Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Fələstin probleminin məntiqli həlli yolu referendumdur

Bu gün (bazar günü) günortadan sonra universitetlər və elmi mərkəzlərin müəllimləri, elmi heyətlərinin üzvləri və tədqiqatçıları ilə görüşü zamanı universitetlərin ölkənin dərketmə qüvvəsini tərbiyə edən çox mühüm mərkəzlər olduğunu deyən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei universitetlərin üç əsas zərurətinə – ölkənin problemləri ilə məşğul olmaq, tələbələrin kimliyi, mədəni və əxlaqi tərbiyəsi, universitetlərdə davamlı dəyişiklik və islahat aparılması məsələlərinə oxunaraq dedi: “Ölkənin problemləri elmi şəkildə həll edilməlidir. Bu istiqamətdə universitetlər, müəllimlər, istedadlı, çalışqan və motivasiyalı gənclər və bacarıqlı insanların imkan və potensiallarından istifadə etmək çox mühüm və əsaslı məsələdir”.

Həzrət Ayətullah Xamenei çıxışının əvvəlində müəllimlərin ölkə problemlərinə dair irəli sürdükləri çox qiymətli məsələlərlə bağlı qiymətləndirmə apararaq dedi: “Hörmətli müəllimlərin çıxışlarında iqtisadiyyat, sosial patalogiyalar, HBFP, su, atmosfer, innovasiya, elmi diplomatiya, kino, incəsənət, evlilik və ailə məsələləri ilə bağlı çox mühüm məqamlara toxunuldu. Bu da akademik cameənin irəliyə doğru intellektual və motivasion hərəkətindən xəbər verir”.

O bildirdi ki, universitet ölkənin düşünən qüvvəsinin tərbiyəsi üçün mühüm bir mərkəzdir: “Yaxşı universitet ölkənin idarə edilməsində həyati əhəmiyyət daşıyır. Ölkənin düşünən beyninin formalaşdırılıb tərbiyə edilməsi prosesində əziz müəllimlər çox böyük və həssas rol ifa edirlər”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında ölkənin inkişafı sahəsində universitetlərin həlledici rolu və mümühüm məqsədin həyata keçməsinin üç zəruri şərtinə üç mövzu konteksində aydınlıq gətirdi.

Birinci mövzuya aydınlıq gətirərkən universitetlərin ölkə problemləri ilə məşğul olmasının zəruri olduğunu vurğuladı: “Ölkənin bu günkü və sabahkı problemləri elmi şəkildə həll eidlməlidir. Çünki problemlərə qeyri-elmi və tədbirsiz yanaşma onların daha da mürəkkəbləşməsinə və artmasına səbəb olacaq”.

Həzrət Ayətullah Xamenei daha sonra ölkədə universitetin ciddi və elmi müdaxiləsini tələb edən bəzi problemlərə işarə edərək dedi: “Məsələn, bəziləri hesab edir ki, mühüm əhəmiyyət daşıyan iqtisadiyyat sahəsinin problemləri bəzi zəif və ya yanlış idarəetmə metodlarından qaynaqlanır. Buna görə universitetlər elmi və həlledici müdaxilə etməlidirlər”.

O, bu fikrini belə davam etdirdi: “Yüksək rütbəli dövlət məmurlarına bir neçə dəfə tövsiyə vermişəm ki, iqtisadiyyat müəllimlərinin müxtəlif görüşlərini toplayıb onlardan istifadə etsinlər. Çünki bu görüşləri görmək və eşitmək həlledicidir”.

Universitetlərin inkişaf və tərəqqi bəxş edən müdaxiləsi istiqamətində sənayenin də rol oynadığını deyən İslam İnqilabının Rəhbəri müəllimlərin sənaye sahəsi ilə bağlı birillik araşdırmalarına fürsət yaradılmasının təsdiq edilməsini vurğulayaraq dedi: “Neft və ya enerji sənayesinin problemlərinin həllində yadlara göz dikməyimizə ehtiyac yaranmaması üçün universitet sənaye problemləri ilə yaxından tanış olmalı və onları həll etməlidir”.

O, bəzi fikirlərə, o cümlədən neft çıxarılmasında xarci şirkətlərin qabaqcıl texnologiyalarından istifadə məcburiyyətinin olduğunu ifadə edən bəzi açıqlamalara işarə edərək dedi: “Xarici şirkətlərlə müqavilə bağlanması məcburiyyəti onların ölkə qarşısında bəzi tələblər qoyması ilə nəticələnir”.

Həzrət Ayətullah Xamenei 20% zənginləşdirmə təcrübəsinin ölkə gənclərinin istedad və bacarığının parlaq bir nümunəsi olduğunu vurğulayaraq dedi: “20% zənginləşdirilmiş uranın satışı üçün şərtlər qoyulduğu və bəzi məsul şəxslərin də bu sahədə imtiyaz verilməsində maraqlı olduqları bir dövrdə gənclərin səyi, əzmkarlığımız və qətiyyətimiz sayəsində 20% zənginləşdirilmiş uran əldə edə bildik. Dünya bizim ABŞ, Rusiya və Fransanın uranına möhtac olmadığımıza tam bir inamsızlıq içində tamaşa etdi”.

O əlavə etdi: “Belə bir heyrətamiz işi görmək qüdrətində olan istedad neft quyularının məhsuldarlığını niyə də artıra bilməsin?”

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, ölkə problemlərinin universitetlərin fəaliyyət dairəsinə aid olan sahlərindən biri sosial patologiyalardır: “Üç ildir ki, üç strukturun ayrı-ayrı orqanlarını bu məsələyə cəlb etmişik. Gec nəticə verəcək yaxşı işlər də görülmüşdür. Ancaq universitetlər təkliflər və həll yolları ilə mühüm əhəmiyyət daşıyan sosial patologiyalar probleminin həllini sürətləndirə bilərlər”.

İstehsal və istehlak dövriyyəsi zəncirinin islah edilməsinə yardım göstərilməsi Həzrət Ayətullah Xameneinin universitet müəllimləri və akademik tədqiqatçılara verdiyi tövsiyələrdən oldu.

O qeyd etdi ki, universitetlər keyfiyyətli daxili məhsul istehsalına mane olan amillərlə bağlı elmi araşdırmalar aparılması, bəzi təbəqələrin xarici məhsullara meyl göstərməsinin psixoloji və sosialoji köklərinin tapılması sahəsində elmi, obyektiv və reallaşa bilən həll yolları təqdim edə bilərlər.

İslam İnqilabının Rəhbəri universitet müəllimləri qarşısında etdiyi çıxışın birinci, yəni universitetlərin ölkə problemləri ilə məşğul olması hissəsini yekunlaşdırarkən bir mühüm nüansa toxunaraq dedi: “Dəfələrlə qeyd etdiyim kimi, bu əməkdaşlığın reallaşması ölkənin rəhbər və məsul şəxslərinin istək və tələbi ilə şərtlənir. Belə ki, alimlər müdirlərin kabinetlərinin qapısı arxasında gözləməli deyil, müdirlər alimlərin qapısına getməlidirlər”.

O, toplantıda iştirak edən dövlət məmurlarına bildirdi ki, mərkəzlər və qurumların universitetlərlə əlaqəsini dövlət iclaslarında ciddi şəkildə izləsinlər.

Həzrət Ayətullah Xamenei universitet müəllimləri və tədqiqatçılarla olan iclasdakı çıxışının ikinci hissəsinə keçərək dedi: “İslam nöqteyi-nəzərində ağıl maddi hesablama makinası deyil, insanı İslam həyat tərzi ilə yaşamağa inandıran, müxtəlif həyat əlaqələrini təmin edən inkişaf və ucalıq amilidir. Bu böyük imkanın gerçəkləşməsi üçün ağıl qüvvəsi mədəni, mənəvi və əxlaqi tərbiyə görməlidir”.

O, akademik cameəyə səslənərək dedi: “Gələcəkdə cəmiyyəti düzgün idarə etməsi üçün pak və təmiz olan gənc tələbəni imanlı, şücaətli, fəal, işgüzar, özünə güvənən, özünə inanan, haqqı qəbul edən, haqqı tələb edən, zülm və təcavüzə qarşı mübarizə aparan, mehriban, güzəştə gedən ruhiyyə və əxalqda tərbiyə edin”.

İslam İnqilabının Rəhbəri mənəvi və əxlaqi tərbiyənin zəruri olmasına nümunə olaraq virtual məkanda geniş yayılmış anormal hallara, o cümlədən böhtan, söyüş, möminin abrının aparılmas, kiçik zəif cəhətlərin qabardılması məsələlərinə toxunaraq dedi: “Mənəvi tərbiyə bu problemlərin qarşısını ala bilər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Müasir gənci şəxsiyyətli yetişdirin. Çünki hər hansı cəmiyyətin kimlik hissi olmasa, amiranə uca səslər qarşısında asanlıqla məğlub olacaq. Ancaq dini, milli və insani kimliyə malik olmaq cəmiyyətə izzət və müqavimət hissi bəxş edir”.

Həzrət Ayətullah Xameneinin toxunduğu mövzuların sonuncusu universitetlərin davamlı dəyişməsi, islahatı və təkmilləşməsi zərurətinin obyektiv nümunələrinin qeyd edilməsinə həsr edildi.

O, elmin istifadəçi mövqeyinin istehsalçı mövqeyi ilə əvəzlənməsinin bu nümunələrdən biri olduğunu dedi: “Dəfələrlə demişik, başqalarının elmi qarışısında şagirdlik edirik, ancaq şagirdliklə təqlid və daimi isitfadə arasında fərq var”.

Həzrət Ayətullah Xamenei humanitar elmlərin geniş yayılmış nəzəriyyələrlə məhdudlaşdığını əsasə gətirərək İslamın humanitar elmlərinin işlənib hazırlanması və açıqlanmasının izlənməməsini düşünən insanları tənqid edərək dedi: “İqtisadiyyat, idarəetmə, fəlsəfə və digər humanitar elmlərlə bğlı bu qədər ziddiyyətli görüşlərin olması bəzi görüşlərin səhv olduğunu göstərmirmi? Yeri gəlmişkən, hətta bəzi emprik elmlərdə də bəzi fikirlərin səhv olduğu sübuta yetmiş və yetməkdədir. Bəs nə üçün bəziləri İslamın humanitar elmlərini inkar edirlər?”

O qeyd etdi ki, başqalarının elmlərinin düzgün və tam şəkildə transfer edilməməsi və bu elmlərin daxildə yenilənməməsi elm istehsal edilməsi istiqamətində işlər görülməsinin zəruri olduğunu göstərən başqa bir amildir: “Keçmiş rejimin yanlış təcrübələrini təkrar etmək olmaz”.

Həzrət Ayətullah Xamenei ölkənin nano, kök hüceyrələr, nüvə, biotexnologiya, təbabət və digər elm sahələrində əldə etdiyi təqdirəlayiq nailiyyətlərə işarə edərək dedi: “Bəziləri, xalqı və cəmiyyəti məyus etmək üçün hətta dünya səviyyəli elmi mərkəzlərin də inkar edə bilmədiyi bu obyektiv nailiyyətlərini su üzərində yaranan bir köpüyə bənzədirlər. Bu cür fikirlər yüz faiz səhvdir”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında universitetlərdə dəyişmənin zəruri olduöğunu göstərən faktiki nümunələrə toxundu: “Tədqiqatların məqsədyönlülük səciyyəsinə malik olması mühümdür. Tədqiqatlar iki əsas məqsədlə - ölkənin problemlərinin həli və ehtiyacların təmin edilməsi; elmi zirvəyə yüksəlmək və mənbəyə çevrilmək, elmin dünya səviyyəli liderləri srasında yer almaq – məqsədləri ilə həyata keçirilməlidir”. O bildirdi: “Əsaslı məqalənin mövzusunun razılaşan və razılaşmayan tərəflər olur. Təbii ki, istinad mənbəyin olan məqalələr ölkə üçün üzüağlıq gətirir. Ancaq müəllimlərin elmi yüksəlişi istiqamətində məqalə yazmaq əsas və meyar olmamalıdır”.

İnqilabın Rəhbəri ali təhsilin tənzimlənməsinin universitetlərdə lazım olan digər dəişikliklərdən olduğunu dedi: “Bu sənəd 2016-cı ildə Mədəni İnqilab ali Şurası tərəfindən təsdiq edilsə də, icrası isitqamətində irəliləyiş edilməmişdir”.

Həzrət Ayətullah Xamenei dedi: “Ali təhsilin tənzimləndirilməsi ayrı-ayrı elm sahələri üzrə milli işin universitetlər arasında bir növ bölünməsidir. Bu proqram qarşılıqlı əlaqə yaratmaqla yanaşı, elmi inkişaf proqramının hazırlanması və ölkənin elmi vəziyyətinin qiymətləndirilməsini asanlaşdırır”.

İnqilabın Rəhbərinin universitetlərin davamlı islahı və təkmilləşdirilməsi istiqamətində zəruri hesab etdiyi məsələlərdən biri ölkənin kompleks elmi planının tam tədqiqi ilə bağlı oldu.

O, ölkənin kompleks elmi planını yüksək qiymətləndirərək dedi: “Bu planı icra etməli olan universitet onun haqqında yetərli qədər məlumatlı deyil. Buna görə də universitetlərdə kompleks elmi planın izahı və əməli müstəviyə keçirilməsi ilə bağlı konfranslar təşkil edilməlidir”.

Universitetlərdə ixtisaslar arasında qeyri-bərabərlik təhlükəsi, gəlirli ixtisaslara meylin artması riyaziyyat və fizika kimi çox mühüm ixtisaslara meylin azalmasına səbəb olmuşdur. Rəhbərin akademik heyətlərdən istədiyi digər məsələ bu problemin həlli ilə bağlı oldu.

İnqilabın Rəhbəri çıxışını yekunlaşdırarkən universitetlərin müəllimləri və elmi heyətlərinə səsələnərk dedi: “Tələbələrinizi indiki dövrə və gələcəyə ümidli, daxili imkan və potensiallara inanan, ölkənin mövqeyini tanıyan insanlar kimi yetişdirin ki, ölkənin nailiyyətlərinin keçən 20-30 illə müqayisədə təqdirəlayiq olduğunu gördükləri kimi, onun gələcəyinin bu günlə müqayisədə daha yaxşı olacağından əmin olsunlar”.

İslam İnqilabının Rəhbəri İslam Respublikasının əksər millətlər arasında tutduğu yüksək mövqeyinə işarə edərək dedi: “İran İslam Respublikası əksər ölkələr və region xalqları arasında çox böyük heysiyyət, tərəfdar və nüfuza malik olduğu kimi, imperialist və önəmi olmayan dövlətlər arasında da çox düşməni var. Bu da mənfur düşmənlərin daim məkrli planlar qurmaq fikrində olmasına səbəb olur. Allahın lütfü ilə İran xalqı və İslam Respublikası qarşısında daim məğlubiyyətə uğrayacaqlar”.

Həzrət Ayətullah Xamenei zamanın şümrü, yəni işğalçı rejimin uşaq qatili olan baş nazirinin Avropa səfərindəki yazıq görkəm almasına toxunaraq dedi: “Tarixin bütün zalımlarının önündə dayanan bu cinayətkar avropalılara yalandan deyir ki, İran bir neçə milyon yəhudini məhv etmək istəyir. Halbuki bizim fələstin məsələsi ilə bağlı irəli sürdüyümüz həll yolu tamamilə məntiqli və demokratik normalara uyğundur”.

İnqilabın Rəhbəri avropalıların sionist rejimin Qəzza və Qüdsdəki cinayətləri qarşsıında susmasını tənqid edərək dedi: “Həmişə demişik, tarixi Fələstin torpağında hökumətin növünü təyin etmək üçün bütün dünyanın qəbul etdiyi metoda əsaslanaraq ictimai rəyə müraciət etmək, müsəlman, yəhudi, xristian olmasından asılı olmayaraq, ən azı 80 il bu ərazidə yaşamış, hal-hazırda istər işğal altında olan ərazilərdə və ya kənarda yaşayan bütün həqiqi fələstnililər arasında referendum keçirmək lazımdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam Respublikasının rəsmi olaraq BMT-də qeydiyyata alınmış bu proqramı dünyanın qəbul etdiyi normalara uyğun deyilmi? Bəs nə üçün avropalılar onu başa düşmək istəmirlər?”

Görüşün əvvəlində müəllimlər və elmi heyətlərin üzvlərindən 13 nəfəri iki saat ərzində öz fikir və mülahizələrini bildirərək onları narahat edən məsələlərdən danışdılar:

- Doktor Şahin Axundzadə - Tehran Tibb Elmləri Universiteti

- Doktor Şahab İsfəndiyari – İncəsənət Universitetinin dosenti

- Doktor Məhəmməd Cəmşidi – Tehran Universitetinin dosenti

- Doktor Məhəmmədrza Cavadiyeganə - Tehran Universitetinin dosenti

- Doktor Fərzad Cahanin - Şahid Universitetinin dosent

- Doktor Dehqani Firuzabadi – Şərif Sənaye Universitetinin dosenti

- Doktor Məhəmmədmehdi Tehrançi – Şəhid Behişti Universitetinin müəllimi

- Doktor Peyman Salehi – Şəhid Behişti Universitetinin müəllimi

- Höccətül-İslam dokto Seyyid Abbas Musəviyan – İslam Mədəniyyəti və Düşüncəsi Tədqiqatlar Mərkəzinin müəllimi

- Doktor Kamran Davəri – Məşhəd Firdovsi Universitetinin müəllimi

- Doktor Şahin Məhəmməd Sadiqi – Şəhid Behişti Tibb Elmləri Universitetinin dosenti

- Doktor Cəfər Aslani – Tehran Tibb Elmləri Universitetinin müəllimi

- Doktor Məryəm Hacı Əbdülbaqi – Azad İslam Universitetinin dosenti

Məruzəçilərin toxunduğu mövzular:

- Cinah ixtilaflar və ölkənin uğurlarının inkar edilməsinin tənqidi

- Tədqiqat sahəsinə diqqət ayrılması və onun büdcədəki payının artırılması zərurəti

- Universitetə siyasiləşmiş baxışın və hökumətlər dəyişdikdən sonra universitetlərin rekdorlarının dəyişdirilməsinin tənqidi

- Kinoya diqqət, mədəniyyət və incəsənət sahəsi ilə bağlı düzgün siyasət aparılmasının əhəmiyyəti

- HBFP-dan dərs çıxarılmasının zərurəti və bu təcrübənin başa düşülməsi

- Sosial patalogiyalarla qarşılaşdıqda əhalinin imkanlarından istifadə edərək stabil həll yolunun tapılması və fors-major tədbirlərin görülməsi

- Əhalinin azalması, evlilik yaşının artması ilə bağlı narahatlıq, ailə ilə bağlı universitet ixtisaslarının yaradılması təklifi

- Virtual elmlər sahəsində elmi durğunluqla bağlı narahatlıq

- Uğurlu Müqəddəs Müdafiə təcrübəsindən nümunə götürərək elmi cihadın yaradılması zərurəti

- Atom sənayesi, xüsusilə kiçik nüvə reaktorlarının inkişaf etdirilməsi zərurəti

- Suyun vəziyyəti və onun yaxşılaşdırılması üçün əsaslı dəyişikliklər apaırlması ilə bağlı təcili addımlar atılması zərurəti

- Bankçılıq sənayesinin həqiqi iqtisadiyyata xidmət göstərməsinin vacibliyi

- Elmi diplomatiya və sağlamlıq diplomatiyasına diqqət

- İran məhsullarından geniş istifadəyə mane olan amillərin ortadan qaldırılması zərurəti

Görüşün sonunda İslam İnqilabının Rəhbərinin imamətliyi ilə Məğrib və İşa namazları qılındı. İştirakçılar İnqilabın Rəhbəri ilə birlikdə iftar etdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /