Ali Məqamlı Rəhbərin informasiya bloku

Aylıq istiftaat (aprel)

 
Ayaqqabının altını təmizləmək
Sual: Ayaqqabının altını necə paklamaq olar? Təkcə su, torpaq, ot və asfalt və s. üzərində yerimək kifayət edirmi, yoxsa, məsələn, nəcasətin üzərinə ayaq basmaqla nəcis olmuş ayaqqabını yumaq lazımdır?
Cavab: Yolda addımladığı halda ayağı və ya ayaqqabısının altı nəcasətə bulaşmaq səbəbindən nəcis olan kəs, quru və pak torpaqda təxminən on addım atdıqdan sonra altı nəcis olmuş ayağı və ya ayaqqabısı paklaşır, bu şərtlə ki, nəcasətin özü aradan getmiş olsun.
 
Seyidin qeyri seyidlə nikahı
Sual: Seyid qızı seyid olmayan oğlanla nikaha girə bilərmi?
Cavab: Bir qayda olaraq, şiə oğlanın seyidə qızla evliliyinin heç bir iradı yoxdur.
 
Narkotik maddələrin istifadəsi
Sual: Həşiş halaldırmı?
Cavab: Narkotik maddələrdən istifadə nəticəsində mənfi təsirlərindən yaranan bir çox ziyanları, o cümlədən fərdi və ictimai zərərləri nəzərə alsaq, onların istehlakı və istifadəsi haramdır.
 
Sərxoş sərnişini maşına mindirmək
Sual: Mən Avropa ölkələrinin birində taksi şoferiyəm. Sərxoş sərnişinləri klub və barlara çatdırmağıma icazə varmı? Taksi sürücüsü üçün hansı məhdudiyyətlər var?
Cavab: İcarə müqaviləsi və ücrət təyinində müqavilə tərəfləri aqil, baliğ və agah olmalıdır. Ağılı başında olmayan sərxoş insanı maşınınıza mindirdiyiniz zaman məst olduğu halda ondan ücrət (gediş haqqı) ala bilməzsiniz. İstənilən halda (ürfi baxımdan) bu iş (sərxoş sərnişləri və ya haram iş üçün gedənləri daşımaq) harama yardım sayılarsa, icazəli deyil.
 
Növbəti ilin Ramazan ayına kimi orucun qəzasını gecikdirmək
Sual: Keçən iki ildə Ramazan ayından təxminən on gün qəza orucum qalıb və növbəti Ramazan ayına kimi onların qəzasını tutmamışam. Orucların təkrarı və kəffarəsinə dair hökm necədir?
Cavab: Əgər Ramazan ayının oruc qəzasını növbəti Ramazan ayına kimi gecikdirmək şəri üzr olmadan və səhlənkarlıq səbəbindəndirsə, təxirəsalma kəffarəsi vacibdir; o da, (hər gün üçün) yoxsula bir müdd (təqribən 750 qram) təam verməkdən ibarətdir. Yox, əgər şəri baxımdan orucu pozan üzrə görədirsə, fidyəsi yoxdur və hər surətdə qəzası vacibdir.
 
Məmumun(1) qiraəti ucadan oxuması
Sual: Camaat namazında məmum olan (camaat namazına qoşulan) kəsin rüku, səcdə və təşəhhüd zikirlərini “cəhri” (səsli) oxuması icazəlidirmi?
Cavab: İşkalı yoxdur, hərçənd məmunun səsini camaat imamının (pişnamazın) eşitməsi məkruhdur.
 
Saqqalı qırxmaq
Sual: Əgər bərbərxana açsam, kişilərin saqqalını qırxmağım haramdırmı?
Cavab: Ümumiyyətlə, saqqalı kəsmək və təraş həddində maşınla qırxmaq ehtiyat vacibə əsasən icazəli deyil.
 
Tatuaj
Sual: Ömürlük tatuaj caizdirmi?
Cavab: Əgər nəzərə çarpacaq zərəri yoxdursa, özü-özlüyündə işkalsızdır.
 
Kəbindən öncə ünsiyyət
Sual: Nikah bağlamaq istəyən oğlan və qız kəbindən öncə telefon vasitəsi ilə ünsiyyət qura bilərlərmi?
Cavab: Əgər həzz almaq qəsdi olmadan, ehtiraslandırıcı sözlərdən kənar və fəsad yaratmayacaq şəkildə olarsa, özü-özlüyündə maneəsizdir, əks halda caiz deyil.
 
Oruc halında başı suya batırmaq
Sual: Bir nəfər xüsusi geyimlə (dalğıc geyimi kimi) bədəni islanmadan suya batsa, orucu batildirmi?
Cavab: Əgər geyimi başına yapışıbsa, orucun düzlüyünə xələl gəlir, ehtiyat vacibə əsasən qəzasını yerinə yetirməlidir.
 
Qadın səsinə qulaq asmaq
Sual:
1) Qadın müğənninin oxuduğu müsiqilərə kişinin qulaq asması icazəlidirmi?
2) Növhə oxuyan qadına qulaq asmaq caizdirmi?
Cavab 1 və 2: Əgər qadının səsi ğina həddində olsa və ya ona qulaq asmaq ləzzət məqsədi daşısa, yaxud fəsada yol açsa, ona qulaq asmaq caiz deyil.
 
Hindu və buddist
Sual: Zati-alininizin nəzərində hindu və buddist kafirdirmi?
Cavab: Kafir və nəcisdirlər.
 
Cümə namazı
Sual: Cümə namazı vacibdirmi?
Cavab: Hazırkı dövrdə cümə namazı “vacibi-təxyiri”dir (ixtiyari vacibdir).
 
Haram məclislərdə iştirak
Sual: Mən ərimlə Avstraliyada yaşayırıq. Burada bəzi restoranlarda halal qida verilsə də, şərab da satılır. Həmin restoranlara getmək haramdırmı?
Cavab: Şərab olan süfrə və ya mizin kənarında oturmaq caiz deyil.
 
Ad günü şənliyi
Sual: Mən yataqxanada qalıram. Hindli dostlarım məni ad günü şənliyinə dəvət edirlər. Onların adətlərindən biri də ad günü şənliyi keçirməkdir, nə etmək olar? Nəzərə alsaq ki, onlara “yox” deməyim onların mədəniyyətinə görə çox pis bir haldır. İslamda ad günü keçirmək icazəlidirmi?
Cavab: Özü-özlüyündə işkalsızdır.
 
Naməhrəmə baxmaq
Sual:
1) Dayım arvadı hicabsızdır və ona baxmaq məndə təsir qoymur. Bu halda Novruz bayramında bayramlaşmaq üçün ailəmlə qısa müddətliyə onlara gedə bilərəmmi?
 2) Əgər yoldan keçərkən idarə və bazar kimi ümumi toplumda hicaba tam riayət etməyən qadınları görürüksə, bu halda günaha düşürükmü?
Cavab: Bütün hallarda görüş və baxışda şəri qaydalara riayət etmək lazımdır. Əgər çəkindirdiyiniz halda buna məhəl qoymayan qadınlardandırsa, ehtiyat-vacibə əsasən, qəsdən ona baxmaqdan çəkinin.
Nəzərə alın ki, sileyi-rəhmdən ötrü telefon və bu kimi vasitələrlə də hal-əhval tuta və bayram təbriki edə bilərsiniz.
Cavab: Qeyd edilən fərzə əsasən, gördüyünüz qadınlar, adətən, özlərini örtməyən və bundan çəkindirildikdə də qəbul etməyən, məhəl qoymayan qadınlardandırsa, günaha düşmək qorxusu olmadığı təqdirdə belə yerlərdən keçməyin işkalı yoxdur, baxmarayaq ki, gözünüzün onlara sataşacığını bilirsiniz.

1. Məmun: Camaat namazında imama (pişnamaza) iqtida edən kəs.

700 /