Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Rəhbər Hərbi Hava Qüvvələrinin komandirləri və şəxsi heyəti ilə görüşdü
Ali Rəhbər Hərbi Hava Qüvvələrinin komandirləri və şəxsi heyəti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Hərbi Hava Qüvvələrinin “Homafər” briqadasının 19 bəhmən 1357-ci ildəki (8 fevral 1979) tarixi beyətinin ildönümü münasibəti ilə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qərargahının şəxsi heyəti və komandirlərindən bir qrupu ilə görüşdü.
Fəcr ongünlüyü və İmam Xomeyninin (r.ə) İrana təntənəli dönüşünün ildönümü ərəfəsində
Fəcr ongünlüyü və İmam Xomeyninin (r.ə) İrana təntənəli dönüşünün ildönümü ərəfəsində
Fəcr ongünlüyü və İmam Xomeyninin (r.ə) İrana təntənəli dönüşünün ildönümü ərəfəsində - İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər saatlarında mərhum İmamın müqəddəs məqbərəsini ziyarət edib namaz qıldıqdan sonra köçüb getmiş o əziz insan və ali şəxsiyyətin uca məqamına fatihə oxuyub ehtiram göstərdi.
Ali Rəhbər bu gün “Fiqhin xaric dərsi”nidə Əfqanıstanda baş verən hadisələrdən danışdı
Ali Rəhbər bu gün “Fiqhin xaric dərsi”nidə Əfqanıstanda baş verən hadisələrdən danışdı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər “Fiqhin xaric dərsi” mühazirəsində Əfqanıstanda baş vermiş son terror hadisələri zamanı qətlə yetirilmiş günahsız insanlara görə dərindən təəssüf hissi keçirdiyini bildirdi: “ABŞ-ın İŞİD terrorçularını Əfqanıstana yönəltməkdə məqsədi regiondakı varlığını davam etdirməsinə don geyindirmək və sionist rejimin təhlükəsizliyini təmin etməkdir”.
Həmasın Siyasi İdarəsinin sədri İsmayıl Həniə Ali Məqamlı Rəhbərə məktub yazıb
Həmasın Siyasi İdarəsinin sədri İsmayıl Həniə Ali Məqamlı Rəhbərə məktub yazıb
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneiyə yazdığı məktubda imperializmin müqavimət qalası olan Qəzzanı alt-üst etmək, işğalçı rejimə qarşı mübarizəyə son qoymaq, regionun asılı dövlət başçılarının işğalçı rejimlə olan əlaqələrini normal və adi vəziyyətə gətirmək məqsədi ilə Qüdsə və Fələstin xalqına qarşı hazırladığı böyük planın ayrı-ayrı hissələrindən söz açan Fələstin İslami Müqavimət Hərəkatının Siyasi İdarəsinin (Həmas) rəhbəri cənab İsmayıl Həniə İran xalqına müqavimət hərəkatını dəstəklədiyinə və İslam İnqilabının Rəhbərinə istiqamətləndirici tövsiyələr veridiyinə görə təşəkkürünü bildirmişdir.
İslam İnqilabının Ali Rəhbəri Qumun minlərlə sakini ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Qumun minlərlə sakini ilə görüşdü
Bu gün (çərşənbə) səhər minlərlə Qum sakini ilə görüşündə xalqın son günlərdə müntəzəm şəkildə təşkil etdiyi böyük və izdihamlı hərəkatını yüksək qiymətləndirən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei onların haqlı tələblərindən sui-istifadə etmək üçün düşmənlərin əl atdığı hiylənin müxtəlif yönləri və qatlarına açıqlama gətirdi.
İslam İnqilabının Ali Rəhbərinin Ümumrespublika Namaz Konfransına müraciət ünvanladı
İslam İnqilabının Ali Rəhbərinin Ümumrespublika Namaz Konfransına müraciət ünvanladı
Həzrət Ayətullah Xamenei XXVI Ümumrespublika Namaz Konfransına ünvanladığı müraciətdə namaza dəvət məsələsində bütün imkanlardan istifadə edilməsinin zəruri olduğunu vurğuladı: “Hər il bu konfransı təşkil edənlər Allahın bu böyük lütfünün qədrini bilsinlər və bu düz yolda qətiyyət göstərməklə bilsinlər ki, Allah səbr edənlər və qətiyyət göstərənlərlədir”.
Ali Rəhbər dövlət rəsmiləri, Vəhdət konfransının qonaqları və səfirlərlə görüşdü
Ali Rəhbər dövlət rəsmiləri, Vəhdət konfransının qonaqları və səfirlərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslamın əziz peyğəmbəri Həzrət Məhəmməd Mustafa (s) və Həzrət İmam Cəfər Sadiqin (ə) mübarək mövludu münasibəti ilə üç qüvvənin rəhbəri, dövlət rəsmilərindən bir qrupu, İslam ölkələrinin səfirləri və “İslam Vəhdəti” konfransının qonaqları ilə keçirdiyi görüşdə bildirdi ki, İslam ümmətinin daxili, regional və qlobal problemlərdən xilas olmasının şərti Həzrət Məhəmmədin (s) təlimlərinə əməl etməkdir: “İslam dünyası izzət və qüdrət istəyirsə, vəhdət və müqaviməti öz sərlövhəsi etməlidir”.
Ali Baş Komandan Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri ilə görüşdü
Ali Baş Komandan Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri ilə görüşdü
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (bazar) Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri və Malik Əştər festivalının seçilmişləri ilə görüşdə düşmənlərin millət və İslam dövləti ilə olan daimi düşmənçiliklərinə işarə edərək vurğuladı ki, bu düşmənçiliklərə qarşı mübarizə Silahlı Qüvvələrin müqaviməti və günbəgün artmaqda olan imkanlarının gücləndirilməsi ilə şərtlənir:
İslam İnqilabının Ali Məqamlı Rəhbəri “Zəkat” illik konfransına müraciət ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri “Zəkat” illik konfransına müraciət ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Zəkat” illik konfransına göndrdiyi müraciətində bu vacib hökmün yüksək əhəmiyyəti və mövqeyinə işarə edərək zəkat ibadətinin həyata keçirilməsi sahəsində az işlər görüldüyünü tənqid etdi: “İslam Respublikası bu böyük ibadəti öz proqramlarının sərlövhəsi etməlidir”.
Ali Məqamlı Rəhbərin sərəncamı ilə zəlzələ nəticəsində zərər görmüş insanlara yardım ayrıldı
Ali Məqamlı Rəhbərin sərəncamı ilə zəlzələ nəticəsində zərər görmüş insanlara yardım ayrıldı
Kermanşahda baş vermiş zəlzələ nəticəsində zərər gömüş insanlara yardım göstərmək üçün xalqın Ali Məqamlı Rəhbərlik İdarəsinə birbaşa müraciətlər edərək ödəniş etdiyi nəqd yardımlardan 10 milyard riyalı İslam İnqilabının Ali Rəhbərinin sərəncamına əsasən, ölkənin qərb regionunda baş vermiş zəlzələ nəticəsində ziyan görmüş insanların evlərinin tikilməsinə köməklik göstərilməsi məqsədilə İslam İnqilabının Mənzil Fondunun hesabına köçürüldü.

Seçilmiş ünvanlar