Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Milli imkanlardan düzgün istifadə edilsə, problemlər həll olar

Bu gün səhər (çərşənbə günü) “Cakarta-2018” Para-Asiya oyunlarında medal qazanmış İran İslam Respublikasının idman komandasının çempionları ilə görüşü zamanı əlil və veteran çempionlara nail olduqları qürurverici qalibiyyətə görə təşəkkürünü bildirən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bu çempionluq sarsılmaz əzmkarlığın və gizli potensiallardan istifadənin göstəricisidir: “Böyük iş gördünüz. Bu qiymətli işinizlə göstərdiniz ki, əgər ölkə və ya insanın daxilində diqqətdən kənarda qalmış potensiallardan istifadə edilsə, böyük uğur və inkişafa zəmin yaranacaqdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, əlil və veteran idmançılardan ibarət idman komandası Para-Asiya oyunlarında İran xalqının üzünü ağ etdi: “İdman çempionluğu hər bir ölkə üçün əlavə dəyərdir. Belə ki bəzi dövlətlər çempionluq titulunu qazanmaqdan ötrü, hətta idmanın siyasətdən uzaq olması şüarına da məhəl qoymayaraq siyasi məsələləri çempionat mühitinə daxil edirlər. İdman çempionatında əlil və veteranlar tərəfindən qazanılan yüksək yerlər əlavə dəyərdən və sarsılmaz əzmkarlıqdan xəbər verir”.

Para-Asiya oyunlarının medalçılarına bu işlərinə görə təşəkkür edən Həzrət Ayətullah Xamenei bu lütfkarlığı və nemətinə görə Allaha şükür edərək dedi: “Təcavüzkar insanların əsl problemi Allahdan qafil olmaqdır. İran komandasının çempionlarının medal qazandıqdan sonra, bu uğura görə şükür etmək məqsədi ilə əllərini səmaya qaldırması və ya səcdəyə qapanması, qiymətli addımdır. Bu addım daha böyük uğurlara imza atılmasına mütləq, zəmin yaradacaq”.

O bildirdi ki, əlil və veteran idmançıların, xüsusilə bu sinifdən olan qadın idmançıların özünə güvənməsi onların öz milli və dini dəyərlərinin müdafiəsində atdıqları çox böyük və təqdirəlayiq addımdır: “Çadralı bir xanımın İran komandasına bayraqdarlıq etməsi və ya camat namazı təşkil edilməsi və cümə namazında iştirak dünyanın vüsət almaqda davam edən qeyd-şərtsizlik və laqeyidlik hücumu qarşısında birləşmək və məğlub olmamaq mənasını ifadə edir”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Beynəlxalq arenalarda bəzilərinin küfür və imperializmin sonsuz istəklərinə qarşı müqavimət göstərmək iqtidarında olmadığı və geri çəkildiyi bir şəraitdə siz duruşunuz və mədəni gücünüzü nümayiş etdirməklə öz hicabınız, iffətiniz, milli və dini geyiminizi müdafiə etdiniz. Mən bu səbəbdən İran İslam Respublikasının idman komandasına dərindən və səmimi qəlbdən təşəkkür edirəm”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bu gün dünyada gedən müharibə iradələrin müharibəsidir: “Siz öz qiymətli hərəkətinizlə göstərdiniz ki, mədəni gücə, müstəqilliyə və güclü iradəyə sahibsiniz”.

O bildirdi ki, əlil və veteran idmançıların çempionatdakı ibrətamiz cəhətlərindən biri insan varlığındakı gizli istedadlardan isitfadə oldu: “Hal-hazırkı şəraitdə ölkənin ən böyük problemlərindən biri budur ki, coğrafi, mədəni və insani potensiallardan, habelə yeraltı və ticari resurslar və beynəlxalq səfərlər kimi zəngin milli potensaiallardan istifadə edilməməsidir”.

İslam İnqilabının Rəhbəri dedi: “Əgər bu potensiallardan düzgün istifadə edilsə, ölkənin mövcud iqtisadi poroblemlərinin çoxu mütləq, həllini tapar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Dünya və axirət səadətinə nail ola bilmək üçün biz hamımız, xüsusilə gənclər əlil və veteran çempionlardan öyrənməli və özümüzün gizli istedadlarımızdan isitfadə etməliyik”.

O vurğuladı ki, əlil idmançılardan birinin üzgüçülük idman növündə altı medal qazanması ilhamvericidir və daxili potensiallardan istifadənin ən bariz nümunəsidir.

Qənaətkarlıqlarına görə əlil və veteranlardan ibarət idman komandasına təşəkkür edən İslam İnqilabının Rəhbəri idman çempionatını ümumi əhali arasında idmanın yayılmasına stimul verən bir zirvəyə bənzətdi: “Əlil və veteran idmançıların əhaliyə verdiyi stimul digər idman çempionlarının verdiyi stimuldan iki dəfə çoxdur”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda çempionların çıxışları və istəklərinə toxunaraq İdman və Gənclər nazirinə bu istəklərin hökumət tərəfindən ciddiyə alınması və həyata keçirilməsi ilə bağlı göstəriş verdi.

Görüşdə Müqəddəs müdafiə dövrünün əsirlikdən azad olmuş əlillərindən olan, Para-Asiya oyunlarının qızıl medalçısı cənab Mehdi Əlizadə, “Cakarta-2018” Para-Asiya oyunlarının medalçılarından olan Sara Cəvanmərdi, Elnaz Darabyan və İşrət Kürdüstani çıxış edərk bəzi məsələlərə toxundular.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /