Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Respublikanın imam cümələri ilə görüş
Respublikanın imam cümələri ilə görüş
İslam İnqilabının Rəhbəri bu gün səhər respublikanın imam cümələri ilə görüşdə xalqın iştirakı, istəyi və fəaliyyətinin İslamda bir əsas prinsip olduğunu dedi. O, İran xalqının sədaqəti, səbri, sevgisi, zəkası və fədakarlığının tərifəlayiq olduğunu vurğuladı: “Bu xalq hətta zahiri cəhətdən bir-birilərindən fərqlənsə də, mömindir, qəlbləri Allahladır. Sözün həqiqi mənasında qədri bilinməli və sevilməlidir”.
İslam İnqilabının Rəhbərinin 30-cu Ümumrespublika Namaz Konfransı ilə bağlı müraciəti
İslam İnqilabının Rəhbərinin 30-cu Ümumrespublika Namaz Konfransı ilə bağlı müraciəti
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei 30-cu Ümumrespublika Namaz Konfransına ünvanladığı müraciətində bu böyük vacibin müsəlman fərdi və cəmiyyətinin cari ehtiyaclarından daha üstün bir ehtiyac, insan üçün ruh və hava kimi vacib olduğunu dedi: “Gənclər və yeniyetmələrlə iş üzrə təşkilatların rəhbərləri namazın öyrədilməsi, qılınması və daha keyfiyyətli edilməsi yollarını gənclər üçün hamarlaşdırmalıdırlar”.
İnqilabın Ali Rəhbəri minlərlə Əhli-beyt (ə) məddahı və şairlə görüşdü
İnqilabın Ali Rəhbəri minlərlə Əhli-beyt (ə) məddahı və şairlə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər minlərlə Əhli-beyt (ə) məddahı və dini mövzuda yazan şairlə görüşdə həzrət Fatimeyi-Zəhranın (s.ə) aydınlatma cihadının banisi olduğunu vurğuladı: “Əhli-beyt (ə) məktəbinin məddahları Fatimeyi-Zəhranın (s.ə) böyük dərsini və bu işıqlı sünnəni rəhbər tutaraq aydınlatma cihadının iki xüsusiyyətini – qəlbləri riqqətə gətirmək bacarığı və hərəkət yaratmaq; düzgün və dəqiq mövqe tutmaq xüsusyyətlərini özlərinin əsas vəzifəsi bilib günümüzün seçkilər kimi mühüm hadisələrində aydınlatma və cihadla məşğul olsunlar”.
İslam İnqilabının Rəhbəri şəhid Sərdar Süleymaninin ailə üzvlrəi ilə görüşdü
İslam İnqilabının Rəhbəri şəhid Sərdar Süleymaninin ailə üzvlrəi ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra şəhid Sərdar Süleymaninin ailə üzvləri ilə görüşdə bu şəhidin adı, xatirəsi və xüsusiyyətlərinin əvvəlkindən daha geniş miqyasda yayılmasının onun ixlasından qaynaqlandığını dedi: “Bu böyük şəhidin ən böyük rolu və xidməti regionda müqavimət cəbhəsini diriltmək oldu”.
İslam İnqilabının Rəhbəri xalqın minlərlə xanım təmsilçisi ilə görüşdü
İslam İnqilabının Rəhbəri xalqın minlərlə xanım təmsilçisi ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər xalqın minlərlə qadın təmsilçisi ilə görüşdə İslam dininin qadınların ailədəki rolunun müxtəlif yönlərinə, onların cəmiyyət, siyasət və müxtəlif səviyyələrdəki idarəetmə fəaliyyətlərinə məntiqi və rasional baxışına aydınlıq gətirərək vurğuladı: “İslamda kişilər kimi qadınların da hər növ sosial fəaliyyəti icazəlidir.
İslam İnqilabının Rəhbəri Kuba Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Rəhbəri Kuba Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Kuba Respublikasının prezidenti cənab Migel Diaz Kanel və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə hər iki ölkənin zəngin siyasi-iqtisadi imkanlara malik olduğunu vurğuladı: “ABŞ və eyni mövqedə olan Qərb dövlətlərinin hegemonluğuna qarşı beynəlxalq kualisiya və birlik yaradılmasında bu imkanlardan istifadə edilməlidir”.
Ali Baş Komandan Hərbi Dəniz Qüvvələrinin komandanlarından bir qrupu ilə görüşdü
Ali Baş Komandan Hərbi Dəniz Qüvvələrinin komandanlarından bir qrupu ilə görüşdü
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün günorta ordunun baş komandanı və İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanlarından bir qrupu ilə görüşdə HDQ-nin böyük imkanlarının olduğunu, xüsusilə iqtisadiyyatın dənizmərkəzli siyasətlərinin icrası istiqamətində bu qüvvələrin böyük imkanlara malik olduğunu qeyd edərək ölkənin və dövlətin iqtidarını, cəmiyyətdə ümid və ruh yüksəkliyini artırmaq məqsədilə yeni imkanların kəşf edilməsinin zəruriliyini vurğuladı.
İnqilabın Rəhbəri Hançjou Asiya və Para-Asiya oyunlarının medalçıları ilə görüşdü
İnqilabın Rəhbəri Hançjou Asiya və Para-Asiya oyunlarının medalçıları ilə görüşdü
İslam İnqilabının Rəhbəri bu gün səhər Hançjou Asiya və Para-Asiya oyunlarının medalçılarını, digər qəhrəmanlar, idmançılar, idman sahəsinin fəalları və veteranlarından bir qrupu ilə səmimi görüşdə ölkə idmançılarına, qürur gətirən məşqçilərə dərindən təşəkkür edərək onların idman arenalarındakı hörmətə layiq davranışlarının İran xalqının parlaq simasının təzahürü olduğunu dedi.
İslam İnqilabının Rəhbəri İraqın baş naziri ilə görüşdü
İslam İnqilabının Rəhbəri İraqın baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan qabaq İraqın baş naziri cənab Şiya əl-Sudani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə İraq hökuməti və xalqına Qəzza əhalisinə dəstək hərəkatında tutduğu güclü və yaxşı mövqeyə görə təşəkkürünü bildirərək Qəzza əhalisinə qarşı həyata keçirilən qırğınları dayandırmaq üçün İslam dünyasının ABŞ və sionist rejimə qarşı siyasi təzyiqlərini artımasının zəruri olduğunu vurğuladı: “İraq dövləti regionun mühüm dövlətlərindən biri kimi bu sahədə xüsusi rol ifa edə, ərəb və İslam dünyasında yeni bir xətt yarada bilər”.

Seçilmiş ünvanlar