Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam dünyasındakı son dəyişikliklər onun gələcək kursunu müəyyən edir!

Müvəhhid möminlərin ən sevincli bayramında vüqarlı İran mənəviyyat və ibadət nuruna qərq oldu. Paytaxt Tehranın imanlı əhalisi bir aylıq orucluq və ibadətin şükrü olaraq, Ali Məqamlı Rəhbərin imamətliyi ilə yaddaşlarda qalacaq bir təntənə və möhtəşəmliklə mübarək Fitr bayramı namazını qıldı.

Mübarək Fitr bayramı namazının xütbələrində Ali Məqamlı Rəhbər son dövrlər ərzində İslam dünyasında baş verən dəyişikliklərin heyrətamiz və misilsiz olduğunu bildirdi. O, əlavə etdi: “İslam dünyasının gələcək kursunu təyin edən bu dəyişikliklər, Allahın fəzli ilə, eyni ahənglə davam edəcək!”

Namazın ilk xütbəsində hər kəsi mübarək bayram münasibəti ilə təbrik edən Həzrət Ayətullah Xamenei bildirdi ki, Allahın fəzli, xalqın dua və təvəssülləri, əhalinin bütün təbəqələrinin dini məclislərdə, özəlliklə də Qədr gecələrində fəal iştirakı sayəsində, builki Ramazan, həqiqətən, bərəkətli oldu.

O, əlavə etdi: “Bu gerçəkliklərin bərəkəti sayəsində, ölkədə elə bir qalıcı və təsirli mənəvi atmosfer yaranıb ki, hamı onun qədrini bilməlidir”.

Həzrət Ayətullah Xamenei aşağıdakı tövsiyəni də verdi: “Xalqımızın hər bir üzvü, xüsusilə də cavanlar Quranla daha çox ünsiyyətdə olmaq, insanın daxilində və xaricində olan Şeytanla mübarizə aparmaqla bu ayın nurlu ehtiyatını qoruyub saxlasınlar”.

Ümumdünya Qüds günü yürüşündə İran xalqının nümayiş etdirdiyi parlaq, yerində və zamanında olan davranışı yüksək qiymətləndirən Ali Məqamlı Rəhbər dedi: “Bu əzəmətli hərəkat, heç şübhəsiz, İslam dünyasına böyük təsir göstərəcək”.

Müsəlman xalqlarının Qüds günün İran xalqının səsinə getdikcə daha çox səs verdiklərini qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu il, özəlliklə, oyanışın müşahidə olunduğu müsəlman ölkələrində Fələstini müdafiə meydanına daha çox müsəlman xalqı gəldi. İnşallah, bu tendensiya davam edəcək!”

“Ümumdünya Qüds günü yürüşü İslam ümmətinin damarlarına yeni qan axıdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam düşmənlərinin Fələstin məsələsini unutdurmaq üçün göstərdikləri ardıcıl səyləri nəzərə alsaq, Qüds günü yürüşünün olduqca dərin məna kəsb etdiyini deyə bilərik”.

Ali Məqamlı Rəhbər son dövrlər ərzində İslam dünyasında baş vermiş dəyişikliklərin heyrətamiz və misilsiz olduğunu qeyd etdi. O dedi: “İslam dünyasının gələcək kursunu müəyyən edən bu dəyişikliklər, Allahın fəzli sayəsində, eyni ahənglə davam edəcək!”

O vurğuladı: “İslam ümmətinin düşmənləri daha dolaşıq xarakterli hiylələr quraraq bu dəyişiklikləri nəticəsiz qoymaq üçün bütün qüvvələri ilə işə girişiblər. Buna baxmayaraq, müsəlman xalqları düşmənlərin məkrli planlarını puç edəcəklər!”

“Nə baş verdiyini dərindən dərk etmək, dəyişiklikləri analiz edərkən xətaya yol verməkdən çəkinmək vacibdir” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerika, sionizm və digər qəddar rejimlərin başçıları harada bir fəaliyyətə keçirlərsə, o fəaliyyət və istiqamət, sözsüz ki, yanlış və batildir. Bu reallığa diqqət yetirməklə təhlillərdə səhvə yol verilməsinin qarşısını almaq mümkündür”.

“Şərqi Azərbaycan vilayətinin bəzi bölgələrində baş vermiş son zəlzələ, əziz həmvətənlərimizdən bir qrupunun xəsarət alması acı və müsibətli bir hadisədir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bütün xalqımız bu ağır hadisənin kədərinə qərq olub”.

Zəlzələdən zərər çəkmiş insanlar üçün indiyə qədər görülmüş müsbət tədbirlərə toxunan Ali Məqamlı Rəhbər dedi: “Bu səyləri davam etdirmək lazımdır ki, zəlzələnin ziyan vurduğu həmvətənlərimiz qarşıda onların öhdəsinə düşəcək daha ağır və böyük vəzifələri lazımınca yerinə yetirə bilsinlər”.

Xalqın hadisəyə həssaslıqla yanaşmasını, əhalinin zəlzələdən zərər çəkənlərə göstərdiyi yardımları yüksək qiymətləndirən Həzrət Ayətullah Xamenei dedi: “İran xalqı belə hadisələrə qarşı heç vaxt etinasız qalmayıb. İnsanlarımız zəlzələ qurbanlarına kömək üçün rəsmilərlə əl-ələ verib çalışmağa davam etməlidirlər”.

Ali Məqamlı Rəhbər rəsmilərin gərgin əməyi, xalqın köməyi sayəsində bu hadisənin nəticələrinin tamamilə aradan qaldırılacağına, zəlzələnin dağıtdığı bölgələrdə əhalinin yeni, daha parlaq quruculuq və abadlaşdırma mərhələsinə şahid olacağına ümidvar olduğunu bildirdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /