Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İnqilabın Ali Rəhbəri təyyarə qəzası ilə bağlı başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei sərnişin təyyarəsinin faciəli şəkildə qəzaya uğraması ilə bağlı başsağlığı verdi.

Başsağlığı müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Əziz həmvətənlərimizdən bir neçə nəfərinin həlak olması ilə nəticələnən dəhşətli sərnişin təyyarəsi qəzası qəlbləri qəm-qüssə və təəssüf hissi ilə doldurdu. Həlak olanların ürəyi dağlı ailə üzvlərinə səmimi qəlbdən başsağlığı verir, dərin kədərimi onlarla bölüşür, onlara Allahdan böyük səbr və əcr, həyatlarını itirənlərə isə rəhmət və bağışlanma diləyirəm.

Aidiyyatı qurumların məsul şəxsləri bu sahədə lazımi addımların atılması üçün bütün səy və əməkdaşlıqlarını səfərbər edərək həyatlarını itirən şəxslərin hörmətlə dəfn edilməsi mərasimini təşkil etsinlər”.

Seyyid Əli Xamenei
18 fevral 2018

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /