1 00:00:00,310 --> 00:00:02,800 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:05,150 --> 00:00:12,750 الحمدلله ربّ العالمين والصّلاة والسّلام علي سيّدنا محمّد و آله الطّاهرين 3 00:00:24,130 --> 00:00:31,060 و علي آله الاطيبين الاطهرين سيّما بقيّةالله في الارضين 4 00:00:33,510 --> 00:00:43,600 Əziz qardaşlar, İran İslam Respublikası Ordusunun zəhmətkeş, fəal 5 00:00:44,970 --> 00:00:51,820 və şanlı Hava Qüvvələrinin zabitləri, çox xoş gəlmisiniz. 6 00:00:54,620 --> 00:01:10,000 Bu gün qeyd etdiyimiz əlamətdar gün İİR Ordusunun Hava Qüvvələrinə, həqiqətən də, şan-şöhrət qazandırmış bir hadisə ilə bağlıdır. 7 00:01:12,530 --> 00:01:26,350 İfa etdikləri o gözəl ilahi nəğmələrə və oxuduqları dolğun məzmunlu şeirlərə görə surud qrupuna da təşəkkürümü bildirirəm. 8 00:01:26,620 --> 00:01:44,080 İllərdir ki, biz 1357-cı ilin 19 bəhmən günü baş vermiş bu olduqca mühüm hadisə ilə bağlı görüşlər keçiririk, 9 00:01:44,080 --> 00:01:54,350 danışırıq, müxtəlif məqamlara toxunuruq, lakin bu, sözün əsl mənasında danışmaqla bitirmək mümkün olmayan bir mövzudur; 10 00:01:55,150 --> 00:02:04,930 bu barədə çox danışılıb, amma hələ deyiləsi sözlər ondan da çoxdur. 11 00:02:05,060 --> 00:02:11,730 Şair demişkən, “Yarın zülfündən bir ömür danışmaq olar”. 12 00:02:12,000 --> 00:02:26,080 1357-ci ilin 19 bəhmən günü baş verən o hadisə həlledici bir hadisə idi. 13 00:02:26,400 --> 00:02:38,080 Şah diktaturası dövründə Hərbi Hava Qüvvələri, faktiki olaraq, 14 00:02:39,020 --> 00:02:48,750 ordunun Amerikadan asılı olan hakim siyasi rejimə ən yaxın qolu idi. 15 00:02:49,420 --> 00:03:02,750 O zaman hakim tağut rejimi ordunun heç bir bölməsinə Hava Qüvvələri qədər inanıb ümid bəsləmirdi. 16 00:03:04,170 --> 00:03:14,660 Və şah diktaturası məhz həmin bölmədən ağır bir zərbə aldı; 17 00:03:15,820 --> 00:03:24,970 bu, sözün əsl mənasında ağır bir zərbə idi; yəni orduda qurduqları o intizama, 18 00:03:24,970 --> 00:03:34,710 yaratdıqları o atmosferə rəğmən, gözlənilmədən hərbçilərin bir qrupu – 19 00:03:34,710 --> 00:03:42,800 özü də Hava Qüvvələrinin o qədər etimad bəslədikləri həssas bir bölməsində xidmət edən hərbçilər – 20 00:03:44,660 --> 00:03:56,260 gəlib inqilabın imamına, inqilabın liderinə qoşulmuşdular. Gizlicə də yox, günün günorta çağı, aşkarda, 21 00:03:57,510 --> 00:04:04,800 vəsiqələrini əllərində tutub yuxarı qaldıraraq! Mən özüm orada idim; 22 00:04:05,550 --> 00:04:13,200 İran prospekti ilə bir-birinin ardınca dəstə-dəstə, 23 00:04:13,860 --> 00:04:22,930 rotalarla İmamın qaldığı mədrəsəyə tərəf gəlir, şüarlar səsləndirirdilər, 24 00:04:23,600 --> 00:04:31,600 vəsiqələrini də əllərində tutub yuxarı qaldırmışdılar. Çox qəribə bir olay idi; 25 00:04:32,130 --> 00:04:35,820 yəni tam olaraq 26 00:04:35,820 --> 00:04:40,170 “Allah (Allahın əzabı) onlara gözləmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı” (“Həşr” surəsi, 2-ci ayə) ayəsinin təcəssümü idi; 27 00:04:41,020 --> 00:04:49,510 tağut rejimi heç gözləmədiyi yerdən zərbə almışdı. 28 00:04:49,910 --> 00:04:57,460 Hər şeyi ehtimal edə bilərdilər, bircə bundan başqa; 29 00:04:58,130 --> 00:05:03,550 və məhz elə bu ən uzaq ehtimal baş verdi; 30 00:05:03,640 --> 00:05:13,280 yəni o dövrün Hava Qüvvələri başında xaricdən asılı bir komandan durduğuna, xaricdən müxtəlif cəhətlərdən – 31 00:05:13,550 --> 00:05:22,840 maddi-texniki təchizat, təlim və sair baxımından asılılıqları olduğuna baxmayaraq, 32 00:05:23,600 --> 00:05:34,170 birdən-birə gəlib xalqla çiyin-çiyinə durmuş və İmam Xomeyniyə, inqilabın liderinə öz tərəfdaşlığını elan etmişdi; bu, inanılmaz bir zərbə idi; 33 00:05:35,640 --> 00:05:47,020 bunu heç gözləmirdilər. Biz də gözləmirdik; yəni bu biri cərgədə duran ruhanilər, möminlər də 34 00:05:47,910 --> 00:05:53,510 belə bir şeyin baş verə biləcəyini gözləmirdilər. Əslində, bu, Quranda buyurulduğu kimi, “رزق لايُحتسب” – gözlənməyən, hesaba alınmamış ruzi idi: 35 00:05:54,880 --> 00:06:02,000 “Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona gözləmədiyi yerdən ruzi verər”. (“Talaq” surəsi, 2-3-cü ayələrdən) 36 00:06:03,510 --> 00:06:12,310 Bəzən insana heç gözləmədiyi bir yerdən bir kömək, bir yardım yetişir 37 00:06:13,150 --> 00:06:20,260 və bu, onun üçün yeni bir nəfəsə, damarlarına vurulan təzə qana bərabər olur. 38 00:06:21,370 --> 00:06:30,310 Hava Qüvvələrinin bu addımı da inqilab cəbhəsi üçün gözlənməyən bir ruzi idi. Bizlər qətiyyən hesaba almamışdıq, 39 00:06:30,530 --> 00:06:37,460 yəni İran xalqının, mübarizlərin, inqilabçıların, dahi İmamın – 40 00:06:38,440 --> 00:06:45,550 heç birimizin əsla ağlına belə gəlməzdi ki, ordudan kimsə gəlib inqilaba qoşula bilər. 41 00:06:46,350 --> 00:06:52,660 Doğrudur, ondan əvvəl mənim Məşhəddə bir neçə hərbçi ilə 42 00:06:53,200 --> 00:06:58,570 yaxın tanışlığım olmuşdu, bizimlə həmfikir olduqlarını bilirdim, 43 00:06:59,820 --> 00:07:08,570 Tehranda da bəzi dostlarımız ordu sıralarında xidmət edən bir neçə hərbçi ilə münasibət yaratmışdılar. Bunlar var idi, 44 00:07:08,710 --> 00:07:17,150 amma bütöv bir kütlənin qalxıb belə əzəmətli və nümayişkaranə şəkildə gəlməsi, 45 00:07:17,150 --> 00:07:21,370 həqiqətən də, gözlənməyən, hesaba alınmamış ruzi idi; bunu hesablamaq mümkün deyildi. 46 00:07:21,730 --> 00:07:33,820 Bu yerdə gəlin bu dediklərimdən ibrətamiz bir nəticə çıxaraq: öz hesablamalarınızda kiçik olsa belə, həmişə bu gözlənilməyən ruzini nəzərdə tutun. 47 00:07:35,640 --> 00:07:44,620 Doğrudur, rasional, maddi hesablamaların təsiri böyükdür, bu, danılmazdır və lazımdır – 48 00:07:45,240 --> 00:07:53,150 İslamın heç bir təlimi bizi rasional hesablamalar etməkdən, 49 00:07:53,280 --> 00:08:03,280 ağılla düşünərək maddi şərtləri nəzərə almaqdan çəkindirmir; yox, götür-qoy etmək, hər şeyi nəzərə almaq hökmən lazımdır – 50 00:08:04,040 --> 00:08:12,750 amma maddi məsələlərin fövqündə duran, insanın ağlına gəlməyən hesablamalar üçün də bir yer qoyun; 51 00:08:13,640 --> 00:08:25,200 hesaba alınmamış ruzi budur; hesaba almadığımız halda bizə çatan yardım budur; 52 00:08:26,130 --> 00:08:37,550 bu, bizim bütün hesablamalarımızda olur; möminlər cəbhəsinin bütün işlərində bunu nəzərə almaq, bu ruzi və köməyi gözləmək lazımdır. 53 00:08:37,860 --> 00:08:47,110 Duada oxuyuruq: يا مَن اِذا تَضايَقَتِ الاُمورَ فَتَحَ لَها باباً لَم تَذهَب اِلَيهِ الاَوهام 54 00:08:47,110 --> 00:08:54,130 İşlər düyün düşəndə, üzdən baxılan zaman hər şey çıxmaza dirənmiş kimi görünəndə 55 00:08:54,530 --> 00:09:01,150 bəzən Allah-taala bu çıxmazın hansısa küncündən elə bir yol açır ki, 56 00:09:01,550 --> 00:09:03,910 لَم تَذهَب اِلَيهِ الاَوهام 57 00:09:04,040 --> 00:09:15,240 o yol insan oğlunun heç vaxt ağlına gələ bilməz; belə bir şey var. Buna misal olaraq, ölkəmizin təhrik olunduğu Müqəddəs Müdafiə savaşını göstərmək olar. 58 00:09:16,130 --> 00:09:26,040 Müqəddəs Müdafiə elə bir vaxtda başladı ki, biz müdafiə imkanlarımız, qoşunlarımızın sayı 59 00:09:26,310 --> 00:09:36,840 və təşkilatlanması baxımından hücum edən tərəfdən – Səddam rejimindən qat-qat aşağı idik. 60 00:09:37,510 --> 00:09:46,620 O, hazırlıqlı idi, nizamlı, hər cür silah-sursatla təchiz olunmuş, yaxşı təşkilatlanmış ordusu var idi, 61 00:09:47,150 --> 00:09:54,260 qoşunlarının sayı məlum idi, hava və quru qüvvələri hər ikisi hazır idi, 62 00:09:54,840 --> 00:09:59,730 müdafiəsi, himayəçiləri, mühəndisləri, bütün sferalarda hər şeyi hazır idi, 63 00:10:00,220 --> 00:10:08,880 bizim isə bütün bu məsələlərdə problemimiz var idi. Həm silah və döyüş texnikası, həm canlı qüvvə, 64 00:10:09,150 --> 00:10:15,420 həm mühəndislik, həm siyasi dəstək, həm də təşkilatlanma baxımından problem yaşayırdıq. 65 00:10:15,420 --> 00:10:25,150 Bir dəfə elə 19 bəhmən görüşlərimizdən birində demişdim: o vaxt Hava Qüvvələrinin komandanı istifadəyə yararlı təyyarələrin siyahısını 66 00:10:25,460 --> 00:10:34,440 mənə gətirib söylədi ki, lazımi detallar olmadığına görə 67 00:10:35,020 --> 00:10:46,620 uzağı 17-18 gün ərzində bütün təyyarələrimiz uçuşu dayandıracaq; axırıncısı “C 130” idi. 68 00:10:47,060 --> 00:10:54,880 “F 5”, “F 4”, “F 14” və sair tipli təyyarələr elə 1-ci, 2-ci, 3-cü gün yavaş-yavaş sıradan çıxacaqdı, 69 00:10:55,150 --> 00:11:01,420 yalnız “C 130” qırıcıları 15-20 gün davam gətirə bilərdi ki, 70 00:11:01,600 --> 00:11:08,310 onlardan da bizdə, misal üçün, neçə dənəsə var idi. O vaxt belə təsəvvür edirdik; 71 00:11:08,480 --> 00:11:15,860 amma “فَتَحَ باباً” – Allah qapı açdı, Hava Qüvvələrimiz müharibənin sonuna qədər fəaliyyət göstərdi, çalışdı, işlədi. 72 00:11:18,480 --> 00:11:28,660 Allahın insan üçün bir qapı açıb, qorxunu ona yaxın buraxmamağı budur, hesaba alınmamış ruzi budur; bir işi götür-qoy edəndə bunu həmişə nəzərə alın. 73 00:11:29,460 --> 00:11:42,220 Əgər biz mömin olsaq, ağlımızı Allaha təvəkkül və ümidin inayəti altında işlətsək, 74 00:11:42,570 --> 00:11:48,350 o zaman bu qapı üzümüzə açılacaq. Mən demirəm ki, ağılla fikirləşməyək, 75 00:11:48,840 --> 00:11:55,240 maddi hesablamaları bir kənara qoyaq; yox, bunlar hamısı lazımdır, mən özüm də daim bu şeylərin vacib olduğunu vurğulayıram, 76 00:11:56,260 --> 00:12:01,280 amma bunlarla yanaşı, Allahdan gələcək kömək üçün də bir yer qoyun; 77 00:12:01,550 --> 00:12:06,260 əgər Allaha təvəkkül edənlərdən, Uca Yaradana ümid bəsləyənlərdəniksə, belə etməliyik. 78 00:12:06,620 --> 00:12:14,660 İnqilabın qələbəsindən bəri aradan ötən bu 37-38 ildə inqilabla bağlı bütün məsələlərdə həmişə bu cür olub, 79 00:12:15,770 --> 00:12:22,880 Allahın köməyini daim müşahidə etmişik. İndi gəlin mən İİR Ordusunun Hərbi Hava Qüvvələri barədə 80 00:12:23,370 --> 00:12:26,480 bir neçə cümlə deyim, sonra yenə bu söhbətə qayıdarıq. 81 00:12:26,970 --> 00:12:32,220 Mən yaddaşımın səhifələrini vərəqləyib geriyə baxanda görürəm ki, 82 00:12:32,660 --> 00:12:41,950 ölkəmizin Hava Qüvvələri o hadisədən sonra da müxtəlif sınaqlardan üzüağ çıxıb. 83 00:12:42,350 --> 00:12:52,710 Düşmənlərin Müqəddəs Müdafiə savaşı başlamamışdan əvvəl qurduğu o çevriliş planında da 84 00:12:52,840 --> 00:13:05,200 həmin əməliyyatın boşa çıxması üçün ilk olaraq addım atan Hava Qüvvələrinin zabiti olmuşdu; bir pilot! Gəlib məsələni mənə xəbər vermişdi, 85 00:13:06,080 --> 00:13:15,950 hökumət xəbər tutub hazırlıq görmüşdü. Həmədanın Şəhid Nuje adına hərbi bazasında 86 00:13:16,220 --> 00:13:25,420 həyata keçirilməsi, oradan isə Tehran və başqa yerlərə sıçraması planlaşdırılan böyük bir əməliyyatı Hərbi Hava Qüvvələrinin bir zabiti neytrallaşdırmışdı; 87 00:13:25,730 --> 00:13:35,370 bu mənim heç vaxt yaddımdan çıxmır; dövlət bu köməyi, bu böyük xidməti heç vaxt unutmayacaq. 88 00:13:37,370 --> 00:13:50,480 Orduda “Detal istehsalı cihadı”na ilk olaraq başlayan, 89 00:13:51,420 --> 00:13:59,060 bu işdə qolunu çırmayıb meydana girən də məhz Hava Qüvvələri olub.O vaxta qədər Hava Qüvvələrində detal istehsalı yox idi; 90 00:13:59,420 --> 00:14:06,310 bizim mütəxəssislərimizin mürəkkəb konstruksiyalı detallarla heç tanış olmasına da icazə vermirdilər. 91 00:14:07,910 --> 00:14:18,220 Hava Qüvvələrində elə “cihad” adı altında detal istehsalına başlandı; həqiqətən də, cihad əzmli bir hərəkat həyata keçirdilər. 92 00:14:18,710 --> 00:14:28,040 Bunu ilk edən Hava Qüvvələri oldu; əlbəttə ki, sonradan ordunun digər bölmələrində də bu işə start verildi, amma 93 00:14:28,800 --> 00:14:34,660 ilk addımı atan, ilk olaraq təşəbbüs göstərən Hava Qüvvələri oldu. 94 00:14:35,330 --> 00:14:46,440 Müqəddəs Müdafiədə ilk gündən İran xalqına ruh yüksəkliyi verən Hava Qüvvələrinin uçuşları idi. 95 00:14:47,370 --> 00:14:56,800 O vaxt mən deputat idim, çıxıb parlamentdə bunların həyata keçirdiyi uçuşların sayı barədə 96 00:14:56,800 --> 00:15:03,860 məlumat verəndə heyrətdən hamının ağzı açıq qalmışdı. Bir o qədər, özü də möhtəşəm əməliyyatlar həyata keçirmişdilər! 97 00:15:04,840 --> 00:15:11,060 Xəbəri bütün ölkəyə yayıldı, xalqımız bildi, hava qüvvələrimizin güc və əzəmətini hiss etdi. Eynilə ondan sonra da; 98 00:15:11,770 --> 00:15:17,150 istər Ordunun, istərsə də Keşikçi Korpusun həyata keçirdiyi müxtəlif əməliyyatlarda – 99 00:15:17,370 --> 00:15:21,730 xüsusilə də “Vəl-fəcr 8”, 100 00:15:22,530 --> 00:15:28,530 “Kərbəla 5” və sair bu kimi, böyük və önəmli işlərin görüldüyü əməliyyatlarda – 101 00:15:28,930 --> 00:15:33,770 Ordumuzun Hava Qüvvələri həlledici rol oynamışdır. 102 00:15:34,080 --> 00:15:43,110 Şəhid Səttariyə Allah rəhmət etsin; o vaxt o, Havadan Müdafiə Qüvvələrinin zabiti idi. 103 00:15:43,640 --> 00:15:51,460 “Vəl-fəcr 8” əməliyyatında müdafiə işini elə sürət və ciddiyyətlə həyata keçirirdi ki, hamı, 104 00:15:51,770 --> 00:15:59,240 hətta düşmən də heyran qalmışdı; o qədər təyyarəni zərərsizləşdirməyi bacardılar! Hava Qüvvələrimiz özünə hörmət qazanıb. 105 00:15:59,240 --> 00:16:10,930 Ondan sonra da günü bu günə qədər siz layiqincə işləmisiniz. Və işləyin də, əziz gənclər! İşləyin, 106 00:16:11,820 --> 00:16:18,750 çalışın, düşünün, hərəkət etin, yeni addımlar atın, boşluqları doldurun, idarəçiliyi gücləndirin, 107 00:16:19,820 --> 00:16:25,460 xidmət etdiyiniz Hava Qüvvələrində konstruktiv tədbirləri bacardığınız qədər artırın. Mənim sizin problem və sıxıntılarınızdan xəbərim var, 108 00:16:25,950 --> 00:16:28,570 bunlar bütün ölkənin yaşadığı problem və sıxıntılardır. 109 00:16:29,200 --> 00:16:36,220 Bu problemləri, bu boşluqları öz yüksək insan əzminiz, biliyiniz, 110 00:16:36,750 --> 00:16:43,680 təqvanız, Allahın lütfünə ümid və təvəkkülünüzlə doldurun. Doldurmaq olar da; 111 00:16:43,860 --> 00:16:47,600 gör bu günə qədər nə qədər iş görülüb! 112 00:16:47,770 --> 00:16:57,550 Bayaq dediyim o gözlənməyən ruzini ardınca gətirən də məhz Uca Yaradana olan bu ümid və təvəkküldür. Bu nə zaman baş verir? 113 00:16:57,820 --> 00:17:05,020 İnsan öz ağlını Allaha ümid və təvəkkülün işığı altında işə salanda. 114 00:17:05,240 --> 00:17:11,420 Əksinə olanda isə, yox. Əgər ağlımızı 115 00:17:12,040 --> 00:17:20,880 şeytanlara etimadın kölgəsi altında işlətmək istəsək, o zaman hər şey başqa cür olacaq. 116 00:17:21,420 --> 00:17:27,330 Quranın mübarək “Nur” surəsindəki bir ayədə buyurulur: 117 00:17:27,950 --> 00:17:36,530 “Kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər”. (“Nur” surəsi, 39-cu ayədən) 118 00:17:37,150 --> 00:17:46,970 İlğım kimidir; suya təşnə olan insan uzaqdan quru torpağı suya bənzədir, 119 00:17:48,170 --> 00:17:50,130 yaxına gələndə isə görür ki: 120 00:17:50,620 --> 00:17:54,570 لَم يَجِدهُ شَيئًا وَ وَجَدَ اللهَ عِندَه 121 00:17:55,280 --> 00:18:06,800 – heç bir şey yoxdur. Şeytanlara ümid bağlamaq budur, maddi, şeytani güclərə ümid bağlamaq budur. 122 00:18:08,800 --> 00:18:16,570 Müxtəlif məsələlərdə – diplomatiyada, 123 00:18:16,570 --> 00:18:27,150 ölkənin problemlərinin həllində, daxildəki işlərin idarə olunmasında, silahlanmada, tədbirli davranmaq, ağılla iş görmək lazımlı bir işdir, elmdə, sənayedə və sairdə rasionallıq, 124 00:18:28,440 --> 00:18:38,530 amma Şeytana, bilavasitə sizin varlığınızın əleyhinə olan birinə inanmaq böyük bir səhvdir. 125 00:18:40,260 --> 00:18:50,130 Bilavasitə İslam Respublikasının varlığını, İslam dininin qüdrət və hakimiyyətini 126 00:18:50,480 --> 00:18:56,480 həzm və qəbul edə bilməyən bir dövlətə etimad etmək, ona ümid bağlamaq olmaz; 127 00:18:57,240 --> 00:19:01,150 کَسَرابٍ بِقيعَةٍ يَحسَبُهُ الظَّمئانُ ماءً 128 00:19:01,820 --> 00:19:10,440 Həmin o ilğım bax budur. Əgər Allaha təvəkkül etsəniz, sizin üçün “رزق لايُحتسب” – hesaba alınmamış ruzi olacaq, 129 00:19:10,840 --> 00:19:14,400 yox əgər Şeytana inansanız, 130 00:19:14,840 --> 00:19:18,710 “کَسَرابٍ بِقيعَةٍ يَحسَبُهُ الظَّمئانُ ماءً” – 131 00:19:18,930 --> 00:19:28,040 ilğımla üzləşəcəksiniz. Hər birimiz – mən də, siz də bunu həmişə yadda saxlamalıyıq; İran xalqının hər bir nümayəndəsi bunu həmişə xatırlamalıdır. 132 00:19:28,570 --> 00:19:32,530 ilahi yardıma ümidlə çalışın, işləyin, təşəbbüs göstərin, 133 00:19:33,240 --> 00:19:41,150 Allahın sizə bəxş etdiyi əsl gücü ortaya qoyun, Uca Yaradana təvəkküllə, 134 00:19:42,040 --> 00:19:45,600 o zaman Allah da sizə kömək edəcək. 135 00:19:46,570 --> 00:19:53,910 Yox əgər oturub Şeytanın – özü də ən böyük Şeytanın – gəlib sizə kömək etməyini gözləsəniz, 136 00:19:54,970 --> 00:20:02,750 o zaman nəsibiniz bayaq dediyim o ilğım olacaq. Ondan bizə heç vaxt xeyir gəlməyəcək. 137 00:20:02,930 --> 00:20:10,750 Birləşmiş Ştatlarda yenicə hakimiyyətə gəlmiş o cənab deyir ki, siz Amerikaya, 138 00:20:10,750 --> 00:20:15,860 Obama administrasiyasına təşəkkür etməlisiniz! Nəyə görə təşəkkür etməliyik ki?! Qətiyyən təşəkkür-filan etmirik; 139 00:20:16,880 --> 00:20:22,840 xalqımızı və İslam Respublikasını iflic etmək məqsədilə bu ağır sanksiyaları 140 00:20:23,330 --> 00:20:30,530 İran xalqının üzərinə qoyan o təşkilatda o da təmsil olunurdu; dövlətimizi 141 00:20:30,970 --> 00:20:41,640 və xalqımızı iflic vəziyyətinə salacaqlarına ümid edirdilər. Əlbəttə ki, istədiklərinə nail ola bilmədilər, bilməyəcəklər də. Heç vaxt heç bir düşmən İran xalqını iflic vəziyyətinə sala bilməyəcək. 142 00:21:04,440 --> 00:21:12,440 Deyir, “təşəkkür edin”; xeyr, qətiyyən təşəkkür etmirik; axı nə üçün təşəkkür etməliyik ki?! Sanksiyalar üçün?! İŞİD-i yaratdıqları üçün?! 143 00:21:13,910 --> 00:21:20,000 Regionu od-alova bürüdükləri üçün?! Suriya, 144 00:21:20,400 --> 00:21:33,150 İraq müharibə alovu içində qovrulur, nəyə görə təşəkkür etməliyik?! 1388-ci ildə ölkəmizdə törədilən iğtişaşları himayə etdikləri üçün?! 145 00:21:33,910 --> 00:21:41,860 Bir yandan mənə məktub yazıb xoş münasibət və əməkdaşlığını ifadə edir, 146 00:21:42,000 --> 00:21:49,420 bir yandan da açıq-açığına iğtişaşçını dəstəkləyib “Biz sizin arxanızdayıq!” – deyərək 147 00:21:50,000 --> 00:21:58,930 ölkədə fitnə və iğtişaş törətməyə çalışır; münafiqlik bax budur; dəfələrlə dediyim kimi: 148 00:22:00,220 --> 00:22:04,080 məxmər əlcək altında polad əl! 149 00:22:04,350 --> 00:22:11,820 Biz əsla təşəkkür-filan etmirik. Biz onların nələr etdiklərini bilir, 150 00:22:11,950 --> 00:22:19,640 anlayırıq. İndi bu biri çıxıb deyir ki, “ona təşəkkür edin, məndən də qorxun!” Xeyr, heç sizdən də qorxub-eləmirik. 151 00:22:20,480 --> 00:22:31,420 22 bəhmən günü xalqımız küçələrə çıxıb bütün bu hədələrinizin, bu dediklərinizin cavabını verəcək, 152 00:22:31,950 --> 00:22:39,680 İran xalqının təhdidlər qarşısında hansı mövqeyi tutduğunu göstərəcək! Heç kimin hədəsi-filanı da bizi qorxutmur! 153 00:22:39,860 --> 00:22:44,840 Bəli, bu təzə gələnə təşəkkür edirik! 154 00:22:45,910 --> 00:22:51,910 Təşəkkür edirik ki, bizim zəhmətimizi azaldıb, Amerikanın əsl simasını göstərdi. 155 00:22:52,930 --> 00:22:58,480 Bizim Amerikanın hökumət aparatında gedən 156 00:22:58,710 --> 00:23:05,150 siyasi,iqtisadi, əxlaqi, sosial çürümə barədə 157 00:23:05,770 --> 00:23:11,950 otuz neçə il ərzində daim dediklərimizi bu cənab gəlib seçki öncəsi 158 00:23:12,220 --> 00:23:19,640 və ondan sonra açıq-aşkar surətdə ortaya qoydu. Elə indi də gördüyü işlərlə 159 00:23:19,950 --> 00:23:30,620 Amerikanın əslində kim olduğunu, bu dövlət üçün insan haqlarının nə demək olduğunu nümayiş etdirir; beş yaşlı uşağın qolunu qandallayırlar! Bunların insan haqları budur! 160 00:23:31,110 --> 00:23:42,930 İran xalqı öz yolunu tapıb; İran xalqı məntiq, rasionallıq və Allaha təvəkküllə, 161 00:23:43,280 --> 00:23:51,240 qüdrət, sürət və özünəinamla irəli gedərək bu yolu qət edir. 162 00:23:52,310 --> 00:23:58,800 Bu gün İran xalqı öz güc və bacarığına inanır, gənclərimiz özünəinamla işləyir. 163 00:23:59,060 --> 00:24:08,880 Universitetlərimiz, elmi-tədqiqat mərkəzlərimiz yeni ideya və təşəbbüslərlə dolub-doşur 164 00:24:09,020 --> 00:24:14,710 və bu gün elm sahəsində həmin ideya və təşəbbüslər həyata keçirilir. Quruculuq sahəsində, 165 00:24:14,840 --> 00:24:21,420 digər müxtəlif sferalarda da eynilə. Ölkədə birinci sözü rasionallıq deyir, 166 00:24:21,770 --> 00:24:33,280 intəhası bunu Allaha təvəkküllə, Uca Yaradana etimadla edir. Mən bilirəm ki, İran xalqı bu yolda, heç şübhəsiz, 167 00:24:33,680 --> 00:24:39,680 qələbə qazanacaq və arzuladığı nəticələrə, can atdığı ideallara yetişəcək. 168 00:25:00,660 --> 00:25:11,200 İnqilabın əvvəllərində həyatda olduğu o bərəkətli 10 il ərzində 169 00:25:11,200 --> 00:25:16,970 bu məsələlərlə bağlı həqiqətləri İran xalqına açıqlamış dahi liderimiz İmam Xomeyniyə Allah rəhmət etsin. 170 00:25:17,240 --> 00:25:27,640 İmamın çıxışlarına nəzər salın; İmam həm dostu, həm düşməni, həm də İran xalqını yaxşı tanıyırdı; 171 00:25:28,530 --> 00:25:39,060 əsas hədəflərin hansılar olduğunu bilirdi. İmam ona görə öz çıxışlarında dönə-dönə 172 00:25:39,330 --> 00:25:46,260 “Şeytana inanmayın!”, “Düşmənə inanmayın!” – deyir, 173 00:25:46,710 --> 00:25:52,710 israrla bizi düşmənə etimad etməkdən çəkindirir ki, düşməni tanıyır. 174 00:25:53,020 --> 00:26:00,570 Düzdür, biz bütün bunları deyirdik, vurğulayırdıq, amma bu gün hər şey, bizim bütün dediklərimiz açıq-aydın göz önündədir, 175 00:26:00,570 --> 00:26:09,150 hamı bunları görür. Bu cənabın davranışları Amerikanın əslində kim olduğunu, necə olduğunu, 176 00:26:09,820 --> 00:26:17,640 insan haqları, humanizm və sair barədə danışdıqlarının mahiyyətində əslində nələrin gizləndiyini göstərir. 177 00:26:17,640 --> 00:26:25,460 Belə günlər, habelə İmamın öz çıxışlarında vurğuladığı məqamlar ətrafında dərindən düşünməklə 178 00:26:25,730 --> 00:26:32,130 biz məhz bunları öyrənə bilərik. Ümidvaram, Uca Yaradan siz gənclərə hazırlıqlı olub 179 00:26:32,750 --> 00:26:38,400 üzərinizə düşən böyük işi həyata keçirə bilməyiniz üçün mənəvi dəstək olacaq, inşallah. 180 00:26:38,880 --> 00:26:46,130 Sizin nəsil böyük bir iş görməlidir; sizdən əvvəlki nəsil bir sıra önəmli işlər görüb, 181 00:26:46,440 --> 00:26:50,440 lakin digər mühüm işlər də var ki, onları həyata keçirmək sizin öhdənizdədir. 182 00:26:50,660 --> 00:27:00,170 İnşallah, Allaha təvəkküllə özünüzü hazırlayıb bu əmanəti sonrakı nəsillərə ötürün. 183 00:27:00,350 --> 00:27:03,370 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.