Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ali Məqamlı Rəhbər Ərbəin yürüşü ilə bağlı fikirlər səsləndirdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei fiqh mövzusunda xüsusi mühazirə kursunun dünən (bazar ertəsi) səhər baş tutan növbəti toplantısında möhtəşəm və şövqverici bir hərəkat olan Ərbəin yürüşü ilə bağlı aşağıdakıları qeyd etdi: “Hazırda yürüş etməkdə olan, Ərbəin günü Həzrət Seyyidüş-şühədanın (ə) ziyarətinə yetişib, o həzrətə xitabən həmin günün dərin məzmunlu ziyarət duasını oxuyacaq şəxslərin xoş halına!”

Ali Məqamlı Rəhbər Ərbəin yürüşünü parlaq və diqqətəlayiq hadisələrdən biri, Əhli-Beyt (ə) ardıcıllarının varlığının son dərəcə gözəl və möhtəşəm təcəssümü adlandıraraq dedi: “Milyonlarla zəvvarın necə addımladığını biz buradan şövq və həsrətlə izləyirik və bu əzəmətli hərəkatı yaratmaqla bizə nəsib etdiyi nemətə görə Allah-taalaya şükür etməliyik”.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /