1 00:00:00,980 --> 00:00:03,360 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:05,240 --> 00:00:07,980 والحمدلله ربّ العالمين 3 00:00:12,200 --> 00:00:17,380 والصّلاة والسّلام علي سيّدنا ابي‌القاسم المصطفي محمّد 4 00:00:27,400 --> 00:00:35,860 و علي آله الاطيبين الاطهرين المنتجبين و لعنةالله علي اعدائهم اجمعين 5 00:00:38,180 --> 00:00:47,260 Əziz qumlular, Qum camaatını, Qum Teoloji Mərkəzini təmsil edən 6 00:00:47,860 --> 00:00:52,280 qardaş və bacılar, çox xoş gəlmisiniz! 7 00:00:54,780 --> 00:01:02,520 Hamınızı salamlayıram; zəhmət çəkmisiniz, lütf etmisiniz. 8 00:01:04,080 --> 00:01:16,130 Tarixi yaddaşımızda daim yaşayacaq bu böyük və effektiv hadisəni bir daha ehtiramla yad edirəm. 9 00:01:18,350 --> 00:01:27,060 19 dey hadisəsi, Qum əhalisinin xidmətləri, təqdirəlayiq xüsusiyyətləri barədə çox danışmışıq. 10 00:01:27,420 --> 00:01:32,350 Nə desək də, dəfələrlə deyilmiş, təkrar sözlər olacaq. 11 00:01:32,570 --> 00:01:35,420 Bu gün deyib-danışa biləcəklərimizin hamısının xülasəsi isə bayaq qaremizin oxuduğu o şərif ayədə öz əksini tapırdı: 12 00:01:35,420 --> 00:01:43,420 “Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən ) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər”. (“Hədid” surəsi, 10-cu ayədən) 13 00:01:44,480 --> 00:01:59,680 Qum camaatı hələ İran xalqı böyük hərəkat üçün ayağa qalxmazdan əvvəl qiyam etdi. 14 00:02:01,860 --> 00:02:11,820 Qum əhalisinin bu son dərəcə effektiv davranışı bütün İranı silkələdi, 15 00:02:13,730 --> 00:02:28,800 bütün hazırlıqlı qəlbləri bir fürsətə, bir imkana, bir həqiqətə cəlb etdi, nəticədə hərəkat başladı, 16 00:02:29,600 --> 00:02:41,020 ardınca da məlum hadisələr baş verdi. Bu barədə təkrar-təkrar danışmağa ehtiyac yoxdur, bizə lazım olan odur ki, həmin hadisələrdən dərs alaq. 17 00:02:41,680 --> 00:02:50,170 Bu cür hadisələrdən ibrət dərsi götürmək lazımdır. Dərslər də cürbəcürdür. 18 00:02:50,620 --> 00:03:01,950 Bizim – mənim, sizin, xalqımızın nümayəndələrinin – keçmişdə baş vermiş hadisələrdən ibrət dərsi götürməyə ehtiyacımız var. 19 00:03:02,400 --> 00:03:13,060 Mən bunu dəfələrlə qeyd etmişəm, yenə də təkrar etmək istəyirəm ki, Qum hadisəsində əsas məqam 20 00:03:14,220 --> 00:03:23,280 xalqın vaxtında hərəkətə keçməsidir. 21 00:03:23,730 --> 00:03:37,420 Vaxtında görülən iş həmişə öz effektini göstərir və ya təsiri daha da güclü olur. 22 00:03:37,770 --> 00:03:49,820 Eyni işi təxirə salıb, üstündən bir müddət keçəndən sonra görəndə bəzən ümumiyyətlə effekti olmur, yaxud da az olur. 23 00:03:50,170 --> 00:04:04,310 Qumluların hünəri o idi ki, məqamı dərhal tutdular, düşməni vaxtında tanıdılar və elə əvvəldə, 24 00:04:05,770 --> 00:04:23,200 yubanmadan ona cavab verdilər; yoxsa əgər dahi liderimiz İmam Xomeyniyə (r.ə) qarşı o məkrli, xəbis hərəkət baş verdikdən sonra 25 00:04:23,950 --> 00:04:32,970 tərpənsəydilər,“indi edərik, 26 00:04:34,480 --> 00:04:38,710 sabah edərik, bir ay sonra edərik” desəydilər, sonrakı hadisələr əsla baş verməzdi. Vacib olan işin öz vaxtı var, 27 00:04:39,200 --> 00:04:50,310 onu vaxtında görmək lazımdır. Vacib işi görməyin ən yaxşı, ən üstün məqamı isə vaxtın əvvəlidir. 28 00:04:51,200 --> 00:05:01,020 Düzdür, bəziləri vacib olan işləri ümumiyyətlə görmürlər, “Əşi, heç nə olmaz!” – deyirlər, bəziləri gecikdirib görürlər, 29 00:05:01,240 --> 00:05:08,800 bəziləri isə vaxtı keçəndən sonra hərəkətə gəlirlər; təvvabin kimi. 30 00:05:09,280 --> 00:05:22,220 Təvvabin lazım olan vaxt – Aşura hadisəsi baş verəndə gəlmədi, iş işdən keçəndən sonra gəldilər. 31 00:05:23,370 --> 00:05:30,130 Və ya Mədinə əhalisinin şəhərin hakimi Abdullah ibn Hənzələyə qarşı qiyamı. 32 00:05:30,710 --> 00:05:40,440 Gəlib Yəzidin qarşısında durdular, qiyam etdilər, Mədinənin hakimini şəhərdən çıxardılar, amma bütün bunları gec etdilər. 33 00:05:40,440 --> 00:05:52,130 Bunu Hüseyn ibn Əlinin (ə) Mədinədən çıxdığını eşitdikləri zaman düşünməli idilər, amma etmədilər. 34 00:05:52,570 --> 00:06:00,040 Gec fikirləşdilər; bir il sonra. Nəticəsi nə oldu? Tarixin yaddaşında var: 35 00:06:00,220 --> 00:06:06,710 qətliam olundular, darmadağın edildilər, məhv edildilər, heç bir iş də görə bilmədilər. 36 00:06:08,000 --> 00:06:19,910 İşi vaxtında görmək lazımdır. Əgər hər bir işi öz vaxtında görmək istəyiriksə, gərək vacib işin hansı olduğunu, 37 00:06:20,880 --> 00:06:28,220 nə etməli olduğumuzu bilək ki, onu vaxtında həyata keçirək. 38 00:06:28,880 --> 00:06:38,260 Demək istədiyim budur ki, İslam İnqilabı 39 00:06:38,660 --> 00:06:50,800 İran xalqının asılılıq və gerilik zillətindən qurtulmaq üçün atdığı böyük bir addımdır. 40 00:06:50,970 --> 00:07:02,400 Bu inqilab İslam dininin bərəkəti, istiqamətləndirməsi və rəhbəriyi ilə gerilik və asılılığı – 41 00:07:02,840 --> 00:07:12,400 – bu iki böyük həqarəti İran xalqının üzərindən götürmək üçün baş vermiş əzəmətli bir hərəkat idi; 42 00:07:12,400 --> 00:07:22,350 uzun zamandır canımızda olan iki xroniki xəstəliyimiz var idi, onları aradan qaldırmalı idi; inqilab bu məqsədlə yarandı 43 00:07:22,930 --> 00:07:30,130 və İran İslam Respublikası bu əsaslar üzərində quruldu. Diqqət edin, 44 00:07:30,840 --> 00:07:43,550 bu xalqı gerilik və asılılıqdan xilas etmək məqsədilə bir hərəkat yaranır 45 00:07:43,550 --> 00:07:54,260 və uğur qazanır, inkişaf edirsə, o vaxta qədər xalqın gerilik və asılılığından mənfəət götürənlər, 46 00:07:54,260 --> 00:08:02,350 təbii ki, bu hərəkata, bu inqilaba, bu dövlətə düşmən kəsiləcəklər. 47 00:08:04,040 --> 00:08:13,370 Bu düşmən məsələsini mən özümdən düzəltmirəm; bəziləri elə hey deyir ki, “Siz özünüzdən düşmən çıxarırsınız”. 48 00:08:14,480 --> 00:08:27,460 Düşməni İran xalqının hərəkatı çıxarır! Təsəvvür edin, evinizi, 49 00:08:27,680 --> 00:08:36,880 dükanınızı, yaşadığınız, istirahət etdiyiniz məkanı bir quldur zəbt edib. Siz gəlib onu çölə çıxarırsınızsa, 50 00:08:37,550 --> 00:08:43,460 öz haqqınızı bərpa etmiş, geri almış olursunuz, o isə sizinlə düşmənçilik etməyə başlayır. 51 00:08:43,460 --> 00:08:50,880 Nə qədər ki sizə qalib gələcəyinə ümidi var, sizə zərbə vuracaq. 52 00:08:51,420 --> 00:08:58,040 Biz heç kəslə yeni düşmənçilik yaratmamışıq; düşmənçilik edən onlardır. 53 00:08:58,880 --> 00:09:10,750 İranın özlərindən asılı olmasından xeyir götürənlər bu gün bizə düşməndir; barışmaz düşmən! 54 00:09:12,040 --> 00:09:25,330 İran xalqının geriliyi sayəsində öz mənafeyini təmin edənlər bu gün bizə düşməndir; qatı, barışmaz düşmən. 55 00:09:26,260 --> 00:09:30,480 Əlbəttə, ola bilsin ki, bu düşmənçilik Qiyamətə qədər çəkməsin; 56 00:09:31,640 --> 00:09:36,400 “(Ey möminlər) Ola bilsin ki, Allah sizinlə düşmənçilik etdiyiniz kimsələr arasında (onları İslam dininə gətirməklə) dostluq (məhəbbət) yaratsın”. (“Mumtəhinə” surəsi, 7-ci ayədən) 57 00:09:36,620 --> 00:09:42,800 Ola bilsin ki, gələcəkdə nə vaxtsa – 50 il, 100 il sonra; bilmirəm – 58 00:09:43,770 --> 00:09:48,260 bu düşmənçiliyə son qoyulsun, amma düşmənçiliyə son qoyulmasının şərti nədir? 59 00:09:48,530 --> 00:09:57,150 Şərti odur ki, ya düşmən ümidini üzə, ya da islah oluna. Düzdür, islah olunmaq məsələsi zəif ehtimaldır, super-güclərin islah olunmağına güman çox azdır. 60 00:09:57,640 --> 00:10:08,880 Nə isə, hər halda, bu düşmənçilik var. Vaxtında hərəkətə keçməyi öyrənmək üçün isə 61 00:10:09,020 --> 00:10:19,950 biz düşməni tanımalı, hansı istiqamətdən hücuma keçə biləcəyindən xəbərdar olmalıyıq. 62 00:10:20,350 --> 00:10:30,350 O qədər sayıq və gözüaçıq olmalıyıq ki, düşmən hansısa addımı atan kimi məqsədinin nə olduğunu anlayaq. 63 00:10:31,370 --> 00:10:41,950 Hədəfi biziksə, çarəsini edək, ayağa qalxaq, müqavimət göstərək; bu, bizim vəzifəmizdir. 64 00:10:43,680 --> 00:10:48,570 Bu gün mən bu barədə bir neçə cümlə qeyd etmək istəyirəm. 65 00:10:51,280 --> 00:11:02,620 Əvvəla, düşmən kimdir? Bu gün düşmən konkret olaraq Amerika, İngiltərə, 66 00:11:02,620 --> 00:11:13,730 dünyadakı nəhəng kapitalist güclər, sionistlər və onların əlaltılarıdır (doğrudur, əlaltıları bir o qədər dəyərli, əhəmiyyətli deyillər ki, adlarını çəkəsən); əsas düşmənlərimiz bunlardır. 67 00:11:15,460 --> 00:11:29,680 Amerika İslam Respubikasına, müstəqil İrana, inkişaf etməkdə, irəli getməkdə olan İrana düşməndir; 68 00:11:30,220 --> 00:11:41,510 hazırda təzədən bu regiona nüfuz etmək istəyən “qoca müstəmləkəçi” İngiltərə 69 00:11:42,310 --> 00:11:48,800 İrana düşməndir; sionistlər düşməndir; 70 00:11:49,680 --> 00:11:55,730 beynəlxalq arenada pul və sərvət gücünə ağalıq edən kapitalistlər düşməndir; əsas düşmənlər bunlardır. 71 00:11:56,080 --> 00:12:09,060 Əlbəttə, onu da deməliyəm ki, düşmən təkcə bunlar deyil, bunlardan savayı, bizim öz içimizdə başqa bir düşmən də var. 72 00:12:10,350 --> 00:12:18,170 Bizim, yəni kimin? Yəni mənim, sizin, rəsmilərimizin, gənclərimizin. 73 00:12:19,280 --> 00:12:27,640 İçimizdəki o düşmən nədir? O düşmən həvəssizlikdir, ümidsizlikdir, 74 00:12:29,370 --> 00:12:37,110 ətalətdir, pessimizmdir, tənbəllikdir; bunlar bizim düşmənimizdir. 75 00:12:38,350 --> 00:12:47,280 اَللّهُمَّ‌ اِنّي‌ اَعوذُ بِکَ‌ مِنَ‌ الکَسَلِ‌ وَ الهَرَمِ وَ الجُبنِ وَ البُخلِ 76 00:12:47,600 --> 00:12:55,680 وَ الغَفلَةِ وَ القَسوَةِ وَ الفَترَةِ وَ المَسکَنَة 77 00:12:57,020 --> 00:13:04,750 Bu şeylər bizə düşməndir. اَللّهُمَّ اِنّي اَعوذُ بِکَ مِن نَفسٍ لا تَشبَع 78 00:13:05,330 --> 00:13:11,910 وَ مِن قَلبٍ لا يَخشَع وَ مِن دُعاءٍ لا يُسمَع و مِن صَلاةٍ لا تَنفَع 79 00:13:12,260 --> 00:13:20,620 Bunlar bizim daxilimizdə olan düşmənlərdir; hər şeyi xaricilərin boynuna atmayaq. 80 00:13:21,150 --> 00:13:28,130 Əgər biz özümüz də lazımınca davranmasaq, vaxtında hərəkətə keçməsək, tənbəllik etsək, 81 00:13:29,150 --> 00:13:40,530 düşməni səhv tanısaq, ən böyük Şeytanın əvəzinə, 82 00:13:40,930 --> 00:13:52,840 fərsiz, yaramaz qardaşımızı – hansı ki bizə qardaşdır, amma fərsizdir, yaramazdır – öz qardaşımızı böyük Şeytan kimi görsək, 83 00:13:53,060 --> 00:13:58,800 zərbə alacağıq. Deməli, bunlar da bizim düşmənimizdir, diqqətli olmalıyıq. “Xarici düşmən” deyiriksə, 84 00:13:59,020 --> 00:14:08,350 bu o demək deyil ki, özümüzdə heç bir nöqsan və boşluq yoxdur. 85 00:14:08,750 --> 00:14:21,680 Yox, yanlış siyasətlər, pis siyasətlər, xoşagəlməz davranışlar, cürbəcür əsassız konfliktlər, tənbəllik, iş görməmək, dar çərçivəli yanaşmalar – bütün bunlar bizim düşmənimizdir; bunlar da var. 86 00:14:22,930 --> 00:14:31,950 Yaxşı, Amerika, İngiltərə, yaxud başqa hansısa xarici düşməndən danışırıqsa, bu, sırf şüarçılıqdır, ya yox? 87 00:14:32,310 --> 00:14:38,310 Mən sizə deyim ki, yox, şüarçılıq deyil. Bu, reallığa əsaslanır. 88 00:14:38,750 --> 00:14:54,000 Biz dünyada gedən proseslər haqda məlumat alırıq. Misal üçün, Amerikanın o “xoşxasiyyət” Xarici İşlər Naziri 89 00:14:56,800 --> 00:15:08,840 özünün vida məktubunda sonrakı hökumətə İrana qarşı mümkün qədər daha sərt davranmağı, 90 00:15:10,530 --> 00:15:21,950 sanksiyaları qoruyub saxlamağı tövsiyə edir, “Yalnız bizim etdiyimiz kimi, İrana qarşı sərt olmaqla o ölkədən hansısa imtiyaz almaq mümkündür” – deyirsə, (bu, onun fikridir) 91 00:15:23,060 --> 00:15:27,600 bu, düşməndir də; hələ bu, gülərüz düşməndir; 92 00:15:28,480 --> 00:15:37,550 bir vaxtlar eləsi var idi ki, açıq-açığına: “İran şər ocağıdır” – deyirdi; bu açıq-aşkar demir, 93 00:15:38,750 --> 00:15:43,770 amma rəftarı eynidir. Bu da düşmən. 94 00:15:44,130 --> 00:15:55,770 Deməli, biz elə hey “düşmən, düşmən” deyiriksə, bu, şüar həvəsində olduğumuza görə deyil; bəzi insafsız adamların dediyi kimi, 95 00:15:56,310 --> 00:16:02,840 daxildəki işlərimizin öhdəsindən gələ bilmədiyimizə görə əlacsız qalıb özümüzə düşmən düzəltmirik; 96 00:16:03,330 --> 00:16:07,330 bu, düşmən düzəltmək deyil, düşmən var, gözünü aç, gör; 97 00:16:07,770 --> 00:16:18,080 gözünü bağlasan, əlbəttə ki, görməyəcəksən. Başını qarın altına soxsan, görməyəcəksən; başını qaldır, bax, görəcəksən. 98 00:16:19,330 --> 00:16:29,680 Dedik ki, İngiltərə! İngilislər təzədən Fars Körfəzinə gəliblər; əlbəttə, bizim bundan hələ 1-2 il əvvəl xəbərimiz var idi, 99 00:16:30,400 --> 00:16:34,080 bunların yenidən Fars Körfəzinə gəlmək niyyətində olduqlarını eşitmişdik; hazırda gəliblər. 100 00:16:34,880 --> 00:16:43,060 Bura gəlib Fars Körfəzi ətrafındakı bəzi dövlət başçılarına: “İran sizin üçün təhlükədir!” – deyirlər; 101 00:16:43,330 --> 00:16:51,460 heç aralarında elə bir səmimiyyət də yoxdur; həmin dövlət başçıları ilə həqiqətən səmimi olduqlarını da düşünmək olmaz; istifadə etmək istəyirlər, 102 00:16:52,130 --> 00:17:02,930 onları tabe etməyin mümkün olduğunu bilirlər. Əslində isə təhlükə ingilislər özləridir. 103 00:17:03,860 --> 00:17:16,440 Bu gün İngiltərədə müəyyən dairələr oturub regionumuz və İran İslam dövləti üçün planlar cızırlar. 104 00:17:16,570 --> 00:17:22,170 Planlarından biri də region ölkələrini parçalamaqdır. 105 00:17:23,510 --> 00:17:30,260 Bu dediklərim güman, təhlil deyil, dəqiq məlumatlara əsaslanır. 106 00:17:30,840 --> 00:17:39,330 Deyirlər ki, bir İraq, bir Suriya, bir Yəmən, bir Liviyanın dövrü keçib; 107 00:17:40,440 --> 00:17:50,400 yəni İraq da, Suriya da, Liviya da, Yəmən də bölünməlidir. İranın adını çəkmirlər, çünki buna cürət etmirlər, 108 00:17:51,330 --> 00:17:57,860 qorxurlar. İran ictimaiyyətinin rəyindən qorxurlar, yoxsa 109 00:17:58,480 --> 00:18:07,420 getməmişdən əvvəl Məhəmmədrzanın dediklərini bunlar da deyərdilər. Məhəmmədrza demişdi ki, “Əgər biz getsək, İran İranistan olacaq”; 110 00:18:08,000 --> 00:18:14,800 demək istəyirdi ki, Əfqanıstan, Türkmənistan və sair kimi, burada da ölkənin bir hissəsi İranistan adı ilə qalacaq, 111 00:18:15,020 --> 00:18:21,820 qalanı müxtəlif dövlətlər arasında bölünəcək. Bunların da ürəyindən keçən odur. Nə vaxtsa o ümidlə yaşayırdılar, 112 00:18:22,310 --> 00:18:30,530 əllərindən gələni etdilər, ağızlarının payını da aldılar, amma beyinlərində hələ də qalıb; intəhası dilə gətirib demirlər. 113 00:18:30,710 --> 00:18:34,350 Bəli, bu düşmən var. Düşmənin daha buynuzu olmur ki?! 114 00:18:40,350 --> 00:18:53,110 İndidən oturub nüvə razılaşması başa çatandan sonrasını fikirləşirlər ki, “ondan sonra İranın üzərinə nə məhdudiyyətlər qoyacağıq?” 115 00:18:53,460 --> 00:19:04,930 Düşünürlər ki, nüvə razılaşması, misal üçün, 10 il, 12 il çəkməlidir. İndidən oturub fikirləşirlər ki, 116 00:19:05,770 --> 00:19:11,460 o zaman İrana məhdudiyyət qoymaq üçün nə edəcək, nə deyəcək, hansı addımları atacaqlar. 117 00:19:12,530 --> 00:19:22,170 Daha bundan da pis, bundan da xəbis düşmən necə olur ki?! Mən “xəbis ingilis” deyəndə bax onların bu xəbisliklərini nəzərdə tuturam. 118 00:19:22,930 --> 00:19:35,600 Onların planlarından biri də yerlərdə seçilmiş insanları öyrədib ölkəyə və dövlətə qarşı ideoloji cəhətdən silahlandırmaqdır; 119 00:19:36,040 --> 00:19:45,550 yəni deyirlər ki, biz bu ölkələrdə, o cümlədən İranda elə İranın özündən müəyyən adamlar seçib əlaqəyə girək, 120 00:19:45,860 --> 00:19:54,350 o adamları öyrədib hazırlayaq (bu da ki, hazırda çox asandır; internet var, 121 00:19:55,770 --> 00:20:03,110 virtual aləm var, cürbəcür kommunikasiya vasitələri var), onlar da ölkənin, 122 00:20:03,110 --> 00:20:07,460 İslam dövlətinin, xalqın canına düşsünlər. 123 00:20:07,950 --> 00:20:13,420 Bunların dediyi budur. Yaxşı, indi bu, düşmən deyil, bəs nədir?! 124 00:20:13,820 --> 00:20:24,170 Bu düşməni tanımaq lazımdır. Bayaq dedim ki, həm düşməni, həm də onun düşmənçilik metodlarını tanımaq lazımdır. 125 00:20:24,170 --> 00:20:30,930 Bunların düşmənçilik etmək üçün nəzərdə tutduğu bütün yol və vasitələrdən, bütün prinsip və metodlardan hamı xəbərdar olmalıdır; 126 00:20:31,200 --> 00:20:36,170 rəsmilərimiz də, xalqımız da, gənclərimiz də, 127 00:20:36,620 --> 00:20:40,710 fəhlələrimiz də, ziyalılarımız da. Hamı bilməlidir ki, 128 00:20:41,330 --> 00:20:49,680 düşmənin hədəfi bəzən radiolarında və ya hansısa təşkilatlarında dedikləri kimi, 129 00:20:49,680 --> 00:20:54,310 ayrı-ayrı şəxslər, məsələn, Əli Xamenei və ya başqa biri deyil, 130 00:21:03,820 --> 00:21:14,660 bunu yalan deyirlər; onların hədəfi İran xalqıdır, müsəlman İranıdır, İslam dövlətidir. 131 00:21:15,510 --> 00:21:25,060 Ayrı-ayrı şəxslərə və ya qurumlara qarşı düşmənçilik edirlərsə də, səbəb odur ki, həmin insanların, yaxud qurumların 132 00:21:25,550 --> 00:21:34,970 sinələrini sipər edib mübarizə apardığını hiss edir və onları geri oturtmaq lazım olduğunu düşünürlər. Az sonra bu barədə də danışacağam. 133 00:21:36,480 --> 00:21:45,110 Yaxşı, bəs biz bu düşmənçilik qarşısında nə etməliyik? Bizim vəzifəmiz ölkəmizi 134 00:21:46,260 --> 00:21:52,750 həm gücləndirmək, həm də onun müqavimət qabiliyyətini artırmaqdır. 135 00:21:53,680 --> 00:21:59,770 Ölkənin gücünü artırmalı, müqavimətini yüksəltməliyik. Ölkənin gücünü necə artırmaq olar? 136 00:22:00,710 --> 00:22:07,680 Bu barədə düşünmək və fəaliyyət proqramları hazırlamaq lazımdır. Bu iş isə bizim hamımızın öhdəsinə düşür; 137 00:22:08,220 --> 00:22:14,570 rəsmilərin, siyasətçilərin, teoloji mərkəzlərin, universitetlərin, 138 00:22:15,020 --> 00:22:19,860 mədəniyyət xadimlərinin, siyasi fəalların. 139 00:22:20,040 --> 00:22:25,770 Onlar bu məsələlər barədə düşünüb, görüləcək işləri planlaşdırmalıdırlar. Biz ölkəni gücləndirməli, onun müqavimət gücünü artırmalıyıq. 140 00:22:25,770 --> 00:22:32,480 Ölkəni necə gücləndirmək lazımdır? Ölkəyə güc qazandıran amillər hansılardır? Bir neçəsini mən sayım: 141 00:22:32,480 --> 00:22:36,970 biri İslama imandır, dini inancdır. 142 00:22:37,770 --> 00:22:46,970 Dini inanc bu ölkəyə müqavimət gücü və dinamiklik qazandıran ən mühüm amillərdən biridir. Özü də bu təkcə indi belə deyil, 143 00:22:47,510 --> 00:22:54,930 130-140 il əvvəldən üzü bəri bu ölkədə effektiv olmuş, cərəyan yaratmış, 144 00:22:55,240 --> 00:23:03,550 təsir buraxmış istənilən hərəkatda birinci sözü dini inanc deyib. 145 00:23:03,550 --> 00:23:13,820 Başlayaq elə Tənbəki üsyanından. Möhtəşəm xalq hərəkatı olan Tənbəki olayında 146 00:23:14,660 --> 00:23:23,680 dini faktor mühüm rol oynamışdı; mərcə-təqlid hökm çıxarmışdı, xalq da onun çıxardığı hökm əsasında, 147 00:23:24,480 --> 00:23:34,310 öz dini inancından çıxış edərək addım atmış və uzun illər boyu bu xalqa əzab-əziyyət yaşadan böyük bir xəyanətə son qoymuşdu; bu, biri. 148 00:23:34,620 --> 00:23:47,110 Məşrutə; Məşrutə xalqın dindarlığının təzahürü olan din alimlərinin avanqardlığı ilə 149 00:23:47,110 --> 00:23:57,860 inkişaf edə bilmiş bir hərəkat idi. Doğrudur, ölkədə hansısa ziyalılar, yazarlar, gizli təşkilatlar var idi, 150 00:23:57,860 --> 00:24:03,640 o demək deyil ki, yox idi, amma irəli gəlmir, heç bir iş görə bilmirdilər, xalq arasında nüfuza malik deyildilər. 151 00:24:04,040 --> 00:24:10,840 Məşrutə hərəkatında xalqı meydanlara çəkib gətirən 152 00:24:11,020 --> 00:24:17,240 mərhum Şeyx Fəzlullah Nuri, Seyid Məhəmməd Təbatəbayi, Seyid Abdullah Behbəhani kimi nüfuzlu din alimlərinin iştirakı olmuşdu; 153 00:24:17,240 --> 00:24:27,370 onlar çox böyük din alimləri idi; eynilə Tehranda, Təbrizdə, İsfəhanda, 154 00:24:27,860 --> 00:24:36,880 bəzi digər şəhərlərdə, Farsda da böyük din alimləri qabağa düşdülər, xalq da onların ardınca getdi. 155 00:24:36,880 --> 00:24:45,860 Düzdür, burada ingilislər bizdən daha zirək davranıb həm alimlər, həm də camaat arasında ixtilaf yaratdılar. 156 00:24:46,220 --> 00:24:53,600 Tehranda o iki böyük alimlə şəhid Şeyx Fəzlullah Nurinin arasına ixtilaf saldılar. 157 00:24:53,600 --> 00:25:00,660 Məşrutənin yaradılması üçün ən birinci addım atmış ruhani alimlərdən olan Şeyx Fəzlullah Nurini 158 00:25:00,660 --> 00:25:08,620 Məşrutənin əleyhinə çıxmaqda ittiham edərək asdılar! Bu, onların işi idi. 159 00:25:08,800 --> 00:25:18,750 Camaatı çəkib səfirliyə apardılar və bir qrup adam ingilislərə Məşrutənin dostluğunu təqdim etdi. 160 00:25:18,930 --> 00:25:31,060 Nəticədə Məşrutə arxasınca Rzaxanı, bu ölkə üçün 50-60 il geriliyi gətirən bir şeyə çevrildi; halbuki hərəkatın başlanğıcında dini faktor var idi. 161 00:25:31,280 --> 00:25:37,240 Neft sənayesinin milliləşdirilməsi; baxın, bunlar tarixdir. Buna görə mən həmişə deyirəm ki, tarixi oxuyun, 162 00:25:37,730 --> 00:25:48,710 tarixi hadisələr ətrafında düşünün. Əgər ruhani alimlər olmasaydı, dini motiv olmasaydı, neft sənayesinin milliləşdirilməsi məsələsində əsla uğur qazanılmazdı. Bunu hamı bilsin. 163 00:25:51,460 --> 00:26:01,910 Bu hərəkatın başlanğıcında Ayətullah Kaşani var idi, onun dayağı isə Qumda Seyid Məhəmmədtəqi Xansari kimi bir mərcə-təqlid idi. 164 00:26:02,930 --> 00:26:10,310 Bu ideyanı genişləndirənlər Qumda bir qrup adam və bizim bu Məşhəddə bir din alimi, 165 00:26:10,310 --> 00:26:19,020 yüksək səviyyəli bir minbər adamı, natiq, mütəffəkkir, fəal ruhani olmuşdu. 166 00:26:19,240 --> 00:26:25,820 Neft sənayesinin milliləşdirilməsi ideyasını təbliğ edənlər bunlar idi, xalq din naminə irəli durmuşdu. 167 00:26:26,660 --> 00:26:35,020 Sonradan mərhum Kaşanini, ruhani alimləri, dindarları uzaqlaşdırandan sonra Müsəddiq məğlub oldu. 168 00:26:36,350 --> 00:26:41,730 Nə qədər ki din var idi, dini iman faktoru var idi, hərəkat irəli gedirdi, 169 00:26:42,220 --> 00:26:48,350 bu faktor kənarlaşdırılandan sonra isə ətalətə uğradı, məğlub oldu, əksinə döndü. 170 00:26:49,420 --> 00:26:54,440 Bir amerikalı bir çamadan pulla Tehrana gəlib hər şeyi alt-üst etdi. 171 00:26:55,860 --> 00:26:59,510 Ölkədə həyata keçmiş bütün hərəkatlarda 172 00:26:59,600 --> 00:27:07,370 dini iman faktoru özünü açıq-aydın göstərir; 15 xordadda, İslam İnqilabında, Müqəddəs Müdafiədə. 173 00:27:07,770 --> 00:27:16,400 Müxtəlif proseslərdə xalqı meydanlara çəkib gətirən din faktoru və dini stimul olmuşdur. 174 00:27:16,800 --> 00:27:22,530 3-4 oğlu Allah yolunda şəhid olmuş valideyn sevinir ki, övladları Allah yolunda şəhid olub. 175 00:27:23,240 --> 00:27:27,510 Dini inancdan doğan stimul ölkə üçün güc və iqtidar amillərindən biridir. 176 00:27:27,680 --> 00:27:30,880 Bax buna qarşı düşmənçilik edirlər, bunu qoruyub saxlamaq lazımdır. 177 00:27:32,130 --> 00:27:38,440 Bu gün xalqımızın dini stimuluna qarşı hər tərəfdən düşmənçilik edənlər var. 178 00:27:38,570 --> 00:27:45,510 Məqsədləri əvvəlcə gənclərin, sonra isə ictimaiyyətin digər müxtəlif təbəqələrinin dini inancını 179 00:27:45,510 --> 00:27:51,600 cürbəcür adlar altında və cürbəcür formalarda yox etməkdir. Bu gün düşmən bu işi həyata keçirir. 180 00:27:52,080 --> 00:27:55,680 Dini inancdan əlavə, dini dərk də lazımdır. 181 00:27:56,130 --> 00:28:02,970 Dini inanc dini dərklə yanaşı olmalıdır. Dini dərk nədir? 182 00:28:03,370 --> 00:28:11,860 Mərhum Müdərris bu barədə çox gözəl deyir: “Bizim siyasətimiz elə dindarlığımız, dindarlığımız isə elə siyasətimizdir”. 183 00:28:11,950 --> 00:28:20,220 Dahi liderimiz İmam Xomeyni də bunu həm söyləmiş, həm də həyata keçirmişdir. 184 00:28:20,480 --> 00:28:30,930 Ölkəyə iqtidar qazandıran amillərdən biri də budur.Bu gün Amerika və İngiltərədə 185 00:28:31,550 --> 00:28:38,440 düşünüb planlar cızan, öndə gedən KİV-i, internet mediasını, 186 00:28:39,020 --> 00:28:47,820 siyasətçiləri və sairi istiqamətləndirən beyin mərkəzləri onlara əsas etibarilə bunu tövsiyə edir ki, 187 00:28:47,820 --> 00:28:53,420 siyasiləşmiş dinə qarşı mübarizə aparsınlar; 188 00:28:54,260 --> 00:29:01,950 yəni dinin siyasətdən, dolayısı ilə həyatdan ayrı olduğunu təbliğ etsinlər; 189 00:29:02,310 --> 00:29:11,860 məscid küncündə, evdə oturan, yalnız qəlbdə qalan, əməldə əks olunmayan bir dini yaysınlar; 190 00:29:12,170 --> 00:29:20,750 iqtisadiyyat dindən uzaq olsun, siyasət dindən uzaq olsun, dinin göstərişlərinin əksinə olaraq, xalqlar düşmənə tabe olsunlar, 191 00:29:20,930 --> 00:29:28,880 dostla vuruşub, düşmənlə dil tapsınlar, 192 00:29:29,680 --> 00:29:39,110 amma üzdə din olsun; bunu istəyirlər. Dini dərk dinin hakimiyyətdən kənar olmadığını bilmək, bunu dərk etməkdir. 193 00:29:40,000 --> 00:29:44,260 Özü də bu, bütün dinlərə şamil olunur. Biz bunun bütün dinlərə, hətta xristianlığa da aid olduğunu deyirik, 194 00:29:45,150 --> 00:29:55,600 İslam dinində isə bu prinsip daha açıq və birbaşa surətdə əksini tapır. Məkkədəki gizli fəaliyyət dövründən sonra Peyğəmbərin (s) gördüyü ilk iş 195 00:29:55,730 --> 00:30:11,460 hökumət yaratmaq olmuşdu. O həzrət gətirdiyi dini məhz hakimiyyət formatına çevirərək yaymağa nail olmuşdur. 196 00:30:12,080 --> 00:30:19,200 Dinin hakimiyyətdən ayrı olması o deməkdir ki, 197 00:30:19,460 --> 00:30:26,480 din elə oturub həmişə öyüd-nəsihət etsin, danışsın, güc və hakimiyyət sahibləri isə 198 00:30:26,480 --> 00:30:31,730 dinə zidd olsa belə, ürəkləri istəyəni etsinlər, istədikləri vaxt da bunların başına bir təpik vursunlar. 199 00:30:32,620 --> 00:30:37,820 Siyasətdən kənar din budur. Bunu istəyirlər, buna nail olmağa çalışırlar. 200 00:30:39,280 --> 00:30:47,330 Xeyr, bilmək lazımdır ki, din siyasətdən ayrı deyil 201 00:30:48,000 --> 00:30:56,880 və dinin düşməni dövləti, gücü, ordusu, iqtisadiyyatı, 202 00:30:57,280 --> 00:31:03,550 maliyyə sistemi, cürbəcür idarəetmə orqanları olan dindən qorxur, 203 00:31:04,000 --> 00:31:09,370 belə bir dindən çəkinir. Yoxsa din elə camaatın gedib məsciddə ibadət etməsidirsə, bu onları qorxutmur; etsinlər də; 100 il ibadət etsinlər. 204 00:31:09,910 --> 00:31:16,840 Deməli, ölkəyə güc və iqtidar qazandıran amillərdən biri də budur. Bilin ki, düzgün dini dərk dini yaşamdan, siyasətdən ayrı tutmamaq, 205 00:31:16,840 --> 00:31:22,570 ictimai həyatın bütün sferalarında onun iştirakını zəruri bilməkdir. 206 00:31:23,510 --> 00:31:29,600 Bunu reallaşdırmaq, buna çalışmaq lazımdır. 207 00:31:29,910 --> 00:31:38,130 Yoxsa ki dinin quruca adı ilə, bizlərin başımıza əmmamə qoyub ruhani görüntüsü yaratmağımızla 208 00:31:38,530 --> 00:31:42,800 heç nə olan deyil; həqiqətən hərəkət etməliyik. 209 00:31:42,800 --> 00:31:49,910 Ölkəni qüdrətli edən amillərdən biri də sürətli elmi inkişafdır, elm sahəsində qazanılan uğur və nailiyyətlərdir. Mən “Elm şahdır” hədisini dəfələrlə demişəm. 210 00:31:50,080 --> 00:31:54,800 Bizim elmi cəhətdən güclü olmağımızın da əleyhinədirlər. 211 00:31:55,020 --> 00:32:07,860 Bayaq dedim ki, xəbis ingilislər ölkə daxilində bəzi adamları öz tərəflərinə çəkib ideoloji cəhətdən 212 00:32:08,080 --> 00:32:14,220 silahlandırmağı tövsiyə edirlər. Bax həmin adamlar bəzən elmi inkişafın qarşısını almaq üçün universitetlərimizdə gəncləri 213 00:32:14,530 --> 00:32:22,660 pessimist ruhda kökləməyə çalışır, aralarında xüsusilə istedadlı olanları isə xaricə köçüb getməyə təşviq edirlər. 214 00:32:22,660 --> 00:32:28,310 Deyirlər, “Çıx get filan ölkəyə, burada qalıb nə edəcəksən, özünü hayıf eləmə!” 215 00:32:29,020 --> 00:32:34,530 Üstəlik hələ pul da verirlər, mükafat da verirlər. Əlbəttə ki, mömin gənclərimiz möhkəmdir, 216 00:32:34,880 --> 00:32:46,800 mən özüm bunun şahidiyəm. Universitetlərdə və ondan kənarda düşmənə satılmış bəzi ünsürlərin 217 00:32:47,110 --> 00:32:54,170 gənclərimizin qəlbinə ümidsizlik toxumu səpmək üçün həyata keçirdiyi çirkin əməllərə baxmayaraq, 218 00:32:54,710 --> 00:33:00,930 gənclərimiz, mömin cavanlarımız möhkəm durublar. Bir neçə gün bundan əvvəl 219 00:33:01,820 --> 00:33:12,040 ölkənin öndə gedən bir universitetinin müxtəlif elmi müsabiqələrdə medal qazanmış qabaqcıl tələbələri bura gəlmişdi, elə söhbət edirdilər ki, 220 00:33:12,400 --> 00:33:17,370 danışıqlarının gözəlliyinə, doğruluğuna, həqiqətən də, heyran qalırdın. 221 00:33:18,080 --> 00:33:24,350 Bir qədər sonra deyəcəyəm; bunlar bizim xalqımızı tanıya bilməyiblər, amma biz onların məkrli planlarına bələd olmalıyıq. 222 00:33:24,800 --> 00:33:31,910 Ölkəyə müqavimət gücü verən amillərdən biri də elmi inkişafdır. Ölkəmizin elmi inkişafının nə dayanmasına, 223 00:33:32,130 --> 00:33:36,080 nə də sürət tempinin azalmasına imkan vermək olmaz. 224 00:33:36,710 --> 00:33:42,400 Digər bir mühüm məsələ isə iqtisadi inkişafdır, əhalinin rifahı ilə bağlı problemlərin həllidir. 225 00:33:42,620 --> 00:33:49,680 Onların bu sanksiyaları tətbiq etməklə izlədiyi hədəflərdən biri də xalqı dövlətdən uzaqlaşdırmaqdır; 226 00:33:49,950 --> 00:33:58,040 xalq problemlər yaşasın, işsizlik olsun, durğunluq olsun, cürbəcür iqtisadi problemlər olsun; 227 00:33:59,200 --> 00:34:03,910 biz elə hey danışaq, camaat da problemlərin içində çabalasın. 228 00:34:04,660 --> 00:34:14,570 Sanksiyaları bütün bunlara nail olmaq üçün qoyurlar, gözdən pərdə asmaq üçün guya götürəndə də elə bir formada götürürlər ki, bu problemlərə son qoyulmasın. 229 00:34:15,370 --> 00:34:20,260 Bəs belə olan halda biz nə etməliyik? Bizim padzəhərimiz odur ki, 230 00:34:20,880 --> 00:34:32,000 iqtisadiyyatımızın güclü, müqavimət qabiliyyətli, dayanıqlı olmasına çalışaq; yəni dönə-dönə vurğuladığımız həmin o müqavimət iqtisadiyyatını təmin edək. 231 00:34:33,640 --> 00:34:42,570 Ölkəni güclü edən amillərdən biri də budur. Güclü iqtisadiyyatı olan ölkənin valyutası da dəyərli olacaq, 232 00:34:43,020 --> 00:34:47,680 rəsmiləri də nüfuz qazanacaq, xalqı da hörmətli olacaq 233 00:34:48,930 --> 00:34:57,770 və artıq heç kim ona zorla nəyisə qəbul etdirə bilməyəcək. Dəfələrlə demişik ki, 234 00:34:59,910 --> 00:35:07,150 bu neft quyularını sümürməkdən, neftdən asılı qalmaqdan tədricən uzaqlaşmalıyıq, 235 00:35:08,530 --> 00:35:18,480 bunu tədricən azaltmaq lazımdır. Neft siyasəti, neftin qiymətinin qalxıb-enməsi xaricilərin əlindədir; neft bizimdir, amma ixtiyarı başqalarındadır. 236 00:35:20,440 --> 00:35:31,370 Biz ölkəmizin iqtisadiyyatını gücləndirməyə nail olmalıyıq, elə etməliyik ki, iqtisadiyyatımızı möhkəmləndirək. Bu, güc qazandıran faktorlardan biridir. 237 00:35:31,550 --> 00:35:42,660 Ölkəni güclü edən amillərdən biri də beynəlxalq danışıqlarda, diplomatik görüşlərdə milli qürur və heysiyyəti qorumaq, 238 00:35:43,950 --> 00:35:52,930 başqalarının diktəsinə boyun əyməməkdir. Belə görüşlərdə oturub qarşı tərəflə danışıqlar aparanda 239 00:35:53,640 --> 00:36:01,730 o, bizim əhval-ruhiyyəmizin necə olduğuna, nə dərəcədə stimullu, əzmli olduğumuza diqqət yetirir 240 00:36:02,310 --> 00:36:11,420 və gəldiyi nəticəyə əsasən davranır. Ölkənin, xalqın qürur və heysiyyətini qorumaq lazımdır. 241 00:36:11,420 --> 00:36:19,150 O zaman xalq da özündə ləyaqət, heysiyyət hiss edəcək və bu, ölkənin güclü, qüdrətli olmasına yol açacaq. 242 00:36:19,460 --> 00:36:30,220 Əgər hansı vasitələrlə müqavimət göstərmək lazım olduğunu, 243 00:36:30,220 --> 00:36:38,970 düşmənin hansı istiqamətlərdən iş apardığını, doğrudan da, bilsək, o zaman onun qarşısında nə etməli olduğumuzu da bilərik, planımız da olar, 244 00:36:39,280 --> 00:36:47,150 bayaq sadaladığım iqtidar faktorlarını da özümüzdə gücləndirə bilərik. Yox əgər bunlardan xəbərdar olmasaq, bəzən düşmənin dəyirmanına su da tökə bilərik. 245 00:36:48,310 --> 00:36:58,880 Dəfələrlə misal çəkmişəm: cəbhədə əsgəri yuxu aparsa, 246 00:37:00,400 --> 00:37:05,600 oyanıb yuxulu başla nə etdiyini bilmədən topu özününkülərə tərəf də yönəldib 247 00:37:06,480 --> 00:37:12,350 atəş aça bilər. Əgər siz dost-düşmənin harada olduğunu bilməsəniz, 248 00:37:13,060 --> 00:37:21,420 düşmən əvəzinə dostunuza zərbə endirə bilərsiniz. Gözüaçıqlıq, məlumatlılıq bax buna görə lazımdır. 249 00:37:21,600 --> 00:37:31,330 Düşmən milli iqtidarın az öncə sadaladığım amillərini yox etmək istəyir; düşmənin məqsədi budur. 250 00:37:31,600 --> 00:37:41,330 İmanı yox etmək istəyir, abır-həyanı yox etmək istəyir, dinin əsaslarına bağlılığı yox etmək istəyir, 251 00:37:41,330 --> 00:37:50,260 dini hakimiyyətə olan güclü inamı yox etmək istəyir, milli heysiyyətə zərbə vurmaq istəyir, 252 00:37:50,480 --> 00:38:05,060 elmi inkişafı durdurmaq istəyir, ölkənin və xalqın qüdrət simvolu olan dövlət qurumlarını zəiflətmək istəyir. 253 00:38:05,460 --> 00:38:16,170 Özünüz görürsünüz: Keşikçi Korpusa hücumlar edilir, Bəsicə hücumlar edilir, Keşikçi Şuraya hücumlar edilir; hamısı ona görədir. 254 00:38:16,440 --> 00:38:22,480 Hakimiyyətin iki qolunun başçıları arasında son zamanlar baş verən mübahisələrlə mənim işim yoxdur, 255 00:38:22,570 --> 00:38:28,750 bunlar önəmli məsələlər deyil və Allahın köməyi ilə qurtarıb gedəcək; əhəmiyyətli bir şey deyil, 256 00:38:28,750 --> 00:38:39,420 düşmən bunları böyütməyə çalışır; amma onu da deyim ki, müstəqil, cəsarətli və qətiyyətli bir məhkəmə hakimiyyətinin varlığını hamı yüksək qiymətləndirməli, qədrini bilməlidir; 257 00:38:40,130 --> 00:38:46,130 hamı kömək etməlidir. Mən həm hakimiyyətə gələn hökumətləri, 258 00:38:46,400 --> 00:38:53,150 həm məhkəmə hakimiyyətini, həm də parlamenti dəstəkləyirəm; mən hamını dəstəkləyirəm, 259 00:38:53,460 --> 00:39:05,370 amma baxmaq lazımdır ki, düşmənin hədəflərini nələr puça çıxara bilər? 260 00:39:06,130 --> 00:39:17,860 Əgər bizim güclü bir təhlükəsizlik strukturumuz, xalqın arasından, insanlarımızın öz istəyi ilə formalaşan qüdrətli bir hərbi qurumumuz, 261 00:39:18,970 --> 00:39:25,020 Bəsic adlı möhtəşəm bir xalq hərəkatımız, 262 00:39:26,260 --> 00:39:36,080 hazırkı dövrü düzgün qiymətləndirməyi bacarıb ictimai-siyasi proseslərdə fəal iştirak edən ruhanilərimiz, 263 00:39:37,200 --> 00:39:41,950 mükəmməl və qüdrətli bir məhkəmə hakimiyyətimiz, 264 00:39:42,350 --> 00:39:50,880 dəqiq fəaliyyət proqramları əsasında işləyən şücaətli bir dövlətimiz olsa, 265 00:39:51,240 --> 00:39:57,640 ölkəmizin və xalqımızın hərəkatı uğurlu olacaq. 266 00:39:59,460 --> 00:40:03,150 Bunlar üçün çalışmaq, bu şeyləri təmin etmək lazımdır. 267 00:40:03,730 --> 00:40:15,330 Hansı varımızdırsa, Allaha şükür edib qoruyaq, hansı yoxumuzdursa, təmin edək, özümüz üçün qurub yaradaq. 268 00:40:17,860 --> 00:40:26,530 Sevindirici haldır ki, bu gün çox yaxşı işlər görülür; həm elm və mədəniyyət sferasında – qeyd etdiyim kimi – 269 00:40:27,860 --> 00:40:31,510 həm də digər sferalarda. Müxtəlif müsabiqələrdə ölkəyə ən yüksək medallar qazandıran övladlarımızın çoxu bəsicidir. 270 00:40:31,510 --> 00:40:41,420 Mən burada tələbələrlə tez-tez görüşürəm; elə bir neçə gün bundan əvvəl də 271 00:40:41,770 --> 00:40:46,750 Şərif Universitetində təhsil alan bəsici gənclər, medal alanlar gəlmişdilər; 272 00:40:47,060 --> 00:40:55,110 onlarla medal, bəsicin sıralarında təmsil olunan onlarla istedadlı gənc. Başqa universitetlərdə də belə gənclərimiz çoxdur. 273 00:40:55,510 --> 00:41:03,420 İstedadlı, fəal, dinamik, parlaq zəkalı tələbələrimiz var. 274 00:41:03,600 --> 00:41:10,840 Həmçinin universitet müəllimləri içərisində də bu gün inqilabi ideyaların, inqilabi stimulun, inqilab əzminin daşıyıcısı olan 275 00:41:11,060 --> 00:41:19,770 bir çox insanlara rast gəlmək olur. Mədəniyyət, incəsənət, siyasət sferalarında da eynilə. 276 00:41:20,170 --> 00:41:27,280 Sadaladığım bütün bu sahələrdə stimullu gənclərə bacardığımız qədər kömək edib dəstək olmalıyıq. 277 00:41:27,550 --> 00:41:37,020 Əlbəttə, mən bunu qətiyyətlə söyləyirəm ki, hazırladığı bütün planlara baxmayaraq, düşmən xalqımızı tanıya bilməyib, 278 00:41:37,910 --> 00:41:50,130 İran xalqını tanımır, səhvə yol verir. Özünüz gördünüz, 1388-ci ildə səhvə yol verərək o fitnəni törətdilər, 279 00:41:50,750 --> 00:41:59,860 məsələni çox həssas, incə bir məqama gətirib çıxardıqlarını düşündülər, 280 00:41:59,860 --> 00:42:06,800 lakin qəflətən 9 deydə atılan ümummilli addım hər şeyi məhv etdi. 281 00:42:07,280 --> 00:42:19,110 1388-ci ilin 9 deyində baş verən o hərəkat sizin 1356-cı ilin 19 deyində həyata keçirdiyiniz hərəkatdan idi. 282 00:42:51,110 --> 00:42:58,750 Odur ki ölkə ictimaiyyətinin bütün fəal təbəqələrinin – ruhanilərdən tutmuş universitetlərin tələbə 283 00:42:59,150 --> 00:43:05,600 və müəllim kollektivinə, ölkə rəsmilərinə, ölkəni idarə edən şəxslərə, xüsusilə də yüksək ranqlı rəsmilərə, 284 00:43:06,530 --> 00:43:15,460 parlament nümayəndələrinə, ziyalılara, yazarlara qədər 285 00:43:15,950 --> 00:43:26,800 hamımızın vəzifəsi az öncə sadaladığım, ölkəmizə güc-qüdrət qazandıracaq amilləri gücləndirməkdir. 286 00:43:27,060 --> 00:43:40,350 İranı sevən hər kəs bilməlidir ki, gənclərimizin dini imanına edilən hücumlar İrana xəyanətdir. 287 00:43:40,660 --> 00:43:50,570 Elə şəxslər var ki, İranı sevirlər, ölkəni sevirlər, amma din, şəriət və bu kimi şeylərə o qədər də bağlı deyillər. 288 00:43:51,370 --> 00:43:58,710 Onlar da bilməlidir ki, əgər İranı, doğrudan da, sevirlərsə, əgər həqiqətən xain deyillərsə, 289 00:43:59,110 --> 00:44:07,820 dost cildində düşmən deyillərsə, dini, gənclərin dinini, gənclərin imanını zəiflətməməlidirlər. 290 00:44:08,260 --> 00:44:14,350 Gənclərin imanını zəiflədən şəxs təkcə dinə yox, həm də ölkəyə xəyanət etmiş olur. 291 00:44:15,060 --> 00:44:27,110 Ölkəmizi və xalqımızı güclü edəcək bu faktorlar ictimaiyyətin bütün bu təbəqələri tərəfindən gücləndirilməli, qorunmalı və konkret hədəf olaraq izlənməlidir. 292 00:44:27,280 --> 00:44:37,730 Sevindirici haldır ki, bu gün ictimaiyyətimizin böyük bir hissəsi bu vəzifəni yerinə yetirməkdədir və bundan sonra sayları daha da artacaq. 293 00:44:38,440 --> 00:44:47,150 Bu gün biz 19 dey hadisəsindən bu dərsi götürməliyik ki, 294 00:44:47,550 --> 00:44:54,130 düşməni tanımaq, hansı istiqamətdən, hansı metod və vasitələrlə hücuma keçəcəyini bilmək 295 00:44:55,110 --> 00:45:00,880 və vaxtında, yubanmadan, əldə olan hər bir vasitə ilə 296 00:45:01,060 --> 00:45:05,680 ona qarşı mübarizə aparmaq lazımdır. Bunu edə bilsək, bilin ki, 297 00:45:05,860 --> 00:45:12,170 yer üzündəki beynəlxalq səviyyəli düşmənlərimiz – bayaq dediklərim; Amerika, İngiltərə, sionizm, 298 00:45:12,480 --> 00:45:21,770 beynəlxalq kompaniyalar, nəhəng kapitalistlər, qatı və barışmaz düşmənlər – İran xalqının qarşısında heç bir qələt edə bilməyəcəklər. 299 00:45:43,680 --> 00:45:53,770 Hə, Allaha şükür, şüar demək istəyənlər də bu son məqamda ürəklərini boşaltdılar. 300 00:45:53,770 --> 00:45:55,550 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.