Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin

Ayətullah Hacı Ağaəli Safinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Həzrət Ayətullah Hacı Şeyx Lütfullah Safiyə ünvanladığı müraciətdə mərhum Ayətullah Hacı Ağaəli Safinin (Allah ona rəhmət etsin!) vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı vermişdir.

Başsağlığı müraciətinin tam mətni:

Mehriban və bağışlayan Allahın adı ilə!

Həzrət Ayətullah Hacı Şeyx Lütfullah Safi (Tanrı sizə olan bərəkətlərini davamlı etsin!),

Möhtərəm qardaşımız Ayətullah Hacı Ağaəli Safinin (Allah ona rəhmət etsin!) vəfatı ilə əlaqədar cənabınıza, mərhumun digər ailə üzvlərinə və sadiq dostlarına, xüsusilə də Qolpayqan vilayətinin imanlı əhalisinə dərin hüznlə başsağlığı verirəm. Mərhum Ayətullahül-üzma Burucerdinin (Allah onun məqamını ucaltsın!) görkəmli tələbələrindən biri olan bu möhtərəm fəqih bərəkətli ömrünü elm və dinə xidmətə sərf etmişdir və ümidvarıq ki, Allah-Taalanın mərhəmət, bağışlama və fəziləti ona şamil olunacaq. Ulu Yaradandan o mərhumun ruhuna ən ali dərəcələri nəsib etməsini, sizin isə şərəfli həyatınızın davamını diləyirəm.

Seyid Əli Xamenei

4 yanvar, 2010-cu il   


Məlumatdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

700 /