Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ruhanilər meydanda olmasaydı, İslam İnqilabı baş verməzdi

İslam İnqilabının Ali Rəhbərinin 22 aban 1396-cı il tarixində (13 noyabr 2017) təşkil edilmiş “Qum əyalətinin ruhani şəhidləri və fədailəri” konqresinin təşkilatçıları ilə görüşü zamanı verdiyi bəyanat Qumun konfars təşkil edilmiş eyni məkanında yayımlandı.

Bu görüş zamanı ruhanilərin cihad və mübarizə meydanındakı irimiqyaslı və ciddi iştiraklarının, habelə Allah yolunda şəhid olmalarının çox mühüm bir məsələ olduğunu deyən Həzrət Ayətullah Xamenei ruhani icmalarının ölkə tarixinin ayrı-ayrı mərhələlərində mübarizə meydanından uzaq durmasının fəsadlarına işarə edərək dedi: “Ruhanilər, ayrı-ayrı tarixi dövrlərdə istibdad və müstəmləkəçilərə qarşı mübarizə meydanından uzaq qaldıqları üçün zərbə aldılar. Halbuki ruhanilər sinələrini İslam və İranın düşmənləri qarşısında sipər edərək mübarizə və müqavimət meydanına atılsaydılar, mübarizədən üzüağ, alnıaçıq çıxardılar. İslam İnqilabı və böyük İmamın əzəmətli hərəkatı bunun ən kamil nümunəsidir”.

O vurğuladı ki, əgər ruhanilər despot rejimə qarşı mübarizəyə qalxmasaydılar, İslam İnqilabı əsla qələbə çalmazdı: “Heç bir siyasi partiya və ziyalı qruplaşması imperialist və despot hökumətə qalib gələ bilməzdi. İnsanların kütləvi şəkildə səhnəyə atılması, Allah yolunda o miqyasda fədakarlıq göstərməsi və ixlasla canlarını fəda etməsi ruhanilərin meydanda olması və mübarizənin dini yönünün nəticəsi idi”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, bu gün ruhanilərin vəzifəsi inqilabçı olmaq, düşməni tanımaq və onun hiylələrinə qarşı mübarizəyə hazır olmaqdır: “Şəhidlik Allah-taalanın dərgahında hər kəsə nəsib olmayan ən böyük dərəcədir. Biz həsrət dolu baxışlarla şəhidlərin uca məqamını və dərəcəsini arzu etməliyik”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /