1 00:00:00,570 --> 00:00:03,310 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:05,600 --> 00:00:14,910 الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد 3 00:00:26,050 --> 00:00:36,800 و علي آله الاطيبين الاطهرين المنتجبين الهداة المهدييّن سيّما بقيّة‌الله في الارضين 4 00:00:37,820 --> 00:00:51,370 Bugünkü görüşümüz şəhadətin rayihəsinə büründüyü üçün çox xoş, ürəkaçan bir görüşdür. 5 00:00:52,850 --> 00:01:06,280 Şəhid ailələrinin hamısı burada deyil, amma əziz şəhidlərimizdən bir qrupunun – 6 00:01:07,080 --> 00:01:15,820 istər müqəddəs ziyarətgahları qoruyanlar olsun, istər sərhədçilər, istər Ordunun quru qüvvələrindən şəhid olmuş hərbçilər, 7 00:01:16,280 --> 00:01:35,710 istər Keşikçi Korpusun şəhidləri, istərsə də şəhid polislərimiz – ailə üzvləri olaraq sizlər bura toplaşdığınıza görə bu gün hüseyniyəmiz başdan-başa şəhadətin rayihəsi ilə doludur. 8 00:01:39,020 --> 00:01:53,370 Şəhidlik çox qəribə, heyrətamiz, dərin bir anlayışdır. 9 00:01:54,280 --> 00:02:13,080 Şəhidlik Allah-taala ilə sövdələşmək deməkdir; Uca Yaradanla ikitərəfli surətdə və heç bir nigaranlıq olmadan edilən bir sövdədir; 10 00:02:13,080 --> 00:02:19,200 satılan mal da məlumdur, qiyməti də. 11 00:02:20,620 --> 00:02:35,480 Bu sövdədə satılan mal candır. Can bu maddi dünyada hər bir insanın əsas sərmayəsidir; 12 00:02:35,820 --> 00:02:44,910 mal budur; insan bu malı təqdim edir. 13 00:02:45,940 --> 00:02:53,820 Bəs qarşılığında nə alır? Qarşılığında Allahın ən üstün nemətləri içərisində 14 00:02:54,450 --> 00:03:02,050 əbədi həyat və səadət qazanır. 15 00:03:03,480 --> 00:03:12,050 İnsanın şəhid olarkən əldən verdiyi bu mal onsuz da qalıcı bir şey deyil; 16 00:03:13,370 --> 00:03:28,280 isti yay günü: “Ay camaat, gəlin alın, yoxsa mayam da əldən gedəcək!” – 17 00:03:28,280 --> 00:03:37,080 deyə müştəri səsləyən buzsatanın satdığı buza bənzəyir; 18 00:03:37,420 --> 00:03:48,110 belədir də. İndi hər evdə buz var, amma keçmişdə buzu bazardan alardıq. 19 00:03:49,310 --> 00:04:02,110 Buzsatanlar buzu həsir kisələrdə-filanda saxlayardılar ki, əriməsin, camaat gəlib alsın. 20 00:04:02,110 --> 00:04:14,280 Alınmayanda nə olurdu? Buza müştəri tapılmayanda nə baş verirdi? Buz əriyib suya dönərək axıb gedirdi. 21 00:04:15,370 --> 00:04:26,970 Əriyib məhv olası bir malı gəlib sizdən alan müştəri çox dəyərli bir müştəridir. 22 00:04:29,770 --> 00:04:38,340 Bizdə olan bu can da həmin o buza bənzəyir. Damcı-damcı əriyərək yox olub gedir də, elə deyilmi? 23 00:04:39,420 --> 00:04:49,540 Damcı-damcı qurtarır. Hər ötən gün o sona, 24 00:04:49,540 --> 00:04:58,570 yəni məzara yaxınlaşırıq; ömür günbəgün əldən gedir. İndi nə qədər çəkəcək, onu heç kim bilmir. 25 00:04:58,910 --> 00:05:07,480 Bəzilərinin sonu 40 yaşında gəlir, bəzilərininki 50 yaşında, bəzilərininki 80 yaşında; nəticə etibarilə, nə vaxtsa bitir. 26 00:05:07,480 --> 00:05:18,510 Geci-tezi var, özünü oda-közə vurmaqla deyil; nə vaxtsa tamamlanır. İndi təsəvvür edin ki, satsanız da, satmasanız da, 27 00:05:18,510 --> 00:05:26,680 məhv olub gedəsi bu malınız üçün bir müştəri tapılıb deyir ki, bunu alıram, 28 00:05:28,050 --> 00:05:36,220 özü də ən yüksək qiymətə. O yüksək qiymət nədir? Behişt. 29 00:05:37,140 --> 00:05:44,800 Gözəl səsli, dəyərli qaremizin az öncə tilavət etdiyi o ayədə də deyilirdi ki: 30 00:05:45,140 --> 00:05:53,710 “Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Cənnət müqabilində satın almışdır”. (“Tövbə” surəsi, 111-ci ayədən) 31 00:05:55,080 --> 00:06:00,850 Bu malı sizdən alırlar ki, əvəzində Behişti versinlər. 32 00:06:01,200 --> 00:06:06,680 “Allah yolunda vuruşub öldürən və öldürülən”. (“Tövbə” surəsi, 111-ci ayədən) 33 00:06:07,370 --> 00:06:14,110 Yəni əgər Allah yolunda cihad edib mübarizə aparırsansa, o demək deyil ki, 34 00:06:14,570 --> 00:06:20,280 gedib canını düşmənə ikiəlli təqdim edib: “Vur öldür!” – deyirsən. Yox, sən də ona zərbə endirirsən. 35 00:06:21,200 --> 00:06:33,370 Sərhəddə şəhid olmuş o sərhədçilərimiz ondan qabaq dəfələrlə düşmənə zərbələr endirib, 36 00:06:33,650 --> 00:06:41,540 sərhədlərimizi pozmasının qarşısını alıb, təxribatçı planlarını puç edib; 37 00:06:42,740 --> 00:06:52,110 xarici ölkələrdə müqəddəs ziyarətgahları İŞİD-dən qoruyaraq şəhid olmuş o gənclərimiz 38 00:06:52,450 --> 00:07:03,420 şəhid olduğu günə qədər İŞİD yaraqlılarına yüzlərlə zərbə endirib, qarşılarını alıb, məqsədlərini puç edib, 39 00:07:04,000 --> 00:07:07,540 atalarına od vurub, indi də şəhid olub. 40 00:07:07,880 --> 00:07:10,510 “فَيَقتُلونَ وَ يُقتَلُون”– 41 00:07:10,850 --> 00:07:14,800 öldürürlər, sonra isə özləri həlak olur. 42 00:07:16,340 --> 00:07:29,080 “وَعدًا عَلَيه” – Bu bir ilahi vəddir. “Sizdən bu malı Behişt qiymətinə alarıq” deyərkən 43 00:07:29,770 --> 00:07:40,570 Allah-taala özü sizə vəd verir. Behişt əbədi səadət deməkdir; 44 00:07:40,740 --> 00:07:47,250 elə bir səadət ki, o daha damcı-damcı əriyib suya dönən o buz kimi deyil. 45 00:07:47,650 --> 00:07:55,310 O varlıq əbədidir, həmişəlikdir; o həzz, o nemət həmişəlikdir. 46 00:07:55,880 --> 00:08:04,510 Yox olub aradan gedəsi bu canı sizdən belə bir qiymətin qarşılığında satın alırlar, götürürlər. 47 00:08:05,020 --> 00:08:15,370 Bu vəd Allahın vədidir. Bu, Allah-taalanın sizə verdiyi haqq vəddir; 48 00:08:16,110 --> 00:08:23,080 özü də təkcə sizin dininizə aid deyil. Uca Yaradan bu vədi Qurandan əvvəlki səmavi kitablarda da verib: 49 00:08:23,480 --> 00:08:30,570 “Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnətin müqabilində”. (“Tövbə” surəsi, 111-ci ayədən) 50 00:08:32,050 --> 00:08:35,710 Şəhadət budur. Ardınca isə buyurur: 51 00:08:35,710 --> 00:08:38,400 “Allahdan daha çox əhdə vəfa edən kimdir?”(“Tövbə” surəsi, 111-ci ayədən) 52 00:08:38,620 --> 00:08:44,850 Kim öz əhdinə Allahdan daha vəfalı ola bilər? 53 00:08:45,820 --> 00:08:56,680 Bu vədi verən ona sadiq olacaq. Odur ki şəhidlik belə bir anlayışdır. Zahirinə baxanda 54 00:08:57,370 --> 00:09:05,820 kədərli, ağrılı görünür; insanın atasının, anasının, övladının, həyat yoldaşının 55 00:09:05,820 --> 00:09:14,510 ürəyinə dağ çəkilir, doğmaları kədərə qərq olur; zahiri budur. Bəs mahiyyəti nədir? 56 00:09:15,370 --> 00:09:23,600 Mahiyyəti onsuz da zay olub gedəcək, qalıcı olmayan bir malı 57 00:09:24,280 --> 00:09:32,620 həddən artıq yüksək bir qiymətə satmaqdır. 58 00:09:32,620 --> 00:09:43,420 Mən elə köhnədən dostlarımızla söhbətlərimizdə, çıxışlarımda və sairdə həmişə demişəm ki, şəhidlik ticarətsayağı bir ölümdür; 59 00:09:44,400 --> 00:09:50,220 yəni burada zirəklik, diribaşlıq var. 60 00:09:50,740 --> 00:09:59,710 Allah-taala şəhid olan insanlara ən böyük, ən yüksək lütfü göstərir. Şəhidlik budur. 61 00:10:01,480 --> 00:10:11,880 Sizlər şəhid ailələrisiniz, təbii ki, dərdlisiniz; 62 00:10:13,200 --> 00:10:25,650 övladınızı, qardaşınızı, atanızı, həyat yoldaşınızı itirmisiniz. Əzizlərinizdir, onları sevirsiniz, 63 00:10:26,220 --> 00:10:34,800 aydındır ki, qəlbi dağlısınız; buna əsla şübhə ola bilməz. Amma başınıza gələn bu müsibətə bu baxımdan yanaşsanız, 64 00:10:35,370 --> 00:10:44,970 görərsiniz ki, siz də udmusunuz. Nəyə görə? Ona görə ki 65 00:10:45,650 --> 00:10:52,280 Allahın dərgahına ucalaraq yüksək bir məqama nail olmuş əziziniz sizin üçün şəfaətçi ola bilər; 66 00:10:53,540 --> 00:11:08,050 Bərzəxdə, Qiyamətdə rol oynaya bilər. 67 00:11:10,340 --> 00:11:18,740 Elə indi, bu dünyada da şəhidlərlə daha sıx ünsiyyətdə olan, 68 00:11:19,650 --> 00:11:25,080 həyatda üzləşdiyi problemlərlə bağlı şəhidlərə təvəssül edən bəzi şəxslər onlardan cavab alır. 69 00:11:25,480 --> 00:11:32,340 Şəhid ailələrinin bioqrafiyasını oxuyanda belə hallara tez-tez rast gəlirik ki, 70 00:11:33,370 --> 00:11:42,740 şəhid ataları, şəhid yoldaşları, şəhid anaları hansısa bir problemlə üzləşdiyi zaman öz şəhid yaxınından kömək istəyiblər, 71 00:11:43,080 --> 00:11:49,420 “Sənin əlin bizdən uzundur, sən bunu etməyə qadirsən, bizə kömək et” – deyiblər və o da kömək edib. 72 00:11:51,710 --> 00:11:59,820 Bərzəxdə də eynilə bu cürdür. Hamınız bir gün gedəcəksiniz; dünyanı tutub qalası deyilsiniz ki; hamımız bir gün gedəcəyik. 73 00:12:00,340 --> 00:12:09,540 O Bərzəx, o dalan, o vadi bizi də gözləyir, biz də bir gün gedib ora çıxacağıq. 74 00:12:10,340 --> 00:12:20,570 Oranın çətinlikləri, sıxıntıları çoxdur. O yerdə insanın köməyinə çata biləcək 75 00:12:22,340 --> 00:12:31,080 bir şəfaətçisi olması çox dəyərli bir şeydir. Sizin şəhid yaxınlarınız da sizin şəfaətçiniz olacaq. 76 00:12:33,310 --> 00:12:40,400 Əlbəttə ki, mənim şəhid ailələri ilə bağlı deyəsi sözüm çoxdur, bu günə qədər də çox danışmışam, 77 00:12:41,080 --> 00:12:52,170 amma yenə də çox şeylər demək istəyirəm. Şəhid ailələrinin məsələsi təkcə bundan ibarət deyil ki, 78 00:12:53,020 --> 00:13:01,770 onların bir üzvü Haqq yolunda şəhid olub; onların səbrinin özü dəyərli bir dağdır. 79 00:13:02,170 --> 00:13:12,400 Şəhid atasının, şəhid anasının, şəhid yoldaşının, şəhid övladının bu müsibətə səbir etməsinin özü 80 00:13:13,540 --> 00:13:18,910 çox yüksək bir dəyərdir; çox yüksək. 81 00:13:19,710 --> 00:13:25,770 “Onları Allahın salavatı (bağışlanma və rəhməti) gözləyir”. (“Bəqərə” surəsi, 157-ci ayədən) 82 00:13:26,800 --> 00:13:38,910 Allahın sizə salavat göndərəcəyinə inanırsınızmı? Allah-taala sizə salavat göndərir! 83 00:13:40,800 --> 00:13:49,020 Şəhid ailəsi olan sizlər bu müsibətə səbir edib 84 00:13:49,650 --> 00:13:57,770 Allaha şükür edəndə, Allaha xatir bu kədərə dözümlü yanaşanda 85 00:13:58,280 --> 00:14:10,680 yerin-göyün, varlıq aləminin maliki, izzət və calal sahibi olan uca Allah bu səbrinizə görə sizə salavat göndərir. 86 00:14:12,800 --> 00:14:23,820 Bunlar dəyərli şeylərdir; biz bu anlayışları düzgün dərk etməliyik. Bu anlayışlar bizim varlığımızda 87 00:14:24,450 --> 00:14:29,600 heyrətamiz bir güc yaradır, bizi bir çox böyük işlərə hazırlayır. 88 00:14:29,940 --> 00:14:39,820 Düşmənlər bizi bu anlayışlardan məhrum etməyə çalışır. O muzdur qələm sahiblərindən bəziləri – 89 00:14:40,570 --> 00:14:47,770 hansılar ki, Allahın övliyaları əvəzinə, xaricilərə xoş gəlməyə çalışır – 90 00:14:48,050 --> 00:14:55,480 bəzi qəzetlərdə və internet saytlarında müəyyən yazılar yazır, fikirlər paylaşırlar. 91 00:14:57,370 --> 00:15:08,400 Belələri nə etdiyini anlamır. Şəhidlik, Allah yolunda cihad, bu şeylərə səbir etmək 92 00:15:09,080 --> 00:15:24,570 çox böyük anlayışlardır. Bunlar bir müsəlman toplumunun gündəlik həyatına təsir göstərir. Qardaşlar, bacılar! İslam İnqilabını qoruyub saxlayan da bu anlayışlar olub. 93 00:15:25,540 --> 00:15:36,000 Bu inqilab və nəticədə yaranmış hökumət quruluşu əvvəldən çox sərt düşmənçiliklə üzləşib. 94 00:15:36,280 --> 00:15:41,080 Siz Amerikada yenicə hakimiyyətə gəlmiş o kişinin hərzə-hərzə danışdıqlarına baxmayın; 95 00:15:41,540 --> 00:15:47,650 bunlar yeni deyil, əvvəldən olub, ara-sıra danışıqları, tonları dəyişir. 96 00:15:48,220 --> 00:15:56,170 İlk gündən bu günə qədər İslam Respublikası əleyhinə bu cür mənasız təhdidlər olub; 40 ilə yaxındır. 97 00:15:56,450 --> 00:16:06,050 Heç bir qələt də edə bilməyiblər. Bu fidanı 98 00:16:06,220 --> 00:16:17,310 heç torpağın üzərində nazik bir çubuq olduğu vaxt çıxarıb kənara ata bilmədilər, indi artıq köklü-köməcli, qol-budaqlı bir ağaca çevrilib; daha indi qazıyıb ata bilərlərmi? Qələt edirlər. 99 00:16:40,620 --> 00:16:48,620 “İslam Respublikasını dəyişmək istəyirik” – deyirlər. Siz bunu nə vaxt istəməmisiniz ki?! 100 00:16:49,540 --> 00:16:56,570 Həmişə istəmisiniz, həmişə də başınız daşa dəyib, burnunuz ovulub. 101 00:16:57,020 --> 00:17:07,540 Bundan sonra da elə belə olacaq. Bunlar İran xalqını tanıya bilməyiblər. İran xalqını bu anlayışlar qoruyub. 102 00:17:07,820 --> 00:17:13,020 Amerikada təzəlikcə hakimiyyətə gələnlər 103 00:17:14,340 --> 00:17:21,310 “bıçaqgəzdirənlər” aləminə yeni daxil olan adamlar kimi 104 00:17:21,710 --> 00:17:27,880 nə etdiklərini bilmirlər (üstündə bıçaq gəzdirməyə təzə-təzə başlayan naşı, təcrübəsiz adamlar da yeri gəldi-gəlmədi hara çatdılar, bıçaq çıxarırlar). 105 00:17:28,340 --> 00:17:35,420 Ağızlarının üstündən bir yumruq dəyənə qədər; yumruq dəyəndən sonra başa düşürlər ki, haqq var, hesab var. 106 00:17:36,620 --> 00:17:45,250 Bunlar İslam Respublikasını, İran xalqını, İslam Respublikasının rəsmilərini tanıya bilməyiblər. 107 00:17:45,600 --> 00:17:56,620 İran xalqı ilk gündən bu günə qədər bu cür hiyləgər planlarla, bu cür sözlərlə qarşılaşmış bir xalqdır. 108 00:17:57,140 --> 00:18:03,600 Onlar həmişə İran xalqına sillə vurmaq istəyib, amma əksinə olub, İran xalqı onlara sillə vurub. 109 00:18:06,110 --> 00:18:17,370 İslam Respublikasını məhv etmək istəyiblər, amma bu arzunun həsrətində özləri bir-bir qəbrə gediblər. 110 00:18:17,940 --> 00:18:29,480 Görün inqilabın əvvəlindən indiyə qədər İslam Respublikasının məhvini arzulayan 111 00:18:31,200 --> 00:18:43,940 və nakam qalıb bu arzusu ürəyində Cəhənnəmin dibinə vasil olanların sayı nə qədərdir! İslam Respublikası qüdrətlə öz ayaqları üzərində durub, 112 00:18:44,620 --> 00:18:54,110 bundan sonra da belə olacaq. Qoy bunu hamı bilsin – həm düşmənlər, həm səmimi dostlar, 113 00:18:54,570 --> 00:19:00,450 həm də ara-sıra ürəyinə şübhə düşən dostlar – bilsinlər ki, 114 00:19:00,680 --> 00:19:08,740 İslam Respublikası möhkəm dayanıb. Bilin ki, onlar bizə sillə vura bilməyəcəklər, biz onlara sillə vuracağıq. 115 00:19:48,910 --> 00:20:01,600 Özü də burada maddi-texniki imkanlar rol oynamır; maddi-texniki imkanlar əsas, həlledici rola malik deyil. 116 00:20:02,570 --> 00:20:12,910 Əsas başqa şeydir; əsas olan mənəvi güc və imkanlardır, sarsılmaz əzm və iradədir, 117 00:20:14,050 --> 00:20:23,940 xalqın hər bir nümayəndəsini mənəvi-psixoloji cəhətdən möhkəmləndirməyin yollarıdır, 118 00:20:25,540 --> 00:20:37,020 dünyada sionistlər və onlar kimiləri tərəfindən qəsdən genişləndirilən 119 00:20:37,310 --> 00:20:43,770 bu qeyri-adi fəsad və əxlaqsızlıq burulğanı qarşısında ölkəmizin gəncləri kimi haqq yolda – 120 00:20:44,170 --> 00:20:48,740 “sirati-müstəqim”də möhkəm duran gənclər yetişdirə bilməkdir. 121 00:20:49,480 --> 00:21:00,910 İslam Respublikası, İslam hakimiyyəti, İslam dövləti belə gənclər yetişdirməyə qadirdir və yetişdirib də; bu gün onlar var. 122 00:21:03,600 --> 00:21:14,570 İslam Respublikasının gücü budur; heç bir maddi güc bu gücün qarşısında dura bilməz. 123 00:21:16,850 --> 00:21:19,080 Bu gücün dayağı olan ruh, psixologiya isə məhz bu şəhadət ruhu, şəhadət psixologiyasıdır. 124 00:21:19,080 --> 00:21:26,280 Əlbəttə ki, bütün bu sözlərlə yanaşı, bizim şəhidlərimizin dəyərini də açıqlamaq lazımdır. 125 00:21:27,250 --> 00:21:55,200 Əgər müqəddəs ziyarətgahları müdafiə edən şəhidlərimiz olmasaydı, bu gün biz ölkəmizin şəhərlərində Əhli-Beytin (ə) və şiəliyin düşməni olan murdar 126 00:21:55,460 --> 00:22:01,330 və fitnəkar ünsürlərlə vuruşmalı olardıq. Düşmənin planı bu idi; 127 00:22:02,000 --> 00:22:13,260 İraqda olduqları zaman ölkənin şərqində İslam Respublikası ilə qonşu və həmsərhəd olan 128 00:22:14,330 --> 00:22:26,460 bölgələrə doğru yerləşməyə çalışırdılar; bizimlə həmsərhəd olan rayonlara gəlib çatmağa səy göstərirdilər; 129 00:22:27,400 --> 00:22:33,860 qarşıları alındı, ağızlarının üstündən vuruldu, darmadağın edildilər, atalarına od vuruldu, 130 00:22:35,530 --> 00:22:42,660 indi isə ümumiyyətlə ortadan yığışdırılırlar, yox olub gedirlər. Eynilə Suriyada da; 131 00:22:43,200 --> 00:22:56,060 əgər bizim dəyərli komandanlarımızın həyata keçirdiyi işlər olmasaydı, 132 00:22:56,060 --> 00:23:04,400 bayaq çıxış edən əziz Əhli-Beyt (ə) məddahımızın da dediyi kimi, indi ətrafda hər yerdə bunlarla vuruşmalı olacaqdıq; 133 00:23:05,530 --> 00:23:10,600 öz şəhərlərimizdə, öz küçələrimizdə bunlarla mübarizə aparmalı olacaqdıq. 134 00:23:11,260 --> 00:23:18,660 Bu gün ölkəmizdə mövcud olan təhlükəsizliyin önəmli bir hissəsini məhz müqəddəs ziyarətgahları qoruyan o hərbçilərimizə borcluyuq. 135 00:23:21,660 --> 00:23:33,660 Təhlükəsizliyin digər bir önəmli hissəsini isə sərhədçilərimizə borcluyuq; 136 00:23:34,730 --> 00:23:41,930 istər sərhəd bölgələrində yerləşdirilmiş polis qüvvələri olsun, 137 00:23:42,930 --> 00:23:52,330 istər Keşikçi Korpusun quru qüvvələri, istərsə də sərhəddə xidmət edən, gecə-gündüz var-gəl edib çalışan digər qüvvələr. 138 00:23:52,600 --> 00:24:03,460 Bu, onların əməyinin bərəkətidir. O yazıq uşaqlar heç gözə də dəymirlər; siz evinizdə oturmusunuz, sərhəddən nə xəbəriniz var? 139 00:24:04,200 --> 00:24:14,130 Oğlunuzu, qızınızı məktəbə göndərirsiniz, geri qayıdacaqlarına arxayınsınız, heç bir nigarançılığınız yoxdur. Özünüz işə gedib-gəlirsiniz, heç bir nigarançılıq keçirmirsiniz. 140 00:24:14,660 --> 00:24:25,460 Parka gedib rahatca oturursunuz, heç nədən nigaran olmursunuz. Yolla gedirsiniz, nigaran deyilsiniz. Təhlükəsizliyiniz sarıdan nigaran deyilsiniz, təhlükəsiz bir şəraitdə yaşayırsınız. 141 00:24:25,730 --> 00:24:38,260 Sərhəddə durub düşmənin ölkəyə keçməsinin qarşısını alanların nələr çəkdiyini haradan biləsiniz? 142 00:24:39,530 --> 00:24:50,600 Adi camaatın bundan xəbəri olmur; onlar məzlumdur. Şəhid olmuş sərhəd qulluqçularımız məzlumdur; istər cənub-şərq sərhədlərimizdə, 143 00:24:51,660 --> 00:25:01,060 yəni Bəlucestan, Kirman və sair bu kimi bölgələrdə şəhid olanlar olsun, istər şimal-qərb sərhədlərində, yəni Kürdüstan, Kirmanşah və sairdə, 144 00:25:01,060 --> 00:25:09,460 istərsə də sərhəd zonalarında problemlərin yaşandığı digər yerlərdə. 145 00:25:11,060 --> 00:25:19,400 Bu bölgələrin hamısında bütün varlığı ilə sərhədlərimizi düşməndən qoruyan məhz bizim sərhədçilərimizdir. 146 00:25:20,000 --> 00:25:26,130 Sərhədçilərimiz olmasa, bəzi sərhədlərdən ölkəyə 147 00:25:27,800 --> 00:25:36,000 100 kiloqramlarla narkotik maddə gətirilər. Həmin narkotiklərin hər 1 kiloqramı isə 148 00:25:36,660 --> 00:25:47,260 100 gənci bədbəxt edib qara torpağa göndərə bilər. Bunların qarşısını kim alır? Sərhədçilərimiz! 149 00:25:48,460 --> 00:26:01,800 Məhz onlar fədakarcasına xidmət edir və sonra da şəhid olur; bu şəhidlər çox qiymətlidir; istər müqəddəs ziyarətgahları, istərsə də sərhədlərimizi qoruyaraq şəhid olmuş insanlarımız bizim üçün çox qiymətlidir. 150 00:26:02,060 --> 00:26:08,400 Ölkə daxilində milli təhlükəsizliyin keşiyində durarkən şəhid olmuş vətəndaşlarımızı da qeyd etmək istərdim; 151 00:26:09,800 --> 00:26:19,930 iti baxışlı bu insanlar gəzib-dolaşaraq zahiri görünüşcə adi insanlardan fərqlənməyən, 152 00:26:20,260 --> 00:26:30,660 cəhənnəmlik qəlbləri gözlə görünməyən təxribatçı qrupları, terror qruplaşmalarını 153 00:26:32,130 --> 00:26:44,460 aşkarlayır; milli təhlükəsizliyin keşiyində duran təcrübəli, zəkalı qulluqçular xalqın köməyi, Allah-taalanın hidayəti sayəsində 154 00:26:44,930 --> 00:26:56,130 bu cür təxribatçı ünsürləri tapıb üzə çıxara bilir. Bu işləri həyata keçirən onlardır, siz isə bir vaxt eşidirsiniz ki, aparılan əməliyyatlar nəticəsində 20, 40 belə qruplaşma ələ keçirilib; 155 00:26:56,400 --> 00:27:05,730 bu qruplaşmaların hər biri onlarla insanı qanına qəltan edə bilərdi. Onlar da bəzən şəhid olur; onlar da çox dəyərlidir. 156 00:27:05,730 --> 00:27:15,530 Siz şəhid ailələri özünüz bu işin içindəsiniz, ürəyi dağlısınız; 157 00:27:16,200 --> 00:27:24,000 mən qeyd etmək istəyirəm ki (burada danışılan sözlər yayımlanır; qoy xalqımız bilsin ki, bu insanlarımız da 158 00:27:24,000 --> 00:27:33,000 ölkəmizə necə xidmətlər göstərir) xidmət etmək təkcə su, çörək vermək deyil. Təhlükəsizlik sudan, çörəkdən də vacibdir. 159 00:27:33,660 --> 00:27:39,400 Bu insanlar ölkənin təhlükəsizliyini təmin edir. Ölkənin bütün sərhədlərinin müdafiəçiləri belədir; 160 00:27:39,800 --> 00:27:49,400 istər ölkədən xaricdə müqəddəs ziyarətgahları qoruyanlar olsun, istər sərhədçilər, istərsə də ölkə daxilində, şəhərlərdə 161 00:27:49,400 --> 00:27:59,930 və küçələrdə təhlükəsizliyin keşiyində duranlar. Ölkənin boynunda onların hamısının yaşamaq haqqı var. 162 00:28:03,200 --> 00:28:15,400 Biz şəhidlərin, şəhid ailələrinin qədrini bilməliyik. Əziz qardaşlar, əziz bacılar! Şəhidlərin xatirəsinin unudulmasına çalışan hər kəs 163 00:28:16,130 --> 00:28:22,130 bu ölkəyə xəyanət edir. 164 00:28:24,800 --> 00:28:33,200 Şəhid ailələrinin aşağılanmasına, etinasızlığa məruz qalmasına 165 00:28:33,930 --> 00:28:45,000 və ya onlara sözlə hansısa hücumlar edilməsinə çalışan hər kəs bu ölkəyə xəyanət edir. Burada söhbət hökumətdən getmir, ölkədən gedir; ölkəyə xəyanət edirlər. 166 00:28:46,330 --> 00:29:00,200 Belələri şəhidlərə, şəhid ailələrinə hörmətlə yanaşmalı, onların qədrini bilməlidirlər, 167 00:29:01,860 --> 00:29:11,200 özlərini şəhidlərə minnətli bilməlidirlər. “Şəhidlərə minnətli” deyəndə nə başa düşülür? 168 00:29:11,730 --> 00:29:23,660 Yəni həyat yoldaşının gedib müharibədə şəhid olmasına razı olan o xanıma; demək, boyunlarında o xanımın da minnəti var; 169 00:29:25,130 --> 00:29:33,460 övladının döyüşə getməsinə razılıq vermiş ata-anaya; 170 00:29:36,930 --> 00:29:46,200 özlərini bu insanların qarşısında boynu minnətli hiss etməli və bilməlidirlər ki, ölkəmizin dəyərlərini qoruyan məhz onlardır. 171 00:29:46,530 --> 00:30:00,260 Pərvərdigara! Səni and veririk Mhəmməd və Ale-Muhəmmədə, şəhidlərimizin xatirəsini ölkəmizdə günü-gündən daha da canlandır. 172 00:30:01,930 --> 00:30:12,200 Pərvərdigara! Bu ölkədə şəhidlərin və şəhid ailələrinin hörmətini günü-gündən daha da artır. 173 00:30:15,400 --> 00:30:34,000 Pərvərdigara! Bəzilərinin qəlbində olan bu şəhadət nurunu, şəhadət ruhunu, şəhadət həvəsini, şəhadətə olan bu şövqü yatırma. 174 00:30:35,730 --> 00:30:47,730 Pərvərdigara! Qəlbində, həqiqətən də, bu şövq və həvəsi daşıyan hər kəsi bu fəzilətə çatdır. 175 00:30:48,800 --> 00:30:52,330 Onlara öz lütf və mərhəmətini artır, 176 00:30:53,530 --> 00:30:56,060 şəhidləri Məhşərə Peyğəmbərlə (s), 177 00:30:57,260 --> 00:30:59,460 Kərbəla şəhidləri ilə birgə gətir. 178 00:31:00,530 --> 00:31:10,460 Şəhadət silsiləsinin başçısı olan dahi liderimiz İmam Xomeynini bizdən razı və məmnun et. 179 00:31:11,530 --> 00:31:15,660 İmam Mehdi Sahibəzzamanın (ə.f) qəlbini bizdən razı və məmnun et. 180 00:31:16,800 --> 00:31:23,530 Bizi o böyük şəxsiyyətlərin razılığına günbəgün daha da yaxınlaşdır. 181 00:31:24,600 --> 00:31:27,930 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.