Ali Məqamlı Rəhbər informasiya bloku

Лидер Исламской революции:

İmkanlarınızı namaza dəvət missıyasına sərf etməlisiniz

Həzrət Ayətullah Xamenei XXVI Ümumrespublika Namaz Konfransına ünvanladığı müraciətdə namaza dəvət məsələsində bütün imkanlardan istifadə edilməsinin zəruri olduğunu vurğuladı: “Hər il bu konfransı təşkil edənlər Allahın bu böyük lütfünün qədrini bilsinlər və bu düz yolda qətiyyət göstərməklə bilsinlər ki, Allah səbr edənlər və qətiyyət göstərənlərlədir”.

İslam İnqilabının Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Namaza dəvət, həyatın ən gözəl təzahürlərinə dəvətdir. Çünki namaz həyatın elə bir fəslidir ki, həmin fəsildə insan bütün yaxşılıq və gözəlliklərin xaliqi və sahibi olan varlığın qarşısında eşqlə raz-niyaz edir, ruhunun və qəlbinin gözəlliyi və yaxşılığının əyarını artırır.

Quran və hədislərdə namaz və dua məsələlərini ehtiva edən iri həcmli və effektiv tövsiyə namaza dəvət də bu xüsusiyyətin göstəricisidir. Allahın saleh bəndələri bundan nəticə çıxarmalı və namaza dəvət etməlidirlər.

İslam dövlətinin mömin dövlət qulluqçuları malik olduqları geniş imkanları bu dəvətə sərf etməlidirlər. Ruhani, müəllim, tərbiyəçi, müdir və məsul şəxs hər yerdə öz çevrəsi və ətrafında olan insanları bu istiqamətə yönəltməli, onları Allaha və namaza dəvət etməlidir.

Siz, Ümumrespublika Namaz Konfransının təşkilatçıları, xüsusilə mücahid və ixlaslı alim Höccətül-İslam cənab Qiraəti, bu böyük ilahi lütfün qədrini bilin, bu düz xəttdə qətiyyətli olun və bilin ki, – necə ki bilirsiz - Allah səbr edənlər və qətiyyətli olanlarladır“.

Seyid Əli Xamenei
21 dekabr 2017-ci il

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /