1 00:00:00,300 --> 00:00:02,730 Bağışlayan və Mehriban Allahın adı ilə. 2 00:00:03,400 --> 00:00:07,230 و الحمدلله ربّ العالمين 3 00:00:46,600 --> 00:00:52,800 و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد 4 00:01:03,300 --> 00:01:10,800 و آله الطّيبين الطّاهرين المعصومين سيّما بقيةالله في الارضين 5 00:01:11,460 --> 00:01:28,330 Bayramınız mübarək! Allah-taala bu böyük bayramın və mövla Əlinin (ə) anımının bərəkəti sayəsində, 6 00:01:29,430 --> 00:01:41,530 inşallah, qəlblərinizi həmişə Öz lütfü, rəhməti və mənəvi rahatlığı ilə nurlandırsın. 7 00:01:44,960 --> 00:01:54,360 Bu və buna bənzər tədbirlərdən həqiqətən də ən uyğun və ən gözəl şəkildə yararlanmağımız üçün 8 00:01:55,830 --> 00:02:04,460 Uca Yaradan, inşallah, bizə mənəvi dəstək olsun. 9 00:02:05,830 --> 00:02:15,000 Şükürlər olsun ki, bugünkü tədbirimizin açılışı çox gözəl başladı; gözəl Quran oxundu, 10 00:02:15,760 --> 00:02:23,430 şeirlər də həm forma, həm də məzmun etibarilə çox gözəl idi; 11 00:02:24,200 --> 00:02:31,600 sizin də ürəyiniz Əmirəlmömininə (ə) eşq və məhəbbətlə doludur. 12 00:02:34,230 --> 00:02:47,160 Ona bəslədiyimiz bu eşq, məhəbbət, dostluq və diqqət, 13 00:02:47,530 --> 00:02:57,360 inşallah, bizim Mövla Əlinin (ə) bəyəndiyi yola yönəlməyimiz üçün bir vasitə olmalıdır. 14 00:02:58,160 --> 00:03:11,530 Əvvəlcə Qədiri-Xum hadisəsinin özü haqda qeyd etmək istəyirəm. 15 00:03:11,800 --> 00:03:18,230 Qədiri-Xum bayramının bəzən “Eydullahul-Əkbər” – “Allahın ən böyük bayramı” adlandırılması 16 00:03:19,530 --> 00:03:30,130 və bütün başqa bayramlardan daha üstün hesab edilməsi nə ilə əlaqəlidir? 17 00:03:30,600 --> 00:03:38,130 Bununla bağlı Qurani-Kərimdə elə ayələr var ki, Qədiri-Xum məsələsindən başqa heç bir məsələ ilə uyğunlaşdırıla bilməz. 18 00:03:38,830 --> 00:03:44,360 “...Bu gün kafirlər (sizi) dininizdən (döndərməkdən) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. 19 00:03:45,060 --> 00:03:53,260 Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim...” (“Maidə” surəsi 3-cü ayədən) 20 00:03:54,360 --> 00:04:11,000 “Maidə” surəsinin əvvəllərindəki bu məşhur ayə mənasına, quruluşuna və daşıdığı əhəmiyyətə görə Qədiri-Xum məsələsindən başqa heç bir məsələ ilə bağlı ola bilməz. 21 00:04:13,530 --> 00:04:23,000 Belə bir ifadədən yalnız bu cür mühüm bir hadisə ilə əlaqədar istifadə oluna bilərdi: “...Bu gün kafirlər (sizi) dininizdən (döndərməkdən) əllərini üzdülər.” 22 00:04:24,800 --> 00:04:36,600 Bu ayənin Qədir hadisəsi ilə bağlı olduğuna şübhə ilə yanaşan, müxtəlif fikirlər yürüdüb 23 00:04:37,260 --> 00:04:44,500 cürbəcür sözlər danışaraq Qədiri-Xum hadisəsinə qarşı çıxan insanlar ayəni bu və ya digər şəkildə izah etmişlər, 24 00:04:45,260 --> 00:04:58,630 ancaq ayənin bu fraqmentini başqa cür izah etmək mümkün deyil: Bu gün düşmənlər – kafirlər sizi dininizdən döndərməkdən məyus oldular. 25 00:04:59,100 --> 00:05:05,430 Dinin başqa hökm və prinsiplərinə əlavə edilərək düşməni belə məyus edən nə idi? 26 00:05:06,730 --> 00:05:15,260 “Maidə” surəsinin əvvəlində, həmin fraqmentdən öncə və sonra gələn o hökm 27 00:05:15,860 --> 00:05:26,300 hansı əhəmiyyətə malik idi? Ayədə işlənən o ifadə tərzi nə namaz, nə zəkat, nə cihad, 28 00:05:26,530 --> 00:05:32,400 nə də firuiddinin bu kimi digər hökmləri haqqında işlədilməmişdir; 29 00:05:32,600 --> 00:05:35,960 “...Bu gün kafirlər (sizi) dininizdən (döndərməkdən) əllərini üzdülər”; 30 00:05:37,560 --> 00:05:44,500 demək, bu, tamamilə başqa bir məsələ haqqındadır və ibadətlə bağlı qanunlara aid deyil. Yaxşı bəs Qədiri-Xumda reallaşan o önəmli hadisə nədən ibarət idi? 31 00:05:45,100 --> 00:05:56,960 Həmin hadisə İslam cəmiyyətinin rəhbərliyi, İslam toplumunda dövlət quruluşu və imamət məsələsi idi. 32 00:05:58,360 --> 00:06:03,660 Doğrudur, ola bilsin, kimlərsə bu qanuna qarşı çıxar, ona əməl etməzdilər – necə ki, əməl etmədilər də; 33 00:06:05,000 --> 00:06:13,700 Bəni-Uməyyə və Bəni-Abbas sülaləsi əsrlərlə imamət, xilafət və bu kimi adlar altında hakimiyyətdə oldular, 34 00:06:14,200 --> 00:06:21,400 ağalıq etdilər – amma onların bu müddət ərzində hakimiyyətdə qalması 35 00:06:22,560 --> 00:06:31,600 Qədiri-Xum məsələsinin fəlsəfəsinə, mahiyyətinə heç bir xələl gətirmir. Qədiri-Xum hadisəsi hakimiyyətin qayda 36 00:06:32,100 --> 00:06:40,800 və prinsiplərinin müəyyənləşdirilməsi demək idi. Bununla İslam dinində bir qaydanın əsası qoyuldu. Bu qaydanı Həzrət Peyğəmbər (s) 37 00:06:40,930 --> 00:06:46,860 ömrünün son aylarında təyin etdi. Həmin qayda nədən ibarət idi? Bu, imamət, məsum imamların (ə) rəhbərliyi ilə bağlı bir qayda idi. 38 00:06:47,730 --> 00:06:53,760 Bəşər cəmiyyətlərində hələ qədim dövrlərdən hökumət sistemləri mövcud olmuş, 39 00:06:54,660 --> 00:06:59,130 müxtəlif toplumlar cürbəcür hakimiyyət quruluşlarını təcrübədən keçirmişdir. 40 00:06:59,300 --> 00:07:08,600 İslam dini isə o cür hökumətləri, hökmdarlığı və hakimiyyət quruluşunu əsla qəbul etmir, 41 00:07:09,430 --> 00:07:16,500 onun qəbul etdiyi yalnız imamət prinsipidir. İslam dininin hakimiyyətlə bağlı müəyyənləşdirdiyi qayda budur; Qədiri-Xum hadisəsi bunu açıqlayır. 42 00:07:17,060 --> 00:07:30,130 Bu qaydanın nümunəsi, göstəricisi də məlumdur; Əmirəlmöminin (ə) elə bir şəxsiyyətdir ki, nə həmin dövrdə, nə də sonrakı dövrlərdə heç kəs 43 00:07:30,300 --> 00:07:41,300 nə onun parlaq şəxsiyyətinə, nə də Qurani-Kərimdəki təlimlərin örnəyi, nümunəsi olduğuna azacıq belə olsun kölgə sala bilməyib. 44 00:07:42,500 --> 00:07:52,930 Doğrudur, söyüblər, təhqir ediblər – Allah-taalanı da, Peyğəmbəri (s) də (Nəuzubillah!) söyürlər – ancaq söyüş və təhqirlər onların haqlı olduğunu sübut etmək üçün dəlil deyil. 45 00:07:54,600 --> 00:08:03,860 Dərindən düşünən, hislərini və təəssübkeşliyi bir kənara qoyan insan 46 00:08:04,000 --> 00:08:16,000 bu nurani və müqəddəs insanın şəxsiyyətinə əsla, ən kiçik olsa belə xələl gətirə bilməz. 47 00:08:16,130 --> 00:08:23,260 Peyğəmbər (s) Əlini (ə) imamətin nümunəsi olaraq seçib və bu, bir qaydaya, prinsipə çevrilib. 48 00:08:25,130 --> 00:08:32,060 Dünyanın sonuna qədər, yer üzünün istənilən yerində müsəlmanlar 49 00:08:33,060 --> 00:08:41,600 İslam dininin əhatə dairəsini genişləndirmək, müsəlman toplumunu reallaşdırmaq istəsələr, bu işə cəhd göstərsələr, Allah-taala onları bu işləri həyata keçirməyə hidayət etsə, 50 00:08:41,800 --> 00:08:46,930 qaydası budur: imamət prinsipini dirçəltməli, reallaşdırmalıdırlar. 51 00:08:47,300 --> 00:08:56,930 Şübhəsiz ki, digər nümunələr Peyğəmbərin (s) təyin etdiyi örnəyə heç vaxt çata bilməz; 52 00:08:57,900 --> 00:09:06,930 heç ondan aşağılara da çata bilməz; bizim elm, irfan, 53 00:09:07,730 --> 00:09:14,830 mərifət sahibi olan ən böyük şəxsiyyətlərimiz İmam Əli ilə (ə) müqayisədə 54 00:09:15,160 --> 00:09:24,530 dərin quyunun dibinə sızan, gözlə güclə görünən zəif işıq şüasına bənzəyir. Belə bir zəif şüanı günəşlə müqayisə edin, görün nə qədər fərq var! 55 00:09:26,400 --> 00:09:34,930 Doğrudur, hər ikisi işıqdır, şüadır, amma aradakı fərq nə qədərdir? 56 00:09:36,760 --> 00:09:46,160 Parlaq şəxsiyyətlərimizi, məsələn, dahi İmam Xomeyni (r.ə) kimi bir şəxsi (o, həqiqətən də kamil bir insan, 57 00:09:46,700 --> 00:09:58,130 böyük və dahi bir şəxsiyyət idi; hərtərəfli, hər bir cəhətdən üstün və seçilən bir insan idi) 58 00:09:58,300 --> 00:10:04,560 İmam Əli (ə) ilə müqayisə etmək istəsək, aradakı fərq dediyim kimidir: 59 00:10:05,400 --> 00:10:13,030 yəni elə bil ki, günəşin işığını quyunun dibinə 60 00:10:13,530 --> 00:10:22,860 və ya hansısa zirzəminin küncünə düşən günəş ya da başqa işıq şüasının zəif nuru ilə müqayisə edirsiniz; aradakı fərq bu cürdür. 61 00:10:23,700 --> 00:10:32,300 Bəli, bu fərq var, amma qayda budur; qayda imamətdir. 62 00:10:33,030 --> 00:10:43,960 İslam cəmiyyətində hökumət, hakimiyyət sahibi olmağın meyarları Qədiri-Xum hadisəsi ilə müəyyənləşdirilmiş, 63 00:10:44,560 --> 00:10:48,230 bu məsələlərin əsası həmin hadisə ilə qoyulmuşdur; Qədiri-Xum hadisəsinin əhəmiyyəti bundan ibarətdir. 64 00:10:50,330 --> 00:10:57,060 Bu hadisənin daşıdığı önəm yalnız Peyğəmbərin (s) Əlini (ə) əmirəlmöminin təyin etməsində deyil; doğrudur, bu da önəmlidir, 65 00:10:57,830 --> 00:11:05,100 amma ondan daha önəmlisi hakimiyyət meyarının, hakimiyyətlə bağlı qayda və prinsipin təyin edilməsi idi. 66 00:11:06,630 --> 00:11:14,930 Bununla da İslam toplumunda monarxiyaya, 67 00:11:15,200 --> 00:11:23,630 avtoritarlığa, güc və sərvətə, 68 00:11:25,400 --> 00:11:32,400 xalqa qarşı təkəbbürlülüyə, imtiyaz tələb etmələrə, 69 00:11:32,660 --> 00:11:44,060 tamahkarlığa, sərvət toplayıb artırmağa və şəhvətə əsaslanan hakimiyyətə yer olmadığı aydınlaşır; 70 00:11:45,130 --> 00:11:50,400 bununla da İslam dinində rəhbərlik, idarəçilik prinsipinin hansı olduğu məlum olur. Bu prinsip Qədiri-Xum hadisəsində müəyyən olunub. 71 00:11:51,100 --> 00:11:53,360 Məhz bu qayda bərqərar edildikdən sonra 72 00:11:53,360 --> 00:11:56,260 يَئِسَ الَّذينَ کَفَروا مِن دينِکُم 73 00:11:57,400 --> 00:12:07,360 – kafirlər dindən əllərini üzüblər, düşmənlər İslam dininin kursunu dəyişmək ümidini itiriblər. 74 00:12:07,530 --> 00:12:18,960 Çünki dinin istiqaməti yalnız o əsas məqam, əsas mehvər, yəni hakimiyyət, 75 00:12:20,630 --> 00:12:29,000 rəhbərlik prinsipi dəyişəcəyi zaman dəyişə bilər; bu dəyişsə, yerdə qalan şeylər asanlıqla dəyişiləcək. Doğrudur, 76 00:12:30,400 --> 00:12:37,800 reallıqda bir sıra hadisələr, dəyişikliklər baş verir və İslam adı altında 77 00:12:38,300 --> 00:12:44,360 hakimiyyətə Bəni-Üməyyə, Bəni-Abbasi xəlifələri – Həccac ibn Yusif kimiləri gəlir, 78 00:12:45,460 --> 00:12:48,900 ancaq bütün bunlar artıq müəyyən edilmiş qaydanı poza bilməz. 79 00:12:50,060 --> 00:12:58,000 Bu gün İslam dünyasında kimlərsə – İslam təlimləri ilə tanış olan insanlar 80 00:12:58,700 --> 00:13:05,560 Qurana, orada Allah-taalaya itaət, 81 00:13:06,260 --> 00:13:18,860 bəndələrin, yəni müxtəlif xalqların Haqq yolunda necə yaşayıb, hansı istiqamətdə irəliləməli olduğu ilə bağlı müəyyən edilmiş qayda-qanunlara müraciət etsələr, 82 00:13:19,000 --> 00:13:29,330 Əmirəlmöminin (ə) və onun ardınca gələn digər imamların rəhbərliyini qəbul etməkdən başqa hansısa nəticəyə vara bilmələri qeyri-mümkündür. 83 00:13:29,460 --> 00:13:35,360 Bu, bizim iddiamızdır və onu sübut etməyə də tamamilə qadirik. 84 00:13:35,530 --> 00:13:43,200 İslam dünyasında kimlərsə – ziyalılar, mütəfəkkirlər, əqidəli insanlar, 85 00:13:44,760 --> 00:13:52,630 yəni əvvəldən başqa bir əqidə və ideologiya ilə yetişdirilmiş şəxslər 86 00:13:53,030 --> 00:14:02,830 cəmiyyətin yaşamı üçün Quranı və ona əsaslanan dəyər və prinsipləri meyar seçmək istəsələr, yalnız bu qənaətə gələcəklər ki, 87 00:14:03,530 --> 00:14:12,500 İslam toplumuna Əli ibn Əbu Talib (ə) kimi bir şəxsiyyətin rəhbərlik etməsindən başqa bir yol yoxdur; 88 00:14:12,600 --> 00:14:21,460 yəni yol budur; yol imamət yoludur. 89 00:14:21,630 --> 00:14:28,160 Qədiri-Xum hadisəsi haqqında bu qədər. Qədir hadisəsinin nə qədər önəmli olduğu aydınlaşdıqdan sonra 90 00:14:29,130 --> 00:14:37,500 “...Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər (belə) etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan...” (“Maidə” surəsi 67-ci ayədən) – 91 00:14:37,860 --> 00:14:47,900 ayəsinin mənası da aydınlaşır. Allah-taala buyurur ki, əgər bu hökmü insanlara açıqlamasan, öz ilahi missiyanı qətiyyən yerinə yetirməmiş olacaqsan. 92 00:14:48,900 --> 00:14:52,730 Təsəvvür edin, Peyğəmbər (s) 23 il mübarizə aparır; 93 00:14:53,460 --> 00:15:02,830 Məkkə və Mədinədəki o mücahidəsi, o döyüşlər, o fədakarlıq, ona göstərilən o təzyiqlər, 94 00:15:03,430 --> 00:15:09,800 o dahi şəxsiyyətin həyata keçirdiyi, bütün bəşəriyyəti doğru yola hidayət etmək kimi böyük bir missiya – 95 00:15:10,230 --> 00:15:16,600 bütün bunlar bu müddət ərzində baş vermişdir. 96 00:15:17,000 --> 00:15:21,860 Yaxşı bəs birdən-birə bu nə məsələdir ki, onun barəsində: 97 00:15:23,000 --> 00:15:26,300 “...Əgər (belə) etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan...”– deyilir. 98 00:15:26,930 --> 00:15:33,330 Bu, firuiddinin qanunları ola bilməz, onlardan daha üstün bir məsələ olmalıdır. Bəs o nədir? Bu, imamət məsələsidir. 99 00:15:34,530 --> 00:15:43,030 Birinci imam kimdir? Peyğəmbərin (s) özü. İmam Sadiq (ə) Minada ikən bu haqda belə buyurmuşdur: 100 00:15:43,400 --> 00:15:46,600 اِنَّ رَسولَ اللهِ کانَ هُوَ الاِمام 101 00:15:47,100 --> 00:15:49,600 “Birinci imam Peyğəmbərdir (s)”; 102 00:15:50,630 --> 00:15:53,000 “Sonra Əli ibn Əbutalib (ə) 103 00:15:53,160 --> 00:16:03,660 və digər imamlar gəlir.” Allah-taala İbrahim peyğəmbəri (ə) o qədər imtahan etdikdən, 104 00:16:05,230 --> 00:16:12,000 o qədər çətin sınaqlardan keçirdikdən sonra (onu yeniyetmə ikən oda atırlar, 105 00:16:12,600 --> 00:16:19,700 Babil və başqa yerlərdə din yolunda nə qədər çalışıb zəhmət çəkir) 106 00:16:20,330 --> 00:16:24,360 ahıl çağında ona belə buyurur: 107 00:16:24,500 --> 00:16:27,130 “Səni insanlara imam təyin etdim”. 108 00:16:27,400 --> 00:16:35,130 İmamət bu deməkdir. Bu, bir ideologiyadır; 109 00:16:35,400 --> 00:16:45,800 möhkəm əsaslara, sarsılmaz arqumentlərə dayanan islami ideologiya. 110 00:16:46,360 --> 00:16:50,830 Odur ki mən bütün İslam dünyasına, bütün mütəfəkkirlərə səslənirəm; 111 00:16:51,430 --> 00:17:04,500 Quran ayələri və bu həqiqətlər ətrafında dərindən düşünməklə müsəlman dünyasının bu gün ehtiyac duyduğu vəhdəti, birliyi asanlıqla əldə etmək mümkündür. 112 00:17:05,700 --> 00:17:11,100 Sadəcə olaraq, düşüncə və məntiq sahibləri bu məsələləri ətraflı araşdırmalıdır. 113 00:17:11,900 --> 00:17:19,800 Təbii ki, bu tərəfdən də əhli-sünnənin ardıcıllarının hissləri də təhrik edilməməlidir. 114 00:17:20,230 --> 00:17:29,030 Bir qrup insan şiəliyi sübut etmək üçün davamlı olaraq əhli-sünnə məzhəbinin böyüklərini 115 00:17:29,260 --> 00:17:37,000 və bu kimi şəxsləri təhqir etmək lazım olduğunu düşünür. Amma bu, belə deyil və bu hərəkət imamların göstərdiyi davranışın tam əksidir. 116 00:17:38,260 --> 00:17:48,630 Aydın məsələdir ki, İslam dünyasında müşahidə olunan, şiəlik adı altında fəaliyyət göstərən 117 00:17:49,130 --> 00:17:59,860 və İslam dininin digər məzhəblərinin böyüklərini təhqir etməklə məşğul olan radio və televiziya kanalları 118 00:17:59,930 --> 00:18:05,200 İngiltərənin maliyyəsi hesabına meydana gəlib. 119 00:18:05,800 --> 00:18:15,700 Onları İngiltərə maliyyələşdirir, odur ki bu, “ingilis şiəliyi”dir. Kimsə düşünməsin ki, şiəliyin dünyada yayılması, şiə ideologiyasının möhkəmlənməsi 120 00:18:15,930 --> 00:18:25,400 bu cür təhqirlərə, bu cür danışıq tərzinə bağlıdır. Xeyr, belə şeylər əks-təsir göstərir. 121 00:18:26,460 --> 00:18:34,330 Belə təhqiramiz davranışlara yol verdikcə onlarda şiəliyə qarşı aqresiya yaranır, hisləri təhrik olunur, təəssüb meydana gəlir 122 00:18:34,460 --> 00:18:40,660 və nəticədə haqq sözü eşitmək onlar üçün dözülməz olur. 123 00:18:42,000 --> 00:18:46,830 Axı bizim dəlil və məntiqə əsaslanan fikirlərimiz, arqumentlərimiz var. 124 00:18:48,360 --> 00:18:55,000 Düşüncə sahibi olan hər bir kəs bunları eşitdikdə qəbul edəcəkdir. Bizim bu cür dəlillərimiz çoxdur. 125 00:18:55,300 --> 00:19:04,300 Qoy həqiqəti eşitsinlər; bu sözlərin, dəlillərin qarşı tərəfin ürəyinə nüfuz etməsinə şərait yaradın. 126 00:19:04,430 --> 00:19:15,560 Siz söyüş söydükdə, təhqir etdikdə onlarla haqq söz arasına sədd çəkilir və bu da haqq sözün eşidilməsinə, dinlənilməsinə imkan vermir. 127 00:19:16,000 --> 00:19:26,660 Bununla da ABŞ-a, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə, İngiltərənin Məxfi Kəşfiyyat Xidmətinə bağlı olan, çirkin, muzdur, pul qarşılığında xidmət göstərən 128 00:19:26,830 --> 00:19:35,560 İŞİD, “Cəbhətun-nusra” və sair bu kimi terrorçu qruplaşmalar bir dəstə məlumatsız, nadan insandan istifadə edərək 129 00:19:35,560 --> 00:19:43,730 bu cür hadisələr törədir. Onların İraq, Suriya və başqa yerlərdə törədiyi hadisələri özünüz də gördünüz; 130 00:19:46,060 --> 00:19:52,000 bunlar düşmənin işidir. Düşmən fürsət güdür; onlar istifadə edə biləcəkləri hər cür fürsətdən yararlanırlar. 131 00:19:52,200 --> 00:19:57,530 Bizim isə haqq sözümüz, arqumentlərimiz, möhkəm dəlillərimiz var. 132 00:19:58,760 --> 00:20:04,060 Bu gün qeyd etdiklərim onlara kiçik bir misal idi. Qədiri-Xum haqqında bu qədər. 133 00:20:04,260 --> 00:20:11,660 İndi isə Əmirəlmöminin (ə) haqqında. Bir insanın 134 00:20:12,100 --> 00:20:20,930 (istər müsəlman olsun, istər başqa bir dinə inansın, 135 00:20:21,300 --> 00:20:28,200 istərsə də heç bir dinə inancı olmasın; yəni istənilən etiqadda olan bir insanın) 136 00:20:28,600 --> 00:20:36,830 hörmət göstərib qiymət verə biləcəyi bütün əxlaqi keyfiyyətlərin hamısı Əli ibn Əbutalibin (ə) şəxsiyyətində toplanmışdır; 137 00:20:37,930 --> 00:20:47,300 yəni Əli ibn Əbutalib (ə) elə bir şəxsiyyətdir ki, şiə də olsanız, 138 00:20:47,630 --> 00:20:57,130 sünni də olsanız, ona hörmət edəcəksiniz. Ümumiyyətlə heç müsəlman olmasanız, onu tanımasanız belə, haqqında öyrənməyə başlayınca sizdə ona qarşı hörmət hissi yaranacaq. 139 00:20:57,730 --> 00:21:04,430 Xristian olan Corc Cordak imam haqqında 5 cildlik kitab yazıb; 140 00:21:04,600 --> 00:21:17,500 tarix boyunca əhli-sünnə içərisindən Əmirəlmömininin (ə) fəzilətləri haqqında yazanlar olduqca çox olub. 141 00:21:18,600 --> 00:21:26,060 bəli, xristian dininə mənsub olan bir insan illər oncə Əmirəlmöminin (ə) haqqında kitab yazır. 142 00:21:27,360 --> 00:21:35,630 O, bura, mənimlə görüşə də gəlmişdi. Kitab haqqında söhbət etdik, bildirdi ki, 143 00:21:35,930 --> 00:21:43,030 “Nəhcül-bəlağə” ilə yeniyetmə yaşlarından tanış olub və onu Əli ibn Əbutalibin (ə) şəxsiyyətini tanımağa yönəldən “Nəhcül-bəlağə” olub. 144 00:21:43,900 --> 00:21:48,660 Nəticədə həmin kitabı yazıb: “Bəşəri ədalətin səsi – İmam Əli!” 145 00:21:49,660 --> 00:21:56,030 Dini inancı olmayan, yəni heç bir dini qəbul etməyən bir insan belə, 146 00:21:56,300 --> 00:22:03,630 Əmirəlmömininin (ə) şəxsiyyətini tanıyarsa, onun qarşısında təzim edəcək, ehtiramla baş əyəcəkdir. 147 00:22:05,900 --> 00:22:14,260 Əmirəlmöminində (ə) 3 cür xüsusiyyət var: onlardan birincisi İmamın 148 00:22:14,860 --> 00:22:24,460 ölçüyəgəlməz ilahi-mənəvi keyfiyyətləri, yəni imanıdır; dərin imanı; 149 00:22:24,930 --> 00:22:33,430 İslamda öncül olması, bu yolda göstərdiyi fədakarlıq; sahib olduğu ixlas; 150 00:22:35,830 --> 00:22:44,960 İmamın (ə) əməllərində ilahi niyyətdən savayı, zərrə qədər də olsa başqa bir məqsəd yox idi. 151 00:22:45,600 --> 00:22:52,200 Biz bunun nə demək olduğunu ümumiyyətlə başa düşürükmü? Bizim kimilər üçün bu, dərk olunasıdırmı? 152 00:22:55,000 --> 00:23:04,060 Hər bir işi Allaha xatir, Allahın rizası, Onun əmrlərini yerinə yetirmək üçün görəsən; ixlas budur. 153 00:23:04,700 --> 00:23:12,230 Bunlar bizim ölçə bilməyəcəyimiz özəlliklərdir; biz onları heç doğru-düzgün izah belə edə bilmərik. 154 00:23:12,830 --> 00:23:20,960 İmamın (ə) Allah-taalanı tanıması, dərk etməsi; biz Allah-taala haqqında nə bilirik? 155 00:23:21,460 --> 00:23:30,560 سُبحانَ رَبِّي العَظيمِ وَ بِحَمدِه – dedikdə Allah-taalanın bu əzəmətindən biz nə anlayırıq, Əmirəlmöminin (ə) nə anlayır? 156 00:23:32,100 --> 00:23:43,630 İmamın özəlliyi Allah-taalanı tanımağında, dərk etməyindədir. Bunlar onun (ə) daşıdığı, bizim isə qətiyyən dərk edə bilməyəcəyimiz özəlliklər zəncirinin bir neçə halqasıdır. 157 00:23:44,700 --> 00:23:55,030 Bütün bunları bizə izah etməyə çalışsalar belə, məsələnin mahiyyəti həddən artıq böyük, 158 00:23:55,260 --> 00:24:01,430 dərin olduğuna görə biz o dərinliyə düzgün şəkildə vara bilmərik. Bunlar Əmirəlmömininin (ə) sahib olduğu xüsusiyyətlərin birinci qrupudur. 159 00:24:03,860 --> 00:24:10,900 Digər bir qrup isə İmamın (ə) sahib olduğu yüksək insani keyfiyyətlərdir. Bu keyfiyyətlər 160 00:24:11,630 --> 00:24:20,630 müsəlman və ya qeyri-müsəlman, xristian və ya qeyri-xristian, ateist və ya inanclı olan hər bir insanı, hamını cəlb edir: şücaət, 161 00:24:23,830 --> 00:24:31,260 mərhəmət. Döyüş meydanında o cür şücaətlə savaşan bir insan 162 00:24:32,760 --> 00:24:43,630 başsız qalmış bir ailənin uşaqları ilə qarşılaşanda onlarla necə mərhəmətlə davranır, nəvaziş göstərir, 163 00:24:44,130 --> 00:24:51,300 uşaqların qarşısında əyilir, onlarla oynayır, çiyninə alır. 164 00:24:51,860 --> 00:25:01,430 Bu cür rəftat və davranışları bəyənib, onlara hörmətlə yanaşmağın, əslində, dindarlıqla, 165 00:25:01,660 --> 00:25:07,660 yaxud hansısa dinə inancı olub-olmamaqla heç bir əlaqəsi yoxdur. Belə bir əzəmətin qarşısında 166 00:25:08,000 --> 00:25:13,600 istənilən insanda hörmət və təzim hissi yaranar. 167 00:25:14,500 --> 00:25:24,700 İmamın fədakarlığı; fədakarlıq başqasını özündən üstün tutmaq, öz haqqından keçmək deməkdir; yəni haqlı olduğun halda, 168 00:25:25,360 --> 00:25:33,500 Allah-taalaya, bu məsələdə Onun məsləhətinə xatir bu haqdan (təbii ki, öz haqqından) keçəsən; 169 00:25:34,530 --> 00:25:48,260 istər şəxsi mənfəətiniz, istər nüfuzunuz, istərsə də digər haqlarınız olsun; fədakarlığın, öz haqqından keçməyin mənası budur. 170 00:25:49,930 --> 00:25:57,930 Hələ bu qeyd etdiklərim Əmirəlmömininə (ə) aid olan insani keyfiyyətlərin bir hissəsidir. Əgər onların hamısını saymaq istəsək, böyük bir kitab olar. 171 00:25:58,900 --> 00:26:01,930 böyük bir kitab olar. 172 00:26:03,500 --> 00:26:09,930 Əmirəlmöminində (ə) olan xüsusiyyətlərin üçüncü qrupu topluma rəhbərlik, idarəçilik keyfiyyətləridir ki, 173 00:26:10,700 --> 00:26:17,360 bu da elə imamət məsələsinin nəticəsidir; imamət bu xüsusiyyətləri rəhbər tutaraq idarəçilik etmək deməkdir. 174 00:26:17,830 --> 00:26:27,330 Təbii ki, onların həddən artıq güclü və nisbətən zəif formaları ola bilər, amma biz həmin keyfiyyətlərin ən yüksək həddini Əmirəlmömininin (ə) simasında müşahidə edirik. 175 00:26:27,330 --> 00:26:36,000 İdarəçilik keyfiyyətləri dedikdə nəyi nəzərdə tuturuq? Misal üçün, ədalət, insaf, 176 00:26:38,200 --> 00:26:55,500 toplumun bütün təbəqələrini, hətta sizinlə eyni dində, inancda olmasalar belə, sizinlə bir toplumda yaşayan insanları bərabər səviyyədə görmək. 177 00:26:56,530 --> 00:27:06,230 Əmirəlmömininin (ə) Busr bin Ərtahın şəhərə daxil olub insanların evinə hücum etdiyini eşitdikdə 178 00:27:06,730 --> 00:27:11,500 ürək yanğısı ilə söylədiyi bir xütbəsi var: 179 00:27:12,400 --> 00:27:24,300 بَلَغَني اَنَّ الرَّجُلَ مِنهُم لِيَدخُلُ المَرأَةَ المُسلِمَةِ وَ الاُخرَي المُعاهَدَةِ فَيَنتَزِعُ حِجلَها 180 00:27:25,600 --> 00:27:35,800 – “Eşitmişəm ki, bu zalım və həyasız qoşun müsəlman və qeyri-müsəlman qadınların evlərinə soxulub 181 00:27:36,030 --> 00:27:41,200 (müsəlman cəmiyyətində müqavilə ilə yaşayan yəhudi, 182 00:27:41,400 --> 00:27:47,760 xristian və başqalarının) onların üst-başını, xalxallarını, qolbaqlarını 183 00:27:47,960 --> 00:27:53,530 dartıb alıb, qarət edib”. Ardınca buyurur ki, 184 00:27:53,660 --> 00:28:01,430 “Kim belə bir hadisənin narahatçılığından, qüssəsindən ölsə, onu qınamaq olmaz”. 185 00:28:02,300 --> 00:28:07,800 Bax şəxsiyyət budur: insanlara, həm də bütün insanlara mərhəmət hissi, 186 00:28:08,060 --> 00:28:17,730 ürək yanğısı duymaq; axı müsəlman toplumunda razılaşma əsasında yaşayan yəhudilər, xristianlar və digər dinlərin davamçıları da var idi. 187 00:28:18,360 --> 00:28:26,200 İmam Əlinin (ə) idarəçilik keyfiyyətləri bunlardır: ədalət, insaf, bərabərlik. 188 00:28:27,300 --> 00:28:33,860 Dünyəvi təmtəraqdan, dəbdəbədən şəxsi mənfəəti üçün istifadə etməkdən uzaq olmaq; 189 00:28:34,500 --> 00:28:45,900 dövlət başçılarının düçar olduğu bəlalardan biri də budur; gərək dövlət başçısı olan kimi, ölkənin maliyyə imkanları ixtiyarımıza keçən kimi, 190 00:28:47,330 --> 00:28:55,130 vəsvəsə başlamaya, özü-özümüzə deməyək ki, burada yaxşı torpaq var, orada yaxşı imkanlar var, burada yaxşı pul var, 191 00:28:55,960 --> 00:29:03,830 bunlardan özüm üçün pay ayırmalıyam. Bədbəxtlikdə, üzüqaralıqda həddi aşanlar – 192 00:29:04,030 --> 00:29:11,160 Rzaxan kimiləri – xalqın malının hamısını mənimsəyir, bir qədər insaflı olanlar isə 193 00:29:11,500 --> 00:29:17,860 bir az başqalarına verir (o verdikləri adamlar da, bir qayda olaraq, elə öz yaxınları olur), bir az da özləri üçün götürür. 194 00:29:18,530 --> 00:29:26,300 Bu, hökumət başçılarının düçar olduğu bir bədbəxtlikdir; yer üzündəki demokratik quruluşlu hökumətlər də elə bu cürdür. Özünüz də eşidirsiniz; 195 00:29:26,860 --> 00:29:35,100 filan ölkənin dövlət başçısının xanımı, məsələn, qış və ya yay tətilini 196 00:29:35,400 --> 00:29:42,730 gözəl ab-havası olan filan adada keçirdi, milyon dollar pul xərclədi! Haradan? 197 00:29:44,900 --> 00:29:55,230 Monarxiya hökumətinin kral ailəsi filan şəhərə səfər etdi, filan oteldən, 198 00:29:55,800 --> 00:30:07,100 filan imkanlardan istifadə etdi, orada qaldıqları 10-12 gün ərzində filan qədər – milyardlarla – pul xərclədilər! 199 00:30:09,330 --> 00:30:18,530 İmamət hakimiyyəti bütün bunların əleyhinədir, ümumi imkanlardan 200 00:30:21,000 --> 00:30:24,460 şəxsi maraqlar üçün istifadə etmək qadağandır. 201 00:30:24,800 --> 00:30:31,360 Tədbirli olmaq, müsəlman toplumu üçün münasib yollar axtarıb tapmaq, 202 00:30:32,060 --> 00:30:38,330 dost-düşməni ayırmaq, düşmənləri də mövqeyinə görə bir-birindən fərqləndirmək. 203 00:30:38,630 --> 00:30:46,560 Əmirəlmömininin (ə) hakimiyyəti dövründə üç müharibə olmuşdur. Bu üç döyüş üç ayrı düşmənə qarşı baş vermişdir, amma İmam onların hamısı ilə eyni şəkildə savaşmamışdır. 204 00:30:47,030 --> 00:30:56,660 İmamın (ə) Müaviyyə və Şam qoşunu ilə olan savaşı bir cür, Bəsrə ilə baş verən savaşı bir başqa cür, 205 00:30:57,100 --> 00:31:03,100 Təlhə və Zübeyrlə olan savaşı isə tamamilə başqa cür idi. 206 00:31:04,760 --> 00:31:17,900 İmam (ə) savaş zamanı Zübeyrə səslənir, döyüş meydanında onunla danışır, ona öyüd-nəsihət verir, “Qardaş, keçmişimizi unutma! 207 00:31:19,560 --> 00:31:23,930 Biz birlikdə o qədər qılınc çalmışıq, o qədər iş görmüşük” – deyir. 208 00:31:25,700 --> 00:31:35,100 Bu nəsihətin nəticəsi də olur. Doğrudur, Zübeyr görməli olduğu işi görmür, Əmirəlmömininə (ə) qoşulmalı olduğu halda, bunu etmir, amma İmamın nəsihəti nəticəsində 209 00:31:35,330 --> 00:31:42,800 döyüş meydanını tərk edib gedir. İmam (ə) Təlhə və Zübeyrlə döyüşdə bu cür davranır, 210 00:31:43,660 --> 00:31:46,530 Şam qoşunu ilə savaşda isə belə etmir. 211 00:31:47,660 --> 00:31:53,900 O həzrət (ə) Müaviyyəyə nə deməli idi ki? Deyəydi ki, mən və sən birlikdə olmuşuq? Nə vaxt birlikdə olublar ki? 212 00:31:54,800 --> 00:31:59,760 Bədr döyüşündə qarşı-qarşıya durmuşdular; Əmirəlmöminin (ə) 213 00:32:00,360 --> 00:32:07,860 onun babasını, dayısını, qohum-əqrabasını, tayfasını qılıncdan keçirmişdi. 214 00:32:08,360 --> 00:32:15,030 Keçmişdə onlar heç vaxt birlikdə olmamışdılar. O da bu düşmənçiliyi bəhanə edərək Əmirəlmömininlə (ə) savaşırdı. 215 00:32:16,100 --> 00:32:24,630 Əmirəlmöminin (ə) düşmənləri qruplara ayırırdı. 216 00:32:25,500 --> 00:32:35,130 Düşmən sayı 10 min nəfər olan Nəhrivan döyüşündə İmam (ə) buyurur ki, bu 10 min nəfərdən kim bizim tərəfə, mənim sancdığım bayrağın altına keçsə, onunla savaşmayacağıq; 217 00:32:35,300 --> 00:32:42,660 keçirlər də; düşmən qoşunundakıların əksəriyyəti İmam (ə) tərəfə keçir. Həzrət: “Gedin!” – deyə buyurur və onları azad edir. 218 00:32:43,230 --> 00:32:49,230 Bəli, qalanlarla, inadla, kor-koranə təəssübkeşlik edənlərlə isə savaşır, 219 00:32:49,800 --> 00:33:00,560 qələbə də çalır. Ölkənin idarəçiliyində tədbirli davranmaq, dostu, düşməni tanımaq, ayırd etmək; düşmənlərin hamısı eyni cür deyil, 220 00:33:03,360 --> 00:33:09,630 bəziləri üçün keçirdi. Bir nəfər əvvəldən İmama (ə) beyət etmir; 221 00:33:10,660 --> 00:33:17,030 əlində qılıncla həzrətin yanında duran Malik Əştər İmama (ə) buyurur ki: “Ya Əmirəlmöminin (ə), 222 00:33:17,330 --> 00:33:22,700 icazə ver sənə beyət etməyən bu adamın boynunu vurum”. Həzrət gülüb deyir: “Xeyr! 223 00:33:23,030 --> 00:33:31,300 Bu adam cavan olanda da tündxasiyyət idi, indi qocalıb, xasiyyəti daha da tündləşib. Qoy çıxıb getsin!” Buraxırlar, çıxıb gedir. 224 00:33:31,830 --> 00:33:40,500 Bax tədbirli davranmaq budur, bu, bir metoddur. Hakimiyyətin başında duran bir insanın ən böyük tədbirliliyi odur ki, 225 00:33:40,500 --> 00:33:46,030 qarşısındakının kim olduğunu, hər bir insanla necə, hansı şəkildə davranmaq lazım olduğunu bilsin. 226 00:33:46,460 --> 00:33:54,730 İmamın (ə) idarəçilik xüsusiyyətlərindən biri də bu idi. Vəzifəsini yerinə yetirməkdə operativlik; işin icrasını yubatmazdı, 227 00:33:55,730 --> 00:34:01,430 hansısa işi hökmən həyata keçirməyi qərara alırdısa, onu reallaşdırmaq üçün dərhal hərəkətə keçirdi. 228 00:34:03,600 --> 00:34:11,060 Həqiqətləri açıqlamaq, izah etmək; nə baş verdiyini, həqiqətləri insanlara açıqlayırdı. “Nəhcül-bəlağə”dəki xütbələrə diqqət edin, 229 00:34:11,060 --> 00:34:17,300 çoxu o dövrdə cəmiyyətdə baş verən hadisələrdir; 230 00:34:17,630 --> 00:34:25,930 istər İmamın (ə) xütbələri olsun, istərsə də məktubları. “Nəhcül-bəlağə”nin bir hissəsi xütbələrdən, bir hissəsi də məktublardan ibarətdir. 231 00:34:26,260 --> 00:34:36,360 Bir qayda olaraq, məktublar etiraz etdiyi insanlara ünvanlanmışdır; ya Müaviyyə və onun kimilərinə, 232 00:34:36,530 --> 00:34:41,830 ya da əməllərinə etiraz edib irad tutduğu öz işçilərinə; məktubların məzmunu əsasən budur. 233 00:34:42,660 --> 00:34:49,430 Bir hissəsinin məzmunu isə tövsiyə və əmrlərdən ibarətdir; məsələn, 234 00:34:49,860 --> 00:35:01,630 Malik Əştərə ünvanlanmış əhd kimi. Bütün bunlarda İmam (ə) insanlar üçün həqiqətləri açıqlayır, izah edir. Əmirəlmömininin (ə) daim gördüyü işlərdən biri də budur. 235 00:35:03,130 --> 00:35:10,730 Toplumu təqvaya doğru hidayət etmək; İmamın (ə) xütbələrinin 236 00:35:11,360 --> 00:35:19,830 çox az bir hissəsində təqva məsələsinə toxunulmamış ola bilər; “Təqvalı olun!” – deyir; çünki təqvalı olmaq hər şey deməkdir. 237 00:35:20,260 --> 00:35:27,160 Hansı toplum təqva xüsusiyyətinə sahib olarsa, onun maddi və mənəvi problemləri həllini tapacaq. 238 00:35:27,730 --> 00:35:34,600 Təqvaya sahib olmaq bax bu cür nəticələr verir. Şübhəsiz ki, burada təqvanın həqiqi mənası nəzərdə tutulur; 239 00:35:35,200 --> 00:35:44,200 təqva yalnız gözünü naməhrəmdən çəkmək, yaxud harama yol verməmək deyil. Doğrudur, bunlar da var, bunlar da təqvanın bir hissəsidir, amma təqvanın daşıdığı məna bunlardan daha genişdir. 240 00:35:44,600 --> 00:35:53,660 Təqvanın əsl mənası insanın özünü günahdan qoruması, hərəkətlərinə nəzarət etməsi, 241 00:35:54,030 --> 00:36:00,960 doğru yolda özünü qorumağa çalışmasıdır; təqvanın mənası budur. 242 00:36:01,300 --> 00:36:08,430 Cəmiyyət təqvalı olsa, problemlər, mütləq, həll olunacaq. Əmirəlmöminin (ə) daim insanları təqvaya dəvət edib. 243 00:36:09,630 --> 00:36:15,700 Baxın, bu da Əmirəlmömininin (ə) xüsusiyyətlərindən 3-cü qrupu; idarəçilik keyfiyyətləri. 244 00:36:16,000 --> 00:36:21,600 Hələ bunlar o həzrətin şəxsi keyfiyyətlərindən, bizlərin dərk edə, 245 00:36:22,360 --> 00:36:28,830 zəif və naqis nitqimizlə vəsf edə bilməyəcəyimiz ilahi-mənəvi keyfiyyətlərindən ayrıdır. 246 00:36:32,700 --> 00:36:41,600 İmam (ə) haqq-ədaləti bərqərar etməkdən qorxmayıb, çəkinməyib, 247 00:36:41,960 --> 00:36:47,700 bu yolda heç kimi və heç nəyi nəzərə almayıb. Əmirəlmömininin (ə) həyatında heç vaxt üzgörənlik olmayıb. 248 00:36:49,500 --> 00:36:58,860 Ona beyət etməkdən imtina edən şəxs haqqında Malik Əştərə: “Burax getsin!” – deyən İmam (ə) 249 00:36:59,230 --> 00:37:08,330 başqa situasiyalarda məsələlərə böyük diqqət, ciddiyyət və tələbkarlıqla yanaşıb. 250 00:37:08,630 --> 00:37:16,330 Əmirəlmömininin (ə) şəxsiyyəti budur; yəni həqiqətən də, “Sən o qədər böyüksən ki, kiçik güzgülərdə görünə bilməzsən” beytində deyildiyi kimi, 251 00:37:17,100 --> 00:37:22,960 Biz zəif görən, qüsurlu gözlərimizlə, 252 00:37:23,830 --> 00:37:32,130 xurafata bürünmüş qəlblərimizlə o böyük insanı görməyə qadir deyilik. 253 00:37:35,000 --> 00:37:45,430 Amma əlbəttə ki, yenə də o dahi şəxsiyyət haqqında az-çox nəsə bilirik, danışırıq. Qədiri-Xum hadisəsində bax belə bir insan rəhbər olaraq təyin olunmuşdur. 254 00:37:45,660 --> 00:37:54,400 Yaxşı bəs indi nə etməliyik? Aydın məsələdir ki, biz İmam (ə) kimi yaşaya, 255 00:37:54,660 --> 00:37:59,860 onun kimi davrana bilmərik; əsla onun kimi ola bilmərik. İmamın (ə) özü də buyurmuşdur: 256 00:38:00,200 --> 00:38:03,130 لا وَ اِنَّکُم لا تَقدِرونَ عَلي ذلِک 257 00:38:03,660 --> 00:38:12,960 Həzrət (ə) özü də vilayətlərə təyin etdiyi vali və hakimlərə: “Siz mənim kimi hərəkət edə bilməzsiniz” – demişdir. 258 00:38:13,260 --> 00:38:18,830 Biz gözümüzü bu zirvəyə dikməliyik. Dəfələrlə olub ki, nə barədəsə danışarkən mən: “Zirvə budur” – demişəm. 259 00:38:19,860 --> 00:38:30,900 Təsəvvür edin ki, sizə bir zirvə göstərib: “Hədəf odur” – deyirlər və siz də həmin hədəfə doğru irəliləməlisiniz. Bizim vəzifəmiz zirvəyə doğru irəliləməkdir. 260 00:38:32,260 --> 00:38:39,960 Əmirəlmömininin (ə) o xüsusiyyətlərini nəzərdə tutub bu yolda gücümüz, bacarığımız yetdiyi qədər irəli addımlamalıyıq; 261 00:38:40,300 --> 00:38:42,400 əks istiqamətdə getməməliyik. 262 00:38:42,930 --> 00:38:50,330 Cəmiyyətimiz Əmirəlmömininin (ə) kimi təqvalı olmağa doğru irəliləməlidir. 263 00:38:51,360 --> 00:38:57,660 Demirəm ki, onun kimi təqvalı olmalıdır – biz bunu nə bacararıq, nə də bizdən belə bir şey istənilib – 264 00:38:57,960 --> 00:39:04,400 amma bu istiqamətdə irəliləməliyik; yəni israfdan, lüzumsuz dəbdəbədən, bir-birimizlə bəhsləşməkdən 265 00:39:04,900 --> 00:39:08,400 uzaq olmalıyıq. Belə etsək, Əmirəlmömininin (ə) həqiqi şiəsi olarıq. 266 00:39:10,130 --> 00:39:14,800 Əməllərimiz insanlarda bizə qarşı inam və etimad yarada bilər. 267 00:39:15,660 --> 00:39:22,660 İmam (ə) buyurmuşdur: کونوا لَنا زَيناً وَ لا تَکونوا عَلَينا شَيناً – 268 00:39:23,800 --> 00:39:31,400 yəni “Bizim zinətimiz olun”. İmam (ə) bununla nəyi nəzərdə tutur? Yəni elə gözəl, şəkildə davranın ki, sizə baxan insan: 269 00:39:31,800 --> 00:39:39,900 “Əhsən! Əmirəlmömininin (ə) şiəsi nə yaxşıdır!” – desin. Bir insan rüşvət alırsa, 270 00:39:40,460 --> 00:39:44,000 bu, şiəlik üçün zinət yox, eyibdir; 271 00:39:46,600 --> 00:39:52,830 kimsə beytülmaldan haqqı çatandan artığını istəyir və alırsa, 272 00:39:53,100 --> 00:40:02,000 bu, eyibdir; haqsızlıqlara, pisliklərə göz yuman, 273 00:40:02,600 --> 00:40:11,400 toplumun təqvaya doğru yönəldilməsinə laqeyd qalan, bunun üçün özündə heç bir məsuliyyət hiss etməyən kəs İslam quruluşu və müsəlman toplumu üçün üz qarasıdır; 274 00:40:14,030 --> 00:40:21,130 şəxsi həyatında belə israfa yol vermək eyibdir. 275 00:40:22,200 --> 00:40:29,760 Təəssüflər olsun ki, bu gün biz bu cür problemlərə düçar olmuşuq; israfçılıqdan, ifratçılıqdan əziyyət çəkirik. 276 00:40:30,660 --> 00:40:41,160 Uzun illərdir ki, mən bu barədə özümə də, insanlarımıza, xalqımıza da nəsihət edirəm; durmadan deyirəm, təkrar edirəm. 277 00:40:41,700 --> 00:40:52,030 Bu məsələdə irəliləyişə nail olmaq, cəmiyyətdə israfçılığı azaltmaq lazımdır. Kişilərimiz, qadınlarımız, gənclərimiz, yaşlılarımız 278 00:40:53,030 --> 00:40:59,800 geyimdə, yeyib-içməkdə, ev əşyalarında, 279 00:41:00,430 --> 00:41:07,400 müxtəlif zinət əşyalarında israfçılığa yol verməməlidirlər. Və ya bir-biri ilə bəhsləşmək olsun; 280 00:41:08,860 --> 00:41:18,130 “filan toyda, filan qonaqlıqda filan qadın belə geyinmişdi, filan zinəti taxmışdı, 281 00:41:18,930 --> 00:41:27,100 filan cür bəzənmişdi, mən də ondan geri qalmamalı, onun kimi olmalıyam” – 282 00:41:27,460 --> 00:41:35,660 belə hərəkətlər yanlışdır, səhvdir, həm də çox böyük təhlükədir. Yaşayışı çətinləşdirən, pisləşdirən, 283 00:41:36,230 --> 00:41:43,960 toplumda ədalətsizlik meydana gətirən, ən nəhayət, iqtisadiyyatı da məhv edən məhz bunlardır. 284 00:41:45,200 --> 00:41:50,060 İqtisadiyyatın məhv olmasının önəmli səbəblərindən biri də bu cür məsələlərdir. 285 00:41:51,460 --> 00:42:00,930 Əgər bir toplum öz daxili iqtisadi gücü hesabına 286 00:42:01,800 --> 00:42:08,430 hər cür zərər və ziyandan qoruna biləcək bir səviyyəyə çatmaq istəyirsə, onun qarşısında duran ən önəmli işlərdən biri də 287 00:42:08,830 --> 00:42:13,900 israfçılıqdan, lüzumsuz xərclərdən və bu kimi məsələlərdən uzaq olmaqdır. 288 00:42:14,700 --> 00:42:21,830 Bu barədə çoxlu misallar çəkmək olar, bu haqda mən çox danışmışam, artıq təkrara yol vermək istəmirəm. 289 00:42:22,000 --> 00:42:29,330 Su, çörək, qida və cürbəcür başqa istehlak məhsullarında 290 00:42:29,560 --> 00:42:38,800 israfa, lüzumsuz, artıq istifadəyə yol verdiyimiz hallar çox olur; bunlara diqqət etməliyik. 291 00:42:39,760 --> 00:42:43,730 Bu işlərin çoxu dövlətin yox, bizim özümüzün öhdəsinə düşür; 292 00:42:44,400 --> 00:42:50,360 biz özümüz şəxsi həyatımızda, gündəlik yaşamımızda bunlara fikir verməliyik. Əmirəlmömininin (ə) davamçısı olmaq bu deməkdir. 293 00:42:50,830 --> 00:42:58,400 “Həmd olsun o Allaha ki, bizi Əmirəlmömininin və onun məsum övladlarının rəhbərliyindən yapışanlardan edib”. 294 00:42:58,400 --> 00:43:04,630 Bu duada Əmirəlmöminin və onun övladlarının rəhbərliyindən yapışmaq dedikdə biz nəyi nəzərdə tuturuq? 295 00:43:05,600 --> 00:43:09,860 Bəli, bunun bir hissəsi qəlbən yapışmaqdır, 296 00:43:10,530 --> 00:43:17,500 yəni vilayət prinsipini qəlbən qəbul etməkdir; bu həm yaxşıdır, lazımlıdır, həm də sözsüz ki, təsirə malikdir, 297 00:43:18,060 --> 00:43:27,160 ancaq iş bununla bitmir. İmamların (ə) rəhbərliyindən yapışmaq o deməkdir ki, biz onların bizim üçün müəyyən dərəcədə əlçatan ola biləcək özəlliklərinə diqqət yetirək 298 00:43:27,260 --> 00:43:36,100 və özümüzdə bunları yetişdirməyə çalışaq; əlbəttə ki, o fədakarlığa, o mənəviyyata, Allah-taalanı o cür tanımaya, o ibadətə, 299 00:43:36,760 --> 00:43:42,430 o göz yaşlarına, Uca Yaradana o cür diqqət və sairə iddia edə bilmərik, 300 00:43:43,100 --> 00:43:46,560 bunlarda çox-çox geridəyik. 301 00:43:47,000 --> 00:43:58,230 Amma bəşəri keyfiyyətlərdə, toplumun, hökumətin idarəçiliyi, rəhbərlik və digər bu kimi məsələlərdə imamın (ə) daşıdığı həmin xüsusiyyətləri 302 00:43:59,000 --> 00:44:05,100 davranışlarımızda tətbiq edə bilərik. Şübhəsiz, o böyük şəxsiyyət (ə) səviyyəsinə, heç ondan aşağı səviyyəyə də çata bilmərik, 303 00:44:05,400 --> 00:44:10,160 amma buna doğru gedə bilərik. Bu işləri görməliyik; bunlara nail olsaq, 304 00:44:11,600 --> 00:44:16,700 bax bu, Əmirəlmömininin (ə) rəhbərliyindən yapışmaq olar. Deyiləsi sözlər çoxdur. Əziz qardaş və bacılar, diqqət edin! 305 00:44:16,960 --> 00:44:22,430 Bax düşmən, düşməni tanımaq, düşmənə müqavimət göstərmək haqqında 306 00:44:22,560 --> 00:44:31,330 çox deyirik, çox danışırıq, dediklərimiz həqiqətdir də; yəni sizlərin, dostlarımızın səsləndirdiyi şüarlar, 307 00:44:31,700 --> 00:44:37,600 böyüklərin, ölkə başçılarının: “Biz düşmənin qarşısındayıq!” – demələri doğrudur, həqiqətdir. 308 00:44:38,100 --> 00:44:44,660 Mən də bilirəm ki, düşmən var, amma diqqət edin, düşmən bəzən 309 00:44:45,230 --> 00:44:52,000 heç bir zəhmət çəkmədən bizim zəif cəhətlərimizdən istifadə edir. 310 00:44:53,000 --> 00:44:58,900 Odur ki düşmənin bizim nöqsanlarımızdan istifadə etməməsi üçün biz ilk öncə özümüzü düzəltməliyik. 311 00:45:00,330 --> 00:45:12,900 Bu gün düşmənlərimiz gözünü daxili iqtisadiyyatımızdakı ehtiyaclara, çatışmazlıqlara, boşluqlara dikib. 312 00:45:13,360 --> 00:45:19,000 Mənim son illər davamlı olaraq, ilin əvvəlində, ortasında və sonunda 313 00:45:19,700 --> 00:45:28,660 iqtisadiyyat, müqavimət iqtisadiyyatı və bu kimi məsələlər haqda danışmağımın, bunları təkrar-təkrar deməyimin səbəbi də elə odur ki, düşmən 314 00:45:29,330 --> 00:45:33,760 bu məsələni xüsusi diqqətdə saxlayır. 315 00:45:34,560 --> 00:45:38,960 Onlar xalqda narazılıq yaratmaq üçün ölkənin iqtisadiyyatını dağıtmaq, 316 00:45:39,730 --> 00:45:47,760 insanlarımızın maddi durumunu pisləşdirmək, cibini boş qoymaq, imkanlarını azaltmaq, pulunu dəyərdən salmaq, əhalinin alıcılıq qabiliyyətini aşagı endirmək istəyirlər; 317 00:45:48,800 --> 00:45:58,930 hədəfləri budur. Xalqı İslam dinindən və İslam dövlətindən narazı salmaq – 318 00:45:58,930 --> 00:46:08,000 düşmənin məqsədi budur. Elə buna görə də ölkə iqtisadiyyatına təzyiq göstərirlər ki, 319 00:46:08,200 --> 00:46:13,600 xalqın durumu pisləşsin və nəticədə insanlar İslam dinindən və İslam quruluşundan üz döndərsinlər. 320 00:46:13,960 --> 00:46:21,400 Yaxşı, bu halda belə bir vəziyyətə qarşı mübarizə aparmaq kimin vəzifəsidir? Təbii ki, hamının; dövlətin, 321 00:46:21,930 --> 00:46:28,630 parlamentin, müxtəlif dövlət qurumlarının rəsmilərinin və xalqın hər bir nümayəndəsinin vəzifəsidir. 322 00:46:29,400 --> 00:46:32,360 Biz hamımız məsuliyyət daşıyırıq və öhdəmizə düşən vəzifəni yerinə yetirməliyik. 323 00:46:34,060 --> 00:46:40,030 Əlbəttə, sevindirici haldır ki, ölkənin ümumi inkişaf prosesi yaxşı gedir. 324 00:46:40,600 --> 00:46:47,300 Mən çox eşidirəm, mənə çoxlu müraciətlər olunur; məktub yazırlar, 325 00:46:47,960 --> 00:46:55,960 müraciət edirlər, gördükləri bir çox işləri təqdim edirlər və mən də vaxt edib bunların bir çoxuna baxıram. 326 00:46:57,200 --> 00:47:07,160 Allaha şükürlər olsun ki, bu gün ölkəmizdə İslam dinini bərqərar etmək üçün ciddi şəkildə çalışan, işləyən gənclərin sayı 327 00:47:08,300 --> 00:47:11,830 gündən-günə artır. 328 00:47:12,930 --> 00:47:18,600 Məhz onlar Allah-taalanın lütfü və yardımı sayəsində 329 00:47:18,800 --> 00:47:24,100 istənilən düşməni, o cümlədən Amerika və İsraili diz çökdürəcəklər. 330 00:47:46,660 --> 00:47:55,630 Məhz bu reallığı müşahidə etdiyimə görə də mən hər dəfə, müxtəlif çıxışlarımda gələcəyə böyük ümidlə 331 00:47:56,800 --> 00:47:59,830 və nikbin yanaşdığımı təkrar edirəm. 332 00:48:00,960 --> 00:48:08,360 Bizi irəliyə apara, cəmiyyətimizin ümumi inkişafının avanqardı ola biləcək 333 00:48:08,360 --> 00:48:15,000 müsbət reallıqlarımız çoxdur. Gözəl, mömin, 334 00:48:15,860 --> 00:48:24,730 işə hazır, meydanlarda ölkəni, 335 00:48:25,260 --> 00:48:32,460 dini müdafiə etmək üçün göz yaşı töküb icazə istəyən gənclərimiz var; 336 00:48:32,660 --> 00:48:38,430 özü də belələri 5 nəfər, 10 nəfər, 100 nəfər deyil, sayları olduqca çoxdur. 337 00:48:39,400 --> 00:48:44,130 Ölkəni məhz bu stimul xilas edəcək; onu daha da gücləndirmək lazımdır. 338 00:49:06,700 --> 00:49:19,730 Yaxşı, canınızı fəda etmək istəyirsinizsə, nəyə görə İslam yolunda fəda etməyəsiniz? Rəhbər uğrunda niyə fəda edirsiniz, rəhbər kimdir ki? İslam dini, bu yol, bu amallar uğrunda fəda edin. 339 00:50:02,630 --> 00:50:04,900 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.