1 00:00:00,650 --> 00:00:03,070 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:03,450 --> 00:00:05,970 والحمدلله ربّ العالمين 3 00:00:07,370 --> 00:00:11,420 والصّلاة والسّلام علي سيّدنا محمّد و آله الطّاهرين 4 00:00:20,650 --> 00:00:29,920 و علي صحبه المنتجبين و علي من تابعهم باحسان الي يوم الدّين 5 00:00:33,900 --> 00:00:39,450 Kainatın sevinci, varlıq aləmindəki məxluqatın ağası, 6 00:00:42,500 --> 00:00:53,370 əzəmətli peyğəmbər Həzrət Məhəmməd ibn Abdullah (s) 7 00:01:01,670 --> 00:01:09,700 və onun övladı, imaməti dövründə Allah-taalanın yer üzündəki höccəti Həzrət Əba Əbdillah Sadiqin mübarək mövludları münasibətilə 8 00:01:10,420 --> 00:01:15,820 hamınızı təbrik edirəm. 9 00:01:16,070 --> 00:01:22,320 Ümidvaram, Uca Yaradan bizim hamımıza, bütün müsəlmanlara, 10 00:01:23,320 --> 00:01:37,320 yer üzünün bütün ziyalılarına bu nemətlərin qədrini bilmək, onları dərk etmək, 11 00:01:38,970 --> 00:01:51,000 varlıq aləminin dayaqları olan bu əzəmətli şəxsiyyətlərin bizə göstərdiyi sirati-müstəqimlə irəliləməyə çalışmaq uğurunu nəsib edər. 12 00:01:53,900 --> 00:02:05,300 Əzəməti İslam Peyğəmbərinin (s) müqəddəs varlığının var olmasının əhəmiyyəti o qədər böyükdür ki, Allah-taala 13 00:02:06,700 --> 00:02:14,500 belə bir nemət verdiyinə görə bəşəriyyətə minnət edərək buyurur: 14 00:02:16,250 --> 00:02:22,070 “Allah möminlərə lütf etdi, çünki onların öz içərisindən onlara ... bir peyğəmbər göndərdi”. (“Ali-İmran” surəsi, 164-cü ayədən) 15 00:02:25,770 --> 00:02:38,150 “Səhifeyi-Səccadiyə”də İmam Səccad (ə) Allah-taalaya xitabən buyurur: 16 00:02:38,520 --> 00:02:44,870 اَلحَمدُلِلّهِ الَّذي مَنَّ عَلَينا بِمُحَمَّدٍ نَبيِّه 17 00:02:53,900 --> 00:03:00,150 دونَ الاُمَمِ الماضيَة وَ القُرونِ السّالِفَة 18 00:03:01,070 --> 00:03:10,700 Quranda və məsum imamların kəlamında Allah-taalanın bu böyük neməti əta etməklə 19 00:03:12,350 --> 00:03:21,820 bəşəriyyətə minnət qoyduğu açıq-aşkar öz əksini tapır; bu, çox əzəmətli bir nemətdir. 20 00:03:26,100 --> 00:03:35,520 Allah-taala Həzrət Peyğəmbər (s) haqqında – “aləmlər üçün rəhmət” ifadəsini işlədir, 21 00:03:36,550 --> 00:03:49,220 “insanların müəyyən bir qismi”, yaxud “bəşəriyyətin bir hissəsi” demir; “hamı üçün rəhmətdir” deyir. 22 00:03:52,670 --> 00:04:03,850 Allah-taala Həzrət Peyğəmbərlə (s) göndərdiyi mesajı bütün bəşəriyyətə hədiyyə edir. 23 00:04:04,770 --> 00:04:15,170 İnsanlığın bütün nümayəndələrinin gözünü açır, bu yolu onların hamısına göstərir. 24 00:04:16,870 --> 00:04:26,300 Əlbəttə, ixtiyarında hakimiyyət, güc və sərvət olan müəyyən şəxslər var ki, 25 00:04:27,070 --> 00:04:39,350 onlar insanların Allah-taalanın bu geniş rəhmət süfrəsindən bəhrələnməsini istəmirlər. 26 00:04:39,720 --> 00:04:49,070 Bu ilahi hərəkat onların güc və hakimiyyətinə zidd olduğu üçün ona qarşı çıxırlar. 27 00:04:49,520 --> 00:04:55,720 Allah-taala buyurur: 28 00:04:55,720 --> 00:05:04,400 “Ya Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə”. (“Əhzab” surəsi, 1-ci ayədən) – 29 00:05:05,100 --> 00:05:12,620 Ehtiyatlı ol, onların arxasınca getmə! Başqa bir yerə isə buyurur: 30 00:05:13,150 --> 00:05:22,350 “Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı mübarizə apar. Onlarla sərt davran!” (“Tövbə” surəsi, 73-cü ayədən) 31 00:05:22,700 --> 00:05:29,350 – Kafir və münafiqlərə qarşı mübarizə apar. «جاهِد» – “cihad et, mübarizə apar” deyir. «قاتِل» – “qətlə yetir” demir; 32 00:05:29,950 --> 00:05:32,450 “kafir və münafiqləri qətlə yetir” demir; 33 00:05:32,600 --> 00:05:37,370 qətlə yetirmək həmişə lazım deyil, amma cihad, mübarizə aparmaq həmişə lazımdır. 34 00:05:37,670 --> 00:05:43,420 Cihad bəzən siyasi olur, bəzən mədəni olur, 35 00:05:44,550 --> 00:05:52,550 bəzən yumşaq olur, bəzən sərt olur, bəzən silahla, 36 00:05:53,350 --> 00:06:08,570 bəzən isə elmlə olur. Bütün bunlar cihaddır, amma bütün bunlarda bir şeyə diqqət yetirmək lazımdır ki, bu cihad düşmənə, 37 00:06:09,800 --> 00:06:21,170 bəşəriyyətin düşməninə qarşıdır, gücünə, hakimiyyətinə, sərvətinə arxalanaraq 38 00:06:22,320 --> 00:06:36,400 öz əzici varlığını və istəklərini bəşəriyyətə zorla qəbul etdirənlərə qarşıdır. Onlarla dil tapıb yola getməyin heç bir mənası yoxdur; 39 00:06:36,550 --> 00:06:41,720 اِتَّقِ اللّهَ وَ لا تُطِعِ الکٰفِرينَ وَ المُنٰفِقين 40 00:06:42,050 --> 00:06:50,220 Quranda Peyğəmbərlə (s), yeni İslam cəmiyyətinin 41 00:06:56,700 --> 00:07:03,970 necə yaradılmalı olduğunu ona addım-addım, kəlmə-kəlmə öyrədən təlimlərlə bağlı ayələr həddən artıq çoxdur. 42 00:07:05,570 --> 00:07:15,620 Mənim elə özümə də, gənclərimizə də, dini təbliğ edən, 43 00:07:16,250 --> 00:07:23,300 ictimaiyyətin düşüncəsini yönləndirmək imkanına malik olan insanlara da tövsiyəm budur ki, 44 00:07:24,200 --> 00:07:32,870 bütün bu ayələrə müraciət etsinlər, Quranda əksini tapan bütün bu məfhumlara nəzər salsınlar. Bunlar bütöv bir məcmudur, 45 00:07:33,850 --> 00:07:43,170 mükəmməl bir kompleksdir. Bizim problemimiz bundadır ki, 46 00:07:43,850 --> 00:07:53,100 biz Peyğəmbərə (s) ünvanlanmış mükəmməl ilahi təlimlərə, Allah-taalanın Öz Peyğəmbərini (s) bizə tanıtdığı xüsusiyyətlərə bəzən diqqətsiz yanaşır, 47 00:07:54,200 --> 00:07:59,070 nəticədə də bu barədə məlumatsız qalırıq. Əgər biz bu mükəmməl məcmuya tam olaraq nəzər sala bilsək, 48 00:07:59,920 --> 00:08:05,870 o zaman düzgün davranarıq, Peyğəmbərin (s) getdiyi sirati-müstəqim də 49 00:08:06,520 --> 00:08:11,420 önümüzdə açılar. Quran Peyğəmbərə (s) xitabən deyir: 50 00:08:11,850 --> 00:08:14,470 “Həqiqətən, sən düz yoldasan!”(“Zuxruf” surəsi, 43-cü ayədən) 51 00:08:15,020 --> 00:08:17,370 Bu sirati-müstəqimi tapmaq lazımdır. 52 00:08:17,600 --> 00:08:23,720 Mən bu görüşdə aşağıdakıları vurğulamağı lazım və münasib hesab edirəm: 53 00:08:24,570 --> 00:08:30,620 çünki bugünkü görüşümüzdə bizim öz ölkəmizdən, 54 00:08:31,550 --> 00:08:38,520 eləcə də digər ölkələrdən İslam dininin müxtəlif məzhəblərini təmsil edən qardaş və bacılarımız – 55 00:08:38,820 --> 00:08:44,720 Vəhdət Forumunun əziz qonaqları, 56 00:08:46,570 --> 00:08:51,670 müsəlman ölkələrinin səfirləri, 57 00:08:52,450 --> 00:08:59,700 şiələr, sünnilər, cürbəcür ideoloji cərəyanların ardıcılları, iştirak edir 58 00:09:00,170 --> 00:09:07,720 və burada söylənənlər sonradan hər yerdə yayımlanacaq. Elə buna görə də mən bu görüşdə aşağıdakıları vurğulamağı lazım və münasib hesab edirəm: 59 00:09:08,270 --> 00:09:15,120 əziz qardaş və bacılar! Bu gün İslam dünyası 60 00:09:16,670 --> 00:09:25,770 böyük müsibət və bədbəxtliklərə düçar olub, onların həlli yolu isə müsəlmanların birliyidir. 61 00:09:28,050 --> 00:09:44,250 Bir olmaq, əl-ələ verib bir-birinə kömək etmək, məzhəb və ideoloji zəmində konfliktləri bir kənara qoymaq lazımdır. 62 00:09:46,020 --> 00:09:53,720 Hazırda işğalçı imperializm maşınının İslam dünyasına yanaşması 63 00:09:54,570 --> 00:09:59,120 bundan ibarətdir ki, 64 00:09:59,570 --> 00:10:08,820 müsəlmanları öz aralarında birlik və həmrəylikdən əllərindən gəldiyi qədər daha çox uzaqlaşdırmağa çalışırlar. Bir milyard yarım müsəlman, 65 00:10:10,420 --> 00:10:18,870 zəngin təbii sərvətlərə, fövqəladə dərəcədə istedadlı insan sərmayəsinə malik bu qədər müsəlman ölkələri – bütün bunlar onlar üçün təhlükə kəsb edir. 66 00:10:20,750 --> 00:10:29,300 Əgər bu müsəlman toplumu həmrəy olub İslam dininin hədəflərinə doğru birgə surətdə irəliləsə, 67 00:10:30,370 --> 00:10:36,650 başqa güclər daha yer üzündə at oynada bilməyəcək; 68 00:10:37,100 --> 00:10:46,400 daha Amerika ölkələrə, dövlətlərə və xalqlara öz iradəsini diktə edə bilməyəcək; 69 00:10:48,200 --> 00:10:55,700 xəbis və bədxassəli sionist şəbəkəsi 70 00:10:56,600 --> 00:11:02,200 daha müxtəlif hökumətləri öz pəncəsi altına salıb 71 00:11:03,070 --> 00:11:10,720 onlardan öz işi və hədəfləri üçün istifadə edə bilməyəcək. Müsəlmanlar birləşsə, belə olacaq. 72 00:11:13,500 --> 00:11:23,920 Əgər müsəlmanlar bir olsa, daha Fələstinin vəziyyəti bu gün gördüyümüz kimi olmayacaq; 73 00:11:24,070 --> 00:11:32,900 bu gün Fələstinin vəziyyəti çox ağırdır; Qəzza bir cür, qərb sahilləri bir cür. 74 00:11:33,070 --> 00:11:39,050 Hazırda Fələstin xalqı hər gün çox şiddətli təzyiqlərə məruz qalır; 75 00:11:39,820 --> 00:11:46,300 Fələstin məsələsini yaddaşlardan silib unutdurmağa çalışırlar. 76 00:11:46,950 --> 00:11:54,270 bizim öz ölkələrimizin də daxil olduğu Qərbi Asiya regionunun başını - 77 00:11:55,220 --> 00:12:00,450 Həm coğrafi mövqeyi, 78 00:12:01,220 --> 00:12:09,700 həm təbii resursları, həm dəniz tranziti imkanları baxımından 79 00:12:10,370 --> 00:12:16,250 çox həssas strateji əhəmiyyətə malikdir - öz daxilindəki problemlərlə qatmaq, 80 00:12:16,720 --> 00:12:26,170 müsəlmanı müsəlmana, ərəbi ərəbə qarşı qoymaq, 81 00:12:26,850 --> 00:12:35,950 onları öz əlləri ilə bir-birinə qırdırıb məhv etmək istəyirlər ki, müsəlman ölkələrinin orduları, 82 00:12:36,320 --> 00:12:42,400 xüsusilə də İsrailin qonşuluğunda yerləşən ordular günbəgün zəifləsin; məqsədləri budur. 83 00:12:44,750 --> 00:12:51,450 Bu gün bu regionda iki iradə qarşı-qarşıya durub: 84 00:12:51,850 --> 00:12:56,770 bunlardan biri vəhdət, digəri isə konflikt, təfriqə iradəsidir. 85 00:12:58,550 --> 00:13:03,870 Vəhdət iradəsi möminlərə aiddir; 86 00:13:04,770 --> 00:13:13,170 saf niyyətli, ixlaslı insanlar bütün müsəlmanlara vəhdət çağırışları edərək 87 00:13:13,550 --> 00:13:18,720 onları birliyə, aralarındakı müştərək cəhətlərə diqqət yetirməyə dəvət edir. 88 00:13:19,300 --> 00:13:27,000 Əgər belə olsa, bu vəhdət baş tutsa, yer üzündə müsəlmanların vəziyyəti 89 00:13:27,550 --> 00:13:32,770 daha bu gün müşahidə etdiyimiz kimi olmayacaq, onlar nüfuz və hörmət qazanacaq. 90 00:13:33,320 --> 00:13:40,200 Gördüyünüz kimi, bu gün Şərqi Asiyada Myanmardan tutmuş 91 00:13:40,600 --> 00:13:47,450 Qərbi Afrikada Nigeriya və sairə qədər hər yerdə müsəlmanlar qətlə yetirilir; 92 00:13:48,420 --> 00:13:56,920 haradasa bütpərəstlərin əli ilə, haradasa “Bokoharam”, 93 00:13:57,650 --> 00:14:00,620 İŞİD və sair bunlar kimilərin əli ilə. 94 00:14:01,770 --> 00:14:11,170 Bir qrup şəxs də bu alovu daha da körükləyir; ingilisin şiəsi ilə Amerikanın sünnisi eynidir; 95 00:14:11,870 --> 00:14:20,070 ikisi də bir bezin qırağıdır. Çalışdıqları odur ki, müsəlmanları bir-birinin canına salsınlar. 96 00:14:20,270 --> 00:14:27,370 Şeytanın iradəsi olan konflikt iradəsinin mesajı budur. 97 00:14:27,700 --> 00:14:36,950 Vəhdət iradəsinin mesajı isə odur ki, müsəlmanlar bu konfliktləri bir kənara qoysunlar, əl-ələ verib əməkdaşlıq etsinlər. 98 00:14:37,570 --> 00:14:43,670 Bu gün xalqların həyatı ilə oynayan imperialistlərin 99 00:14:44,550 --> 00:14:55,100 bəyanatlarına, səsləndirdikləri fikirlərə diqqət yetirsəniz, başdan-ayağa konflikt, qarşıdurma mesajları ilə dolu olduğunu görərsiniz. 100 00:14:55,470 --> 00:15:03,720 İngilislərin yürütdüyü siyasət hələ qədimdən bəri “Parçala və hökm sür!” siyasəti adlanır; 101 00:15:04,850 --> 00:15:12,650 “فَرِّق تَسُد” – konflikt yarat, bunun sayəsində də ağalıq et; 102 00:15:13,150 --> 00:15:19,870 ingilislərin ixtiyarında güc və hakimiyyət olduğu zaman siyasətləri bu idi. Bu gün də 103 00:15:20,370 --> 00:15:30,350 dünyanın kapitalist gücləri bu siyasəti yürüdür; istər Amerika, istərsə də son vaxtlar olduğu kimi İngiltərə. 104 00:15:32,150 --> 00:15:44,620 İngilislər bizim regionumuzda həmişə şər mənbəyi olub, xalqlara həmişə bədbəxtlik gətirib. 105 00:15:46,250 --> 00:15:51,770 Onların bu regionda xalqların yaşamına vurduğu zərbələri 106 00:15:52,200 --> 00:15:58,350 dünyanın çox az yerində hansısa güclü dövlət hansısa xalqlara vurmuş olar. 107 00:15:58,900 --> 00:16:04,550 Hindistan yarımadasında – hazırkı Hindistan, Banqladeş və Pakistan ərazisi – 108 00:16:05,000 --> 00:16:12,170 xalqlara o cür zərbələr vurublar, o cür təzyiqlər göstəriblər! Əfqanıstanda bir cür, İranda bir cür, 109 00:16:13,450 --> 00:16:22,800 İraq bölgəsində bir cür! Ən nəhayət, Fələstində də o məşum 110 00:16:23,520 --> 00:16:36,000 və xəbis hərəkətlərə yol verərək müsəlmanları, əslində, bütöv bir xalqı ev-eşiyindən didərgin saldılar. 111 00:16:36,550 --> 00:16:46,820 Hələ min illər öncədən Fələstin adı ilə tanınan tarixi bir ölkə 112 00:16:48,170 --> 00:16:56,070 ingilislərin siyasəti nəticəsində yox oldu. İngilislər iki əsr əvvəldən üzü bəri – 113 00:16:56,750 --> 00:17:01,800 iki əsrdən bir qədər də artıq; miladi təqvimlə 1800-cü ildən bəri – 114 00:17:02,770 --> 00:17:08,820 bu regionda yalnız şər, fəsad və təhlükə törədib; 115 00:17:09,050 --> 00:17:18,600 sonra da o ingilis rəsmisi durub deyir ki, İran region üçün təhlükədir. 116 00:17:18,850 --> 00:17:27,470 Region üçün təhlükə törədən İrandır? Gərək nə qədər utanmaz olasan ki, uzun müddət ərzində 117 00:17:27,770 --> 00:17:32,120 özün region üçün təhlükə və bədbəxtlik törətdiyin halda, 118 00:17:32,320 --> 00:17:40,250 bunda bizim əziz və məzlum ölkəmizi ittiham edəsən; bunlar bu cürdür. 119 00:17:51,970 --> 00:17:59,420 Regionda islami oyanışın əlamətləri müşahidə olunmağa başlayandan bəri isə 120 00:17:59,770 --> 00:18:04,950 konflikt yaratmaq istiqamətində fəaliyyətləri daha da artıb; 121 00:18:06,320 --> 00:18:12,370 bunlar həmişə konflikt və qarşıdurmaları xalqlara ağalıq edə bilmək üçün bir vasitə hesab ediblər. 122 00:18:12,670 --> 00:18:21,020 Bu regionda yeni fikirlərin, yeni islami ideyaların yarandığı, 123 00:18:21,370 --> 00:18:28,970 xalqların oyanaraq dirəniş göstərməyə başladığı hiss olunandan bəri 124 00:18:29,570 --> 00:18:38,020 düşmənlər konflikt yaratmaq üçün göstərdikləri səyləri daha da çoxaldıblar. İranda 125 00:18:39,200 --> 00:18:46,170 İslam dininin bayrağını ucaldan, Quranı rəhbər tutan, İslam dininə əməl etdiyini 126 00:18:46,400 --> 00:18:53,650 iftixarla elan edən, hakimiyyəti, siyasəti, imkanları, ordusu, 127 00:18:54,220 --> 00:18:59,570 silahlı qüvvələri – hər bir şeyi olan 128 00:18:59,700 --> 00:19:06,600 və bütün bunları həm istifadə edən, həm də günbəgün gücləndirən İslam dövləti qurulandan sonra göstərdiyi fəaliyyətlər daha da intensivləşib. 129 00:19:30,400 --> 00:19:40,620 İslam dininin bu cür nüfuz və hörmət qazanmasına qarşı mübarizə aparmaq üçün regionda qarşıdurma yaratmaq səylərini daha da kəskinləşdiriblər. 130 00:19:41,770 --> 00:19:51,200 Çünki müsəlman bir xalqın oyanışına səbəb olan İslam onlar üçün təhlükə mənbəyidir. 131 00:19:51,500 --> 00:20:00,300 Onlar üçün dövləti, ordusu, siyasi aparatı, 132 00:20:00,800 --> 00:20:09,600 maddi imkanları, böyük və mübariz bir xalqı olmayan İslam bütün bunlara malik olan İslamdan fərqlənir. 133 00:20:10,120 --> 00:20:20,220 İslam Respublikasının geniş ərazisi, mübariz bir xalqı, gənc, stimullu, imanlı əhalisi, 134 00:20:21,600 --> 00:20:28,970 zəngin təbii resursları, istedadına görə dünya ölkələri üzrə ortalama göstəricidən yüksəkdə duran insan potensialı var 135 00:20:29,150 --> 00:20:32,670 və bu ölkə elmi-texnoloji inkişafa doğru irəliləyir. 136 00:20:34,170 --> 00:20:43,900 Belə bir İran, əlbəttə ki, onlar üçün təhlükə mənbəyidir, çünki örnəkdir, müsəlman xalqlarına düzgün nümunə göstərir; buna düşməndirlər. 137 00:20:45,170 --> 00:20:53,670 Arabir özlərini yumşaq davranırmış kimi göstərsələr də, yalandır; daxildə həmişə aqresiyaları var. 138 00:20:55,350 --> 00:20:58,150 Bunları anlamaq, bilmək lazımdır; 139 00:20:59,070 --> 00:21:07,100 xalqlar belə bir düşmənlə üzləşməyə hazır olmalıdırlar; elə bir düşmən ki, nə əxlaqı var, nə dini var, 140 00:21:07,850 --> 00:21:22,300 nə də vicdanı; üzdə özünü yaxşı göstərir, amma daxildə sözün tam mənasında bir yırtıcıdır. 141 00:21:23,950 --> 00:21:30,150 Mənim fikrimcə, bu gün ən önəmli hazırlıq müsəlmanların birliyi və bölünməzliyidir. 142 00:21:31,200 --> 00:21:35,870 Müsəlmanlar öz aralarında konflikt və qarşıdurmalardan qəti surətdə çəkinməlidir; 143 00:21:36,450 --> 00:21:45,470 fərqi yoxdur, bütün firqələr, istər sünnisi, istərsə də şiəsi. İslamın bütün firqələri çalışmalıdır ki, 144 00:21:45,920 --> 00:21:54,000 aralarındakı çoxsaylı müştərək məqamların fonunda fikir ayrılıqlarına 145 00:21:55,400 --> 00:22:03,150 göz yumub bir-birinə güzəştə getsinlər. Əzəmətli Peyğəmbərimizin (s) müqəddəs varlığı 146 00:22:03,500 --> 00:22:12,670 müsəlman xalqların bir-birinə qarşı sevgi və bağlılığının başlıca dayaq nöqtəsi olmalıdır. 147 00:22:13,500 --> 00:22:18,650 Peyğəmbəri hamı sevir; əsas məqam, başlıca dayaq nöqtəsi budur. 148 00:22:18,920 --> 00:22:29,070 Qurana bütün müsəlmanlar inanır və diqqət göstərir; eynilə Kəbeyi-Şərifə; 149 00:22:29,420 --> 00:22:37,900 müsəlmanlar arasında müştərək məqamlar gör nə qədər çoxdur! Məhz bu məqamlara diqqət yönəltsinlər. 150 00:22:39,720 --> 00:22:46,220 Düşmənlərin, imperialistlərin regiondakı əlaltılarını tanısınlar. Təəssüflər olsun ki, 151 00:22:46,720 --> 00:22:56,100 müsəlmanların açıq-aşkar düşməni gəlib burda: “Siz bir-birinə düşmənsiniz, İran da sizin üçün təhlükədir” – deyir. 152 00:22:56,670 --> 00:23:05,450 Yəni siz onların düşmənisiniz, onlar da sizin düşməninizdir! Bu sözləri deyən özü düşməndir, bu, açıq-aydın ortadadır, 153 00:23:06,120 --> 00:23:14,420 bəs eşidənlər – üzdə müsəlman olan, müsəlman adı ilə yaşayan və hakimiyyətdə olanlar 154 00:23:14,500 --> 00:23:19,870 onun bu sözlərini nəyə görə qəbul etməlidir? Onun sözünü nə üçün təsdiqləməlidir? 155 00:23:20,000 --> 00:23:26,700 Regiondakı bəzi dövlətlər nəyə görə, təəssüflər olsun ki, 156 00:23:27,520 --> 00:23:38,100 İslam dini və müsəlman ümmətinin açıq-aşkar düşmənlərinin yolu ilə getməlidir? 157 00:23:39,520 --> 00:23:47,120 Mənim öz xalqımıza – ölkədə İslam İnqilabı qələbə çalandan, 158 00:23:47,850 --> 00:23:54,550 İslam Respublikası qurulandan sonrakı bu illər ərzində, 159 00:23:55,200 --> 00:24:01,600 həmçinin ona qədərki inqilabi mübarizə illərində, 160 00:24:01,850 --> 00:24:11,570 doğrudan da, sınaqdan üzüağ çıxmış əziz İran xalqına demək istədiyim budur ki, dahi liderimiz İmam Xomeyninin və inqilabın yolu olan bu yolu 161 00:24:12,350 --> 00:24:22,320 heç vaxt tərk etməyin! Bu yolu davam etdirin! Bizim bu dünyada və mələkut aləmində ehtiram qazanmağımız bu yolu – 162 00:24:23,020 --> 00:24:34,320 Quran və Əhli-Beytə (ə) sevgi və bağlılıq, ilahi hökmlərə qarşı məsuliyyət, 163 00:24:34,970 --> 00:24:49,300 düşmənlərə müqavimət, haqqı bəyan və müdafiə etməkdə heç kəsi və heç nəyi nəzərə almamaq 164 00:24:50,050 --> 00:24:57,800 yolunu davam etdirib-etdirməməyimizdən asılıdır. Əgər xalqımız bu yolu davam etdirsə – əlhəmdulillah, bu günə qədər edib də; 165 00:24:59,120 --> 00:25:08,420 bu günə qədər xalqımız ölkə rəsmilərinin arxasınca gedərək bu qürurverici yolu davam etdirib – 166 00:25:09,220 --> 00:25:14,620 əgər bu yol və bu mübarizə davam etdirilsə, 167 00:25:15,420 --> 00:25:19,200 bu xalqın dünya və axirəti təmin olunacaq, 168 00:25:19,550 --> 00:25:24,400 dünyadakı digər müsəlmanlar da bundan faydalanacaq. 169 00:25:24,570 --> 00:25:33,770 Biz bütün müsəlman ölkələrini və dövlətlərini birgə əməkdaşlığa, bir-birinə kömək etməyə dəvət edirik 170 00:25:34,150 --> 00:25:36,850 və bu, hamının xeyrinə olan bir dəvətdir. 171 00:25:37,520 --> 00:25:42,050 Ümidvarıq ki, Allah-taala İslam ümmətinin bütün nümayəndələrinə, 172 00:25:43,020 --> 00:25:48,770 bütün müsəlman ölkələrinə və xalqlarına 173 00:25:49,020 --> 00:25:57,800 Öz xeyir, mərhəmət və bərəkətini nazil edəcək və inşallah, bu regionda düşmənlərin şərini azaldacaq. 174 00:25:58,270 --> 00:26:01,000 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.