1 00:00:00,280 --> 00:00:03,250 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:04,970 --> 00:00:14,910 الحمد للّه‌ ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد 3 00:00:25,820 --> 00:00:33,020 و علي آله الطّيّبين الطّاهرين المعصومين سيّما بقيّة ‌الله في الارضين 4 00:00:36,400 --> 00:00:43,020 اللهمّ صلّ علي وليّک عليّ‌ بن ‌موسي الرّضا المرتضي الامام التّقيّ النّقي 5 00:00:45,880 --> 00:00:51,770 و علي آبائه و اولاده المعصومين المطهّرين 6 00:00:54,740 --> 00:01:06,170 Bugünkü toplantı çox önəmli bir toplantıdır, həmçinin yaşadığımız günlər də mühüm və taleyüklü günlərdir. 7 00:01:10,400 --> 00:01:24,050 Bu mərasimin Həzrət Əli İbn Musa Rzanın (ə) mübarək mövludu ilə üst-üstə düşməsi 8 00:01:24,620 --> 00:01:40,570 İran xalqı və bu gün bura toplaşanlar üçün xeyir-bərəkət mənbəyidir. 9 00:01:41,770 --> 00:01:52,570 Ümidvarıq, o böyük imamın elə ölkəmizdəcə, 10 00:01:53,710 --> 00:02:04,110 Tus yaxınlığında yerləşən şəhərlərdə, yəni Nişapurda məşhur “Silsilətuz-zəhəb” hədisində buyurduğu 11 00:02:04,680 --> 00:02:14,340 və “Kəlmeyi-tövhid”i dinin əsası, dayağı olaraq tanıtdırdığı kimi – 12 00:02:15,600 --> 00:02:22,280 کَلِمَةُ لا اِلٰهَ اِلَّا اللهِ حِصني وَ مَن دَخَلَ حِصني اَمِنَ مِن عَذابي – biz də “Kəlmeyi-tövhid”i, 13 00:02:23,480 --> 00:02:33,650 tövhidin həqiqətini öz həyatımızda – 14 00:02:34,110 --> 00:02:45,820 istər şəxsi həyatımız olsun, istər sosial həyatımız, istərsə də İslam Respublikasının əsaslarında bərqərar edə biləcəyik, inşallah. 15 00:02:46,050 --> 00:02:53,250 Bu toplantı iki cəhətdən önəm kəsb edir. 16 00:02:54,170 --> 00:03:03,020 Birincisi, ona görə ki ölkənin idarəçiliyində yeni bir mərhələnin başlanğıcıdır 17 00:03:06,050 --> 00:03:18,110 və yeni seçilmiş möhtərəm prezidentlə çiyin-çiyinə işə başlayacaq rəsmilərin, inşallah, 18 00:03:18,850 --> 00:03:32,680 yeni-yeni təşəbbüslərlə, əvvəlkindən də artıq bacarıq və potensialla 19 00:03:33,480 --> 00:03:44,510 xalqı sevindiricəklərinə, məmnun edəcəklərinə, hörmətli prezidentin bayaq öz çıxışında ətraflı şəkildə toxunduğu 20 00:03:45,080 --> 00:03:49,480 istək və gözləntiləri həyata keçirəcəklərinə ümid yaranır. 21 00:03:49,940 --> 00:03:59,600 İkinci cəhət isə budur ki, bu toplantı xalq hakimiyyətinin təcəssümüdür. 22 00:04:00,510 --> 00:04:08,000 Bu, inqilabın əvvəlindən indiyə qədər baş tutan 12-ci inauqurasiya mərasimidir; 23 00:04:09,770 --> 00:04:27,200 yəni inqilabın əvvəlindən bəri İran xalqı ölkənin bir nömrəli rəsmisinin seçilməsində 12 dəfə həlledici rol oyanıyıb; 24 00:04:28,800 --> 00:04:38,680 bu çox önəmli bir məsələdir. Xalqın seçimi əsasında 25 00:04:38,970 --> 00:04:51,710 10 parlament, 5 şəhər və kənd şurası, 26 00:04:52,510 --> 00:05:00,340 5 Xubriqan Məclisi formalaşıb. Bütün bunlar inqilabın bərəkəti sayəsində baş verib. 27 00:05:01,540 --> 00:05:14,220 Qoy yeni nəslimiz unutmasın ki, biz inqilabdan əvvəlki dövrün əzab-əziyyətlərini bütün varlığımızla hiss edib yaşamışıq; 28 00:05:14,510 --> 00:05:26,220 diktaturanı, xalqın seyrçi mövqedə qalmasını, hakimiyyət məsələsində xalqa qətiyyən əhəmiyyət verilməməsini öz gözlərimizlə görmüşük. 29 00:05:26,510 --> 00:05:36,680 Gənclərimiz belə şeyləri görməyib. İnqilabın qələbəsindən öncə 30 00:05:37,480 --> 00:05:45,310 ölkənin idarəçiliyində, rəsmi şəxslərin təyin olunmasında xalqın heç bir rolu olmayıb; başçılar, monarxlar, padşahlar, 31 00:05:45,820 --> 00:05:52,620 onların ətrafındakılar hakimiyyətə gəlib hakimiyyətdən gedirdi, xalq isə yalnız kənardan tamaşa edirdi; heç bir rolu yox idi. 32 00:05:53,650 --> 00:06:02,740 İslam İnqilabının gəlişi ilə xalq seyrçi mövqeyindən çıxaraq əsas rola keçdi; xalq ixtiyar sahibi oldu. 33 00:06:02,970 --> 00:06:11,770 İnqilabın əvvəlindən bəri artıq 12-ci dəfədir ki, icraedici hakimiyyətlə bağlı 34 00:06:12,280 --> 00:06:20,910 xalqın seçiminin nəticəsi müəyyənləşir; odur ki bugünkü mərasim çox önəmli bir mərasimdir. 35 00:06:23,250 --> 00:06:33,080 Gəlin öz qırılmaz əzminin, dərin imanının, sonsuz uzaqgörənliyinin, 36 00:06:33,710 --> 00:06:42,970 misilsiz şücaətinin bərəkəti ilə bu nailiyyəti İran xalqına bəxş etmiş o böyük şəxsiyyəti – 37 00:06:43,820 --> 00:06:52,850 dahi liderimiz İmam Xomeynini də yad edək. Biz rəsmilər və camaatımız 38 00:06:53,480 --> 00:07:02,620 daha çox iftixar duymalıyıq ki, Allah-taalanın ölkəmizdə, 39 00:07:03,250 --> 00:07:19,820 xalqımız arasından bu okeanı təlatümə gətirməyi bacarmış dahi bir insanı seçdiyi bir dövrdə yaşamışıq. Bu, kiçik bir iş, xırda bir məsələ deyil; 40 00:07:21,200 --> 00:07:29,370 İmam ölkənin və İran xalqının hərəkət kursunu bütünlüklə dəyişməyi bacarmışdır. 41 00:07:31,200 --> 00:07:42,910 Ölkədə illərlə, hətta əsrlərlə monarxiya quruluşu hökm sürmüşdü. Pəhləvi hakimiyyətinin sonlarında isə 42 00:07:43,880 --> 00:07:53,540 monarxiyadan əlavə, xaricilərin, yadelillərin müdaxiləsi də bizə bir utanc olmuşdu. 43 00:07:53,880 --> 00:08:04,680 Rzaxanı hakimiyyətə ingilislər gətirmişdi, ingilislər də hakimiyyətdən göndərib, yerinə Məhəmmədrzanı qoydular. 44 00:08:04,910 --> 00:08:13,020 Daha sonra 1332-ci il 28 mordad qiyamında da amerikalılar ixtiyar sahibi olub 45 00:08:13,650 --> 00:08:23,650 bizim üçün padşah təyin etdilər; baş naziri və ölkənin digər rəsmilərini onlar müəyyən edirdilər. 46 00:08:25,370 --> 00:08:32,740 Ölkəmizin vəziyyəti bu idi; dahi İmam Xomeyni belə bir sistemi əvəzlədi; 47 00:08:32,850 --> 00:08:44,000 bu meydana atılan məhz o oldu; məhz onun qırılmaz əzmi, dərin imanı, misilsiz şücaəti, Allaha təvəkkülü, 48 00:08:44,400 --> 00:08:53,540 xalqa etimadı sayəsində vəziyyət bu cür dəyişə bildi. 49 00:08:57,020 --> 00:09:10,220 Və 40 ilə yaxın bu vaxt ərzində ölkəmizdə ardıcıl bir silsilə ilə, 50 00:09:10,570 --> 00:09:22,910 hər biri öz növbəsində, öz payına düşən qədər çalışıb zəhmət çəkmiş, təşəbbüs göstərmiş, iş görmüş, 51 00:09:23,600 --> 00:09:34,850 rol oynamış rəsmilər olub. Bu gün isə yaxın 40 ildə İslam Respublikasında 52 00:09:35,600 --> 00:09:43,020 yüksək vəzifə postu tutmuş komandanın əməyinin nəticəsi, 53 00:09:43,370 --> 00:09:51,940 inşallah, bu mərasimdə rəsmiləşməklə işə başlayacaq hökumət nümayəndələrinə həvalə olunur. 54 00:09:52,680 --> 00:10:00,510 Bu gün vəzifə səlahiyyəti əldə edən insanlar – möhtərəm prezidentin həmkarları – 55 00:10:01,020 --> 00:10:13,820 bu milli sərmayəni daha da artıraraq uğurla sonrakı nəslə, sonrakı rəhbər şəxslərə ötürməlidirlər ki, 56 00:10:14,340 --> 00:10:21,880 bu hərəkat, inşallah, günbəgün daha da genişlənsin. 57 00:10:23,650 --> 00:10:31,250 Bu 40 ildə xalqımız və dövlətimiz böyük işlər görüb. 58 00:10:32,970 --> 00:10:40,970 Bu müddət ərzində ölkədə zəngin elmi, icrai, praktiki və ideoloji baza yaradılıb. 59 00:10:41,200 --> 00:10:47,200 İnqilaba qədər bunlar əsla olmayıb; 60 00:10:47,540 --> 00:10:55,480 İslam Respublikasından əvvəl ölkədə belə bir böyük baza mövcud olmayıb. 61 00:10:56,450 --> 00:11:02,450 Bütün bunlar xalqımızın öz xoşbəxt gələcəyinə uçuş edəcəyi terminallardır. 62 00:11:03,140 --> 00:11:15,650 Bugünkü rəsmilərin ixtiyarında ötən 40 il ərzində toplanmış bilik və təcrübə vardır. 63 00:11:17,370 --> 00:11:31,200 İnqilabi təfəkkürün daşıyıcısı olan, qəlbi stimul dolu yeni-yeni nəsilllər yetişib və bu gün onlar iş görməyə hazırdırlar. 64 00:11:31,200 --> 00:11:38,800 İnqilabın əvvəlində bizim bir bu qədər hazırlıqlı rəhbər işçimiz yox idi. 65 00:11:38,800 --> 00:11:48,170 Bu gün isə, əlhəmdulillah, ölkədə müxtəlif sferalarda idarəçilik işlərini öhdəsinə götürməyə hazır olan 66 00:11:48,400 --> 00:11:53,940 gənclərimiz çoxdur; onları inqilab yetişdirib. 67 00:11:55,020 --> 00:12:01,200 Ötən 40 il ərzində fəal, 68 00:12:01,880 --> 00:12:13,310 effektiv dövlət xadimlərinin gərgin əməyi sayəsində bu gün bu möhtəşəm nəticələr xalqın ixtiyarındadır. 69 00:12:14,170 --> 00:12:33,200 Dediyim odur ki, Allaha şükür, bu illər ərzində ölkəmizin rəsmiləri dünya ilə əməkdaşlıq etməyi bacarıb. 70 00:12:33,650 --> 00:12:40,680 Düşmənlər daim bu xalqı təcrid etmək üçün çalışdıqlarına baxmayaraq, 71 00:12:41,480 --> 00:12:48,800 İran xalqı təcrid olunmayıb, dünya ilə əməkdaşlıq edib və eyni zamanda imperializm sisteminə qarşı da 72 00:12:49,370 --> 00:12:59,080 ciddi şəkildə mübarizə aparıb; məkrli planların qarşısında durmağı bacarıb. 73 00:13:00,280 --> 00:13:08,970 Və əlbəttə ki, düşmən də boş durmayıb. Mənim yaddan çıxmaması üçün 74 00:13:09,820 --> 00:13:20,000 daim israrla təkrarladığım məqamlardan biri də düşmənin varlığı və məkrli planlarıdır. 75 00:13:20,510 --> 00:13:23,020 Əmirəlmöminin Əli (ə) buyurur: 76 00:13:23,020 --> 00:13:29,080 مَن نامَ‌ لَم‌ يُنَم‌ عَنه،‌ اَخَا الحَربِ اَرِق 77 00:13:30,450 --> 00:13:40,970 Siz səngərdə yuxuya getmisinizsə, bu o demək deyil ki, qarşı səngərdə oyaq olan birisi yoxdur 78 00:13:42,110 --> 00:13:50,800 və sizə qarşı fəaliyyətə keçməyəcək; yuxuya getməməlisiniz, ehtiyatı əldən verməməlisiniz; hər işdə. 79 00:13:51,820 --> 00:13:58,340 Bu sözlər ilk növbədə rəsmilərə aiddir. Düşmən öz düşmənçiliyi ilə məşğuldur, 80 00:13:59,200 --> 00:14:07,140 cürbəcür işlər görür; intəhası, Allahın lütfü və yardımı sayəsində 81 00:14:07,420 --> 00:14:11,650 İran xalqı və ölkəmizin rəsmiləri artıq təcrübəlidir, bərkiyiblər. 82 00:14:12,050 --> 00:14:21,200 Bizə qarşı sanksiyalar tətbiq etdilər; əlbəttə ki, bu sanksiyalar ölkəmiz üçün problemlər yaradır, buna söz yox, 83 00:14:21,600 --> 00:14:30,510 lakin sanksiyalar bizim öz daxili imkanlarımıza diqqət yönəltməyimizə səbəb olmuşdur. 84 00:14:31,650 --> 00:14:39,420 Bizim bir çox imkan və potensiallarımız var idi ki, onlar haqda bilmirdik, xəbərimiz yox idi. 85 00:14:39,880 --> 00:14:46,740 Üzərimizə sanksiya qoyulandan sonra özümüzə gəldik, 86 00:14:47,080 --> 00:14:52,680 daxildə hansı imkanlarımız olduğuna nəzər saldıq, onları aşkarladıq və istifadə etməyə başladıq. 87 00:14:52,910 --> 00:14:59,480 Bu gün düşmənin arzuladığının tam əksinə, biz güclüyük; 88 00:14:59,480 --> 00:15:05,710 siyasi baxımdan güclüyük, hərbi baxımdan güclüyük, təhlükəsizlik baxımından güclüyük. 89 00:15:06,910 --> 00:15:18,570 Bu qədər sanksiyaya, bu qədər düşmənə rəğmən, əvvəlki illərlə müqayisədə bu gün İslam Respublikası qat-qat daha güclü, daha qüdrətlidir. 90 00:15:18,970 --> 00:15:29,940 Bu o deməkdir ki, biz düşmənin əleyhimizə işlətdiyi plandan öz xeyrimizə, ölkəmizin xeyrinə istifadə etmişik. 91 00:15:30,620 --> 00:15:38,110 Düşmənin açıq düşmənçiliyi müqavimət qabiliyyətimizi daha da artırıb. Özü də düşmənçiliklər təkcə aşkarda getməyib; 92 00:15:38,510 --> 00:15:48,740 bəziləri açıq-aşkar düşmənçilik edirlər – bu gün Amerika və bəzi başqa yerlərdə hakimiyyətdə olan qüvvələr kimi – 93 00:15:49,310 --> 00:16:00,450 bəzi düşmənlər isə adama məxmər əlcək içərisində çuqun əl uzadır; bu da düşmənçilikdir; bu barədə əvvəllər danışmışıq. 94 00:16:00,850 --> 00:16:09,770 Allahın lütfü sayəsində, Onun yardımı və istiqamətləndirməsi ilə, bütün bu düşmənçiliklər qarşısında bizim müqavimət gücümüz daha da artıb; 95 00:16:10,000 --> 00:16:20,510 özünəinamımız çoxalıb. Bu gün biz əvvəlki illərə nisbətən qat-qat güclüyük. 96 00:16:21,710 --> 00:16:30,970 Düşmənlə mübarizə aparmağın yollarını da bilirik. Allahın köməyi ilə, bu gün İran xalqı 97 00:16:32,570 --> 00:16:38,340 düşmənin məkrli planlarına qarşı hansı yollarla mübarizə aparmaq lazım olduğunu artıq öyrənib; 98 00:16:38,910 --> 00:16:45,770 rəsmilərimiz bu yolları öyrəniblər, düşmənə necə reaksiya vermək lazım olduğunu bilirlər və verirlər də. 99 00:16:46,340 --> 00:16:53,710 İmkanlarımız da daha artıqdır, düşməndən və onun hiylələrindən də heç bir qorxumuz yoxdur. 100 00:17:17,770 --> 00:17:26,570 Çatışmazlıqlarımız çoxdur; biz bunu nə diqqətdən qaçırır, nə də inkar edirik, 101 00:17:26,800 --> 00:17:34,970 lakin bunu da inkar etmirik ki, potensialımız da zəngindir. 102 00:17:35,600 --> 00:17:43,250 Allahın köməyi ilə, biz istifadə olunmamış bu potensialdan 103 00:17:43,770 --> 00:17:55,650 istifadə edə bilərik. Siz ölkə rəsmiləri – özəlliklə də, inşallah, 104 00:17:56,280 --> 00:18:01,650 tezliklə formalaşdırılacaq və möhtərəm ölkə başçısı ilə 105 00:18:02,110 --> 00:18:07,600 çiyin-çiyinə işə başlayacaq hökumət kabinetinin, icraedici hakimiyyətin üzvləri – 106 00:18:08,110 --> 00:18:13,880 bu cür zəngin imkan və potensiala sahib olan bir dövlətin sükançılarısınız; bunu bilin. 107 00:18:14,170 --> 00:18:24,680 İslam Respublikası quruluşu, əziz ölkəmiz olduqca zəngin imkan və potensiala sahibdir. 108 00:18:25,080 --> 00:18:32,000 Bu imkanları bircə-bircə aşkarlayıb onlardan bəhrələnmək lazımdır. 109 00:18:32,680 --> 00:18:41,370 Siz dövlətimizin inqilabi mahiyyətinə arxalanıb – bax bu məqam olduqca önəmlidir – 110 00:18:41,940 --> 00:18:48,280 cihad əzmi ilə çalışaraq, xalqın dəstəyindən güc alaraq, 111 00:18:48,970 --> 00:18:55,770 bu gün ixtiyarınızda olan nəhəng maddi və mənəvi sərmayələrdən istifadə edərək 112 00:18:56,850 --> 00:19:04,220 ölkəni irəli apara bilərsiniz və mən sizə gələcək fəaliyyətinizdə 3 əsas istiqaməti rəhbər tutmağı tövsiyə edirəm: 113 00:19:04,340 --> 00:19:16,510 Birincisi, xalqın problemləri ilə məşğul olmaq; bu gün birinci yerdə əhalinin məişət rifahı ilə bağlı olan iqtisadi problemlər durur. 114 00:19:18,050 --> 00:19:27,250 Eyni vaxtda paralel surətdə görməli olduğunuz 3 işdən birinisi budur; 115 00:19:27,540 --> 00:19:34,000 daxildəki problemlərin həlli ilə məşğul olmaq, əhalinin problem və çətinliklərini yoluna qoymaq, 116 00:19:35,710 --> 00:19:45,420 iqtisadi və məişət problemlərini həll etmək; inşallah, qarşıdakı 4 ildə bu məsələni məqbul bir səviyyəyə gətirib çıxarmalısınız. 117 00:19:46,510 --> 00:19:54,450 İkincisi, dünya ilə geniş bir müstəvidə əməkdaşlıq etmək. Mən bunu həmişə tövsiyə edirəm 118 00:19:55,310 --> 00:20:05,370 və bu, bizim düşmənlərimizin, dünya imperializminin qətiyyən arzulamadığı bir şeydir. 119 00:20:06,910 --> 00:20:14,050 Biz dünya ilə genişmiqyaslı əlaqələr qurub 120 00:20:14,340 --> 00:20:21,940 həm başqa dövlətlərə və xalqlara yardım edə, həm də onların yardımından bəhrələnə bilərik. 121 00:20:21,940 --> 00:20:31,770 Bəşəriyyətin sosial həyatı bu şəkildə davam edir: əməkdaşlıq etməklə, bir-birinin dərdinə şərik olmaqla, tərəfdaşlıqla, 122 00:20:32,340 --> 00:20:45,650 dünya ilə qarşılıqlı əlaqələr qurmaqla; bizim iqlimimiz, coğrafi mövqeyimiz, zəngin imkanlarımız bunu bizim üçün bir qədər də asanlaşdırır. 123 00:20:45,940 --> 00:20:58,510 Və üçüncüsü: müstəmləkəçilik iddiasında olan istənilən qüvvənin qarşısına güclü və sarsılmaz bir şəkildə çıxın; 124 00:21:01,080 --> 00:21:12,220 kim olursa-olsun; bu gün hamısından daha təcavüzkar və utanmaz olanı Amerika Birləşmiş Ştatlarıdır. 125 00:21:13,080 --> 00:21:25,370 Onların qarşısına möhkəm və qüdrətli bir şəkildə çıxın. Siz milli iqtidara, xalqın köməyinə arxalanaraq 126 00:21:25,710 --> 00:21:33,650 onların hiylələrinin qarşısını ala, məkrli planlarını neytrallaşdıra bilərsiniz. 127 00:21:33,880 --> 00:21:41,250 40 illik beynəlxalq fəaliyyət təcrübəmiz göstərir ki, 128 00:21:42,000 --> 00:21:49,940 hegemon dövlətlərin qarşısında təslim olmaq 129 00:21:50,110 --> 00:21:54,970 insana onlara müqavimət göstərməkdən baha başa gəlir. 130 00:21:56,220 --> 00:22:04,910 Hegemon dövlətlərin zorakılığına tabe olmaq ölkələri və xalqları aciz, çarəsiz vəziyyətə salır, 131 00:22:06,400 --> 00:22:20,170 inkişafın yollarını sözün həqiqi mənasında onların üzünə bağlayır, onları insani dəyərlərdən uzaqlaşdırır; hegemonlara təslim olmağın bahası bax bu cür ağırdır. 132 00:22:22,450 --> 00:22:30,740 Allahın köməyi və dəstəyi sayəsində, biz imperialistlərə 133 00:22:30,910 --> 00:22:39,880 və imperializm sisteminə təslim olmamışıq, boyun əyməmişik, onlarla onların istəklərinə uyğun dil tapıb razılaşmamışıq 134 00:22:40,110 --> 00:22:48,450 və bu gün dünənkindən daha güclü və bacarıqlıyıq. Bu gün bizim imkanlarımız dünənkindən qat-qat çoxdur. 135 00:22:50,620 --> 00:22:57,820 Onların qarşısında durmuşuq, təslim olmamışıq; bu, çox mühüm bir təcrübədir. 136 00:22:59,080 --> 00:23:04,450 Əlbəttə, bu yolda şəhidlərimiz olub, fədakarlıq edən insanlarımız olub, 137 00:23:04,970 --> 00:23:10,000 bir çox görkəmli və dəyərli şəxsiyyətlərimizi əldən vermişik, 138 00:23:10,620 --> 00:23:19,940 lakin İslam Respublikası irəli gedib, inkişaf edib, öz şüarlarını daha da önə çəkib. 139 00:23:20,280 --> 00:23:28,450 Möhtərəm ölkə başçımıza və onunla müxtəlif sferalarda əməkdaşlıq edəcək 140 00:23:29,080 --> 00:23:39,650 qardaş və bacılarımıza bir neçə tövsiyəm də var, bu tövsiyələri diqqətdə saxlasınlar. 141 00:23:39,650 --> 00:23:48,340 Bu vəzifə səlahiyyətini, bu imkanı əmanət bilin; Əmirəlmöminin Əlinin (ə) də buyurduğu kimi: 142 00:23:48,740 --> 00:23:52,680 وَ اِنَّما هِيَ في عُنُقِکَ اَمانَة 143 00:23:53,710 --> 00:23:57,200 Bu vəzifə səlahiyyəti bizim – 144 00:23:57,710 --> 00:24:07,020 mənim də, sizin də əlimizdə bir ilahi əmanətdir; əmanətdar olmaq, bu əmanəti layiqincə qorumaq lazımdır. 145 00:24:08,220 --> 00:24:09,880 Qurani-Kərimin bu şərif ayəsi: 146 00:24:09,880 --> 00:24:13,940 “Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı əmr edir”. (“Nisa” surəsi, 58-ci ayədən) 147 00:24:14,280 --> 00:24:22,970 təkcə gözlə görünən maddi əmanətlərə aid deyil. Bu mühüm əmanət – 148 00:24:23,370 --> 00:24:28,340 yəni vəzifə məsuliyyəti həmin ayənin daha bariz nümunəsidir. 149 00:24:28,910 --> 00:24:37,820 İkinci tövsiyəm budur ki, vaxtımız az, işimiz çox olduğuna görə prioritetləri gözləmək lazımdır. 150 00:24:38,000 --> 00:24:44,400 Həm xərcləmələrdə, həm planlamalarda – hər bir işdə 151 00:24:44,970 --> 00:24:54,280 prioritetləri nəzərə almaq lazımdır. Bəli, bu gün əsas prioritetlər 152 00:24:55,140 --> 00:25:03,710 bayaq möhtərəm prezidentin qeyd etdikləridir; sosial ədalət, yoxsulluğun aradan qaldırılması, 153 00:25:04,110 --> 00:25:10,340 korrupsiyanın kökünün kəsilməsi bizim birinci dərəcəli prioritetlərimizdir; 154 00:25:11,020 --> 00:25:16,450 bunları önə keçirmək lazımdır, ardınca isə digər məsələlər gəlir. 155 00:25:16,680 --> 00:25:25,480 Digər bir tövsiyəm isə budur ki, fəaliyyətinizi planlı şəkildə qurun. “6-cı inkişaf proqramı” 156 00:25:26,340 --> 00:25:36,400 kompleks bir proqramdır; bu il bu proqrama start verilir. Əlbəttə ki, biz bir az gecikmişik; bu proqramın icrasına ötən il başlanmalı idi. 157 00:25:37,370 --> 00:25:45,140 “6-cı inkişaf proqramı” önəmli bir proqramdır; planlı şəkildə, 158 00:25:46,000 --> 00:25:56,050 tam diqqətlə, bütün imkanları nəzərə alaraq hərəkət etmək lazımdır; proqrama önəm vermək lazımdır. 159 00:25:56,340 --> 00:26:02,970 Mənim növbəti tövsiyəm isə xalqın birliyinə önəm verməyimizdir; 160 00:26:03,880 --> 00:26:15,600 bizim nəyimiz varsa, hamısını xalqın vəhdətinə, insanlarımızın öz aralarında, eləcə də ölkənin işlərini idarə edən rəsmilərlə aralarında olan 161 00:26:16,000 --> 00:26:25,540 birlik və bölünməzliyinə borcluyuq. Bu birliyi qoruyun; zərərli ikitirəliklər yaranmasın. 162 00:26:26,110 --> 00:26:34,280 Xalqın içərisində müxtəlif siyasi meyillərə, görüşlərə sahib olan insanlar var; lap yaxşı, 163 00:26:34,680 --> 00:26:42,110 qoy hər kəs fərqli siyasi görüşləri ilə, birgə və yanaşı, dinc, rahat şəraitdə yaşasın. 164 00:26:42,510 --> 00:26:52,340 Fərqli siyasi görüşlər və fikir ayrılığı o demək deyil ki, mütləq, dava-dalaş olmalıdır; 165 00:26:52,340 --> 00:27:01,940 insanlar fərqli siyasi düşüncəyə sahib olduqlarına baxmayaraq, bir-biri ilə yanaşı çox gözəl həyat sürə bilərlər. Konflikt mənbələri yaradılmamalıdır. 166 00:27:02,620 --> 00:27:11,080 Müxalif görüşlər sizi narahat etməsin; müxaliflərin hansısa fikri, tənqidi yanaşması varsa, 167 00:27:11,420 --> 00:27:21,080 qoy tənqid etsinlər, müxalif fikirlərini irəli sürsünlər; bundan narahat olmaq lazım deyil. Ölkənin idarəçiliyi ağır bir işdir, 168 00:27:22,280 --> 00:27:27,710 işlərimizdə nöqsanlar da az deyil, kimlərinsə bizi tənqid etməsi mümkündür. 169 00:27:28,170 --> 00:27:35,770 Tənqidləri dözümlü yanaşmaq mənasında qəbul etməli və dözməliyik. 170 00:27:35,940 --> 00:27:45,650 Xalqın arasına gedin, bilavasitə insanların özləri ilə görüşün, camaatdan eşidin; 171 00:27:46,450 --> 00:27:52,620 bu, çox önəmli olan işlərdən biridir. Bizə çatdırılan hesabatlar 172 00:27:53,600 --> 00:28:01,540 nə qədər real və həqiqi olsa da, insanın xalqla görüşərkən, 173 00:28:02,220 --> 00:28:08,680 camaat arasına çıxarkən görüb müşahidə etdiklərindən xeyli fərqlənir. 174 00:28:08,970 --> 00:28:18,910 Qəlbi stimul dolu inqilabi qüvvələrin qədrini bilin; mən bunu bütün rəsmilərə tapşırıram. 175 00:28:19,770 --> 00:28:30,220 Problemlərlə üzləşdiyi zaman sinəsini sipər edib ölkəni qoruyanlar, 176 00:28:30,970 --> 00:28:37,020 müdafiə edənlər məhz mömin, inqilabçı, stimullu insanlardır. Onların qədrini bilməliyik. 177 00:28:38,170 --> 00:28:51,200 Beynəlxalq miqyaslı qərarlar verərkən həmişə yadda saxlayın ki, düşmən sizi məhv etmək üçün bütün güc və imkanlarından istifadə edir. 178 00:28:52,910 --> 00:29:04,850 Bu gün bizimlə qarşı-qarşıya olan bəzi dövlətlərin rəsmiləri bunu açıq-aşkar deyir; açıq-aşkar etiraf edirlər ki, 179 00:29:05,480 --> 00:29:10,450 İslam Respublikası quruluşunu məhv etmək niyyətindədirlər; bunu yadda saxlayın. 180 00:29:10,680 --> 00:29:16,170 Bəziləri də bu niyyətini gizlədir, açıq demir, amma reallıq budur ki, eyni məqsədi güdürlər. 181 00:29:17,710 --> 00:29:31,710 Beynəlxalq əməkdaşlıq həvəsi bizi məhv etmək məqsədi güdən düşmənlərimiz olduğunu bizə unutdurmamalıdır. 182 00:29:32,850 --> 00:29:39,310 Hər bəhanədən də istifadə edirlər. Siz kosmosa 183 00:29:39,600 --> 00:29:48,050 peyk daşıyıcısı buraxırsınız, birdən-birə görürsünüz ki, dünyada hay-küy, qalmaqal yaradıblar. Elm, texnologiya sferasında 184 00:29:48,510 --> 00:29:58,850 istənilən ölkə üçün lazımlı və son dərəcə normal, adi olan bir işi siz həyata keçirdiyiniz zaman hay-küy qopardıqlarının şahidi olursunuz. 185 00:29:59,940 --> 00:30:04,910 Bütün bunlar onu göstərir ki, daha da diqqətli və ehtiyatlı olmaq lazımdır. 186 00:30:04,910 --> 00:30:14,620 Bu cür münasibətin cavabı isə cihad əzmi ilə, gərgin və planlı surətdə işləməkdir; bu düşmənçiliyin cavabı daha da güclənməkdir. 187 00:30:15,140 --> 00:30:24,170 Güclənmək deyərkən mən təkcə hərbi və təhlükəsizlik baxımından güclənməyi nəzərdə tutmuram; əlbəttə ki, bu sahələrdə də güclənməyə ehtiyac var, 188 00:30:24,280 --> 00:30:29,820 amma iqtisadiyyat və mədəniyyətdə, 189 00:30:30,740 --> 00:30:41,880 öz dini və inqilabi kimliyini qorumaqda günbəgün daha da güclənmək, daha da dərinləşmək lazımdır. Düşmənə veriləcək cavab budur. 190 00:30:42,000 --> 00:30:52,850 Və son olaraq: Uca Yaradana təvəkkül edin, Allah-taalanın möminlərə verdiyi yardm vədinə inanın: 191 00:30:53,600 --> 00:30:58,400 “Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər”. (“Muhəmməd” surəsi, 7-ci ayədən) 192 00:30:58,800 --> 00:31:03,140 Başqa bir ayədə: “Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər”. (“Həcc” surəsi, 40-cı ayədən) 193 00:31:03,420 --> 00:31:14,170 Bu vədlərə inanın, özü də təkidlə inanın! Siz dinin dirçəlişi, dinin bərpası, Allahın dininin hakimiyyətini qurmaq yolundasınız; 194 00:31:14,340 --> 00:31:21,420 bu, Allaha kömək etmək deməkdir, elə isə əmin olun ki, Allah-taala da sizə öz yardımını yetirəcək. 195 00:31:22,050 --> 00:31:28,800 Dinə, qanuna zidd əməllər qarşısında sakit durmayın, 196 00:31:29,140 --> 00:31:34,280 etinasız qalmayın və bilin ki, inşallah, gələcək sizindir! 197 00:31:34,280 --> 00:31:39,370 Pərvərdigara! Səni and verirəm Məhəmməd və Ali-Məhəmmədə, 198 00:31:40,000 --> 00:31:44,800 bizi Sənin razılığını əldə etmək yolunda uğur qazananlardan et. 199 00:31:46,400 --> 00:31:53,080 Pərvərdigara! Bu yeni – 12-ci hökumətə 200 00:31:53,540 --> 00:32:03,420 və ölkəyə xidmət edən bütün rəsmilərə öhdələrinə düşən mühüm vəzifələrin icrası yolunda uğurlar nəsib et. 201 00:32:04,800 --> 00:32:15,250 Pərvərdigara! Günlərimizi, ömrümüzü, saatlarımızı, illərimizi bizim üçün təəssüf yox, 202 00:32:15,710 --> 00:32:18,000 qənimət mənbəyi et. 203 00:32:19,250 --> 00:32:27,140 Pərvərdigara! Şəhidlərimizin pak ruhlarını, dahi liderimiz İmam Xomeyninin ruhunu Məhşərə övliyalarınla birgə gətir. 204 00:32:28,110 --> 00:32:30,970 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.