Ali Məqamlı Rəhbər informasiya bloku

Xəbərlər

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdü
ABŞ ziyalıları belə bir prezidentləri olduğu üçün utanırlar
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşündə bu məclisin İslam dövlətindəki misilsiz və müstəsna roluna işarə edərək Xubriqan Məclisindən mühüm bir vəzifəyə əməl etməsini istədi: “Bu məclis makro, strateji və dərin baxış bucağına malik olan düşüncə qrupu təşkil etməklə İslam İnqilabının keçən 38 il ərzində əsl məqsədə doğru necə hərəkət etməsini, bu yolda əldə edilən nailiyyətləri, durğunluqları və geriləmələri araşdırmalı və ümumiləşdirmə əsasında müxtəlif qurumlar qarşısında tələblər qoymalıdır”.
Ali Məqamlı Rəhbərin dövlət məmurları, İslam ölkələrinin səfirləri və xalqla görüşü oldu
Ali Məqamlı Rəhbərin dövlət məmurları, İslam ölkələrinin səfirləri və xalqla görüşü oldu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan qabaq dövlət məmurları, xalqın müxtəlif təbəqələrdən olan nümayəndələri və İslam ölkələrinin səfirləri ilə bayram görüşündə qeyd etdi ki, İslam dünyasının ən böyük problemi və ona vurulmuş ən böyük yara ixtilaf və təfriqədir.
İslam İnqilabının Ali Rəhbəri İraqın baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri İraqın baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra İraqın baş naziri cənab Heydər Əli-İbadi və onunla birlikdə gəlmiş nümayəndə heyəti ilə görüşü zamanı İŞİD-lə mübarizədə İraqın bütün siyasi və dini cərəyanları arasında yaradılmış vəhdət və birliyi yüksək qiymətləndirdi.
İnqilabın Rəhbəri İmam Həsənin (ə) mövluduna həsr edilmiş gecədə bir qrup şairlə görüşdü
İnqilabın Rəhbəri İmam Həsənin (ə) mövluduna həsr edilmiş gecədə bir qrup şairlə görüşdü
Əhli-beytin (ə) kərəm və səxavət sahibi olan nümayəndəsi Həzrət İmam Həsəni-Müctəbanın (ə) mövlud axşamı mədəniyyət işçiləri, Fars ədəbiyyatı və poeziyasının ustad sənətkarları, ölkənin gənc və veteran şairlərindən bir qrupu, habelə Hindistan, Əfqanıstan və Türkiyədən gəlmiş şairlər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
Tələbələrlə görüşdə Ali Məqamlı Rəhbərin Tehranda baş vermiş terror hadisələrinə reaksiyası
Tələbələrlə görüşdə Ali Məqamlı Rəhbərin Tehranda baş vermiş terror hadisələrinə reaksiyası
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra tələbələrlə üç saatlıq görüşü zamanı onların elmi və akademik məsələlər, habelə ölkənin siyasi, mədəni və iqtisadi sahələri ilə bağlı münasibətlərini və fikirlərini dinlədikdən sonra tələbələri İslam dövlətinin hegemoniya ilə davamlı mübarizəsində ön sıralarda olmağa çağırdı.
İslam İnqilabının Rəhbəri Qəzvin, Zəncan və Semnan əyalətlərinin əhalisi ilə görüşdü
İslam İnqilabının Rəhbəri Qəzvin, Zəncan və Semnan əyalətlərinin əhalisi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər Qəzvin, Zəncan və Semnan əyalətlərinin əhalisi ilə görüşündə etdiyi mühüm çıxışı zamanı bildirdi ki, Cümə gününün seçkiləri bir milli bayram, böyük xalq qəhrəmanlığı, İslam demokratiyasının dünya ictimaiyyəti qarşısında yeni və cəlbedici konsepsiyasının bir cilvəsidir.

Seçilmiş ünvanlar