1 00:00:00,260 --> 00:00:11,660 Mövzuya keçməzdən əvvəl, həqiqətən də, faciəli bir məsələ olan bu Myanmar məsələsinə toxunmaq istəyirəm; 2 00:00:12,930 --> 00:00:25,530 insan bu baş verənlərə nə ad verəcəyini bilmir; həqiqətən də, misli-bərabəri çox nadir rast gəlinən bir olaydır. Müsəlman ölkələrinin, 3 00:00:26,530 --> 00:00:33,000 müsəlman dövlətlərinin, bir milyard yarım müsəlmanın, 4 00:00:34,060 --> 00:00:45,860 dünya ictimaiyyətinin, yalandan insan haqları iddiası edən riyakar dövlətlərin gözü önündə 5 00:00:46,600 --> 00:00:56,860 amansız bir rejim (özü də bu rejimin başında Nobel Sülh Mükafatı almış bir qadın durur) 6 00:00:58,000 --> 00:01:08,260 heç bir pənah yeri olmayan bir qrup insanı öldürür, yandırır, evlərini viran qoyub, özlərini didərgin salır. 7 00:01:08,930 --> 00:01:18,060 Həqiqətən də, təəccübləndirici bir hadisədir və buna layiqli sayıla biləcək bir reaksiya da verilmir. 8 00:01:18,730 --> 00:01:29,460 Düzdür, qınayırlar, amma qınağın nə xeyri var? Bəyanat yayırlar, amma bəyanat nəyə yarayır? İş görməlidirlər. 9 00:01:30,530 --> 00:01:41,060 Əvvəla, insanlara bu məsələnin həqiqətini açıqlamaq əvəzinə, 10 00:01:41,600 --> 00:01:47,800 baş verənləri buddist-müsəlman problemi kimi təqdim edirlər; düzdür, ola bilsin ki, dini fanatizmə qapılmış bir neçə nəfərin 11 00:01:48,130 --> 00:01:54,860 bu olayda əli var, amma bu işi görən dövlətdir; amma bu işi görən dövlətdir; bu, siyasi bir məsələdir. 12 00:01:55,730 --> 00:02:05,860 Həmin dövlətin başında da Nobel Sülh Mükafatı almış bir qadın durur. Bu işi görməklə onlar Nobel Sülh Mükafatının da, Nobelin də fatihəsini oxudular. 13 00:02:06,660 --> 00:02:17,730 Bu dərəcədə qəddar olan bir insana Nobel Sülh Mükafatı verilib! Qadın olasan, bu qədər amansız və rəhmsiz olasan! 14 00:02:18,730 --> 00:02:25,330 Bəşəriyyətin hazırda düşdüyü vəziyyət insanda, doğrudan da, heyrət doğurur. 15 00:02:25,660 --> 00:02:30,800 Bu işin çarəsi isə odur ki, müsəlman dövlətləri olaya əməli surətdə müdaxilə etsinlər; 16 00:02:31,730 --> 00:02:43,400 mən demirəm ki, ora qoşun çəksinlər, amma siyasi, iqtisadi cəhətdən təzyiq göstərsinlər. Onlarla müsəlman dövləti, müsəlman ölkəsi var; 17 00:02:43,800 --> 00:02:49,330 ola bilsin onlardan bəzilərinin o dövlətlə ticarət və ya iqtisadi əlaqələri var. 18 00:02:49,930 --> 00:02:56,060 Qoy onlar bu yolla həmin dövlətə təzyiq göstərsinlər, dönə-dönə xəbərdarlıq etsinlər, 19 00:02:57,600 --> 00:03:04,130 beynəlxalq arenada onların əleyhinə səslərini ucaltsınlar; bu işləri görməlidirlər. 20 00:03:04,130 --> 00:03:07,400 Əvvəla, bizim bir küncdə oturub kimisə qınamağımızın nə xeyri var? 21 00:03:07,660 --> 00:03:14,130 BMT-nin baş katibi qınayıb; nə böyük zəhmət çəkib?! 22 00:03:14,660 --> 00:03:20,660 Əməli surətdə təsir göstərməlidir. Siyasətləri tələb etdiyi yerdə 23 00:03:21,200 --> 00:03:28,860 bəzən hansısa ölkədə hansısa cinayətkara təzyiq göstərildiyinə görə 24 00:03:29,530 --> 00:03:36,200 aləmi bir-birinə qatıb hay-küy qaldırırlar. 25 00:03:36,400 --> 00:03:44,530 Burada isə bir neçə min insan qətlə yetirilib (heç öldürülənlərin statistikası da doğru-dürüst müəyyən olunmayıb; yəni statistika aparmağa icazə verməyiblər), 26 00:03:44,600 --> 00:03:53,600 on minlərlə insan məcburən yurd-yuvasını tərk edib, amma təəssüflər olsun ki, bütün bu olanlara heç bir reaksiya verilmir. 27 00:03:54,400 --> 00:04:00,060 Bu, çox böyük bir hadisədir; doğrudur, xalqlar bundan hiddətə gəlib, narahatdır, 28 00:04:00,400 --> 00:04:06,130 müsəlman ölkələrində yürüş və mitinqlər keçirilir, lakin dövlətlər tədbir görməlidir; 29 00:04:06,860 --> 00:04:13,200 əsas addım atmalı olan dövlətlərdir. Dövlətlərdən bu işi görmələri tələb ounmalıdır; 30 00:04:13,600 --> 00:04:20,330 İslam Konfransı Təşkilatının üzvləri xüsusi olaraq bu məsələ üçün iclas keçirməli, bir araya gəlib 31 00:04:20,600 --> 00:04:24,730 bu məsələ üçün iclas keçirməli, bir araya gəlib bu müsəlmanlar üçün nə etmək mümkün olduğunu müzakirə etməlidirlər. 32 00:04:24,730 --> 00:04:30,530 Təəssüf ki, dünya zülm dünyasıdır; İslam Respublikası 33 00:04:30,800 --> 00:04:37,660 zülmün əleyhinə açıq-aşkar və qətiyyətlə danışmaq iftixarını özündə qoruyub saxlamalıdır; 34 00:04:38,000 --> 00:04:45,930 istər bu, sionistlər tərəfindən işğal edilmiş bölgələrdə xalqa edilən zülm olsun, 35 00:04:46,260 --> 00:04:54,530 istər Yəməndə əhalinin bombalanması olsun, istər Bəhreyndə olsun, istər Myanmarda, istərsə də başqa hansısa bölgədə. 36 00:04:54,730 --> 00:05:01,200 İslam Respublikası bütün bunlara qarşı öz cəsarətli və açıq mövqeyini ortaya qoymalıdır.