Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Mömin və inqilabçı gənclər ordusu meydanda olmalıdır

Ayrı-ayrı universitetlərin yüzlərlə tələbəsinin İslam İnqilabının Ali Rəhbəri ilə 3 saatlıq səmimi, coşqulu və yüksək əhval-ruhiyyə içərisində keçən görüşündə tələbələrin ayrı-ayrı elmi, mədəni, siyasi, sosial və sinfi təşkilatlarının nümayəndələri üç güc strukturu və ayrı-ayrı qurumlarla bağlı tənqidlərini, təkliflərini və tələblərini bildirdilər.

Bu gün (bazar ertəsi) günortadan sonra təşkil edilən bu görüşdə gənclik ruhiyyəsi, faydalı şəxsiyyət olmaq hissi, tələbə hərəkatlarının ideya və iman əsaslı motivləri, ideyaların tələb edilməsinin gələcəyə ümid səbəbi olduğunu deyən Həzrət Ayətullah Xamenei İnqilabın potensialları və zəruri şərtləri əsasında inqilabçı olmaq, inqilabçı qalmaq və inqilabçı davranmağın zəruriliyindən danışdı: “Ölkənin imkan və potensialları əsasında ideyalara doğru qürurverici hərəkət yüksək sürət və daha böyük güclə davam etdirilməlidir”.

İslam İnqilabının Rəhbəri çıxışının əvvəlində bu görüşü və tələbələrin ölkə ilə bağlı müxtəlif mövzuları əhatə edən təkliflər, giley-güzar və etirazlarla müşayiət edilən çıxışlarını sözün əsl mənasında tələbə toplantısı olduğunu dedi: “Bu toplantının ən mühüm nəticəsi fərqli baxış bucaqlarına malik olan tələbələr arasında yüksək, canlı və motivasiyalı hərəkət və ruhiyyənin özünü göstərməsi oldu. Bu gerçək mühit düşmənlərin, yadların və bəzi daxili ünsürlərin universitetlərdə süstlük, məyusluq və ümidsizlik olması ilə bağlı səsləndirdikləri fikirlərin əksini göstərir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Belə bir ruhiyyənin olması tələbənin təsir gücündə olmasını hiss etməsinə və həmin hiss əsasında danışıb tələb irəli sürməsinə səbəb olur”.

Ali Rəhbər görüşün əvvəlində çıxış edən tələbələrin çıxışlarına və onların ölkənin bir çox məsələləri ilə bağlı etirazlarına işarə edərək bu etirazların çoxunun yerli etirazlar olduğunu dedi: “Gerçəkləri nəzərə alsaq, çılğın gənclər tərəfindən asanlıqla ifadə edilən arzuların gerçəkləşməsi bu asanlıqda mümkün deyil, bir sıra müqəddimələrə, səy və fəaliyyətə ehtiyac var”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Arzuların gerçəkləşməsi üçün lazım olan müqəddimlərdən biri çılğın və motivasiyalı gənclərin səhnədə olması və onların problemlərin həlli ilə bağlı fikir və səyləridir”.

Daha sonra bəzi tələbələrin bəzi qurumlarla bağlı tənqidlərinə toxunan Həzrət Ayətullah Xamenei dedi: “Silahlı Qüvvələr kimi qurumların idarəçiliyi rəhbərliyə tabedir. Məhkəmə və teleradionun rəhbərləri rəhbərlik tərəfindən təyin edilsə də, idarəçiliyi rəhbərə aid deyil. Nümunə üçün qeyd edim ki, teleradionun həm indiki, həm də əvvəlki rəhbərliyinə ayrı-ayrı mövzularla bağlı tənqidi mövqeyimi daim bildirmiş və bildirməkdəyəm”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Teleradio şirkəti kimi bəzi qurumların nöqsan və problemlərinin aradan qaldırılması üçün əsas həll yolu gənc, fəal, mömin və motivasiyalı gənclərin bu qurumlara inyeksiyasıdır. Mən bu məsələni onlara vurğulamışam”.

O vurğuladı ki, ölkə və İslam dövləti heç bir tərəddüdsüz irəliyə doğru hərəkətdədir: “Dəfələrlə demişəm, bu gündən dah yaxşı olan gələcək gənclərə məxsusdur. Ancaq bunun şərti doğru yoldan sapmamaq, davamlı və yorulmaq bilməyən hərəkətdir”.

İslam İnqilabının Rəhbəri dedi: “Bu tələbə görüşü böyük bir müjdə və ümidvarlığın qasididir. Yəni universitetlərdə imanlı, qeyrətli, motivasiyalı və qərarlı tələbə hərəkatından xəbər verir”.

Həzrət Ayətullah Xamenei bu məsələyə münasibətini belə ifadə etdi: “Gələcək və universitetlərlə bağlı məyusluq və ümidsizliklərini ifadə edən insanlar bu gerçəyə baxıb fikirlərini düzəltsinlər”.

O, çıxışının davamında çıxışının əsas hissəsinə, yəni inqilabçı olmaq, inqilabçı qalmaq və inqilabçı davranmaq mövzusuna keçdi.

İslam İnqilabının Rəhbəri İnqilabın beş mərhələsi ilə bağlı açıqlama verdi: “İslam İnqilabının qələbəsinin əvvəlində yanlış bir fikir mövcud idi. O da bu idi ki, İnqilab, dövlət yarandıqdan sonra sona yetəcək. Təşkilatlar və bürökratiyanın formalaşdırılması ilə məşğul olmaq lazımdır. Bu yanlış təfəkkürə görə, inqilab gərginlik, münaqişə və qeyri-qanuni işlərin görülməsi kimi izah edilir”.

Həzrət Ayətullah Xamenei inqilabçı və islami idarə sisteminin yaradılmasının ikinci mərhələ olduğunu dedi: “İnqilabçı və islami idarə sisteminin gerçəkləşdirilməsi üçüncü mərhələ, yəni inqilabçı hökumətin, islami idarə sisteminin sütunlarına inamı olan bir hökumətin formalaşması ilə şərtlənən hədəflər, ideyalar və dəyərlərə malikdir”.

O vurğuladı ki, müsəlman və inqilabçı hökumətin doğru fəaliyyəti və ideyaların gerçəkləşməsi ilə dördüncü mərəhlə, yəni müsəlman və inqilabçı cəmiyyət formalaşır: “İslam dövləti, İslam hökuməti və İslam cəmiyyəti beşinci mərhələyə, yəni islami və inqilabçı mədəniyyətin təşəkkülünə zəmin yaradır. Buna görə də İnqilab heç vaxt tamamlanmayacaq və həmişə davam edəcək”.

İslam İnqilabının Rəhbəri inqilabçı və islami idarə sisteminin idyealarından danışdı: “Çox mühüm əhəmiyyət daşıyan bu ideyalardan biri milli izzət, yəni təsəvvür və xülyalara deyil, cəmiyyətin reallıqlarına əsaslanan milli qürur hissidir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, milli özgüvən, siyasi, iqtisadi və mədəni müstəqillik, azadlıq – fikir, söz və əməl azadlığı İslam dövlətinin ideyalarındandır: “Əgər azadlıq olmasa, cəmiyyətin mənəvi inkişafı olmayacaq. Ancaq bu azadlığın özünün qanun və çərçivəyə ehtiyacı var. Çünki əksi, nümunələrinə Qərb dünyasında rast gəlinən laqeydliliklə nəticələnəcək”.

Həzrət Ayətullah Xamenei ədalətin bərqərar olması, texnologiya sayəsində maddi və mədəni inkişaf, ictimai əxlaqın inkişafı, mənəviyyatın inkişafı, ehtiras və qəzəbin əsarətindən xilas olmaq üçün mühitin hazır vəziyyətə gətirilməsinin sözügedən ideyalardan olduğunu dedi: “Bu ideyaların qısa zaman ərzində reallaşması mümkün deyil. Bunun üçün ayıqlıq və bəsirətə əsaslanan uzunmüddətli bir hərəkətə ehtiyac var”.

O vurğuladı: “İnqilab ideyalar və davamlılıq olmadan, əslində, yalnız ölkə idaərçiliyinin bir qrup fərddən digər qrupa keçməsindən ibarət olur. Buna görə də ideyalar istiqamətində hərəkət etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei çıxışının ikinci hissəsini yekunlaşdırarkən tələbələrin ideyalarla bağlı tələbkar hiss və ruhiyyəsinə dəstək verərək dedi: “Mən cəmiyyətin problemlərindən müxtəlif vasitələrlə xəbər tutur və işləri diqqət mərkəzində saxlayıram. Bütün məsələləri nəzərə alsaq, keçən qırx il ərzində İslam dövlətinin bütün bu idayalarda inkişafa nail olduğunu hesab edirəm”.

O əlavə etdi: “Hətta ədalət məsələsində, gözlənilən inkişafla müqayisədə geriliyimizin olmasına baxmayaraq, bu sahədə də yaxşı nailiyyətlərimiz var. Diktator zamanının dağıntıları və geriliklərinin indiki zamanla müqayisəsi bu faktı sübut edir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, ölkənin sosial, siyasi, media və virtual məkanlardakı azadlıqları despot şah rejiminin boğucu mühiti ilə müqayisəolunmazdır: “Kimsə deyə bilər ki, nə üçün televiziya və radioda filan tənqid müzakirəyə çıxarılmır, ancaq əvəzində dövlət məmurları teleradionun və bəzi xəbər proqramlarının tənqidi mövzularından dəfələrlə şikayətlənirlər?”

İnqilabın Rəhbəri elm və texnologiya sahələrində hiss olunan və real nailiyyətlərdən söz açaraq dedi: “İdeyalar sahəsində də bu cür nailiyyətlərə imza atmışıq. Təbii ki, bu hədlə qane olmamalıyıq. Ölkənin imkan və potensialları əsasında bu qürurverici hərəkəti daha yüksək sürət və daha böyük güclə davam etdirməliyik”.

Həzrət Ayətullah Xamenei minlərlə tələbənin qarşısında etdiyi çıxışını ideyaların izlənməsinə mane olan amillərin tədqiqi və təhlili ilə davam etdirdi.

O bildirdi ki, inqilabçı hökumət və inqilabçı dövlətin mənası ölkənin idarəetmə kompleksinin ideyaların gerçəkləşdirilməsi amillərindən ibarət olması deməkdir: “Əgər bu mühüm amildə pozuntu yaransa, deməli, inqilab yolunda mütləq problemlə qarşılaşacağıq”.

İslam İnqilabının Rəhbəri təsir gücünə malik təbəqələrin, o cümlədən universitet və mədrəsə tələbələrinin, incəsənət işçiləri və alimlərin ideyalara doğru hərəkəti sürətləndirən amillərdən olduğunu dedi: “Gənc qüvvələr ölkənin ümimi hərəkətinin lokomotivi və hərəkətvericiləri kimi ideyaların gerçəkləşməsində mühüm rol oynaya bilərlər”.

Həzrət Ayətullah Xameneinin, ideyaların inkişaf amillərindən danışarkən toxunduğu məsələlərdən biri ümid, əzmkarlıq və proqramlaşdırma ruhiyyəsi oldu.

O dedi: “Cəmiyyətə məyusluq və ümidsizlik transfer edən insanlar düşmən olmaya bilərlər. Ancaq onların gördükləri iş eynilə düşmənin gördüyü işdir”.

İslam İnqilabının Rəhbəri ideyaların gerçəkləşməsinə mane olan amillərdən danışarkən xüsusi bir nüansa açıqlama gətirdi: “Bəziləri deyir ki, niyə Rəhbər bütün problemləri mənfur ABŞ və İngiltərənin boynuna yıxır? Bu bir səhv qənaətdir. Çünki mən problem və maneələrin çoxunun səbəbinin daxili amillərlə bağlı olduğunu deyirəm. Təbii ki, düşmənlər də onlardan sui-isitfadə edirlər”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, dövlət məsələləri və inqilabın düzgün başa düşülməməsi ideyaların gerçəkləşməsinə mane olan amillərdəndir: “Tələbələr, universitet və mədrəsələrin mömin və inqilabçı elitası bu məsələ üzərində işləsinlər”.

İnqilabın Rəhbəri qeyd etdi ki, mühitin düzgün tanınmaması , dost və düşmən cəbhəsinin səhv salınması ideyalar istiqamətində hərəkətin davam etməsinə mane olan amillərdəndir: “İradəsizlik, tənbəllik, səbirsizlik də bu hərəkətin yavaşlamasına səbəb olur”.

O bu məsələ ilə bağlı fikrinə bunu əlavə etdi: “İnqilab qəzəbi qarşısında İnqilab səbrimiz də var. Belə ki, Əmürül-möminin də ədalətin tam və kamil məzhəri kimi müəyyən məqamlarda səbr etmişdir”.

Rəhbər ixtilaflı və destruktiv məsələlər, bəhanələr, habelə qeyri-əsas işlərlə məşğul olmaqdan çəkinməyi israrla tövsiyə etdi.

O, nümunə üçün qeyri-əsas məsələlərin əsas məsələyə çevrilməsinə belə açıqlama verdi: “Virtual məkan və ya filan mesencer məsələsində bir iş görmək lazımdır. Bir iş də görülməkdədir. Ancaq bu məsələdə ifrat və təfritə yol vermək qeyri-əsas işlə məşğul olmağın bir nümunəsidir”.

İslam İnqilabının Rəhbəri ideyaların gerçəkləşməsinə mane olan daxili amillərə açıqlama gətirdikdən sonra bu prosesə mane olan xarici amillərdən danışdı.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bacarıqsızlıq və ümidsizliyin İran cəmiyyətinə inyeksiyası, İranın əsl demokratiyasının diktatura kimi qələmə verilməsi, tarixi həqiqətlərin təhrif edilməsi, korrupsioner, asılı, diktator və çox zəif şahlıq rejimi haqqında real olmayan yalanların uydurulması, qalibiyyətlərin kiçik göstərilməsi və zəif cəhətlərin şişirdilməsi, sabotaj və sanksiya ideyaların gerçəkləşmə sürətinə mane olan xarici amillərdəndir.

O bu kontekstdə yanlış bir xəttin, yəni idarəetmədəki zəif cəhətlərin sistemə aid edilməsi xəttinin izlənməsinə işarə edərək dedi: “Bəziləri bəzi idarə rəhbərlərinin yanlış işlərini hay-küylə ölkənin bütün idarə heyətinə şamil edir, sistemi sual altına almaq üçün hətta bunu islami idarə sisteminə də aid edirlər. Bu məsələdə çox diqqətli olmaq lazımdır”.

İnqilabın Rəhbəri çıxşını bir növ yekunlaşdırarkən tələbələrə dedi: “Dövlət böyük bir döyüş meydanının ortasında qalıb. Siz ki, bu hərtərəfli döyüş meydanının içərisindəsiniz, bu qarşıdurmanı hiss və dərk etməli, qarşı tərəfi tanımaqla öz inqilabçı vəzifənizi tanıyıb ona əməl etməlisiniz”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Doğru, rasional, cəsarətli və motivasiyalı davranış kimi nəzərdə tutulan inqilabçılıq yalnız islami idarə sistemi yatağında mümkün və məzmunludur. Buna görə də dövləti, onun əsaslarını və dəyərlərini sual altına aparan və destruktivlik edənlər əslində, inqilabçı deyil, dağıdıcıdırlar”.

İslam İnqilabının Rəhbəri cəmiyyətdə ideyaların olması və onların tələb edilməsinin zəruriliyini vurğuladı: “Əgər ictimai rəyə qarşı yönəlmiş irimiqyaslı və böyük həcmli anti-inqilabçı hücuma ideyanın qabardılması və tələb edilməsi ilə qarşılıq verilməsə, mütləq dağıdıcı olacaq”.

O vurğuladı: “Mömin və inqilabçı gənclər ordusu ideyaların rasional və fasilə verilmədən tələb edilməsi, İnqilab hədəflərinin gerçəkləşdirilməsinə yardım meydanına atılmalı, ictimai rəyin, elit və rəhbərlik mühitinin doğru yoldan sapdırılması qarşısında sədd çəkməlidirlər”.

Həzrət Ayətullah Xamenei ideyaların mömin və inqilabçı gənclərə xas dildə açıq şəkildə və cəsarətlə tələb edilməsinin zəruri olduğunu dedi: “İctimai rəy aristokratiya və fikir asılılığından təmizlənməlidir”.

O, xarici məhsulun İran məhsulundan üstün tutulmasının ciddi intellektual bir problem olduğunu dedi: “Xarici cinsin yaxşı olması ilə bağlı yanlış fikrin düşüncələrdən silinib təmizlənməsi üçün güclü və intellektual bir hərəkat formalaşmalıdır”.

İnqilabın Rəhbəri İslam-İran həyat tərzinin tələb edilməsi, laqeyidlik, tənbəllik, mövqesizlik və anti-dinçiliyə qarşı müqavimət göstərilməsinin inqilabçı tələbə hərəkatının digər zəruri cəhətlərindən olduğunu dedi: “Əlbəttə, bütün bu zəruri cəhətlər hövsələ, inqilab düşüncəsi və səbri ilə həyata keçirilməlidir”.

Görüşün əvvəlində tələbə təşkilatlarının on bir nümayəndəsi çıxış etdi:

- Şərif Sənaye Universitetinin Enerji Mühəndisliyi ixtisası üzrə doktorant Fərşad Mətbu

- Tələbələrin İslam Cəmiyyəti Birliyinin sədri Hüseyn Əxgərpur

- Vəhdətin Möhkəmləndirilməsi Təşkilatının sədri İsmayıl Kuhimüqəddəm

- Tələbə Ədalətpərvərlər Hərəkatının sədri Məhəmmədcavad Mötəmədinəjad

- Tehran Universitetləri üzrə Könüllü Tələbə Mövqelərinin Bəyan Edilməsi Şurasının üzvü Seyyid Məhəmmədəli Varidi

- Azad İslam Universitetinin ikinci birliyinin sədri Həsən Bektaşi

- Koqnitiv elmlər ixtisası üzrə doktorant Seyyid Mehdi Xəliqrəzəvi

- Mədəniyyət Mərkəzləri və Dini Heytlərin nümayəndəsi Məhəmməd Rzapur

- Azad Tələbələrin İslam Cəmiyyətləri Birliyinin sədri Məhəmmədrza Qolrumofrəd

- Stomatoloji Cihad Qrupunun məsul üzvü Hüsna Cəmşidi

- Elmlər Nazirliyinin Nəşrlərinə Mərkəzi Nəzarət Şurasının üzvü Səhər Mehrabi

Çıxışçılar iki saat ərzində öz rəy və fikirlərini bildirdilər. Tələbələrin çıxışlarının ən mühüm istiqamətləri aşağıdakı məzmunları ehtiva edir:

- Yeni texnologiyalar və hərəkətverici sənayedən istifadə etmək üçün cəsarətli müdirlərin olması zərurəti

- Anti-istehsal və mürəkkəb qanunların mövcudluğunun tənqidi

- Ölkənin problemlərinin həlli üçün daxili potensial və gənclərə etimad göstərilməsinin zəruriliyi

- Məhrumiyyətlərin aradan qaldırılması istiqamətində qurumların yardımçısı kimi mübarizə qruplarından istifadə

- Qərb nəzəriyyələrinin yayılması və xalqın məişətindən xəbərsizliyin tənqidi

- Struktur islahatlarının aparılması və Ali Mədəni İnqilab Şurasının kadrlarının gəncləşdirilməsi zərurəti

- Məhkəmə orqanındakı bəzi metod və qərarların tənqidi

- Qanuni etirazların elan edilməsi və anti-inqilabdan sui-istifadənin qarşısının alınması üçün qanuni mexanizmin yaradılması zərurəti

- Media ədalətinin olmaması, teleradioda xalqın, xüsusilə zəiflərin problemləri və tələblərinin əmsallarının verilməməsinin tənqidi

- Qərar qəbul edilməsi sahəsində tələbələrin iştirakının zəruriliyi

- Vəzifələrdə təmsil olunan əvvəlki nəslin gənc nəsillə əvəz edilməsi tələbi

- Konstitusiyanın dirildilməsi və onun bütün bəndlərinin icra edilməsi zərurəti

- Pis idarəetmənin ölkəyə sanksiyadan daha çox zərbə vurması gerçəyi

- Vəzifə sisteminin islahına diqqət və elit təbəqənin əsgərlik mövzusu ilə bağlı tədbir görülməsi zərurəti

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /