Ali Məqamlı Rəhbər İmam Rzanın (ə) hərəminin ziyarətçiləri qarşısında çıxış etdi
Ali Məqamlı Rəhbər İmam Rzanın (ə) hərəminin ziyarətçiləri qarşısında çıxış etdi
Ali Məqamlı Rəhbər:

Problemlərin həlli yolu inqilabi və səmərəli idarəetmədir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün, təzə ilin ilk günü günortadan sonra İmam Rzanın (ə) hərəminin ziyarətçiləri və hərəmin yaxınlığında yaşayan insanların böyük izdihamı qarşısında çıxış etdi.
Xalqın və rəhbərliyin məsullardan tələbi istehsal və məşğulluqdur
Xalqın və rəhbərliyin məsullardan tələbi istehsal və məşğulluqdur
1396-cı hicri şəmsi ilinin başlanğıcı münasibətilə müraciət ünvanlayan İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bütün həmvətənləri, iranlıları, xüsusilə şəhid və fədakarların möhtərəm ailələrini Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu və Novruz bayramı münasibətilə təbrik etdi. İran xalqı və dünya müsəlmanlarına bərəkətli, əmin-aman və rifah dolu bir il arzulayan Rəhbər y...

Digər ünvanlar

Ali Məqamlı Rəhbərin nümayəndəsi Plasko qəzasında yaralananları ziyarət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin nümayəndəsi Höccətül-İslam vəl-müslimin Təqəvi bu gün (cümə) səhər Plasko qəzasında yaralanmış yanğınsöndürənlərin yerləşdirildiyi iki xəstəxanada olub. Yaralıları ziyarət edən Təqəvi müalicə prosesi ilə yaxından maraqlanıb və İslam İnqilabı Rəhbərinin bu fədakar və məsul qüvvələri salamladığını, habelə sağalmaları ilə bağlı dua etdiyini deyib.
Ali Məqamlı Rəhbər Veteranlar Günü münasibəti ilə əlil və veteranların evlərinə nümayəndə heyətləri göndərdi
Bəni-Haşimin ayüzlüsü Həzrət Əbəlfəzl Abbasın (ə) mübarək mövludu və bu münasibətlə ölkədə qeyd olunan Veteranlar Günü ilə əlaqədar olaraq, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin göndərdiyi 4 nümayəndə heyəti bu gün (şənbə günü) səhər Tehranda yaşayan əlil və veteranlardan bir qrupunu evlərində ziyarət edərək onların səbir, rəşadət və fədakarlığına böyük dəyər verildiyini ifadə etmişlər.
Ali Məqamlı Rəhbər nano-texnologiyalar sahəsində əldə edilmiş nailiyyətləri əks etdirən sərgiyə baxış keçirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə təşkil olunmuş, nano-texnologiyalar sahəsindəki nailiyyətləri əks etdirən sərgiyə saat yarım ərzində baxış keçirərək ölkənin gənc alim və tədqiqatçılarının bu sahədə gördüyü işlər və qazandığı uğurlarla yaxından tanış oldu.