1 00:00:00,460 --> 00:00:02,600 Mərhəmətli və Bağışlayan Allahın adı ilə. 2 00:00:02,760 --> 00:00:10,200 والحمد لله ربّ العالمين والصّلاه والسّلام علي سيّدنا محمّد و آله الطّاهرين 3 00:00:14,300 --> 00:00:27,130 Hökumət həftəsi münasibətilə Nazirlər Kabinetinin çox hörmətli üzvlərini, möhtərəm ölkə başçısını, onun müavinlərini, hörmətli nazirləri 4 00:00:28,230 --> 00:00:35,400 və ölkə miqyasında icraedici hakimiyyətin bütün təmsilçilərini təbrik edirəm. 5 00:00:36,130 --> 00:00:46,700 Cənab prezident tam doğru olaraq qeyd etdi, Hökumət həftəsi ölkənin hər yanında icraedici hakimiyyətə aiddir. 6 00:00:48,830 --> 00:01:02,500 İnşallah, Uca Yaradan sizin hamınızın çəkdiyi bu zəhmətləri mükafatlandırar və gördüyünüz işləri xeyir-bərəkətlə nəticələndirər. 7 00:01:04,930 --> 00:01:12,000 Əziz şəhidlərimiz Rəcayi və Bahonərin xatirəsini də böyük ehtiramla yad edirəm. 8 00:01:13,130 --> 00:01:20,860 Ölkə başçısının da vurğuladığı kimi, bu iki insan, doğrudan da, örnəkdir; müxtəlif cəhətlərdən: 9 00:01:23,730 --> 00:01:30,630 ixlas baxımından, çalışqanlıq baxımından. Əlbəttə, onların illərlə işləmək fürsəti olmadı, 10 00:01:31,200 --> 00:01:39,330 amma necə deyərlər, yaxşı il baharından məlum olar. Onların necə işləməyindən görünürdü ki, 11 00:01:39,700 --> 00:01:46,060 ələcəkdə də işi elə o cür aparacaqlar – xüsusilə də mərhum Rəcayi; düzdür, o, 12 00:01:46,930 --> 00:01:54,460 mərhum Bahonərdən bir qədər çox işləyə bilmişdi – ixlas, həvəs, xalqa yaxınlıq, gərgin iş. 13 00:01:54,560 --> 00:02:04,060 Bu iki əziz insanımızın qanına bais olmuş münafiq və cinayətkar əllərə Allah lənət etsin! 14 00:02:06,430 --> 00:02:16,200 Təəssüf ki, bu gün Qərbin yürütdüyü bəzi siyasətlər o üzüqara qüvvələri təmizə çıxarmağa, 15 00:02:16,600 --> 00:02:23,360 nə yollasa münafiqləri məzlum kimi göstərməyə, 16 00:02:23,760 --> 00:02:28,860 onların ətrafında məzlum imişlər kimi bir atmosfer yaratmağa çalışır; 17 00:02:29,700 --> 00:02:36,400 və əlbəttə ki, buna müvəffəq olmayacaqlar. Onlar ölkədə minlərə adamın qətlinə səbəb olmuş şəxslərdir – 18 00:02:36,900 --> 00:02:44,630 imam-cüməsindən tutmuş bazarda ticarətlə məşğul olanına, gənc tələbəsinə, komitənin qarşısında keşik çəkən əsgərinə, 19 00:02:45,100 --> 00:02:48,730 iftar süfrəsinə oturmuş ailəsinə qədər 20 00:02:49,200 --> 00:02:54,900 və sair, və sair ... minlərlə insan; indi mən sayını dəqiq bilmirəm – 21 00:02:55,360 --> 00:03:02,100 Şəhid Beheşti kimi ölkə prezidentinə, o dövrün şəhid edilmiş başqa görkəmli simalarına 22 00:03:02,400 --> 00:03:11,130 və bu iki böyük şəxsiyyətə qədər. Bütün bunlardan sonra xəbis və qərəzli siyasətlər – 23 00:03:11,500 --> 00:03:21,030 istər xaricdəkilər olsun, istərsə də onların ölkə daxilindəki uzantıları, heyranları – 24 00:03:21,460 --> 00:03:25,130 onları günahsız, məzlum kimi təqdim etmək, 25 00:03:26,200 --> 00:03:35,600 əvəzində isə İmam Xomeyninin o mübarək və nurlu simasına ləkə vurmaq istəyir. İmamın şəxsiyyətinə ləkə vurmaq mümkün deyil. 26 00:03:37,830 --> 00:03:43,860 Əlbəttə ki, indiyə qədər bu cəhdlərində uğursuz olublar və heç şübəsiz, bundan sonra da belə olacaq. 27 00:03:45,260 --> 00:03:52,530 Mən Hökumət həftəsi münasibətilə dövlət rəsmilərimizə onların fəaliyyətinə görə, doğrudan da, təşəkkürümü bildirmək istəyirəm. 28 00:03:52,930 --> 00:03:58,030 Bu gün burda çıxış edən cənablar çox yaxşı hesabatlar təqdim etdi, 29 00:03:58,800 --> 00:04:07,930 həm möhtərəm ölkə başçısının, həm onun birinci müavininin, nazirlərin və prezidentin digər müavinlərinin hesabatları çox yaxşı idi; 30 00:04:08,530 --> 00:04:14,500 onlarda, həqiqətən də, bir sıra müsbət, güclü məqamlar var idi. 31 00:04:15,300 --> 00:04:23,230 Yaxşı olar ki, bütün bunlar sözün tam mənasında ictimaiyyət arasında da inikasını tapsın, xalqın qulağına çatsın. 32 00:04:23,530 --> 00:04:29,200 Qeyd olunduğu kimi, bizim əsas sərmayəmiz xalqdır; 33 00:04:29,900 --> 00:04:35,230 xalqın ümid və etimadı bütün dövlət strukturlarının yardımçısıdır. 34 00:04:36,100 --> 00:04:43,660 Bizim buna ehtiyacımız var. İnşallah, bu iş, yəni hesabatların ictimaiyyətdə inikası Dövlət Teleradiosu tərəfindən həyata keçiriləcək, başqaları da desin ki, 35 00:04:44,160 --> 00:04:49,030 qoy xalq eşitsin, xəbərdar olsun. Mən çəkdikləri zəhmətə görə rəsmilərimizə, həqiqətən də, qədrdanlığımı bildirirəm. 36 00:04:49,330 --> 00:04:58,330 Ölkəni idarə etmək çətin bir işdir. Müsbət məqamların varlığı o demək deyil ki, müxtəlif sahələrdə çatışmazlıqlar, problemlər, 37 00:04:58,830 --> 00:05:05,500 nöqsanlar yoxdur; niyə ki, var, amma ölkəni idarə etmək asan bir iş deyil. 38 00:05:05,500 --> 00:05:14,330 Yadımdadır, hərdən bəziləri İmamın yanına gəlib müxtəlif sahələrdən şikayət-filan edirdilər; 39 00:05:14,630 --> 00:05:21,400 İmam bir cümlə deyirdi: “Ölkəni idarə etmək çətin bir işdir”; bircə bu cümləni deməklə kifayətlənirdi; 40 00:05:21,530 --> 00:05:25,000 doğrudan da, elə bu cürdür. Mən özüm prezident olmuşam, bilirəm, 41 00:05:25,600 --> 00:05:32,000 elə indi də müxtəlif hökumətlərin fəaliyyəti dövründə işlərin gedişindən xəbərim olur; doğrudan da, çətindir. 42 00:05:32,500 --> 00:05:41,060 Ölkənin dörd bir yanındakı bu müxtəliflik, bu qədər geniş ərazi, bu haqlı və bəzən də haqsız – bəzən belə də ola bilər – gözləntilər, 43 00:05:41,800 --> 00:05:52,760 şah diktaturası dövründən bəri uzun illər üst-üstə yığılıb qalmış bu nöqsan və çatışmazlıqlar – bütün bunlar, təbii ki, işi çətinləşdirir. 44 00:05:53,530 --> 00:06:01,330 Zəif cəhətlər var – az sonra mən tədbir görülməsi lazım olduğunu düşündüyüm müəyyən məsələləri qeyd edəcəyəm, 45 00:06:01,630 --> 00:06:07,730 bir neçə başlıq altında müəyyən məqamlara toxunacağam – amma görülən işlər də yaxşı və dəyərlidir. 46 00:06:08,300 --> 00:06:13,160 Günlər də sürətlə keçir; səhv etmirəmsə, builki görüşümüz 47 00:06:13,330 --> 00:06:17,700 sizinlə olan dördüncü görüşümüzdür. 48 00:06:17,900 --> 00:06:25,360 İlk görüşümüz, elə bil, dünən olmuşdu; günlər, ömür bax belədir, 49 00:06:25,900 --> 00:06:32,060 sürətlə ötüb keçir; bu günlərdən, bu saatlardan maksimum istifadə etmək lazımdır. 50 00:06:32,460 --> 00:06:40,000 Mən bütün hökumətlərin – eləcə də cənab Ruhaninin administrasiyasının – işə başladığı ilk ildə 51 00:06:40,330 --> 00:06:47,330 onlara demişəm ki, gözünüzü açıb yumunca bu müddət başa çatacaq. Lakin eyni zamanda 52 00:06:47,460 --> 00:06:55,360 4 il qısa bir vaxt deyil. Misal üçün, tarixdə bizim Əmirkəbir kimi 53 00:06:55,630 --> 00:07:01,930 vur-tut 3 ilə yaxın iş başında olmuş, amma özünü çox parlaq bir şəkildə göstərmiş şəxsiyyətlərimiz olub. 54 00:07:02,330 --> 00:07:08,400 Odur ki 3 il də bir vaxtdır; 4 il heç də qısa bir müddət deyil. 55 00:07:08,800 --> 00:07:16,230 Elə bundan sonra qalan 1 il də eynilə; hazırkı hökumətin qalan 1 ili də 1 ildir, 56 00:07:16,800 --> 00:07:22,300 hər günündə, doğrudan da, bir iş görmək, yeni bir fikir ortaya qoymaq olar. 57 00:07:22,800 --> 00:07:29,100 Mənim xahişim odur ki, bu fürsətdən istifadə edəsiniz 58 00:07:29,430 --> 00:07:34,160 və fəaliyyətinizin son gününə qədər işləyəsiniz; 59 00:07:34,460 --> 00:07:37,860 yəni belə düşünməyəsiniz ki, misal üçün, “daha bu dövlət fəaliyyətini başa vurur, 60 00:07:37,960 --> 00:07:43,930 sabah mən bu vəzifədə ya olacağam, ya olmayacağam...” Belə fikirlər qətiyyən olmamalıdır, 61 00:07:44,500 --> 00:07:50,730 son ana, son saata, son günə qədər işləmək, çalışmaq lazımdır. 62 00:07:51,100 --> 00:07:57,460 Kənar söz-söhbətlərə də baş qoşmayın; belə ki qarşıdan gələn aylarda 63 00:07:57,800 --> 00:08:03,060 artıq tədricən seçki ilə bağlı rəqabət, çəkişmələr başlayacaq; 64 00:08:03,200 --> 00:08:10,000 yəni seçki təbliğatı, seçki mövzusunda söhbətlər, müzakirələr, siyasi məsələlər ortaya çıxacaq; müxaliflər bir şey deyəcək, dəstəkləyənlər bir başqa şey söyləyəcək; 65 00:08:10,760 --> 00:08:15,500 bunlar sizi məşğul etməməlidir, yəni bu məsələlərə qətiyyən fikir verməyin, 66 00:08:16,060 --> 00:08:22,700 öz işinizi görün. Hakimiyyətdə olan administrasiya üçün ən yaxşı təbliğat gördüyü işlərdir. 67 00:08:23,160 --> 00:08:29,860 Siz öz təbliğat kompaniyanızda min cür söz danışsanız belə, 68 00:08:30,200 --> 00:08:38,730 ortaya qoyduğunuz yaxşı bir iş camaata o min sözdən daha güclü təsir göstərəcək. 69 00:08:38,800 --> 00:08:41,600 Yəni əgər xalq iş görüldüyünü müşahidə etsə, öz həyatında bunun təsirini hiss etsə, 70 00:08:41,600 --> 00:08:48,060 bu, dövlət üçün ən gözəl təbliğatdır. Kənar məsələləri və söz-söhbətləri düşünməyin. 71 00:08:49,030 --> 00:08:57,160 Bax elə bu Hökumət həftəsi özü dəyərli bir fürsətdir, qənimət bilmək lazımdır; 72 00:08:57,360 --> 00:09:05,960 həm dövlətdə təmsil olunmayan ziyalılar üçün, həm də dövlətin özündəki rəsmilər üçün; 73 00:09:06,760 --> 00:09:12,300 özlərini, öz işlərini, fəaliyyətlərini bir daha nəzərdən keçirmələri, qiymət vermələri baxımından; 74 00:09:12,560 --> 00:09:15,100 “Doğrusu, insan özü-özünə şahiddir”. (“Qiyamət” surəsi, 14-cü ayə) 75 00:09:15,230 --> 00:09:21,730 Hər bir strukturun rəsmisi özü öz işini başqalarından daha yaxşı dəyərləndirə bilər. 76 00:09:22,000 --> 00:09:30,300 Bəzən ola bilsin ki, biz gördüyümüz işlər haqda danışanda 77 00:09:30,530 --> 00:09:37,860 bir şey iddia edirik, amma öz işimizə bir daha nəzər salıb gözdən keçirəndə görürük ki, özümüzü o qədər də qane etmir; 78 00:09:38,160 --> 00:09:43,430 yəni fikrimcə, bu dəyərləndirmə çox önəmlidir. Eynilə hökumətdə təmsil olunmayan ziyalılar da; onlar da hökumətin gördüyü işləri izləyir; 79 00:09:43,600 --> 00:09:47,800 tənqid etməyin heç bir ziyanı, problemi yoxdur, intəhası tənqid də insaflı olmalıdır. 80 00:09:48,030 --> 00:09:57,730 Tənqid problemli məqamları ortaya qoymaq və həmin düyünlü məsələlərin açılması üçün həll yolu göstərmək deməkdir. 81 00:09:57,930 --> 00:10:02,260 Düzgün tənqid budur və mən düşünürəm ki, bu cür tənqidlər olsa, çox yaxşıdır. 82 00:10:02,430 --> 00:10:08,030 Mən bir daha təkrar edərək vurğulayıram ki, 83 00:10:08,230 --> 00:10:13,100 görülən işlər haqda əhali və ziyalılara məlumat verin, açıqlamalar edin; 84 00:10:13,530 --> 00:10:24,060 şişirtməsiz, mübaliğəsiz; yəni sizin özünüzü həqiqətən qane edən işlər barədə əhalini məlumatlandırın. 85 00:10:24,460 --> 00:10:32,330 Sizin səmimiyyətinizdən, realist yanaşmanızdan, reallığı görə bilməyinizdən xəbər verən o danışıq tərziniz 86 00:10:32,460 --> 00:10:36,360 insanlara təsir edəcək; bu, heç şübhəsiz, belədir. 87 00:10:36,360 --> 00:10:40,030 Mən bugünkü görüşümüzdə vurğulamaq istədiyim bir neçə məsələni başlıq kimi özüm üçün qeyd etmişəm. 88 00:10:40,630 --> 00:10:45,400 Əlbəttə ki, məndən öncə çıxış edən cənablar da onlardan bəziləri ilə bağlı müəyyən məqamlara toxundular. 89 00:10:46,660 --> 00:10:51,060 Bu başlıqlardan birincisi iqtisadiyyatdır; bayaq qeyd olunduğu kimi. 90 00:10:51,430 --> 00:11:01,130 Fikrimizcə, bu gün ölkənin bir nömrəli məsələsi iqtisadiyyatdır, iqtisadiyyat sahəsindəki problem və düyünlərdir, 91 00:11:02,000 --> 00:11:13,400 bunlar öz həllini tapmalıdır. Müqavimət iqtisadiyyatının komandanlıq qərargahından cənab Dr. Cahangiri çox yaxşı bir məruzə ilə çıxış etdi; 92 00:11:13,600 --> 00:11:20,130 düzdür, onun: “Mənim səlahiyyətlərim artmayıb” – deməyi mənim üçün, doğrudan da, yaxşı bir xəbər deyildi. 93 00:11:20,360 --> 00:11:25,730 İstərdim ki, o, sözün həqiqi mənasında komandanlıq etsin. 94 00:11:26,100 --> 00:11:32,030 Cənab prezident də ona həqiqətən etimad göstərir, mən də ona inanıram, 95 00:11:32,430 --> 00:11:39,060 ona görə də yaxşı olar ki, doğrudan da, sözün həqiqi mənasında komandanlıq edə bilsin. 96 00:11:39,060 --> 00:11:43,860 Çünki görülən işlərlə bağlı mənim müəyyən qeydlərim var, az sonra deyəcəyəm. 97 00:11:44,530 --> 00:11:49,930 Mən o hesabata baxdım, hesabat yaxşı bir hesabatdır; istehsala dəstək məqsədilə 200-ə yaxın layihə, 98 00:11:50,560 --> 00:11:57,830 təkliflər paketi və fəaliyyət proqramı işlənib, 2500 yarımçıq layihə özəl sektora həvalə olunub; 99 00:11:58,130 --> 00:12:00,760 bütün bunlar o hesabatda əksini tapır və çox önəmlidir. 100 00:12:01,130 --> 00:12:09,100 Bunlar ortalığa çıxarmağa layiq olan işlərdir, amma bir neçə məqam var: 101 00:12:09,430 --> 00:12:13,430 Birincisi, layihələrin qəti surətdə reallaşdırılması üçün ardıcıl nəzarət olmalıdır; 102 00:12:14,130 --> 00:12:19,760 baxın, biz bir qərar qəbul edirik, ictimaiyyətə də açıqlayırıq, vacibliyini də vurğulayırıq, 103 00:12:20,230 --> 00:12:29,560 amma əgər sona qədər gedib o qərarı reallaşdırmasaq, bu o deməkdir ki, işimiz hələ bitməyib. 104 00:12:30,660 --> 00:12:35,860 İş o zaman tamamlanmış olar ki, 105 00:12:36,260 --> 00:12:45,500 cənab Cahangiri və onun Nazirlər Kabinetindəki həmkarlarının müqavimət iqtisadiyyatının komandanlıq qərargahında gördüyü bütün işlər, 106 00:12:46,130 --> 00:12:51,300 bircə-bircə bütün layihələr reallaşsın, nəticəsini versin; 107 00:12:51,630 --> 00:13:00,530 yəni bu işlərin gedişini addımbaaddım izləmək lazımdır. Bu, birinci məsələ; zənnimcə bu, çox önəmlidir və inşallah, yerinə yetirilməlidir. 108 00:13:01,030 --> 00:13:09,430 İkincisi, ölkədə iqtisadiyyat sahəsində irihəcmli işlər görülür; istər özəl sektor olsun, istərsə də dövlət sektoru. 109 00:13:10,460 --> 00:13:17,100 Ölkədə möhtəşəm işlər görülür, bu gün ölkəmiz iqtisadi fəaliyyətlərlə dolub-daşır. 110 00:13:17,600 --> 00:13:23,900 Rəsmilər əllərindən gələni etməlidirlər ki, bu fəaliyyətlər müqavimət iqtisadiyyatının siyasətlərinə uyğun olsun 111 00:13:24,530 --> 00:13:34,060 və əgər hansısa iqtisadi fəaliyyət həmin siyasətlərlə uyğun gəlmirsə, qarşısı alınmalıdır. Bu, doğrudan da, əsas işlərdən biridir. 112 00:13:34,600 --> 00:13:42,530 İqtisadiyyatın real arenasında – real iqtisadiyyatda – bir çox işlər görülür, 113 00:13:42,700 --> 00:13:49,300 onlardan bəziləri bu siyasətlərə uyğundur, bəziləri isə yox; uyğun olanlar genişləndirilsin, 114 00:13:49,760 --> 00:13:52,530 uyğun olmayanlarn qarşısı alınsın, ən azından dəstək verilməsin; ən azından kömək göstərilməsin. 115 00:13:52,960 --> 00:14:01,360 Mən bizə təqdim olunmuş o layihələrdən bir-ikisi ilə bağlı cənab Hicazi vasitəsilə ismarış yollamışdım ki, 116 00:14:01,560 --> 00:14:10,330 soruşsun görsün, həmin məqamlar, konkret olaraq o işlər müqavimət iqtisadiyyatının siyasətləri içərisində harada yer alır? 117 00:14:10,800 --> 00:14:18,300 Bunu izah edə bilməlidirlər; yəni həyata keçirilən işlərin hər birinin müqavimət iqtisadiyyatının 118 00:14:18,830 --> 00:14:24,160 onlar və dövlət tərəfindən tənzimlənmiş siyasətləri içərisində yeri olmalıdır. 119 00:14:24,560 --> 00:14:33,260 Üçüncü məqam: ölkənin bütün imkan və potensialı işə salınmalıdır. Əlbəttə, sevindirici haldır ki, az öncə bunu qeyd etdilər. 120 00:14:34,700 --> 00:14:42,060 Bu yaxınlarda cənab Höccəti ilə də görüşümüz olmuşdu, cənab Nemətzadənin də çıxışları 121 00:14:42,400 --> 00:14:48,730 mətbuatda və sairdə yayımlanır, eşidirik – düzdür, bu gün onları dinləmək imkanımız olmadı – 122 00:14:49,160 --> 00:14:55,130 özəlliklə sənaye və kənd təsərrüfatı sahəsində, doğrudan da, reallaşdırılmalı işlər çoxdur; 123 00:14:55,330 --> 00:14:59,130 yəni həddən artıq böyük imkan və potensial var. 124 00:15:00,000 --> 00:15:07,300 Kənd təsərrüfatı və meşələrlə bağlı bir məsələ var ki, onu daha sonra cənab Hicazinin özünə deyəcəyəm; 125 00:15:07,500 --> 00:15:13,700 inşallah, bu barədə onunla üzbəüz söhbət edərik. 126 00:15:14,360 --> 00:15:25,830 Dördüncü məqam isə müvafiq diskursun formalaşdırılmasıdır. Baxın, cənab Dr. Səttari öz çıxışında elm, elmi əsaslı iqtisadiyyat, 127 00:15:26,400 --> 00:15:33,430 elmi innovasiyalara əsaslanan şirkətlər və sair bu kimi mövzuları önə çəkdi, vurğuladı – başqa yoldaşlardan da bu məsələlərə toxunanlar oldu – 128 00:15:33,660 --> 00:15:38,160 bu, 10-12 ildir ki, aktual olan bir diskursdan irəli gəlir. 129 00:15:38,500 --> 00:15:45,400 Yəni sürətli elmi inkişaf, dünya üzrə elmi inkişafın ön sıralarında durmaq, 130 00:15:45,760 --> 00:15:53,500 ölkə elmini inkişaf etdirmək və sair bu kimi mövzular daim deyilir, izlənilir, universitetlərdə daim müzakirə olunur 131 00:15:53,830 --> 00:16:00,930 və bir diskursa çevrilirsə, nəticəsi bu olur ki, 132 00:16:01,300 --> 00:16:08,360 misal üçün, bizim burda universitetlərin kollektivləri ilə keçirdiyimiz görüşlərdə – istər tələbələr olsun, istərsə də müəllimlər – 133 00:16:08,560 --> 00:16:14,030 mən bizim vurğuladığımız bu fikirlərin onlar tərəfindən tələb və istək formasında irəli sürüldüyünü görürəm. Bax diskurs budur, 134 00:16:14,430 --> 00:16:19,800 bu, çox yaxşıdır. Bu olarsa, elmi inkişaf da olacaq. 135 00:16:20,060 --> 00:16:24,060 Bu gün biz aerokosmos, nüvə, nano və bio-texnologiyalar 136 00:16:24,260 --> 00:16:29,600 və digər müxtəlif sahələrdə 137 00:16:29,800 --> 00:16:35,830 bir sıra önəmli nailiyyətlər əldə etmişik; bütün bu nailiyyətlər həmin o diskursun mövcudluğundan qaynaqlanır. 138 00:16:36,030 --> 00:16:43,800 Müvafiq diskurs formalaşdırıldıqda hamı o barədə düşünür, yəni hamıda eyni stimul yaranır; 139 00:16:43,930 --> 00:16:49,430 elə bil, böyük, geniş bir prospekt salınır 140 00:16:49,600 --> 00:16:54,960 və hər kəs o prospektlə hərəkət etməyə can atır. Odur ki diskursun formalaşdırılması çox əhəmiyyətlidir. 141 00:16:55,160 --> 00:16:59,860 Əlbəttə, “müqavimət iqtisadiyyatı” deyib təkrar etməklə diskurs formalaşmayacaq; 142 00:17:00,160 --> 00:17:05,860 bu sözü o qədər təkrar etməməliyik ki, 143 00:17:06,000 --> 00:17:12,530 axırda dəyərini itirə. Diskursu izah etməklə, maarifləndirmə işi aparmaqla və sair bu kimi tədbirlərlə yaratmaq lazımdır. 144 00:17:13,560 --> 00:17:25,600 Və növbəti məqam – bunu cənab Cahangiriyə müraciətlə deyirəm – müqavimət iqtisadiyyatı ilə bağlı 145 00:17:25,800 --> 00:17:33,030 mən sıçrayışlı bir iş gözləyirəm. Baxın, iqtisadiyyat sahəsində 146 00:17:33,230 --> 00:17:37,560 hökumətin – iqtisadiyyatla əlaqəli bir neçə nazirliyin 147 00:17:38,360 --> 00:17:45,730 müxtəlif idarə və şöbələrinin – öhdəsinə düşən və gündəlik yerinə yetirdikləri adi, normal işlər var. 148 00:17:46,160 --> 00:17:55,660 Bəli, bu işlər yerinə yetirilməlidir, lakin müqavimət iqtisadiyyatı sahəsində 149 00:17:55,830 --> 00:18:01,830 qeyri-adi, sıçrayışlı bir iş görülməlidir. Misal üçün – mən burda da qeyd etmişəm – 150 00:18:01,930 --> 00:18:07,560 cənab prezident 7000 sənaye müəssisəsinin işə salınmasından danışdı; bu, yaxşıdır. Bax bu, həmin o sıçrayışlı işlərdəndir, 151 00:18:08,400 --> 00:18:15,660 bunu diqqətdə saxlayın. Ölkə başçısı söylədi ki, 7 min sənaye müəssisəsi işə salırıq, lap yaxşı, bu, yaxşıdır; 152 00:18:16,230 --> 00:18:21,860 yəni bu, dövlət strukturlarımızın adi iş fəaliyyətindən yüksəkdə duran bir təşəbbüsdür. 153 00:18:22,860 --> 00:18:29,200 Bu cür sıçrayış xarakterli tədbirləri, 154 00:18:30,130 --> 00:18:37,460 adidən yüksəkdə duran nailiyyətləri diqqətdə saxlayın, bunlar çox yaxşıdır. Bu da növbəti bir məqam; 155 00:18:37,760 --> 00:18:44,100 yəni iqtisadi qurumların adi, gündəlik işləri ilə qane olmayın, onlardan bu cür işlər istəyin. 156 00:18:45,060 --> 00:18:49,900 İqtisadi problemlərlə bağlı qeyd edilməsi lazım olan digər bir məqam isə bundan ibarətdir ki, 157 00:18:50,530 --> 00:18:54,500 bəzi işlər əsaslı xarakter daşısa da, həyata keçirilməsi mümkündür, yəni çətin işlər deyil. 158 00:18:54,500 --> 00:19:03,000 Misal üçün, qərar və tədbirlərin ostanlar arasında bölüşdürülməsi – bayaq qeyd olundu; sevindirici haldır ki, rəsmilərimiz bu barədə artıq düşünürlər – 159 00:19:03,300 --> 00:19:09,760 bu, yaxşı bir işdir, qərar və tədbirlər yalnız bir neçə ostanla bağlı olmamalı, 160 00:19:10,060 --> 00:19:17,500 ostanlar arasında bölüşdürülməlidir. Və ya bank kreditlərinin istehsala yönəldilməsi; o gün mən 161 00:19:18,400 --> 00:19:27,460 hörmətli İqtisadiyyat Nazirinə və cənab Seyfə də dedim ki, 162 00:19:27,460 --> 00:19:35,430 bu gün siz bütün biliyinizi, bütün oxuyub öyrəndiklərinizi bu nəhəng həcmli nağd vəsaitin istehsala yönəldilməsi üçün səfərbər etməlisiniz; 163 00:19:35,760 --> 00:19:41,060 yəni bütün hünərinizi bununla ortaya qoymalısınız. Əgər bu iş reallaşsa, 164 00:19:41,300 --> 00:19:48,100 çox böyük əhəmiyyət kəsb edər və mən bunun tamamilə mümkün olduğunu düşünürəm; yəni işin başında duran yoldaşlar üçün həyata keçirilməsi tam mümkün olan bir işdir. 165 00:19:48,660 --> 00:19:59,100 İxracata dəstək mexanizmləri; bəzən bu cür mexanizmlər olur, amma sabit vəziyyətdə qalmır; azaldılıb-çoxaldılır, dəyişiklikər edilir, 166 00:19:59,360 --> 00:20:03,700 ixracatla məşğul olan şəxslər onlara ümid bağlaya bilmir, ürəkləri həmişə səksəkədə qalır. 167 00:20:03,860 --> 00:20:07,300 İxracat çox ciddi və önəmli bir məsələ olduğuna görə bu sahədəki həvəsləndirici mexanizmlər də önəmlidir. 168 00:20:07,300 --> 00:20:14,300 Kənd təsərrüfatı məhsullarının maya dəyərinin ödənilməsi də mühüm bir məsələdir. 169 00:20:14,830 --> 00:20:20,300 Qaçaqmalçılıqla ciddi mübarizə – bu yolla ölkəyə gətirilən məhsulların məhv edilməsi – məsələsi olduqca önəmlidir. 170 00:20:20,730 --> 00:20:31,560 Doğrudur, bu məsələyə aidiyyəti olan bəzi rəsmilər bizə söylədilər ki, həmin malların bəzilərini reeksport etmək, 171 00:20:31,860 --> 00:20:38,730 yəni geri qaytarıb təzədən ixrac etmək mümkündür. Lap yaxşı, buna sözümüz yoxdur, yəni mən bunu elə burdaca elan edirəm. 172 00:20:39,060 --> 00:20:50,960 Düzdür, mən demişəm ki, qaçaq malları, mütləq, məhv etsinlər, amma bu, xırda-para qaçaqmalçılıq hallarına şamil olunmur; 173 00:20:51,300 --> 00:20:56,960 mən qaçaqmalçılıqla məşğul olan bandaları, ölkə bazarına təsir göstərən böyük işləri nəzərdə tuturam. 174 00:20:57,360 --> 00:21:03,400 Bürokratiya məsələsi də köhnə mövzulardandır, indi bir daha təkrara yol vermək istəmirəm. 175 00:21:03,800 --> 00:21:08,400 Bəzən bürokratiya o qədər kəskin formada olur ki, 176 00:21:08,830 --> 00:21:17,700 biznesmenlərin, investorların bir iş görməyə artıq hövsələsi qalmır. 177 00:21:18,130 --> 00:21:22,500 Önəmli məsələlərdən biri də elmi əsaslı iqtisadiyyata ciddi dəstək verilməsidir; 178 00:21:22,630 --> 00:21:29,130 əlhəmdulillah, cənab Səttari bayaq öz çıxışında əslində etiraf etdi ki – bu, müəyyən mənada bir etiraf idi – 179 00:21:29,460 --> 00:21:33,660 ona hər kəs kömək göstərir; köməyə, doğrudan da, ehtiyac var; 180 00:21:33,830 --> 00:21:40,360 Prezidentin Elmi Məsələlər üzrə Müavinliyinə hamı kömək etməlidir, bütün strukturlar yardımçı olmalıdır. 181 00:21:40,660 --> 00:21:45,730 Əgər doğrudan da, belədirsə, hamı sizə kömək edirsə, lap yaxşı, əlhəmdulillah. 182 00:21:46,230 --> 00:21:53,630 Biz elmi innovasiyalara əsaslanan iqtisadiyyat məsələsinə ciddi yanaşmalıyıq, elmi əsaslı şirkətləri, həqiqətən, ciddiyə almalıyıq. 183 00:21:53,960 --> 00:22:02,860 Hazırda, demək olar, ölkədə işləməyə hazır olan milyonlarla gənc var ki, 184 00:22:03,060 --> 00:22:08,560 əgər onlara bir kömək göstərilsə, həqiqətən də, bu müstəvidə irəli gedə, müxtəlif sahələri fəallaşdıra bilərlər. 185 00:22:08,730 --> 00:22:17,200 Eşitdiyimə görə, bəzi hallarda hətta dövlət sektorunda da bəziləri - Cənab prezident bu məsələ ilə yaxından maraqlansa, çox yaxşı olar - 186 00:22:17,730 --> 00:22:26,330 xaricilərdən, rəsmilər demişkən, layihələr qəbul edir, onlara vəsait xərcləyirlər, 187 00:22:26,560 --> 00:22:31,260 amma ölkə daxilində bu işi həyata keçirə biləcək elmi əsaslı şirkətlərə maliyyə ayırmırlar! 188 00:22:31,260 --> 00:22:35,600 Yəni bizə çatan məlumat belədir, inşallah ki, həqiqətə uyğun deyil, 189 00:22:35,930 --> 00:22:43,160 amma belə bir məlumat var. Mənim fikrimcə, bu kimi məsələlər önəmlidir, onlarla maraqlanmaq, araşdırıb baxmaq lazımdır. 190 00:22:43,630 --> 00:22:55,430 Bu, elmi innovasiyalara əsaslanan iqtisadiyyat barədə. Və kəndlər məsələsi. Bu barədə çox şey demək olar, amma vaxtımız azdır. 191 00:22:56,100 --> 00:23:02,060 Mənim burda özüm üçün qeyd etdiyim və toxunmaq istədiyim digər bir başlıq xarici siyasət məsələsidir. 192 00:23:02,560 --> 00:23:09,100 Bəli, bu, əvvəldən cənab Dr. Ruhani administrasiyasının prioritetlərindən olub; 193 00:23:09,460 --> 00:23:17,400 həm təbliğatında, həm dövlətin atdığı addımlarda; bu, önəmli bir məsələ idi, bəli, mən də razıyam. 194 00:23:17,560 --> 00:23:27,160 Mən əvvəllər də həmişə diplomatik fəaliyyətlərin effektivliyinə inanmışam və bu sahədə çalışıb iş görməyin vacib olduğunu düşünmüşəm. 195 00:23:29,100 --> 00:23:37,400 Burda bir neçə məqam var: birincisi, biz öz diplomatik gücümüzün dünya miqyasında bölgüsünü düzgün aparmalıyıq. 196 00:23:37,900 --> 00:23:47,330 Yəni Asiya ərazisinin genişliyinə və bu qitənin potensialına uyğun olaraq, Asiyanın payı Asiyaya yönəldilməlidir; 197 00:23:48,200 --> 00:23:58,660 eynilə Afrikanın payı, eynilə Latın Amerikasının payı. Odur ki diplomatik fəaliyyətlərimizi düzgün, hər bir regiona münasib bir şəkildə paylaşdırmalıyıq. 198 00:23:58,930 --> 00:24:05,430 Digər bir məsələ budur ki, biz hər yerdə fəal diplomatik mövqe tutmalıyıq. 199 00:24:05,560 --> 00:24:13,130 Yəni regionumuzdakı kimi proseslərdə – bu gün çox mürəkkəb, dolaşıq proseslər gedir; 200 00:24:13,660 --> 00:24:20,860 regionumuzun problemləri, Suriya, İraq, Livan və Şimali Afrikada gedən proseslər, 201 00:24:21,260 --> 00:24:28,860 bu tərəfdən şərqdə Əfqanıstan, Pakistan və sair; həddən artıq mürəkkəbdir; 202 00:24:29,530 --> 00:24:38,560 burda çox qarışıq, ziddiyyətli, bir-birinə təsir göstərən siyasətlər gedir – 203 00:24:38,560 --> 00:24:48,000 belə bir şəraitdə diplomatiya meydanına böyük diqqət və sayıqlıqla, iş görməyə, fəallıq göstərməyə, 204 00:24:48,600 --> 00:24:54,760 proseslərə təsir etməyə qadir bir şəkildə daxil olmaq lazımdır. Əlhəmdulillah, müəyyən yerlərdə bizim diplomatik iştirakımız məhz bu şəkildə olub. 205 00:24:55,160 --> 00:25:02,230 Sözügedən mövzu ilə bağlı üçüncü məqam diplomatiyanın potensialından iqtisadiyyat üçün istifadə etməkdir. 206 00:25:03,300 --> 00:25:11,730 İqtisadi qurumlar iqtisadi məsələlərlə bağlı Xarici İşlər Nazirliyi ilə daim əməkdaşlıq etməlidir. 207 00:25:11,830 --> 00:25:22,530 Məgər biz demirik ki, tutalım, filan ölkədən filan innovativ texnologiya gətirilsin, 208 00:25:23,060 --> 00:25:32,360 yaxud filan ölkəyə ixracat edilsin – ixracata böyük önəm veririk – yaxşı, bütün bu işlərdə Xarici İşlər Nazirliyi mehvər olmalıdır. 209 00:25:32,660 --> 00:25:40,100 Belə hallar barədə eşitmişik, görmüşük ki, bir ölkədə hansısa nazirlik iqtisadi danışıqlar aparır, 210 00:25:40,330 --> 00:25:46,300 Xarici İşlər Nazirliyininsə bundan xəbəri belə yoxdur! Bu, ziyandır, təmiz ziyandır. 211 00:25:47,130 --> 00:25:58,130 Əlbəttə, bu, ikitərəfli bir vəzifədir, yəni həm iqtisadi qurumlar XİN-lə bu sahədə çiyin-çiyinə verib əməkdaşlıq etməlidir, 212 00:25:58,400 --> 00:26:03,460 həm də XİN bu iş üçün oturub fəaliyyət proqramı hazırlamalıdır. 213 00:26:03,630 --> 00:26:10,100 Yəni xüsusi bir sfera olaraq iqtisadiyyatla bağlı planlama işləri aparmalı, fəal surətdə iş görməlidirlər; əlbəttə ki, formal olaraq XİN-də 214 00:26:10,330 --> 00:26:18,330 iqtisadiyyat sektoru var; yəni keçmişdən də olub. Bu da bir məqam. Diplomatiya aləmində yalnız açıq-aydın, imzalı, 215 00:26:18,660 --> 00:26:26,600 təsbit edilmiş, lazım gələrsə sənədilə sübut edə biləcəyin işlərə etimad göstərmək olar. 216 00:26:27,130 --> 00:26:35,360 Ölkəmizin xarici əlaqələrində bu çox önəmlidir, bu məsələyə diqqət yetirmək lazımdır. 217 00:26:36,330 --> 00:26:43,930 Əlbəttə, Birgə Kompleks Tədbirlər Planı məsələsi də xarici siyasətimizin bir hissəsidir. Mən BKTP barədə bu günə qədər çox danışmışam, 218 00:26:44,230 --> 00:26:50,760 ona görə də indi bu mövzunu açmaq istəmirəm. Ölkə başçısı cənab Dr. Ruhani ilə də 219 00:26:50,960 --> 00:26:59,930 bu barədə, demək olar ki, ardıcıl olaraq həmişə bu barədə söhbətlərimiz olurdu, indi də olur. 220 00:27:00,100 --> 00:27:06,200 Hər halda, BKTP ilə bağlı mən bu gün onu qeyd etmək istərdim ki, 221 00:27:06,560 --> 00:27:15,030 qarşı tərəfin, xüsusilə də Amerikanın öz sözünə, bağladığı sazişlərə nə qədər dönük olduğunu nəzərə almalıyıq. 222 00:27:15,560 --> 00:27:21,460 Qarşı tərəfin dönüklüyünə, cığallığına və xəyanətlərinə 223 00:27:21,860 --> 00:27:28,330 əsla hansısa yolla izah verib haqq qazandırmaq fikrinə düşməməliyik. 224 00:27:28,560 --> 00:27:34,930 Amerika dönüklük edir – indi daha bu dəqiqdir; amerikalılar dönüklük edirlər – 225 00:27:35,400 --> 00:27:39,360 bu dönüklüyü nəzərə almalı, diqqətli olmalıyıq. 226 00:27:39,660 --> 00:27:46,660 Və təcrübə əldə etməliyik; ola bisin, tutalım, düşünəsiniz ki, 227 00:27:46,960 --> 00:27:53,000 Amerikada, yaxud hansısa başqa bir ölkədə bu və ya digər bir hökumət bizə nəsə vəd edir, nəsə söz verir; 228 00:27:53,430 --> 00:27:57,560 bu vədlərə və bu kimi şeylərə inanmaq olmaz, əsla. 229 00:27:57,730 --> 00:28:03,530 O, vəd edir, lap yaxşı, siz də bir vəd edin. Bir nəfər xəlifəyə bir şeir yazır, 230 00:28:03,900 --> 00:28:11,300 xəbər göndərir, saraya gəlib şeirini oxuyur. Xəlifə də deyir ki, ona filan qədər qızıl – 231 00:28:11,730 --> 00:28:19,200 misal üçün, 100 min dinar – versinlər. Bunu bir kağıza yazıb şairə verir və deyir get pulunu al. 232 00:28:19,530 --> 00:28:26,960 Şair xəzinədarın yanına gedib kağızı verir, 100 min dinarını istəyir. Xəzinədar soruşur ki, bu mükafatı nəyə görə almısan? Cavab verir ki, şeir demişəm. 233 00:28:27,300 --> 00:28:33,360 Deyir, şeir demisən, lap yaxşı, sən bir şeir demisən, onun xoşuna gəlib, o da bunu yazıb, sənin xoşuna gəlib. Ödəşmisiniz, dur çıx get! 234 00:28:33,700 --> 00:28:37,930 Yəni belədir: o, nəsə deyir, vəd edir ki, bizim xoşumuza gəlsin, 235 00:28:38,100 --> 00:28:44,360 biz də bir vəd edək ki, ona xoş gəlsin; amma ona nağd heç nə verməyək ki, 236 00:28:44,760 --> 00:28:50,500 sonra da əlində qalıb: “Görəsən, hesabında düz olacaq, 237 00:28:50,760 --> 00:28:53,900 borcunu qaytaracaq, ya yox?” – deyə fikir çəkməyək. 238 00:28:54,500 --> 00:29:02,030 Hər halda, mən BKTP məsələsində gecə-gündüz, doğrudan da, zəhmət çəkib iş görmüş hər kəsə 239 00:29:02,400 --> 00:29:06,260 təşəkkürümü bildirirəm. Mənim BKTP ilə bağlı tənqidlərim var, 240 00:29:06,630 --> 00:29:13,930 iradlarım var, bunu da demişəm; sizə də demişəm, ictimaiyyətə də açıqlamışam, intəhası bu iradlar qarşı tərəflə bağlıdır, 241 00:29:14,230 --> 00:29:21,930 özümüzünkülərə aid deyil. Bizimkilər zəhmətlərini çəkib bacardıqlarını ediblər, 242 00:29:22,260 --> 00:29:27,400 amma qarşı tərəf namərd, xəbis biridir. 243 00:29:28,060 --> 00:29:31,160 Mənim burdakı qeydlərim arasında yer alan üçüncü başlıq elm və texnologiyadır; 244 00:29:31,900 --> 00:29:41,100 ölkəmizin elm və texnologiya sahəsində inkişaf edib irəli gedə bilməsi üçün bizim ehtiyacımız olan şey 245 00:29:41,300 --> 00:29:50,360 budur ki, elm və texnologiya məsələsi ölkəmizdə aktual bir mövzu olsun. 246 00:29:51,500 --> 00:29:59,130 Yəni bu gün ölkəmizin söykəndiyi 3 əsas sütundan, 3 başlıca amildən biri 247 00:29:59,330 --> 00:30:05,460 və ola bilsin ki, elə ən önəmlisi elm və texnologiyadır. 248 00:30:05,660 --> 00:30:12,130 Doğrudur, Allaha şükürlər olsun ki, bu sahədə gözəl nailiyyətlərimiz var; səy göstərilib, işlər görülüb, diqqət yetirilib, 249 00:30:12,660 --> 00:30:18,460 amma hazırda bu sferada inkişaf tempimiz azalıb. Mən çıxışlarımda bunu demişəm, 250 00:30:18,600 --> 00:30:24,630 cənab Dr. Fərhadi də mənə bir hesabat göndərib ki, yox, belə deyil, inkişafımız yaxşıdır. 251 00:30:24,960 --> 00:30:30,530 Sözüm yoxdur, mən də bilirəm, onun göndərdikləri mənim üçün yeni bir şey deyildi. 252 00:30:30,700 --> 00:30:37,030 Mənim dediyim və diqqətə alınmayan məsələ sürət tempi idi; elmi inkişafın sürət tempi. 253 00:30:37,230 --> 00:30:43,060 Baxın, biz qarşımızda duran tərəflərdən, rəqiblərimizdən xeyli geriyik. 254 00:30:43,560 --> 00:30:50,300 Əgər biz ona çatmaq istəyiriksə, onun getdiyi sürətlə getsək, aramızda olan bu məsafə həmişə qalacaq. 255 00:30:51,030 --> 00:30:57,560 Biz ondan bir neçə dəfə artıq sürətlə irəli getməliyik ki, ona çata, 256 00:30:58,060 --> 00:31:02,100 yaxud bəzən onu keçə bilək; mənim dediyim budur. 257 00:31:02,500 --> 00:31:10,130 Bir neçə il bizdə bu sürət tempi oldu. Sürət varsa, bu, yaxşı, bəyənilən bir şeydir; amma hazırda bu sürət tempi azalıb; 258 00:31:10,600 --> 00:31:15,130 mən bunu deyirəm. Cənab Dr. Fərhadi bax buna diqqət yetirməlidir. 259 00:31:15,230 --> 00:31:21,800 Hər halda, mənim diqqətimi çəkən məqam budur; yəni elmi inkişafın sürət tempini artırmalısınız; 260 00:31:21,960 --> 00:31:25,860 yoxsa mən də bilirəm ki, inkişaf var, irəli gedirik, çox yaxşı nailiyyətlər əldə edirik, bu, təbiidir, 261 00:31:26,030 --> 00:31:33,900 amma adi inkişaf kifayət deyil. Dünyaya səs salan, 262 00:31:34,060 --> 00:31:42,730 kimlərdəsə bizə qarşı həsəd oyadan, kimlərisə narahat edən məhz bizim o sürət tempimiz olmuşdu. Bizim elmi inkişafımız dünyada bəzilərində narahatlıq yaratmışdı. 263 00:31:43,300 --> 00:31:48,260 Bu ona görə idi ki, sürət tempimiz yaxşı idi. 264 00:31:48,660 --> 00:31:54,000 Elmi innovasiyalara əsaslanan şirkətlər məsələsinə də ki, toxunduq. 265 00:31:54,230 --> 00:31:57,860 Çox şükür ki, prezidentin elmi məsələlər üzrə müavini razıdır; 266 00:31:58,400 --> 00:32:04,030 mən burda qeyd etmişəm ki, “dövlət qurumlarından dəstək almırlar”, amma indi o dedi ki, dəstək alırlar; 267 00:32:04,030 --> 00:32:10,360 lap yaxşı, əgər siz razısınızsa, daha biz nə deyə bilərik? Biz də sizin dərdinizi çəkirik. 268 00:32:11,560 --> 00:32:19,300 Elmi inkişaf diskursu da davam etdirilməlidir, yəni bunun dayandırılmasına imkan verməməlisiniz. 269 00:32:20,100 --> 00:32:26,330 Siz hamınız – bütün dostlarımız – universitetlərdə çalışırsınız. Əvvəla, mənim tövsiyəm budur ki, 270 00:32:26,560 --> 00:32:30,360 rəsmilərimiz universitetlərlə əlaqəni kəsməsinlər; 271 00:32:30,560 --> 00:32:36,700 yəni universitetlərlə gediş-gəlişləri olsun. Harada olsanız, hansı universitetin kollektivi ilə istənilən şəraitdə görüşsəniz, 272 00:32:36,700 --> 00:32:46,230 elmi inkişaf diskursu, elmi innovasiyalar yaratmağın vacibliyi, elmi inkişafın sürət tempini artırmaq və bu kimi mövzuları vurğulayın. 273 00:32:46,500 --> 00:32:52,560 Elə olsun ki, hər bir tələbə, hər bir universitet müəllimi, hər bir elmi tədqiqatçı 274 00:32:52,930 --> 00:33:03,000 bunun onun öhdəsinə düşən bir vəzifə olduğunu, bu işi həyata keçirməli olduğunu hiss etsin. Bu da belə. 275 00:33:03,200 --> 00:33:11,800 Elmi tədqiqatlara ayrılan büdcə ilə də bağlı bir məqama toxunaq: əvvəla, elmi tədqiqatların büdcəsi azdır, ikincisi, heç o ayrılan məbləğ də verilmir. 276 00:33:12,330 --> 00:33:19,200 Düzdür, mən administrasiyalardan birindən – yadımda deyil, cənablardan hansı idi – 277 00:33:19,460 --> 00:33:26,330 elmi tədqiqatların büdcəsinin yüzdə 1.5, 2, 278 00:33:26,930 --> 00:33:31,430 maksimum 3 faizə çatdırılacağı barədə vəd almışdım, nə isə, 1.5 faiz olacağına söz veriblər. 279 00:33:31,560 --> 00:33:38,460 Sonradan universitet müəllimləri gəlib burda çıxış edəndə bildirdilər ki, nə 1.5, nə 2, nə 3? 0.6, 0.5 faizdən danışın, 280 00:33:38,900 --> 00:33:49,460 heç onun da hamısını vermirlər! Yaxşı, elə olsun ki, elmi tədqiqatlar üçün ayrılan büdcə verilsin. 281 00:33:49,960 --> 00:33:58,930 Universitetlərlə sənaye müəssisələri arasında əlaqənin olması da vacib məsələlərdəndir. Mən illər öncədən bu məsələni vurğulayıram, 282 00:33:59,160 --> 00:34:07,160 buna çox israr etmişəm. Allah onun atasına – mərhum Dr. Ebtekara rəhmət etsin, bura gəlmişdi, 283 00:34:07,460 --> 00:34:12,600 ona dedim ki, ölkə başçısından bunu istəmişəm. Söylədi ki, çox yaxşı, 284 00:34:12,960 --> 00:34:18,930 bizim işimizin əsas düyünlü yeri bax elə budur. O dedi ki, əsas məsələ budur. 285 00:34:19,100 --> 00:34:24,700 Nə isə, ömür vəfa etmədi; Allah mərhum Ebtekara rəhmət etsin! 286 00:34:24,860 --> 00:34:32,300 Hər halda, bu, önəmli bir məsələdir, hər iki tərəf üçün həvəsləndirici tədbirlər görmək lazımdır: 287 00:34:32,900 --> 00:34:37,760 həm elmi tədqiqatlara pul xərcləyən sənaye müəssisələri üçün – 288 00:34:38,000 --> 00:34:43,800 hər halda, əgər sənaye universitetlərin elmi araşdırmalarından istifadə etmək istəyirsə, xərc çəkir; 289 00:34:44,200 --> 00:34:49,400 bu xərci nəzərə alın; ya vergi güzəştlərinin içərisində, yaxud da buna bənzər başqa bir mexanizmlə – 290 00:34:49,700 --> 00:34:57,400 həm də elmi tədqiqat mərkəzləri, tədqiqat universitetləri və sair üçün; 291 00:34:57,530 --> 00:35:01,900 hər iki tərəfi bir-birinə yaxınlaşmağa həvəsləndirmək lazımdır. 292 00:35:02,130 --> 00:35:07,200 Mənim toxunmaq istədiyim digər bir önəmli mövzu təhlükəsizlikdir. 293 00:35:07,400 --> 00:35:12,900 Allaha şükürlər olsun ki, bu gün ölkəmiz möhkəm bir təhlükəsizlik divarı arxasındadır. 294 00:35:13,230 --> 00:35:16,130 Baxın görün ətrafımızda nələr baş verir. 295 00:35:16,360 --> 00:35:22,800 Şərqdən Əfqanıstandakı o hadisələr, Pakistan və sair; 296 00:35:23,330 --> 00:35:31,130 qərbimizdə qonşu ərəb ölkələri, İraq, Suriya, Yəmən, 297 00:35:31,760 --> 00:35:40,860 Qərbi Asiya regionunda baş verən o hadisələr, həmçinin ətrafımızdakı Liviya, 298 00:35:41,200 --> 00:35:48,300 Misir və digər yerlərdə gedən proseslər. Bütün bunlara nəzər salanda insan, Allaha şükür, bu gün ölkəmizdə mövcud olan təhlükəsizliyin 299 00:35:48,460 --> 00:35:51,460 nə qədər böyük bir nemət olduğunu anlayır. 300 00:35:51,860 --> 00:36:02,660 Xoşbəxtlikdən, bu gün təhlükəsizlik qüvvələrimiz ölkəmizi güclü bir sipər kimi əhatə edərək risklərdən qoruyur, 301 00:36:02,660 --> 00:36:08,500 xalqımız təhlükəsizlik baxımından rahat yaşayır. 302 00:36:08,730 --> 00:36:15,330 Məncə, rəsmilərin xalqla söhbətlərində vurğulamalı, camaata xatırlatmalı olduğu məqamlardan biri də budur: 303 00:36:15,560 --> 00:36:21,030 təhlükəsizlik. Çünki “İnsan ona verilmiş iki neməti xatırlamaz, qədrini bilməz: sağlamlıq və təhlükəsizlik”. 304 00:36:21,200 --> 00:36:25,500 Nə qədər ki əmin-amanlıqdır, heç kəs təhlükəsiz şəraitdə yaşadığının fərqinə varmır. 305 00:36:26,160 --> 00:36:32,300 Təsəvvür edin ki, evindən işinə gtmək istəyəsən, təhlükəli ola, məktəbə getmək istəyəsən, təhlükəli ola, 306 00:36:32,300 --> 00:36:35,560 ali məktəb təhlükəli ola, bu şəhərdən o şəhərə getmək üçün təhlükə hiss edəsən. 307 00:36:36,230 --> 00:36:44,230 Əlhəmdulillah, bu gün ölkəmizdə təhlükəsizlik var və bu, bizim hərbi və polis qüvvələrimizin çəkdiyi zəhmətin nəticəsidir. 308 00:36:44,560 --> 00:36:48,300 Onlara həqiqətən də təşəkkür etmək, dəstək vermək lazımdır. 309 00:36:48,600 --> 00:36:58,760 Mənim fikrimcə, burda 3 sfera daha artıq diqqət tələb edir; 310 00:36:58,760 --> 00:37:07,100 birincisi, xalqın özünün təşkil etdiyi müdafiə səddidir və düşünürəm ki, əsas olan da elə budur, xalqın dini-inqilabi ruhiyyəsidir. 311 00:37:07,460 --> 00:37:13,960 Ölkənin təhlükəsizliyini qoruyan 3 başlıca elementdən biri 312 00:37:14,230 --> 00:37:19,900 xalqın dini-inqilabi ruhiyyəsidir. 313 00:37:20,100 --> 00:37:26,760 Yəni bizim təhlükəsizlik qüvvələrimizi öz işlərini düzgün yerinə yetirməyə ürəkləndirən, həvəsləndirən məhz camaatın dini-inqilabi ruhiyyəsidir. 314 00:37:26,930 --> 00:37:28,460 Qorumalı olduğumuz amillərdən biri budur. 315 00:37:28,460 --> 00:37:34,400 Digər bir sfera ölkəmizin təhlükəsizlik strukturları, hərbi və polis sistemidir. 316 00:37:34,660 --> 00:37:40,860 Bunları təşviq və təqdir etmək, dəstək vermək lazımdır. Onlar, həqiqətən də, işləyir. 317 00:37:41,530 --> 00:37:45,000 Diqqətlə yanaşmalı olduğumuz üçüncü sfera isə təhlükəsizliyimizin maddi-texniki bazasıdır, 318 00:37:45,460 --> 00:37:52,330 o görülən işlərdir, cənab Dr. Ruhaninin bir neçə gün öncə gedib 319 00:37:52,430 --> 00:37:58,530 baxış keçirdiyi o raketlərdir. Bunlar önəmlidir, çox önəmlidir, ölkənin təhlükəsizliyinin qorunmasına böyük təsiri var. 320 00:37:59,230 --> 00:38:03,300 Ölkənin özünü müdafiə etmək iqtidarında olmağı 321 00:38:03,630 --> 00:38:07,400 və başqalarının da bizdə bu müdafiə gücünün olduğunu bilməyi 322 00:38:07,630 --> 00:38:12,430 çox əhəmiyyətlidir. Görün, bizim almaq istədiyimiz “S 300” məsələsində 323 00:38:12,660 --> 00:38:17,860 nə qalmaqal yaradıb, ardınca da necə hərəkətə keçdilər?! 324 00:38:18,100 --> 00:38:23,030 Bu işin baş tutmaması üçün Rusiyaya nə qədər get-gəl etdilər?! 325 00:38:23,160 --> 00:38:31,700 Halbuki “S 300” hansısa şəhəri vurmaq üçün deyil, hücumçudan müdafiə olunmaq üçündür. 326 00:38:32,200 --> 00:38:36,300 Bax belədir, düşmən ölkəmizin özünü müdafiə etmək iqtidarında olmağına dözə bilmir, 327 00:38:36,960 --> 00:38:40,300 sizin müdafiə qabiliyyətinə malik olmağınızı həzm edə bilmir. 328 00:38:40,730 --> 00:38:47,560 Odur ki əsas işlərdən biri bizim müdafiə sahəsində öz maddi-texniki bazamızı möhkəmləndirməyimizdir. 329 00:38:47,900 --> 00:38:52,800 Bu 3 amildən – xalqın ruhiyyəsi, 330 00:38:53,260 --> 00:38:59,230 təhlükəsizlik qüvvələrinin təşkilati gücünün qorunması və möhkəmləndirilməsi 331 00:38:59,630 --> 00:39:04,960 və maddi-texniki baza – bunlardan hansı zəifləsə, bizim ziyanımızadır 332 00:39:05,300 --> 00:39:09,700 və bunlardan birini zəiflədən şəxs ölkənin ziyanına addım atmışdır. 333 00:39:10,130 --> 00:39:12,830 Mənim qeydlərim arasındakı 5-ci başlıq mədəniyyətdir. 334 00:39:13,760 --> 00:39:17,730 Mədəniyyət ölkəmizin çox mühüm prioritetidir. 335 00:39:18,530 --> 00:39:28,500 Mədəniyyət ədəbiyyatdan, incəsənətdən tutmuş həyat tərzinə, ümumi mədəniyyətə, ictimai etika və davranışa qədər hər şeyi əhatə edir. 336 00:39:29,060 --> 00:39:36,600 Bütün bu sahələrdə bizim öhdəmizə müəyyən vəzifə və məsuliyyət düşür. Mədəniyyət qurumlarımızın məsuliyyəti, həqiqətən də, böyükdür. 337 00:39:37,360 --> 00:39:46,800 Misal üçün, filmlər, kino, teatr; bütün bunlara diqqət və nəzarət olmasa, gör nələr olar! Mən 338 00:39:46,960 --> 00:39:52,830 bu sferalarda təzyiqlərin, sərt senzuranın, düşüncə sərbəstliyini boğmağın tərəfdarı deyiləm, bilirsiniz, 339 00:39:53,500 --> 00:40:00,260 azad düşüncəyə həddən artıq inanıram, amma azad düşüncə dinə, mənəviyyata qarşı laqeydlik demək deyil. 340 00:40:00,960 --> 00:40:06,330 Düşmənin “azad düşüncə” və “azad əməl” adı ilə 341 00:40:06,600 --> 00:40:10,400 ölkəyə zərbə vurmasına imkan vermək olmaz. 342 00:40:10,760 --> 00:40:15,130 Bu gün ölkə üçün görülən yaxşı işlərin ən böyük qisminə imza atanlar 343 00:40:15,630 --> 00:40:22,030 məhz bizim gənc və mömin inqilabçı qüvvələrimizdir. Elə o elmi əsaslı şirkətlər, cürbəcür nailiyyətlər, 344 00:40:22,130 --> 00:40:26,760 işlər, fəaliyyətlər – bütün bunlar daha çox mömin gənclər tərəfindən həyata keçirilir. 345 00:40:26,930 --> 00:40:34,630 İndi təsəvvür edin, elə bir film istehsal oluna ki, bu gənclərin imanının kökünə möhkəm bir balta vura; yaxşı olar? 346 00:40:35,160 --> 00:40:42,230 Belə bir şeydən təhlükə hiss etmək lazım deyil? Burda məsələnin iki tərəfi var: hücum və müdafiə. 347 00:40:42,760 --> 00:40:50,530 Mədəniyyət sahəsində biz həm hücum baxımından zəifik, həm də müdafiə baxımından. 348 00:40:50,630 --> 00:41:00,760 Mənim fikrimcə, bu sferalarda iş görmək lazımdır. Xəmiri dinlə, inqilabla yoğrulmuş mədəniyyət bizim əsas işimizdir 349 00:41:01,860 --> 00:41:09,400 və onunla, həqiqətən də, məşğul olmalıyıq. Mədəni məhsullar, kitablar, kinolar, teatr, şeir, mətbuat, 350 00:41:09,760 --> 00:41:14,360 həmçinin görkəmli mədəniyyət xadimləri – hamısını diqqətdə saxlamaq lazımdır. Misal üçün, elə mədəniyyət xadimi var ki, 351 00:41:14,630 --> 00:41:21,560 bütün ömrünü inqilabın yolunda qoyub, elə mədəniyyət xadimi də var ki, 352 00:41:21,930 --> 00:41:29,330 tapdığı hər fürsətdə inqilaba zərbə vurub. Siz bu ikisi ilə necə davranardınız? 353 00:41:29,600 --> 00:41:34,000 Siz dövlət rəsmiləri, mədəniyyət qurumlarının rəsmiləri, 354 00:41:34,660 --> 00:41:42,830 yaxud misal üçün, İrşad Nazirliyinin, Elmlər Nazirliyinin və ya İslam Təbliğatı Komitəsinin rəsmiləri – 355 00:41:42,830 --> 00:41:47,630 təkcə dövlət strukturlarına aid deyil, eynilə başqaları da – yaxud “Səda və sima” Dövlət Teleradiosu, 356 00:41:48,100 --> 00:41:52,660 bu iki insana münasibətiniz, onlara qarşı davranış şəkliniz necədir? Bu, çox önəmlidir. 357 00:41:53,000 --> 00:42:02,430 Görəsən, ömrünü dinə və inqilaba xidmətə sərf edən o şəxs sizin gözünüzdə ömrü boyu 358 00:42:03,300 --> 00:42:09,500 din və inqilab yolunda bir addım belə atmamış, bəzən hətta bunlara zərbə vurmuş, 359 00:42:09,860 --> 00:42:16,560 xəncər saplamış o biri şəxsdən daha üstün və hörmətəlayiqdirmi? Axı bunlar çox əhəmiyyətlidir, bunlar diqqət yetirilməsi vacib olan məqamlardır. 360 00:42:16,800 --> 00:42:25,300 Əgər biz bu məqamlara diqqət yetirməyib ətrafdakıların təsiri altına düşərək, misal üçün, 361 00:42:25,830 --> 00:42:32,330 İslam İnqilabının, İslam dövlətinin və dini hakimiyyətin qatı müxaliflərindən olan birinin arxasınca düşsək, 362 00:42:32,430 --> 00:42:36,560 bu, mədəniyyət sahəsində rasional bir addım olmaz. 363 00:42:37,630 --> 00:42:44,260 Odur ki, mənim fikrimcə, həm azad düşüncə əhval-ruhiyyəsi olmalıdır, həm də ədalətli fəaliyyət proqramları 364 00:42:44,600 --> 00:42:54,260 qurulmalıdır. Mədəniyyət sahəsində nə özbaşınalıq və plansızlıq olmalıdır, nə də azad düşüncənin qarşısının kəsilməsi, irtica və diktatura. 365 00:42:54,530 --> 00:42:58,160 Mən bu ikisindən heç birini qəbul etmirəm. 366 00:42:58,700 --> 00:43:02,130 Düzgün yolu budur ki, fəaliyyət proqramları hazırlayaq, istiqamət verək, 367 00:43:02,430 --> 00:43:13,400 yaxşı metodlarla kömək edərək hücumların, zərbələrin və sairin qarşısını alaq; yəni həm hücum, həm də müdafiə. 368 00:43:13,660 --> 00:43:22,660 Və altıncı başlıq – deyəsən, bu daha sonuncu olacaq; sonuncu olmasa da, sona yaxındır – 369 00:43:22,800 --> 00:43:37,860 inkişaf proqramı məsələsi; altıncı inkişaf proqramımız gecikir. Altıncı inkişaf proqramı, doğrudan da, mühüm bir məsələdir. 370 00:43:38,460 --> 00:43:45,230 Bu proqramın daşıdığı əhəmi1yyət siz məlumdur və özünüz də bilirsiniz ki, bu nə qədər vacib bir proqramdır. 371 00:43:46,160 --> 00:43:52,960 Proqram həm koordinasiya yaradır, həm səmərəli əməkdaşlığa yol açır, 372 00:43:54,130 --> 00:44:01,360 həm də ardıcıl olaraq gələn inkişaf proqramları bizi perspektiv planda qarşıya qoyulmuş hədəflərə yaxınlaşdırır. 373 00:44:02,160 --> 00:44:12,430 Yəni əgər bu proqramlar zənciri haradasa qırılsa, biz o hədəflərə çata bilməyəcəyik, bu, gün kimi aydındır. 374 00:44:12,830 --> 00:44:20,900 Odur ki inkişaf proqramı çox əhəmiyyətlidir. Bu proqramın hazırlanması prosesi Konstitusiyada da konkret şəkildə öz əksini tapıb: 375 00:44:21,130 --> 00:44:28,900 siyasətlər elan olunur, hökumət o siyasətlər əsasında proqram hazırlayır, 376 00:44:29,100 --> 00:44:35,360 daha sonra isə həmin proqram qanuna çevrilir və onun detallarına əməl etmək hər kəsin üzərinə bir vəzifə kimi qoyulur. 377 00:44:35,700 --> 00:44:40,900 Buna görə də inkişaf proqramının ərsəyə gəlməsi prosesində parlamentin də payı var. 378 00:44:41,160 --> 00:44:51,660 Fikrimcə, bu işi mümkün qədər tez bir zamanda həyata keçirməli, tamamlamalısınız. Bu məsələ daha bundan artıq gecikdirilməməlidir. 379 00:44:52,130 --> 00:45:01,500 Əlbəttə ki, inkişaf proqramında da əsas məsələ budur ki, iqtisadiyyat sferasında müqavimət iqtisadiyyatı olsun, 380 00:45:02,030 --> 00:45:09,230 mədəniyyət sferası bayaq qeyd etdiyim xüsusiyyətləri özündə əks etdirsin, elm və texnologiya sferası da – 381 00:45:09,830 --> 00:45:19,730 belə ki bu 3 sahə daha önəmlidir – bundan öncə sadalanan tələblərə cavab versin: elmi tədqiqatlara böyük diqqət ayrılsın, elm inkişaf etdirilsin. 382 00:45:20,300 --> 00:45:27,760 Zənnimcə, bir məqama da toxunmaq lazımdır ki, bu da virtual məkandır. Mən cənab prezidentdən xahiş etmək istəyirəm ki, 383 00:45:28,200 --> 00:45:40,560 bu məsələni diqqətdə saxlasın, çünki virtual məkan, doğrudan da, getdikcə genişlənən və qarşısını almağın da mümkün olmadığı bir dünyadır; 384 00:45:40,830 --> 00:45:50,100 yəni həqiqətən də, sonu yoxdur. Əvvəli var, amma baxdıqca sonu görünmür. 385 00:45:50,300 --> 00:45:54,130 Bu məkanda nə qədər irəli getsən, yenə də uzanır, davam edir. 386 00:45:54,430 --> 00:46:02,130 Bu isə hər bir ölkə üçün böyük fürsətlər yaratmaqla yanaşı, təhlükələr də törədir. 387 00:46:02,730 --> 00:46:06,400 Biz elə etməliyik ki, o fürsətlərdən maksimum dərəcədə yararlanaq, 388 00:46:06,400 --> 00:46:11,700 o təhlükələrdən isə mümkün qədər uzaq qalaq. 389 00:46:11,830 --> 00:46:15,860 Ali Kiberməkan Şurası da elə bu məqsədlə təsis olunub. 390 00:46:16,000 --> 00:46:25,360 Misal üçün, cənab Dr. Cahangirinin hesabatında bu sferaya, demək olar ki, qətiyyən toxunulmadı. 391 00:46:25,560 --> 00:46:30,930 Bircə cümlə qeyd etdi ki, nə bilim, filan sahədə filan işi görmüşük; tutalım, milli təhlükəsizlik şəbəkəsi üçün önəmli olan 392 00:46:30,930 --> 00:46:35,760 hansısa sferada hansısa işi həyata keçiriblər. Cənab Cahangiri axtarış sistemlərini qeyd etdi. 393 00:46:35,930 --> 00:46:41,460 Axtarış sistemləri bir neçə ildir ortaya çıxdığına görə artıq bizim proqramçılar da belə sistemlər yaradırlar. 394 00:46:41,600 --> 00:46:51,160 Hazırda orda-burda gənclər, bəlkə, onlarla belə sistem proqramlaşdırıb düzəldiblər, yaradıblar; 395 00:46:51,630 --> 00:46:58,330 yəni yeni bir şey deyil. Cənab Cahangiri də onu vurğulayır; milli təhlükəsizlik şəbəkəsi məsələsində isə 396 00:46:58,500 --> 00:47:04,430 hələ irəli gedə bilməmişik, halbuki ölkə daxilində belə bir şəbəkənin olmağı çox önəmlidir. 397 00:47:04,600 --> 00:47:12,230 Cənab Vaizi də, digər yoldaşlar da bu məsələnin vacib əhəmiyyətinə inandıqlarına baxmayaraq, bu sahədə irəliləyiş əldə olunmayıb. 398 00:47:12,360 --> 00:47:19,500 Bu məsələni, inşallah, diqqətdə saxlamalıyıq ki, sonra kompensasiya edilməyəcək zərbələr almayaq. 399 00:47:20,160 --> 00:47:28,630 Və son olaraq o həddən artıq yüksək əmək haqları məsələsinə toxunmaq istəyirəm; təsadüfən, cənab prezident də çıxışının sonunda bu məsələyə toxunmuşdu. 400 00:47:28,730 --> 00:47:32,230 Mən xahiş edirəm ki, bu olayın üstündən asanlıqla keçib getməyəsiniz. 401 00:47:32,760 --> 00:47:41,230 Bəli, qeyd olunan mənada bu işin ucundan tutub ucuzluğa getmək müsbət bir hal deyil – 402 00:47:41,530 --> 00:47:47,830 belə ki elə daim araşdırma aparılsın, “filankəs bu qədər alır”, “bəhmənkəs o qədər alır” kimi statistikalar təqdim olunsun – 403 00:47:48,000 --> 00:47:54,300 amma digər tərəfdən də sizin bu məsələyə verdiyiniz reaksiya və görəcəyiniz tədbirlər çox önəmlidir; 404 00:47:54,730 --> 00:48:02,300 yəni nə kimi tədbirlər gördüyünüz barədə camaata məlumat verməlisiniz. Bu olayla xalqın etimadına zərbə dəyib. Baxın, 405 00:48:02,700 --> 00:48:07,760 camaat o böyük-böyük rəqəmlərin və sairin çoxunu o qədər də yaxşı anlamır, 406 00:48:08,530 --> 00:48:16,030 amma 40, 50, 60 milyon tümən məbləğində maaşın nə demək olduğunu necə lazımsa anlayır. 407 00:48:16,630 --> 00:48:23,560 Yəni ayda 1 milyon, 1 milyon 200 min, 1 milyon 500 min maaş alan adam 408 00:48:23,700 --> 00:48:27,100 50 milyonun nə demək olduğunu yaxşı bilir. 409 00:48:27,760 --> 00:48:37,030 Ölkəmizdə əmək haqqı bu qədər olan insanlar az deyil. Xalqın etimadını bu cür işlərlə itirmək lazım deyil; cənab Ruhani tam doğru olaraq qeyd etdi ki, 410 00:48:37,260 --> 00:48:45,000 bizim əsas sərmayəmiz xalqın ümid və etimadıdır. 411 00:48:45,560 --> 00:48:54,630 Siz bu qədər zəhmət çəkəsiniz, çalışasınız, işləyəsiniz, sonra da kimsə gəlib, məsələn, bu ədalətsiz əmək haqları kimi bir məsələ ilə hər şeyi korlaya. 412 00:48:54,830 --> 00:49:00,360 1 milyonla 50 milyon arasındakı fərq ədalətsizlik deyilmi? 413 00:49:00,830 --> 00:49:06,130 Hazırda elə sizin hökumət strukturunda maaşı 1 milyon, 414 00:49:07,000 --> 00:49:11,900 1 milyon 200 min, 1 milyon 500 min, 2 milyon olan işçiləriniz yoxdurmu? Var, çoxdur. 415 00:49:12,260 --> 00:49:17,760 Amma kimlərsə 30 milyon, 40 milyon maaş alır! Bu, ədalətsizlik deyil? 416 00:49:18,430 --> 00:49:25,200 Camaata həmdərd olun ki, insanlar onlara acıq gələn bir məsələnin sizi də narahat etdiyini hiss etsinlər. 417 00:49:25,800 --> 00:49:35,500 Eyni zamanda bu olayla bağlı zəruri ölçü götürmək, bu kimi halların qarşısını almaq, belə şeylərə imkan verməmək əzmində olduğunuzu da göstərin; qoy xalq bunu görsün. 418 00:49:36,460 --> 00:49:44,300 Hər halda, bu, önəmli bir məqamdır. Mənim fikrimcə, qanunu pozanlar üçün qətiyyən üzrlü səbəb axtarmaq lazım deyil; 419 00:49:44,730 --> 00:49:50,400 sərt ölçü götürmək lazımdır; Özü də bu təkcə icraedici hakimiyyətə aid deyil, 420 00:49:50,600 --> 00:49:57,660 bütün struktur və təşkilatlar üçün keçərlidir. Buna hamı riayət etməlidir. 421 00:49:58,300 --> 00:50:04,230 Düzdür, icraedici hakimiyyət göz önündədir, digərləri ilə müqayisədə daha geniş və çoxşaxəli struktura malikdir, 422 00:50:04,360 --> 00:50:10,360 amma belə hallara qarşı ölçü götürmək təkcə icraedici hakimiyyətin işi deyil, 423 00:50:10,360 --> 00:50:14,960 zərurət olduğu zaman məhkəmə orqanları da öz növbəsində lazımi tədbirləri görməlidir. 424 00:50:15,300 --> 00:50:17,700 Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.