Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Çalışın fars poeziyası pak, hikmətli və ümidverici qalsın

Əhli-Beytin kərimi Həzrət İmam Həsən Müctəbanın (ə) mübarək təvəllüd gecəsi fars dili və ədəbiyyatı üzrə mütəxəssislər, gənc və qabaqcıl şairlərindən bir qrupu İslam İnqilabının Ali Rəhbəri ilə görüşdü.

Bu görüşdə şeirlərin söz və məzmun baxımından gözəlləşdirilməsi sahəsində rolu olan gənc şairlərin nailiyyətlərini yüksək qiymətləndirən Həzrət Ayətullah Xamenei şeir tarixi boyunca fars poeziyasının pak və iffətli qaldığını dedi: “Çalışın, fars poeziyasındakı bu iffət və paklıq qorunub saxlanmaqda davam etsin”.

O bildirdi ki, ədalət, müqavimət və əxlaqi dəyərlərin təbliği və təşviqi kimi məsələlərdə ənənə və diskurs yaradılması şairlərin missiyalarındandır: “Fars poeziyası daim hikmət və didaktika ilə zəngin olmuş, fikir və ümid yaradılması və dərinləşdirilməsində mühüm rol oynamışdır. Şeirdəki bu vəziyyət və ruhiyyə bu gün də qabarıq və parlaq olmalıdır”

İslam İnqilabının Rəhbəri inqilab müxaliflərinin poeziyanı doğru yoldan sapdırmaq, onu fikir və düşüncə səthiliyi, əməldə laqeydlik, siyasi məyusluq, düşmən qarşısında laqeydlik kimi məsələlərə sövq etmək üçün çalışdıqlarını və invetsisiyalar qoyduqlarını vurğulayaraq dedi: “Bu səylər qarşısında şeirlərdə “əməldə hikmət, ciddiyyət, səy, qayda-qanun, fikir və düşüncə dərinliyi, düşmən qarşısında kimlik və mübarizənin möhkəmləndirilməsi” məsələləri üstünlük təşkil etməlidir”

O, habelə yaxşı nəğmə və təranənin yüksək əhval ruhiyyə və ictimai hərəkatların yaranmasında effektiv rol oynadığını dedi: “Ehtiyac duyulan məzmunların cəmiyyətə transfer edilməsi istiqamətində xalqın şeir və poeziyaya olan marağından  yaxşı formada istifadə etmək lazımdır”.

Görüş zamanı şairlərdən 31 nəfəri İslam İnqilabının Rəhbərinin hüzurunda öz şeirlərini oxudu.

Habelə mərasimdən əvvəl şairlər Həzrət Ayətullah Xamenei ilə yaxından söhbət edib öz əsərlərini ona təqdim etdilər.

Görüşdən sonra İslam İnqilabının Rəhbərinin imamətliyi ilə Məğrib və İşa namazları qılındı və iştirakçılar Rəhbərlə birlikdə iftar etdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /