Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər

Gənc, bəsici elm xadimlərinin ona hədiyyə etdiyi medalları İmam Rza (ə) ziyarətgahına bağışladı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei gənc elm xadimlərindən 13 nəfərinin elmi müsabiqələrdə qazandıqları medalları ona hədiyyə etməsinə cavab olaraq, ölkə üçün iftixar mənbəyi olan bu gənclərə təşəkkür etməklə yanaşı həmin medalları müqəddəs İmam Rza (ə) ziyarətgahına təqdim etdi.

Bu yaxınlarda ölkənin 13 nəfər gənc və bəsici elm xadimi Ali Məqamlı Rəhbərə məktub yazaraq milli və beynəlxalq olimpiadalarda qazandıqları 15 medalı Həzrət Ayətullah Xameneiyə hədiyyə etdiklərini bildirmişdilər. Ali Məqamlı Rəhbərlik elm xadimlərinin məktubunu aşağıdakı kimi cavablandırdı:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Sizlərə – böyük İran xalqının gözünün nuru, ölkənin gələcək üfüqlərinə işıq salacaq şəxsiyyətlərin sırasına aid olan əziz gənclərə təşəkkürümü bildirərək bu dəyərli hədiyyəni Həzrət Əbəl-Həsən Əli İbn Musa Rzanın (Ona minlərlə salam olsun!) müqəddəs ziyarətgahına təqdim edirəm.

Allah sizə daim dəstək və yardımçı olsun!

Seyid Əli Xamenei
26 dekabr, 2010-cu il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /