Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

Zəlzələ qurbanlarına qayğı əməli müstəvidə davam etdirilməlidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu axşam (çərşənbə axşamı) üç qüvvənin rəyasət heyəti və ölkənin məsul şəxslərindən bir neçəsinin iştirakı ilə təşkil edilmiş iclasda Kermanşahda baş vermiş çox acı zəlzələ faciəsinə görə dərin təəssüf hissi keçirdiyini bildirərək aidiyyəti şəxslərin zəlzələyə məruz qalmış regionlara getməsini yüksək qiymətləndirdi və əhalinin dərdinə şərik çıxmağın zəruriliyini vurğuladı: “İnsanların çətinlikləri və əziyyətlərini azaltması üçün bu şəfqət və qayğılar əhaliyə yardım və əməl müstəvisində tam qüvvə ilə davam etdirilməlidir”.

Həzrət Ayətullah Xamenei bu hadisə zamanı Kermanşah əhalisinin matəmə batmasına işarə edərək dedi: “Biz Kermanşah əyalətinin cəsur əhalisi və sərhədçilərinin bu qəminə şərikik”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Əzizlərin müsibəti və onları itirmək ağır və acıdır. Ancaq ümidvarıq ki, Allah-taala fəlakətlə üzləşmiş ailələrin qəlbinə sakitlik və təskinlik bəxş edəcək, onların gözlərini öz lütf və rəhməti ilə işıqlandıracaq”.

O qeyd etdi ki, İslam cəmiyyətinin damarlarında məhəbbət və yardımlaşma qanının cərəyan etməsi bu qəbil hadisələrin təsirlərindəndir: “Bu hadisələr hamını yardımlaşma səhnəsinə daxil olmağa vadar edir. Bu məhəbbət və qardaşlıq nəticəsində Kermanşahın qəhrəman yetişdirən əhalisi və bütün İran xalqına ilahi bərəkətlərin nəsib olacağına ümidvarıq”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, son acı hadisə ilahi imtahan və səlahiyyətli şəxslərin tutduqları vəzifələrin icrası üçün bir fürsətdir: “Bu iki gün ərzində səlahiyyətli şəxlsər, o cümlədən möhtərəm prezident fəalkətlə üzləşmiş insanların arasında olmuş, onların dərdinə şərik çıxmışlar. Bu şəfqət və qayğıların əməl və insanlara yardım müstəvisində də tam qüvvə ilə davam etdiriləcəyinə, havanın soyuq olması və qarşıdan soyuq və ağır fəslin də gəlməsinə baxmayaraq, insanların çətinlikləri, dərd və əziyyətlərini azaldacağına ümidvarıq”.

İclasda iştirak edən ölkə başçısı cənab Ruhani bütün qurumların imdad, xilasetmə, hadisədən sağ çıxmış insanlara və yaralılara yardım prosesi zamanı göstərdikləri səylərdən danışaraq dedi: “Bu hadisə bizim üçün bir sınaq və imtahandır. Səy göstərmiş və göstərməkdə davam edən bütün qurumlar, o cümlədən işə daha çox can yandıran Silahlı Qüvvələrə təşəkkür edirəm”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /