1 00:00:00,220 --> 00:00:02,570 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:02,800 --> 00:00:05,860 الحمدلله ربّ العالمين 3 00:00:08,710 --> 00:00:14,400 و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد 4 00:00:24,570 --> 00:00:32,000 و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّةالله في الارضين 5 00:00:32,260 --> 00:00:47,240 Əziz qardaşlar, əziz bacılar, Müqəddəs Müdafiə savaşının yadigarları, İran xalqının böyüklük 6 00:00:48,170 --> 00:01:01,110 və qəhrəmanlığının təcəssümü olan komandirlər, döyüşçülər, dinamik gənclər, çox xoş gəlmisiniz. 7 00:01:02,660 --> 00:01:09,950 Xalqımız sizin – istər bu yola çıxaraq həqiqətlərlə tanış olmağa can atan gənclərin, 8 00:01:10,400 --> 00:01:23,770 istərsə də qanlı-qadalı döyüş meydanlarının öz gözləri ilə şahidi olub böyük işlər görmüş 9 00:01:24,400 --> 00:01:31,370 və elə bu gün də xidmətinə davam edən, əksəriyyəti şəhid olacağı günün intizarında olan 10 00:01:31,770 --> 00:01:39,060 keçmiş döyüşçülərin qədrini bilməlidir. Bunlar xalqın övladlarıdır, xalqımız isə qədirbilən bir xalqdır; 11 00:01:39,280 --> 00:01:51,150 rəsmilər, rəhbər işçilər bunların, bu sözlərin qədrini bilməlidir. 12 00:01:53,060 --> 00:02:02,170 Əvvəla, “Nur yolçuları” ekspedisiyalarının təşkilatçılarına təşəkkürümü bildirirəm. 13 00:02:03,860 --> 00:02:14,620 Bayaq general-mayor Baqeri qeyd etdi ki, bu ekspedisiyalarda təşkilatçılardan, 14 00:02:16,400 --> 00:02:26,800 bələdçilərdən, fəallardan ibarət böyük bir kollektiv iştirak edir. Hamınıza təşəkkür edirəm. 15 00:02:27,330 --> 00:02:33,770 Gördüyünüz iş böyük, önəmli, çox effektiv bir işdir. 16 00:02:36,040 --> 00:02:48,000 Burada önəmli olan məqam budur ki, biz tariximizdə yaşanmış böyük günlərin unudulub getməsinə imkan verməməliyik. 17 00:02:49,110 --> 00:03:03,060 Hər bir ölkənin və xalqın tarixində böyük günlər o günlərdir ki, onlarda xalqın vasitəsi, xalqın əli ilə ilahi bir hadisə həyata keçirilmişdir. 18 00:03:03,910 --> 00:03:06,710 “Allahın (vaxtilə onlara nemət verdiyi) günlərini onlara xatırlat”(“İbrahim” surəsi, 5-ci ayədən) 19 00:03:07,060 --> 00:03:17,860 Allah-taala Quranda Musa peyğəmbərə göstəriş verir ki, “əyyamullah”ı – Allahın günlərini tayfasının yadına salsın. 20 00:03:18,170 --> 00:03:26,440 “Əyyamullah” tarixin yazıldığı həmin o böyük günlərdir. 8 illik Müqəddəs Müdafiə də 21 00:03:27,150 --> 00:03:32,310 hər gününü hesaba aldıqda müəyyən mənada həmin o “əyyamullah”dan – Allahın günlərindəndir. 22 00:03:35,200 --> 00:03:43,460 Bu hadisələrin yaddaşlardan silinməsinə imkan verməməliyik. 23 00:03:44,080 --> 00:03:54,040 Quran bizə bunu öyrədir; Quranda edilən xatırlatmalara baxın: 24 00:03:54,310 --> 00:04:02,400 “Kitabda İbrahimi də yad et”. (“Məryəm” surəsi, 41-ci ayədən), “Kitabda Musanı da yad et”. (“Məryəm” surəsi, 51-ci ayədən), “Kitabda İdrisi də yad et”. (“Məryəm” surəsi, 56-cı ayədən) “Kitabda Məryəmi də yad et”. (“Məryəm” surəsi, 16-cı ayədən) 25 00:04:02,880 --> 00:04:11,420 Yaddan çıxmasına imkan verməməliyik. Quran bizə öyrədir ki, bunları yada sal, təkrar-təkrar xatırla. 26 00:04:11,820 --> 00:04:20,840 Görün Həzrət Musanın, Həzrət İbrahimin və digər peyğəmbərlərin əhvalatları Quranda neçə dəfə təkrarlanır! 27 00:04:22,000 --> 00:04:26,440 Yada salmaq lazımdır, unudulub getməsinə imkan vermək olmaz. 28 00:04:27,910 --> 00:04:38,880 Əlbəttə, bu sahədə bir sıra işlər görüldüyünün şahidi oluruq. Mənim general-mayor Baqeriyə böyük etimadım var və onun işinə sonsuz nikbinliklə yanaşıram. 29 00:04:39,280 --> 00:04:43,150 O, bu günə qədər gördükləri və ya hazırda həyata keçirdikləri işlərdən danışdı. 30 00:04:43,330 --> 00:04:51,150 Lakin bu işlər iki cürdür: onlardan bəziləri təşkilati işlərdir. 31 00:04:51,370 --> 00:04:56,220 Müəyyən bir təşkilat qurulur, kollektiv toplanır; lap yaxşı, yaxşı bir işdir. 32 00:04:56,480 --> 00:05:02,170 Bəzi işlər isə icraiyyə işləridir. 33 00:05:02,570 --> 00:05:08,400 İcraiyyə işləri hansısa təşkilatı təsis etməklə qurtarmır. 34 00:05:09,200 --> 00:05:16,530 Daim nəzarət etmək lazımdır ki, əvvəla, işlər irəliləsin, 35 00:05:16,970 --> 00:05:26,040 ikincisi, düzgün formada irəliləsin, kənara sapmasın, üçüncüsü inkişaf etsin, yüksəliş qazansın, yeknəsəq olmasın. 36 00:05:26,400 --> 00:05:31,510 Rəvayətdəki o “İki gününü eyni cür keçirən şəxs ziyana uğramışdır” məsələsi 37 00:05:31,640 --> 00:05:39,370 burada tam mənasında yerinə düşür. Dünən gördüyümüz işi bu gün də görürüksə, sözsüz ki, ziyan edirik. 38 00:05:40,260 --> 00:05:45,200 Bu gün dünənkindən bir addım daha irəli, daha yaxşı olmalıyıq. 39 00:05:45,200 --> 00:05:55,420 Elə buna görə də mən müxtəlif sferalarda – hərbidə, hökumətdə, ədliyyədə və sairdə çalışan rəhbər işçilərə üzümü tutub dönə-dönə təkrarlayır, 40 00:05:56,000 --> 00:06:05,820 vurğulayıram ki, arxalarında duran kollektivin ən son sıralarındakı insanların belə işinə diqqət yetirsinlər, 41 00:06:06,130 --> 00:06:11,020 baxsınlar, nəzarət etsinlər. Hər bir işi, 42 00:06:11,860 --> 00:06:17,770 əvvəla, ardıcıl şəkildə davam etdirmək lazımdır. Çünki bəzən bir işə başlayırıq, 43 00:06:18,310 --> 00:06:27,240 sonradan o işi öhdəmizə götürdüyümüzü, bu barədə kiməsə göstəriş verdiyimizi və ya hansısa qərarlar aldığımızı unuduruq; iş yaddan çıxır. 44 00:06:28,480 --> 00:06:34,480 Bəzən isə iş yaddan çıxmır, davam etdirilir, amma düzgün formada getmir. 45 00:06:35,020 --> 00:06:41,550 Belə halları çox görmüşük: bir işə düzgün şəkildə başlanılıb, amma ortaya yanlış, doğru yoldan uzaq bir nəticə çıxıb; 46 00:06:41,680 --> 00:06:49,150 istər mədəniyyət olsun, istər siyasət olsun, istər iqtisadiyyat olsun, istərsə də ölkənin digər müxtəlif idarəçilik sahələri. 47 00:06:50,440 --> 00:07:02,130 Yaxşı başlayır, amma hansı məqamdasa düzgün istiqamətdən kənarlaşmağa, arada bir bucaq yaranmağa başlayır. Özü də bu uzaqlaşma prosesi əvvəldə bir o qədər də hiss olunmur, çünki aradakı bucaq kiçik olur, 48 00:07:02,750 --> 00:07:08,840 daha sonra isə davam edib irəlilədikcə getdikcə daha da açılmağa, böyüməyə başlayır. 49 00:07:09,280 --> 00:07:15,460 Bəzən isə işlərin istiqaməti də düzgün olur, ardıcıllığı da olur, amma yeknəsəq olur. 50 00:07:16,710 --> 00:07:21,950 Baxırsan ki, bu gün də 5 il, 10 il, 20 il əvvəl olduğu kimidir; 51 00:07:22,660 --> 00:07:31,370 heç bir inkişaf və yüksəliş müşahidə olunmur. İnkişaf və yüksəlişə gəlincə, bu da təkcə elə danışmaqla, 52 00:07:32,040 --> 00:07:40,350 statistika gətirməklə başa gəlmir, görülən işin məhsulu ortada olmalıdır; hansı işlərin həyata keçirildiyini, nəticələri görmək lazımdır. 53 00:07:40,750 --> 00:07:45,600 Mənim xahişim budur ki, bu işə rəhbərlik edən insanlar 54 00:07:46,220 --> 00:07:52,480 onun nə qədər böyük, önəmli bir iş olduğuna diqqət yetirsinlər. Bir qədər sonra mən bu barədə qısaca da olsa danışacağam. 55 00:07:52,480 --> 00:07:59,640 Əziz qardaşlar, əziz bacılar! Baxın, hər ölkənin bir sərvəti var: 56 00:08:00,930 --> 00:08:07,460 bəzilərinin iqlimi onlar üçün sərvətdir, bəzilərinin coğrafi sərvətləri var, bəzilərinin yeraltı sərvətləri var, 57 00:08:07,820 --> 00:08:12,480 bəzilərinin insan resursları var – insanları yüksək intellektə, istedada sahibdir, 58 00:08:13,110 --> 00:08:22,310 bəzilərinin nefti var, bəzilərinin ağlı var, pulu yoxdur, bəzilərinin pulu var, ağlı yoxdur; 59 00:08:22,570 --> 00:08:34,570 dünyada bir çox belə xalqlar var. Hər bir ölkə özünün güclü cəhətinə dəyər verməli, onu əziz tutmalı, 60 00:08:35,060 --> 00:08:42,620 qorumalıdır. Bizim güclü cəhətlərimiz çoxdur; təbiətin bizə bəxş etdiyi güclü cəhətlər də var – 61 00:08:42,840 --> 00:08:46,080 indi bu görüşdə bunları saymağın yeri deyil; 62 00:08:46,530 --> 00:08:53,020 torpağımız var, yeraltı-yerüstü sərvətlərimiz var, insanlarımız var, ağlımız var; hər şeyimiz var – 63 00:08:53,600 --> 00:08:59,640 amma ən önəmli sərvətlərimizdən biri bizim mədəni sərvətimizdir. 64 00:09:00,480 --> 00:09:10,800 Biz zəngin bir mədəni sərvətə malikik. Mədəni sərvət nədir? Məsələn, cihada meyil və etiqad bir mədəni sərvətdir. 65 00:09:12,000 --> 00:09:19,370 Yəni İran xalqının arasında gəzib dolaşsanız, ölkəmizdə azsaylı bir qrupdan başqa, 66 00:09:19,600 --> 00:09:30,130 qalan bütün əhalidə din uğrunda nə isə bir iş görmək stimulu olduğunu görərsiniz. Düzdür, dərəcəsi fərqli ola bilər; birində az, birində çox. 67 00:09:31,510 --> 00:09:38,310 Ola bilsin, bir insanda bu stimul yalnız o qədərdir ki, bir televiziya kamerası ilə üzbəüz gələndə 68 00:09:38,750 --> 00:09:46,930 ölkənin xeyrinə danışır, İslamın və inqilabın ideallarını dəstəkləyir. Lap yaxşı, nə yaxşı ki, bu stimul da var. 69 00:09:47,950 --> 00:09:54,530 Ola da bilsin, birində bu stimul daha güclüdür, o birində isə o qədər güclüdür ki, canını belə fəda etməyə hazırdır. 70 00:09:54,930 --> 00:10:01,370 Bu cihada can atma ruhiyyəsi, 71 00:10:01,910 --> 00:10:09,240 din uğrunda, ideallar uğrunda əziyyət və məhrumiyyətə qatlaşma həvəsi bir mədəni sərvətdir. Bu, bir çox ölkələrdə olmasa da, bizim ölkəmizdə var. 72 00:10:11,420 --> 00:10:22,750 İnqilabdan əvvəl bizim mübarizlər, misal üçün, o vaxtkı marksist mübarizlərlə qarşılaşanda – 73 00:10:23,110 --> 00:10:28,660 istər birgə söhbətlərdə, istər fərdi görüşlərdə, istər həbsxanada, istər ondan kənarda – 74 00:10:29,240 --> 00:10:39,330 mən bunu həmişə özümüzünkülərə deyirdim; deyirdim, bizim onlardan fərqimiz budur ki, bizim Allahımız var, onlarınsa yoxudur; 75 00:10:39,550 --> 00:10:48,350 mənim onlara ürəyim yanır. Həbsxana kamerasının bir küncündə, işgəncə altında, çox çətin şəraitdə 76 00:10:48,350 --> 00:10:56,260 bizim bir pənah yerimiz, bir Allahımız vardı, Ona pənah aparır, Ondan kömək istəyirdik. 77 00:10:56,440 --> 00:11:03,730 Onun iradəsi o yerdə bizə yardım etməyi lazım görməsə də, ən azından, ürəyimiz rahat idi, sevinirdik ki, 78 00:11:04,930 --> 00:11:13,240 Ona xatir necə əziyyət çəkdiyimizə şahiddir. O yazıq marksistlər isə belə deyildi. 79 00:11:15,640 --> 00:11:26,930 O vaxt mən deyirdim ki, Allahı olmayan bu adamlar nə qədər ki həvəslidir, emosiyaların, hiss-həyəcanın təsiri altındadır, irəli atılır, hərəkət edirlər. 80 00:11:28,260 --> 00:11:36,570 Amma əgər bu ruh yüksəkliyi, bu hiss-həyəcan bircə anlıq onlarda yox olsa və öz-özlərinə düşünsələr, 81 00:11:37,200 --> 00:11:44,170 əbəs və mənasız bir işlə məşğul olduqlarını görəcəklər. Deyəcəklər, necə yəni, mən öldürülməliyəm ki, başqaları yaşasın? 82 00:11:44,400 --> 00:11:49,860 Mən öldürülməliyəm ki, filankəs pul qazanıb rahat yaşasın? Nəyə görə? 83 00:11:52,750 --> 00:12:02,620 İmanın isə xüsusiyyəti budur ki, mübarizə ruhunu, mübarizə meylini insanda daim yaşadır. 84 00:12:02,930 --> 00:12:09,150 Bunun özü bir mədəni dəyərdir; böyük bir mədəni dəyər. Bu, bir. 85 00:12:09,860 --> 00:12:18,130 Hegemonların qarşısında durub mübarizə aparmağa inam bəsləmək də bir mədəni dəyərdir; 86 00:12:19,680 --> 00:12:27,020 mübarizə aparacağın təqdirdə sonda düşmənə, mütləq, qalib gələcəyinə inanmaq 87 00:12:27,420 --> 00:12:33,460 bir mədəni dəyər, mədəni sərvətdir. 88 00:12:34,480 --> 00:12:40,480 Bizə aid olan, bizə güc verən mədəni dəyər 89 00:12:41,640 --> 00:12:49,550 və sərvətlərimizin hamısını sadalamaq istəsək, uzun bir siyahı alınar. 90 00:12:49,910 --> 00:12:56,660 Bunları qoruyub yaşada bilsək və ya unudulmuşları yaddaşların qaranlığından çəkib çıxararaq 91 00:12:56,660 --> 00:13:04,130 yenidən canlandıra bilsək – eynilə İslam İnqilabında olduğu kimi; inqilabın gedişində nə vaxtsa unudulmuş dəyərlər ortaya gəldi – 92 00:13:04,660 --> 00:13:12,840 böyük işlər görə bilərik; necə ki bu otuz neçə ildə ölkəmizdə bu böyük işlər görülüb. 93 00:13:13,200 --> 00:13:19,420 Siz gənclər inqilabdan əvvəlki dövrü, diktaturanı görməmisiniz. 94 00:13:19,770 --> 00:13:29,330 Biz isə onların hamısını görmüşük. Əgər o vaxt kimsə İranda bir hərəkatın həyata keçiriləcəyini, dinin hakimiyyətə gələcəyini, 95 00:13:29,640 --> 00:13:39,770 dahi İmam Xomeyni kimi bir insanın ölkənin başında duracağını desəydi, heç şübhəsiz, ağlı olan istənilən orta statistik insan 96 00:13:39,770 --> 00:13:47,730 bunun qeyri-mümkün olduğunu söyləyərdi; yəni əsla tərəddüd etmədən belə cavab verərdi. Çünki vəziyyət o cür idi. Amma bu baş verdi. 97 00:13:48,930 --> 00:13:56,170 Məcburən cəlb edildiyimiz savaş – Müqəddəs Müdafiə də belədir. 98 00:13:56,530 --> 00:14:06,750 Burada mən bir haşiyəyə çıxım: o məcburi savaş ona görə başlamışdı ki, düşmən bizdə zəiflik hiss etmişdi. 99 00:14:07,770 --> 00:14:18,310 Əgər Səddam rejimi və onu bu müharibəyə təhrik edənlər bir neçə günə Tehrana çatacaqlarına arxayın olmasaydılar 100 00:14:18,480 --> 00:14:26,310 (onlar belə düşünürdülər), bu müharibə olmazdı. Onlar bizdə zəiflik hiss etmişdilər. 101 00:14:27,950 --> 00:14:36,350 Sizin özünüzü zəif hiss etməyiniz düşmənin üstünüzə hücum etməyə ürəklənməsinə səbəb olur; bu, ümumi bir prinsipdir. 102 00:14:37,330 --> 00:14:44,750 Əgər düşməni sizə hücum etmək fikrindən daşındırmaq istəyirsinizsə, çalışın özünüzü zəif göstərməyəsiniz. 103 00:14:45,860 --> 00:14:56,570 Demirəm, yalandan “güclüyük” deyək, dediyim odur ki, qolumuzdakı gücü göstərək. Bizim güclü cəhətlərimiz çoxdur, bu cəhətləri ortaya çıxaraq. 104 00:14:57,730 --> 00:15:02,400 İqtisadiyyatda da, mədəniyyətdə də bu cürdür. 105 00:15:02,880 --> 00:15:12,310 Bu gün ölkəmizin üzləşdiyi böyük iqtisadi çarpışmada – 106 00:15:12,480 --> 00:15:21,110 bu gün biz iqtisadiyyat sahəsində böyük bir çarpışma ilə üz-üzəyik – bəzilərimizin yol verdiyi böyük səhv də elə bu oldu ki, özümüzü iqtisadi cəhətdən zəif göstərdik. 107 00:15:22,130 --> 00:15:27,020 Düşmən bura təzyiq göstərməyin mümkün olduğunu gördüyü üçün təzyiqlərini daha da artırdı. 108 00:15:27,770 --> 00:15:38,750 O yerə qədər ki müsahibədə birindən: “Sizin filan yerdə keçirdiyiniz təlimlərin 109 00:15:39,020 --> 00:15:47,240 İranla apardığınız iqtisadi danışıqlara zərbə vuracağından narahat deyilsinizmi?” – deyə soruşublar, 110 00:15:47,600 --> 00:15:55,600 üzü gəlib, utanmadan cavab verib ki, “Yox, belə şeylərin heç bir təsiri ola bilməz; iranlıların bu danışıqlara o qədər ehtiyacı var ki, 111 00:15:56,750 --> 00:16:05,860 belə təlimlər aramızdakı iqtisadi müzakirələrə heç bir zərər vura bilməz!” Bax bu olmamalıdır; düşmənin qarşısında zəifliyini göstərmək olmaz. 112 00:16:07,460 --> 00:16:16,080 Bəli, düşmən bizdə zəiflik hiss etdiyinə görə üstümüzə hücum etmişdi. 113 00:16:16,400 --> 00:16:20,840 Bəs biz, doğrudan da, zəif idik, ya yox? Faktiki olaraq, bəli, zəif idik. 114 00:16:21,460 --> 00:16:27,770 Silahlı qüvvələrimiz dağınıq vəziyyətdə idi, nizam-intizamlı şəkildə idarə olunmurdu, 115 00:16:28,480 --> 00:16:36,130 silah və texnikamızın xeyli hissəsi heç nəyə yaramırdı, xeyli hissəsi barədə isə məlumatımız yox idi. 116 00:16:36,400 --> 00:16:45,770 Biz silah anbarlarımızda olan bəzi şeylər haqda müharibə başlanandan bir-iki il sonra xəbər tutub bildik ki, 117 00:16:45,950 --> 00:16:53,770 bunlar var və bunlardan istifadə edə bilərik. Müharibə təcrübəmiz də yox idi. 118 00:16:54,570 --> 00:17:01,510 Şah diktaturası dövründə yalnız bir neçə dəfə özlərini göstərmək üçün hücum edərək İraq sərhədinin bu tərəfindən girib, 119 00:17:01,640 --> 00:17:08,660 bir neçə kilometr o tərəfdən çıxmışdılar. Bizlərin müharibə təcrübəsi yox idi. 120 00:17:09,730 --> 00:17:15,600 Bizim müharibə təcrübəmiz II Dünya müharibəsi ilə bağlı idi ki, 121 00:17:16,260 --> 00:17:28,880 onda da o dövrün diktatoru öz komandanından: “Bizim silahlı qüvvələrimiz düşmən qarşısında nə qədər müqavimət göstərə bilər?” – deyə soruşanda 122 00:17:29,640 --> 00:17:38,130 cavab verib ki, “Qurban olum, iki saat”; bu sözləri eşidən şahın qanı qaralıb; Rzaxanı deyirəm; elə bil, kefinə soğan doğrayıblar. 123 00:17:39,370 --> 00:17:45,110 Bu yana keçəndən sonra bir nəfər həmin komandana deyib: “Gərək elə deyəydin ki, 124 00:17:45,640 --> 00:17:53,200 qanı qaralmayaydı; gərək bir az şişirdəydin”. Komandan isə cavab verib ki, “Mən elə şişirdib dedim də! Hələ mən 2 saat dedim, 125 00:17:53,200 --> 00:18:01,820 bizimkilər düşmən qarşısında cəmi 10 dəqiqə tab gətirə bilər!” Bizim müharibə təcrübəmiz bu idi. 126 00:18:03,420 --> 00:18:14,220 Müharibə belə bir şəraitdə başladı. Baxın, düşmən elə ilk addımdan Əhvazın 10-12 kilometrliyinə qədər irəlilədi; 127 00:18:15,370 --> 00:18:25,020 yəni düşmənin 60 mm-lik minaları Əhvazın ətrafına qədər gəlib çatırdı; vəziyyət bu cür idi. 128 00:18:25,550 --> 00:18:36,440 Gəlib Nadiri körpüsündən – Dezful hissəsindən – keçib Dezful çayının bəri tərəfinə girdilər; 129 00:18:36,840 --> 00:18:45,370 yəni Dezful da, Əhvaz da, Xuzestanın digər mühüm şəhərləri də təhlükə altında qaldı. 130 00:18:45,370 --> 00:18:49,680 Düşmən ilk hücumdan torpaqlarımıza bu şəkildə soxuldu; vəziyyətimiz belə idi. 131 00:18:51,460 --> 00:19:02,130 Sonradan bizim inqilabi və islamçı qüvvələrimiz dahi İmam Xomeyninin əzəməti ilə özünü tapdı (hansı ki onun özü dünyanın bir möcüzəsi idi 132 00:19:02,930 --> 00:19:10,750 Allah-taalanın böyük möcuzələrindən biri idi; əsl “ayətullahül-üzma” – 133 00:19:11,950 --> 00:19:17,770 yəni Allahın böyük möcuzəsi o özü idi); ordu bir cür, Keşikçi Korpus bir cür, 134 00:19:18,620 --> 00:19:30,130 Bəsic bir cür. Qüvvələrimiz özünü tapdı, öz imkanlarından, onlarda gizlənən, özlərinin belə xəbəri olmadığı gücdən istifadə etməyə başladı. 135 00:19:32,260 --> 00:19:41,150 Bu güc təkcə döyüşməkdən, şücaətdən, meydana atılmaqdan ibarət deyildi. Bunlar həmin gücün yalnız bir hissəsini təşkil edirdi. Bunlardan başqa, idarəçilik, 136 00:19:41,820 --> 00:19:49,420 təşkilatçılıq, təşəbbüskarlıq, hərəkətə keçmək gücü də var idi. 137 00:19:51,020 --> 00:19:57,420 Elə buna görə də qüvvələrimiz müharibə meydanlarındakı vəziyyəti dəyişməyə müvəffəq oldu. 138 00:19:58,750 --> 00:20:05,950 Müharibə 1359-cu ildə bayaq qeyd etdiyim itkilərlə başlamışdı, 139 00:20:06,130 --> 00:20:16,750 amma 1361-ci ilin fərvərdin ayında “Fəthül-mubin” əməliyyatında bizim qüvvələr düşməndən bir neçə min əsir götürmüşdü. Yəni fərqə baxın! 1 il yarım ərzində 140 00:20:17,600 --> 00:20:23,200 mömin və inqilabçı qüvvələr o qədər inkişaf edib irəli getmişdi ki, 141 00:20:23,820 --> 00:20:30,260 Əhvaz, Dezful yaxınlığına qədər geri çəkilməyimiz 142 00:20:30,620 --> 00:20:40,040 “Fəthül-mubun” kimi bir əməliyyatla əvəz olunmuşdu; hansında ki, düşməndən təkcə elə 10-12 min əsir götürmüşdük. 143 00:20:41,330 --> 00:20:55,910 Müqəddəs Müdafiə illəri, o günlər, həqiqətən də, “əyyamullah” – Allaha aid günlər sayıla biləcək günlərdəndir. Bu bir sərvətdir, bunu qorumaq və yaşatmaq lazımdır. 144 00:20:57,240 --> 00:21:07,420 Müharibənin adını dilə gətirməmək və ya əgər gətirdinsə, əleyhinə danışmaq lazım olduğunu düşünənlər səhv edir. 145 00:21:08,080 --> 00:21:16,800 Müharibə mövzusunda əsərlərə həsr olunmuş konfranslar keçirirlər, durub müharibənin əleyhinə şeirlər oxuyurlar. 146 00:21:17,020 --> 00:21:26,440 Bunu edənlər yanılır, səhvə yol verir. Belələri bir xalqın qədim, nəfis və nadir əlyazmalarını 147 00:21:26,620 --> 00:21:31,730 yandırıb məhv edənlərə bənzəyir; 148 00:21:32,530 --> 00:21:39,950 elə bil ki, bir ölkənin neftini çıxarıb havayı yerə dənizə tökərək yox edirlər; 149 00:21:40,530 --> 00:21:50,840 tarix yaza biləcək, gələcəyi qura biləcək, yada salındığı zaman 150 00:21:51,370 --> 00:21:53,550 “əyyamullah” kimi 151 00:21:54,310 --> 00:22:06,620 ölkənin bu gününə və gələcəyinə müsbət təsir göstərə biləcək bir milli sərvəti məhv edirlər. Müharibənin əleyhinə filmlər çəkir, 152 00:22:07,200 --> 00:22:12,350 kitablar yazırlar; belə şeylərə qarşı diqqətli olmaq lazımdır. Bunlar iki fərqli məsələni bir-biri ilə səhv salırlar. 153 00:22:12,350 --> 00:22:19,110 Həmin məsələlərdən biri budur ki, müharibə özü-özlüyündə yaxşı bir şeydir, ya pis? Bəli, aydındır ki, müharibə qəddar bir şeydir; 154 00:22:19,460 --> 00:22:26,350 müharibədə öldürmək var, ölmək var, yaralanmaq var; bunlar məlumdur; 155 00:22:27,020 --> 00:22:35,240 bu, bir məsələ. Digər bir məsələ isə budur ki, müxtəlif istiqamətlərdən hücuma məruz qalan bir xalq 156 00:22:35,550 --> 00:22:40,880 gücünü və imkanlarını ortaya qoyub 157 00:22:41,060 --> 00:22:47,950 düşmənin qarşısında özünü müdafiə etməsə, nə baş verər? Bu iki məsələni bir-biri ilə qarışdırırlar. 158 00:22:49,330 --> 00:22:56,840 Müqəddəs Müdafiə bu xalq üçün həyat əhəmiyyətli bir hərəkat idi, nəfəs almaq demək idi; 159 00:22:57,200 --> 00:23:01,640 biz nəfəs almırdıq, ölürdük; bunu yaşatmaq lazımdır. 160 00:23:01,860 --> 00:23:12,080 Odur ki, 8 illik Müqəddəs Müdafiə ilə bağlı xatirələr böyük bir milli sərvətdir. 161 00:23:12,750 --> 00:23:19,150 Özü də bu xatirələr o qədər çox, o qədər rəngarəng, o qədər dolğun və zəngindir ki, 162 00:23:19,600 --> 00:23:23,820 mənim kimi dil qabiliyyəti olmayanlar bir yana qalsın, 163 00:23:24,170 --> 00:23:32,800 bəlağətli və istedadlı natiqlər belə onların hamısını bəyan etməkdə acizdir. 164 00:23:33,240 --> 00:23:40,660 Bu sözümün sübutu olaraq demək istəyirəm ki, müharibənin sona çatmasından 30 ilə yaxın vaxt keçir. 165 00:23:40,800 --> 00:23:47,330 Bu gün mən özüm – hansı ki o müharibənin öz gözümlə şahidi olmuşam, bir çox proseslərdən xəbərdaram – müharibə haqda yazılan kitabları oxuyanda 166 00:23:47,550 --> 00:23:51,770 onlardan saysız-hesabsız yeni faktlar öyrənirəm; 167 00:23:55,060 --> 00:23:59,420 insanlar, şəxsiyyətlər, sözlər, hikmətli mənalar. 168 00:23:59,950 --> 00:24:07,110 General-mayor Baqirinin bayaq mənim dilimdən dediyi o sözlər əslində mənə yox, həmədanlı bir döyüşçüyə aiddir. 169 00:24:07,550 --> 00:24:19,600 O deyirdi ki, əgər tikanlı məftildən keçmək istəyirsənsə, əvvəlcə nəfsinin tikanlı məftillərindən keçməlisən. 170 00:24:27,280 --> 00:24:33,510 Özümüzdə ilişib qalmışıqsa, heç bir iş görə bilməyəcəyik. Bunu bizə onlar öyrədib. 171 00:24:34,040 --> 00:24:48,440 Bu dərsi bizə o 20-25 yaşlı döyüşçü gənc keçib, ondan öyrənmişik. Bu çox böyük bir sərvətdir. 172 00:24:48,620 --> 00:24:56,710 Əgər sərvətdən istifadə etmək istəyirsinizsə, gərək texnologiyasına bələd olasınız. 173 00:24:57,150 --> 00:25:01,060 Sizə deyim ki, bu “Nur yolçuları” ekspedisiyaları bir texnologiyadır; 174 00:25:24,970 --> 00:25:31,860 bu böyük sərvətdən istifadə etmək üçün olan bir texnologiya. 175 00:25:32,040 --> 00:25:40,350 Əlimizdə olan bu nəhəng qızıl mədənini heç bir texnologiya ilə işləyib emal etmədən, olduğu kimi də buraxmaq olar, 176 00:25:42,400 --> 00:25:48,530 yaxud təəssüf ki, bir çox faydalı qazıntılarımızda olduğu kimi, heç bir əlavə dəyər qazandırmadan, eləcə xam şəkildə çıxarıb 177 00:25:48,710 --> 00:25:56,130 ona-buna vermək də olar, müəyyən texnologiya ilə emal edərək 178 00:25:56,660 --> 00:26:05,330 ona əlavə dəyər qazandırmaq da. Bu “Nur yolçuları” ekspedisiyaları bax belə bir texnologiyadır, belə bir böyük hərəkatdır. 179 00:26:06,170 --> 00:26:17,510 Bunun qədrini son dərəcə həssaslıqla bilmək lazımdır; “Nur yolçuları” çox böyük və önəmli bir işdir; bu işi düzgün yerinə yetirməyə çalışın. 180 00:26:17,770 --> 00:26:23,600 Allaha şükürlər olsun ki, indiyə qədər bu iş çox yaxşı görülüb, amma bu, kifayət deyil. 181 00:26:23,600 --> 00:26:30,970 Bayaq qeyd etdiyim kimi, təkcə yola davam etmək, ardıcıl olaraq irəliləmək bəs deyil. 182 00:26:31,510 --> 00:26:38,970 İşi davam etdirdikcə cürbəcür və yeni-yeni uğurlar qazanmaq lazımdır. 183 00:26:39,510 --> 00:26:45,950 Hər dəfə, hər il əvvəlki ilə nisbətən daha çox fayda əldə olunmalıdır. 184 00:26:46,480 --> 00:26:56,750 Bu gün bizim qarşımızda ən son texnologiyalarından və külli miqdarda pulundan bizim əleyhimizə istifadə edən düşmən var. 185 00:26:57,020 --> 00:27:05,200 Ola bilsin, bizim onlar qədər pulumuz və ya silahımız yoxdur – hə, onların nüvə silahı var, bizdə isə yox – 186 00:27:06,130 --> 00:27:12,220 amma bizdə elə bir şey var ki, onlarda yoxdur. O şey bizim mədəniyyətimizdir, imanımızdır, 187 00:27:13,060 --> 00:27:21,730 istedadlı və effektiv insan sərmayəmizdir. Bizdə bunlar var; bunlardan istifadə etmək lazımdır. 188 00:27:22,440 --> 00:27:28,930 Kim istifadə etməlidir? Ölkənin bütün aparıcı strukturları. Dedik ki, “Nur yolçuları” ekspedisiyaları 189 00:27:29,200 --> 00:27:40,040 tükənməz bir mədən olan Müqəddəs Müdafiə illərindən istifadə etmək üçün yeni bir texnologiyadır. 190 00:27:40,620 --> 00:27:45,680 Bu o deməkdir ki, bütün ölkə bundan istifadə etməli və qədrini bilməlidir. 191 00:27:46,220 --> 00:27:52,080 Kitablarımızda, incəsənətimizdə əks olunmalı, orta məktəblərimizə, 192 00:27:52,350 --> 00:28:00,080 universitetlərimizə yol tapmalıdır. Burada universitetlərin və müxtəlif nazirliklərin rəhbər işçiləri iştirak edir; 193 00:28:00,530 --> 00:28:07,150 qoy onlar bu işi öz vəzifələri hesab etsinlər. Təkcə elə ürəyi istəyən, 194 00:28:07,150 --> 00:28:15,060 misal üçün, bir tələbə gedib adını yazdırsın, sonra da yola düşüb getsin deyə bir kənarda mərkəz yaratmaqla iş bitmir. Daha çox iş görmək lazımdır. 195 00:28:15,240 --> 00:28:24,530 Bu məsələyə dəyərli bir xəzinə kimi, həddən artıq böyük mənfəət verəcək nəhəng bir mədən kimi yanaşın; 196 00:28:25,020 --> 00:28:31,600 baxın görün ondan yararlanmaq üçün hansı işləri görmək lazımdır. İşləmək, fikirləşmək, fəaliyyət proqramları qurmaq, plan tutmaq lazımdır. 197 00:28:32,260 --> 00:28:40,660 “Nur yolçuları” ekspedisiyalarında iştirak edib geri qayıdan insanlarda, mütləq, nə isə bir irəliləyiş olmalıdır; 198 00:28:41,910 --> 00:28:57,200 həmin insanlarla ölkəmizin tarixində önəmli bir hadisə olan Müqəddəs Müdafiə arasında qırılmaz bağlar yaranmalı, bu hadisə onlar üçün yenidən açılmalıdır. Bu barədə yeni-yeni məlumatlar əldə etməlidirlər. 199 00:28:58,170 --> 00:29:05,950 Əlbəttə ki, zənnimcə, bu illər ərzində biz bu sahədə bir qədər az işləmişik. 200 00:29:06,480 --> 00:29:13,910 Düzdür, çoxlu kitablar yazılıb, bir neçə film çəkilib; bunlar yaxşıdır. Bu günə qədər həyata keçirilmiş işlər yaxşı və dəyərlidir, 201 00:29:14,530 --> 00:29:19,110 lakin mənim fikrimcə, tələb olunandan daha azdır. 202 00:29:20,220 --> 00:29:30,930 Kitablara gəlincə, doğrudur, mənim gördüyüm, istifadə etdiyim kitablar yaxşıdır, 203 00:29:32,310 --> 00:29:42,930 amma əhatə dairələri məhduddur. Təsir dairələri məhduddur. Misal üçün, deyirlər ki, yaxşı satılan filan kitab 204 00:29:43,950 --> 00:29:55,110 500 min, 600 min tirajla çap olunub. İndi düşünün, bu böyüklükdə ölkədə bir kitab 600 min tirajla çap olunursa, 205 00:29:57,330 --> 00:30:05,460 hər kitabı da, tutalım, 10 nəfər oxuyursa, bu eləyir 5-6 milyon nəfər. 206 00:30:06,480 --> 00:30:15,550 80 milyon əhalisi olan ölkəmizdə 5 milyon nəfərin bir kitabı oxuyub içindəkilərlə tanış olması kifayətdirmi? 207 00:30:17,200 --> 00:30:28,000 Təbliğ etmək, genişləndirmək lazımdır. Bu kitabları da, onlarda olan anlayışları da təbliğ etmək, incəsənətdə əks etdirmək, 208 00:30:29,200 --> 00:30:35,460 ən yaxşılarını dərs kitablarında yerləşdirmək, 209 00:30:36,220 --> 00:30:48,530 universitetlərdə Müqəddəs Müdafiə ilə bağlı məsələlərə qapı açmaq lazımdır. Bu hadisənin asanlıqla əldən verilməsinə imkan verməyin. 210 00:30:49,550 --> 00:30:55,910 Müqəddəs Müdafiədən qalmış hər bir əlil və veteran bir yadigardır. 211 00:30:56,400 --> 00:31:05,820 Gəlin Müqəddəs Müdafiənin bu yadigarlarını, bu savaşın komandirlərini əziz tutaq. Əlbəttə ki, onlar özləri də özlərinin qədrini bilməli, 212 00:31:08,620 --> 00:31:15,510 özlərini qorumalı, öz varlıqları ilə o dəyərləri yaşatmalıdırlar. 213 00:31:16,930 --> 00:31:24,130 Bu yolda irəliləyişi yalnız möhkəm olmaqla təmin etmək olar. 214 00:31:24,400 --> 00:31:35,550 Biz Müqəddəs Müdafiə ilə bağlı lazım olan mədəni işləri görüb, mədəni məhsullar istehsal etsək, 215 00:31:35,910 --> 00:31:44,840 bu, düşmənin məkrli planları qarşısında ölkəmizi, 216 00:31:46,040 --> 00:31:53,510 insan resurslarımızı zənginləşdirəcək və gücləndirəcək. Biz iqtisadiyyatımızın da, 217 00:31:53,680 --> 00:32:02,130 mədəniyyətimizin də, idarəetməmizin də güclü olmasını istəyir, “güclü olsun” deyirik, 218 00:32:02,350 --> 00:32:08,710 lakin məhz mədəniyyət insanları güclü edir, ortaya güclü insanlar çıxarır. 219 00:32:09,550 --> 00:32:17,370 Mədəniyyətin güc aldığı qaynaqlardan biri isə elə dolğun mənəvi yükə malik olan Müqəddəs Müdafiədir. 220 00:32:17,600 --> 00:32:25,860 Əgər bundan istifadə edə bilsək, ölkənin mədəniyyəti güclənəcək. Bu, mədəniyyət sahəsində istehsal deməkdir. 221 00:32:26,400 --> 00:32:33,600 İqtisadiyyatda olduğu kimi, mədəniyyətdə də əgər özümüz istehsal etməsək, idxala möhtac qalacağıq. 222 00:32:34,800 --> 00:32:45,910 Eynilə iqtisadiyyatdakı kimi, burada da daxili istehsalınız olmasa, idxal məhsulları gəlib daxili istehsalın yerini tutacaq. 223 00:32:47,280 --> 00:32:55,820 İdxal məhsulları gəlib daxili məhsulların yerini tutanda isə sonradan daxili istehsal dirçələ bilmir. 224 00:32:56,170 --> 00:33:02,260 Bu gün bizim problemlərimizdən biri də elə budur: 225 00:33:02,750 --> 00:33:13,680 müxtəlif sferalarda saysız-hesabsız məhsullar idxal edilir və yəqin ki, böyük bir qismi heç hesab-kitaba da salınmır, qarşılığında isə daxili istehsal nöqsanlarla doludur. Mədəniyyət də eynilə bu cürdür; 226 00:33:14,310 --> 00:33:22,000 əgər siz mədəni məhsul istehsal etməsəniz, ölkəyə bu istiqamətdə cürbəcür məhsullar idxal edilməyə başlayacaq; 227 00:33:22,570 --> 00:33:28,840 istər rəsmi yolla, istərsə də qaçaqmalçılıqla. Hazırda ölkəyə idxal edilən mədəni məhsulların sayı çoxdur; mənim bu barədə kifayət qədər məlumatım var, 228 00:33:29,060 --> 00:33:36,130 bəzən rəsmilərə də xatırlatmalar edirəm. İnşallah, bu məsələyə diqqət yetirərlər; bəziləri elə yetirir də. 229 00:33:36,130 --> 00:33:43,680 Düşmən daim düşünür; özlərinin “beyin mərkəzi” adlandırdığı o müəssisələrdə 230 00:33:44,400 --> 00:33:52,260 oturub düşünürlər ki, İran xalqının mədəniyyətinə necə yol tapıb nüfuz etmək olar, gəncləri necə dəyişmək olar? 231 00:33:52,840 --> 00:33:59,110 Arzuları budur, istəyirlər ki, İmam Xomeyninin, inqilabın, 232 00:33:59,240 --> 00:34:04,970 ali dini, islami və inqilabi dəyərlərin eşqi ilə nəfəs alan siz gənclər 233 00:34:05,150 --> 00:34:12,310 bütün bu dəyərləri itirəsiniz, boş, puç bir mənəviyyata sahib olasınız, 234 00:34:12,800 --> 00:34:19,150 Qərb mədəniyyətindən, Qərb təfəkküründən asılı, ölkəsi, özü və gələcəyi üçün 235 00:34:19,280 --> 00:34:25,510 heç bir faydası olmayan, xaraktersiz marionetlərə çevriləsiniz; bunu arzulayırlar. Bunun üçün planlar cızır, 236 00:34:25,950 --> 00:34:33,280 iş aparır, səy göstərirlər. Bunlar təhlükəsizlik sferasında yürütdükləri 237 00:34:33,770 --> 00:34:42,260 məkrli planlardan, müharibə təhdidlərindən ayrı fəaliyyətlərdir və zənnimcə birincilərdən daha təhlükəlidir. 238 00:34:42,880 --> 00:34:50,400 Düşmən müharibəyə başladığı zaman xalqda daha böyük stimul yaranır, 239 00:34:50,620 --> 00:34:56,260 bütün xalq düşmən qarşısında yumruğunu daha möhkəm düyünləyir. Müharibə belədir. 240 00:34:56,800 --> 00:35:04,170 Mədəni hücumlar isə əksinə; düşmən mədəniyyətə hücumlar etməyə müvəffəq olsa, insanları süst, halsız, 241 00:35:04,170 --> 00:35:08,660 qətiyyətsiz edir, iradələri zəiflədir, 242 00:35:09,680 --> 00:35:19,510 ölkənin gəncliyini əlindən alır, işə yaraya biləcək qüvvələri xaraktersiz bir vəziyyətə gətirir; mədəniyyətə edilən hücumlar belədir. 243 00:35:20,310 --> 00:35:26,480 Buna qarşı mübarizə aparmağın yolu isə mədəni məhsullar ərsəyə gətirməkdir. Mədəni məhsullardan biri də 244 00:35:26,800 --> 00:35:36,170 elə sizin gördüyünüz bu işdir, “Nur yolçuları” ekspedisiyalarıdır. Bu ekspedisiyalar, doğrudan da, bir başlanğıc idi, 245 00:35:37,240 --> 00:35:44,840 Keşikçi Korpusda və digər qurumlarda olan əziz qardaşlarımızın əsasını qoyduğu gözəl bir ənənə idi; 246 00:35:44,840 --> 00:35:54,170 bu gözəl işi onlar başlatdılar. Hər halda, ümidvaram, bu iş ən gözəl şəkildə davam etdiriləcək. 247 00:35:54,170 --> 00:36:03,860 Bir şeyi də qeyd edim: bu turlarda insanlara bələdçilik edən qidlər 248 00:36:04,400 --> 00:36:11,110 səfər əsnasında nələr barədə məlumat verməli olduqlarını bilməlidir. 249 00:36:11,420 --> 00:36:22,040 Bu turlar adi qaydada səyahətə çıxıb, misal üçün, hansısa tarixi tikiliyə baxış keçirən 250 00:36:22,350 --> 00:36:30,220 yerli və ya xarici turistlərin səfərlərindən fərqlənir. Bu, başqa bir şeydir, bunu onunla qarışdırmaq olmaz. 251 00:36:32,220 --> 00:36:43,370 Orada verilən məlumatların bir formatı var, bu turlarda verilənlərin isə bir başqa. Burada verilən məlumatlar izahlarla, tanıtmalarla, 252 00:36:44,000 --> 00:36:57,420 Müqəddəs Müdafiə dövrünün müsbət və parlaq məqamlarının, həqiqətlərinin və dəyərlərinin açıqlanması ilə dolu olmalıdır; 253 00:36:57,680 --> 00:37:06,000 bu formatda qurulmalıdır. Əlbəttə, mən demirəm ki, həqiqətləri şişirdin, mübaliğə edin. Mən əsla şişirtməçilik, mübaliğə və bu kimi şeylərin tərəfdarı deyiləm. 254 00:37:06,310 --> 00:37:14,440 Əksinə, 8 illik müharibə dövründə bizim uğurlu əməliyyatlarımız da olub, 255 00:37:14,840 --> 00:37:24,260 uğursuz da. Tutalım, “Ramazan” əməliyyatı –misal üçün – və ya “Kərbəla 4”; uğursuz əməliyyatlarımız olub. 256 00:37:24,750 --> 00:37:33,680 Uğurlu əməliyyatlarımız da olub; məsələn, “Vəl-fəcr 8” əməliyyatında gənclərimiz 257 00:37:33,950 --> 00:37:41,640 Ərvənd çayının o tərəfinə qədər getmişdilər; amma həmin o uğurlu əməliyyatlar da yüz cür problemlə, çətinliklə müşayiət olunub. 258 00:37:42,000 --> 00:37:51,240 İnsanlar hamısı eyni cür deyil, cürbəcür çətinliklər olurdu; bəziləri yolun yarısında geri qayıdırdı, bəziləri peşman olurdu, 259 00:37:51,860 --> 00:38:02,130 bəziləri irəli getmək istəmirdi, bəziləri öhdələrinə düşən vəzifəni yerinə yetirməkdən çox, “mənim haqqımda nə deyəcəklər” deyə düşünürdü; 260 00:38:02,880 --> 00:38:07,420 belələri də varımız idi. Qoy bunları da deyək, problem yoxdur. 261 00:38:08,000 --> 00:38:15,640 O qeyri-adi parıltılar: o xalis insanlar, 262 00:38:16,480 --> 00:38:26,260 o əziz, aliməqam şəhidlər özünü, öz dəyərlərini, böyüklüyünü bütün bunların kontekstində büruzə verir. 263 00:38:27,280 --> 00:38:33,060 Buna görə də mübaliğə etməyimizə, nəyi isə şişirtməyimizə və ya sanki onlar 264 00:38:33,420 --> 00:38:44,310 başqa cür insanlarmış kimi danışmağımıza heç bir lüzum yoxdur. Xeyr, onlar da bizim kimi insan idi, intəhası yolu bizdən yaxşı bilirdilər, həyatı bizdən yaxşı dərk etmişdilər, 265 00:38:44,800 --> 00:38:50,620 müqəddəratları daha gözəl idi, Allaha təvəssülləri daha çox idi, Allah-taala da onlara daha çox diqqət yetirərək 266 00:38:51,280 --> 00:38:58,000 öz lütf və rəhmətinə qərq etdi. 267 00:38:58,570 --> 00:39:06,930 Xuzestan, İylam, Kirmanşah, Kürdüstan, Qərbi Azərbaycan – ölkənin qərb sərhədlərindəki 268 00:39:07,110 --> 00:39:19,820 bu 5 ostandan hər birinin öz yeri, öz dəyəri, öz məqamı var. 269 00:39:21,060 --> 00:39:28,530 Oranın əhalisinə diqqət və sevgi ilə yanaşmaq lazımdır. Onlar hamısı dəstək oldu. 270 00:39:29,020 --> 00:39:35,600 Gördüyünüz bütün bu sferalarda əgər camaatın dəstəyi olmasaydı, işlər irəli getməzdi. 271 00:39:36,350 --> 00:39:41,860 Məhz camaatın dəstəyi ilə döyüşçülər öz işlərini uğurla həyata keçirə bildilər. 272 00:39:41,860 --> 00:39:51,510 Döyüş meydanlarında olduğum o qısa etapda mən əhalinin köməyinin, 273 00:39:52,040 --> 00:39:59,460 dəstəyinin, döyüşçülərə göstərdiyi xüsusi diqqətin öz gözlərimlə şahidi olmuşam. 274 00:40:00,080 --> 00:40:05,950 Məhz bu, döyüşçüləri böyük işlər görməyə, öhdələrinə düşən işi layiqincə yerinə yetirməyə təşviq edirdi. 275 00:40:06,530 --> 00:40:14,260 Ümidvaram ki, inşallah, Allah-taala sizə dəstək olacaq, uğurlar nəsib edəcək, 276 00:40:14,620 --> 00:40:23,110 gördüyünüz bu işə bərəkət verəcək və bu işin bərəkətli nəticələri ölkənin bu gününə və gələcəyinə müsbət təsir göstərəcək. 277 00:40:23,460 --> 00:40:26,310 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.