Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam İnqilabının Rəhbərinin təqaüdçülərlə bağlı bəyanatı

Həzrət Ayətullah Xamenei bu gün səhər “Fiqhin xaric dərsi” mühazirəsində təqaüdçülərin işlədilməsini qadağan edən qanunun icrasının əhəmiyyəti və zəruriliyini vurğulayaraq bu qanunda mövcud olan bəzi boşluqlara, habelə bəzi məsul şəxslərin təqaüdçü müdirlərdən bir neçəsinin öz vəzifəsində qalmasına icazə verilməsi ilə bağlı etdikləri müraciətlərə açıqlama gətirərək bəyanat verdi.

İslam İnqilabının Ali Rəhbərinin bəyanatının mətni:

Dünən ağalardan biri dərsdən sonra yaxınlaşdı – dərsdən sonra gördüyünüz kimi, bizə doğru tələsirlər (Rəhbər və auditoriyadakılar gülür) – və naraz-narazı dedi ki, qanunla işdən kənarlaşdırılmış təqaüdçüləri öz işlərinə qaytarır və bunu sizin adınıza (yəni mənim adıma) çıxırlar. Təbii ki, bu, sevgidir, bu, qardaşımızın nəyinsə bizim adımıza çıxılmasını bəyənməməsi, bundan narahat olmasıdır. Sadəcə, problemi onda idi ki, mənimlə qışqıra-qışqıra danışırdı (Rəhbər və auditoriyadakılar gülür). Mən də bir qədər sərt şəkildə dedim: Ağa! Nə üçün mənimlə yüksək tonda danışırsınız?! Hər-halda biz ondan da üzr istəyirik.

Tələbə:
- Üzr istəyirəm, bağışlayın.

Rəhbər:
- Çox yaxşı, biz də sizdən üzr istəyirik.

Təqüdçülərlə bağlı olan qanun çox yaxşı qanundur. Bizim ehtiyac duyduğumuz qanunlardandır. Yeri də görünürdü. Bu qanun, əslində, bəzən bir sıra yerlərdə uzun illər davam edən qapalı adminstrativ halqanı açır, sındırır, idarəetmə mərkəzlərinə can atan gənclərin önünü açır. Buna görə də sözügedən qanun yaxşı qanundur. Ancaq qanunun mütləqliyi doğru deyil. Yəni bütün təqaüdçülərdən istifadə edilməməsi qeyd-şərtsizliyi doğru deyil.

Çünki bəzi adamlar var ki, məsələn, otuz il işləyib təqaüdə çıxıblar. Fərz edin ki, 20 yaşında, 18 yaşında işə girib. İndi də 48-50 yaşlı bir kişidir. İşləyən vaxtıdır, yaxşı təcrübə də toplayıb, alternativi də yoxdur. Bu, başqa məsələdir. Qanun bu adama da şamil olur. Ancaq qanunun, sayları elə də çox olmayan, tək-tək hallarda qarşılaşdığımız bu cür adamlara şamil edilməsi doğru deyil. Yaxşı, indi müdir nə etsin, qanunu pozsunmu? Bu zaman çarəni vəliyyi-fəqihdə görür, onun icazə verəcəyini düşünür.

Gəlib bizdən soruşurlar. Biz də bəziləri istisna olmaqla soruşulan adamları tanımırıq. İki-üç nəfərini tanıya bilərik. Bəzilərini tanıyırıq. Tanımadıqlarımız olanda, əgər müraciət ünvanlayan müdirə etimadımız olsa, qəbul edirik. Məsələ budur. Yoxsa ki, qanun özü yaxşı qanundur. İcra da edilməlidir. Yaxşısı budur ki, hörmətli deputatlar qanunu elə tərtib və düzəliş etsinlər ki, artıq bu problemlər ortaya çıxmasın və rəhbərdən icazə alınmasına da ehtiyac qalmasın.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /