Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

İman, fədakarlıq və şücaət ruhu düşmənlərə mane olur

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günorta əzəmətli şəhid ailələrindən bir qrupu ilə həftəlik görüşü zamanı qeyd etdi ki, İran xalqı öz izzəti, təhlükəsizliyi və inkişafını şəhidlərin fədakarlığına borcludur. O, son hadisələrə və düşmənlərin İslam dövlətinə zərbə vurmaq üçün səy göstərdiklərinə işarə edərək dedi: “Düşmənə və onun düşmənçilik davranışlarına mane olan şey xalqın imanı, fədakarlığı və şücaət ruhudur”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, düşmən içəri soxulmaq və İran xalqına zərbə vurmaq daim fürsət və bir çat axtarmışdır: “Son bir neçə günün hadisələri zamanı İranın düşmənləri İslam dövlətinə problem yaratmaq üçün ixtiyarlarında olan müxtəlif vasitələrlə, o cümlədən pul, silah, siyasət və kəşfiyyat qurumları ilə müttəfiq oldular”.

O dedi: “Mənim bu hadisələrlə bağlı deyəcəklərim var, vaxtı çatanda əziz xalqımızla bölüşəcəyəm”.

Düşmənlərin düşmənçiliklərinin qarşısının alınmasında şücaət və fədakarlıq ruhiyyəsinin mühüm roluna işarə edən İslam İnqilabının Rəhbəri bildirdi ki, şəhidlər bu mübarizə və ruhiyyənin ən kamil nümunələridirlər: “İran xalqı evlərindən, ailələrindən ayrılaraq Qərb, Şərq və regionun mürtəce qüvvələrinin himayə etdiyi xəbis düşmən qarşısında sinələrini sipər etmiş əziz şəhidlərə sonsuza qədər borcludur”.

Həzrət Ayətullah Xamenei Qərbi Asiya və Şimali Afrikanın bəzi dövlətlərinin təəssüf doğuran vəziyyətindən söz açaraq dedi: “Əgər məcburi müharibə dövründə düşmən BƏƏS ölkəyə ayaq açsaydı, heç nəyə rəhm etməzdi və İranda vəziyyət Liviya və Suriyanın indiki vəziyyətindən daha pis olardı”.

O, şəhid ailələrinə yüksək ehtiram göstərərək əlavə etdi: “Şəhidlərin ataları və analarının qiyməti, şücaət və fədakarlıqları şəhid gənclərinkindən az deyil. Onların ölkə üzərindəki haqları böyükdür”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /