1 00:00:00,530 --> 00:00:02,930 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:02,930 --> 00:00:13,000 الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا ابي‌القاسم المصطفي محمّد 3 00:00:19,930 --> 00:00:26,930 و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّة‌الله في الارضين 4 00:00:28,400 --> 00:00:38,330 Bu gün çox möhtəşəm, gözəl və dolğun məzmunlu bir tədbir keçirdiniz; 5 00:00:39,000 --> 00:01:01,860 meydanın bəzədilməsi, nümayiş olunan idman hərəkətləri çox gözəl idi; bugünkü mərasimdə ümumilikdə bir yenilikçilik və dolğun məzmun var idi. 6 00:01:02,260 --> 00:01:17,130 Bütün sahələrdə – iş fəaliyyətində, təhsildə, elmi araşdırmalarda, böyük və kiçik miqyasda idarəetmədə yenilikçi addımlar 7 00:01:18,600 --> 00:01:32,260 həmişə maraqlı və gözoxşayan olur. Bu gün bu meydanda da bir çox sahələrdə yenilikçi təşəbbüslərin şahidi olduq; çox təşəkkür edirəm. 8 00:01:32,600 --> 00:01:48,130 Çox həssas və önəmli günləri yaşamaqdayıq. Bu gün bəzilərinizin bu akademiyadan məzun olması, bəzilərinizin isə paqonlarını alıb təhsilə yeni başlaması 9 00:01:48,530 --> 00:01:59,000 çox önəmli günlərə təsadüf edir: əvvəla, zihiccə ayındayıq, 10 00:02:00,260 --> 00:02:11,660 bir çox dərin mənalı məqamları ehtiva edən, Qurban və Qədir-Xum bayramlarının, Ərəfə və Mübahilə günlərinin, 11 00:02:15,200 --> 00:02:34,730 eləcə də məsum imamlardan (ə) bəzilərinin mövludunun təsadüf etdiyi bir aydır. Bu günlər eyni zamanda şəhrivər ayının sonları, Müqəddəs Müdafiə həftəsi ilə də üst-üstə düşür; 12 00:02:36,060 --> 00:02:55,600 həmçinin məhərrəm ayının, yeni hicri-qəməri ilinin, Hüseynlə (ə), şəhidliklə bağlı bir ayın, iftixar ayının başlaması ilə də şərəflidir. 13 00:02:56,660 --> 00:03:06,130 Əziz gənclər, siz rütbə və paqonlarınızı 14 00:03:07,060 --> 00:03:24,800 bax belə bir şəraitdə almağa müvəffəq olursunuz. Mən bunu xeyirə yozuram və Allah-taaladan sizə 15 00:03:25,060 --> 00:03:33,200 tutduğunuz bu fəxarətli, dünya və axirət səadətinə aparan yolda sabitqədəm olmağı arzu edirəm. 16 00:03:33,660 --> 00:03:45,860 Əzizlərim! Önəmli olan odur ki, siz tutduğunuz bu yolda 17 00:03:47,530 --> 00:03:57,460 öhdənizə düşən məsuliyyətin əhəmiyyətinə diqqət yetirəsiniz; siz ölkədə asayiş və təhlükəsizliyin, nizam-intizamın qorunmasına cavabdeh olacaqsınız. 18 00:03:57,800 --> 00:04:06,930 Asayiş və təhlükəsizlik Uca Yaradanın birinci dərəcəli nemətlərindəndir. 19 00:04:08,660 --> 00:04:17,800 Bir ölkədə asayiş və təhlükəsizlik varsa, həmin ölkədə elmi, praktiki, 20 00:04:18,330 --> 00:04:30,800 əxlaqi və humanitar tərəqqi olacaqdır. Təhlükəsizlik olmadıqda isə bunların heç biri mümkün olmur və ya çox çətin olur. 21 00:04:32,660 --> 00:04:40,400 Siz xalqımız üçün hər bir ölkə və xalqın səadətinin başlıca amili olan bu amili 22 00:04:41,860 --> 00:04:50,000 təmin etməyi qərara almısınız; çox mühüm bir məsuliyyətdir. 23 00:04:50,600 --> 00:05:06,530 İnşallah, sizin böyük əzminiz, mənəvi və fiziki imkanlarınız sizə bu məsuliyyətin öhdəsindən gəlməkdə kömək edəcək. 24 00:05:09,530 --> 00:05:23,060 Əzizlərim! Asayiş və təhlükəsizlik nə qədər önəmlidirsə, bir o qədər də düşmənlərin düşmənçilik hədəfinə çevrilir. 25 00:05:24,930 --> 00:05:38,860 Düşmənlər ədavət apardıqları ölkədə daim asayiş və təhlükəsizliyin pozulmasına çalışır. 26 00:05:40,600 --> 00:05:53,600 Bizim şeytan xislətli trans-milli düşmənlərimiz – yəni imperializm sistemi, bu sistemin başında duranlar, 27 00:05:54,330 --> 00:06:09,200 Böyük Şeytan; Amerika və havadarları – bu xalqın İslam İnqilabı ilə qələbə çaldığı ilk gündən bu ölkədə təhlükəsizliyi yox etmək məqsədini qarşıya qoyublar. 28 00:06:10,730 --> 00:06:21,860 Bizim bu 37 il ərzində üzləşdiyimiz başlıca problemlərdən biri təhlükəsizliyi qorumaq olub. 29 00:06:23,130 --> 00:06:32,460 Gənclərimiz ölkəmizdə asayiş və təhlükəsizliyi qorumaq uğrunda bütün varlığı ilə vuruşub, mübarizə aparıb; 30 00:06:34,130 --> 00:06:49,600 istər inqilabın qələbə çaldığı ilk aylarda ölkənin bəzi sərhədlərində düşmənin provokasiyası nəticəsində 31 00:06:50,330 --> 00:06:56,060 ortaya çıxan bədxah separatçılıq cəhdlərinə qarşı olsun, 32 00:06:57,860 --> 00:07:06,600 istər ondan sonra məcburən təhrik olunduğumuz və 8 il davam etmiş Müqəddəs Müdafiə savaşında olsun, 33 00:07:07,000 --> 00:07:17,930 istərsə də düşmənlərin ondan sonra bu günə qədər ölkədə asayiş və təhlükəsizliyi yox etmək üçün göstərdiyi müxtəlf səylərə qarşı. 34 00:07:19,260 --> 00:07:30,060 Silahlı qüvvələrimizdə, eyni zamanda polis qüvvələrində təmsil olunan mömin gənclərimiz 35 00:07:30,400 --> 00:07:37,600 tam rəşadət və qüdrətlə bütün bu cəhdlərin qarşısında duraraq ölkənin təhlükəsizliyini qoruyublar. 36 00:07:38,660 --> 00:07:47,060 Əziz gənclər, mənim əziz övladlarım, sizə demək istəyirəm ki, 37 00:07:47,860 --> 00:07:57,600 ölkənin dörd bir yanında daim xalqın gözü önündə olan yeganə struktur sizsiniz. 38 00:07:58,600 --> 00:08:05,600 Xalq sizin etdiyiniz xidməti, zəhmətinizi, fədakarlığınızı görür; 39 00:08:05,860 --> 00:08:17,730 şəhərlərdə, kəndlərdə, küçələrdə, sərhədlərdə, sərnişin terminallarında, 40 00:08:20,130 --> 00:08:34,060 dağlarda, çöllərdə, təhlükəli bölgələrdə – hər yerdə, ilin bütün fəsillərində polislər camaatın gözü qarşısındadır. 41 00:08:34,400 --> 00:08:47,000 Bu qədər geniş miqyasda daim xalqın gözü önündə olan ikinci bir qurumumuz yoxdur. 42 00:08:48,600 --> 00:08:59,400 Sizin güc və imkanlarınız İslam Respublikasının nüfuz və başucalığıdır. Sizin qüdrətiniz, rəşadətiniz, 43 00:08:59,730 --> 00:09:10,660 atdığınız addımlar, yerində və vaxtında hərəkətə keçməyiniz İslam Respublikası üçün qürur mənbəyidir. 44 00:09:12,930 --> 00:09:25,530 Siz hansısa qanunsuz hərəkətlə – misal üçün, narkotik maddələrlə,şəhərlərdə baş verən cinayət 45 00:09:26,130 --> 00:09:33,730 və oğruluq halları ilə, asayiş və təhlükəsizliyin pozulmasına yönəlmiş cürbəcür hərəkətlərlə üzləşərkən 46 00:09:34,530 --> 00:09:47,330 fədakarlıq edəndə və bu yolda hansısa zəhmətə qatlaşanda camaat sizin əməyinizi, sizin səylərinizi öz gözləri ilə görür. 47 00:09:48,260 --> 00:10:00,000 Siz əhalinin ehtiyacı olan təhlükəsizliyi təmin etməkdən əlavə, İslam dövlətinə də nüfuz qazandırırsınız. 48 00:10:01,600 --> 00:10:12,800 Asayiş və təhlükəsizlik hər ölkəyə nüfuz qazandıran bir amildir. Bu gün çirkin düşmən əlləri ilə 49 00:10:13,600 --> 00:10:32,600 terror toxumu səpilmiş bu təhlükəli, problem və olaylarla dolu regionda, Allaha şükürlər olsun ki, 50 00:10:32,800 --> 00:10:43,730 siz gənclər və rəsmilər bu ölkədə asayiş və təhlükəsizliyi başqalarına nümunə olacaq bir səviyyədə 51 00:10:43,730 --> 00:10:53,460 təmin etməyə müvəffəq olmusunuz; bu, son dərəcə əhəmiyyətlidir. 52 00:10:53,600 --> 00:11:04,530 Mən müxtəlif sferalarda cürbəcür cinayətkarlıq hallarına qarşı mübarizədə çəkdikləri zəhmətə görə polislərimizə təşəkkürümü bildirmək istəyirəm. 53 00:11:04,930 --> 00:11:11,330 Onların bu rolunu günbəgün daha da gücləndirmək lazımdır. Ağılla, tədbirlə iş görmək lazımdır. 54 00:11:11,660 --> 00:11:24,460 Bu akademiya ilə bağlı mənə təqdim edilən hesabatlar, həmçinin möhtərəm rəsmilərin bu gün burada səsləndirdiyi fikirlər göstərir ki, 55 00:11:25,060 --> 00:11:33,800 görülən işlər lazımlı və dəyərlidir. Elmi-tədqiqat işləri, 56 00:11:34,930 --> 00:11:47,260 praktiki məşğələlər, təlimlər – bütün bunlar lazımdır və həmişə ciddi surətdə həyata keçirilməlidir. 57 00:11:48,860 --> 00:11:58,600 Bizim İslam Respublikasına, İslam dövlətinə, Quran 58 00:11:59,400 --> 00:12:04,060 və İslam əsasında idarə olunan cəmiyyətə layiq bir polisimiz olmalıdır. 59 00:12:04,460 --> 00:12:13,730 Əlbəttə ki, o səviyyəyə çatmağımıza hələ var, amma bu məsafəni siz gənclər irəli gedib qət etməlisiniz. 60 00:12:14,400 --> 00:12:22,000 Mən bilirəm ki, siz buna qadirsiniz və Allahın köməyi ilə, bunu edəcəksiniz də. 61 00:12:23,400 --> 00:12:31,660 Birinci dərəcədə önəmli olan budur ki, insan Allah-taaladan yardım istəsin və Onunla rabitəsini kəsməsin. 62 00:12:32,400 --> 00:12:39,060 Növbəti önəmli məsələ isə xalqla səmimi münasibətdə olmaqdır; 63 00:12:40,800 --> 00:12:49,200 sahib olduğunuz güc və iqtidar xalqa qarşı sevgi və səmimiyyətlə paralel olmalıdır. 64 00:12:50,600 --> 00:12:57,400 Qanunun aliliyinə hörmətlə yanaşmaq da olduqca əhəmiyyətlidir; qanunsuz heç bir iş görülməməlidir. 65 00:12:58,330 --> 00:13:08,530 Və ən nəhayət, qanunun icrasında ürəkli və cəsur olmaq önəmlidir; 66 00:13:08,860 --> 00:13:18,530 qanun olan yerdə heç kimi və heç nəyi nəzərə almayın; ürəklə, cəsarətlə işə başlayıb, 67 00:13:19,460 --> 00:13:24,330 qanunla sizin öhdənizə qoyulmuş vəzifəni yerinə yetirin. 68 00:13:25,530 --> 00:13:34,000 Qanunu pozmaq olmaz, qanunu icra edərkən də heç vaxt şübhə və tərəddüdə yol vermək, o tərəf-bu tərəfini düşünmək lazım deyil. 69 00:13:34,460 --> 00:13:44,060 O yerdə ki qanun var, onu icra etmək lazımdır. Bu gün xalqların 70 00:13:44,600 --> 00:13:52,860 və ölkələrin əsas problemi də elə bundadır ki, öz dini, vicdani, 71 00:13:53,000 --> 00:13:58,860 məntiqi və insani vəzifələrini yerinə yetirməkdə şübhə və tərəddüdə qapılırlar. 72 00:13:59,130 --> 00:14:09,660 əhlükəsizlik barədə danışarkən sizə onu da deyim ki, məsələnin bir tərəfi ölkə daxilində asayiş və təhlükəsizliyin təmin olunmasıdırsa, digər bir tərəfi də regionda təhlükəsizlikdir. 73 00:14:10,400 --> 00:14:16,460 Bu gün regionumuzda asayiş və təhlükəsizlik yoxdur. Bu, nəyin nəticəsidir? 74 00:14:18,600 --> 00:14:32,000 Əvvəla, imperialist dövlətlərin şeytani müdaxiləsinin və şər əməllərinin; Amerika və sionizmin müdaxiləsinin. 75 00:14:33,460 --> 00:14:45,600 Regiona nüfuz etmək, öz qanunsuz mənafelərini təmin etmək, xalqları əzmək, 76 00:14:46,400 --> 00:14:55,860 iqtidar və rəşadətlərini yox etmək üçün hər vasitədən istifadə edirlər: bir gün İŞİD-i ortaya çıxarırlar, 77 00:14:56,800 --> 00:15:03,330 müqavimət qüvvələrinin, mömin gənclərin əzmi sayəsində 78 00:15:05,730 --> 00:15:16,660 İŞİD və onun kimilər son nəfəsini çəkməyə başlayanda isə başqa çirkin yollara əl atırlar. Hazırda Amerikanın planı budur. 79 00:15:19,130 --> 00:15:31,600 Bir yoldan ümidini üzən kimi, başqa bir yola əl atır. Əlbəttə, Allahın köməyi ilə, İran xalqı, İran gəncləri, 80 00:15:32,200 --> 00:15:39,530 regionda qəlbi Quran və İslam şüarları ilə döyünərək müqavimət göstərən gənclər 81 00:15:40,060 --> 00:15:45,260 imperializmin əlaltılarının burnunu bundan sonra da ovub onları məğlub edəcək. 82 00:16:01,930 --> 00:16:17,060 Bu gün regionumuz üçün son dərəcə önəmli olan odur ki, buradakı dövlətlər və xalqlar özlərində güc və bacarıq hiss etsinlər 83 00:16:17,730 --> 00:16:23,060 və Allahın neməti olan bu gücü işə salsınlar; 84 00:16:23,530 --> 00:16:36,660 belə olduğu zaman regionumuza nüfuz etməyə çalışan bədxah, tamahkar düşmən geri çəkilməyə məcbur olacaq. 85 00:16:37,730 --> 00:16:42,260 Yox əgər biz hərəkət etməsək, düşmən irəli gələcək. 86 00:16:43,600 --> 00:16:51,860 İmperializmin başında duranların həyasızlığına bax! 87 00:16:52,730 --> 00:17:04,930 Elə o nüvə danışıqları, BKTP adlanan nüvə anlaşması məsələsində hər gün bir yamanlıq, 88 00:17:06,930 --> 00:17:21,130 bir şeytanlıq edərək, İmam Xomeyninin (r.ə) özünün “Amerika böyük Şeytandır!” deyimində nə qədər haqlı olduğunu sübut edirlər. 89 00:17:21,930 --> 00:17:29,060 Həqiqətən də, şeytanların ən xəbisi ABŞ administrasiyasıdır. 90 00:17:30,460 --> 00:17:36,000 Əziz gənclər, bilin ki, 91 00:17:37,060 --> 00:17:41,800 sanksiyalar məsələsi tamamilə aydın və həllini tapmış bir məsələdir. 92 00:17:43,060 --> 00:17:57,060 İran xalqı nüvə fəaliyyətini yalnız ölkəsinin sülhməramlı ehtiyacları naminə həyata keçirib və bu gün də bu işlə məşğuldur. 93 00:17:58,930 --> 00:18:14,000 Önümüzdəki bir neçə ildə bizim nüvə imkanlarından, 94 00:18:14,460 --> 00:18:22,530 nüvə enerjisindən istifadə olunaraq əldə ediləcək minimum 20 min meqavat elektrik enerjisinə ehtiyacımız var. 95 00:18:23,860 --> 00:18:35,260 Mütəxəssislərimizin hesablamalarına görə, qeyri-nüvə texnologiyaları ilə əldə olunan elektrik enerjisindən əlavə, 96 00:18:35,730 --> 00:18:47,930 AES-lərdə 20 min meqavat enerji istehsal olunmalıdır. 97 00:18:49,130 --> 00:18:56,200 Elə buna görə də İslam Respublikası bu istiqamətdə elmi və praktiki addımlar atıb; 98 00:18:57,660 --> 00:19:10,130 qanuni, dürüst, heç bir ölkə və xalq üçün heç bir zərəri olmayacaq, təhlükəsiz bir işdir. 99 00:19:12,200 --> 00:19:23,930 Bu xalqın, eləcə də bütün başqa xalqların elmi inkişafından narahat olan, 100 00:19:25,460 --> 00:19:36,330 xalqların inkişafına (istər elmi, istər praktiki, istərsə də iqtisadi inkişafına) imkan verməyən ABŞ isə 101 00:19:37,000 --> 00:19:47,330 İslam Respublikasının bu qanuni və düzgün davranışının müqabilində ölkəmizə zülmkar sanksiyalar tətbiq edib. 102 00:19:47,860 --> 00:19:56,330 Ölkəmizin rəsmiləri bu nəticəyə gəlmişdi ki, sanksiyaların qaldırılması üçün danışıqlara gedərək 103 00:19:56,730 --> 00:20:03,860 bu haqlarının bir hissəsindən keçsinlər; və elə belə də etdilər. 104 00:20:05,130 --> 00:20:19,460 Bu gün bütün qərarlara, bütün öhdəliklərə, aparılmış uzun-uzadı müzakirələrə rəğmən, 105 00:20:20,060 --> 00:20:30,200 ABŞ hökuməti bu danışıqlara və onların nəticəsinə tamamilə zalımcasına, ağayana, hegemon yanaşır. 106 00:20:32,200 --> 00:20:44,330 Bəs İran xalqı düşmənin bu ədavətli davranışları qarşısında nə etməlidir? Rəsmilər nə etməlidir? 107 00:20:47,060 --> 00:20:58,400 Rəsmilər korrupsioner ABŞ rejiminin başında duranlara sübut etməlidirlər ki, 108 00:20:58,860 --> 00:21:05,660 öz xalqına arxalanırlar, bu xalq isə qüdrətli bir xalqdır; 109 00:21:06,860 --> 00:21:12,130 sübut etməlidirlər ki, İslam dininin bərəkəti sayəsində 110 00:21:12,530 --> 00:21:19,330 İran xalqı zorakılığa tabe olub, super-dövlətlərin qarşısında boyun əyməyəcək. Bunu nümayiş etdirməli, sübuta yetirməlidirlər. 111 00:21:22,200 --> 00:21:35,660 Amerikalılar bilməlidirlər ki, İran xalqı öz şərəfli və güclü mövqeyindən geri çəkilməyəcək. 112 00:21:36,530 --> 00:21:48,530 Ölkənin milli mənafeyi ilə əlaqəli mühüm məsələlərdə İran İslam Respublikası üçün “geri çəkilmək” sözü yoxdur. 113 00:21:50,130 --> 00:22:01,000 Biz qüdrətlə irəliləməyə davam edəcəyik. Düşmən bunu hiss etməli və bilməlidir ki, 114 00:22:01,930 --> 00:22:11,400 onun hegemonluğu və təkəbbürlü davranışları başqa harada effekt versə də, İran İslam Respublikasında heç bir effekt verməyəcək. 115 00:22:29,200 --> 00:22:44,130 İran İslam Respublikası qəddini dik tutaraq qüdrətli bir şəkildə durub və başqa xalqlara ilham verdiyinə görə bunların düşmənçiliyinin daha çox hədəfinə çevrilir. 116 00:22:45,600 --> 00:22:58,060 Korrupsioner, yalançı və hiyləgər ABŞ rəsmiləri xəcalət çəkmədən, 117 00:22:58,460 --> 00:23:05,930 həyasızcasına İran xalqını və İran İslam Respublikasını yalan danışmaqda ittiham edirlər. 118 00:23:07,400 --> 00:23:16,330 İran xalqı bu günə qədər dürüst olub, dürüst davranıb, dürüstlüklə irəli gedib, 119 00:23:17,330 --> 00:23:27,660 sədaqətlə Allahın yolunu seçib və Allahın köməyi ilə, bu yolu sona qədər də dürüstlük və sədaqətlə davam etdirəcək. Yalançı sizsiniz; 120 00:23:27,930 --> 00:23:44,000 yalançı olan imperializmin başında duranlardır; yalançı o kəslərdir ki, heç bir xalqı xoşbəxt görməyə gözləri yoxdur 121 00:23:44,800 --> 00:23:53,530 və öz qanunsuz mənafelərini nəyin bahasına olursa-olsun, başqalarının mənafeyini tapdalamaqla belə olsa, təmin etmək istəyirlər; 122 00:23:53,530 --> 00:24:02,930 yalançı və saxtakar onlardır. İran xalqı möhkəm durub, 123 00:24:03,400 --> 00:24:15,600 bunu bilsinlər; BKTP məsələsində imperializmin istənilən yanlış hərəkəti İslam Respublikasının reaksiyası ilə qarşılanacaq. 124 00:24:33,330 --> 00:24:45,330 Regionda təhlükəsizliyin nə qədər əhəmiyyətli olduğu burada hiss olunur; regionda olmayan asayiş və təhlükəsizlik, Allaha şükürlər olsun ki, ölkəmizin daxilində var 125 00:24:46,000 --> 00:24:53,130 və bu, siz mömin gənclərin, habelə səlahiyyətli qurumların rəsmilərinin 126 00:24:53,400 --> 00:25:00,400 bu istiqamətdəki gərgin əməyinin nəticəsidir. Ümidvaram, Allah-taala da sizə yardım edəcək. 127 00:25:00,800 --> 00:25:09,730 Əsas məsələ həssas nöqtələri, zəif məqamları araşdırıb üzə çıxarmaqdır. 128 00:25:09,800 --> 00:25:18,600 Misal üçün, yollarda baş verən yol-nəqliyyat hadisələri. Bu hadisələrin qarşısının alınmasında 129 00:25:19,060 --> 00:25:24,460 yol polisinin payı nə qədərdir? Bunu araşdırmaq lazımdır. 130 00:25:25,000 --> 00:25:35,200 Əlbəttə ki, burada cürbəcür amillərin və müxtəlif qurumların da payı var; polis qüvvələrinin, Nəqliyyat Nazirliyinin, 131 00:25:35,460 --> 00:25:42,200 digər müxtəlif sənaye strukturlarının bu olaylarda payı nə dərəcədədir; elə etməliyik ki, 132 00:25:42,530 --> 00:25:52,260 əziz camaatımız bu cür faciəli, kədərli hadisələri yaşamasın. 133 00:25:52,930 --> 00:26:01,130 Və ya sərhədlərin qorunması, narkotik maddə qaçaqmalçılığı, narkotik istifadəçiləri, 134 00:26:01,330 --> 00:26:06,260 narkotik maddələri satan və yayan şəxslərlə bağlı görülən işlər, 135 00:26:06,600 --> 00:26:16,130 cinayətkarlığa qarşı mübarizə. Polis qüvvələrinin, Allaha şükürlər olsun ki, müxtəlif sahələrdə qüdrətlə həyata keçirdiyi işləri 136 00:26:16,400 --> 00:26:25,060 mümkün qədər dəqiq, intensiv, ardıcıl və kompleks şəkildə inkişaf etdirmək lazımdır. 137 00:26:25,060 --> 00:26:29,930 Möhtərəm dövlət rəsmiləri də polis qüvvələrinə kömək etməlidir. 138 00:26:30,260 --> 00:26:37,860 Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, bu əziz gəncləri öz yolunda sabitqədəm et. 139 00:26:39,400 --> 00:26:53,000 Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, özünün xüsusi lütf və inayətini bu əziz gənclərə əta et. 140 00:26:54,730 --> 00:27:08,400 Pərvərdigara! Bu gənclərə, onların, eləcə də silahlı qüvvələrin digər müxtəlif qoşun növlərinin başçı və komandirlərinə öz xüsusi inayətini nəsib et. 141 00:27:09,600 --> 00:27:14,130 İmam Mehdi Sahibəz-zamanın müqəddəs qəlbini bunlardan razı et; 142 00:27:15,000 --> 00:27:18,330 şəhidlərimizin pak ruhlarını bunlardan razı və məmnun et. 143 00:27:19,460 --> 00:27:22,460 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.