Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam Respublikası zəkatı proqramlarının sərlövhəsi etməlidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Zəkat” illik konfransına göndrdiyi müraciətində bu vacib hökmün yüksək əhəmiyyəti və mövqeyinə işarə edərək zəkat ibadətinin həyata keçirilməsi sahəsində az işlər görüldüyünü tənqid etdi: “İslam Respublikası bu böyük ibadəti öz proqramlarının sərlövhəsi etməlidir”.

Zəkatın təbliğ və təşviqi üçün illik konfransın keçirilməsinin ən böyük ilahi uğurlardan olduğunu deyən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam Respublikasının biz məsul şəxsləri zəkat ibadətinin yerinə yetirilməsi sahəsində az işlər gördüyümüz üçün Allahdan əfv və bağışlanma diləməliyik. O, dövlətin bütün aidiyyatı sahələrinin məsul şəxslərini bu işdə hərtərəfli əməkdaşlığa çağırdı.

O, Qurani-Kərimə istinad edərək “Zəkatın verilməsi”nin Haqq yolunun mücahidlərinin qələbədən sonra göstərdikləri üstün fəaliyyətlərdən olduğun vuğulayaraq dedi: “İslam Respulikası İslamın hökmlərini gerçəkləşdirmək və İslam əsaslı bir kompleks təşkil etmək üçün yaradılmışdır. Deməli, bu böyük ibadəti öz proqramlarının sərlövhəsi etməlidir”.

Zəkatla bağlı aparılan tədqiqat və maarifləndirmə işlərinin yetərli həddə olmadığını qeyd edən Həzrət Ayətullah Xamenei zəkatın bütün müstəvilərdə bərqərar edilməsi və təbliği hərəkatının layiqli nəticələr hasil edəcəyinə və onun sonsuz bərəkətlərinin xalqı, ölkəni və Müqəddəs İslam Respulikasını saracağına ümidvar olduğunu dedi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /