Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

Zəlzələdə zərər çəkmiş insanların evlə təmin edilməsi zəruridir

Həzrət Ayətullah Xamenei zəlzələdən ziyan görmüş bölgələrə baxış keçirdikdən sonra əyalət və yerli idarə rəhbərlərinin, habelə hərbi və polis qüvvələrinin komandirlərinin iştirakı ilə təşkil edilmiş iclasda səlahiyyətli şəxslərin Kermanşah əyalətinin zəlzələdən ziyan görmüş əhalisinin qarşısında çox ağır vəzifələr daşıdıqlarını dedi: “Hal-hazırda ən mühüm prioritet zəlzələ qurbanlarının evlə təmin edilməsi məsələsi, dağılmış və zərər görmüş bölgələrin bərpasıdır. Bütün işlər müxtəlif hərbi və qeyri-hərbi qurumların dəstəyi ilə, habelə mərkəzləşdirilmiş idarəetmə sistemi, yüksək səy və tələb olunan əməli sürətlə həyata keçirilməlidir”.

O vurğuladı ki, zərərçəkmiş insanlar görülən işlərdə irəliləməni hiss etməlidirlər: “Bu zəlzələdə xəsarət almış bölgələrin sahəsi böyükdür. Sərpol-e Zəhab və bəzi digər şəhərlərə daha ciddi xəsarətlər dəysə də, bəzi kəndlər var ki, tamamilə dağılıb ki, bu da böyük bir hadisədir”.

İslam İnqilabının Rəhbəri zəlzələ qurbanlarının üzləşdikləri faciə və çətinliklərə işarə edərək dedi: “Biz özümüz zəlzələ faciəsinə mərz qalmadığımız üçün bəlkə də zəlzələ qurbanlarının faciəsini dərk etmirik. Dünənə qədər öz ailələri ilə birlikdə bir mənzildə rahat yaşayan insanlar bir anın içində həyatlarından məhrum olmuş və indi soyuq fəsildə onların bütün həyatları bir çadırla məhdudlaşmışdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, üzərimizə düşən vəzifələrin əhəmiyyətini dərk edə biməyimiz üçün bu hadisənin böyüklüyünün fərqinə varmalıyıq: “Zəlzələ tipli hadisələrdə tələb olunan işlərdən biri elə ilk saatlarda xilasetmə işlərinin həyata keçirilməsidir. Ordu, Sepah və Polis qüvvələrinin vaxtında etdiyi müdaxilə sayəsində bu regionda xilasetmə işləri qənaətbəxş səviyyədə həyata keçirilmişdir”.

O vurğuladı: “Zəlzələyə məruz qalmış bəzi bölgələrdə apardığımız müşahidələrə əsasən və ziyan dəymiş bölgələrin genişliyini nəzərə alaraq deməliyik ki, əgər ilk saatlarda xilasetmə tədbirləri sürətlə həyata keçirilməsəydi, heç şübhəsiz ki, tələfatlar indikindən bir neçə dəfə çox olardı”.

İslam İnqilabının Rəhbəri Bəm zəlzələsi vaxtı səlahiyətli şəxslərlə keçirdiyi çoxsaylı iclaslara işarə edərək dedi: “Bu iclasların ardınca təbii fəlakətlərə elə ilk anlarda müdaxilə etməsi üçün Böhranın İdarə Edilməsi Komissiyası yaradıldı”.

Həzrət Ayətullah Xamenei təbii fəlakətlər zamanı yardım məsələsinin xilasetmədən sonra gələn ən mühüm məsələlərdən olduğunu dedi: “Yardım məsələsində də sürət tələb olunsa da, o, təcili və tamamlanan deyil. Çünki bütün zaman mərhələlərində özünəməxsus sahələrə malikdir”.

O vurğuladı: “Zəlzələ kimi bir hadisədə yardımın ilkin mərhələlərində yemək, su, məişət imkanları və geyim kimi təcili ehtiyacların təmin edilməsi diqqət mərkəzində olur. Ancaq bu mərhələlərdən sonra ən mühüm mərhələ şəhər və kəndlərdəki dağıntıları toplamaq, daha sonra həyata keçirilməsi çox zəruri olan mənzil təminatıdır ki, bu da böyük və çətin işdir”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, zərərçəkmiş insanların evlərinin tikilməsi, habelə istilk sistemlərinin təmin edilməsi sahəsində sürətlilik zəruridir: “Bu ağır məsuliyyəti yerinə yetirmək üçün mərkəzləşdirilmiş idaətemə sistemi lazımdır”.

Həzrət Ayətullah Xamenei aidiyyatı şəxslər, xüsusilə hadisə baş verdiyi andan ciddi cəhdlə əməli fəaliyyətə keçmiş qurum və təşkilatlara çəkdikləri zəhmətlərə görə təşəkkür etdi: “Aidiyyəti şəxslərin gündəliyində idarəetmənin mərkəzləşdirilməsi işi ilə yanaşı, əzmkar fəaliyət, işlərin fasiləsiz davam etdirilməsi və sürətlilik məsələləri də yer almalıdır”.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /