Ali Məqamlı Rəhbərin informasiya bloku

Yeni istiftaat (Bayram ayı)

 
Şəri məsafənin təyinində səhvə yol verilməsi
Sual-1: Əgər bir nəfər Ramazan ayında zöhrdən qabaq şəri məsafə çərçivəsində yol qət etmək və ya şəri məsafə çərçivəsinə aid olduğunu güman etdiyi yerə getmək niyyəti ilə şəhərdən çıxarsa və şəri məsafəni keçikdən sonra iftar edərək şəhərə qayıdarsa, bir neçə gündən sonra getdiyi məsafənin şəri ölçüdən kənar olduğunu bilərsə, Orucun qəzasından əlavə kəffarə də verməlidirmi?
Cavab: Təkcə orucun qəzası vacibdir.
 
Həyat yoldaşının mobil telefonunu yoxlamaq
Sual-2: Əgər bir nəfər həyat yoldaşının telefonunu yoxlayarsa, müxtəlif kişi və qadınlarla olan yazışmalarını oxuyarsa, bunun şəri cəhətdən problemi varmı?
Cavab: Həyat yoldaşının icazəsi və razılığı olmadan bu iş yolverilməzdir.
 
Malın eyiblərini alıcıya deməmək
Sual-3: Mənim maşınımın bəzi hissələri peşəkarcasına dəyişdirilmiş və ya təmir edilmişdir. Əgər maşını satarkən alıcı bu barədə bir söz soruşmasa və mən də bu məsələnin təfərrüatını alıcıya bildirməsəm, alverin və ondan qazanılmış pulun hökmü nədir?
Cavab: Sualda qeyd edilən halda alver səhihdir və qazanılmış pul da halaldır.
 
Kişinin qızıl qarışığı olan gümüşdən istifadəsi
Sual-4: Mən müştərilərimə tərkibi qızıl və gümüşdən olan üzüklər satıram. Kişilər üçün qızıl üzükdən istifadənin haram olduğunu nəzərə alsaq, haramlığı ortadan qaldırmaq üçün üzüyün heç olmasa, bir neçə faizini qızıldan etmək olarmı və bu şəkildə kişilərin ondan istfadəsinin problemi varmı?
Cavab: Əgər ondakı qızılın miqdarı üzüyün insanlar tərəfindən qızıl üzük hesab edilməyəcək qədər azdırsa, kişilərin ondan istifadə etməsinin eybi yoxdur.
 
Toyda qalstukdan istifadə etmək
Sual-5: Toy gecəsi qalstukdan istifadə etməyin şəri baxımdan problemi varmı?
Cavab: Ümumiyyətlə, qeyri-müsəlman geyimi hesab edilən, Qərbin fasid və İslama qarşı düşmənçilik mədəniyyətini yayan libaslar geyinmək caiz deyil.
 
Tatu edəndən sonra dəstəmaz almaq və qüsl verməyin hökmü
Sual-6: Tatu elətdirmiş və qaşında yara olan qadın qüsl və dəstəmaz əvəzinə təyəmmüm edə bilərmi?
Cavab: Əgər yaranın üzü açıqdırsa, suyun da ona zərəri yoxdursa, gərək dəstəmaz və qüslünü adi qaydada yerinə yetirsin. Əgər suyun yaraya zərəri varsa, yaranın ətrafını yusun və zərəri olmazsa, ehtiyat əsasən yaş əlini yaranın üzərinə çəksin.
 
Mehriyyəsini tələb edəcəyi təqdirdə qadının Həcc imkanına malik olması
Sual-7: Əgər qadının mehriyyəsi vacib Həccin xərclərini ödəməyə kifayət edərsə, Həcc ona vacibdirmi və buna görə mehriyyəsini ərindən tələb etməlidirmi?
Cavab: Ərin mehriyyəni ödəməyə gücü çatmırsa, qadın onu (Həcc üçün) tələb edə bilməz və (buna görə) Həccə getmək imkanına malik olan adam sayılmaz. Amma ərin mehriyyəni ödəmək imkanı varsa, qadının da mehriyyəni tələb etməsinin (ailə üçün) bir ziyanı yoxdursa, qadının mehriyyəni tələb etməsi və Həccə getməsi vacibdir. Amma mehriyyənin tələb edilməsinin dava-dalaş və boşanmaq kimi fəsadları olarsa, qadın Həcəc getmək imkanına malik olan adam hesab edilmir və mehriyyəni tələb etmək də vacib deyil.
 
Təqaüdün xümsünün hökmü
Sual-8: Atam dövlət işçisi olub. Hal-hazırda vəfatından bir müddət keçir. Dünyasını dəyişdikdən sonra onun təqaüd pulu ayrı-ayrılıqda mənim və anamın hesabına köçür. Həmin pulun xümsünü verməliyikmi?
Cavab: Təqaüdün xümsünü vermək vacib deyil.
 
Riba borcu
Sual-9: Anam bir nəfərə borc vermək istəyir. Həmin şəxs deyib ki, hər ay qazancının müəyyən faizini anama verəcək və bunu öz razılığı ilə edəcək. Bu iş riba sayılırmı və şəri baxımdan problemi varmı?
Cavab: Faiz şərti ilə borc vermək riba və haramdır. Lakin borcu verərkən faiz almağı şərt eləməsə və borc vermək faizə bağlı olmasa, borc alan da öz razılığı ilə müəyyən məbləği əlavə ödəyərsə, eybi yoxdur. Habelə, faiz almaq müzaribə və müşarikət kimi şəri müqavilələrdən birinin əsasında olarsa, bunun da problemi yoxdur.
 
Televizordan yayımlanan azan və iqamənin hökmü
Sual-10: İzahlı şəriət məsələləri risaləsində deyilib: "Başqasının azan və iqaməsini eşidənin - istər onunla birlikdə təkrar etmiş olsun, ya olmasın - qılacağı namaz ilə həmin azan və iqamənin arasında fasilə çox olmasa, namazını həmin azan və iqamə ilə qıla bilər və öz namazı üçün azan və iqamə deməyə də bilər". Əgər azan və iqamə radio və televizordan da eşidilərsə, bu hökm keçərlidirmi?
Cavab: Əgər birbaşa yayımdırsa, qeyd olunan hökm buna da aid olur.
 
 
700 /