00:10:16,730 sionistlərə qarşı mübarizə aparan hansısa qrupa yardım etməyin caiz olmadığı barədə fətva verir! 57 00:10:18,260 --> 00:10:27,260 İslam dünyasında kimlərinsə bu şəkildə ümmətin mənafeyinə zidd hərəkətlər etməsi, 58 00:10:27,460 --> 00:10:37,200 İslamın düşmənləri ilə dostluq əlaqələri qurması, həqiqətən də, faciədir! Bu, möminləri 59 00:10:37,200 --> 00:10:41,130 – “Kafirlərə qarşı çox sərt, öz aralarında həlim və mehriban olarlar” deyə tanıdan Quran ayələrinin 60 00:10:41,860 --> 00:10:54,000 açıq-aydın bəyanına ziddir. Bunlar əksinə: – müsəlmanlara qarşı həddən artıq sərt, kafirlərə qarşı isə mehribandırlar. Kafirlərlə araları yaxşıdır, müsəlmanlara nələr etdiklərini isə özünüz görürsünüz: 61 00:10:54,860 --> 00:11:09,060 bütün bu konfliktlər, İraqda, Suriyada və digər bölgələrdə yaradılmış İŞİD və sair bu kimi çirkin özəklər! 62 00:11:10,200 --> 00:11:18,460 Əlbəttə ki, İraq və Suriyada bu çirkin özəklər məhv edildi, amma 63 00:11:18,930 --> 00:11:28,060 nə vaxtsa başqa bir yerdə təzədən bu “dəstgahı” qurmayacaqlarına arxayın olmaq olmaz. Amerika İslamla düşmənçilikdən əl götürməyəcək. Sayıq 64 00:11:28,530 --> 00:11:36,800 və ehtiyatlı olmalı, hazırlığımızı daim qorumalıyıq; qəflətən yaxalanmağımız yaramaz. 65 00:11:38,260 --> 00:11:43,260 Əmirəl-möminin (ə) “Nəhcül-bəlağə”də buyurur: 66 00:11:43,660 --> 00:11:50,660 وَ اللهِ لَا اَکونُ کَالضَّبُعِ تَنامُ عَليٰ طولِ اللَدم 67 00:11:52,260 --> 00:11:58,260 Biz belə olmalıyıq; yuxuya gedə, qəflətdə ola bilmərik. 68 00:11:58,800 --> 00:12:05,730 Düşmənin hiylələrini diqqətdən qaçırmamalı, sayıq olmalıyıq. 69 00:12:06,400 --> 00:12:16,860 Sayıqlığın da öz tələbləri var; bu tələblərdən biri bayaq qeyd etdiyim həmin o sevgi və qardaşlıqdır; bir-birimizə bu cür yanaşmalıyıq. 70 00:12:17,460 --> 00:12:25,660 Bu sevgi İslam dünyası ilə açıq-açığına düşmənçilik edən, 71 00:12:26,000 --> 00:12:32,660 yaxud da o düşmənlərə kömək edən ünsürlərə qarşı hamılıqla mübarizə aparmağımızı zəruri edəcək. 72 00:12:33,130 --> 00:12:43,260 Siz müxtəlif ölkələrdə bu psixologiyanı təbliğ etməlisiniz; müsəlmanlarda mübarizə və müqavimətə hazırlıq ruhunu qorumalı, 73 00:12:43,660 --> 00:12:52,200 məhv olmasına imkan verməməlisiniz. Mən “hər yerdə müharibə olsun” demirəm; auditoriyanızı – 74 00:12:52,730 --> 00:13:04,200 sizi eşidən insanları bu gün İslam dünyasında mövcud olan həqiqətlərlə tanış edin. 75 00:13:04,600 --> 00:13:06,930 Biz bu vəzifəni yerinə yetirməyi əsla bir kənara qoymayacağıq; biz bu vəzifəni bir kənara buraxmayacağıq 76 00:13:07,730 --> 00:13:15,660 və əminik ki, Allah-taala bu işin irəliləməsində bizə yardımçı olacaq. 77 00:13:16,060 --> 00:13:20,330 يٰاَيُّهَا الَّذينَ ءامَنوا لا تَتَّخِذوا عَدُوّي وَ عَدُوَّکُم اَولِيآءَ تُلقونَ اِلَيهِم بِالمَوَدَّة (“Mumtəhinə” surəsi, 1-ci ayədən) 78 00:13:20,330 --> 00:13:28,730 – deyə buyuran Quran ayəsinin əksinə hərəkət edərək 79 00:13:30,400 --> 00:13:42,200 müsəlmanlara, İslama, Allaha düşmən olan şəxsləri dost tutub, 80 00:13:43,200 --> 00:13:54,460 onlarla xoş münasibət quranlar İslamın müsəlman cəmiyyətinin öz içindəki həqiqi düşmənləridir. 81 00:13:54,860 --> 00:14:00,130 Allaha şükürlər olsun ki, bu gün İslam dünyası oyanıb. 82 00:14:00,730 --> 00:14:09,330 Müxtəlif müsəlman ölkələrindəki biz müsəlmanlar nəhəng bir reallığı təşkil edirik; 83 00:14:11,000 --> 00:14:18,200 biz küfr və imperializmin nəzərə almağa məcbur olduğu bir reallığıq. 84 00:14:19,930 --> 00:14:29,460 Bu gün İslam dünyası küfr və imperializmin qarşısında duraraq öz sözünü deyə bilər. 85 00:14:30,200 --> 00:14:43,130 Əlhəmdulillah, İran coğrafiyasında “İslam dövləti” adlanan və öz islami əsasları, islami mahiyyəti ilə fəxr edən bir hökumət quruluşu mövcuddur. 86 00:14:43,860 --> 00:14:55,860 Əlbəttə ki, biz ölkədə İslamın hakimiyyətini reallaşdırmaqda hələ bütün arzularımıza çatmamışıq. Biz hələ yolun ortasındayıq, 87 00:14:56,330 --> 00:15:08,600 yarı yoldayıq, amma məqsədimiz İslamın bütün hədəflərini gerçəkləşdirmək, İslam şəriətinin hakimiyyətini tam olaraq bərqərar edilməsinə nail olmaqdır. Bizim hədəfimiz budur, 88 00:15:09,530 --> 00:15:15,800 Allahın köməyi və izni ilə, bu hədəfi daim izləyəcəyik 89 00:15:16,730 --> 00:15:25,260 və bunun özü İslamın düşmənləri üzərində qələbəmiz üçün vasitə olacaq, inşallah. Bu gün burada bu reallıq mövcuddur. 90 00:15:26,060 --> 00:15:32,660 Əziz qardaşlar, əziz bacılar! İslam Respublikasının yaranmasından 40 ilə yaxın vaxt ötür; 91 00:15:33,600 --> 00:15:42,330 Amerika, küfr, sionizm və imperializm cəbhəsi ilk gündən bu günə qədər bizimlə düşmənçilik edib; 92 00:15:42,600 --> 00:15:49,660 əlbir olaraq əleyhimizə məkrli planlar qurublar, bizə qarşı əllərindən gələn bədxahlığı ediblər: 93 00:15:49,660 --> 00:15:55,330 sanksiya qoyublar, hərbi hücum ediblər, cürbəcür işlər görüblər. 94 00:15:56,130 --> 00:16:05,860 Lakin onların bütün səylərinə rəğmən, 40 ilə yaxın bu müddət ərzində biz daim inkişaf etmişik, irəli getmişik. 95 00:16:06,400 --> 00:16:12,800 Allahın köməyi sayəsində, bu gün İslam Respublikasının əldə etdiyi nailiyyətlər 30-35 il bundan əvvəlki ilə 96 00:16:13,330 --> 00:16:20,460 müqayisə belə oluna bilməz. Onlar bizi aradan götürmək istəyirdilər, 97 00:16:20,660 --> 00:16:27,400 Allah-taala isə əksinə bizi daha da qüvvətləndirib, bizə güc verib, 98 00:16:28,400 --> 00:16:35,930 bizi arzuladığımızdan da güclü edib. Əlhəmdulillah, bu gün İslam Respublikası 99 00:16:36,330 --> 00:16:44,730 öz ayaqları üzərində durub, son dərəcə qüvvətli və qüdrətlidir. Biz sözümüzü açıq deyir, 100 00:16:45,660 --> 00:16:54,660 dediyimiz sözün üstündə durur və varlığımıza, iştirakımıza, 101 00:16:55,200 --> 00:17:03,060 küfr və imperializmə qarşı mübarizə üçün köməyimizə ehtiyac duyulan istənilən yerdə köməyimizi əsirgəmirik. Bunu 102 00:17:03,600 --> 00:17:14,130 küfr və imperializm dünyası qarşısında çəkinmədən, açıq-aşkar deyirik də; 103 00:17:14,530 --> 00:17:23,200 biz heç kimi və heç nəyi nəzərə almadan açıq danışırıq. Bu gün İslam dünyasında belə bir reallıq mövcuddur və ümidvarıq ki, 104 00:17:23,600 --> 00:17:34,660 bir gün Fələstin öz xalqına geri qaytarılacaq, 105 00:17:35,800 --> 00:17:42,800 Fələstin xalqı öz torpağının sahibi olacaq, fələstinli qaçqınlar yurd-yuvasına dönəcək. 106 00:17:43,800 --> 00:17:48,400 O gün İslam dünyasında böyük bayram və şadyanalıq günü olacaq; 107 00:17:48,860 --> 00:17:56,660 həmin gün imperializmə onun belini qıracaq əsl zərbə vurulacaq. 108 00:17:57,130 --> 00:18:03,460 Biz bunun üçün çalışır, bunun üçün işləyirik; inşallah, o gün gələcək. 109 00:18:03,860 --> 00:18:10,400 Əziz qardaş və bacılar, hamınızı bir daha salamlayıram, 110 00:18:10,400 --> 00:18:16,530 hamınıza Allaha əmanət olun deyirəm və ümidvaram ki, inşallah, sizin bu konfransınız mübarək bir tədbir olacaq. 111 00:18:16,800 --> 00:18:20,330 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.