Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Bocnurdun yeni imam-cüməsini təyin etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam Hacı Şeyx Əbülqasim Yəqubinin Bocnurd şəhərinin imam-cüməsi təyin olunması barədə sərəncam imzaladı.

Sərəncamın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Cənab Höccətül-İslam Hacı Şeyx Əbülqasim Yəqubi,

Cənab Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Həbibullah Mehmannəvaz uzun illər boyu sözügedən məntəqənin əhalisinin din mədəniyyətinə təqdirəlayiq və dəyərli xidmətlər göstərdikdən, bu diyarda İslam dininin və İslam İnqilabının dəyərlərini geniş təbliğ etdikdən sonra hazırda fiziki cəhətdən zəifliyi ilə əlaqədar olaraq, imam-cüməlik vəzifəsindən uzaqlaşdığına görə elm və əməllə zinətlənmiş, məsul vəzifələrdə təqdirəlayiq təcrübəyə malik olan cənabınızı Bocnurd şəhərinin imam-cüməsi təyin edirəm.

Məntəqənin yüksək dini-mənəvi potensialı orada müxtəlif dövrlərdə daim görkəmli alim və şəxsiyyətlərin yetişməsinə səbəb olmuşdur. Bu potensial həmin diyarın bacarıqlı və istedadlı insanlarına diqqət yetirib, dindar və inqilabçı gənclərinə arxalanaraq İslam mədəniyyətinin və maarifinin mümkün qədər çox genişləndirilməsi, əhalinin müxtəlif təbəqələri arasında daha artıq vəhdət yaradılması üçün faydalı proqramların hazırlanmasını və icrasını tələb edir. Bocnurdun dindar, inqilabçı və canıyanan əhalisi, İslam maarifinə xidmət edən alim və ziyalıları, həmçinin digər qurumlarda çalışan məsul və tanınmış şəxsləri, sözsüz ki, bu mühüm işdə sizə yardımçı olacaqlar.

Uca Yaradandan cənabınıza ilahi xeyir-dua, o diyarın camaatına xoşbəxtlik və xeyirli aqibət diləyirəm!

Allahın salamı və rəhməti nəsibiniz olsun!

Seyid Əli Xamenei
18 iyul 2012-ci il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /