Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər İmam Rzanın (ə) müqəddəs hərəminin ziyarətçiləri ilə görüşdü
Ali Məqamlı Rəhbər İmam Rzanın (ə) müqəddəs hərəminin ziyarətçiləri ilə görüşdü
Bu gün (çərşənbə) günortadan sonra İmam Rzanın (ə) müqəddəs hərəminin İmam Xomeyni adına meydanına, habelə ətraf meydanlara toplaşmış ziyarətçilər və qonşuluqda yaşayan böyük xalq izdihamı ilə görüşdə İnqilabın qırx illik gücü və təravətindən, amerikalıların mənfur region planının iflasa uğramasından danışan İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilin “İran məhsuluna dəstək” adlı şüarının səbəbi, gerçəkləşmə şərtləri və yollarından danışdı.
Ali Məqamlı Rəhbər xalqı 1397-ci hicri-şəmsi ilinin gəlişi münasibətilə təbrik etdi
Ali Məqamlı Rəhbər xalqı 1397-ci hicri-şəmsi ilinin gəlişi münasibətilə təbrik etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 1397-ci hicri-şəmsi ilinin gəlişi münasibətilə xalqa ünvanladığı müraciətdə bütün iranlıları, xüsusən də möhtərəm şəhid ailələrini, əlil və veteranları, ölkənin elmi hərəkatının avanqardları olan ümidverici yeniyetmə və gəncləri təbrik edir, həmvətənlərimizə sevinc dolu, ürəkaçan bir Novruz bayramı, xeyir-bərəkət dolu bir yeni il arzu edir. Ali Məqamlı Rəhbər yeni ili “İran məhsuluna dəstək ili” elan etmişdir.
İslam İnqilabının Rəhbəri Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdü
İslam İnqilabının Rəhbəri Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdü
Bu gün (cümə axşamı) səhər Xubriqan Məclisinin sədi və üzvləri ilə görüşdə Allahın yardımının haqq cəbhəsinə verilmiş qəti, əminlik yaradan və sevindirici bir vəd olduğunu deyən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei əziz İranın parlaq gələcəyinə işarə edərək dedi: “Allahın bu qəti vədinin gerçəkləşməsi cəmiyyətə iman hissinin aşılanması sahəsində alimlərin, dövlət, təhsil və təbliğat idarələrinin məsul şəxslərinin üzərinə düşən vəzifələri yerinə yetirməsi, əməldə təqvaya bağlı olmaları, dəbdəbəli həyat tərzindən uzaq durmaları, səy, təlaş və sabitlikləri ilə şərtlənir”.
İnqilabın Rəhbəri “Nur yolçuları” ekskursiya qruplarının iştirakçıları ilə görüşdü
İnqilabın Rəhbəri “Nur yolçuları” ekskursiya qruplarının iştirakçıları ilə görüşdü
Bu gün (şənbə) səhər “Nur yolçuları” ekskursiya qruplarının iştirakçısı olmuş şagird və tələbələrdən bir qrupu ilə görüşdə Müqəddəs müdafiə dövrünün ölkə və inqilab tarixinin qızıl səhifəsi və işıqlı bir parçası olduğunu deyən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei vurğuladı ki, “Nur yolçuları” ekskursiya qrupları o dövrün qorunub saxlandığını gösətərən amillərdəndir: “Beynəlxalq güclər İslam İnqilabını məhv etmək üçün İran xalqını 8 illik məcburi müharibəyə cəlb etdilər, ancaq gənclərin böyüklüyü, fədakarlığı, imanı, tədbiri, şücaət və ayıqlığı müharibənin xalqın xeyrinə tamamlanmasına, İslam İnqilabının daha da kök atıb güclənməsinə səbəb oldu”.
İslam İnqilabının Ali Rəhbəri minlərlə Əhli-beyt (ə) şair və məddahı ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri minlərlə Əhli-beyt (ə) şair və məddahı ilə görüşdü
Həzrət Siddiqeyi-Kubra Fatimeyi-Zəhranın (s.ə) mübarək doğum günü münasibəti ilə minlərlə Əhli-beyt (ə) şair və məddahı İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə görüşdü. Əhli-beyt (ə) şair və məddahlarından bir neçəsi İmam Xomeyni (r.ə) adına hüseyniyyəni İslam peyğəmbərinin (s) əziz qızının fəzilət və üstünlüklərindən bəhs edən şeirlərin rayihəsi ilə ətirləndirdi.
Ali Məqamlı Rəhbər Şərqi Azərbaycan əhalisinin minlərlə nümayəndəsi ilə görüşdü
Ali Məqamlı Rəhbər Şərqi Azərbaycan əhalisinin minlərlə nümayəndəsi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər Təbrizin dindar və inqilabçı əhalisinin minlərlə nümayəndəsi ilə coşqu və sevgi dolu görüşü zamanı qeyd etdi ki, millətin “inqilab və sistemi”i “müxtəlif  təşkilat və qurumların funksiyası”ından fərqləndirilməsi sahəsindəki dərin və inqilabçı dərki xalqın bu ilki 22 bəhmən ümumrespublika yürüşü zamanı sərgilədiyi fərqli və təqdirəlayiq iştirakının əsas səbəblərindəndir.

Seçilmiş ünvanlar