1 00:00:00,510 --> 00:00:03,540 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:03,820 --> 00:00:09,310 و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين 3 00:00:16,110 --> 00:00:19,940 سيّما بقيّةالله في الارضين 4 00:00:20,110 --> 00:00:32,280 Çox xoş gəlmisiniz. Mənim üçün çox xoş və faydalı bir görüş oldu; 5 00:00:33,600 --> 00:00:41,200 elm və texnologiya sferaları ilə bağlı müxtəlif məsələlərə toxunuldu. 6 00:00:42,000 --> 00:00:49,940 Qardaş və bacılarımızın çıxışlarından xeyli faydalandım. 7 00:00:49,940 --> 00:01:00,110 Əlbəttə ki, qeyd olunan məsələlərdən çoxu hələ araşdırılmalıdır; yəni həm irəli sürülən təkliflər, 8 00:01:01,820 --> 00:01:13,710 həm də bildirilən iradlarla bağlı aidiyyətli qurumlar tərəfindən araşdırma aparılmalıdır, lakin ölkə universitetlərində çalışan müəllimlərdə 9 00:01:14,280 --> 00:01:24,680 belə bir elmi-intellektual dinamizmin, tənqid – və müəyyən mənada hücuma keçmə – ruhunun olması özü mənim üçün çox xoş və arzuolunandır. 10 00:01:25,310 --> 00:01:37,250 Elə mən də bu gün hazırladığım çıxışımda universitet müəllimlərimizdən bunu istəmişəm; yəni elə bu ruhiyyənin olmasını tələb etmişəm. 11 00:01:38,910 --> 00:01:51,820 O xanımın sonda toxunduğu məsələni – sıxışdırılma məsələsini də idarədəki dostlarımız, mütləq, araşdırsınlar; 12 00:01:52,170 --> 00:02:02,910 ortada bir haqsızlıq, sıxışdırılma halı varsa, biz bu məsələ ilə, mütləq, məşğul olmalıyıq; araşdırsınlar, görsünlər problem nədir. Əlbəttə, bənzər hallar barədə mən bundan əvvəl də eşitmişdim 13 00:02:03,310 --> 00:02:10,400 və möhtərəm nazirimizə xatırlatma etmişdim; əlbəttə ki, ciddi surətdə araşdırılmalıdır. 14 00:02:11,200 --> 00:02:16,400 Əziz qardaş və bacılar! Ramazan ayının son günlərini yaşayırıq. 15 00:02:18,800 --> 00:02:25,020 Nəfsin bir ay ərzində bu şəkildə cilovlanmasından, 16 00:02:25,770 --> 00:02:36,680 oruc, dua və ibadətin təsiri ilə ruhunuzda təbii olaraq yaranmış bu lətafət və incəlikdən maksimum istifadə edin. 17 00:02:41,650 --> 00:02:51,650 İnsanla Yaradan arasında rabitənin möhkəmlənməsi insana kömək edir, həyatında və mənəviyyatında olan düyünləri açır. 18 00:02:52,400 --> 00:02:59,200 Bayaq burada qeyd olunan məsələlər bizim, 19 00:02:59,650 --> 00:03:06,110 ölkəmizin, inqilabımızın və dövlətimizin problemlərindən kiçik bir hissəsidir. 20 00:03:07,480 --> 00:03:18,850 Müxtəlif sferalarda bizim əzmimiz, səyimiz sayəsində həllini gözləyən bir çox problemlər var. 21 00:03:19,480 --> 00:03:28,740 Allah-taala ilə rabitəmizin möhkəmlənməsi bizə güc verir, ümid verir, sevinc və ruh yüksəkliyi bəxş edir. 22 00:03:30,680 --> 00:03:43,540 Hələ mən orasını demirəm ki, bütün bu dünyəvi məsələlər müqəddimədir; ruhun yüksəlişinə, mənən ucalmaya xidmət edən müqəddimə. 23 00:03:44,620 --> 00:03:51,480 Ramazan ayının qədrini bilin. O dua – 24 00:03:51,710 --> 00:04:00,740 اَللّهُمَّ اِن لَم تَکُن رَضيتَ عَنّي في ما مَضيٰ مِن شَهرِ رَمَضان فَمِنَ الانَ فَاَرضَ عَنّي 25 00:04:01,020 --> 00:04:11,020 çox önəmli bir duadır. Əgər indiyə qədər Allahın razılığını qazana, Uca Yaradanı özümüzdən məmnun edə bilməmişiksə, 26 00:04:11,370 --> 00:04:22,050 qoy əlimizi Allaha açıb Ondan elə bu andan etibarən bizi öz razılığına, bağışlanmasına layiq görməsini istəyək. 27 00:04:25,420 --> 00:04:32,280 Sizlər gənclərin təlim-tərbiyəsi ilə məşğul olduğunuza görə 28 00:04:33,600 --> 00:04:42,280 elmi və ideoloji rəhbərliyiniz altında olan kollektivlərə təsir göstərə bilərsiniz. 29 00:04:43,310 --> 00:04:55,880 Əgər siz Allah-taalaya diqqət yönəldən, Uca Yaradanla mənəvi rabitədə olmağa can atan, əlini duaya açan insanlar olsanız, 30 00:04:56,680 --> 00:05:06,220 sizin təlim-tərbiyəniz və elmi rəhbərliyiniz altında olan gənclər də təbii olaraq o istiqamətə yönələcəklər. 31 00:05:07,200 --> 00:05:14,050 Bizim universitetlərdəki problemlərimizdən biri də elə budur; 32 00:05:14,400 --> 00:05:22,110 əgər universitetlərimizdə dərs deyən müəllimlər özlərini ölkənin ehtiyac duyduğu cəhətlərdən 33 00:05:23,650 --> 00:05:31,880 inkişaf etdirə bilsələr, bu, onların rəhbərliyi altında olan kollektivə, yəni tələbələrə öz təsirini açıq-aşkar göstərəcək. 34 00:05:32,740 --> 00:05:43,310 Elə söhbətimizin əvvəlindəcə bir məqama da toxunmaq istəyirəm: Qüds günü yaxınlaşır; Qüds günü çox önəmli bir gündür. 35 00:05:44,400 --> 00:05:51,020 Qüds günü yürüşlərində iştirak etməyimiz təkcə o demək deyil ki, biz 36 00:05:51,600 --> 00:05:56,680 vətənindən, yurd-yuvasından qovulmuş məzlum bir xalqı dəstəkləyirik. 37 00:05:57,020 --> 00:06:06,510 Bu hərəkətimizlə biz, əslində, zalım, imperialist bir rejimə qarşı mübarizə aparırıq. 38 00:06:07,770 --> 00:06:17,650 Bu gün Fələstini müdafiə etmək həqiqəti müdafiə etmək deməkdir; Fələstin məsələsindən qat-qat geniş əhatəli bir həqiqəti. 39 00:06:18,220 --> 00:06:28,280 Bu gün İsrail rejiminə qarşı mübarizə aparmaq müstəmləkəçiliyə, imperializmə qarşı mübarizə aparmaq deməkdir. 40 00:06:29,600 --> 00:06:35,770 Özünüzün də gördüyünüz kimi, siz İsrail rejiminin əleyhinə danışanda 41 00:06:36,170 --> 00:06:44,280 Amerika rəsmilərində, Amerika siyasətçilərində dərhal sizə qarşı ədavət, düşmənçilik hissi yaranır, 42 00:06:44,570 --> 00:06:48,970 onlara zərbə vurduğunuzu düşünürlər; və doğrudan da, elə belədir. 43 00:06:49,940 --> 00:06:56,970 Odur ki Qüds gününü önəmli bir gün kimi qeyd etmək lazımdır və həmin gün təşkil olunan yürüşlər də çox əhəmiyyətlidir. 44 00:06:57,420 --> 00:07:04,450 Bu gün mənim əsas diqqət çəkmək istədiyim mövzu isə 45 00:07:05,080 --> 00:07:17,200 (əlbəttə ki, vaxtımız da o qədər çox deyil, mən özüm də bacardığım, hal və hövsələm imkan verdiyi qədər danışacağam); sizin bir ali məktəb müəllimi kimi 46 00:07:17,540 --> 00:07:21,940 öhdənizə düşən məsuliyyətə diqqətli yanaşmağınızdır əsas demək istədiyim budur. 47 00:07:24,170 --> 00:07:33,880 Hər bir universitet müəllimi universitet mühitində özünəməxsus rola malikdir. 48 00:07:34,620 --> 00:07:41,420 Heç də belə düşünməyək ki, gənclərin hər birinin öz fikri, öz sözü var. Yox, 49 00:07:42,050 --> 00:07:50,050 siz onların ruhuna, qəlbinə, düşüncəsinə təsir göstərmək imkanına maliksiniz; 50 00:07:51,020 --> 00:07:56,680 onları düşünməyə, hərəkət etməyə sövq edə bilərsiniz. Sizin onlara təsiriniz çox böyük ola bilər. 51 00:07:56,680 --> 00:08:07,250 Professorlar, gənc tələbələrə dərs deyən universitet müəllimləri əvəzsiz, misilsiz bir rola malikdir. 52 00:08:09,420 --> 00:08:18,970 Əgər müəllimlər məsuliyyətli, pozitiv düşüncəli, optimist, 53 00:08:19,710 --> 00:08:28,620 qəti surətdə ölkədə iş görmək əzmində olsalar, bu, tələbələrə də təsir edəcək. 54 00:08:29,250 --> 00:08:39,820 Əgər müəllimlər öz vətəninin, yaşadığı torpağın əsilliyinə, nəcibliyinə inansalar, 55 00:08:40,340 --> 00:08:53,250 öz dininin, inqilabının əsaslarına bağlı olsalar, bu, tələbələrə də təsirsiz ötüşməyəcək. Eynilə əksi də; 56 00:08:54,510 --> 00:09:03,080 gözünü ölkəsinin sərhədlərindən kənara dikmiş, ölkənin içindəkilərə, ölkədə yayılmış məfhumlara, 57 00:09:03,600 --> 00:09:11,880 öz etnik kimliyinin mötəbər məfhumlarına inam və etiqadı olmayan, 58 00:09:12,740 --> 00:09:17,600 etinasız yanaşan bir müəllim, təbii ki, elə bu cür də tələbələr yetişdirəcək. 59 00:09:18,110 --> 00:09:24,400 Müəyyən etapda biz bunun şahidi olmuşuq; indi mən söhbətin dərininə getmək istəmirəm; 60 00:09:25,020 --> 00:09:34,000 çox xoşagəlməz bir etapda – Pəhləvi hakimiyyətinin əvvəllərində – 61 00:09:34,400 --> 00:09:43,420 biz bu cür müəllimlərin necə tələbələr yetişdirdiyini, necə bir nəsil ərsəyə gətirdiyini öz gözlərimizlə görmüşük. 62 00:09:44,400 --> 00:09:52,800 Əgər İslam İnqilabı olmasaydı, Allah bilir, bütün nəcib dəyərlərdən – 63 00:09:53,310 --> 00:10:02,340 vətənpərvərlikdən, dini, milli dəyərlərdən; hər şeydən – tamamilə məhrum olan o nəsil 64 00:10:02,970 --> 00:10:11,710 və onların ardınca gələnlər bu ölkənin başına nələr gətirərdi. İnqilab ölkəni, 65 00:10:12,110 --> 00:10:19,650 həqiqətən də, xilas etdi; bu baxımdan ki, əgər yetişən o nəsil, 66 00:10:19,940 --> 00:10:24,400 o mühitdə, o universitetlərdə tərbiyə olunan o insanlar iş başına gəlsəydi, 67 00:10:25,140 --> 00:10:30,110 Allah bilir, bu ölkənin başına nə oyunlar açardı. 68 00:10:32,110 --> 00:10:38,400 Odur ki mənim demək istədiyim budur; müəllimlər haqqında söhbət etmək istəyirəm. 69 00:10:39,140 --> 00:10:42,800 Əziz qardaş və bacılar! Baxın, 70 00:10:43,200 --> 00:10:49,020 Qərb modelli universitetlər, yəni bu gün bizdə olan, 71 00:10:49,250 --> 00:10:56,450 (əlbəttə ki, bizim öz keçmişimiz barədə bir o qədər də ətraflı məlumatımız yoxdur; 72 00:10:56,970 --> 00:11:04,570 Xacə Nəsirlər, İbn Sinalar, Xarəzmilər, Xəyyamlar, 73 00:11:05,200 --> 00:11:14,110 Mirdamadlar, Şeyx Bəhailər yetişdirmiş o mədrəsə və universitetlərin necə olduğunu bilmirik; 74 00:11:14,400 --> 00:11:19,310 təəssüflər olsun ki, ötən əsirlərdə özümüzün təhsil və müəyyən mənada universitet sistemimizin 75 00:11:19,710 --> 00:11:26,970 hansı formada olduğu barədə doğru-dürüst informasiyaya malik deyilik; az işləmiş olduğumuz mövzulardan biri də budur): 76 00:11:27,420 --> 00:11:38,970 əsası Qərbdə qoyularaq bütün dünya ölkələrinə, o cümlədən bizim də ölkəmizə ixrac olunmuş universitetlər 77 00:11:40,570 --> 00:11:48,800 3 əsas cəhətə malikdir: bugünkü universitetlər, birinci növbədə, elmi mərkəzdir. 78 00:11:50,110 --> 00:12:01,310 Digər bir cəhət isə budur ki, müasir universitetlər innovativ ideyaların, problemlərə yeni yanaşma tərzinin, yenilikçi axtarışların mərkəzidir; universitetlərdə gənclər təmsil olunduğuna görə 79 00:12:02,570 --> 00:12:11,820 onlarda yenilik axtarışı, məsələlərə innovativ yanaşma var; deməli, müasir universitetlər innovativ ideyaların da mərkəzidir. 80 00:12:12,450 --> 00:12:20,850 Digər bir xüsusiyyət isə budur ki, hazırkı universitetlər ölkənin, cəmiyyətin ümumi ab-havasına təsir etmək iqtidarındadır. 81 00:12:21,420 --> 00:12:30,910 Hər bir ölkədə universitetlər ən önəmli təsir gücünə malik mərkəzlərdən biri hesab olunur. 82 00:12:30,910 --> 00:12:37,940 Bu təkcə bizim ölkəmizdə deyil, bütün toplumlarda belədir. Bu təsir 83 00:12:38,570 --> 00:12:46,170 ya mədəni işlər, yazılar, mədəni məhsullar vasitəsilə, 84 00:12:46,400 --> 00:12:53,820 ya siyasi iş aparmaq yolu ilə, ya da mübarizə fəaliyyəti ilə həyata keçirilir; bir sıra növləri var. Müasir universitetlərin 3 əsas cəhəti bunlardır. 85 00:12:54,340 --> 00:12:58,850 Ölkəmizdə universitetlərin yarandığı gündən bəri 86 00:13:00,110 --> 00:13:06,510 o zaman ölkənin siyasətini tamamilə ağalığı altına almış imperialist ünsürlər 87 00:13:07,420 --> 00:13:15,200 (onlar bütün sahələri ələ almışdılar; həm hər şey haqda məlumatlı idilər, 88 00:13:15,650 --> 00:13:21,880 həm nüfuzları var idi, həm də istədikləri hər işi görürdülər) 89 00:13:22,680 --> 00:13:35,420 universitetlərin az öncə qeyd etdiyim 3 cəhəti içərisindən birinci cəhətlə bağlı yalnız bunu edirdilər ki, 90 00:13:36,170 --> 00:13:52,340 bizim elmi cəhətdən İran insanının istedadına uyğun, təbii bir inkişafa nail olmağımıza imkan vermirdilər; elmi uğurlar əldə etməyimizə əngəl olmağa çalışırdılar. 91 00:13:52,850 --> 00:14:02,340 Bu dediklərimin sübutu var, bunlar hamısı rəsmi sənədlərdə əksini tapan şeylərdir. 92 00:14:02,800 --> 00:14:10,400 Az sonra bu barədə qısaca deyəcəyəm. 93 00:14:10,800 --> 00:14:23,080 İkinci cəhət olan innovativ yanaşmaya gəlincə isə bu sahəni tamamilə öz ixtiyarlarına keçirmişdilər; yəni bu sfera tam olaraq onların təsiri altında idi. 94 00:14:24,050 --> 00:14:34,400 Üçüncü cəhətə gəlincə, çalışırdılar ki, universitetlərin ölkənin siyasi-ictimai mühitinə təsirini özləri idarə etsinlər; 95 00:14:34,680 --> 00:14:43,600 müxtəlif yollarla; istər özlərindən asılı mədəni qurumlar, 96 00:14:44,000 --> 00:14:48,910 istərsə də hətta təhlükəsizlik orqanları vasitəsilə. 97 00:14:49,310 --> 00:15:00,050 Yəni əslində qeyd etdiyim cəhətlərin hər 3-ü baxımından universitetlərimiz üzərində 98 00:15:00,450 --> 00:15:09,420 imperialist ünsürlərin hiss olunmayan – müəyyən hallarda isə hiss olunan – bir şəkildə daimi bir ağalığı var idi. 99 00:15:10,450 --> 00:15:17,600 Dedik ki, universitetlərdə həmin o birinci cəhəti, yəni onların elmi fəaliyyətini zəiflətməyə çalışırdılar. 100 00:15:18,400 --> 00:15:31,250 Bu o deməkdir ki, bizim universitetlərimizə verilən elmi proqram ikinci əl proqram idi, 101 00:15:32,110 --> 00:15:36,620 köhnə, işləkliyini itirmiş elm idi; 102 00:15:37,420 --> 00:15:44,680 yəni qərblilər mühüm elmi nailiyyətləri heç vaxt başqalarına ötürməyiblər. 103 00:15:44,850 --> 00:15:53,020 İndi biz öz ölkəmizdəki vəziyyəti daha yaxşı bilirik, amma bir qayda olaraq bizə bənzər, yəni imperialistlərin nüfuz və ağalığı altında olan bütün ölkələrdə 104 00:15:53,200 --> 00:16:01,820 bu cür olub. Yeni elmləri, əldə etdikləri elmi inkişaf sayəsində 105 00:16:02,280 --> 00:16:12,000 qazandıqları yeni elmi bilikləri bizim ölkəmiz kimi ölkələrə heç vaxt ötürməyiblər; 106 00:16:12,910 --> 00:16:24,680 ötürdükləri, paylaşdıqları yalnız köhnə, yeniliyini itirmiş şeylər olub. 107 00:16:24,970 --> 00:16:36,570 Əlbəttə ki, bunun da səbəbləri olub; köhnə elm və texnologiyanı 108 00:16:36,800 --> 00:16:43,650 bizə və bizim kimi ölkələrə ötürmələrinin də öz səbəbləri olub. 109 00:16:44,450 --> 00:16:51,140 Qərb imperializminin bir rəqibi yarandıqdan sonra bu, 110 00:16:51,480 --> 00:17:00,110 get-gedə həmin rəqiblə əlaqələr qurmağa çalşan ölkələrə öz təsirini göstərməyə başladı. 111 00:17:01,820 --> 00:17:10,170 Misal üçün, o vaxta qədər bərqərar olunmuş imperializm sisteminə – 112 00:17:10,680 --> 00:17:19,310 yəni İngiltərə, Amerika və sairə rəqib olaraq Sovet hökuməti qurulandan sonra yeni yaranmış bu dövlət 113 00:17:19,540 --> 00:17:28,400 öz nüfuz dairəsini genişləndirmək üçün qərblilərin sona qədər də heç bir zaman paylaşmağa razı olmayacağı bəzi elmi nailyyətləri 114 00:17:29,420 --> 00:17:39,770 Hindistan kimi bir ölkəyə və onun universitetlərinə ötürməyə başladı. 115 00:17:41,080 --> 00:17:49,480 Və ya daha da aydın bir misalla: Çin kimi bir ölkəni qərblilərdən heç bir zaman əldə edə bilməyəcəyi 116 00:17:49,820 --> 00:17:58,680 elmi-texnoloji biliklərlə təmin etdi (çünki ortada siyasi rəqabət var idi, nüfuz dairəsini genişləndirmək məsələsi var idi). 117 00:17:59,140 --> 00:18:10,000 Çinlilər nüvə məsələsini ruslardan öyrənib; hindlilər nüvə məsələsini ruslardan – 118 00:18:10,280 --> 00:18:17,420 keçmiş Sovet İttifaqından öyrənib. Bunlar elə elmi biliklər idi ki, 119 00:18:18,000 --> 00:18:30,000 Qərbin elm və ali təhsil sisteminin onları nə vaxtsa Çin, Hindistan və birinci növbədə də bizim ölkəmiz kimi ölkələrə ötürməsi qeyri-mümkün idi. 120 00:18:30,340 --> 00:18:41,940 Odur ki elmi baxımdan onlar bizim kimi nüfuz və müəyyən mənada ağalıqları altında olan ölkələrin universitetlərinə 121 00:18:42,400 --> 00:18:53,540 heç vaxt kömək etməyiblər, onların elmi inkişafının asanlaşmasına heç bir zaman şərait yaratmayıblar; 122 00:18:54,050 --> 00:19:01,540 əksinə, yeri düşəndə zərbə də vurublar. Yəni bu universitetlərdə parlaq istedada malik bir elm adamı aşkarlayanda 123 00:19:01,820 --> 00:19:14,220 çəkib aparıb özləri üçün işlədiblər. Belə idi; Pəhləvi hakimiyyəti dövründə uzun illər boyu belə bir vəziyyət hökm sürürdü. 124 00:19:17,080 --> 00:19:24,450 Bayaq dediyim o ikinci cəhəti – innovativ yanaşma məsələsini isə tamamilə ələ keçirmişdilər; 125 00:19:25,420 --> 00:19:35,140 yəni universitetlər Qərb dəyərlərinin cəmiyyətə ötürüldüyü bir məkana çevrilmişdi, 126 00:19:36,280 --> 00:19:42,000 müxtəlif sferalarda Qərb dəyərlərinin aliliyinə inanır 127 00:19:42,800 --> 00:19:51,250 və bu dəyərləri təcəssüm etdirirdi. Yəni bunun üzərində işləmişdilər, 128 00:19:51,880 --> 00:19:58,400 universitetlərdə bu sahəni sözün əsl mənasında ələ almışdılar. 129 00:19:58,910 --> 00:20:04,620 Üçüncü cəhəti də, qeyd etdik ki, idarə edirdilər; idarə etməyə çalışırdılar; 130 00:20:04,620 --> 00:20:09,310 müəyyən yerlərdə dillə, müəyyən yerlərdə pul və rüşvətlə, 131 00:20:09,540 --> 00:20:16,400 cürbəcür donlar geydirməklə, müəyyən yerlərdə də zorakılıq yolu ilə. İrandakı SAVAK 132 00:20:16,970 --> 00:20:25,080 etirazçı tələbələri yolundan döndərmək üçün Amerika və İsrail qüvvələri tərəfindən 133 00:20:25,310 --> 00:20:32,850 silahlandırılmışdı. Və edirdilər də; bu işi həyata keçirirdilər. 134 00:20:34,170 --> 00:20:42,170 Bir sözlə, universitetlərimiz bu vəziyyətdə idi; yəni ölkəmizdə universitetlər belə bir inkişaf yolu keçib. 135 00:20:42,170 --> 00:20:55,540 Lakin bütün bunlara rəğmən, universitetlər islami hərəkata və İmam Xomeyniyə “Ləbbeyk!” deyən ən önəmli mərkəzlərdən olmuşdur. 136 00:20:57,880 --> 00:21:08,050 Universitetlərdə o vaxta qədər oturuşmuş sistem bunu əsla tələb etmirdi, buna heç bir lüzum yaratmırdı, 137 00:21:08,740 --> 00:21:18,280 amma buna baxmayaraq, universitetlərin proseslərə necə qoşulduğunu gördünüz. Doğrudur, sizin əksəriyyətiniz o dövrü görməmisiniz, 138 00:21:18,910 --> 00:21:28,110 universitetlərin İmam Xomeyninin başlatdığı hərəkatı dəstəkləməsinin nə dərəcədə önəmli olduğu 139 00:21:28,280 --> 00:21:37,600 burada iştirak edən gənc bacı və qardaşlarımızdan çoxuna aydın deyil, amma o dövrü yaşamış bizlər üçün tamamilə aydın və dəqiqdir. 140 00:21:38,620 --> 00:21:47,140 Bu dəstək elə bir zamanda gəldi ki, universitetlərdə solçu fikirlər – 141 00:21:47,540 --> 00:21:55,770 marksist ideyalar geniş yayılmışdı. Özü də sizə deyim ki, 142 00:21:56,510 --> 00:22:07,200 bu, adi, təbii surətdə baş verməmişdi; kömək edirdilər; 143 00:22:08,050 --> 00:22:12,620 universitetlərdə islami ideyalarla mübarizə aparmaq üçün qəsdən marksist təfəkkürünü yayırdılar. 144 00:22:13,600 --> 00:22:20,680 Kiminsə əlində bir neçə səhifəlik islami broşur görsəydilər, 145 00:22:21,140 --> 00:22:28,620 problemə çevrilirdi, həmin adam təqib olunurdu, amma belə bir vaxtda marksist məzmunlu yazılar 146 00:22:29,420 --> 00:22:39,940 universitetlərdə rahatlıqla nəşr olunaraq satışa gedirdi. Tələbələr bu cür kitabları əllərində gəzdirirdi, heç kəs də buna əhəmiyyət vermirdi. Solçu müəllimlər də dərsə girib sözünü deyirdi. 147 00:22:42,170 --> 00:22:51,820 Yəni islami təfəkkür universitetlərdə solçu marksist təfəkkür kimi bir rəqiblə üz-üzə idi 148 00:22:51,820 --> 00:22:58,170 və təzyiqlərə məruz qalırdı. Bir yandan solçu təfəkkür var idi, o biri yandan da 149 00:22:58,450 --> 00:23:08,910 əxlaqi cəhətdən pozucu təbliğat; yəni gəncləri fəsada sürükləyən meyillər. 150 00:23:09,200 --> 00:23:14,740 Bunlar da əsasən universitetlərdə yayılırdı. Məqsəd isə gəncləri 151 00:23:15,020 --> 00:23:24,570 mübarizə və müqavimətdən, İslamdan, İmam Xomeyninin dəvət etdiyi yoldan uzaqlaşdırmaq idi. 152 00:23:24,800 --> 00:23:32,680 Amma etirazçı tələbələrin fəaliyyətinə əngəl olan bu iki başlıca amilə rəğmən, 153 00:23:32,910 --> 00:23:38,970 universitetlər islami hərəkata “Ləbbeyk!” dedi, bu hərəkata qoşuldu, 154 00:23:39,480 --> 00:23:49,650 onun üçün çalışdı, iş gördü; həm inqilabi mübarizə dövründə, həm də ondan sonra. Əgər inqilabdan sonra bizim gənc tələbələrimiz olmasaydı, 155 00:23:50,050 --> 00:23:54,280 quruculuq cihadı həyata keçirilməzdi, Keşikçi Korpus da formalaşmazdı. 156 00:23:55,310 --> 00:24:00,400 Keşikçi Korpusun aparıcı kadrlarının çoxu universitetlərin məzunları idi; 157 00:24:00,740 --> 00:24:14,000 quruculuq cihadında iştirak edən fəal uşaqların əsas hissəsi tələbələr idi. Gəldilər, meydana atıldılar. 158 00:24:14,280 --> 00:24:21,880 Bu, bizim universitetlərimizdə ideoloji cəhətdən münbit zəmin olduğunu göstərir. 159 00:24:21,880 --> 00:24:29,540 Əlbəttə ki, bunun səbəbinin nə olduğunu bilmək üçün də sosioloji araşdırmalara ehtiyac var. 160 00:24:29,710 --> 00:24:33,710 Düzdür, mütəxəssislər bu mövzuda fikirlər irəli sürür, müzakirələr aparırlar; mən özüm də bu barədə müəyyən nəticəyə gəlmişəm, 161 00:24:33,940 --> 00:24:40,680 intəhası indi bu mövzuya girmək istəmirəm. Hər halda, reallıq budur ki, 162 00:24:41,770 --> 00:24:51,080 universitetlərimizdə, tələbə gənclərimiz arasında islami, inqilabi meyillər üçün kifayət qədər münasib zəmin mövcud idi. 163 00:24:51,250 --> 00:24:59,940 Bəli, bu olduqca önəmli bir şansdır. Əlbəttə, inqilab da universitetlərə çox kömək etdi; 164 00:25:00,450 --> 00:25:12,400 İslam İnqilabı ölkə universitetləri üçün, həqiqətən də, qurtuluş oldu. Universitetləri hərəkətə gətirdi, 165 00:25:12,800 --> 00:25:19,820 elmi inkişafın, elmi innovasiyaların əhəmiyyətini onlara başa saldı. 166 00:25:20,170 --> 00:25:32,170 Görün bu gün tələbələrimizin, müəllimlərimizin, elmi tədqiqat mərkəzlərimizin vəziyyəti keçmişdəkindən – 167 00:25:32,450 --> 00:25:35,880 inqilabdan əvvəlki dövrdən nə qədər fərqlənir! 168 00:25:37,650 --> 00:25:47,650 Yəni bu gün universitetlər elmi innovasiyaların mərkəzidir, elmdə yeniliklərin yarandığı bir yerdir. Doğrudur, bayaq qardaşlarımız burada müəyyən məsələlərə toxundular, 169 00:25:48,000 --> 00:25:53,140 biz də dedik ki, bu məsələlər araşdırılmalı, müzakirə olunmalıdır, 170 00:25:54,000 --> 00:26:00,800 lakin bu bir həqiqətdir: bu gün ölkəmizdəki universitetlərin ümumi hərəkət tendensiyası elmi innovasiyalara nail olmaqdan ibarətdir 171 00:26:01,480 --> 00:26:06,220 və uğurları da göz önündədir. 172 00:26:07,310 --> 00:26:16,570 Bu gün siz deyirsiniz ki, elmi inkişafımıza görə dünya üzrə (hansısa mötəbər beynəlxalq qurumun 173 00:26:17,140 --> 00:26:25,480 gəldiyi nəticəyə əsasən) 15-ci və ya 17-ci yerdəyik, yaxud bir bu qədər irəliləmişik; bax bu, elə o deməkdir. 174 00:26:25,480 --> 00:26:35,600 Universitetlərdə həyata keçirilən elmi inkişaf ölkəyə özünəinam bəxş edib. 175 00:26:36,740 --> 00:26:47,480 İstənilən halda, inqilab dövründə tələbələr mühüm rol oynadı. Əlbəttə ki, müəllimlərdən də bəzilərinin önəmli rolu oldu, buna heç bir şübhə yoxdur. 176 00:26:49,250 --> 00:27:02,970 Bütün müəllimləri deyə bilmərik, amma bəziləri o dövrdə tələbələrin düzgün istiqamətləndirilməsində, həqiqətən də, mühüm rol oynadı. 177 00:27:03,420 --> 00:27:11,020 Bu gün həmin mübariz və fəal tələbələr – sizlər və universitetlərdə çalışan sizin kimi insanlar – 178 00:27:11,310 --> 00:27:19,710 özləri universitet müəllimidir və önəmli rol oynaya bilər; universitetlərin gələcəyi üçün iş görə bilər. 179 00:27:20,050 --> 00:27:26,800 Qeyd etmək istərdim ki, müəllimlərimiz universitetlərimizdə 180 00:27:26,800 --> 00:27:31,880 bir yandan ruh yüksəkliyi və optimizm atmosferinin yaradılmasında, 181 00:27:32,170 --> 00:27:42,970 digər tərəfdən isə dini və inqilabi dəyərlərin müdafiəsi işində öhdələrinə düşən rolu özləri üçün müəyyənləşdirməlidir; 182 00:27:43,650 --> 00:27:51,650 yəni bu iki məsələdə rol oynamalıdır. Hörmətli müəllimlər, siz universitetlərdə rol oynamalısınız. 183 00:27:52,220 --> 00:27:57,880 Müxalif meyillər var, onlarla mübarizədə öz rolunu oynamaq lazımdır. 184 00:27:59,480 --> 00:28:09,310 Bu rol da iki cürdür: birincisi, tələbə yetişdirmək, alim yetişdirmək, yəni müəllimlərin tələbələrin üzərində işləmək baxımından rolu, 185 00:28:09,770 --> 00:28:21,080 ikincisi isə onların universitetdən kənar mühitdə öhdəsinə düşən rol. Mən universitet müəllimlərinin cəmiyyətimizdə bu iki rolu ifa etməsini gözləyirəm. 186 00:28:21,650 --> 00:28:33,420 Tələbə yetişdirmək məsələsinə gəlincə, bu olduqca yüksək əhəmiyyətə malik bir işdir. 187 00:28:34,000 --> 00:28:40,280 Siz problemlərlə dolu bir gələcək üçün kadrlar hazırlayırsınız. 188 00:28:42,000 --> 00:28:52,450 Bizi gözləyən gələcək, yəni qarşıdakı onilliklər problemlərlə dolu olacaq; 189 00:28:53,540 --> 00:29:00,510 cürbəcür problemlərlə qarşılaşacağıq. Dünyada gedən dəyişiklikləri özünüz görürsünüz; çox sürətli və köklü dəyişikliklər baş verir. 190 00:29:00,800 --> 00:29:12,000 Gələcəkdə baş verəcək dəyişikliklər ya tarixən İran xalqının üzərinə qoyulmuş bu asılılıq çənbərinin, 191 00:29:12,570 --> 00:29:19,820 asılılıq baryerinin dağıdılmasına səbəb olacaq 192 00:29:19,820 --> 00:29:26,910 və biz bu çənbərdən, bu baryerdən canımızı qurtararaq öz yerimizi tapacaq, şənimizə layiq məqama yetişəcək, 193 00:29:27,200 --> 00:29:32,050 dünyada öz sözümüzü deyəcək, öz sözümüzü ortaya qoyacağıq 194 00:29:32,400 --> 00:29:40,850 (bizim öz sözümüz var; İslam dövlətinin dünyaya deyəsi sözü çoxdur; çoxlu yeni fikirləri var) 195 00:29:41,140 --> 00:29:52,740 və gələcək onilliklərdə bizim insan resurslarımız – sizin bu gün yetişdirdiyiniz kadrlar 196 00:29:53,250 --> 00:29:59,080 öz əzmi, təpəri, təhsili, mənimsədiyi elmi biliklər, 197 00:29:59,710 --> 00:30:07,540 onlara aşılanmış ruhiyyə sayəsində bu asılılıq, 198 00:30:07,770 --> 00:30:17,420 ətalət və sair baryerlərini qırıb, sözün əsl mənasında bir irəliləyiş edə biləcək, İran və İran insanı özünün əsl və layiqli məqamına yetişəcək; 199 00:30:17,650 --> 00:30:29,600 ya bu olacaq, ya da Allah eləməmiş, bizim insan resurslarımızda bayaq sadaladığım xüsusiyyətlər olmasa, 200 00:30:30,050 --> 00:30:35,200 uzun müddət sürəcək daha bir zəlalət və alçalma dövrünə qədəm qoyacağıq. Əgər bizim insan resurslarımız asılı bir düşüncəyə sahib olsa, 201 00:30:36,050 --> 00:30:42,400 asılı şəkildə hərəkət etsə, 202 00:30:42,850 --> 00:30:47,940 asılılıqdan xoşlansa, müstəqilliyin, 203 00:30:49,250 --> 00:30:59,080 İslamın və islami dəyərlərin qədrini bilməsə, özünəinamsız olsa – əgər bu cür olsa – 204 00:30:59,540 --> 00:31:05,650 o zaman biz eynilə Məşrutədən bir qədər əvvəlki dövrdən 205 00:31:06,050 --> 00:31:13,600 İslam inqilabının əvvəllərinə qədər Qərbin ağalığı altında yaşadığımız, 206 00:31:13,600 --> 00:31:20,220 sonradan min bir əziyyətlə birtəhər yaxa qurtardığımız vaxtlarda olduğu kimi, 207 00:31:20,510 --> 00:31:27,140 daha bir uzun və qaranlıq çıxmaza girəcəyik; yenidən keçmişdəki həmin o acı və çətin prosesləri yaşayacağıq. 208 00:31:27,600 --> 00:31:32,800 Bu, bu gün sizin bu tələbələri nə cür yetişdirməyinizdən asılıdır. 209 00:31:33,420 --> 00:31:37,020 Odur ki, mənim fikrimcə, tələbələrin hansı şəkildə yetişdirilməsi olduqca önəmlidir. 210 00:31:37,310 --> 00:31:42,620 Siz gəncləri bu dediyim hallardan birincisi üçün yetişdirməlisiniz; 211 00:31:43,140 --> 00:31:50,400 sizin bu gün yetişdirdiyiniz gənclik gələcəkdə baş verəcək proseslərə, dünyanı gözləyən 212 00:31:51,200 --> 00:31:56,570 mühüm dəyişikliklərə (təkcə bizim ölkəmizi və ya Qərbi Asiya regionunu yox, 213 00:31:57,420 --> 00:32:04,170 bütün dünyanı; əlbəttə, dünyada gedən dəyişikliklər bura da öz təsirini göstərəcək və ya bu dəyişikliklərin ən mühüm mərkəzlərindən biri elə bura olacaq, 214 00:32:04,170 --> 00:32:13,310 amma mən bütövlükdə Yer kürəsində baş verəcək dəyişiklikləri nəzərdə tuturam; elmi, praktik, 215 00:32:13,770 --> 00:32:23,080 siyasi zəmində, güc balansı və sair baxımından; heyrətamiz dəyişikliklər baş verəcək) 216 00:32:23,420 --> 00:32:32,740 müqavimət göstərə bilməli, əzmli, iradəli, imanlı, 217 00:32:33,650 --> 00:32:43,310 özünəinamlı, peşəkar, işini bilən, məlumatlı, dərin düşüncəli, inqilabçı, dindar kadrlar olmalı 218 00:32:43,880 --> 00:32:51,310 və o gün ölkəni layiq olduğu yolla apara bilməlidirlər. 219 00:32:53,480 --> 00:33:00,620 Sizin yetişdirdiyiniz, təsiriniz altında olan gənclərdə 220 00:33:00,800 --> 00:33:06,170 özünü göstərməli olan digər bir xüsusiyyət öz milli kimliyinin nəcibliyinə inanmaq və onunla fəxr etməkdir. 221 00:33:06,280 --> 00:33:13,370 O gün mən burada hökumət rəsmiləri ilə keçirdiyimiz görüşdə də milli kimlik barədə söhbət etdim; 222 00:33:14,170 --> 00:33:24,220 bildirdim ki, milli mənafe yalnız milli kimliklə əlaqəli olduqda məna kəsb edir. 223 00:33:25,200 --> 00:33:34,740 Zahirdə mənfəət kimi görünən, lakin mahiyyəti milli kimliklə uyğun gəlməyən və ya təzad təşkil edən bir şey əslində milli mənafe deyil; 224 00:33:34,910 --> 00:33:42,110 millətə ziyandır. Siz gəncləri bizim milli kimliyimizlə tanış etməlisiniz ki, 225 00:33:42,340 --> 00:33:51,140 onunla və xalqımızın müstəqilliyi ilə fəxr etsinlər. Bugünkü gənclərimizin əksəriyyəti heç müstəqilliyin də qədrini bilmir. 226 00:33:51,370 --> 00:34:02,910 Əlbəttə, doğulduqları gündən bəri xarici dövlətlərdən heç bir asılılığı olmayan bir ölkədə yaşayıblar; 227 00:34:03,420 --> 00:34:14,340 əvvəl gündən belə görüblər ki, İslam Respublikası 228 00:34:15,080 --> 00:34:22,340 başqalarının “gözün üstə qaşın var” belə deməyə cürət etmədiyi xarici dövlətlərə qarşı çıxır. Bu, siyasi müstəqillikdir; 229 00:34:22,910 --> 00:34:30,800 əvvəldən bunu gördükləri üçün qədrini bilmirlər. Ölkədə Amerika, 230 00:34:31,310 --> 00:34:38,340 ondan da qabaq İngiltərənin hər dediyinin, mütləq, gerçəkləşməli olduğu dövrləri yaşamayıblar, ona görə də müstəqilliyin qədrini bilmirlər. 231 00:34:38,510 --> 00:34:47,250 ona görə də müstəqilliyin qədrini bilmirlər. Bunu onlara başa salmaq lazımdır. Müəllimlərin tələbələr üzərində öhdəsinə düşən mühüm rollardan biri də budur. 232 00:34:47,370 --> 00:34:53,140 İkinci rol isə ölkədə gedən proseslərlə bağlıdır; 233 00:34:53,140 --> 00:34:59,310 bayaq qardaşlarımızdan bir neçəsi də burada qeyd etdilər; mən onların fikirlərini tam olaraq təsdiqləyirəm. 234 00:34:59,540 --> 00:35:06,620 Onlardan biri bildirdi ki, biz qüdrət, təhlükə, təhlükəsizlik və sair bu kimi anlayışları 235 00:35:07,080 --> 00:35:13,880 cəmiyyətimizə lazımınca izah edərək mənimsətməmişik; əlbəttə, bu anlayışların əhəmiyyəti onların cəmiyyətə izah olunmasında deyil; 236 00:35:14,110 --> 00:35:21,600 əhəmiyyətli olan budur ki, bu kimi anlayışlar mühüm qərarlar qəbul edən səlahiyyətli qurumlara ətraflı izah olunsun; yəni bunlar mühüm qərarlara təsir göstərən anlayışlardır. Bəli, bunu mən də qəbul edirəm; 237 00:35:22,340 --> 00:35:31,370 bu işlər görülməyib, bunları həyata keçirmək lazımdır. 238 00:35:32,620 --> 00:35:42,000 Və ya başqa bir qardaşımız qəbul edilən qanun layihələri və sairlə bağlı dedi; daha bir qardaşımız sənayedə 50 il boyunca yanlış əmək sisteminin tətbiq olunduğunu qeyd etdi. 239 00:35:42,400 --> 00:35:48,850 Bunlar əsaslı fikirlərdir, bu fikirləri gözdən keçirməyə dəyər və bayaq da mən dedim ki, bunları müzakirə etmək, üzərində işləyib inkişaf etdirmək lazımdır. 240 00:35:48,970 --> 00:35:57,600 Lakin bunlar səlahiyyətli qurumlara ötürülməli olan fikirlərdir. 241 00:35:57,820 --> 00:36:02,850 Səlahiyyətli qurumlar bu kimi məsələlər barədə məlumatlı olmalı, onlardan istifadə etməlidir. 242 00:36:02,970 --> 00:36:08,280 Mənim hər il ramazan ayında bu görüşlərin təşkil edilməsinə, universitet müəllimlərinin 243 00:36:08,280 --> 00:36:21,080 gəlib burada çıxış etməsi üçün şərait yaradılmasına təkid etməyimin səbəblərindən biri də (əlbəttə ki, mən sizlərlə hər ay görüşmək istəyərdim, təəssüf ki, imkanımız yoxdur), 244 00:36:21,420 --> 00:36:28,850 elə budur ki, bu fikirlər səsləndirilsin, rəsmilər, səlahiyyətli qurumlar eşitsin. Siz onlara təsir göstərməlisiniz. 245 00:36:30,400 --> 00:36:38,800 Misal üçün, biz ölkənin iqtisadi problemləri ilə bağlı bu qədər danışırıq, 246 00:36:39,020 --> 00:36:48,450 hamı da dediklərimizi təsdiqləyir. “Müqavimət iqtisadiyyatı” məsələsini irəli sürdük, 247 00:36:48,850 --> 00:37:00,170 yuxarıdan aşağı hamı da dəstəkləyir, təsdiqləyir, bu mövzuda iclaslar keçirir, komitə və komissiyalar da yaradırlar, 248 00:37:01,140 --> 00:37:07,140 amma işlər lazımi şəkildə irəli getmir. Yaxşı, problem nədədir? 249 00:37:07,140 --> 00:37:14,280 Elmi-nəzəri cəhətdən bir çatışmazlıq var. Bu çatışmazlığı kim aradan qaldırmalıdır? Universitetlərdə çalışan sizlər! 250 00:37:15,770 --> 00:37:28,970 Və ya məşğulluq məsələsi. Bu il biz məşğulluq məsələsini önə çəkmişik, bu barədə ətraflı danışmışıq; ilimiz də “Milli istehsal və məşğulluq” ili elan olunub. 251 00:37:29,370 --> 00:37:38,510 “Məşğulluq” və ya “milli istehsal” eyni fikirdir; hamı da bu işin həyata keçirilməsini istəyir, bunun üçün çalışırlar da. 252 00:37:38,740 --> 00:37:43,200 Mən ilin əvvəlində etdiyim çıxışda dedim, 253 00:37:43,600 --> 00:37:50,170 yəni dövlətin həyata keçirdiyi işlər barədə ictimaiyyəti məlumatlandırdım. Kiçik və orta sənaye müəssisələri üçün 254 00:37:50,620 --> 00:37:59,200 17 trilyon tümən pul xərcləyiblər ki, bəlkə, kömək olsun, işə düşsünlər, amma yenə də arzulanan nəticəni verməyib. 255 00:37:59,420 --> 00:38:11,200 Problem nədədir? Analoji tədbirlər bundan əvvəlki, ondan öncə 8-ci hökumətin dövründə də həyata keçirilmişdi; 256 00:38:13,770 --> 00:38:22,000 olmur. Niyə olmur? Elmi-nəzəri cəhətdən bir çatışmazlıq var. Yəqin ki, bu işdə nə isə bir düyün, çatışmazlıq var və problem elmi cəhətdəndir. 257 00:38:22,620 --> 00:38:25,710 Bəs bu düyün harada açılmalıdır? Universitetlərdə. 258 00:38:26,740 --> 00:38:33,020 Əgər rəsmi məlumatlara əsasən əhalidə olan o nəhəng həcmli nağd vəsait 259 00:38:33,020 --> 00:38:39,540 məşğulluğa yönəldilsə, görün ölkədə nə baş verər?! Niyə həyata keçirilmir? 260 00:38:40,000 --> 00:38:52,570 Burada banklarla bağlı problemlərə toxunuldu. Doğrudur, bank sistemində bu kimi problemlər var. Bunlar səlahiyyətli qurumlar tərəfindən diqqətə alınmalıdır. 261 00:38:57,600 --> 00:39:09,020 Və ya Konstitusiyanın 44-cü maddəsi ilə bağlı məsələ; bildiyiniz kimi, bu maddə özəl sektora dəstək verilməsini, özəl sektorun və bu sektora aid sərmayənin 262 00:39:09,420 --> 00:39:16,050 ölkə iqtisadiyyatına cəlb edilməsini nəzərdə tutur. Biz bu məsələni bir neçə il əvvəl gündəmə gətirdik, hamı bəh-bəhlə qarşıladı, 263 00:39:16,280 --> 00:39:23,420 müəyyən işlər də görüldü, amma nə isə reallaşmağını görmürük. Mən işdə bir irəliləyiş hiss etmirəm. 264 00:39:24,110 --> 00:39:32,400 O demək deyil ki, istəmirlər, istəyirlər, çalışırlar da, intəhası irəli getmir. Elmi cəhətdən problem var; mənim demək istədiyim budur. 265 00:39:32,740 --> 00:39:38,800 Universitetlərin ifa edə biləcəyi rol bundan ibarətdir ki, bu sahələrdə mövcud olan problemləri araşdırıb üzə çıxarsınlar, 266 00:39:39,080 --> 00:39:43,420 həlli yolunu axtarıb tapsınlar və ölkənin səlahiyyətli qurumlarına təqdim etsinlər. 267 00:39:43,420 --> 00:39:52,050 Və ya sosial bəlalar, sosial ədalət məsələsi; sosial ədalət barədə hamımız bu qədər danışırıq, 268 00:39:52,450 --> 00:39:59,020 bu mövzuda bu qədər söhbətlər gedir; açıq-aydın, mübahisəsiz bir məsələdir. Yaxşı, bəs hanı? 269 00:39:59,250 --> 00:40:08,110 Sosial ədalət reallaşıbmı? Cini indeksi günü-gündən daha da yüksəlib, daha da betər vəziyyət alıb. 270 00:40:09,020 --> 00:40:18,510 Nəyə görə? Səbəb nədir? Bu düzgün fikir, bu düzgün istək, bu düzgün hədəf ölkəmizdə nəyə görə reallaşmır? 271 00:40:18,800 --> 00:40:27,370 Dostlarımızdan biri ölkənin makro səviyyədə idarə olunmasından danışdı; yeri gəlmişkən, bu məsələni mən də özüm üçün qeyd etmişdim. 272 00:40:28,680 --> 00:40:36,570 Sizin görə biləcəyiniz işlərdən biri də ölkənin makro səviyyədə idarəçiliyinə kömək etməkdir. 273 00:40:36,570 --> 00:40:50,970 Baxın, bizim makroidarəetmədə üzləşə biləcəyimiz problemlərdən biri makroidarəetmə sistemimizə, necə deyərlər, “virus” düşməsidir; 274 00:40:52,000 --> 00:41:00,680 yəni düşmən bizim idarəetmə düşüncəmizə “virus” salaraq bütün işlərimizi, 275 00:41:00,910 --> 00:41:10,680 bütün təşəbbüslərimizi, bütün qərarlarımızı korlaya, bunları yanlış səmtə yönəldərək öz istədiyi istiqamətdə apara bilər. Biz buna əngəl ola bilərik; əngəl olmalıyıq; 276 00:41:11,310 --> 00:41:21,370 əsas işlərdən biri budur. Və ya ölkənin aşkarlanmamış potensialından istifadə. 277 00:41:21,540 --> 00:41:30,170 Həqiqətləri açıqlamaq məsələsi; universitet müəllimlərinin öhdəsinə düşən işlərdən biri də ölkədə gedən 278 00:41:30,510 --> 00:41:38,510 ictimai-siyasi proseslərlə bağlı həqiqətləri açıqlamaqdır. Bayaq cənab Parsaniya 279 00:41:39,140 --> 00:41:47,820 burada 2030 saylı sənəd barədə söhbət etdi; Bu məsələnin açıqlanması lazımdır. 280 00:41:48,400 --> 00:41:57,770 Mən Təhsil Nazirliyinin qəbul etdiyi o 2030 saylı sənədlə bağlı müəyyən fikirlər söyləmişdim, bu mövzu ətrafında başqa cürbəcür söhbətlər də getdi. 281 00:41:58,570 --> 00:42:08,220 Bu çox önəmli bir məsələdir; cənab Parsaniyanın da qeyd etdiyi kimi, bu, BMT-də qəbul edilmiş bir ali sənədin – 282 00:42:08,740 --> 00:42:12,110 dayanıqlı inkişaf proqramının – bir hissəsidir. 283 00:42:12,800 --> 00:42:17,370 2030 saylı sənəd həmin proqramın təhsillə əlaqədar olan hissəsidir. 284 00:42:17,370 --> 00:42:25,770 Əslində, onların bu dayanıqlı inkişaf proqramında – və onun bir hissəsi olan bu 2030 saylı sənəddə – 285 00:42:26,220 --> 00:42:31,140 öz rəhbərlikləri altında həyata keçirməyi planlaşdırdığı şey bütün dünya üçün vahid bir mədəni, 286 00:42:31,940 --> 00:42:39,480 ideoloji və praktik nəzəriyyə düzəltməkdir. Bunu edən kimlərdir? 287 00:42:40,170 --> 00:42:48,450 BMT-nin arxasında gizlənən əllər; YUNESKO burada sadəcə olaraq bir vasitədir, gözdən pərdə asmaq üçündür. 288 00:42:50,280 --> 00:43:00,340 Müəyyən qüvvələr var ki, oturub dünya ölkələrində hər bir sahə üçün, hər bir xalq üçün bir nəzəriyyə işləyib hazırlayır; 289 00:43:00,340 --> 00:43:05,370 ideologiya ilə, mədəniyyətlə, praktika ilə bağlı bir nəzəriyyə. 290 00:43:06,220 --> 00:43:17,710 Bu nəzəriyyəni bütün dünya ölkələrinə təqdim edirlər, bütün xalqlar buna uyğun hərəkət etməlidir. Bu nəzəriyyəni bütün dünya ölkələrinə təqdim edirlər, bütün xalqlar buna uyğun hərəkət etməlidir. O nəzəriyyənin bir hissəsi də təhsil sahəsi ilə bağlı olan həmin bu 2030 saylı sənəddir. 291 00:43:19,650 --> 00:43:26,400 Lakin bu, yanlışdır; kökündən yanlış və nöqsanlı bir məsələdir. 292 00:43:26,850 --> 00:43:32,220 Nəyə görə belə olmalıdır? Axı bu dayanıqlı inkişaf proqramını işləyib hazırlayanlar kimdir? 293 00:43:32,220 --> 00:43:39,710 Ölkələr, xalqlar, onların adət-ənənələri, ideologiyası ilə bağlı fikir yürütməyə, 294 00:43:40,400 --> 00:43:47,820 necə davranmalı olduqları barədə göstəriş verməyə nə haqları var? Belə şeylər hamısı məcburiyyətdir. Bu kimi sənəd və proqramların icrasında 295 00:43:48,170 --> 00:43:53,770 məcburiyyət olmadığını düşünmək səthi yanaşmadır. Əslində, bütün bunlar məcburən tətbiq olunur, 296 00:43:54,510 --> 00:44:01,880 bunlardan biri həyata keçirilməsə, sonradan hesabatlarda ölkə üçün mənfi məqam kimi qeydə alınacaq, 297 00:44:02,110 --> 00:44:08,850 “Filan siyahıda axırlardasınız, filan imtiyaz sizdən alınır!” – deyəcəklər. Belə şeylər hamısı bu cürdür; 298 00:44:09,540 --> 00:44:15,880 üzdə məcburi kimi görünməsə də, əslində, hamısı məcburidir. Nəyə lazımdır? 299 00:44:15,880 --> 00:44:27,480 Biz hələ bir neçə il bundan əvvəl “İran-İslam modeli üzrə irəliləyiş” mövzusunu irəli sürmüşük. Mən “inkişaf” sözündən bilə-bilə istifadə etməmişdim. 300 00:44:28,850 --> 00:44:34,740 Rəsmilər, o vaxtdan bizimlə əlaqədə olan insanlar bilir; 301 00:44:35,140 --> 00:44:41,540 mən özüm qəsdən “inkişaf” yox, “irəliləyiş” sözündən istifadə etmişdim, 302 00:44:41,540 --> 00:44:46,800 Qərbə xas bir anlayışdır. Mən “irəliləyiş” sözünü işlədirəm; 303 00:44:47,310 --> 00:44:52,680 İran-İslam modeli üzrə irəliləyiş. Gəlin bu modeli araşdırıb üzə çıxaraq! 304 00:44:53,710 --> 00:45:05,370 Nəyə görə qərblilər bizim irəliləyişimiz üçün o “Dayanıqlı inkişaf proqramı”, “2030 saylı sənəd” və sair bu kimi modellər seçməlidir? 305 00:45:05,710 --> 00:45:13,480 Bunu etmək kimin işidir? Sizin, universitetlərin, müəllimlərin. 306 00:45:14,000 --> 00:45:18,970 Deyiləsi sözlər çoxdur, vaxtımız isə az; 307 00:45:19,200 --> 00:45:23,710 İnşallah, Allah-taala öhdəmizə düşən işləri yerinə yetirməkdə hamımıza dəstək olsun. 308 00:45:24,050 --> 00:45:32,680 Siz dediniz, mən də təsdiqləyirəm, mən də belə düşünürəm ki, biz ayağa qalxıb 309 00:45:33,020 --> 00:45:45,140 Allahın lütfü və dəstəyi sayəsində bu yolu, bu işi, bu inqilabi, islami hərəkatı irəli aparmışıq, inşallah, bundan sonra da davam etdirərək irəli aparacağıq 310 00:45:45,140 --> 00:45:50,340 və sonda qələbə çalan da, Allahın köməyi ilə, heç şübhəsiz, biz olacağıq.