1 00:00:00,680 --> 00:00:02,970 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:02,970 --> 00:00:06,220 لحمدلله ربّ العالمين 3 00:00:08,740 --> 00:00:14,110 و الصّلاة و السّلام علي سيّدنا ابي‌القاسم المصطفي محمّد 4 00:00:24,910 --> 00:00:32,000 و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّةالله في الارضين 5 00:00:32,340 --> 00:00:44,620 Əziz qardaşlar, bacılar, həcc ziyarətinin təşkilinə, hacılara göstərilən xidmətlərə cavabdeh olan qurumların rəsmiləri, çox xoş gəlmisiniz. 6 00:00:47,200 --> 00:01:00,340 Bu il camaatımız həcc ziyarətinə gedə biləcək, bunun özü çox gözəl bir xəbərdir. 7 00:01:02,400 --> 00:01:14,050 Əlhəmdulillah, hakimiyyətin hər üç qolunun rəsmiləri və digər səlahiyyətli şəxslər 8 00:01:15,420 --> 00:01:23,310 məsələni ətraflı araşdırdılar, hər şeyi ölçüb-biçərək bu qərara gəldilər ki, bu il ölkəmizdən həcc ziyarəti təşkil olunsun. 9 00:01:23,820 --> 00:01:41,940 Ümidvaram, Allah-taala bu mübarək yolu əziz xalqımızdan olan hacılar üçün xeyir, bərəkət, özünütərbiyə və qurtuluş mənbəyi edəcəkdir, inşallah. 10 00:01:44,280 --> 00:02:04,910 Həcc ziyarəti olduqca önəmli bir vacib ibadətdir; dinimizdə vacib edilmiş mühüm ibadətlər içərisində, demək olar ki, həcc ziyarəti qədər önəmlisi yoxdur. 11 00:02:06,680 --> 00:02:22,910 Əvvəla, bu böyük və genişmiqyaslı ibadətdə bir sıra mənəvi imkanlar vardır ki, 12 00:02:24,110 --> 00:02:41,080 Həzrət Haqla mənəvi əlaqə yaratmaq istəyən, mənəviyyat, ruhaniyyət və sair aşiqi olan hər kəs 13 00:02:42,220 --> 00:02:55,250 bu böyük vacib ibadətin ayrı-ayrı elementlərində özü üçün çox geniş imkanlar tapa, 14 00:02:58,170 --> 00:03:05,200 heyrətamiz bir potensial kəşf edə bilər. 15 00:03:06,620 --> 00:03:27,080 Namaz, təvaf, vuquf və sair cürbəcür elementlərdən təşkil olunmuş bu böyük ibadətin bütün elementlərindən mənəviyyat fışqırır, mənəviyyat yağır. 16 00:03:28,570 --> 00:03:42,220 Qədrini bilsək, mənəviyyat arxasınca olsaq, həcc ziyarəti digər ibadətlərin hamısından daha böyük bir potensiala malikdir. Bu, məsələnin bir tərəfi. 17 00:03:45,140 --> 00:03:54,510 Eyni zamanda həcc ziyarəti ictimai baxımdan da misilsiz bir potensiala malikdir. 18 00:03:55,200 --> 00:04:06,050 Baxın, bu, dinimizdə vacib buyurulmuş ibadətlərin hamısına xas olan bir cəhətdir. İslam dini mənəviyyata son dərəcə böyük önəm verir, 19 00:04:06,970 --> 00:04:19,020 lakin İslamdakı mənəviyyat inzivaya çəkilmək, tərki-dünyalıq, insanlardan uzaqlaşaraq zahidlik yolunu tutmaq deyil. 20 00:04:20,800 --> 00:04:30,850 Vacib ibadətlərdən hansı daha çox mənəvi potensiala malikdirsə, 21 00:04:31,080 --> 00:04:40,620 o ibadət eyni zamanda sosial iştirak baxımından da ən böyük potensiala malikdir. 22 00:04:41,770 --> 00:05:00,510 Həcc ziyarəti İslam ümmətinin əzəmətinin, vəhdətin, birliyin, bölünməzliyin təzahürüdür; 23 00:05:02,170 --> 00:05:16,510 həcc İslam ümmətinin gücünün təzahürüdür. İslam ümməti ardıcıl olaraq 24 00:05:18,170 --> 00:05:25,770 hər il eyni yerdə, eyni vəziyyətdə, eyni formada ən böyük toplantısını keçirir; 25 00:05:26,450 --> 00:05:36,050 yəni İslam ümməti həcc vasitəsilə özünü göstərir, parlayır. 26 00:05:37,420 --> 00:05:47,540 Hələ məsələnin bu zahiri aspektindən başqa, daxili bir aspekti də var: həcc zamanı 27 00:05:47,880 --> 00:05:56,220 müsəlman xalqları bir-biri ilə tanış olur, ünsiyyət qurur, bir-birini başa düşür – 28 00:05:56,680 --> 00:06:06,910 “başa düşmək” deyəndə mən dilini başa düşməyi nəzərdə tutmuram; bir-birinin düşüncəsinə hakim olan mədəniyyəti dərk etməyi nəzərdə tuturam – 29 00:06:07,250 --> 00:06:17,710 bir-birinə yaxınlaşır, sual və şübhələr ortadan qaldırılır, ədavətlər zəifləyərək, arxa plana keçərək tədricən yox olub gedir, 30 00:06:18,110 --> 00:06:24,050 qəlblər bir-birinə yaxınlaşır, əllər bir-birinə köməyə uzanır, 31 00:06:24,740 --> 00:06:30,740 ölkələr bir-birinə kömək edə bilər, xalqlar yardımlaşa bilər; həcc budur. 32 00:06:32,400 --> 00:06:38,170 İndi əməli işə gələndə başda oturanlar, səlahiyyət sahibləri 33 00:06:38,280 --> 00:06:49,650 həccin bu şəkildə təşkil olunmasına nə dərəcədə yardımçı olur və ya icazə verir – bu, ayrı söhbətdir, amma həcc budur: 34 00:06:49,940 --> 00:07:10,740 misilsiz bir ictimai potensialla yanaşı, misilsiz bir mənəvi potensiala malik olan, İslam ümmətinin öz əqidə və mövqeyini bəyan etməsinə şərait yaradan bir mühitdir. 35 00:07:11,200 --> 00:07:21,820 Bizim bu qədər israrla üzərində durduğumuz “müşriklərə etiraz” məsələsinin də mahiyyəti elə budur; dahi liderimiz İmam Xomeyni də buyurmuşdur ki, 36 00:07:21,820 --> 00:07:29,650 müşriklərə etiraz mərasimində iştirak etmədən yerinə yetirilən həcci həcc hesab etmir. 37 00:07:30,910 --> 00:07:43,880 İslam ümməti həcc ziyarətində özünün doğru bildiyi, həmrəy surətdə qəbul etdiyi mövqeyi bəyan edə bilər. 38 00:07:44,220 --> 00:07:52,050 Bu mövqeyi həmrəy surətdə qəbul edən kimdir? Xalqlar. 39 00:07:53,600 --> 00:08:07,820 Dövlətlər başqa cür düşünüb başqa cür addım ata bilər – elə gördüyümüz kimi də bir çox müsəlman dövlətləri, təəssüflər olsun ki, 40 00:08:08,000 --> 00:08:16,450 öz xalqının istəyinə zidd yol tutur, xalqın dəstəkləmədiyi hərəkətlər edir – amma xalqların ürəyindəki başqadır. 41 00:08:16,680 --> 00:08:25,420 Həcc elə bir yerdir ki, orada xalqlar müxtəlif məsələlərlə bağlı mövqeyini bəyan edə bilər. 42 00:08:26,110 --> 00:08:36,340 Belə məsələlərdən birincisi Məscidül-əqsa, Qüds məsələsidir; bu, xırda bir məsələ deyil. 43 00:08:38,050 --> 00:08:45,770 Həyasızlaşmış sionistlər cürət edərək 44 00:08:47,080 --> 00:08:54,220 özlərini Məscidül-əqsanın sahiblərinə – müsəlmanlara təzyiq göstərməkdə haqlı bilirlər. 45 00:08:54,620 --> 00:09:01,080 Bir gün qapını bağlayırlar, bir gün möminlərin məscidə girişinə əngəl olurlar, o biri gün bir dəstəni içəri buraxır, o birini qapıda saxlayırlar, 46 00:09:01,080 --> 00:09:07,650 sünni şərti qoyurlar və sair; bütün bunlar qondarma və qəsbkar İsrail rejiminin 47 00:09:07,940 --> 00:09:14,910 həyasızlığından, utanmazlığından, arsızlığından irəli gəlir. 48 00:09:15,250 --> 00:09:25,200 Və aydındır ki, müsəlman xalqlarının qəlbi Məscidül-əqsa ilə döyünür. Bax həcc ziyarəti bu kimi olaylara mövqe bildirməyin yeridir; 49 00:09:25,540 --> 00:09:42,570 həcc bunun üçün gözəl bir imkandır; həcc budur. Müsəlman ümməti xalqların Fələstin, Məscidül-əqsa ilə bağlı 50 00:09:44,000 --> 00:09:49,710 nə dediyini, nə istədiyini, nə düşündüyünü ifadə etmək üçün 51 00:09:50,400 --> 00:10:04,280 Beytül-həram, Məkkə, Mədinə, Məşər, Ərəfat və Minadan yaxşı nə yer tapa bilər? Oradan yaxşı hara ola bilər? 52 00:10:05,480 --> 00:10:17,420 Həcc ziyarətində bu potensial var. Müsəlmanlar Amerikanın müsəlman ölkələrinə, 53 00:10:17,710 --> 00:10:26,220 regionumuza müdaxiləsinə, bu bölgələrdə məşum iştirakına, qəsdən təkfirçi və sair buna bənzər terror qruplaşmalarının yaradılmasına 54 00:10:26,970 --> 00:10:35,420 (bu terror qruplaşmalarından da böyük şər qaynağı isə elə Amerikanın özüdür; 55 00:10:35,600 --> 00:10:42,000 Amerika onların hamısından daha xəbis, daha iyrəncdir) – bütün bunlara qarşı mövqeyini harada ortaya qoymalıdır? 56 00:10:43,600 --> 00:10:49,600 Həcc müsəlman ümmətinin – hamının; bütün ölkələrdən olan müsəlmanların – 57 00:10:50,050 --> 00:10:56,510 öz mövqeyini, fikrini ifadə etməsi üçün ən yaxşı məkandır; həcc belə bir gözəl imkandır; 58 00:10:57,140 --> 00:11:02,450 bunun qədrini bilmək, bu imkandan yararlanmağa çalışmaq lazımdır; bu, birincisi. 59 00:11:04,850 --> 00:11:12,170 Digər bir mühüm məsələ isə təhlükəsizlik məsələsidir; bayaq cənablar da – 60 00:11:12,340 --> 00:11:19,480 həm cənab Qaziəsgər, həm də Həcc Təşkilatının sədri qeyd etdilər. 61 00:11:19,770 --> 00:11:26,340 “(Ya Rəsulum!) Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik”. (“Bəqərə” surəsi, 125-ci ayədən) 62 00:11:28,050 --> 00:11:35,140 Söhbət bundan gedir; Qurani-Kərim açıq-aşkar bildirir ki, 63 00:11:35,600 --> 00:11:44,680 buranı insanların bir yerdə toplaşması, rahat və təhlükəsiz bir şəraitdə Uca Yaradana üz tutması üçün bir məkan etmişik. Təhlükəsizlik olduqca əhəmiyyətlidir! 64 00:11:45,200 --> 00:11:55,250 Hacıların hər cür problemdən uzaq olması çox önəmlidir. 1394-cü ilin həcc ziyarətində baş vermiş acı olaylar heç vaxt yadımızdan çıxmayacaq. 65 00:11:56,510 --> 00:12:05,310 O hadisə ilə bütün İslam ümmətinin və biz iranlıların qəlbinə 66 00:12:05,480 --> 00:12:10,280 heç bir zaman unudulmayacaq bir dağ çəkildi. Bu yara heç vaxt sağalmayacaq! 67 00:12:12,000 --> 00:12:23,480 Əlbəttə ki, həmin il həcc ziyarətinin təşkilinə cavabdeh olan rəsmilər çox zəhmət çəkmiş, çox çalışmışdılar, amma yenə də, o hadisə çox böyük və faciəli bir hadisə idi. 68 00:12:25,480 --> 00:12:35,820 Hacıların təhlükəsizliyi Məkkə və Mədinənin ərazi baxımından aid olduğu, Hərəmeyni-Şərifeyn hakimiyyəti altında olan 69 00:12:36,280 --> 00:12:43,600 ölkənin öhdəsinə düşür; təhlükəsizliyi məhz o dövlət qorumalıdır; biz bunu həmişə və ciddi surətdə tələb edirik. 70 00:12:44,850 --> 00:12:52,680 Hacıların təhlükəsizliyi qorunmalıdır; bütün hacıların! Doğrudur, biz daha çox iranlı hacıların təhlükəsizliyi məsələsini gündəmə gətiririk. 71 00:12:54,110 --> 00:13:02,570 Qoy başqa dövlətlər də öz hacıları ilə bağlı tələblər irəli sürsünlər, həcc ziyarətinə göndərdikləri insanların təhlükəsizliyinin təmin olunmasını 72 00:13:02,910 --> 00:13:11,310 aktiv şəkildə tələb etsinlər. Bizim tələbimiz ciddidir; iranlı hacıların təhlükəsizliyi qorunmalıdır.Bizim tələbimiz ciddidir; iranlı hacıların təhlükəsizliyi qorunmalıdır. 73 00:13:11,880 --> 00:13:20,510 Özü də biz təkcə insanlarımızın fiziki cəhətdən təhlükəsizliyini yox, onlara hörmətlə yanaşılmasını, rifah və asayiş şəraitində ziyarətlərini həyata keçirmələrini tələb edirik. 74 00:13:21,200 --> 00:13:26,800 Bayaq çıxış edən cənablar müəyyən məqamlara toxundular; tamamilə doğrudur, diqqətli və ehtiyatlı olmaq lazımdır. 75 00:13:26,800 --> 00:13:38,280 Baş verə biləcək hər cür hadisəyə, istənilən vəziyyətə hazırlıqlı olmalısınız. 76 00:13:40,680 --> 00:13:49,020 Hacıların asayiş və təhlükəsizliyi çox önəmli bir məsələdir. Əlbəttə, bu o demək deyil ki, 77 00:13:49,310 --> 00:13:55,880 orada sərt təhlükəsizlik qaydaları müəyyən olunsun, təhlükəsizliyin qorunması adı ilə insanlara təzyiq göstərilsin 78 00:13:55,880 --> 00:14:03,140 və nəticədə yenə də hacılar bir başqa cür əziyyətlə üzləşsin. Yox, bizim istədiyimiz odur ki, hacılar təhlükəsiz, rahat, arxayın şəkildə ziyarətini etsin. 79 00:14:03,650 --> 00:14:12,910 Məscidül-həram və Minada baş vermiş o faciəli olaylar təkrar olunmamalıdır, 80 00:14:12,910 --> 00:14:21,140 bir daha heç vaxt heç bir xoşagəlməz hadisə hacılara o günləri xatırlatmamalıdır. Doğrudur, müəyyən narahatedici məqamlar var idi, 81 00:14:21,140 --> 00:14:26,970 amma sevindirici haldır ki, hakimiyyətin 3 qolunun möhtərəm rəsmiləri 82 00:14:27,540 --> 00:14:37,200 Milli Təhlükəsizlik Ali Şurasında toplanaraq müzakirələr etdilər, düşündülər, məsələnin bütün tərəflərini gözdən keçirib 83 00:14:37,540 --> 00:14:44,450 bu nəticəyə gəldilər ki, həcc olsun. Ümidvarıq, builki həcc ziyarəti ən yüksək səviyyədə baş tutacaq. 84 00:14:45,200 --> 00:14:56,510 Fələstin məsələsi yaddan çıxarılmasın; çox önəmli bir məsələdir. 85 00:14:56,970 --> 00:15:07,650 Son 60-70 ildə Fələstin məsələsi həmişə aktual olub; 86 00:15:07,880 --> 00:15:16,800 bəzən çox, bəzən isə daha az; və bu gün də sionistlərin törətdiyi çirkin və şər əməllər, 87 00:15:17,140 --> 00:15:27,250 eyni zamanda bəzi müsəlman ölkələrinin başçılarının xainliyi ilə əlaqədar olaraq, bu məsələ daha çox gündəmdə olan bir məsələyə çevrilib. 88 00:15:27,710 --> 00:15:36,220 Hər halda, bu gün müsəlman dünyasının bütün problemlərinin mərkəzində Fələstin problemi durur; Fələstin başlıca problemdir. 89 00:15:37,200 --> 00:15:47,020 İslam ümmətinin vəhdəti məsələsinə də çox diqqət yetirilməlidir. Bu gün böyük pullar xərclənir; 90 00:15:47,880 --> 00:15:57,370 İslam məzhəbləri arasında konflikt və düşmənçilik yaratmaq üçün 91 00:15:58,740 --> 00:16:04,680 milyardlar tökürlər. 92 00:16:05,540 --> 00:16:16,680 Bu konfliktlərin körüklənməsinə heç kəs yardımçı olmamalıdır; yardımçı olan hər kəs onların məkrli planına 93 00:16:18,050 --> 00:16:26,680 və bu böyük günahın ilahi cəzasına şərik olacaqdır; bu məsələyə heç kəs kömək etməməlidir. 94 00:16:27,080 --> 00:16:37,250 Hacıların da öhdəsinə müəyyən vəzifələr düşür, onlara riayət etməlidirlər. Möhtərəm hacılarımız camaat namazlarına, 95 00:16:37,710 --> 00:16:49,420 namazlarını vaxtın başlanğıcında qılmağa önəm versinlər, Məscidül-həram və Məscidün-nəbidə qılınan camaat namazlarında iştirak etsinlər. 96 00:16:51,770 --> 00:17:01,650 Hərəmeyni-şərifeyndə olmağa müvəffəq olduqları bu günlərdə Quran tilavətinə, 97 00:17:01,940 --> 00:17:07,370 Ərəfə gününə və bu günün əməllərinə son dərəcə böyük əhəmiyyət vermək lazımdır. 98 00:17:08,110 --> 00:17:14,850 Bazar-dükanı gəzməkdən çəkinsinlər; mən bunu dönə-dönə vurğulamışam. 99 00:17:14,850 --> 00:17:22,850 Bazar-dükan dünyanın hər yerində var; elə bu Tehranın özündə də var; icazəli-icazəsiz 100 00:17:23,600 --> 00:17:29,820 cürbəcür mallar hər yerdə doludur; elə bu Tehranda da var, başqa şəhərlərdə də. 101 00:17:30,220 --> 00:17:42,220 Kəbədən isə Tehranda yoxdur; Tehranda, sizin yaşadığınız yerdə olmayan Məscidül-həramdır, Məscidün-nəbidir; 102 00:17:42,680 --> 00:17:49,710 bunlar yalnız oradadır; o imkandan istifadə etmək lazımdır; yoxsa ki bazar-dükan, 103 00:17:50,620 --> 00:17:59,140 cürbəcür əşyalar hər yerdə var. O əziz vaxtınızı bu şeylərə sərf etməyin. 104 00:18:01,540 --> 00:18:09,420 Həcc ziyarətində hacılar daha çox özünü, 105 00:18:09,770 --> 00:18:15,140 qəlbini, ruhunu saflaşdırmaq 106 00:18:15,770 --> 00:18:22,570 və inşallah, böyük mənəvi nəticələr əldə etmək barədə düşünməlidir. Əgər bu olsa, 107 00:18:23,480 --> 00:18:29,080 o zaman, Allahın köməyi ilə, ictimai nəticələr də əldə olunacaq. 108 00:18:29,420 --> 00:18:36,510 Mən Allah-taaladan bu il ölkəmizdən həcc ziyarətinə yola düşən bütün hacılarımıza 109 00:18:36,910 --> 00:18:48,620 öz lütfünü və mənəvi dəstəyini nəsib etməsini, onları fiziki və mənəvi cəhətdən qorumasını diləyirəm; 110 00:18:48,850 --> 00:18:55,820 rəsmilərə də Allahdan uğurlar arzu edirəm. Hamı ehtiyatlı olsun, 111 00:18:56,340 --> 00:19:04,680 diqqətli olsun, hamı öhdəsinə düşən vəzifəni yerinə yetirsin ki, inşallah, bu il sözün əsl mənasında 112 00:19:05,080 --> 00:19:09,650 əzəmətli və layiqli bir həcc mərasimi baş tutsun. 113 00:19:10,110 --> 00:19:12,570 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.