Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

İslam İnqilabının Aliməqamlı Rəhbəri Lorestan bölgəsinin şəhidlərinin anım konqresinin üzvləri ilə görüşüdü
İslam İnqilabının Aliməqamlı Rəhbəri Lorestan bölgəsinin şəhidlərinin anım konqresinin üzvləri ilə görüşüdü
İslam İnqilabının Aliməqamlı Rəhbəri bu gün səhər saatlarında Lorestan bölgəsinin 6555 şəhidinin anım konqresinin üzvləri ilə görüşündə zülmə məruz qalan Qəzza əhalisinin sionist rejiminin davamlı cinayətləri qarşısında dözüm və iqtidarına işarə edərək dedi: “Ağır yara alan və çökən işğalçı rejim hal-hazırda fələstinli döyüşçülərin vurduğu həlledici zərbənin intiqamını Qəzza əhalisindən almaqdadır.
İnqilabın Rəhbəri Nigeriya İslami Hərəkatının lideri ilə görüşdü
İnqilabın Rəhbəri Nigeriya İslami Hərəkatının lideri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan əvvəl Nigeriya İslami Hərəkatının lideri İbrahim Zəkzaki və həyat yoldaşı ilə görüşdə ona və ailəsinə göstərdikləri mücadilələrə görə təşəkkür edərək, genişmiqyaslı planların olmasına baxmayaraq, İslamın dünyada günbəgün artmaqda olan qüdrətinin mücadilələrin nəticəsi olduğunu dedi.
Ali Baş Komandan SQ-in müdavimlərinin birgə buraxılış mərasimində iştirak etdi
Ali Baş Komandan SQ-in müdavimlərinin birgə buraxılış mərasimində iştirak etdi
İslam İnqilabının Rəhbəri Ali Baş Komandan bu gün səhər Silahlı Qüvvələrin hərbi akademiyalarının müdavimlərinin birgə təşkil etdikləri buraxılış tədbirində bu qüvvələrin təhlükəsizlik, izzət və milli kimlik qalası olduğunu vurğulayaraq fələstinli gənclərin son qəhrəmanlığı sayəsində sionist rejimin bərpası mümkün olmayan məğlubiyyətə uğradığını dedi: “Bu dağıdıcı tufanı yaradan amil qondarma qəsbkar rejimin Fələstin xalqına qarşı dayanmadan zülm etməsi, cinayətlər törətməsi və yırtıcı hərəkətlər etməsi olmuşdur.
İnqilabın Rəhbəri dövlətin məsul işçiləri və İslam ölkələrinin səfirləri ilə görüşdü
İnqilabın Rəhbəri dövlətin məsul işçiləri və İslam ölkələrinin səfirləri ilə görüşdü
İslam İnqilabının Rəhbəri peyğəmbərlərin sonuncusu Həzrət Muhəmməd (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud ildönümü münasibətilə dövlətin məsul işçiləri, İslam ölkələrinin səfirləri, “Vəhdət konfransı”nın qonaqları, cəmiyyətin ayrı-ayrı təbəqələrindən olan bir qrup şəxslə görüşdə qeyd etdi ki, hegemon dövlətlərin Qurani-Kərimə qarşı təhqir planlarını həyata keçirməsinin səbəbi onların bu ilahi kitabın təlimlərindən qorxmasıdır.
İnqilabın Rəhbəri Müqəddəs Müdafiənin müxtəlif sahələrinin minlərlə fəalı ilə görüşdü
İnqilabın Rəhbəri Müqəddəs Müdafiənin müxtəlif sahələrinin minlərlə fəalı ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Müqəddəs Müdafiənin və məcburi müharibənin ayrı-ayrı cəhətləri ilə bağlı maarifləndirmə işləri aparan minlərlə qabaqcıl və aparıcı fəalla görüşdə Müqəddəs Müdafiənin əzəmətini göstərən ayrı-ayrı məsələlərdən danışaraq İran xalqının o ağır qarşıdrumadan sonrakı qələbə səkisi üzərindəki nailiyyətləri, ərazi bütövlüyünün qorunması, İran xalqının imkan və potensiallarının üzə çıxması, ölkənin qeyri-coğrafi sərhədlərinin genişlənməsi, müqavimət məfhumu və mədəniyyətinin ölkə daxilində və dünyadakı inkişafı və istehkamının bütün iranlıların beynəlxalq quldurlar cəbhəsi və mənfur Səddamla mübarizəsinin nəticələrindən olduğunu vurğuladı: “Müqəddəs Müdafiədə ölkə gənclərinin istedadlarının çiçəklənməsi, güc və təşəbbüskarlıqlarının parlaması göstərdi ki, gənclər ölkənin bütün problmelərini həll etməyə qadirdirlər”.
İslam İnqilabının Rəhbəri prezident və Nazirlər Kabinetinin üzvləri ilə görüşdü
İslam İnqilabının Rəhbəri prezident və Nazirlər Kabinetinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər prezident və Nazirlər Kabinetinin üzvləri ilə görüşdə hökumətin bəzi sahələrdə, o cümlədən infrastruktur, makroiqtisadi parametrlərin inkişafı və xarici siyasət sahəsindəki yaxşı və güclü fəaliyyətini yüksək qiymətləndirərək təşəkkür etdi: “Hökumətin tərifəlayiq əsaslı işlərinin olmasına rəğmən, təəssüflər olsun ki, məişət problemləri bir toz kimi hökumətin həyata keçirdiyi əsaslı işləri görməyə mane olur. İkirəqəmli inflyasiya mümkün qədər azaldılmalı, ədalət, sosial təbəqələr arasındakı məsafələrin azaldılması, bazarın stabilliyi, inflyasiyanın azaldılması, valyuta və istehsalın artım qiymətinin sabitləşdirilməsi hökumətin bütün qərar və tədbirlərində, o cümlədən yeddinci inkişaf proqramında tam şəkildə diqqət mərkəzində olmalıdır”.
İnqilabın Rəhbəri SEPAH-ın komandanları ilə görüşdü
İnqilabın Rəhbəri SEPAH-ın komandanları ilə görüşdü
İslam İnqilabının Rəhbəri bu gün səhər İslam İnqilabı Keşikçilər Ordusunun rəhbərliyi və komandanlarının iyirmi dördüncü qurultayının iştirakçıları ilə görüşdə SEPAH-ın yaranması, inkişafı, böyüməsi, böhranlı vəziyyətlərdən çıxmaq bacarığına malik olması, hərbi, xalq, xidmətlər və quruculuq sahələrindəki fəaliyyətinin özünəməxsus və qürurverici olduğunu dedi.
İnqilabın Rəhbəri İİR Ordsununun 86-cı eskadronunun ekipaj üzvləri ilə görüşdü
İnqilabın Rəhbəri İİR Ordsununun 86-cı eskadronunun ekipaj üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Hərbi Dəniz Qüvvələrinin komandanları, 86-cı eskadronunun ekipaj üzvləri və onların ailələri ilə görşdə bu eskadronun Yer Kürəsi ilə bağlı uğurlu və qürurverici ezamiyyətinin yüksək əzmkarlığın, möhkəm iradənin, özgüvənin, layihələşdirmə qüdrətinin, mütərəqqi hərbi elmin, səmərəli idarəetmənin, çətinliklər qarşısında şücaət və dözümlülüyün nəticəsi olduğunu dedi: “Bu böyük hərəkət bir daha göstərdi ki, uğurlar, nailiyyətlər və həyata keçmiş ümidlər hərəkət, çalışma və çətinlikdən doğur”.

Seçilmiş ünvanlar