1 00:00:00,280 --> 00:00:02,570 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:09,770 --> 00:00:19,250 و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي¬‌القاسم المصطفي محمّد 3 00:00:26,220 --> 00:00:32,340 Əziz qardaşlar! İnşallah, hamınız üçün mübarək olsun; 4 00:00:33,370 --> 00:00:45,200 həm məzunlar üçün, həm də bu universitetə yeni daxil olmuş, paqonlarını bu gün alan qardaşlarımız üçün. İnşallah, 5 00:00:45,600 --> 00:00:53,370 bir gün onlar da təhsil və təlimlərini başa vuraraq “keşikçi” rütbəsi alacaqlar. 6 00:00:55,020 --> 00:01:02,000 Şaban ayıdır, ilahi rəhmətin göydən yağış kimi yağıdığı bir aydır. 7 00:01:02,970 --> 00:01:21,370 “Şəbaniyyə” minacatınln ayrı-ayrı fraqmentlərinə, şəban ayında gecə yarı oxumaq üçün olan dualara, habelə bu ayın digər dua və əməllərinə nəzər salanda 8 00:01:22,280 --> 00:01:36,050 hiss edirsən ki, şəban ayı Allahın rəhmətindən faydalanamaq üçün çox dəyərli bir zaman kəsiyidir. 9 00:01:37,020 --> 00:01:48,400 Əziz gənclər, qəlbi pak, ruhu hazır olan sizlər bu aydan daha çox faydalana bilərsiniz 10 00:01:48,400 --> 00:01:58,110 və ümidvaram ki, bu ayın bərəkətlərindən, bu ayda yağdırılan ilahi rəhmətdən bəhrələnəcəksiniz. 11 00:02:01,140 --> 00:02:13,710 Şəban ayının ən parlaq xüsusiyyətlərindən biri varlıq aləminin qibləgahı Həzrət Mehdi Sahibəzzamanın 12 00:02:14,570 --> 00:02:18,970 (Ruhlarımız ona fəda olsun!) mübarək mövludunun bu aya təsadüf etməsidir. 13 00:02:21,250 --> 00:02:37,820 Bu böyük mövludla həmin gün və gecə qat-qat daha uca dəyər və məqam qazanmışdır. 14 00:02:38,680 --> 00:02:47,710 Əlbəttə, şəban ayının ortasına təsadüf edən gecə özü-özlüyündə mübarək bir gecədir, dua və minacat gecəsidir, 15 00:02:48,910 --> 00:02:59,770 bu gecənin qədr gecələrindən sonra ən fəzilətli gecə olduğu deyilir, lakin bu mövludla bütün bunlar ikiqat artır. 16 00:03:01,200 --> 00:03:10,740 Gəlin Həzrət Mehdi ilə bağlı (Ruhlarımız ona fəda!) 17 00:03:11,540 --> 00:03:21,200 bir neçə məqamı qısaca qeyd edərək o böyük insanın müqəddəs varlığına bir daha diqqət yetirək. Əlbəttə ki, birinci növbədə hamınızı 18 00:03:21,540 --> 00:03:33,200 bu mövlud, bu günlər,İmam Zamanın (ə.f) mübarək mövludunun bizə bəxş etdiyi bu sevinc münasibətilə təbrik etməliyəm. 19 00:03:35,600 --> 00:03:44,570 Şaban ayı əvvəldən axıra qədər ilahi lütf, mənəvi zövq və sevinc ayıdır. 20 00:03:45,480 --> 00:03:55,600 Əlbəttə ki, bu il mədəndə baş vermiş o kədərli hadisə 21 00:03:56,050 --> 00:04:06,220 hamımızın ürəyini dağladı, ondan əvvəl də ölkənin cənubunda sərhədçilərimizin başına gəlmiş o hadisədən 22 00:04:07,250 --> 00:04:18,680 hamımız pərişan olduq, qəlblərimizə böyük kədər çökdü, amma bütün bunlara baxmayaraq, 23 00:04:19,710 --> 00:04:26,340 şaban ayı Əhli-Beyt (ə) aşiqləri üçün sevinc və vurğunluq ayıdır. 24 00:04:27,600 --> 00:04:39,250 İmam Zamanla barədə danışarkən (ə.f) ilk olaraq onu qeyd etmək lazımdır ki, o böyük şəxsiyyət “dai-ullah” – yəni Allahın bəndələrini Ona doğru dəvət edən, çağırandır. 25 00:04:40,220 --> 00:04:54,740 Bu böyük insanın varlığına nəzər salmaqla biz mənən Uca Yaradanın dərgahına yönəlir, Onun aciz bəndəsi olduğumuzu xatırlayırıq. 26 00:04:55,480 --> 00:05:01,020 “Ey bəndələrini Allaha doğru dəvət edən və Allahın yer üzün nişanəsi olan şəxs, salam olsun sənə!” 27 00:05:03,020 --> 00:05:18,050 Hər şey, bütün peyğəmbərlər, bütün övliyalar, bütün müqəddəslər, ömrümüzə, dünyamıza, bütün varlıq aləminə nur saçan bütün pak ruhlar 28 00:05:18,340 --> 00:05:28,510 Allahın yer üzündəki nişanələri, Pərvərdigarın təcəllasıdır; 29 00:05:29,540 --> 00:05:37,420 bu məqama diqqət yetirmək lazımdır. İmam Zamana diqqət ayırır, təvəssül edir, 30 00:05:37,710 --> 00:05:48,620 o böyük şəxsiyyətin qarşısında, həqirliyimizi, zəlilliyimizi ifadə edirik. Bütün bunları həqirliyimizi Uca Allaha çatdırmaq, 31 00:05:49,370 --> 00:05:54,050 Allah-taalanın qarşısında aciz bəndə olduğumuzu izhar etmək üçün edirik. 32 00:05:55,540 --> 00:06:03,250 İkincisi, bu böyük insanın adını anmaq, onun varlığını yada salmaq 33 00:06:04,680 --> 00:06:17,880 daim bu zülmət gecənin sonunda, mütləq, haqq-ədalət günəşinin doğacağını bizə xatırladır. 34 00:06:20,740 --> 00:06:30,570 Bəzən insanlar sonu bilinmyən zülm və zülmət dalğaları ilə üzləşəndə məyus olurlar. 35 00:06:31,820 --> 00:06:41,310 İmam Zamanı yada saldıqda isə bir gün günəşin doğacağını, gündüzün gələcəyini bilirlər. 36 00:06:41,650 --> 00:06:55,820 Bəli, zülmətlər var, dünyanı qaranlıqlara qərq edən zalımlar var, əsrlər boyunca da olublar, 37 00:06:56,970 --> 00:07:04,050 amma bu qaranlıq və zülmət gecənin sonunda, mütləq, günəş doğacaq. 38 00:07:05,020 --> 00:07:16,850 İmam Zamana etiqad bizə bunu öyrədir. Bu, Allah-taalanın zəmanət verdiyi bir vəddir: 39 00:07:17,940 --> 00:07:30,050 اَلسَّلامُ‌ عَلَيکَ‌ اَيُّهَا العَلَمُ‌ المَنصوبُ وَ العِلمُ المَصبوبُ وَ الغَوثُ وَ الرَّحمَةُ الواسِعَةُ وَعداً غَيرَ مَکذوب‌ 40 00:07:31,020 --> 00:07:36,450 Danılmaz bir vəd. Ziyarət duasının əvvəlində də var: 41 00:07:36,850 --> 00:07:40,740 اَلسَّلامُ عَلَيکَ يا وَعدَ اللهِ الَّذي ضَمِنَه 42 00:07:41,600 --> 00:07:47,420 Allah-taalanın zəmanət altına aldığı o vəd İmam Zamanın zühurudur. 43 00:07:47,650 --> 00:07:58,510 Odur ki bu da ikinci məqam. İmam Mehdi Sahibəzzamanın (Ruhlarımız ona fəda olsun!) varlığına, 44 00:07:59,200 --> 00:08:08,620 zühuruna inanlar heç vaxt ümidsizliyə qapılmır, ruhdan düşmür və bilirlər ki, bir gün o Günəş, 45 00:08:09,140 --> 00:08:13,020 mütləq, doğub bu qaranlıqları, bu zülmətləri qovacaq. 46 00:08:13,650 --> 00:08:22,510 Üçüncü məqam budur ki, zühurun intizarında olmaq bizim borcumuzdur, vəzifəmizdir. İntizar nədir? 47 00:08:23,080 --> 00:08:36,280 İntizar həsrətlə, səbirsizliklə gözləmək deməkdir. Hərbi terminologiyada “Hazır ol!” əmri deyilən bir şey var. 48 00:08:36,680 --> 00:08:52,570 Zühurun intizarında olmaq da elə bu “Hazır ol! əmridir. Hazır vəziyyətdə olmalıyıq. Zühurun intizarında olan mömin hər an “hazır ol” vəziyyətində olan bir insandır. 49 00:08:53,080 --> 00:09:06,340 Bütün yer üzündə ədaləti bərqərar etmək üçün göndəriləcək imamımız bu gün zühur etsə, 50 00:09:06,740 --> 00:09:14,510 hamımız hazır olmalıyıq. Bu hazırlıq çox önəmlidir; zühurun intizarında olmaq “hazır ol” vəziyyətində olmaq deməkdir. 51 00:09:15,420 --> 00:09:23,770 İntizar səbirsizlik etmək, ayağını yerə döyüb: “Niyə gec oldu?”, “Niyə olmadı?” deyə gileylənmək deyil. 52 00:09:24,910 --> 00:09:31,650 İntizar o deməkdir ki, daim “Hazır ol!” vəziyyətində olmalısınız. 53 00:09:32,000 --> 00:09:43,370 Dördüncü və sonuncu məqam budur ki, zühurun intizarında olmağımız 54 00:09:44,220 --> 00:09:55,820 özümüzü düzəldib iş görməyimizi tələb edir. Özümüzü islah edib o həzrəti sevindirəcək işlər görməliyik. 55 00:09:56,910 --> 00:10:08,570 Əgər buna nail olub özümüzü düzəltmək, islah olunmaq isəyiriksə, 56 00:10:08,570 --> 00:10:18,620 təbii ki, fərdi işlərlə kifayətlənə bilmərik. Cəmiyyət, ölkə, bütövlükdə dünya səviyyəsində də 57 00:10:19,140 --> 00:10:27,020 həyata keçirməli olduğumuz işlər, vəzifələr var. Həmin vəzifələr hansıdır? Bunu bilmək üçün gözüaçıq, məlumatlı olmaq, 58 00:10:27,250 --> 00:10:34,620 proseslərə ziyalı bir insan kimi qlobal mövqedən yanaşmaq lazımdır. 59 00:10:34,970 --> 00:10:42,000 Əzizlərim, bu isə bu gün fəal və dinamik gənclər olaraq sizin öhdənizə düşən bir vəzifədir. 60 00:10:42,570 --> 00:10:50,570 İmam Hüseyn (ə) adına Hərbi Akademiyaya gəlincə; əvvəla, hamınıza mübarək olsun; 61 00:10:50,850 --> 00:10:56,110 bu akademiyada təhsil almısınız və ya bəziləriniz hələ bundan sonra təhsil alacaqsınız; 62 00:10:56,680 --> 00:11:10,740 bu çox dəyərli bir fürsətdir. İkincisi, bu ali təhsil müəssisəsi münbit torpaqda əkilmiş fidanların 63 00:11:11,310 --> 00:11:24,450 böyüyüb qol-budaq atdığı bir məkandır. Bu akademiya istedadlı insanları 64 00:11:24,910 --> 00:11:38,510 hər bir müdrik və görkəmli insanın baxdığı zaman qibtə edəcəyi bir məqama çatdıra bilər. 65 00:11:40,000 --> 00:11:49,600 Dahi liderimiz İmam Xomeyni kimi böyük, mənəvi şəxsiyyət, 66 00:11:49,820 --> 00:12:01,710 görkəmli din alimi, fəqih, müdrik bir insan belə – İmam balaca bir adam deyildi – 67 00:12:02,280 --> 00:12:10,110 İslam yolunda döyüşüb şəhid olanlara qibtə ilə baxır; öz çıxışlarında o, 68 00:12:10,680 --> 00:12:18,850 bunu dönə-dönə təkrarlamışdır; bu akademiya insanları, gəncləri bax belə bir məqama çatdırır. 69 00:12:19,140 --> 00:12:23,310 Bu akademiya Quranın aşağıdakı şərif ayəsinin bariz nümunəsidir: 70 00:12:23,310 --> 00:12:38,000 کَزَرعٍ اَخرَجَ شَطئَهُ فَئازَرَهُ فَاستَغلَظَ فَاستَويٰ‌ عَليٰ سُوقِهٖ يُعجِبُ‌ الزُّرّاعَ‌ لِيَغيظَ بِهِمُ الکُفّار (“Fəth” surəsi, 29-cu ayədən) 71 00:12:38,910 --> 00:12:50,910 Bu tarlanı əkib-becərənlər özləri belə bəzən onun verdiyi məhsula heyrət edərlər! 72 00:12:52,000 --> 00:13:06,620 Bu akademiya bu cür barlı-bəhərli fidanlar yetişdirib cəmiyyətə təqdim etməyə qadir olan bir əkin yeridir. 73 00:13:06,800 --> 00:13:09,820 لِيَغيظَ بِهِمُ الْکُفّار 74 00:13:11,020 --> 00:13:25,200 Kafirlər isə burada yetişib ərsəyə gəlmiş insanları görərkən hiddətlənər. 75 00:13:26,570 --> 00:13:32,510 Yaxşı baxsaq, görərik ki, bu gün imperializmin beynəlxalq təbliğatında, 76 00:13:33,080 --> 00:13:42,400 üzdə olan siyasətçilərinin çıxışlarında, məkrli davranışlarında 77 00:13:42,570 --> 00:13:52,280 ictimaiyyətimizin müxtəlif təbəqələri arasından məhz bir neçəsinə qarşı açıq-aşkar qəzəb və aqresiya müşahidə olunur. 78 00:13:52,450 --> 00:13:59,420 Həmin təbəqələr içərisində başda Keşikçi Korpus durur. Nə üçün? Keşikçi Korpusa niyə bu qədər mənfi münasibət bəsləyirlər? 79 00:13:59,600 --> 00:14:09,820 Mənəviyyat mühitində tərbiyə olunan, byüyüb boya-başa çatan bu gənclərə 80 00:14:10,620 --> 00:14:19,770 niyə bu cür düşmən kəsiliblər? Çünki Keşikçi Korpus ölkəyə güc və iqtidar qazandıran amillərdən biridir. Bu çox önəmli bir məqamdır. 81 00:14:21,020 --> 00:14:30,280 Düşmənçiliklərinin səbəbi odur ki, bu qurumun varlığı ölkəni qüdrətli edir. 82 00:14:30,740 --> 00:14:43,250 İran İslam dövlətini qüdrətli edən hər bir şey isə onlarda sonsuz qəzəb, kin və hiddət doğurur. 83 00:14:43,650 --> 00:14:51,310 Başqa iki-üç şey də var, onları da deyim. Elm də ölkəmizi qüdrətli edir; 84 00:14:51,770 --> 00:15:00,620 ölkəmizin elmi inkişafını da hiddətlə qarşılayırlar. Özünüz gördünüz: 85 00:15:00,800 --> 00:15:08,570 bizim nüvə alimini terror etmək üçün adam göndərdilər; yəni bircə-bircə araşdırdılar, 86 00:15:09,020 --> 00:15:16,280 yolunu tapıb muzdlulara pul verdilər ki, gəlib onları terror etsinlər. 87 00:15:16,450 --> 00:15:23,650 Onları hiddətləndirən şeylərdən biri də elm və alimdir. 88 00:15:23,880 --> 00:15:33,880 Ölkəmizin güclü və müstəqil iqtisadiyyata malik olması da bizə iqtidar qazandırdığı üçün bunun əleyhinədirlər. 89 00:15:34,280 --> 00:15:44,450 İqtisadiyyatımıza zərbə vurmaq üçün üstümüzə sanksiyalar qoyur, cürbəcür tədbirlər görürlər. 90 00:15:45,140 --> 00:15:50,800 Mən çox istərdim ki, bizim mömin iqtisadçılarımız 91 00:15:51,420 --> 00:15:59,540 sərhədlərimizin o tayında düşmənin ölkəmizdə güclü, müstəqil və dayanıqı iqtisadiyyatın olmaması üçün 92 00:16:00,170 --> 00:16:10,050 hansı tədbirlərə əl atdığını xalqımız üçün açıqlasın, insanlarımıza izah etsin. Bütün bunları nə üçün edirlər? 93 00:16:10,280 --> 00:16:12,280 Çünki iqtisadiyyat güc mənbəyidir və dayanıqlı iqtisadiyyatı olan bir ölkənin əlində yaxşı bir iqtidar vasitəsi olur. 94 00:16:12,620 --> 00:16:22,620 Həmçinin hərbi güc də iqtidar mənbəyidir. Görürsünüz, raket məsələsi ilə bağlı dünyada necə hay-küy salıblar; 95 00:16:23,020 --> 00:16:26,970 “İranın raketi var!”, “İranın dəqiq vuran raketləri var!” Bəli, 96 00:16:27,310 --> 00:16:35,650 bizim raketimiz var, dəqiq vuran raketlərimiz də var. Bizim raketlərimiz arasında bir neçə metr məsafə olan hədəfləri 97 00:16:36,340 --> 00:16:49,600 bir neçə min kilometr uzaqdan vurmağa qadirdir. Buna öz gücümüzlə nail olmuşuq, qoruyuruq və inşallah, artıracağıq da! 98 00:17:06,800 --> 00:17:17,020 Bu da ölkəyə iqtidar qazandırdığı üçün əleyhinədirlər, dava döyürlər, qəzəblənirlər. Dünyada nə həngamə çıxardıqlarını özünüz görürsünüz. 99 00:17:17,480 --> 00:17:25,710 Fədakar hərbçilərin varlığı da ölkəmiz üçün iqtidar mənbəyidir. Hərbi qurumlardan əlavə, 100 00:17:26,000 --> 00:17:34,220 fədakar hərbçi kadrlarımız, Səyyad Şirazilər, Şəhid Şüştərilər 101 00:17:34,800 --> 00:17:42,680 və canından keçməyə hazır olan istənilən sadiq və fədakar hərbçimiz 102 00:17:43,200 --> 00:17:50,110 onlarda hiddət və qəzəb doğurur. Adını çəkdiyim bu insanlar döyüşdə həlak olmayıb, terrora məruz qalıb; 103 00:17:50,340 --> 00:18:00,680 yəni onları axtarıb tapıblar, təqib ediblər və terrorla qətlə yetirblər. Ona görə ki bu insanlar ölkəmizə uzanan düşmən əllər qarşısında 104 00:18:00,850 --> 00:18:08,970 maneə kimi çıxış edirdi və ölkəmizin iqtidar mənbəyi idi. Odur ki sadiq və fədakar hərbçilərə də düşməndirlər. 105 00:18:09,250 --> 00:18:16,620 Gənclərimizin imanlı, həyalı və əxlaqlı olması da ölkəmizin güc mənbəyi olduğuna görə buna da düşməndirlər. 106 00:18:16,800 --> 00:18:25,710 İran gənclərini imandan, əxlaqdan, şəriətə bağlılıqdan, 107 00:18:26,000 --> 00:18:30,740 abır-həyadan məhrum etmək üçün virtual məkanda, 108 00:18:31,140 --> 00:18:41,080 mediada o qədər iş görürlər, milyardlar xərcləyirlər! Nəyə görə? Çünki bunlar ölkəyə iqtidar qazandırır. 109 00:18:41,080 --> 00:18:51,600 İnsanda şəhvət hislərini təhrik edən bütün bu vasitələr qarşısında 110 00:18:51,600 --> 00:18:59,020 büdrəməyən, özünü saxlaya bilən mömin, həyalı, əxlaqlı, şəriətə uyğun yaşayan və ölkə üçün qüdrət mənbəyi olan gənclərə düşməndirlər. 111 00:18:59,020 --> 00:19:10,800 Xalqda cihad və müqavimət ruhiyyəsinin olması da ölkəni qüdrətli edən amillərdən biri olduğuna görə buna da düşməndirlər. 112 00:19:11,080 --> 00:19:18,570 Dünya müstəmləkəçiləri müqavimət ruhiyyəsinə, cihad ruhiyyəsinə aqresiya damğası vururlar. 113 00:19:19,080 --> 00:19:29,880 Aqresiya, ekstremizm – təssüflər olsun ki, bəzən biz də bu ifadələri onların ağzından alıb təkrar edirik – 114 00:19:30,340 --> 00:19:38,170 səbəbi isə budur ki, cihad və şəhidlik ruhiyyəsi hər bir ölkəni güclü, qüdrətli edir. 115 00:19:38,510 --> 00:19:48,400 Bütün bu sadaladıqlarım iqtidar mənbəyidir və düşməndə nifrət doğurur, amma təhlükəsizliyi qoruyan amillər 116 00:19:48,910 --> 00:19:52,740 təhlükəsizliyin özündən də yüksəkdə durur; 117 00:19:52,910 --> 00:19:59,940 ölkənin təhlükəsizliyini qorumaq iqtidarında olan strukturlar daha böyük əhəmiyyət kəsb edir. 118 00:19:59,940 --> 00:20:08,740 Məhz elə buna görə də onlar təhlükəsizliyin keşiyində duran qurumların – Silahlı Qüvvələr isə bu qurumların ən önəmliləri sırasına aiddir 119 00:20:09,420 --> 00:20:18,110 – əleyhinədirlər. Çünki əgər təhlükəsizlik olmasa, elm də olmaz, iqtisadiyyat da olmaz, işgüzar mühit də olmaz. 120 00:20:18,970 --> 00:20:24,620 Bir ölkədə elm adamların yetişdirilməsi, 121 00:20:24,800 --> 00:20:35,420 müxtəlif sferalarda inkişaf əldə olunması üçün ən vacib olan şey təhlükəsizlikdir. Təhlükəsizlik atmosferi bir ölkə üçün hər şeydən daha vacib və daha yüksəkdə duran bir amildir. 122 00:20:36,170 --> 00:20:42,220 Ölkənin təhlükəsizliyini qoruyan hər bir şey isə onları narahat edir; 123 00:20:42,340 --> 00:20:52,740 buna görə də ölkədə mövcud olan bu təhlükəsizliyi yox etməyə çalışırlar. Bu olduqca mühüm məqamlardan biridir. 124 00:20:52,740 --> 00:21:02,450 Mənim əziz qardaşlarım, əziz balalarım, əziz gənclər! Bu gün biz “müqavimət dövlətiyik”. 125 00:21:03,310 --> 00:21:11,600 “Müqavimət dövləti” olmaq çox önəmlidir. Bu hansısa müqavimət təşkilatı, 126 00:21:11,600 --> 00:21:19,710 hansısa ölkənin müqavimət hərəkatı, hansısa müqavimət lideri olmaqdan fərqlənir. 127 00:21:20,050 --> 00:21:28,400 Əlbəttə, onlara da düşməndirlər; hegemon, təcavüzkar, 128 00:21:28,910 --> 00:21:35,880 dünya xalqlarının bütün maddi-mənəvi sərvətlərinə əl uzadan dünya imperializmi 129 00:21:36,110 --> 00:21:44,000 müqavimətin carçısı olan hər bir elementə qarşıdır, elə buna görə də müqavimət təşkilatlarının da əleyhinədir, müqavimət əqidəsində olan mübariz insanların da əleyhinədir, 130 00:21:44,340 --> 00:21:55,370 amma bütün bunlar hara, müqavimət prinsipi əsasında qurulmuş bir “müqavimət dövləti” hara?! İslam Respublikası müqavimət dövlətidir. 131 00:21:55,770 --> 00:22:03,940 Öz siyasəti, iqtisadiyyatı, silahlı qüvvələri, beynəlxalq arenada manevr etmək qabiliyyəti, 132 00:22:04,220 --> 00:22:11,650 ölkəsində və xaricdə geniş nüfuz dairəsi olan bir müqavimət dövləti. Bu olduqca önəmlidir 133 00:22:11,880 --> 00:22:20,280 və başqa heç bir müqavimət elementi ilə müqayisə oluna bilməz. Məhz elə buna görə də İslam Respublikasına doğru dünyanın hər yerindən – 134 00:22:20,280 --> 00:22:29,480 istər mütləq güc və hakimiyyət iddiasında olan hegemon qüvvələr, istərsə də onların nökərləri sarıdan – düşmənçiliklər tuşlanıb. 135 00:22:29,770 --> 00:22:41,770 Yaxşı, bəs “müqavimət dövləti” nə deməkdir? Yəni hegemonluğa, zorakılığa, haqsız tələblərə tabe olmamaq, iqtidar mövqeyində durmaq. 136 00:22:42,510 --> 00:22:52,850 Müqavimət dövləti iqtidar mövqeyində dayanır. O nə təcavükardır, 137 00:22:53,200 --> 00:23:00,000 nə başqa ölkələrin və xalqların haqlarına əl uzadaraq işğalçılıq siyasəti yürüdür, 138 00:23:00,280 --> 00:23:08,570 nə də passiv müdafiə mövqeyindədir. Bunların heç biri deyil. 139 00:23:09,250 --> 00:23:16,740 Bəziləri düşünür ki, əgər biz beynəlxalq və regional müstəmləkəçiliyin qınağından 140 00:23:16,910 --> 00:23:24,680 yaxa qurtarmaq istəyiriksə, passiv müdafiə mövqeyi seçməliyik. Amma belə deyil, 141 00:23:25,080 --> 00:23:32,800 biz passiv müdafiə mövqeyində durmayacağıq, əksinə, 142 00:23:33,020 --> 00:23:45,250 “Allahın düşmənini və öz düşməninizi qorxutmaq üçün bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin”. (“Ənfal” surəsi, 60-cı ayədən) mövqeyində duracağıq. 143 00:23:46,450 --> 00:23:54,620 Bu şərif ayədə – “Allahın düşmənini və öz düşmənininizi qorxutmaq üçün“ 144 00:23:54,620 --> 00:23:59,650 kimi ifadə olunan mövqedə duracağıq.“تُرهِبونَ بِه” nədir? 145 00:24:00,170 --> 00:24:09,480 “تُرهِبونَ بِه” müasir siyasi leksikonda “çəkindirmə gücü” adlandırılan şeydir. 146 00:24:10,220 --> 00:24:18,400 İslam Respublilkası elə bir mövqedədir ki, çəkindirmə gücünə malikdir; 147 00:24:18,400 --> 00:24:25,770 çəkindirici bir iqtidara malikdir; bu iqtidarın olmasını istəmirlər. 148 00:24:26,850 --> 00:24:33,200 İslam Respublikası bu gün malik olduqlarını, 149 00:24:33,650 --> 00:24:38,170 indiyə qədər öz təşəbbüsü, öz əzmi ilə, 150 00:24:38,740 --> 00:24:47,650 heç bir başqa ölkəyə və gücə minnətçi olmadan əldə etdiklərini 151 00:24:47,940 --> 00:24:58,280 bu çəkindirmə gücünə, çəkindirmə qabiliyyətinə sahib olmaq üçün əldə etmişdir, bundan sonra da bu yolda irəliləyəcəkdir. 152 00:24:58,620 --> 00:25:07,370 Biz bundan sonra da bütün əzmimizlə, bütün səyimizlə, 153 00:25:07,820 --> 00:25:12,620 insan resurslarımızın bütün güc və istedadını ortaya qoyaraq 154 00:25:12,850 --> 00:25:21,140 çəkindirmə qabiliyyətimizi artırmaq yolunda bacardığımız qədər irəli gedəcək və düşmənin bizə qarşı işğalçı niyyətlərə düşməməsi, 155 00:25:21,420 --> 00:25:34,110 belə bir niyyəti olduğu təqdirdə tərəfimzdən sərt reaksiya, möhkəm zərbə alacağını bilməsi üçün bu qabiliyyətimizdən istifadə edəcəyik. 156 00:25:34,680 --> 00:25:43,370 Mən bir müddət bundan əvvəl demişdim: artıq İslam Respublikasına qarşı “vur, çıx get” vaxtı bitib. 157 00:25:43,650 --> 00:25:50,170 Gəlib vurub, çıxıb gedələr – artıq bu cür deyil. Vuranın yaxasından yapışacağıq. 158 00:25:50,450 --> 00:25:58,680 Başlayan onlar ola bilər, amma bitirmək artıq onların ixtiyarında, 159 00:25:59,020 --> 00:26:05,940 onlardan asılı olmayacaq. Düşmən bax bu gücdən qorxur, 160 00:26:06,340 --> 00:26:09,080 İslam Respublikasının məhz bu iqtidara sahib olmasını istəmir. 161 00:26:09,080 --> 00:26:18,000 Bəs düşmən nəyi hədəfə alır? İndi bunu sizə deyəcəyəm. Siz mənim əziz qardaşlarım, mənim gənc övladlarımsınız. 162 00:26:18,510 --> 00:26:27,310 Dəyərli komandanlarımızın bayaq təqdim etdiyi hesabatdan da göründü ki, hərb elmini mənimsəməkdən əlavə, 163 00:26:27,770 --> 00:26:34,800 siz həm də gözüaçıq, mənəviyyatlı, öz siyasi yanaşması olan gənclərsiniz. 164 00:26:34,800 --> 00:26:45,140 Düşmən nəyin arxasıncadır, nə istəyir? Onun İslam Respublikasındakı hədəfləri hansılardır? Nəyi hədəfə alır? 165 00:26:45,420 --> 00:26:52,680 Sizə deyim ki, düşmənin bir qısa müddət üçün, bir orta müddət üçün, bir də uzaq müddət üçün nəzərdə tutduğu hədəflər var. 166 00:26:53,200 --> 00:27:02,220 Düşmənin qısa müddət üçün nəzərdə tutduğu hədəfi ölkədə təhlükəsizliyi pozmaq, fitnə və qarışıqlıq yaratmaq, 167 00:27:03,310 --> 00:27:10,450 İslam Respublikasının, Allaha şükürlər olsun ki, böyük iftixar duyduğu bu asayiş və təhlükəsizliyi yox etməkdir. 168 00:27:10,970 --> 00:27:17,820 Biz gərginliklərlə dolu, asayiş və təhlükəsizlik olmayan bir regionda 169 00:27:18,110 --> 00:27:22,850 və bəlkə də, dünyada öz ölkəmizdə 170 00:27:23,420 --> 00:27:28,400 asayiş və təhlükəsizlik atmosferi yarada bilmişik. 171 00:27:28,400 --> 00:27:34,620 Bunu edən xalqımız olub, canıyanan dövlət adamlarımız olub, 172 00:27:34,970 --> 00:27:48,170 onların gözüaçıqlığı, sayıqlığı, aktual yanaşması olub. Böyük İran xalqını bax bundan məhrum etmək istəyirlər. 173 00:27:48,170 --> 00:27:55,480 Düşmənin ən önəmli hədəflərindən biri və bəlkə də, qısa müddət üçün nəzərdə tutduğu ən önəmli hədəfi 174 00:27:56,000 --> 00:28:00,850 ölkədə asayiş və təhlükəsizliyi pozmağa müvəffəq olmaqdır. 175 00:28:00,850 --> 00:28:04,970 Az sonra mən bu barədə bir neçə cümlə də deyəcəyəm. 176 00:28:05,310 --> 00:28:14,850 Onların orta müddətli hədəfi isə ölkənin iqtisadiyyatı, xalqın məişət rifahıdır. 177 00:28:15,480 --> 00:28:21,600 İqtisadiyyatımız yerindən tərpənməməli, xalqımızın məişət rifahı irəli getməməli, 178 00:28:22,170 --> 00:28:33,200 ölkədə məşğullu və istehsal aşağı vəziyyətdə qalmalı, işsizlik bir bəla kimi kütləvi hal almalı, 179 00:28:33,650 --> 00:28:44,170 camaat yaşadığı dolanışıq problemləri ucbatından İslam Respbublikasına və İslam dövlətinə olam ümidini itirməlidir. 180 00:28:44,170 --> 00:28:51,250 Düşmənin hədəfi budur. Bunun arxasıncadırlar; ölkəmizdə buna nail olmaq üçün çalışırlar, plan cızırlar, 181 00:28:51,480 --> 00:29:00,050 özləri demişkən, beyin mərkəzləri yaradırlar. 182 00:29:00,280 --> 00:29:07,770 Orta müddət üçün izlədikləri hədəf budur. Biz də əgər bu hədəfi anlamışıqsa, 183 00:29:08,340 --> 00:29:18,280 buna bir əlac etməliyik. Əlac edə bilərik də; əgər özümüzə gəlib özümüzü toplasaq, bir qədər diqqət yetirsək, 184 00:29:18,450 --> 00:29:29,710 lazımi işləri görsək, əlac edə bilərik. İlin başlanğıcında seçdiyimiz şüarı – “Müqavimət iqtisadiyyatı; milli istehsal və məşğulluq” şüarını izləyib reallaşdırmağa səy göstərsək, 185 00:29:30,050 --> 00:29:34,740 düşmənin bu hədəfi, heç şübhəsiz, puça çıxacaq. Eynilə bayaq qeyd etdiyim, 186 00:29:35,080 --> 00:29:42,800 qısa, yaxın müddət üçün nəzərdə tutduqları ölkəmizdə təhlükəsizliyi pozmaq, 187 00:29:42,800 --> 00:29:57,480 iğtişaş və asayiş pozuntusu yaratmaq planı ilə mübarizə üçün də diqqətimizi toplayıb hazırlaşsaq, sözsüz ki, onu da neytrallaşdıra biləcəyik. 188 00:29:57,600 --> 00:30:04,170 Uzun müddət üçün nəzərdə tutduqları hədəf isə İslam dövlətinin özüdür. 189 00:30:05,770 --> 00:30:16,620 Vaxt var idi, açıq-aşkar deyirdilər ki, İslam dövləti ortadan qalxmalıdır. Sonra gördülər ki, bu söz özlərinin ziyanına işləyir, 190 00:30:16,800 --> 00:30:24,620 çünki əvvəla bunu bacarmayacaqlar, elə dedikləri yerdə də qalacaqlar, dünyadakı tərəfdarlarının, 191 00:30:24,850 --> 00:30:32,910 özlərindən asılı, muzdur dövlətlərin yanında nüfuzlarını itirəcəklər. Ona görə də sözü dəyişib dedilər ki, “İslam Respublikası davranışını dəyişməlidir”. 192 00:30:32,910 --> 00:30:39,080 O zaman mən dəyərli rəsmilərimizə söylədim ki, cənablar, fikir verin, davranış dəyişsin, 193 00:30:39,600 --> 00:30:47,480 ya dövlət dəyişsin – ikisi də bir şeydir, heç bir fərqi yoxdur. Davranışımızı dəyişmək o demək deyil ki, 194 00:30:47,650 --> 00:30:54,220 əvvəllər səhər saat 7-də gəlirdiksə, bundan sonra 8-in və ya 7-nin yarısında gələk. Davranışımızı dəyişməyimiz budur ki, indiyə qədər İslam dininin, 195 00:30:54,220 --> 00:31:00,110 inqilabın, İmam Xomeyninin yolu ilə getmişiksə, bundan sonra həmin kursdan kənarlaşaq; 196 00:31:00,110 --> 00:31:09,650 əvvəl 20 dərəcə, sonra 45 dərəcə, sonra 60 dərəcə, sonra 180 dərəcə əksinə hərəkət edək. 197 00:31:09,650 --> 00:31:17,420 Davranışını dəyişmək budur; yəni elə dövlətin dəyişməsi. Onların uzun müddət üçün nəzərdə tutduğu hədəf budur. 198 00:31:17,710 --> 00:31:27,880 Odur ki düşmənin hədəfləri bunlardır. Düşmən düşməndir; düşmənçiliyini həyata keçirmək üçün əli çatan hər vasitədən istifadə edəcək. 199 00:31:28,280 --> 00:31:35,540 Seçkilər barədə də bir-iki kəlmə deyim. Seçkilər elə arenalardan biridir ki, 200 00:31:35,820 --> 00:31:50,400 həm ölkəyə nüfuz və yüksəliş gətirə bilər, həm də zəifləməsinə, müəyyən problemlərin yaranmasına yol aça bilər; seçkilər bu cürdür. 201 00:31:51,940 --> 00:32:01,200 Əgər xalq seçkidə hamılıqla, intizamlı, etik qaydalara uyğun bir şəkildə iştirak etsə, 202 00:32:02,110 --> 00:32:15,080 dinin qayda-qanunlarına riayət etsə, hər kəs qanunun tələbinə uyğun davransa, bu, İslam Respublikasına üçün nüfuz və yüksəliş qazandıracaq. 203 00:32:16,510 --> 00:32:26,050 Yox əgər qanunlar pozulsa, etik qaydalara əhəmiyyət verilməsə, danışanlar dedikləri sözlərlə 204 00:32:26,400 --> 00:32:34,450 düşməni özlərinə ümidli etsə, seçkilər bizim ziyanımıza bitəcək. 205 00:32:35,250 --> 00:32:46,050 Biz seçkidə naşı deyilik. Artıq 37-38 ildir ki, seçkilər keçiririk – 206 00:32:46,620 --> 00:32:56,110 əvvəllər ildə təxminən bir seçki olurdu; indi də bir neçə ildir ki, hər iki ildən bir ölkədə 207 00:32:56,680 --> 00:33:03,080 böyük bir seçki baş tutur – seçki məsələsində təcrübəmiz var, seçkilərin nə olduğunu bilirik, 208 00:33:03,480 --> 00:33:10,740 bilirik ki, namizədlər, seçkiyə aidiyyəti olan insanlar 209 00:33:11,080 --> 00:33:21,250 hansı ideoloji mühitlərə düşə bilər, nə kimi düşmənçiliklərə, hansı vəsvəsələrə məruz qala bilər. 210 00:33:21,770 --> 00:33:26,050 Bunlar aydındır; bütün bu şeyləri biz təcrübədən keçirmişik. 211 00:33:26,280 --> 00:33:35,480 Mən üzümü bütün namizədlərə tutaraq onlara bir tövsiyə etmək istəyirəm – xalqa nə demək lazımdırsa, demişik – 212 00:33:35,650 --> 00:33:42,740 namizədlərə demək istəyirəm ki, xalqa verdikləri vədlərdə, 213 00:33:42,970 --> 00:33:49,820 etdikləri çıxışlarda, seçicilərə təqdim etdikləri platformalarında 214 00:33:50,110 --> 00:33:58,800 iki-üç məqamı, hökmən, gözləməyə diqqət yetirsinlər: birinsici, iqtisadi problemlər. 215 00:33:59,310 --> 00:34:13,200 İqtisadi problemlərə, mütləq, diqqət ayırsınlar, ölkənin iqtisadiyyatı üçün çalışmaq istədilərini desinlər, özü də qətiyyətlə desinlər. 216 00:34:13,540 --> 00:34:24,510 Mühüm məsələlərdən biri budur. İlk növbədə xalqın məişət rifahının onlar üçün əhəmiyyətli olduğunu desinlər. 217 00:34:24,850 --> 00:34:34,850 Namizədlərin platformasında, çıxışlarında, xalqa verdiyi vədlərdə əksini tapmalı olan ikinci məqam 218 00:34:35,020 --> 00:34:43,140 milli qürur, İran xalqının müstəqilliyi məsələsidir. Cənablar! İran xalqı inqilabçı bir xalqdır, 219 00:34:43,480 --> 00:34:56,000 İran xalqı başıuca bir xalqdır, İran xalqı elə bir xalqdır ki, özünü zəiflik və asılılığın son həddindən çıxararaq 220 00:34:56,340 --> 00:35:07,200 beynəlxalq nüfuz və iqtidarın zirvəsinə qaldıra bilmişdir. Bu xalqı əzmək, zəiflətmək, 221 00:35:07,940 --> 00:35:16,170 başqa xalqların, böyük dövlətlərin qarşısında təslimçiliyə məcbur etmək lazım deyil. 222 00:35:16,570 --> 00:35:25,540 Bu xalq öz qüdrəti ilə həyatdadır, vardır. Əgər onun nümayiş etdirdiyi bu qüdrət olmasaydı, 223 00:35:25,940 --> 00:35:35,080 düşmən gəlib bizim hansısa prezidentimizə və ya məmurumuza hansısa göstərişi verməklə kifayətlənməyəcəkdi; 224 00:35:35,080 --> 00:35:42,400 gəlib bu ölkədə ağalıq edəcəkdi. İslam Respublikasının başına dünyanın bəzi regionlarındakı və elə bizim öz regionumuzdakı heç bir nüfuzu olmayan, 225 00:35:42,680 --> 00:35:50,620 muzdur, asılı dövlətlərinin başına açdıqları oyunları açacaqdılar; 226 00:35:50,910 --> 00:35:58,000 elə bu gün də bunu arzulayırlar. Bizim xalqımızla da o şəkildə davranmaq istəyirdilər. 227 00:35:58,220 --> 00:36:06,450 İmperializmin qarşısında xalqın qüruru, heysiyyəti, vüqarı, əzəməti qorunmalıdır. 228 00:36:06,620 --> 00:36:15,770 Namizədlər də Amerikanın haqsız tələblərinə, İsrailin xəbis əməllərinə qarşı olduqlarını göstərməlidirlər. 229 00:36:16,000 --> 00:36:25,140 Möhtərəm namizədlərin öz seçki platformalarında, çıxışlarında, vədlərində diqqət yetirməli olduğu üçüncü məqam isə 230 00:36:25,420 --> 00:36:31,540 bayaq qeyd etdiyim həmin o milli təhlükəsizlik, milli asayiş məsələsidir. 231 00:36:32,000 --> 00:36:51,080 Namizədlər çalışmalıdır ki, etnik mənsubiyyət və dil fərqi, coğrafi ərazi və ideologiya zəminində qopuqları böyütməsinlər. Bu məsələdə diqqətli olsunlar! 232 00:36:52,800 --> 00:36:59,250 Uzun illərdir ki, düşmənlərimiz bu qopuqlar üzərində işləyir. 233 00:37:00,110 --> 00:37:11,880 İslam Respublikasının düşmənləri Kürdüstanın üzərində çalışdılar, amma bizim mömin kürd camaatımız onların ağzından möhkəm bir yumruq vurdu. 234 00:37:13,020 --> 00:37:22,340 Düşmənlər qeyrətli və təəssübkeş Azərbaycan əhalisinin üzərində işləməyə başladılar, pullar buraxdılar, 235 00:37:22,740 --> 00:37:30,970 amma qeyrətli azərbaycanlılar İslam İnqilabına sahib çıxdıqlarını nümayiş etdirərək 236 00:37:31,140 --> 00:37:39,770 onların üzünə durub rədd etdilər. Eynilə Xuzestanın ərəb əhalisi, 237 00:37:40,050 --> 00:37:49,710 bəluclar, türkmənlər üzərində də. Bu qopuqları aktivləşdirmək üçün işləyir, maya qoyur, pul verir, muzdlular tutur, 238 00:37:50,450 --> 00:37:58,450 söz quraşdırırlar. Lakin buna baxmayaraq İran ərazisində yaşayan etnoslar var 239 00:37:58,970 --> 00:38:07,480 gücü, səmimiyyəti, ixlası və imanı ilə bu məkrli planların qarşısında durur. 240 00:38:07,710 --> 00:38:16,050 Prezidentliyə namizədlər də ehtiyatlı davranmalıdır ki, səhvə yol verib, 241 00:38:16,400 --> 00:38:26,050 düşmənin uğur əldə etmədən yarımçıq qoyduğu bir işi davam etdirərək bu çatları fəallaşdırmasınlar. 242 00:38:26,400 --> 00:38:32,170 Bu ölkə üçün asayiş və təhlükəsizlik çox önəmlidir. 243 00:38:32,510 --> 00:38:42,450 Seçki prosesində təhlükəsizlik orqanlarının rəsmiləri – məhkəmə hakimiyyəti, polis, 244 00:38:42,680 --> 00:38:49,420 Daxili İşlər Nazirliyi və sair və sair – hamısı təhlükəsizliyin qorunmasına diqqət yetirməlidirlər. 245 00:38:49,420 --> 00:38:56,220 Kimsə bu ölkənin təhlükəsizliyinə qarşı çıxış etmək fikrinə düşsə, 246 00:38:56,400 --> 00:39:01,940 sözsüz ki, sərt cavab reaksiyası ilə üzləşəcək; bunu bilsinlər. 247 00:39:02,220 --> 00:39:18,280 “Mən 10 milyon dollarla Gürcüstanın altını üstünə çevirə bildim” – deyən o pullu amerikan sionisti 248 00:39:18,510 --> 00:39:27,770 1388-ci ildə İslam Respublikasında da bunu etmək fikrinə düşmüşdü. Görün nə qədər yanlış bir uyğunlaşdırma, səfeh bir tanımadır ki, 249 00:39:28,050 --> 00:39:37,080 bu əzəmətdə İslam Respublikasını, bu böyüklükdə İran xalqını 250 00:39:37,540 --> 00:39:45,880 dünyanın neçənci əl ölkələri ilə müqayisə edəsən və orada nə isə bir iş görüb öz təsirini göstərmək istəyəsən! 251 00:39:46,400 --> 00:39:56,570 Xalqımız öz milli iradə və əzmi ilə möhkəm bir divar kimi bu səylərin qarşısında durdu. Bu gün də eynilə o cürdür; bunu bilsinlər ki, bu ölkə üçün təhlükəsizlik çox önəmlidir, 252 00:39:56,910 --> 00:40:05,480 camaatımız təhlükəsizliyə böyük əhəmiyyət verir, mən özüm də xalqın iradəsini rəhbər tutaraq bu ölkənin təhlükəsizliyə böyük önəm verirəm. 253 00:40:05,710 --> 00:40:17,020 Seçkidə təhlükəsizlik tam şəkildə qorunmalıdır və bu yoldan kənara çıxmaq istəyən hər kəs bilsin ki, mütləq, xalqın silləsini dadacaq. 254 00:40:33,710 --> 00:40:42,740 Güclər Allah aiddir, qəlblər Allaha aiddir, qəlblər 255 00:40:42,740 --> 00:40:46,000 بَينَ اِصبَعَيِ الرَّحمٰن - 256 00:40:46,450 --> 00:40:51,080 ilahi iradənin layları arasındadır; qəlblər Allahın əlindədir. 257 00:40:51,880 --> 00:41:01,770 İran xalqı Allahın lütf və mərhəmətinə arxalanaraq indiyədək bu yolu qüdrətlə qət edib, inşallah, bundan sonra da qət edəcək. 258 00:41:02,000 --> 00:41:09,820 Və İran xalqı arasında gənclərin rolu daha qabarıqdır, 259 00:41:09,820 --> 00:41:20,510 gənclərin arasında isə, əzizlərim, sizlər başqa bir özəlliyə maliksiniz. Bunun qədrini bilin və bunun üçün uca Yaradana şükür edin. 260 00:41:20,510 --> 00:41:28,970 Pərvərdigara! Səni and veririk zühuru vəd olunmuş Mehdiyə, Səni and veririk o şəxsə ki, 261 00:41:28,970 --> 00:41:34,740 ruzisi – göy və yerin – onun varlığı sayəsindədir, 262 00:41:34,740 --> 00:41:43,250 bu gəncləri və ölkəmizin bütün gənclərini, bütün İran xalqını 263 00:41:43,310 --> 00:41:46,400 Öz lütf və inayətinin kölgəsində saxla. 264 00:41:47,880 --> 00:41:52,000 İran xalqını düşmənləri üzərində qalib et. 265 00:41:53,600 --> 00:42:08,280 Pərvərdigara! Səni and veririk Məhəmməd və Ali - Məhəmmədə, şəhidlərimizin və onların rəhbəri İmam Xomeyninin pak ruhlarını Məhşərə Məhəmməd və Ali - Məhəmmədin pak ruhları ilə birgə gətir. 266 00:42:09,540 --> 00:42:15,770 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.